DOSTUM AY ÇEVİRƏNİ ƏZİZ SƏLAMİ

Benzer belgeler
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

BÖYÜK DƏCCAL Amerika

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

COŞĞUN QARABULUD COŞKUN KARABULUT HARDAN HARAYA NERDEN NEREYE

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

DAVETLİSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Uşaq dünyasının yorulmaz səyyahı- Tofiq Mahmud

İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved

Sarı saatlar dənizində

Milli Virtual Kitabxananın təqdimatında

SALAM SARVAN ŞEİRLƏR

İstəmədən Getmək. (Hekayə 1)

Şeyxa Suad Əl-Sabah MƏNİ GÜNƏŞƏ APAR

Şahin Xəlil. Bakı 2011

Şahin Xəlil. Bakı 2011

Şeyxa Suad Əl-Sabah MƏNİ GÜNƏŞƏ APAR. Milli Virtual Kitabxananın təqdimatında. Babək Əhmədov

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

Müşfiq XAN Ünvansız sevgi detektiv roman

UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

BİRİNCİ FRAQMENT. Bir gənc ana uşaq arabasını yırğalayır, əlilə irəlini göstərərək körpəni ovutmağa çalışır.

F. M. Dostoyevski. Gülməli adamın yuxusu

Gedək biz olmayan yerə

günahsız qurbanı olan azad insanların ruhauna təqdim edirəm. Abbasəli Əhmədoğlu( ) SON TÜFƏNG

Yeni torpaqlara səyahət

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Haraylayır Ana torpaq NƏZMİYYƏ HİCRAN

Uşaqları sevindirən, böyükləri düşündürən şair

Aida Eyvazlı Göytürk

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Taksi

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi. S. Vurğun adına Mərkəzi kitabxana. Hikmət Ziya-85 Metodik vəsait

СЫЬЫНАЪАГ ЛИМАН ЙОХДУР

Türk dünyasının böyük söz ustadı

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Şaman nəvəsi Rüstəm Behrudi

Mina RƏŞİD - BÖYÜKLƏR BİZƏ BAXSIN. Mina RƏŞİD BÖYÜKLƏR BİZƏ BAXSIN

AZƏRBAYCAN RESPUBLĠKASI MƏDƏNĠYYƏT VƏ TURĠZM NAZĠRLĠYĠ. F.KÖÇƏRLĠ ADINA RESPUBLĠKA UġAQ KĠTABXANASI ELMĠ-METODĠKA ġöbəsġ.

Con Steynbek XRİZANTEMLƏR

Qismət MEQAPOLİS HÜZNLƏRİ

1915 Çanakkale Savaşlarının 100. Yılı ve 1918 Kafkas İslam Ordusu Anısına

Andrey PLATONOV. TORPAQDA ÇİÇƏK (Hekayə. Orijinaldan yeni tərcümələr)

BESTAMİ YAZGAN. Yağmur Quşları. Qafqaz Üniversitelinin nəşri. W-Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

ÜLVİ BÜNYADZADƏ SƏNİN OXŞARIN BƏNÖVŞƏDİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ.

NEHEMYA. Orijinalın adı: Nehemiah Orijinal mətn: Roy Harrison

Ruzbeh Məmməd. 365 gün

Azərbaycanın görkəmli qadın şairləri. 60 illik yubileyi münasibətilə FƏRİDƏ HACIYEVA. Biblioqrafiya

SƏRHƏDLƏR AŞAN POEZİYA. (medodik vəsait)

Xalid Hüseyni Min Möhtəşəm Günəş. Bütün dünyada inanılmaz uğur qazanan Çərpələng uçuran ın yazarından

Aparıcı uşaqlara uyğun müraciətlə:

Anadan olduğum andan sevirəm

Seyid Ramin YAŞASIN ÖLMƏK!

SƏNİ YARADANI SEVİRƏM...

Rəşid bəy və Səadət xanım İsmayıl bəy Qutqaşınlı

Giriş Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir gənclə görüşməyə başlayır. Yazıçı gəncdən məktəbdə öyrədilməyən

#ŞƏRHSİZ. tağı nurullayev

AŞIQ GÜLABI MЯN OLMAYANDA

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait

OSMAN TÜRKAY AY ÜÇÜN REKVİYEM

Ömür kitabına poeziya yazılan şair- Sabir Rüstəmxanlı

Zaur USTAC ÇƏHRAYI KİTAB. (Seçmə şeirlər)

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

HƏR SUALA BİR CAVAB. Kainat nə boydadır?

ƏLİBABA MƏMMƏDOVUN MAHNILARI

Azərbaycan Milli Kitabxanası

Uilyam Somerset Moem Həyati hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. UŞAQLARIN YAXIN DOSTU (metodik məktub)

DÜNYA XALQLARININ NAĞILLARI. xalqlarının. (Nyamanın quyusu)

Uşaq gözü, şair sözü

Şahin Xəlil. Oxuyana...lənət!

tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalında əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı q

Xoxan. Gənc yazarın e-kitabı. Günay Dağlı. Poetik və nəsr toplusu. Milli Virtual Kitabxananın təqdimatında

Dünyada ən uca zirvədir - Ana!

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. 525 kitab seriyası SÖHRAB SİPEHRİ SUYUN AYAQ SƏSİ

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

Azərbaycanın görkəmli uşaq yazıçısı. Qəşəm İsabəylinin anadan olmasının 65 illiyi münasibətilə

Nəsir QƏDİRLİ HƏQİQƏTLƏR, GÜMANLAR. (Şeirlər)

Uşaq ədəbiyyatımızın xanım anası

3. Tarix hesabı və ya müxtəlif təqvimlər

Füzuli YAVƏR TELEVİZİYA PYESİ TELEVİZİYA PYESİ

Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ

Сян кюврялмя mяn kюvrяlim

Avesta. YYSQ Zərdüşt Peyğəmbər. Milli Virtual-Elektron Kitabxananın təqdimatında. Parçalar

Transkript:

DOSTUM AY ÇEVİRƏNİ ƏZİZ SƏLAMİ

(C) 1984 S. Fischer Verlag GmbH, Frankfurt am Main. All rights reserved. Published by Aziz Salami Berlin - Germany, 2015 E-mail: bulaq@bulaq.info ~ 2 ~

ROSE AUSLÄNDER 1901-1988 ~ 3 ~

1941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu. O illərdə yaşadıqları, ölüm kölgəsi kimi ömrünün sonunadək onu izlədi və dondurucu nəfəsini onun bir çox şeirlərinə yaydı: Yox unutmaram o yanmış illəri unutmaram göyqurşağını əzən o çəkmələri onların birləşməsi çevirsinlər deyə bizi oddan qızılgülə oddan kəpənəyə oddan qanada O ölümlü, dəhşətli illər dünyanı onun gözlərində bir qorxu dünyasına çevirdi; bir qorxu ki, ondan qaçmaq, ondan gizlənmək mümkün deyil; bir qorxu ki, hava kimi insanın içinə dolur və onun hər anında varlığı duyulur: Arxamda dünyanın nəfəsi Arayıram üzünü O durmuş aynada yanaqlarında qorxu var baxışı itmiş hardasa Tükənməz bir qorxu içində yaşayan bir insan bu gündə, indidə yaşamır, nə zamansa baş verəcək bir fəlakəti, bir dəhşəti gözləyir. R. Ausländer in bir çox şeirlərində də belə bir ruh vardır: ~ 4 ~

Gözləyirik dünyanın kənarında oddan olayları Ayın parçaları caynağında tikanların İldırımın heroqlifi Gözləyirik o sözü Şairin göylərlə, ulduzlarla, ayla dərin bağlılığını yerin dəhşətindən qaçmaq, qurtulmaq kimi də anlamq olar. Torpağı saran qorxunun vara bilməyəcəyi ayın, ulduzların uzaq işıqları onun bir çox şeirlərini istilik və toxtaqlıq verən bir dost yaxınlığı kimi bürümüşdür: Ulduzların göylərin qarasından tökülməsi Ayın mahnısının könlümə enməsi Gecə söndürdü qorxumu gözləyirəm sevinclə gündüzü Gəmilər əylənmək və rahatlanmaq üçün torpağın sularına lövbər atırlar. Torpaqda qorxu hökm sürərsə, insanın ruhu göylərə lövbər atmağa çalışacaqdır: Qucaqlayır quzey küləyi qorxumu ~ 5 ~

Lövbər atmışam göylərə mən Yer verir qoynunda mənə ulduzların yosunları ömür boyu Söz, R. Ausländer in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür; bir kiçik qayıq kimi, okeana tullanmış bir insan üçün; qayalara söykənmiş bir koma kimi, fırtınada yol azan bir yolçu üçün. Həm də o, bilir ki, dünyanı, həyatı və hər nəyi qavrayıb dillə anlatmaq üçün ancaq sözlərdən yardım almalıdır; ürkək, yüyənsiz və çətin ələ keçən sözlərdən: Düşünür dünya məni və sorur Məni harada arayırsan məni harada tapacaqsan Mən minmişəm sözlərdən bir buluda söyləyirəm: BURADA Artıq hər nə sözlərdədir. Qaranlıq da sözlərdədir, işıq da, bütün görünənlər və ruhumuzdan çox uzaqlarda olan və onu gecə-gündüz səsləyən gizli yaşama sirrləri də sözlərdədir: Sözlər var işıqlıdır sözlər var qara bir sehirlə süzər məni Çıxarıb onlardan gizlənmiş işığı qoyaram qaranlıq könlümə yaşamaq böyləcə ~ 6 ~

R. Ausländer üçün dünya Bilinməz lər, Gizli lər dünyasıdır və insan həyatının ən böyük dəyəri, dərinliyi və sevinci də bu Gizli lər ardınca getməkdir; bu yolçuluq, bütün ağrı, acılarına baxmayaraq gözəldir: Oxuyuram düşüncə işığında yazdığını o Gizli nin gedirəm yeraltı çaylar ardınca dünyanın yollarında Yaralar alıram dəydiyim daşlardan yırtıcı heyvanlarla çarpışıram Belə olmalı söyləyir ardınca getdiyim səs Rose Ausländer torpaq kimidir. İnsanın yaraladığı, zəhərlədiyi torpaq bir zamandan sonra insana çörək və çiçək verir. Torpaqda nifrət yoxdur, torpaq öc almır. Torpaq ulu həyatdır, həyatın ürəyinin döyüntüsü bəsləməyə, çiçəkləndirməyə, cücərtməyə köklənmişdir və bütün bunların canında sevmək var; yaratmaq istəyi var. Və R. Ausländer in ruhunun kökləri torpaqdadır: Yanması sönməsi fırtınanın buludlar şişədən rəqs edən oynayan quşlar pəncərədə Bir uyum hər yerdə Unut sərt olanı bağışla yamanlığı ~ 7 ~

Sev ölənləri *** Bu kitabda gedən bəzi şeirlərə şair ad qoymamışdır. Oxucunun zehnində yer alıb qalsın deyə onlara ad verməyi üstün tutdum. Şairin dil və söz qurma özəlliyini dilimizə gətirməyə çalışdım. Haradasa bir yanlış varsa, bildirəni ürəkdən səlamlayıram. 2014 ~ 8 ~

İÇİNDƏKİLƏR: Uşağım 12 Duz 13 Heykəltəraş 14 Kağız 15 Nəfəs 16 Sənin rəngin 17 Açılmaq 18 Söylə 19 Yol tapmaq 20 Belə 21 Ümid 22 Yaşama istəyi 23 Gizli işıq 24 Yaddaş 25 Yollar 26 Harda 27 Suçlu 28 Kəşf etmək 29 Zindanda 30 Şən səhər 31 Sonbahar 32 Burada 33 Qalan yoxdur 34 Bal tortusu 35 Mutluluq 36 ~ 9 ~

Arxamda 37 Mən varkən 38 Qaldırır zaman məni böyləcə 39 Gizli olanlar 40 Dincəlmək 41 Açıq pəncərə 42 Qaratoyuq 43 Belə olmalı 44 Quş 45 Bir yeniyetmənin röyaları 46 Hər zaman yenidən 47 Qardaşım quş 48 Gənclik 49 Arayırsan özünü 50 Rənglər 51 Luna 52 Səndə olan mələk 53 Axan ulduz 54 Tikanlar 55 Ağaclar üzərinə 56 Məktublar 57 Unutmaram 58 Röyamız 59 Bir od qala 60 Axşam 61 Bildir özünü 62 ~ 10 ~

Fırtınası səsinin 63 Gözləyirik 64 Ölkəm 65 Gecə 66 Yox onda təsəllimiz 67 Səhrada 68 Körpü 69 Dostluq 70 Unut ana 71 Yayın ad günü 72 Eşidirmisən 73 Qırılmış musiqi 74 Mutluluq ulduzu 75 Sönən qorxu 76 Ulduzdan ulduza 77 Ömür boyu 78 Bir daha 79 Burada 80 Yuvarlanır günəş 81 Düşən ulduz 82 Dönüş 83 Sev 84 ~ 11 ~

UŞAĞIM Gömdüm torpağa hələ doğmadığım uşağı Tam bir uşaqdı o ~ 12 ~

DUZ Bir dənəcik duzdur qarışmış gerçəyə Gözyaşları duzudur kədərin Yelləmiş torpağın duzunu suyun yelləncəyi Sürtmüş ana dəniz duzu canına ~ 13 ~

HEYKƏLTƏRAŞ Yon bir daşdan sən ruhunu Bir gövdə ki ruhunun sonu yox ~ 14 ~

KAĞIZ Kağızdır kağız və həm də ki bir yoldur ulduzlara rəmzlərə duyğulara görünməyən sirrlərə və bir də ki insanlara ~ 15 ~

NƏFƏS Yaşayırıq nəfəsdən nəfəsə Döyünür ürəyi nəfəsdən nəfəsə bütün bitkilərlə heyvanların Biz ona bağlıyıq qarışırıq onunla nəfəsinə torpağın ~ 16 ~

SƏNİN RƏNGİN Ağdır mənim rəngim onda bütün rənglər var Yaz mənə sən də rəngini Mavi olsun istərəm yaşıl olsun ya qırmızı ~ 17 ~

AÇILMAQ Artıq ağaclar da dolur tumurcuqla Qucaqlayır hava ana qollarıyla səni Uyumaq istəyir kədərin də Danışmaq olar indi qonşularla çiçəklərlə və gümüş yağışlarla Artıq aşmaq olar dünya ilə sənin aranda olan sınırı və aça bilərsən özünü sınırı olmayana ~ 18 ~

SÖYLƏ Söylə sevimli dost bilirəm sehirləyə bildiyini Tək bir sözə çevir dünyanı Bir dünyadır sənin sözün ~ 19 ~

YOL TAPMAQ Üzürəm gecələri ulduzların irmağında röyalarında mən varam Uzanıram tətil günlərində ormanın kölgəsində özləyirəm məni aydınladan bir işığı Yoluna bir yol tapım deyə ~ 20 ~

BELƏ Belə olmalı Olmamış kimi heç zaman Olmayacaq kimi heç zaman ~ 21 ~

ÜMİD Keçmişdə bir evi xatırlamaq Axsayır ümidə doğru gedən qırılmış bu günün Bəlkə bir gün bir daha bir sığıncaq olsun bir insana ~ 22 ~

YAŞAMA İSTƏYİ Buraxıb getməmiş bizi Mänade lər * İnsan olmuş gizlicə beynimizdə Onlardır yürüdən bizi yolumuzda qovmaq olmaz ki onları * Mänade lər: Yunan mitolojisində şərab tanrısı Dionysos la birlikdə olan qadınlar. Həyatdan son dərəcə zövq alanların simbolu. ~ 23 ~

GİZLİ İŞIQ Sözlər var işıqlıdır Sözlər var qara bir sehirlə süzər məni Çıxarıb onlardan gizlənmiş işığı qoyaram qaranlıq könlümə Yaşamaq böyləcə ~ 24 ~

YADDAŞ Daşlar sayır addımlarını onların yaddaşıdır yolun sənin Gedir səni qaynaqdan zirvəyə ~ 25 ~

YOLLAR Gedilmək istərlər bir söz boyda yeri sən də Dümdüz çarpaz eniş yoxuş Tap ulduzlar ormanında addımını Sarar səni kölgələrdə aydınlıqlar Get sözlərin yarğanında ~ 26 ~

HARDA Hardadır cənəttim mənim Evim idi gecə ikən Yoxsa gördümmü röyada Oyağam indi səhrada Qapanar gözlər burada qumlardır mənim yerim ~ 27 ~

SUÇLU Unudulmamış büsbütün o cənnət ki suçumuz yoxdu orada Gözəl idi alması şirin idi görmək öyrətdi bizə onun suyu Suçlu yaşayaq dünyada sevək yasaq sözləri insanları bu qorxulu göy altında ~ 28 ~

KƏŞF ETMƏK Bu gün səhər kəşf etdim özümü Mən mənəm soruram mən özümdən nə etməli Kəşf etmək istəyirəm dünyanı sözləri nəsnələri və sənin sevdanı ~ 29 ~

ZİNDANDA Gətirdilər məni zindana bilmirəm nə üçün Siz nəsiniz bir heçdir şair olan siz nəsiniz doğrudan Hüceyrəmdə oxuyurdum gənc qadına əfsanə- şeirləri öyrənirdi o rahatca Şahmat fiquru düzəldirdik yumşaqca çörək qırığından oynayarkən dəlikdən baxırdı göz: yasaqdır oynamaq yasaqdır yazmaq oxumaq Eşikdə on dəqiqə ola bilmək və göyüzü mavi bir nağıl idi əl edirdi bir ağ bulud: gözləyir anan səni ~ 30 ~

ŞƏN SƏHƏR Girirəm içinə gözlərimin yenidir evi dünyanın gizlidir qapalı bağçalara və çaylara açılan qapıları Döşəyirəm içini çiçəklənən gözlərimin geyirəm sevdiyim adları əynimə yuyuram addımımı sözlərin bulağında ~ 31 ~

Sayğılı oxucular! Qaynağın haqqını qorumaq üçün bu internet toplusunda ancaq 20 şeir verməyə haqqımız vardır. Bütün şeirləri oxumaq üçün kitabı satın almaq lazımdır. ~ 32 ~