İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR

Benzer belgeler
Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

[18] 1. Ümumi müddəalar

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Azər-Türk Bank ASC üzrə

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

YÜK SIĞORTASI QAYDALARI

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Məlumatların Açıqlanmamasına dair Şərtlər

Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

«WESTERN UNION» pul köçürmələri xidmətinin göstərilmə şərtləri

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Poçt rabitəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

DebitMC/ Visa Electron. Visa İnternet

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Azərbaycana gələn xarici vətəndaşlar üçün Vergi Təlimatı 2014

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Visa Gold / MC Gold 1 illik 40 AZN/USD/EUR/(GBP*) 2 illik 60 AZN/USD/EUR/(GBP*) 3 illik 80 AZN/USD/EUR/(GBP*) 4 illik 100 AZN/USD/EUR/(GBP*)

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

İşəgötürənin məsuliyyət sığortası qaydaları. «Az Sığorta» ASC İŞƏGÖTÜRƏNİN MƏSULİYYƏT SIĞORTASI QAYDALARI

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

BANKLARIN VƏ MALİYYƏ XİDMƏTLƏRİ GÖSTƏRƏN DİGƏR HÜQUQİ ŞƏXSLƏRİN RİSKLƏRİNİN KOMPLEKS SIĞORTASI QAYDALARI

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR

XARİCİ SƏFƏRLƏR ZAMANI TİBBİ XƏRCLƏRİN SIĞORTASI QAYDALARI

Xarici səfərlər zamani tibbi xərclərin sığortası Qaydaları

«Atəşgah» Sığorta Şirkəti ASC KOSMİK RİSKLƏRİN SIĞORTASI QAYDALARI

Yük sığortası Qaydaları

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi NƏQLIYYAT VASITƏLƏRİNİN SIĞORTA QAYDALARI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

MÜQAVİLƏLƏR. Müştəri / / 2016-cı il Bakı, Azərbaycan

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

KÖNÜLLÜ TİBBİ SIĞORTA QAYDALARI ANLAYIŞLAR

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

1. Ümumi müddəalar Elektron xidmətin adı: daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

9. PLASTİK KARTLAR Plastik kartların əldə olunması üzrə şərtlər. MC Debit/Visa Electron MC Standard/Visa Classic.

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ

Avtonəqliyyat vasitələrinin (kasko) sığortası Qaydaları

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

QĠYMƏTLĠ ƏġYALARIN DAġINMASININ SIĞORTA QAYDALARI

«Atəşgah» Sığorta Şirkəti ASC FIZIKI ŞƏXSLƏRIN SAHIBLIYINDƏ OLAN MINIK AVTOMOBILLƏRININ TAM SIĞORTASI ÜZRƏ SIĞORTA QAYDALARI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

I Fəsil. Ümumi müddəalar. Maddə 1. Əsas anlayışlar II Fəsil. Sığortanın subyektləri Maddə 2. Sığortaçı Maddə 3. Sığortalı...Maddə 4. Faydalanan şəxs M

BlackBerry ID Sazişi

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Gömrük xidməti əməkdaşlarının xüsusi geyim forması və tanınma nişanları vardır. (Gömrük orqanlarının bayrağı və tanınma nişanları).

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

1. SIĞORTANIN RĠSKLƏRĠ

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

Transkript:

İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR 1.Əsas anlayışlar Hazırkı şərtlər CAMEX MMC-nin müxtəlif ölkələrdə yerləşdiyi anbarlarına istənilən sifarişçi tərəfindən internet üzərindən alış zamanı daxil olan və sifarişçiyə çatdırılana qədər onlar arasında olan münasibətləri tənzimləyir. 1.1. Sifarişçi - camex.az saytında qeydiyyatdan keçmiş və CAMEX MMC-nin göstərdiyi xidmətlərdən istifadə edən istənilən fiziki şəxs. 1.2. Daşıyıcı - CAMEX MMC. 1.3. Şəxsi kabinet - istənilən fiziki şəxs camex.az saytında qeydiyyatdan keçdiyi zaman ona təqdim olunan fərdi hesab nömrəsi. 1.4. Şəxsi məlumatlar - istənilən fiziki şəxsin camex.az saytında qeydiyyatdan keçdiyi zaman göstərdiyi və şəxsən ona aid olan məlumatlar (ad, soyad, ünvan, e- poçt, və s.). 1.5. Qadağan edilmiş yüklər - Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə ölkə ərazisinə idxalı qadağan edilmiş və yaxud məhdudlaşdırılmış yüklər. 1.6. Daşınma - sifarişçi tərəfindən internet üzərindən alış zamanı daşıyıcının anbarına daxil olan yüklərin sonuncu tərəfindən sifarişçiyə çatdırılmasına dair bütün prosedurlar nəzərdə tutulur. 1.7. Digər xidmətlər - daşınmadan əlavə yüklərin sifarişçiyə çatdırılmasına dair,lakin bununla məhdudlaşmayan yüklərinsaxlanması, çeşidlənməsi, yenidən qablaşdırılması və s. Sifarişçi qəbul edir və razılaşır ki, CAMEX MMC yüklərin daşınması və çatdırılmasına dair xidmətlərin göstərilməsi üçün üçüncü şəxslərlə müraciət edə və subkontrakt müqavilələr imzalaya bilər. 2. Şərtlərin qəbul edilməsi 2.1. Sifarişçi internet üzərindən alış zamanı yüklərin çatdırılması üçün CAMEX MMC-yə həmin yükləri daşınma üçün təqdim (bilavasitə müxtəlif ölkələrdə yerləşən anbarlara özü və yaxud ticarət ) etdiyi andan hazırkı şərtləri tam anlayır, tanış olur və qəbul edir. Hazırkı şərtlər qeyd olunan yüklərin CAMEX MMC-yə daşınma üçün təqdim olunan andan çatdırılmasına qədər olan bütün digər prosedurları (yüklərin saxlanması, çeşidlənməsi, yenidən qablaşdırılması və s) əhatə edir və tənzimləyir. 3. Tərəflərin vəzifələri və hüquqları Tərəflər aşağıda qeyd olunan öhdəlikləri anlayır, qəbul edir və icrasını təmin edir: Sifarişçi öz şəxsi məlumatlarının daşıyıcı tərəfindən yığılması, saxlanılması, istifadə edilməsi və ötürülməsinə dair razılığı CAMEX MMC-yə verir. Sifarişçi daşınma üçün göndərilən yük barədə məlumatların (çəki, əşyaların sayı və s.) tam, düzgün və faktiki olaraq göstərilməsini, yükün üzərinə label

düzgün və qaydalara müvafiq vurulmasını təmin edir.yüklər barədə hər hansı məlumatın göstərilməməsi və ya səhv göstərilməsi nəticəsində daşıyıcı yük barədə heç bir məsuliyyət daşımır. Sifarişçi ünvanı (poçt indeksi və s.) tam, düzgün göstərir və yükü müşahidə edən sənədlər üzərində oxunmaya yararlı vəziyyətdə olmasını təmin edir. Sifarişçi daşınma üçün CAMEX MMC-yə təqdim etdiyi yüklərin düzgün və daşınma zamanı yarana bilən risklərdən kifayət qədər dərəcədə qoruyan qaydada qablaşdırılmasını təmin edir. Sifarişçi daşınma üçün təqdim etdiyi yüklər Azərbaycan Respublikasının qanunvericiliyi ilə ölkə ərazisinə idxalı qadağan olunmayıb və yaxud məhdudlaşdırılmayıb. Sifarişçi internet üzərindən alış zamanı müvafiq ölkənin qanunvericiliyinin tələblərini pozmayır və buna görə özü məsuliyyət daşıyır. Sifarişçi yükü müşahidə edən bütün sənədlərin tam və düzgün olaraq doldurulmasını təmin edir. Sifarişçi camex.az saytında vaxtaşırı yerləşdirilən yeniliklər və dəyişiklikləri izləyir. Bu cür yenilik və dəyişikliklərin sifarişçi tərəfindən izlənilməməsi və yaxud öhdəliklərin icrasından boyun qaçırılması məqsədilə istifadəsi əsassız sayılır. Sifarişçi CAMEX MMC-nin yüklərin daşınması və çatdırılmasına dair xidmətlərin göstərilməsi, üçün üçüncü şəxslərə müraciət etməsinə və bununla əlaqədar subkontrakt müqavilələrin imzalaya bilməsinə razıdır. Sifarişçi internet üzərindən alış zamanı çatdırılma ünvanı (CAMEX MMCnin müvafiq ölkədə anbar ünvanı) və personal məlumatları tam və düzgün göstərməlidir. Sifarişçi tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya personal məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda CAMEX MMC heç bir məsuliyyət daşımır. Sifarişçi camex.az saytında ona ayrılmış öz şəxsi hesabı vasitəsilə yükün anbara daxil olmasını izləyir. Sifarişçi tərəfindən müvafiq ölkənin qanunvericiliyinin tələblərinin pozması nəticəsində daşıyıcıya qarşı tətbiq oluna biləcək/olunan istənilən cərimə və məsuliyyətə görə yaranan bütün xərcləri ödəməyi qəbul edir öz öhdəsinə götürür. Sifarişçi yüklərin daşınması ilə əlaqədar olaraq yüklər barədə səhv və yaxud yalnış məlumatın/ları göstərdiyi təqdirdə və bunun nəticəsində yaranan cərimələrə, sanksiyalara və s. görə özü tam və hərtərəfli məsuliyyət daşıdığını anlayır və qəbul edir. Sifarişçi Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olan və yaxud məhdudlaşdırılan mallara görə məsuliyyət daşıyır. Belə yüklərin ölkə ərazisinə idxalına görə daşıyıcıya qarşı tətbiq olunan cərimə, sanksiya və s. tutumlara görə sifarişçi məsuliyyət daşıdığını anlayır və onların ödənilməsini öz öhdəsinə götürür.

Sifarişçi öz mülahizələri əsasında yüklərin daşınmasına görə yaranan hər hansı bir anlaşılmazlıq və mübahisələrə görə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilər. Daşıyıcının müvafiq ölkədə anbarına daxil olan zədələnmiş yük/yüklər və yaxud yük/yüklərin hissə/hissələrində zədələnmə faktı olduğu halda və bu barədə məlumat daşıyıcıya yükün/yüklərin təhvil verildiyi an bildirilmədiyi halda daşıyıcı heç bir məsuliyyət daşımır. Daşıyıcı yükün keyfiyyəti və yararlığına görə heç bir məsuliyyət daşımır. Daşıyıcı yükün zədələnməsi faktının araşdırılması hüququnu özündə saxlayır. Daşıyıcı, daşınılmaya qadağan olunmuş və zədələnmiş bağlamalar istisna olmaqla, bağlamaların xarici anbardan geri qaytarılması xidmətini göstərmir. Daşınılmaya qadağan olunmuş və zədələnmiş bağlamaların xarici anbardan geri və ya digər ünvana göndərilməsi ödənişli əsaslarla həyata keçirilir. Bir bağlamanın göndərilmə xərci 50(əlli) ABŞ dolları təşkil edir. Daşıyıcı daşıma və çatdırılma məqsədilə üçüncü şəxslərə müraciət etdiyi halda və yaxud onlarla subkontrakt bağladığı halda sonuncuların fəaliyyətində yaranan dayanmalar və gecikmələrə görə sifarişçinin qarşısında heç bir məsuliyyət daşımır. Daşıyıcı sifarişçi tərəfindən öhdəliklərin tam və yaxud qismən icra etmədiyi halda ona xidmət göstərməyi müvəqqəti və yaxud tam dayandıra bilər. Daşıyıcı daşıma ilə əlaqədar yaranan sifarişçinin bütün suallarını mümkün əlaqə vasitələri ilə (e-mail, telefon, sayt üzərindən və s.) cavablandırmağa borcludur. Daşıyıcı sifarişçi tərəfindən təqdim olunmuş səhv və yaxud yalnış məlumata görə sonuncuya dəymiş ziyana görə heç bir məsuliyyət daşımır. Daşıyıcı hazırkı şərtlərə, tariflərə, xidmətlərin göstərilməsi şərtlərinə birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır və bununla əlaqadar olaraq sifarişçi daimi olaraq camex.az yerləşdirilən yenilikləri izləməlidir. Daşıyıcı sifarişçinin ona təqdim etdiyi şəxsi məlumatları yüklərindaşıma və çatdırılması məqsədləri üçün istifadə hallarından başqa heç bir halda üçüncü şəxslərə yaymır və ötürmür. Daşıyıcı onun müvafiq ölkədəki yerləşən anbarına sifarişçinin yükünün üçüncü şirkətlər (kuryer, nəqliyyat, poçt və s.) tərəfindən çatdırılmasına, çatdırılma sürəti və vaxtına görə heç bir məsuliyyət və cavabdehlik daşımır. Daşıyıcının rəsmi veb səhifəsində qeyd olunmuş çatdırılma vaxtları təqribidir və daşıyıcını bu vaxtlara tamamilə riayət etməyə məcbur etmir. Yüklərin çatdırılmasında gecikmələr və dayanmalara görə daşıyıcı heç bir məsuliyyət daşımır.

4.Daşıma haqqı, şərtləri və ödəniş 4.1. Sifarişçinin yüklərinin daşıyıcının müxtəlif ölkələrdəki anbarından Azərbaycan Respublikasına və regionlara (müvafiq regiona çatdırılma mümkün olduğu halda) çatdırılma haqqı camex.az saytında yerləşdirilib. 4.2. Yükün çatdırılma haqqı sifarişçinin şəxsi kabineti vasitəsilə onlayn və ya ofisdə, nəğd şəkildə ödənilə bilər. 4.3.İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) dərc etdiyi TACT Rules (Yük Hava Daşıma Təlimatı) qaydalarına əsasən hansı çox olduğundan asılı olaraq daşıma haqqının hesablanması üçün əsas kimi yükün həcm ölçüləri və yaxud faktiki çəkisi götürülür. 4.4. Sifarişçi, daşıyıcının internet səhifəsində(camex.az internet səhifəsinin FAQ bölməsində Daşınılmasına icazə yoxdur ) qeyd olunan daşınması qadağan edilmiş əşyaların siyahısı ilə tanış olmalıdır. 4.5. Sifarişçinin sifarişləri, satıcı(və ya satıcılar) tərəfindən ayrı ayrı bağlamalarda (fərqli track/izləmə/ nömrələrlə) fərqli və ya eyni tarixdə anbara göndərilərsə, bağlamalar orijinal track/izləmə/ nömrələri ilə, ayrı ayrılıqda daşınmaya qəbul olunur və emal edilir. 4.6. Sifarişçi hazırkı şərtləri qəbul etməknən camex.az saytında dərc olunmuş aşağıdakı hesablama vasitələri (online kalkulyatorlar) ilə tanış olduğunu və tam anladığını (riyazi ölçmə, parametrlərin konvertasiyası, həcmin ölçülməsi və s) təsdiq edir: Qiymət və çatdırılmanın hesablanması kalkulyatoru Çəki və həcm formulası Ölçü konvertoru Ölçülər cədvəli Qabarit çəki hesablamalar 4.7. Hazırkı şərtlərin 4.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə və hazırkı şərtlərlə qeydiyyat zamanı tanış olan və onları qəbul edən sifarişçinin, sonradan daşıma haqqı, şərtləri, ödəniş və s., digər sözlərlə -yükün ona çatdırılması ilə əlaqədar daşıyıcının hazırkı şərtlərə tam riayət etdiyi təqdirdə sifarişçinin ona qarşı olan hər hansı bir tələbi əsassız sayılır. Misalcun - daşıma haqqının həcm və yaxud faktiki çəki üzrə hesablanması qaydası ilə tanış olmamış sifarişçinin sonradan yaranan tələbi əsassızdır və qəbul edilmir. 4.8. Daşıyıcı daşınma haqqı, şərtlər və ödəniş qaydalarına istənilən an dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır. Bu dəyişikliklər qəbul edilən andan dərhal sonra daşıyıcının rəsmi veb səhifəsində tanış olunması üçün dərc olunur. 4.9. Sifarişçi anlayır və qəbul edirki daşıma üçün daşıyıcının müvafiq ölkədə yerləşdiyi anbarına daxil olan yükün Azərbaycan Respublikasına göndərilməsi məqsədilə emalı (yenidən qablaşdırılması, paletə yığılması, hava limanına göndərilməsi), adi qaydada Azərbaycan Respublikasında qəbul edilmiş daşıma müqaviləsi/şərtləri/prosedurlarından fərqlidir. Bu məqsədlə sifarişçinin nəzərinə yükün daşıma üçün göndərilməsinə dair qısa məlumat verilir:

Yüklər həftə ərzində daşıyıcının müvafiq ölkədə yerləşən anbarına daxil olur və orda daşıma üçün emal olunur (yenidən qablaşdırma, paletlərə yığılma, hava limanına göndərilmə) və müəyyən olunmuş günlər daşımaya göndərilir. Daşıyıcının anbarının digər ölkədə yerləşməsini nəzərə alaraq, saat fərqini nəzərə alaraq, elektron əlaqə vasitələrində yarana bilən gecikmələri və dayanmaları, daşıma prosesinə cəlb olunmuş üçüncü şəxslər və şirkətlərin işinə Azərbaycan Respublikası ərazisindən daşıyıcı tərəfindən tam nəzarətin edilə bilməməsini nəzərə alaraq, sifarişçinin gec məlumat verməsini və digər obyektiv halları nəzərə alaraq, sifarişçi tərəfindən yükün daşımasından imtina etməsi tələbi (CAMEX MMC-nin xidmətlərindən imtina etməsi) bəzi hallarda icrası mümkün olmaya bilər. Misalcun: sifarişçi yükün daşımasından imtina tələbini verdiyi zaman onun yükü artıq paletə yığılıb və daşıma üçün hava limanına göndərilib. Bu halda sifarişçi başa düşməlidir ki, onun yükün daşımasından imtinası səbəbindən, bütün göndərişi dayandıraraq paletləri yenidən sökübonun yükünü ayırmaq və geri qaytarmaq həm xərclər həmdə prosedur baxımından mümkünsüzdür. Lakin buna baxmayaraq, daşıyıcı sifarişçinin imtina tələbinə əsasən,onunyükünün daşıma üçün dayandırılması məqsədilə bütün mümkün, zəruri və ağlabatan tədbirləri görəcək. 4.10. Sifarişçi hazırkı şərtləri qəbul edən zaman tam olaraq anlayır və qəbul edirki, yükün daşımasından onun imtina tələbi daşıyıcı tərəfindən obyektiv səbəblərdən icra edilmədiyi halda, sifarişçinin daşıyıcıya heç bir iddiası və yaxud tələbi qəbul edilmir və əsassızdır. 4.11. Sifarişçi tərəfindən xidmətin ödənişi Azərbaycan Respublikasında şirkətin bank hesabının olduğu bankın (PASHA Bank ASC) ödəniş gününə olan məzənnəsi ilə Daşıyıcı tərəfindən xidmətin göstərildiyi valyutaya əsasən (Avropa ölkələrindən daşınma-avro, digər ölkələr-abş dolları) Azərbaycan Respublikası manatı (AZN) ilə aparılır. 5. Yükün bəyan edilməsi və gömrük rəsmiləşdirilməsi 5.1. Sifarişçi gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır. 5.2. Sifarişçi anlayır və qəbul edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkəyə gətirilən sifarişləri, Gömrük orqanları tərəfindən hər hansı bir səbəbdən saxlanılan zaman, saxlanılma səbəbindən aslı olmayaraq daşınma haqqını ödəməli və gömrük rəsmiləşdirilməsi üçün Gömrük orqanlarına müraciət etməlidir. 5.3. Daşıyıcı bu şərtlərin 5.1-ci maddəsində nəzərdə tutulmuş tələblərin sifarişçi tərəfindən səhvən və yalnış təqdim etməsinə görə heç bir məsuliyyət daşımır. 6. Yükün saxlanması və təhvil verilməsi ilə bağlı şərtlər 6.1. Daşıyıcının Bakı və ya regionda (olduğu təqdirdə) yerləşən anbarına daxil olan yüklər 30(otuz gün) gün ərzində sifarişçi tərəfindən təhvil alındığı təqdirdə həmin yüklərə anbar saxlama haqqı tətbiq etmir.

6.2. Hazırkı şərtlərin 6.1-ci maddəsində nəzərdə tutulmuş müddət sifarişçi tərəfindən ötürüldüyü təqdirdə həmin yük təhvil alınan zaman (çəki və yer sayından asılı olmayaraq) hər əlavə gün üçün 0.50 qəpik miqdarında saxlama haqqı tutulur. 6.3. Sifarişçinin onun adına Bakı ofisinə daxil olmuş bağlamanın təhvil alınmasına dair daşıyıcı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (yükün anbara daxil olduğu gündən) 6 (altı) ay müəyyən edilir. 6(altı) aydan sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir. 6.4. Sifarişçinin onun adına xarici anbara(abş anbarı istisna olmaqla) daxil olmuş bağlamanın bəyannaməsinin doldurulmasına dair daşıyıcı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 3 (üç) ay müəyyən edilir. 3 aydan sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir. 6.4.1. Sifarişçinin onun adına ABŞ anbarına daxil olmuş bağlamanın anbarda ödənişsiz saxlanılmasının son həddi 14 (on dörd) gün müəyyən edilir. Nəzərdə tutulmuş müddət sifarişçi tərəfindən ötürüldüyü təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 1ABŞ dolları miqdarında saxlama haqqı hesablanır. 6.5. Sifarişçinin onun adına ABŞ anbara daxil olmuş bağlamanın bəyannaməsinin doldurulmasına dair daşıyıcı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 45 (qırx beş) gün müəyyən edilir. 45(qırx beş) gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir. 6.6. Sifarişçi tərəfindən hər hansı səbəbdən yükün təhvil alınmasından imtina, yalnız, onun, şirkətin rəsmi veb-səhifəsində yaratdığı şəxsi kabinet üzərindən (email) daxil olan cavabdan sonra qəbul edilir. 6.7. Hazırkı şərtlərin 6.3-cümaddəsində nəzərdə tutulmuş müddət ötdükdə və sifarişçi tərəfindən onun adına daxil olan yük qəbul edilmədikdə və ya həmin yükün aqibəti barədə heç bir rəsmi (şəxsi kabinet e-mail vasitəsilə) göstəriş verilmədiyi və yaxud sifarişçi tərəfindən yükdən rəsmən imtina edildiyi halda (şəxsi kabinet e-mailvasitəsilə), həmin yükün məhv edilməsi və yaxud satışa çıxarılması barədə qərar daşıyıcının mülahizəsi əsasında həll edilir. 6.8. Sifarişçinin adına daxil olan yükün təhvili onun eyniləşdirilməsini mümkün edən sənəd əsasında həyata keçirilir. Sifarişçi şəxsən onun adına daxil olan yükü təhvil ala bilmədiyi təqdirdə, yük sifarişçinin onu təhvil alınmasına dair verdiyi və etibarnamədə göstərilən şəxsə təhvil verilə bilər. 6.9. Sifarişçi bağlamanı təhvil alarkən bağlamanın tam və zədəsiz halda olduğunu yoxlamalı və yalnız buna əmin olduqdan sonra ödəniş edib bağlamanı təhvil almalıdır. Əks təqdirdə bağlamanın məhz daşınma zamanı zədələndiyi haqqında iddia qəbul edilmir. 6.10. Sifarişçi anlayır və qəbul edirki daşıyıcı beynəlxalq daşıma qaydalarına əsasən onun müvafiq ölkədə yerləşən anbarına sifarişçinin daxil olan yükün qablaşdırmasını, daşınma məqsədilə, yükü zədələməmək şərtilə, yenidən qablaşdırmaq hüququna malikdir - misalcun iri qabaritli qablamada olan kiçik ölçülü yükü ona uyğun olan kiçik qablamaya yerləşdirir.

7. Yükə baxışın keçirilməsi hüququ 7.1. Sifarişçi anlayır və qəbul edirki daşıyıcının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirilməsihüququ vardır. 8. Yükün qorunmasına görə məsuliyyət 8.1. Daşıyıcının,sifarişçi tərəfindən internet üzərindən alınan və daşıyıcıya daşınma üçün verilən, yükün qorunmasına dair məsuliyyəti həmin yükün daşıyıcının müvafiq ölkədə yerləşən anbarına daxil olduğu andan başlayır vəhəmin yükün sifarişçiyə təhvil verilən anadək davam edir. 8.2. Daşıyıcı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə)zədələnmiş və yaxud sifarişçinin internet üzərindən sifariş etdiyi yükdən fərqli yük daxil olan hallara görə heç bir məsuliyyət daşımır. 9. Yükün sığortalanması, zədələnməsi və iddianın verilməsi 9.1. Daşıma üçün qəbul edilən yüklər sığortalanmır. 9.2. Sifarişçinin daşıma üçün daşıyıcıya təqdim etdiyi yük daşıyıcının məsuliyyəti çərcivəsində olduğu zaman sonuncunun qəsdən yol verdiyi hərəkətlər nəticəsində zədələnərsə və yaxud korlanarsa, sifarişçi zədə və yaxud korlanma faktına əsasən yükün tam invoys dəyərini və yaxud faktiki dəymiş ziyanı ödəyə bilər.bağlamadaşıyıcının müvafiq ölkədə yerləşən anbarlardan hansısa birinə qəbul edilib, lakin, nəzərdə tutulmuş reyslə gəlmədiyi təqdirdə (bağlama itib yaxud onun barədə heç bir məlumat yoxdur), həmin bağlamanın daşıyıcı tərəfindənaxtarışına 30 (otuz) iş günü vaxt ayrılır. Bağlamanın bu müddət ərzindətapılmadığı təqdirdə sifarişçiyə kompensasiya ödənilir. Kompensasiya o şərtlə ödənilir ki, sifarişçi yükün ona məxsus olduğunu və onun müvafiq qiymətə internet üzərindən aldığını sübut edən bütün məlumatları təqdim etsin. Bura aiddir: İnternet mağazanın təqdim etdiyi order, invoys (burada yükün/əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır) Bank hesabından çıxarış (ödənişin təsdiqini sübut edən bildiriş) Daşıyıcı bağlamanınonun müvafiq ölkədə yerləşən anbarına qəbul edilmədiyini, sifarişçi isə kuryer şirkətlərinin saytına əsasən bu track nömrəli bağlamanın məhz bu ünvana çatdırıldığını israr edirsə, bu halda sifarişçi kuryer şirkətinin sözügedən bağlamanın daşıyıcıya təhvil verdiyini sübut edən sənəd təqdim etməlidir. Yalnız təqdim olunan bu sənəd əsasında yükün həqiqətən daşıyıcıya təhvil verildiyi sübut olunduqdan sonra (qəbul edən şəxsin imzası əsasında), sifarişçiyə kompensasiya verilir. Bunun üçün sifarişçi qeyd olunan sənədləri təqdim etməlidir: Mağazanın təqdim etdiyi order, invoys (burada əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır) Bank hesabından çıxarış (ödənişin təsdiqini sübut edən bildiriş) Bağlamanın daşıyıcının anbarına qəbul edildiyini sübut edən imzalı sənəd.

9.3Müştəri yükü daşıyıcının anbarında təhvil alarkən onu həmin ərazini tərk etmədən yoxlamalı və hər hansı bir zədə və ya çatışmamazlıq olduğu təqdirdə dərhal yerindəcə bu haqda daşıyıcını məlumatlandırmalıdır. Ofisi/anbarı tərk edəndən sonra yükün tərkibində hər hansı bir əşyanın çatışmadığı və ya zədələndiyi iddiası qəbul edilmir. 10. Fors major 10.1Tərəflər fors-major səbələrinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə fors-major termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir. 10.2Yuxarıda göstərilmiş səbəblərin və zamanının hüquqi cəhətcə təsdiqi səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlar əsasında müəyyən olunur. 10.3Fors major hadisələri baş verdikdə müqavilənin şərtlərində göstərilən hüquq və vəzifələrin icrası vaxtı adı çəkilən hadisələrin müddəti dövrü qədər uzadılır. 10.4Tərəflər bir-birini hazırkı şərtlərin yerinə yetirilməsini gecikdirən fors major səbəbinin başlanması və bitməsi məlumatını tez bir zamanda elektron poçt, teleqraf, teleks və ya telefaks iləməlumatlandırmalıdır. 10.5Tərəflər fors major hadisəsi baş verdiyi halda hər hansı maddi və ya mənəvi zərərin qarşısını almağa çalışmalıdır. 11. Digər müddəalar 11.1Hazırkı şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında tənzimlənir. 11.2Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunur. 11.3 Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər.