AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

Benzer belgeler
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN TƏHLÜKƏSİZLİK DEPARTAMENTİ HAQQINDA Ə S A S N A M Ə 1. ÜMUMİ MÜDDƏALAR

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

1.3. Komitə öz fəaliyyəti barədə yalnız Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası qarşısında ildə bir dəfədən az olmayaraq hesabat verir.

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

[18] 1. Ümumi müddəalar

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Protokolundan Çıxarış aprel 2016-cı il

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Poçt rabitəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Damazlıq heyvandarlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Marketinq. Mehdiyev Əkbər

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Arıçılıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

AZƏRBAYCANDA KORPORATİV SOSİAL MƏSULİYYƏTİN

Sistem inzibatçıları üçün təlimat

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsinə və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Strateji Planlaşdırma və Təşkilati Struktur Standartı

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

5 li KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT ÜZRƏ

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının Qanunu

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

İQTİSADİ SİYASƏTİ HƏYATA KEÇİRƏN MİLLİ QURUMLAR. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

ŞƏFFAFLIQ AZƏRBAYCAN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİ

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası və İsrail Dövləti arasında 2009 cu il iyunun 28 də Bakı şəhərində imzalanmış sənədlər haqqında

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ AZƏRBAYCAN RESPUBLİKASINDA MƏHKƏMƏ-TİBB EKSPERTİZASININ FƏALİYYƏTİ BARƏDƏ Ə S A S N A M Ə

və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR TƏLİMAT

II. Test imtahanının təşkili və keçirilməsi

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Transkript:

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktorunun 2009-cu il 25 dekabr tarixli əmri ilə təsdiq edilmişdir AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ Bakı 2009

I. ÜMUMİ MÜDDƏALAR 1. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin Hüquq və metodologiya şöbəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı sədrinin 2009-cu il 30 iyul tarixli 30mb nömrəli əmrinə əsasən yaradılmışdır. 2. Hüquq və metodologiya şöbəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin (bundan sonra Maliyyə Monitorinqi Xidməti) müstəqil struktur bölməsidir. 3. Hüquq və metodologiya şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununu, «Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə»ni və digər normativ hüquqi aktları, Maliyyə Monitorinqi Xidməti üzrə əmrləri, sərəncamları və bu Əsasnaməni rəhbər tutur. 4. Hüquq və metodologiya şöbəsi Maliyyə Monitorinqi Xidmətinin fəaliyyət istiqamətləri üzrə vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Maliyyə Monitorinqi Xidmətinin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. II. HÜQUQ VƏ METODOLOGİYA ŞÖBƏSİNİN FƏALİYYƏTİNİN MƏQSƏDİ 5. Hüquq və metodologiya şöbəsinin fəaliyyətinin əsas məqsədi Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin hüquqi təminatından ibarətdir. III. HÜQUQ VƏ METODOLOGİYA ŞÖBƏSİNİN VƏZİFƏLƏRİ 6. Hüquq və metodologiya şöbəsi bu Əsasnaməyə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir: 6.1. Maliyyə Monitorinqi Xidmətində hüquq işinin həyata keçirilməsini və onun fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsini təmin etmək;

6.2. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində (bundan sonra müvafiq sahədə) Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqi təcrübəsini ümumiləşdirmək; 6.3. öz səlahiyyətləri daxilində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin vəziyyətini öyrənmək və təhlil etmək, bununla bağlı təkliflər hazırlamaq; 6.4. ölkədaxili və beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə normativ hüquqi və normativ xarakterli aktların layihələrini hazırlamaq, Maliyyə Monitorinqi Xidmətinin digər struktur bölmələri tərəfindən hazırlanmış normativ xarakterli aktların layihələri üzrə hüquqi rəylər vermək; 6.5. qüvvədə olan normativ hüquqi və normativ xarakterli aktların müvafiq sahədə yeni qəbul olunmuş qanunvericilik aktlarına uyğunlaşdırılması barədə təkliflər hazırlamaq; 6.6. Maliyyə Monitorinqi Xidmətinə daxil olan normativ hüquqi və normativ xarakterli aktların layihələrinə dair müstəqil və ya Maliyyə Monitorinqi Xidmətinin digər struktur bölmələri ilə birgə rəy hazırlamaq; 6.7. Maliyyə Monitorinqi Xidmətinin fəaliyyət strategiyasına dair tədbirlər planlarının hazırlanmasında və icrasında iştirak etmək; 6.8. Hüquq və metodologiya şöbəsinin strateji və taktiki fəaliyyət planlarının layihələrini hazırlamaq və təsdiq olunmaq üçün Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyinə təqdim etmək; 6.9. müvafiq sahədə beynəlxalq müqavilə layihələrinin hazırlanmasında, onların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu, hüquqi qüvvəsi və yerinə yetirilməsi məsələləri üzrə rəy verilməsində iştirak etmək; 6.10. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı Azərbaycan Respublikası tərəfindən beynəlxalq təşkilatlara təqdim olunan dövri hesabatları tərtib etmək; 6.11. Maliyyə Monitorinqi Xidmətinin Beynəlxalq əməkdaşlıq şöbəsi ilə birgə beynəlxalq təşkilatların Azərbaycan Respublikası üzrə hesabatlarına,

tövsiyələrinə, sorğularına və digər sənədlərinə aidiyyəti üzrə vaxtında reaksiya verilməsi üçün zəruri tədbirlər görmək; 6.12. müvafiq orqanlara təqdim olunan cinayət xarakterli faktları əks etdirən materialların mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirilməsini yoxlamaq; 6.13. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsində iştirak etmək; 6.14. Maliyyə Monitorinqi Xidmətinin hüquqlarını və qanuni maraqlarını məhkəmədə və digər şəxslərlə münasibətlərdə müdafiə etmək; 6.15. öz səlahiyyətləri daxilində müvafiq sahədə monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək, onlardan daxil olan müraciətlərə baxmaq; 6.16. hüquqi və fiziki şəxslərin müvafiq sahədə qanunvericiliklə bağlı ərizə və müraciətlərinə baxmaq və qanunvericiliyə müvafiq cavablar hazırlamaq; 6.17. Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyinə imzalamaq üçün təqdim edilmiş əmr, sərəncam, təlimat və digər normativ xarakterli sənədlərin layihələrinin, habelə göndərilən məktubların qanunauyğunluğuna baxmaq və müvafiq rəy və ya viza vermək; 6.18. Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə dair dövrü və statistik hesabatları tərtib etmək; 6.19. Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyi üçün qüvvədə olan qanunvericilik, xarici dövlətlərin qanunvericiliyi və beynəlxalq standartlar üzrə arayış xarakterli materiallar hazırlamaq; 6.20. qanunvericiliyə uyğun olaraq bank və ya kommersiya sirrinin, habelə xidməti məlumatların qorunmasını təmin etmək;

6.21. Maliyyə Monitorinqi Xidmətinin bağladığı təsərrüfat və digər mülki-hüquqi xarakterli müqavilələrin hazırlanmasında iştirak etmək və onların hüquqi ekspertizasını həyata keçirmək; 6.22. Maliyyə Monitorinqi Xidmətinin digər struktur bölmələrinə hüquqi məsələlərdə əməli və metodiki köməklik göstərmək, rəhbərlik və əməkdaşlara müvafiq sahədə yeni qəbul olunmuş qanunvericilik, qanunvericiliyə edilmiş dəyişikliklər və əlavələr barədə məlumat vermək; 6.23. Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının və daxili normativ sənədlərinin reyestrini aparmaq və onların əsillərini saxlamaq; 6.24. Hüquq və metodologiya şöbəsinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün müvafiq tədbirləri həyata keçirmək, onların zəruri təhsil və treninq proqramlarında iştirakını təmin etmək, Maliyyə Monitorinqi Xidmətinin digər struktur bölmələri ilə birgə müvafiq sahədə konfransların, seminarların, forumların, treninqlərin və digər tədbirlərin keçirilməsini təşkil etmək; 6.25. Maliyyə Monitorinqi Xidmətinin növbəti təqvim ili üçün vahid xərclər smetası layihəsinin tərtib olunması məqsədilə, Mühasibat uçotu qrupunun müəyyən etdiyi formaya uyğun olaraq Hüquq və metodologiya şöbəsinin strateji və taktiki hədəflərinin qiymətləndirilməsi əsasında və bu göstəricilərin cari təhlilinə, habelə növbəti təqvim ilində maliyyə-təsərrüfat fəaliyyətinə dair proqnozlara əsaslanaraq cari ilin 15 noyabr tarixinədək şöbə üzrə xərclər smetası layihəsini Mühasibat uçotu qrupuna təqdim etmək; 6.26. müvafiq sahədə qəbul olunmuş normativ hüquqi və normativ xarakterli aktların, Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının layihələrinin Maliyyə Monitorinqi Xidmətinin internet saytında yerləşdirilməsində və onların yenilənməsində iştirak etmək; 6.27. Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyi tərəfindən şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək. IV. HÜQUQ VƏ METODOLOGİYA ŞÖBƏSİNİN HÜQUQLARI 7. Hüquq və metodologiya şöbəsi öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

7.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasına və bu siyasətin həyata keçirilməsinə dair Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyinə təkliflər vermək; 7.2. Hüquq və metodologiya şöbəsinin funksiyalarının həyata keçirilməsi və işinin səmərəliyini artırmaq məqsədi ilə müvafiq sahədə xarici dövlətlərin səlahiyyətli orqanlarının hüquq xidmətləri ilə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq, xarici qanunvericilik barədə məlumat mübadiləsində iştirak etmək; 7.3. Maliyyə Monitorinqi Xidmətinin təşkilati strukturu və idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək; 7.4. müvafiq sahədə dövlət proqramlarının hazırlanmasında və icrasında, habelə müvafiq sahənin inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək; 7.5. müvafiq sahədə xarici qanunvericilik üzrə məlumat bazasını Maliyyə Monitorinqi Xidmətinin Beynəlxalq əməkdaşlıq şöbəsi ilə birgə formalaşdırmaq və onun daim yenilənməsi və səmərəli implementasiyası üzrə tədbirlər görmək; 7.6. müvafiq sahədə tədqiqatlar aparmaq, mövcud qanunvericiliklə bağlı metodiki materiallar hazırlamaq və bu materialları nəşr etdirmək; 7.7. hüquq sahəsi üzrə Maliyyə Monitorinqi Xidmətinin aldığı texniki yardım layihələrində iştirak etmək; 7.8. müvafiq sahədə keçirilən konfranslarda, seminarlarda, forumlarda, treninqlərdə və digər tədbirlərdə iştirak etmək; 7.9. Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyinin tapşırığı ilə idarələrarası əlaqələndirmə və məşvərət orqanlarının, işçi qruplarının işində iştirak etmək; 7.10. müstəqil ekspertlərin və mütəxəssislərin öz fəaliyyətinə cəlb edilməsi barədə təkliflər vermək; 7.11. Hüquq və metodologiya şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən işin təkmilləşdirilməsinə dair təkliflər vermək; 7.12. Hüquq və metodologiya şöbəsinin əməkdaşlarının nəzəri biliklərinin və peşə hazırlığının artırılması, habelə onların mükafatlandırılması və vəzifədə irəli çəkilməsi barədə Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyinə təkliflər vermək;

7.13. öz səlahiyyətlərinə aid məsələlərin icrası ilə bağlı Maliyyə Monitorinqi Xidmətinin struktur bölmələrinə müraciət etmək, sorğular vermək və onlardan müvafiq məlumatlar almaq; 7.14. vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək. V. HÜQUQ VƏ METODOLOGİYA ŞÖBƏSİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ 8. Hüquq və metodologiya şöbəsinin strukturu və ştat cədvəli Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri tərəfindən təsdiq edilir. 9. Hüquq və metodologiya şöbəsi işini bu Əsasnaməyə uyğun olaraq, habelə Maliyyə Monitorinqi Xidmətinin iş planları və rəhbərliyin tapşırıqları əsasında həyata keçirir. 10. Hüquq və metodologiya şöbəsinə Maliyyə Monitorinqi Xidmətinin direktoru tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad olunan Hüquq və metodologiya şöbəsinin rəisi rəhbərlik edir. Hüquq və metodologiya şöbəsinin rəisi və şöbənin əməkdaşları öz fəaliyyətlərini Maliyyə Monitorinqi Xidmətinin direktoru tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirirlər. 11. Hüquq və metodologiya şöbəsinin rəisi şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün məsuliyyət daşıyır. 12. Hüquq və metodologiya şöbəsinin rəisi olmadıqda onun səlahiyyətlərini Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyi tərəfindən müəyyən edilən şöbənin digər əməkdaşı həyata keçirir. 13. Hüquq və metodologiya şöbəsinin fəaliyyəti barədə Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyinə hər rübün sonuncu ayının 20 dək mütəmadi olaraq rüblük hesabat təqdim edilir.