[18] 1. Ümumi müddəalar

Benzer belgeler
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

1. Ümumi müddəalar Elektron xidmətin adı: daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Hüquqi şəxslərin Elektron imza sertifikatı almaları üçün E-ərizə ilə müraciət xidməti üzrə İSTİFADƏÇİ TƏLİMATI

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

DÖVLƏT ORQANLARI TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLƏN XİDMƏTLƏRİN ELEKTRON REYESTRİ İNFORMASİYA SİSTEMİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ TÖVSİYƏLƏR

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

Sistem inzibatçıları üçün təlimat

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Poçt rabitəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

«Proses iştirakçısının Elektron şəxsi kabineti»

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi

və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Neftqaztikinti. tresti. edir.

«Atəşgah» Sığorta Şirkəti ASC FIZIKI ŞƏXSLƏRIN SAHIBLIYINDƏ OLAN MINIK AVTOMOBILLƏRININ TAM SIĞORTASI ÜZRƏ SIĞORTA QAYDALARI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

XARİCİ SƏFƏRLƏR ZAMANI TİBBİ XƏRCLƏRİN SIĞORTASI QAYDALARI

H E S A B A T Q E Y D Ə A L I N D I!

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

BANKLARIN VƏ MALİYYƏ XİDMƏTLƏRİ GÖSTƏRƏN DİGƏR HÜQUQİ ŞƏXSLƏRİN RİSKLƏRİNİN KOMPLEKS SIĞORTASI QAYDALARI

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları

Xarici səfərlər zamani tibbi xərclərin sığortası Qaydaları

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi NƏQLIYYAT VASITƏLƏRİNİN SIĞORTA QAYDALARI

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

KÖNÜLLÜ TİBBİ SIĞORTA QAYDALARI ANLAYIŞLAR

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

Gömrük xidməti əməkdaşlarının xüsusi geyim forması və tanınma nişanları vardır. (Gömrük orqanlarının bayrağı və tanınma nişanları).

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Vətəndaşlara məxsus nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət

Müəlliflik hüququ obyektlərinin qeydiyyatı QAYDALARI

Əmanətlərin Sığortalanması Fondunun

Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"29" ci il (Protokol 7) İdarə Heyətinin sədri

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

FEVRAL Elektron Hökumət Bülleteni. Vətəndaş və dövlət qurumları münasibətlərində yeni səhifə. Elektron Hökumət Portalı

ŞİRNİYYAT MƏHSULLARININ İSTEHSALI KİÇİK SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ

1.3. Komitə öz fəaliyyəti barədə yalnız Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası qarşısında ildə bir dəfədən az olmayaraq hesabat verir.

SƏYAHƏT SIĞORTASI QAYDALARI

Transkript:

İqtisadiyyat Nazirliyinin kollegiyasının 14 iyun tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 3 nömrəli əlavə Kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament [18] 1. Ümumi müddəalar 1.1. Elektron xidmətin adı: Kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması üçün müraciətin və sənədlərin qəbulu. 1.2. Elektron xidmətin məzmunu: bu xidmət kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir. 1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: 1.3.1. Qrant haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü hissəsi; 1.3.2. Qrant haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanının 2.3-cü bəndi; 1.3.3. Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-1-ci hissəsi; 1.3.4. Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda bir pəncərə prinsipinin tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri; 1.3.5. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanının 1-ci və 4-cü hissələri və həmin Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı ; 1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası ; 1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli Qərarı ilə təsdiq edilmiş Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası ; 1.3.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - Elektron xidmət növlərinin Siyahısı nın 6.3-cü bəndi. 1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi. 1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmışdır. 1.7. Elektron xidmətin icra müddəti: 15 (on beş) gün. 1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması və bu barədə istifadəçiyə bildiriş verilməsi. 2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi 2.1. Elektron xidmətin növü: interaktiv. 2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz. 2.3. Elektron xidmətin istifadəçiləri: kommersiya qurumları və publik hüquqi şəxslər. 2.4. Elektron xidmətin təqdim olunma yeri: http://e-xidmetler.economy.gov.az, http://e-gov.az. 2.5. Elektron xidmət barədə məlumatlandırma: http://e-xidmetler.economy.gov.az, http://egov.az., e-mail: office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, Çağrı mərkəzi: 195-2. 2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onlar skan edilərək elektron formada təqdim olunur: 2.6.1. qrant müqaviləsinin (qərarının) və ya qrant müqaviləsində (qərarında) edilmiş dəyişikliyin qeydə alınmasına dair ərizə (reqlamentə 1 və 2 nömrəli əlavə olunur); 2.6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli Qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq xarici donor tərəfindən verilən qrantın maliyyəiqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi barədə ərizə (qrant xarici donor tərəfindən verildikdə); 2.6.3. müqavilə (qərar), o cümlədən əlavə müqavilə (qərar) və ya onlarda edilmiş dəyişiklik; 2.6.4. müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihə; 2.6.5. donor fiziki şəxs olduqda şəxsiyyəti təsdiq edən sənəd; 2.6.6. qrantın maliyyə-iqtisadi əsaslandırılması (qrant xarici donor tərəfindən verildikdə); 2.6.7. ərizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası nın 1.4-cü bəndində göstərilən şəxslərin adından başqa şəxs tərəfindən verildikdə, habelə müqaviləni (qərarı) qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda); 2.6.8. sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi; 2.6.9. sənədlər xarici ölkədə tərtib olunduqda, onların leqallaşdırılmış və ya apostil verilmiş nüsxələri. 3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. Elektron xidmət üçün sorğu: 3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://e-xidmetler.economy.gov.az, http://e-gov.az.) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir; 3.1.2. sorğunun qəbulu: sorğu http://e-xidmetler.economy.gov.az, http://e-gov.az. internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir. 3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi: 3.2.1.Aşağıdakı hallarda sorğunun yerinə yetirilməsindən imtina olunur: 1. bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilmiş sənədlər təqdim edilmədikdə; 2. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 3. aşkar edilmiş çatışmazlıq 10 (on) gün müddətində aradan qaldırılmadıqda; 4. xarici donorlar tərəfindən verilən qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda (qrant xarici donor tərəfindən verildikdə); 5. qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edildikdə (qrant xarici donor tərəfindən verildikdə); 6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası nın 3.1-ci bəndində göstərilən məsələlər üzrə araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə. 3.2.2. imtina üçün əsaslar olmadıqda qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması haqqında qərar qəbul olunur və bu barədə istifadəçiyə bildiriş verilir; 3.2.3. Qrant müqaviləsinin (qərarının) qeydə alınmasından imtina olunduqda bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir. 3.3. Sorğunun icrası: 3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir; 3.3.2. xarici donorlar tərəfindən verilən qrantlar üzrə bu inzibati reqlamentin 2.6.3-cü, 2.6.4-cü, 2.6.6-cı-2.6.9-cu yarımbəndlərində nəzərdə tutulan sənədlərin əslinin məsul şöbənin müraciəti əsasında bilavasitə istifadəçi tərəfindən təqdim edilməsi tələb olunur; 3.3.3. təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, qeydiyyat orqanı müqavilənin (qərarın) qeydə alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10 (on) gün müddət təyin edir; 3.3.4 xarici donorlar tərəfindən verilən qranta dair müqavilələrin (qərarların) qeydə alınması zamanı bu inzibati reqlamentin 2.6-cı bəndində nəzərdə tutulmuş sənədlər, daxil olduğu vaxtdan növbəti iş günündən gec olmayaraq, məsul şöbədə onların tamlığı, donorun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 2015-ci il tarixli 339 nömrəli Qərarı ilə təsdiq edilmiş Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi

Qaydası nın 1.2-ci bəndində göstərilmiş xarici donorlara aid olub-olmadığı müəyyən edilir və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün qrant müqaviləsi (qərarı) və qrantın maliyyə-iqtisadi əsaslandırılması sifarişli poçt göndərişi vasitəsilə Maliyyə Nazirliyinə göndərilir və qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı dayanır. Qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı həmin qrantın məqsədəmüvafiq hesab edilməsi barədə rəy İqtisadiyat Nazirliyinə daxil olduqdan sonrakı gün başlanılır; 3.3.5. bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda, 15 (on beş) gün müddətində qrant müqaviləsi (qərarı) qeydə alınır və bu barədə müraciət edən şəxsə bildiriş verilir. Həmin sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 (on beş) günədək uzadıla bilər. 3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: 3.4.1. nəzarət forması: elektron kargüzarlıq; 3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat la müəyyən edilmiş qaydada. 3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: 3.5.1. istifadəçilər qrant alınmasına (verilməsinə) dair müqavilənin (qərarın) qeydiyyata alınmasına dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər; 3.5.2. şikayət ərizəsi İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır; 3.5.3. şikayətə İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. Kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlamentə 1 nömrəli əlavə Qrant müqaviləsinin (qərarının) qeydə alınmasına dair ərizənin forması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (müraciət edən təşkilatın adı, təşkilati-hüquqi forması) (müraciət edən təşkilatın qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı) (qanuni təmsilçinin soyadı, adı, atasının adı, işlədiyi yer və vəzifəsi, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan, dövlət reyestrindən çıxarışın nömrəsi, tarixi) tərəfindən ƏRİZƏ

donor qismində çıxış edən (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan, işlədiyi yer və vəzifəsi, hüquqi şəxs olduqda adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi) və resipiyent qismində çıxış edən (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan, işlədiyi yer və vəzifəsi, hüquqi şəxs olduqda adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi) arasında (müqavilənin (qərarın) adı və bağlandığı (verildiyi) tarix) qrant müqaviləsi bağlanılmışdır (qərarı verilmişdir) Qrantın məqsədi məbləği (rəqəmlə və sözlə, valyuta göstərilməklə) icra müddəti (başladığı və bitdiyi müddət) Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə) (əlavə edilən sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir) Göstərilənləri nəzərə alaraq, qrant müqaviləsinin qeydə alınmasını xahiş edirik. Müraciəti imzalamış şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və imzası (təşkilatın möhürü ilə təsdiq edilir) Tarix Əlaqə telefonları Kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlamentə 2 nömrəli əlavə Qrant müqaviləsində (qərarında) edilmiş dəyişikliyin qeydə alınmasına dair ərizənin forması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə

(müraciət edən təşkilatın adı, təşkilati-hüquqi forması) (müraciət edən təşkilatın qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı) (qanuni təmsilçinin soyadı, adı, atasının adı, işlədiyi yer və vəzifəsi, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan, dövlət reyestrindən çıxarışın nömrəsi, tarixi) tərəfindən ƏRİZƏ donor qismində çıxış edən (hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan) və resipiyent qismində çıxış edən (hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi, fiziki şəxs olduqda adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşadığı ünvan, işlədiyi yer və vəzifəsi, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan) arasında bağlanılmış (verilmiş) (müqavilənin (qərarın) adı, bağlanıldığı (verildiyi) tarix və məbləği, qeydiyyatı barədə bildirişin tarixi və nömrəsi) qrant müqaviləsinə (qərarına) tarixli ilə (dəyişiklik barədə sənədin növü (əlavə müqavilə, protokol və s.) və adı) dəyişiklik edilmişdir. Dəyişikliyin məqsədi (qrantın məbləğinin, məqsədinin, müddətinin dəyişdirilməsi və s. dəyişiklik) Dəyişikliyin qısa məzmunu Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə) (əlavə edilən sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir) Göstərilənləri nəzərə alaraq, qrant müqaviləsində edilmiş dəyişikliyin qeydə alınmasını xahiş edirik. Müraciəti imzalamış şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və imzası

(təşkilatın möhürü ilə təsdiq edilir) Tarix Əlaqə telefonları