FYODOR DOSTOYEVSKİ KARAMAZOV QARDAŞLARI

Ebat: px
Şu sayfadan göstermeyi başlat:

Download "FYODOR DOSTOYEVSKİ KARAMAZOV QARDAŞLARI"

Transkript

1 FYODOR DOSTOYEVSKİ KARAMAZOV QARDAŞLARI

2 ФЁДОР ДОСТОЕВСКИЙ БРАТЬЯ КАРАМАЗОВЫ

3 Karamazov qardaşları Fyodor Dostoyevskinin ən iri həcmli əsəri və məşhur romanlarından biridir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər. Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan «Karamazov qardaşları» XX yüzilin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.

4 ФЁДОР ДОСТОЕВСКИЙ FYODOR DOSTOYEVSKİ Bakı, Qanun Nəşriyyatı, səhifə tiraj БРАТЬЯ КАРАМАЗОВЫ KARAMAZOV QARDAŞLARI Ruscadan tərcümə: Korrektorlar: Nadir Qocabəyli Rövşən Ağayev Flora Əliyeva ISBN Qanun Nəşriyyatı, 2014 Ф. М. Достое вский, 1880 Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları Qanun Nəşriyyatına məxsusdur. Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu»na ziddir. Qanun Nəşriyyatı Bakı, АZ 1102, Tbilisi pros., 76 Tel: ( ) ; Mobil: ( ) е-mail: Əli və Nino Nəşriyyatı Bakı, Azərbaycan, Z.Tağıyev, 19 Tel.: ( )

5 MÜƏLLİFDƏN Q əhrəmanım Aleksey Fyodoroviç Karamazovun tərcümeyi-halına müəyyən şübhələrlə başlayıram. Yəni Aleksey Fyodoroviç Karamazovu qəhrəmanım adlandırsam da, onun qətiyyən böyük adam olmadığını və buna görə də «Qəhrəman seçdiyiniz bu Aleksey Fyodoroviçin nə özəlliyi var, o nə iş görüb axı, harada və nə ilə tanınır, mən oxucu niyə onun həyatına aid faktları öyrənməyə vaxt itirməliyəm?» kimi sualların qaçılmaz olacağını bilirəm. Ən nəhs sual sonuncudur, çünki ona yalnız bu cavabı verə bilərəm: «Bəlkə də, romanı oxuyanda özünüz görəcəksiniz». Amma birdən romanı oxudular və görmədilər, mənim Aleksey Fyodoroviçimin məziyyətləri ilə razılaşmadılar? Ona görə belə kədərli danışıram ki, bunu əvvəlcədən görürəm. Mənim üçün o, maraqlı adamdır, ancaq bunu oxucuya sübut edə biləcəyimdən xeyli şübhəliyəm. Məsələ burasındadır ki, o, şəxsiyyət olsa da, hələ qeyri-müəyyəndir, özünü təsdiq etməyib. Ancaq ilin-günün bu vaxtında insanlardan müəyyənlik tələb etmək qəribə olardı. Bir şey şəksizdir: bu adam qəribədir, hətta qeyri-adidir. Qəribəlik və qeyri-adilik isə cəlbediciliyə haqqı verməkdən çox, ziyan vurur, xüsusilə də hamı təfsilatları birləşdirib, ümumi anlaşılmazlığa nəsə bir məna verməyə can atanda. Ancaq qəribə adam əksər hallarda elə seçkin və fərqli olmaqdır. Məgər belə deyil? Mənim bu son tezisimlə razı deyilsinizsə və cavab versəniz ki, «belə deyil», yaxud «həmişə belə olmur», onda qəhrəmanım Aleksey Fyodoroviçə verdiyim önəmə görə ruhlanacağam. Çünki «həmişə» seçkin və fərqli 7

6 olmayan təkcə qeyri-adi deyil, əksinə, o, bəzən, bəlkə də, özündə tamın özəyini daşıyır, onun dövründə yaşayan digər adamlar isə nəyə görəsə haradansa əsən külək nəticəsində ondan müvəqqəti qopanlardır Ancaq mən qətiyyən maraqlı olmayan bu dumanlı izahatlara girişmək istəməz və sadəcə, girişsiz başlamaq istərdim: xoşlarına gələcək, oxuyacaqlar; amma bəla burasındadır ki, tərcümeyi-hal məndə bir, roman isə ikidir. Əsas roman ikincidir, bu mənim qəhrəmanımın bizim dövrdəki, məhz hazırkı məqamdakı fəaliyyətidir. Birinci romandakılar isə otuz il əvvəl baş verib və ona heç roman da demək olmaz, qəhrəmanımın yeniyetməlik dövrünün yalnız bir epizodudur. Ancaq ikinci romanda bir çox şeylər anlaşılmaz qala biləcəyindən birincisiz ötüşə bilmədim. Lakin mənə ilk çətinliyi yaradan da elə budur: əgər mən, yəni bioqraf özü, belə bir sadə və qeyri-müəyyən qəhrəman üçün bir romanın artıq olduğunu hesab edirəmsə, özümü ikisi ilə ortaya atmağın nə anlamı var və bu lovğalığımı nə ilə izah etməliyəm? Bu məsələlərin həllində çaşbaş qaldığımdan onları həlsiz-filansız adlamağa qərar verirəm. Əlbəttə, bəsirətli oxucu lap əvvəldən nəyə eyham vurduğumu artıq çoxdan tutub və qiymətli vaxtımı əbəs yerə boş sözlərə sərf etdiyimə görə mənə acıqlanıb da. Ona görə də bunun cavabını dəqiq verəcəyəm: qiymətli vaxtımı boş sözlərə, əvvəla, nəzakət xatirinə, ikincisi isə bilərəkdən sərf etmişəm: «hər halda, guya əvvəlcədən nəyisə xəbərdar etmişəm». Nə isə, romanımın «tamın əhəmiyyətli bütövlüyü şəraitində» öz-özünə iki hekayəyə bölünməsinə hətta şadam: birinci hekayə ilə tanış olan oxucu ikinciyə başlayıb-başlamayacağına özü qərar verəcək. Əlbəttə, heç kəs heç nəyə borclu deyil, kitabı elə birinci hekayənin ikinci səhifəsindən həmişəlik kənara da atmaq olar. Ancaq elə nəzakətli oxucular da var ki, öz qərəzsiz mühakimələrində yanılmamaq üçün mütləq sonadək oxumaq istəyəcəklər; məsələn, bütün rus tənqidçiləri belədirlər. Belələri qarşısında adam bütün hallarda rahat nəfəs alır: bütün səliqə-sahmanlarına və insaflarına baxmayaraq, onlara romanı elə ilk epizodundaca kənara tullamağa yaxşı bəhanə verirəm. Hə, bu da ön söz. Onun artıq olması ilə tamamilə razıyam, ancaq bir halda ki yazmışam, qalsa yaxşıdır. İndi isə işə keçək. 8

7 BİRİNCİ KİTAB «BİR AİLƏNİN TARİXÇƏSİ» I. Fyodor Pavloviç Karamazov Aleksey Fyodoroviç Karamazov bizim qəzanın mülkədarı, zamanında, yəni bundan düz on üç il əvvəl başa çatan faciəvi və qaranlıq ölümünə görə (vaxtı çatanda bu haqda məlumat verəcəyəm) xeyli məşhurlaşmış (heç indi də unudulmayıb) Fyodor Pavloviç Karamazovun üçüncü oğlu idi. İndi isə bu «mülkədar» (bütün həyatını, demək olar ki, öz malikanəsində yaşamasa da, bizdə onu belə adlandırırdılar) haqqında onun yalnız qəribə tip, amma yetərincə sıx rastlanan yaramaz və pozğun, bununla belə, həm də qanmaz adam olduğunu söyləyəcəyəm; ancaq malmülk məsələlərindən yaxşı baş çıxaran da, deyəsən, elə bu cür qanmazlar olur. Misalçün, Fyodor Pavloviç, demək olar ki, heç nədən başlayıb; kiçik bir mülkədar idi, nahar etmək üçün onun-bunun masasına cumur, müftəxorluğa can atırdı, bununla belə, öləndə yüz min rubla qədər nağd pulu çıxdı. Halbuki bütün həyatı boyu bizim qəzanın ən qanmaz başıxarablarından biri olmuşdu. Təkrar edirəm: burada söhbət axmaqlıqdan getmir; bu başıxarabların çoxu ağıllı və hiyləgər olur, burada hansısa xüsusi, milli qanmazlıqdan söhbət gedir. O, iki dəfə evlənmişdi və üç oğlu vardı: böyüyü Dmitri Fyodoroviç birinci arvadından idi, digər ikisi: İvan və Aleksey isə ikincidən. Fyodor Pavloviçin birinci arvadı kifayət qədər varlı və tanınmış zadəgan soyu Miusovlardan idi, onlar da bizim qəzanın mülkədarları idilər. Necə olmuşdu ki, cehizli, gözəl, üstəlik hələ zirək və ağıllı, hazırda o qədər də nadir olmayan, amma hələ keçmişdə parlayıb ortaya çıxan bir qız belə bir 11

8 miskin «kütbeyin»ə ərə getmişdi. O zaman hamı onu belə adlandırırdı, ona görə də ətraflı izahat verməyəcəyəm. Amma mən keçmişdəki «romantik» nəsildən bir qız tanıyırdım, istədiyi vaxt sakitcə ərə gedə biləcəyi bir cənaba bir neçə il bəslədiyi müəmmalı məhəbbətdən sonra özünə keçilməz bir maneə yaratdı və boranlı gecələrin birində yalnız şıltaqlığı ucbatından dik sıldırım qayadan dərin və itiaxan çaya atılaraq, Şekspirin Ofeliyasına oxşamaq üçün özünə qəsd etdi; ancaq, bəlkə də, çoxdan bəlləyib sevdiyi həmin sıldırım qaya bu qədər gözəl olmasaydı, onun yerində sansıxıcı yastı sahil olsaydı, bəlkə də, intihar baş tutmayacaqdı. Bu, gerçək bir faktdır və demək lazımdır ki, bizim rus həyatında son iki-üç nəsildə bu cür, yaxud buna bənzər faktlar az olmayıb. Adeliada İvanovna Miusovanın hərəkəti də, şübhəsiz, bunun kimi yad küləklərin, acığa əsir düşmüş fikrin əks-sədası idi. Bəlkə də, öz qadın müstəqilliyini ifadə etmək, ictimai mühitin, öz nəslinin və ailəsinin despotizminə qarşı çıxmaq istəmiş və lütfkar fantaziyası onu bir anlıq inandırmışdı ki, Fyodor Pavloviç müftəxorun biri, hər şeyin yaxşısına keçid olan o dövrün kinli təlxəyindən başqa bir şey olmasa da, hər halda, ən cürətlisi və gülməlisidir. Maraqlı olan həm də işin qaçırılma yoluyla gerçəkləşməsi və bunun Adeliada İvanovnanı son dərəcə heyran etməsi idi. Fyodor Pavloviç isə o vaxt bu cür gözlənilməz hadisələrə öz sosial durumu baxımından da tamamilə hazır idi, çünki özünə karyera qurmağı həddən artıq arzulayırdı, nəyin bahasına olursa olsun; özünü yaxşı nəslə yamamaq və cehiz qazanmaq çox cəlbedici idi. O ki qaldı qarşılıqlı məhəbbətə, elə bir şey, deyəsən, heç olmamışdı, nə gəlin tərəfdən, nə də Adeliada İvanovnanın gözəlliyinə baxmayaraq, onun tərəfindən. Beləcə, bu hadisə, bəlkə də, bütün ömrü boyu şəhvətpərəstlik edən, ona göz edən istənilən yubkanın altına bir anda girməyə hazır Fyodor Pavloviçin həyatında yeganə özünəməxsus hal idi. Halbuki təkcə bu qadın onda ehtiras baxımından heç bir xüsusi təəssürat doğurmadı. Adeliada İvanovna qaçırılmadan dərhal sonra ərinə ötəri baxıb gördü ki, ona qarşı nifrətdən başqa heç nə hiss etmir. Beləliklə, nikahın nəticələri özünü son dərəcə sürətlə göstərdi. Ailəsi hadisə ilə tez bir zamanda barışıb, qaçmış qıza cehiz versə də, ər-arvad arasında ən qarmaqarışıq bir həyat və daimi mübahisələr başladı. Deyilənə görə, gənc xanım Fyodor Pavloviçə baxanda özünü xeyli alicənab və səviyyəli aparırmış. Artıq 12

9 məlum olduğu kimi, arvadının bütün pullarını, yenicə aldığı iyirmi beş min rublun hamısını dərhal ondan elə çırpışdırmışdı ki, o vaxtdan həmin minliklər qadın üçün sanki havaya sovrulmuşdu. Cehiz verilən kəndi və yaxşı vəziyyətdə olan şəhərdəki evi o, uzun müddət var gücü ilə hansısa münasib akt əsasında öz adına keçirməyə cəhd göstərmişdi və yəqin ki, hər dəqiqəbaşı etdiyi şantaj və yalvarışlarla arvadında doğurduğu ikrah sayəsində qazandığı nifrətlərin üzərinə birini də əlavə edib buna da nail olacaqdı, çünki artıq yorulub cana doymuş arvadı yaxasını buraxsın deyə razılaşacaqdı. Ancaq, xoşbəxtlikdən, Adeliada İvanovnanın ailəsi bu talanın qarşısını aldı. Ər-arvad arasında dava-dalaşın da arası kəsilmirdi, amma, deyilənə görə, vuran Fyodor Pavloviç yox, çılğın, cəsarətli, qarabuğdayı, hövsələsiz, fitri fiziki gücə malik Adeliada İvanovna idi. Axırda o, evi tərk edərək cındırından cin ürkən bir seminariya müəlliminə qoşulub qaçdı və Fyodor Pavloviç üçyaşlı Mitya ilə tək qaldı. Fyodor Pavloviç evi dərhal hərəmxanaya döndərib əyyaşlıq etməyə başladı, ara günlərdə isə az qala bütün quberniyanı dolaşaraq, göz yaşları içərisində hər qarşısına çıxana onu tərk edən Adeliada İvanovnadan şikayətlənməyə başladı; həm də elə şeylər danışırdı ki, bir kişinin öz ailə həyatı haqqında bunları dilə gətirməsi olduqca ayıb idi. Amma başlıcası o idi ki, incidilmiş bambılı ər rolunu oynamaq, öz incikliyinin təfərrüatlarını şişirdərək danışmaq sanki ona xoş idi və hətta ləzzət verirdi. «Elə bil vəzifə almısınız, Fyodor Pavloviç, dərdli olmağınıza baxmayaraq, çox məmnun görünürsünüz», itoynadanlar ona deyirdilər. Çoxları hətta onun daha çox gülüş doğurmaq üçün qəsdən yeniləşmiş təlxək görkəmində peyda olduğunu, öz komik durumunu görmürmüş kimi davrandığını da əlavə edirdilər. Amma, kim bilir, bəlkə də, bunları, doğrudan da, sadəlövhcəsinə edirdi. Bir gün, nəhayət, qaçmış arvadının izini tapa bildi. Zavallı öz seminaristi ilə Peterburqa gedib və orada tam azadlığa çıxıbmış. Fyodor Pavloviç dərhal əl-ayağa düşdü və Peterburqa hazırlaşdı, amma bunu nəyə görə etdiyini, əlbəttə, özü də bilmirdi. Doğrusu, bəlkə də, bilsə idi, dərhal yola düşərdi; ancaq belə bir qərarı qəbul edib, yola çıxmazdan əvvəl gümrahlaşmaq üçün yenidən içib lülqənbər olmağa haqqı çatdığını düşündü. Elə bu zaman arvadının ailəsinə onun Peterburqda ölməsi ilə bağlı xəbər gəldi. O, qəflətən hansısa çardaqda, bəzilərinin dediyinə görə, yatalaqdan, digər 13

10 şayiələrə görə isə aclıqdan ölmüşdü. Fyodor Pavloviç arvadının ölüm xəbərini eşidəndə bərk sərxoş imiş, deyilənə görə, küçə ilə sevinc içində qaçaraq əllərini yuxarı qaldırıb «artıq xilas oldum» qışqırırmış, ancaq başqalarının söylədiyinə görə, uşaq kimi elə zar-zar ağlayırmış ki, bu qədər nifrət qazanmasına rəğmən adamların ona yazığı gəlirmiş. Çox güman ki, hər ikisi olub, yəni həm xilas olmağına sevinir, həm də onu xilas edənə ağlayırmış, hamısı bir yerdə. İnsanlar hətta pis adamlar olsalar belə, əksər hallarda bizim onlar haqqında düşündüyümüzdən qat-qat sadəlövh və sadədil olurlar. Elə biz özümüz də. II. Birinci oğlunu başından etdi Belə bir atanın necə tərbiyəçi olduğunu, əlbəttə, təsəvvür etmək çətin deyil. Bir ata kimi nə edə bilərdisə, onu da etdi, yəni Adeliada İvanovnadan olan bic uşağını tamamilə və büsbütün atdı, ona qarşı kinli olduğundan, ya da təhqir olunmuş ər heysiyyətindən dolayı deyil, sadəcə olaraq, onu unutduğu üçün. Öz göz yaşları və şikayətləri ilə hamının zəhləsini tökdüyü, evini isə fahişəxanaya döndərdiyi müddətdə evin sadiq nökəri Qriqori balaca Mityanı öz himayəsinə götürdü; əgər o vaxt uşağın qayğısına qalmasaydı, zavallının köynəyini dəyişdirən belə tapılmayacaqdı. İlk vaxtlar uşağın ana tərəfdən olan qohumları da onu unutmuşdular. Babası, yəni Adeliada İvanovnanın atası cənab Miusov artıq sağ deyildi; onun dul qaldıqdan sonra Moskvaya köçmüş arvadı, Mityanın nənəsi isə çox qocalmış, xalaları isə ərə getdiyindən Mitya düz bir il Qriqorinin həyətdəki daxmasında qalmalı oldu. Atası onu xatırlasaydı belə (axı onun varlığını unuda bilməzdi), yenə daxmaya göndərərdi, çünki uşaq onun pozğun əməllərinə mane ola bilərdi. Ancaq elə oldu ki, Adeliada İvanovnanın əmisi oğlu Pyotr Aleksandroviç Miusov Parisdən qayıdıb gəldi; o vaxt o, cavan bir oğlan olsa da, Miusovlar arasında xüsusi seçilən, təhsilli, şəhərli, «əcnəbi» şəxs idi; sonradan uzun illər xaricdə yaşamış, bütün həyatını Avropada keçirmiş, ömrünün sonunda qırxıncı-əllinci illərin liberallarından birinə çevrilmişdi. Öz karyerası ərzində həm Rusiyada, həm də xaricdə dövrünün bir çox qatı liberal insanları ilə tanış olmuşdu, 14

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Nil Çayından Çıxarılan Şahzadə Müəllif: Edward Hughes İllüstrasiya edən: M. Maillot; Lazarus Uyğunlaşdıran: M. Maillot; Sarah S. Tərcümə edən: Günay Əsədova Təqdim

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir İtmiş Oğul Müəllif: Edward Hughes İllüstrasiya edən: Lazarus Uyğunlaşdıran: Ruth Klassen; Sarah S. Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children www.m1914.org

Detaylı

BÖYÜK DƏCCAL Amerika

BÖYÜK DƏCCAL Amerika BÖYÜK DƏCCAL Amerika 2 0 1 6 BÖYÜK DƏCCAL Amerika Müəllif: Seyyid Əhməd Əl Həsən (ə.s) Ansarullah Production 2016 Böyük Dəccal Kimdir? Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun Aləmlərin Rəbbi olan

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Allah İbrahimin sevgisini sınayır Müəllif: Edward Hughes İllüstrasiya edən: Byron Unger; Lazarus Uyğunlaşdıran: M. Maillot; Tammy S. Tərcümə edən: Günay Əsədova

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Zəngin Adam, Kasıb Adam Müəllif: Edward Hughes İllüstrasiya edən: M. Maillot; Lazarus Uyğunlaşdıran: M. Maillot; Sarah S. Tərcümə edən: Günay Əsədova Təqdim edən:

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir İnsanın Kədərinin Başlanğıcı Müəllif: Edward Hughes İllüstrasiya edən: Byron Unger; Lazarus Uyğunlaşdıran: M. Maillot; Tammy S. Tərcümə edən: Günay Karaağac Təqdim

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir İnsanın Kədərinin Başlanğıcı Müəllif: Edward Hughes İllüstrasiya edən: Byron Unger; Lazarus Uyğunlaşdıran: M. Maillot; Tammy S. Tərcümə edən: Günay Karaağac Təqdim

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Daniel və şirlərin quyusu Müəllif: Edward Hughes İllüstrasiya edən: Jonathan Hay Uyğunlaşdıran: Mary-Anne S. Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Allahın Güclü Adamı - Şimşon Müəllif: Edward Hughes İllüstrasiya edən: Janie Forest Uyğunlaşdıran: Lyn Doerksen Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Gözəl Mələkə Ester Müəllif: Edward Hughes İllüstrasiya edən: Janie Forest Uyğunlaşdıran: Ruth Klassen Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children

Detaylı

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347 A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014, 341-347 CELIL MEMMEDGULUZADE NİN MÜSLÜMAN KADINININ HAYATINI ELE ALAN MİZAHİ ŞİİRLERİ Özet Makalede XX. yüzyıl Azerbaycan edebiyatının

Detaylı

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın. Corabların qarışdırılması Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın. 1 2 Neçə kvadrat görürsünüz? Neçə üçbucaq görürsünüz? 2 Batuminin gəmi dayanacağında

Detaylı

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ dgtyb@box.az; akber_q@yahoo.com Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ dgtyb@box.az; akber_q@yahoo.com Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ dgtyb@box.az; akber_q@yahoo.com Tel.: +99450 33 937 55 TÜRKÜN SƏSİ Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dővlət Dəstəyi Şurası

Detaylı

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF 1 Mən hansı ədədəm? Mən hansı ədədəm? 1 Altından xətt çəkilmiş rəqəm hansı ədədi göstərir? 9802 Altından xətt çəkilmiş rəqəm hansı ədədi göstərir? 846513 2 3 Ədədin yazılışının mövqeli sistemi 93765 Yüzlük

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Yeşaya Gələcəyi Görür Müəllif: Edward Hughes İllüstrasiya edən: Jonathan Hay Uyğunlaşdıran: Mary-Anne S. Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children

Detaylı

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Təcrübəçi və Yeni Məzunların işə qəbulu Təcrübəçi və Yeni Məzunların işə qəbulu 2013 Məzmun Nə etməli Texniki müsahibəyə dair məsləhətlər Seçim prosesinə ümumi baxış Gənc mütəxəssis (Challenge) proqramı Nə etməli Müsahibədə uğur qazanmaq üçün

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Peter və Duanın Gücü Müəllif: Edward Hughes İllüstrasiya edən: Janie Forest Uyğunlaşdıran: Ruth Klassen Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children

Detaylı

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR Mündəricat 1. Elektron xidmətdən istifadə üçün sisteminə daxil olmaq.... 2 Şəkil 1. Sisteminə giriş... 2 Şəkil 2. Elektron

Detaylı

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri MÖVZU: Simsiz şəbəkələr Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri Hal-hazırda simsiz lokal şəbəkələrdən istifadəyə ildən-ilə daha çox üstünlük verilir. Simsiz

Detaylı

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv bir ERKƏN İNKİŞAF SİSTEMİ hazırlamışlar. Bizim SERTIFIKATLAŞDIRILMIŞ

Detaylı

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU Çağ Öğretim İşletmeleri Qafqaz Universiteti Türk İşbirliği ve Kalkınma İdaresi Başkanlığı (TİKA) MÜLKİ HÜQUQ BEYNƏLXALQ SİMPOZİUM M ATERİ ALLAR ÖZEL HUKUK ULUSLARARASI SEMPOZYUM TEBLİ ĞLER Bakı Azərbaycan

Detaylı

DAVETLİSİ

DAVETLİSİ DAVETLİSİ -------------- O zaman ki, İsa sizin ürəyinin qapını ayaqları ve knocks. siz onun səsini eşitmək, onun ruh və Allahın Spirit gəlmək və sizin ruhu ilə əbədi və onlardan bir ilə olacaq ürəyin qədər

Detaylı

3. Tarix hesabı və ya müxtəlif təqvimlər

3. Tarix hesabı və ya müxtəlif təqvimlər 1 Bu məqalələr uşaqlar üçün olan Şəkər villası qəzetində 2001-ci ildə çap olunmuşdu. Buna baxmayaraq, onlar indi də həm şagirdlər, həm də müəllimlər üçün əlavə oxu materialı kimi maraq dogura bilər. Qəzet

Detaylı

Bazar iqtisadiyyatı və maddi tlərin bölüşdürülməsi. Lüdviq M. Laxman, Kapital, Ehtimallar və Bazar Prosesi (1940)

Bazar iqtisadiyyatı və maddi tlərin bölüşdürülməsi. Lüdviq M. Laxman, Kapital, Ehtimallar və Bazar Prosesi (1940) Bazar iqtisadiyyatı və maddi sərv rvətl tlərin bölüşdürülməsi (1940) Lüdviq M. Laxman, Kapital, Ehtimallar və Bazar Prosesi 1 İstifadə edilən nəşrlər: Kapital, Ehtimallar və Bazar Prosesi: Bazar iqtisadiyyatı

Detaylı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir Möcüzələr adamı, Elişa Müəllif: Edward Hughes İllüstrasiya edən: Lazarus Uyğunlaşdıran: Ruth Klassen Tərcümə edən: Günay Əsədova Təqdim edən: Bible for Children

Detaylı

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)? s 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 sual 1. A.M.Qorki mütəhərrik oyun haqqında hansı fikri söyləmişdir? 2. Mütəhərrik oyunların təhsil sisteminə daxil olmasında, habelə oyunların nəzəri və praktiki

Detaylı

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI Brendlərin Uçuş Zolağı MÜNDƏRİCAT BİZ KİMİK? VİZYONUMUZ YENİ TERMİNALA BİR NƏZƏR NİYƏ BEYNƏLXALQ TERMİNALDA REKLAM? HƏDƏF KÜTLƏMİZ MƏHSULLARIMIZ BİZ

Detaylı

İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI

İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI OVERSTEPP NG OF THE TRUTH IN IBN ARABI ПРЕВЫШЕНИЕ ПРАВДЫ У ИБН АРАБИ Qadir Bilmanoğlu SEFEROV * Özet Bu makalede; İbn Arabi'ye yöneltilen Hulul, İttihat ve Panteizm gibi suçlamalara

Detaylı

Müşfiq XAN Ünvansız sevgi detektiv roman

Müşfiq XAN Ünvansız sevgi detektiv roman Müşfiq XAN Ünvansız sevgi detektiv roman PROLOQ Taksi üçmərtəbəli dəbdəbəli imarətin qarşısında dayandı. Cəmilə bir az əvvəl marketdən aldığı bir neçə dolu sellofanı götürüb həyətə girdi. Həyətdə olan

Detaylı

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin. İlahi Vəhy haqqında Tumar və Quzu (5-ci Fəsil) kimi Vəhy kitabında qabaqcadan

Detaylı

F. M. Dostoyevski. Gülməli adamın yuxusu

F. M. Dostoyevski. Gülməli adamın yuxusu F. M. Dostoyevski Gülməli adamın yuxusu (fantastik hekayə) I Mən gülməli adamam. İndi mənə dəli deyirlər. Onlara hələ də gülməli görünməsəydim, dəli sayılmağım rütbəmin qalxması olardı. Amma daha heç acıqlanmıram,

Detaylı

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri QOŞMA C3 ƏMSSTQ SƏNƏDİNƏ ƏLAVƏYƏ DÜZƏLİŞLƏRİN REYESTRİ Qoşma C3: ƏMSSTQ sənədinə Əlavəyə Düzəlişlərin Reyestri i MÜNDƏRİCAT 1 MÜQƏDDİMƏ... I Cədvəllər Cədvəl

Detaylı

SĐYAHIYAALMA VƏRƏQƏSĐ

SĐYAHIYAALMA VƏRƏQƏSĐ AZƏRBAYCAN RESPUBLĐKASININ DÖVLƏT STATĐSTĐKA KOMĐTƏSĐ Rəsmi Statistika haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məlumatların məxfiyinə zəmanət verir 1 -li forma Azərbaycan Respublikası

Detaylı

Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ

Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ Fransız dilindən tərcümə edənlər: Əziz Gözəlov, Yaqut Qurbanova Tərcüməçilər kitabın nəşrinə göstərdiyi kömək üçün Fransanın Azərbaycandakı Səfırliyinə öz təşəkkürünü

Detaylı

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Kredit bürosu borcalanlar üçün əla imkanlar Kredit bürosu borcalanlar üçün əla imkanlar Bu məqalə Kredit Bürolarının yaradılması vasitəsilə kredit məlumatının mübadiləsinin əsas prinsiplərini təsvir edir. 15 dekabr 2009-cu il tarixdə Bakı şəhərində

Detaylı

İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved

İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved HEKAYƏSİ İSA MƏSİHİN BU İSA MƏSİHİN HƏQİQİ HEKAYƏSİDİR. O İNSAN İDİ, AMMA O İNSANDAN QAT-QAT ARTIQ İDİ. O ALLAHİN VAHİD OĞLUDUR. O ƏLBƏTTƏ Kİ QÜDRƏTLİ İDİ. HƏTTA KÜLƏK VƏ DƏNİZ ONA İTAƏT EDİRDİ. AMMA DƏNİZİN

Detaylı

Müşfiq XAN MİLANAYA MƏKTUB. detektiv roman

Müşfiq XAN MİLANAYA MƏKTUB. detektiv roman 1 2 Müşfiq XAN MİLANAYA MƏKTUB detektiv roman 3 4 İnsan məntiqinin gücündən qaynaqlanan xəfiyyə ədəbiyyatının oxucularına Milanaya məktub adlı növbəti romanımı təqdim edirəm. Sonuncu hədiyyə və Yataqdakı

Detaylı

#ŞƏRHSİZ. tağı nurullayev

#ŞƏRHSİZ. tağı nurullayev #ŞƏRHSİZ tağı nurullayev 1 01. An... (Müəllif) Zaman böyük bir boşluq təsiri oyadır. Hər kəs bu boşluqda xəbərsizcə aşağıya doğru yuvarlanır və geriyə yolun olmadığını da hamı çox gözəl dərk edir. Sadəcə,

Detaylı

Müvəqqəti sığınacaq üçün icazə: sizin üçün bu nə deməkdir?

Müvəqqəti sığınacaq üçün icazə: sizin üçün bu nə deməkdir? Müvəqqəti sığınacaq üçün icazə: sizin üçün bu nə deməkdir? Sizin sığınacaq üçün müraciətinizə müsbət cavab verilib. Sizə müvəqqəti sığınacaq üçün icazə verilir. Bu İmmiqrasiya və Naturalizasiya xidməti

Detaylı

İstəmədən Getmək. (Hekayə 1)

İstəmədən Getmək. (Hekayə 1) Ön söz Bu kitab üç dənə hekayədən ibarətdir. Hekayələri insanlara bir nümunə kimi göstərmişəm. Kitabın adı isə gördüyüvüz kimi Ağ-Qara dır. Ağ rəngi sevinc, qara rəngi isə kədər kimi nümayiş etdirirəm.

Detaylı

BİRİNCİ FRAQMENT. Bir gənc ana uşaq arabasını yırğalayır, əlilə irəlini göstərərək körpəni ovutmağa çalışır.

BİRİNCİ FRAQMENT. Bir gənc ana uşaq arabasını yırğalayır, əlilə irəlini göstərərək körpəni ovutmağa çalışır. TELE PYES BİRİNCİ FRAQMENT Onlar elə rakursdan götürülüb ki, sanırsan heykəldilər. Amma hərəkət edirlər. Danışmırlar, yalnız hərəkət edirlər. Bu hərəkətlər, jestlər deyir ki, onlar kimisə gözləyirlər.

Detaylı

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa:118-138 ISSN: 2147-8872

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa:118-138 ISSN: 2147-8872 TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa:118-138 ISSN: 2147-8872 AZƏRBAYCAN VƏ OSMANLI TƏZKİRƏLƏRİNİN MÜQAYİSƏSİ ÖZET Vüsale Musalı * Ortaçağ'dan bugüne

Detaylı

Himayə altında böyüyən uşaq və gənclər

Himayə altında böyüyən uşaq və gənclər Himayə altında böyüyən uşaq və gənclər AVROPANI UŞAQLAR ÜÇÜN VƏ UŞAQLARLA BIRGƏ QURAQ Öz hüquqlarını tanı! Himayə altında böyüyən uşaq və gənclər Öz hüquqlarını tanı! Avropanı uşaqlar üçün və uşaqlarla

Detaylı

Yeni torpaqlara səyahət

Yeni torpaqlara səyahət Yeni torpaqlara səyahət Siz nəyi gəmidən atardınız? Fəslin mövzusu Çətinlik dərəcəsi Yaş həddi Tələb olunan vaxt İştirakçı sayı Oyunun növü Ümumi insan hüquqları I dərəcə 8 13 yaş 45 dəqiqə 8 20 uşaq Prioritetlərin

Detaylı

NOBEL QARDAŞLARI VƏ ONLARIN AZƏRBAYCANDA FƏALIYYƏTLƏRI

NOBEL QARDAŞLARI VƏ ONLARIN AZƏRBAYCANDA FƏALIYYƏTLƏRI Fəxrəddin İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkəti NEFTQAZLAYİHƏ İnstitutu NOBEL QARDAŞLARI VƏ ONLARIN AZƏRBAYCANDA FƏALIYYƏTLƏRI Bildiyimiz kimi Azərbaycan ərazisi yalnız indi deyil, ötən

Detaylı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo Daniel Defonun 355 illik yubileyi münasibəti ilə respublika uşaq kitabxanaları üçün hazırlanmış metodik vəsait Bakı 2015

Detaylı

Zaur USTAC USUBCAN ƏFSANƏSİ. (Məqalələr birinci hissə)

Zaur USTAC USUBCAN ƏFSANƏSİ. (Məqalələr birinci hissə) Zaur USTAC USUBCAN ƏFSANƏSİ (Məqalələr birinci hissə) Bakı - 2017 1 Zaur USTAC USUBCAN ƏFSANƏSİ (Məqalələr-birinci hissə) Bakı, USTAC.AZ nəşrləri, 2017, 70 səh. Kod: 002-04- MZM-14-20-17 Bu kitabda Zaur

Detaylı

60 Dəq yaş. Niyə bu qədər uşaq hələ də məktəbə getmir?

60 Dəq yaş. Niyə bu qədər uşaq hələ də məktəbə getmir? Niyə bu qədər uşaq hələ də məktəbə getmir? səh.1 Uşaqlar təhsildən məhrum edildikdə cəmiyyət bütövlükdə uğursuzluğa düçar olur. Təhsil hüquqdan daha çox şey ifadə edir. Təhsil həm də vasitədir. İqtisadi

Detaylı

Füzuli YAVƏR TELEVİZİYA PYESİ TELEVİZİYA PYESİ

Füzuli YAVƏR TELEVİZİYA PYESİ TELEVİZİYA PYESİ Füzuli YAVƏR TELEVİZİYA PYESİ TELEVİZİYA PYESİ Qapı. Bir qədər açıq. Yazıçı onun qarşısında donub qalıb. Bilmir qapını döysün, ya elə-belə keçsin içəri. Necəsə bir maraqla, ehmallıca otağa boylanır. Alt

Detaylı

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI T.C. DEVLET PERSONEL BAŞKANLIĞI Avrupa Birliği ve Dış İlişkiler Birimi Temmuz 2013 T.C. DEVLET PERSONEL BAŞKANLIĞI İçindekiler Azerbaycan Cumhuriyeti Hakkında Genel Bilgiler...5 Azerbaycan Cumhuriyeti

Detaylı

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması MobilBank Mobil telefon vasitəsilə kart hesabının idarə olunması Xidmət siyahısı Kommunal xidmətlərin ödənişi Mobil operator xidmətlərinin ödənişi İnternet provayderlər xidmətlərinin ödənişi Card-to-card

Detaylı

"DEYİRDİM Kİ, BU QURULUŞ DAĞILACAQ" Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy lə Ədalət Tahirzadə nin söhbəti ( 17 oktyabr aprel 1992 )

DEYİRDİM Kİ, BU QURULUŞ DAĞILACAQ Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy lə Ədalət Tahirzadə nin söhbəti ( 17 oktyabr aprel 1992 ) "DEYİRDİM Kİ, BU QURULUŞ DAĞILACAQ" Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy lə Ədalət Tahirzadə nin söhbəti ( 17 oktyabr 1991-15 aprel 1992 ) Əbülfəz bəy, istəyirəm bu söhbəti hələlik siyasətdən

Detaylı

Uilyam Somerset Moem Həyati hadisələr

Uilyam Somerset Moem Həyati hadisələr Uilyam Somerset Moem Həyati hadisələr Henri Qarnetin adətiydi: günorta şəhərdən çıxanda nahar etmək üçün evə getməzdən qabaq öz klubuna baş çəkər və bric oynardı. O, elə adam idi ki, onunla oynamaq xoş

Detaylı

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ KAFEDRA: QİDA MƏHSULLARININ TEXNOLOGİYASI FƏNN: BİOTEXNOLOGİYANIN ƏSASLARI GENETIK MÜHƏNDISLIK VƏ ONUN ƏSAS ANLAYIŞLARI Tərtib etdi: Dos.,t.e.n. Qədimova Natəvan

Detaylı

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ XƏYALLARINIZI İNŞA EDİRİK! 01 510 81 81 050 880 81 81 Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti E-mail: office@kristalabsheron.az MERİDA PREMİUM BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ NİYƏ MERİDA

Detaylı

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI HƏYAT SIĞORTASI MÜNDƏRICAT Maddə 1. Maddə 2. Maddə 3. Maddə 4. Maddə 5. Maddə 6. Maddə 7. Maddə 8. Maddə 9. Əsas anlayışlar Sığortanın subyektləri Sığortanın obyekti Sığorta sinifləri Sığorta predmetinin

Detaylı

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( ) AMEDIA 2016 Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:(+994 12) 4369846 / (+994 77) 4100004 E-mail: info@amedia.az www.amedia.az HAQQIMIZDA AMEDIA komandası olaraq biz böhranda şirkətlərin

Detaylı

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir Ġstanbul METROBUS BRT Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir Tarixi Ġstanbul Müasir Ġstanbul Ġstanbul Dünyanın ən tarixi və

Detaylı

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!! PE 0 BORULARI su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 0) Keyfiyyətə üstünlük ver!!! Su həyatdır onu birlikdə qoruyaq! PE 0 BORULARI BİZ KİMİK? POLİMER SƏNAYE PARKI MMC 12-ci ildən fəaliyyət göstərir.

Detaylı

1915 Çanakkale Savaşlarının 100. Yılı ve 1918 Kafkas İslam Ordusu Anısına

1915 Çanakkale Savaşlarının 100. Yılı ve 1918 Kafkas İslam Ordusu Anısına ШЦЩЕДА МЕКТУПЛАРЫ Шцщеда Мектупларда Юьренжилер Шещитликлерде Булушуйор Проъе Мектуплары 1915 Çanakkale Savaşlarının 100. Yılı ve 1918 Kafkas İslam Ordusu Anısına Derleyen: Ömer DURAK Bakü Türk Anadolu

Detaylı

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti ADA Universitetində təhsil alan tələbələrin təhsil haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti 03.09.2015 Ərizəçi (Borcalan) Universitetdə bakalavr və magistr pilləsində təhsilini başlayan və ya təhsilini

Detaylı

BALANS HESABATI A-AKTİVLƏR

BALANS HESABATI A-AKTİVLƏR BALANS HESABATI A-AKTİVLƏR Aktivlərin maddələri Cəmi (min AZN) Xarici valyutada (2-ci sütundan) 1. Nağd vəsaitlər (banknotlar v ə sikkələr, yolda, bankomatlarda v ə 20330.03 8764.68 valyuta mübadil ə məntəqələrind

Detaylı

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon. XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon. E-mail: office@kristalabsheron.az BAKI ŞƏHƏRİ 8-ci MİKRORAYON LAYİHƏSİ www.kristalabsheron.az HAQQIMIZDA 25 İLLİK İPOTEKA TAM TƏMİRLİ MƏNZİLLƏR!

Detaylı

Gedək biz olmayan yerə

Gedək biz olmayan yerə AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ (Şair Ramiz Rövşənin 65 illik yubileyinə həsr olunmuş metodiki vəsait) Gedək biz

Detaylı

İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ

İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ Buludxan Xəlilov İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ Bakı 2014 1 ELMİ REDAKTORU: Himalay Qasımov, filologiya üzrə elmlər doktoru, professor RƏYÇİLƏR: Nizaməddin Şəmsizadə, filologiya üzrə elmlər doktoru,

Detaylı

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ (ƏLAVƏ) ÜÇÜN ƏLAVƏ BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ VACIB XƏBƏRDARLIQ: Daxil olmaq / və ya bu Cloud xidmətindən istifadə (aşağıda müəyyən edildiyi

Detaylı

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK MƏNTİQİ TƏFƏKKÜRÜN YOXLANILMASI ÜZRƏ TEST TAPŞIRIQLARI 1. Ədədi ardıcıllıqda sual işarəsi yerinə hansı ədəd gəlməlidir? 5? 7 7 14 11 16 15? A) 32; 4 B) 3; 32 C) 13; 5 D) 32; 7 E) 3; 8 2. Qanunauyğunluğu

Detaylı

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı Mehdiyev Əkbər 1313A Dunya təcrubəsi gostərir ki, innovasiya texnologiyalarından geniş istifadə olunması olkənin hərtərəfli inkişafına xidmət edir. Bu texnologiyalar

Detaylı

Giriş Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir gənclə görüşməyə başlayır. Yazıçı gəncdən məktəbdə öyrədilməyən

Giriş Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir gənclə görüşməyə başlayır. Yazıçı gəncdən məktəbdə öyrədilməyən Giriş Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir gənclə görüşməyə başlayır. Yazıçı gəncdən məktəbdə öyrədilməyən həqiqətləri və insanı xoşbəxt edəcək formulun sirrini

Detaylı

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR 1.1 Kartın növü İllik (əsas kart) İllik (əlavə kart) 1. ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR Gold Virtual* Gold Gold İnfinite 1 il 10 AZN 5 AZN 5 AZN 8 AZN 20 AZN 40 AZN 3 AZN 10

Detaylı

Kitab Azərbaycan Banklar Assosiasiyasının maliyyə və ASAN Könüllüləri təşkilatının informasiya dəstəyi ilə nəşr edilib.

Kitab Azərbaycan Banklar Assosiasiyasının maliyyə və ASAN Könüllüləri təşkilatının informasiya dəstəyi ilə nəşr edilib. AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI ASAN KÖNÜLLÜLƏRİ Kitab Azərbaycan Banklar Assosiasiyasının maliyyə və ASAN Könüllüləri təşkilatının informasiya dəstəyi ilə nəşr edilib. Hörmətli oxucular, Sahibkarlığın

Detaylı

Film Fiction Mart, 12 İNFORMASİYA DƏSTƏYİ

Film Fiction Mart, 12 İNFORMASİYA DƏSTƏYİ 2 İNFORMASİYA DƏSTƏYİ MART 12 / 2013 Üz qabığındakı sima: Zeki Demirkubuz REDAKTOR: Şahin Xəlil DİZAYN: Ferat (Fuad Alqayev), Rəsul Həsənov YAZARLAR: Məcid Məcidov, Ferat (Fuad Alqayev), Şahin Xəlil, Elmidar

Detaylı

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı. Milad bayramı Paketdə siz görəcəksiniz: Uşaqlar üçün dəvətnamələr Müqəddəs Kitab dərsləri Yadda saxlamaq üçün ayə Əl işi Mahnı Oyunlar Əyani vəsait Xeyirli məsləhətlər Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif

Detaylı

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru Bakı - 2014 XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİN BAŞLICA İSTİQAMƏTLƏRİ Bir ölkənin xarici iqtisadi əlaqələri əsasən aşağıdakı istiqamətlər

Detaylı

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması MobilBank Mobil telefon vasitəsilə kart hesabının idarə olunması Xidmət siyahısı Kommunal xidmətlərin ödənişi Mobil operator xidmətlərinin ödənişi İnternet provayderlər xidmətlərinin ödənişi Pulun kartdan

Detaylı

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları 1. Ümumi müddəalar. 1.1. Bu Qaydalar Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin (bundan sonra Müsabiqə) keçirilmə

Detaylı

Yaqub. kitabı əsasında 10 Bibliya məşğələsi

Yaqub. kitabı əsasında 10 Bibliya məşğələsi Yaqub kitabı əsasında 10 Bibliya məşğələsi XAHİŞ EDİRİK, BUNA DİQQƏT YETİRİN! Bu dərslərin seriyasına aid olan Power Point prezentasiyalarının CD-diskini, eləcə də rəngli əyani vəsaitləri və iş vərəqələrini

Detaylı

NEHEMYA. Orijinalın adı: Nehemiah Orijinal mətn: Roy Harrison

NEHEMYA. Orijinalın adı: Nehemiah Orijinal mətn: Roy Harrison NEHEMYA Orijinalın adı: Nehemiah Orijinal mətn: Roy Harrison Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz.

Detaylı

Edqar Allan Po Morq küçəsində qətl

Edqar Allan Po Morq küçəsində qətl Edqar Allan Po vivo-book.com Edqar Allan Po hekayə PDF hazırladı - Nizami Əlisoy (lisoynizami@gmail.com) Vivo-Book.com Bakı - 2015 4 s ə h i f ə *** Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles

Detaylı

Rəşid bəy və Səadət xanım İsmayıl bəy Qutqaşınlı

Rəşid bəy və Səadət xanım İsmayıl bəy Qutqaşınlı VIVO-BOOK.COM İsmayıl bəy Qutqaşınlı İsmayıl bəy Qutqaşınlı hekayə Tərcümə: Səlim bəy Behbudov PDF hazırladı - Nizami Əlisoy Vivo-Book.com Bakı - 2014 4 Mündəricat İsmayıl bəy Qutqaşınlı.........................................

Detaylı

WWW.SUPERSAYT.WORDPRESS.COM Tərcümə: Səfər İskəndərov Edqar Allan Po Morq küçəsində qətl (hekayə) Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadınlar arasında gizlənəndə özünə hansı adıuydurdu

Detaylı

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası Smart Baby Watch Q50 -nin istifadə instruksiyası Smart Baby Watch Q50 -nin istifadə instruksiyası. GPS-li Smart Baby Watch Q50 uşaq saatları üçün Se Tracker qeydiyyat və istifadə əlavəsi. ƏSAS TƏLƏBLƏR:

Detaylı

Redaktor: Dilsuz ELÇIN. E46 «Seçilmiş əsərləri» (10 cilddə), 1-cü cild. «Çinar-Çap» nəşriyyatı, Bakı, 2005, 626 səh.

Redaktor: Dilsuz ELÇIN. E46 «Seçilmiş əsərləri» (10 cilddə), 1-cü cild. «Çinar-Çap» nəşriyyatı, Bakı, 2005, 626 səh. Seçilmiş əsərləri 1 Redaktor: Dilsuz ELÇIN E46 «Seçilmiş əsərləri» (10 cilddə), 1-cü cild. «Çinar-Çap» nəşriyyatı, Bakı, 2005, 626 səh. E 4702060200 122 «ÇINAR-ÇAP», 2005 2 HAKIM OXUCUDUR Bu kiçik ön sözü

Detaylı

ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR

ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu

Detaylı

Marketinq. Mehdiyev Əkbər

Marketinq. Mehdiyev Əkbər Marketinq Mehdiyev Əkbər 1313A Marketinqin mahiyyəti Marketinq, planlaşdirma prosesidir; Bu proses, məhsulun yaradilması, qiymətləndirilməsi, təbliğatının aparılması və yayılmasından ibarətdir; Marketinqin

Detaylı

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

AVRASİYA SOSİAL ELMLƏR FORUMU II CİLD Azərbaycan Dövlət Hacettepe Qırğızıstan-Türkiyə Ahmet Yesevi İqtisad Universiteti Universiteti Manas Universiteti Universiteti Dünya İqtisadiyyatının İnkişaf Paradiqması: Bazar və Sonrası mövzusunda

Detaylı

"MTN də, MN də, DİN də öz kadrlarımızla yetərincə təmin edilmədiyinə görə həmin nazirliklər bizim əleyhimizə çevrildi"

MTN də, MN də, DİN də öz kadrlarımızla yetərincə təmin edilmədiyinə görə həmin nazirliklər bizim əleyhimizə çevrildi İkinci söhbət. BİZ NİYƏ DEVRİLDİK? Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu! (Qur an, "Əraf" surəsi: 86) Bu sorğuya cavab verərkən bütün gerçəkləri ortaya qoymadığını özü də gizlətmir, bir çox

Detaylı

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ Öz Günümüzde, küreselleşme koşullarında Doğu-Batı çatışması özel aciliyet arz etmektedir. Doğu ülkelerinin zengin kültürel geleneğe sahip edebiyatı

Detaylı

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ- METODİKA ŞÖBƏSİ MƏKTƏBƏQƏDƏR YAŞLI OXUCULARIN MÜTALİƏSİNƏ RƏHBƏRLİK (Uşaq mütaliəsinə rəhbərlik

Detaylı

QRAMMATİK İNTERFERENSİYA HAQQINDA

QRAMMATİK İNTERFERENSİYA HAQQINDA QRAMMATİK İNTERFERENSİYA HAQQINDA Zəhra İdriskızı ƏLİYEVA * Özet Bu bildiride iki dilli sistemde (Rus-Avrupa) dillerin birbirine linguistik etkisi araşdırılmışdır. Morfoloji interferensiya ile Y.D. Polivanov,

Detaylı

Millət bir insan toplumudur. O toplum bir mədəniyyəti daşıyır, bir dildə danışır, bir əqidə və məfkurənin daşıyıcılarını birləşdirir.

Millət bir insan toplumudur. O toplum bir mədəniyyəti daşıyır, bir dildə danışır, bir əqidə və məfkurənin daşıyıcılarını birləşdirir. Millət və millətçilik haqqında İdealist düşüncədə millət böyük bir ruhdur, ruhun törədicisidir; deməli, o parçalana bilməz. Millətimiz yalnız ərazi baxımından parçalanıb. Ruhu təmsil edən millətin mədəniyyəti,

Detaylı

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT «Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası»na 1 nömrəli əlavə 31 dekabr 2009 il tarixə FORMA 1 VÖEN 1 3 0 0 1 2

Detaylı

Mark Tven. "İblislə sövdələşmə" (hekayə)

Mark Tven. İblislə sövdələşmə (hekayə) Mark Tven "İblislə sövdələşmə" ABŞ ədəbiyyatının tanınmış klassik nasirindən çox oxunaqlı bir bədii nəsr nümunəsi (hekayə) Belə bir şəraitdə qəlbimi İblisə satmaq qərarına gəldim polad səhmlərinin məzənnəsi

Detaylı

BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ

BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ Bakı 2007 BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ Dr. Rafiz Manafov Azərbaycan Respublikası Bakı İslam Universiteti Zaqatala Şöbəsi Kitabın adı İslam Düşüncəsi Müəllif Dr. Rafiz Manafov Məsləhətçi

Detaylı

Ernest Heminquey KİLİMANCARO QARLARI

Ernest Heminquey KİLİMANCARO QARLARI Ernest Heminquey KİLİMANCARO QARLARI 1 Kilimancaro 19 710 fut hündürlükdə yerləşən əbədi qarlarla örtülü uca dağ silsiləsi, Afrikanın ən yüksək nöqtəsidir. Masai qəbiləsinin sakinləri onu Allahların evi

Detaylı

UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR

UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR Toni Alamo Rəbb tərəfindən mənə verilən fövqəltəbii görümlər, əlamətlər və xariqələr haqqında artıq bir neçə məqalə yazmışam. 1 Haqqında yazmadığım hələ çoxlu

Detaylı

Şahin Xəlil. Oxuyana...lənət!

Şahin Xəlil. Oxuyana...lənət! 1 Şahin Xəlil Oxuyana...lənət! Bakı 2011 2 Designed by Ferat Redaktor: Ferat Şahin Xəlil. Oxuyana lənət! Bakı, 2011. Tel: (+ 994 51) 816 57 01 (+ 994 55) 563 33 41 Oxuyana lənət! Şahin Xəlilin müəllifi

Detaylı

ABB-də 1,400-ə yaxın insan çalışır. İngiltərənin

ABB-də 1,400-ə yaxın insan çalışır. İngiltərənin 14 YANVAR 2014 Təqdimat Finansist "Azərbaycan Beynəlxalq Bankı"ASC 1992-ci ilin yanvarın 10-dan fəaliyyətə başlayıb. Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Respublikasında dövlət nəzarətində olan və bank

Detaylı

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 -li qərarı ilə təsdiq edilmişdir. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam

Detaylı

xalqı mübariz vя qяhrяman xalqdır Áèëèðñÿí, íÿ åòìèø êöðäëÿð áèð çàìàí? Ãÿäèì Àâðîïàíûí õà ïÿðÿñòëÿðè, Ìöñÿëìàí êå ìèøèí þéðÿíñÿ ÿýÿð, Ñÿù. 4 Ñÿù.

xalqı mübariz vя qяhrяman xalqdır Áèëèðñÿí, íÿ åòìèø êöðäëÿð áèð çàìàí? Ãÿäèì Àâðîïàíûí õà ïÿðÿñòëÿðè, Ìöñÿëìàí êå ìèøèí þéðÿíñÿ ÿýÿð, Ñÿù. 4 Ñÿù. 1:4-=.QXD 7/31/2011 6:38 AM Page 1 KÜRD DÎPLOMAT xalqı mübariz vя qяhrяman xalqdır. Diplomata-kurdi.com H.Əliyev Hÿftÿlik Èúòèìàè-ñèyàñè ãÿçåò Rojnama heftename civakî ` sîyasî Ãèyìÿòè, Hêjaye 40 ãÿïèê

Detaylı