2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

Benzer belgeler
Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

[18] 1. Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

1. Ümumi müddəalar Elektron xidmətin adı: daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Hüquqi şəxslərin Elektron imza sertifikatı almaları üçün E-ərizə ilə müraciət xidməti üzrə İSTİFADƏÇİ TƏLİMATI

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

DÖVLƏT ORQANLARI TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLƏN XİDMƏTLƏRİN ELEKTRON REYESTRİ İNFORMASİYA SİSTEMİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ TÖVSİYƏLƏR

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Sistem inzibatçıları üçün təlimat

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Poçt rabitəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

"29" ci il (Protokol 7) İdarə Heyətinin sədri

FEVRAL Elektron Hökumət Bülleteni. Vətəndaş və dövlət qurumları münasibətlərində yeni səhifə. Elektron Hökumət Portalı

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

1.3. Komitə öz fəaliyyəti barədə yalnız Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası qarşısında ildə bir dəfədən az olmayaraq hesabat verir.

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

«Proses iştirakçısının Elektron şəxsi kabineti»

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Vətəndaşlara məxsus nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Marketinq. Mehdiyev Əkbər

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

Müəlliflik hüququ obyektlərinin qeydiyyatı QAYDALARI

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Neftqaztikinti. tresti. edir.

MƏNZIL HAQQINI VƏ MƏNZİL-KOMMUNAL XİDMƏTLƏRDƏN İSTİFADƏ HAQQINI ÖDƏYİRİK

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

SƏHMLƏRİN EMİSSİYA PROSPEKTİ

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu

Mini market biznesi. Kiçik sahibkarlar üçün bələdçı

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ

Transkript:

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 07 aprel 2016-cı il tarixli 160116500013 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlament 1. Ümumi müddəalar 1.1. Elektron xidmətin adı: Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu 1.2. Elektron xidmətin məzmunu: Bu xidmət ölkədə uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasının həyata keçirilməsi, akkreditasiya attestatının verilməsi üçün müraciət və sənədlərin elektron qaydada qəbulunu əhatə edir. 1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: 1.3.1. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi; 1.3.2. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 30.2.1-ci və 30.2.2-ci maddələri; 1.3.3. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2009-cu il tarixli 155 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə nin 8.25-ci bəndi; 1.3.4. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli 604 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti haqqında Əsasnamə nin 3.1.4-cü yarımbəndi; 1.3.5. Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri; 1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli Əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 29.1-ci bəndi; 1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları nın (bundan sonra - Qaydalar) 3, 4 və 5-ci hissələri. 1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti (bundan sonra akkreditasiya orqanı). 1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur. 1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır. 1.7. Elektron xidmətin icra müddəti: 60 iş günü ərzində. 1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasının həyata keçirilməsi və akkreditasiya attestatının verilməsi. 2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: interaktiv 2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli 2.2.1. xidmət üzrə ödənişin hüquqi əsası: Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 30.2.1-ci və 30.2.2-ci maddələrinə müvafiq olaraq, sınaq və ya kalibrləmə laboratoriyasının, sertifikatlaşdırma üzrə orqanın akkreditasiyası barədə attestatın verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilir. Ödəmə üsulları bank, poçt, plastik kart, internet, elektron ödəmə sistemləri. 2.2.2. Elektron xidməti göstərən dövlət qurumu elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir. Akkreditasiya attestatının verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab: Adı: Dövlət Xəzinədarlığı Agentliyi VÖEN: 1401555071 Kodu: 210005 M/h: AZ41NABZ01360100000000003944 SWIFT BIK: CTREAZ22 Adı: AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Hesab: 2428501 VÖEN: 1400386271 Büdcə təsnifatının kodu: 142215 Büdcə səviyyəsinin kodu: 7 Ödənişin təyinatı: Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 30.2.1-ci maddəsinə uyğun olaraq sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası barədə attestatın verilməsi və Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 30.2.2-ci maddəsinə uyğun olaraq sertifikatlaşdırma üzrə orqanın akkreditasiyası barədə attestatın verilməsi üçün ödənilən dövlət rüsumu 2.3. Elektron xidmətin istifadəçiləri: təşkilatlar, fiziki və hüquqi şəxslər. 2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-xidmet.azstand.gov.az, http://www.e-gov.az 2.5. Elektron xidmət barədə məlumatlandırma: http://www.e-xidmet.azstand.gov.az azs@azstand.gov.az tel: (012) 449-99-59 2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: 2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və məlumatlar aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur: 2.6.1.1. Müraciət (reqlamentə əlavə olunur); 2.6.1.2. uyğunluğu qiymətləndirən qurumun əsasnaməsinin layihəsi; 2.6.1.3. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin layihəsi; 2.6.1.4. uyğunluğu qiymətləndirən qurumun idarəetmə sisteminin keyfiyyət üzrə rəhbərlik sənədi; 2.6.1.5. uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmuş işçi heyəti barədə məlumat (sayı, ixtisası, təcrübəsi); 2.6.1.6. laboratoriyanın pasportu (laboratoriyalar üçün); 2.6.1.7. şəxsiyyəti təsdiq edən sənədin surəti (fiziki şəxslər üçün); 2.6.1.8. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (hüquqi şəxslər üçün).

2.6.2. Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd: Sınaq, kalibrləmə laboratoriyaları və sertifikatlaşdırma orqanları üçün- Qaydaların 5.1-ci bəndinə uyğun olaraq, dövlət rüsumunun ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə məlumat verildiyi halda təqdim olunur. 3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar 3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu: 3.1.1. sorğunun formalaşdırılması: Sorğu forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (bu reqlamentin 2.4-cü bəndi) yüklənərək doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə həmin elektron ünvana göndərilir. 3.1.2. sorğunun qəbulu: Sorğu http://www.azstand.gov.az internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. 3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi: 3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: 3.2.1.1. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər və məlumatlar bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olmadıqda sorğu qəbul olunmur. 3.2.1.2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur. 3.2.1.3. Sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 20 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir. Bu halda Qaydaların 3.5-3.8-ci bəndlərinin tələblərinə uyğun olaraq akkreditasiya orqanı tərəfindən müraciətə baxılma müddətinin axımının dayandırılması haqqında da qərar qəbul edilir və həmin gün qərarın surəti müraciət etmiş şəxsin elektron poçt ünvanına və müraciətində göstərilən ünvana göndərilir. 3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər və məlumatlar bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda və onlarda çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğu qəbul olunur. 3.3. Sorğunun icrası: 3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: 3.3.1.1. Uyğunluğu qiymətləndirən qurum tərəfindən bu inzibati reqlamentin əlavəsində nəzərdə tutulmuş formada müraciət təqdim olunur. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciət və sənədlər Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra-komitə) elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Komitənin İnformasiya Texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən idarə olunur və sorğunun qəbuluna məsul bölmə olaraq cavabdehlik daşıyır. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003- cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün akkreditasiya orqanına təqdim edilir. 3.3.1.2. Laboratoriyalarının akkreditasiyası barədə sorğunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin Laboratoriyaların akkreditasiyası sektorunun və digər uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası barədə sorğunun icrası ilə əlaqədar Xidmətin Sertifikatlaşdırma üzrə orqanların akkreditasiyası sektorunun müdiri məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: 3.3.2.1. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciət və sənədlər sistemə daxil olduğu gün qeydiyyata alınır. 3.3.2.2. Laboratoriyalarının akkreditasiyası barədə sorğu Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin Laboratoriyaların akkreditasiyası sektoruna, digər uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası barədə sorğu Xidmətin Sertifikatlaşdırma üzrə orqanların akkreditasiyası sektoruna icra üçün təqdim olunur və bu barədə istifadəçiyə dərhal bildiriş göndərilir. 3.3.2.3. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi və akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi Qaydalara uyğun olaraq həyata keçirilir. 3.3.2.4. Akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul etdikdə akkeditasiya attestatının verilməsi üçün dövlət rüsumunun ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. 3.3.2.5. Dövlət rüsumunun ödənilməsi barədə sənədin skan edilmiş sürəti təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir. 3.3.2.6. Akkreditasiya attestatı, uyğunluğu qiymətləndirən qurumun təsdiq edilmiş akkreditasiya sahəsi və əsasnaməsinin skan edilmiş surəti elektron formada 2 (iki) iş günü müddətində istifadəçiyə göndərilir, həmçinin, Qaydalara uyğun olaraq akkreditasiya attestatının, uyğunluğu qiymətləndirən qurumun təsdiq edilmiş akkreditasiya sahəsinin və əsasnaməsinin nüsxəsi istifadəçiyə şəxsən də təqdim edilir və ya alınmasını təsdiq edən sifarişli poçtla göndərilir. 3.3.2.7. Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır. 3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur. 3.3.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: 3.3.4.1. Müraciətə Qaydalara uyğun baxılaraq, uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edildikdə və akkeditasiya attestatının verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənədin skan edilmiş sürəti istifadəçi tərəfindən göndərildikdən sonra akkreditasiya attestatı, uyğunluğu qiymətləndirən qurumun təsdiq edilmiş akkreditasiya sahəsi və əsasnaməsinin skan edilmiş surəti elektron formada 2 (iki) iş günü müddətində istifadəçiyə göndərilir. 3.3.4.2. Qaydaların 5.5-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) iş günü müddətində akkreditasiya orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərar qəbul edilir və imtinanın səbəbləri göstərilməklə bu barədə istifadəçiyə elektron poçt vasitəsilə dərhal məlumat verilir, həmçinin, qərarın skan edilmiş surəti elektron formada istifadəçiyə göndərilir.. 3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: 3.4.1. Nəzarət forması: 3.4.1.1. Kargüzarlıq; 3.4.1.2. Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi 3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin)

nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat la müəyyən edilmiş qaydada. 3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: 3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. 3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu elektron xidməti üzrə inzibati reqlamenti nə Əlavə Müraciətin forması (akkreditasiya orqanının adı) Xahiş edirəm (fiziki və ya hüquqi şəxsin adı, ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və ya təşkilatın adı, ünvanı) (uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin adı) akkreditasiyasını keçirəsiniz. Qoşma (müraciətə əlavə olunan sənədlərin adı və vərəqlərin sayı) Müraciət etmiş şəxslə əlaqə vasitələri (fiziki şəxsin, hüquqi şəxsin və ya təşkilat rəhbərinin adı, soyadı) (telefon nömrəsi, elektron poçt ünvanı) (imza) 20 il Qeyd. Hüquqi şəxsin və ya təşkilatın müraciəti möhürlə təsdiq edilməlidir.