Təhlükəli tullantıların saxlanılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Benzer belgeler
Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

[18] 1. Ümumi müddəalar

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

«Tibbi tullantıların idarə olunmasına dair Tələblər»in təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı nın təsdiq edilməsi haqqında

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Poçt rabitəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Gömrük xidməti əməkdaşlarının xüsusi geyim forması və tanınma nişanları vardır. (Gömrük orqanlarının bayrağı və tanınma nişanları).

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar

H E S A B A T Q E Y D Ə A L I N D I!

Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının Qanunu

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MƏNZIL HAQQINI VƏ MƏNZİL-KOMMUNAL XİDMƏTLƏRDƏN İSTİFADƏ HAQQINI ÖDƏYİRİK

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI

Azərbaycan Respublikasının Su Məcəlləsi

Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGİYA və TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ

Azər-Türk Bank ASC üzrə

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Marketinq. Mehdiyev Əkbər

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR. Bakı şəhəri, 25 aprel 2014-cü il

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN HAVA YOLLARI QAPALI SƏHMDAR CƏMİYYƏTİ MİLLİ AVİASİYA AKADEMİYASI KURS İŞİ

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

İXM-nin maddəsi Qayda pozuntusu Cəriməsi Balı

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN TƏHLÜKƏSİZLİK DEPARTAMENTİ HAQQINDA Ə S A S N A M Ə 1. ÜMUMİ MÜDDƏALAR

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin Əlavəsi

Azərbaycan Hava Yolları. «01» iyul 2016-ci il.

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Azərbaycan Respublikası Prezidentinin

Sistem inzibatçıları üçün təlimat

Layihə Sənədi üçün Məlumat Cədvəli

Transkript:

Təhlükəli tullantıların saxlanılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1396 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Təhlükəli tullantıların saxlanılması Qaydası təsdiq edilsin (əlavə olunur). Bakı şəhəri, 14 iyun 2016-cı il 228 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 228 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Təhlükəli tullantıların saxlanılması Q A Y D A S I 1. Ümumi müddəalar 1.1. Bu Qayda İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1396 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər ə əsasən hazırlanmışdır. 1.2. Bu Qayda müəssisələrdə, istehsalat və xidmət sahələrində, təşkilatlarda və ya onların struktur bölmələrində (bundan sonra - Müəssisə) təhlükəli tullantıların ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz

şəraitdə saxlanılması və təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) yerləşdirilməsi (saxlanılması və ya basdırılması) qaydalarını müəyyən edir. 1.3. Bu Qayda zərərli qazlara, tullantı sularına və radioaktiv tullantılara şamil edilmir. 2. Təhlükəli tullantıların saxlanılmasına ümumi tələblər 2.1. Müəssisədə təhlükəli tullantılar növünə, tərkibinə və xüsusiyyətinə görə çeşidlənməlidir. Tullantıların çeşidlənməsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz şəraitdə həyata keçirilməlidir. 2.2. Çeşidləndikdən sonra təhlükəli tullantıların bir-birinə qarışmaması və ətraf ərazilərə yayılmaması üçün tez bir zamanda müvafiq qablarda (konteynerlərdə, tutumlarda, qutularda, sukeçirməyən hermetik kisələrdə, çəlləklərdə) qablaşdırılmalıdır. 2.3. Təhlükəli tullantılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası na uyğun inventarlaşdırılmalı və 2003-cü il 31 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası na uyğun pasportlaşdırılmalıdır. 2.4. Müəssisədə təhlükəli tullantıların saxlanılması aşağıdakı tələblərə cavab verməlidir: 2.4.1. təhlükəli tullantıların saxlanılması məqsədi ilə müvafiq ərazi müəyyən edilməli; 2.4.2. təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazi ətraf mühitdən təcrid olunmalı, həmçinin təhlükəlilik barədə müvafiq xəbərdaredici nişanlar və ya lövhələr quraşdırılmalı; 2.4.3. təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazi kimyəvi maddələrlə aşılanmaya davamlı materialla döşənməli, perimetri boyu hasarlanmalı, mühafizə olunmalı və təhlükəsizliyinə cavabdeh şəxs təyin edilməli; 2.4.4. təhlükəli tullantıların saxlanıldığı ərazidə tullantılar ilə hər-hansı əməliyyatın (qabların vəziyyətinin yoxlanılması, zədələnmiş qabların yeniləri ilə əvəz edilməsi və ya yerlərinin dəyişdirilməsi, ərazidə təmirbərpa işlərinin aparılması, texnikanın hərəkəti, tullantıların yüklənilməsi, boşaldılması və s.) həyata keçirilməsi üçün normal şərait olmalı;

2.4.5. təhlükəli tullantıların saxlanılması ilə bağlı əməliyyatlar Müəssisə rəhbərliyinin icazəsi əsasında və ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz şəraitdə həyata keçirilməli, həmin əraziyə kənar şəxslərin girişi qadağan edilməli; 2.4.6. təhlükəli tullantı saxlanılan qabların üzərində tullantının adı, təhlükəlilik xüsusiyyəti, aqreqat halı, çəkisi (və ya həcmi), qablaşdırıldığı tarix və tullantının insan sağlamlığına zərərli təsiri barədə müvafiq qeydlər olmalı (bu qeydlər pozulduğu halda, onlar dərhal bərpa edilməlidir); 2.4.7. təhlükəli tullantıların növünə və həcminə uyğun lazımi sayda qab olmalı; 2.4.8. təhlükəli tullantılar saxlanılan qablar hermetik, o cümlədən fiziki, kimyəvi və mexaniki təsirlərə davamlı olmalı (qabların hermetikliyi və texniki vəziyyəti Müəssisənin təhkim edilmiş müvafiq işçi heyəti tərəfindən həftədə üç dəfədən az olmamaq şərtilə yoxlanılmalı və bu barədə müvafiq kitabda qeydiyyat aparılaraq imza ilə təsdiq edilməlidir); 2.4.9. təhlükəli tullantılar saxlanılan qabların hermetikliyinin pozulduğu, korroziyaya və ya deformasiyaya uğradığı və bu kimi digər hallar aşkar edildikdə, Müəssisənin işçi heyəti tərəfindən bu qablar eynitipli və həcmli qablarla əvəz edilməli; 2.4.10. təhlükəli tullantılar saxlanılan qablar boşaldıldıqdan sonra (tullantılar digər müəssisələrə və ya təhlükəli tullantıların yerləşdirilməsi obyektinə təhvil veriləndən sonra qablar geri qaytarıldığı təqdirdə) onlar Müəssisənin işçi heyəti tərəfindən təmizlənməli, hermetikliyi, texniki vəziyyəti yoxlanılmalı və istifadəyə yararlı olduğu halda, eyni növdən olan tullantıların yığılması üçün yenidən istifadə edilməli (istifadəyə yararsız qablar təhlükəli tullantı hesab olunur); 2.4.11. Müəssisədə əmələ gələn böyük həcmdə təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazi bu tullantıların həcminə uyğun hesablanmalı; 2.4.12. təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazidə maye şəkilli təhlükəli tullantıların sızması, axması, dağılması və səpələnməsi baş verdikdə, Müəssisənin işçi heyəti tərəfindən onun qarşısı təcili alınmalı və çirklənmiş yerlər tez bir zamanda təmizlənərək bərpa edilməlidir (bu məqsədlə qumdan istifadə edərək tullantılar yığışdırılmalı, döşəmə quru əskilərlə silinməli, bundan sonra müvafiq həlledici qatılmış su və ya 10 faizli soda məhlulu ilə yuyulmalıdır, bu işlər fərdi mühafizə vasitələrində görülməlidir, axmış, dağılmış və səpələnmiş tullantıların üstü ilə gəzmək qadağandır).

2.5. Təhlükəli tullantılardan təkrar xammal kimi istifadə edilməsi və onların təkrar emal üçün digər müəssisələrə göndərilməsi İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə uyğun olaraq təmin olunmalıdır. Ətraf mühitə və insan sağlamlığına zərərli təsir riskinin qarşısını almaq məqsədi ilə təhlükəli tullantıların Müəssisənin ərazisində 6 (altı) aydan çox saxlanılması yol verilməzdir və tullantıların yerləşdirilmə obyektinə (təhlükəli tullantılar poliqonuna) təhvil verilməlidir. 2.6. Müəssisədə təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazidən və yaxud Müəssisənin hüdudlarından kənarda bu tullantıların saxlanılması qadağandır. 2.7. Təhlükəli tullantıların saxlanılması şəraiti İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydanın 2.4-cü bəndinin tələblərinə cavab vermədiyi, həmçinin təkrar xammal kimi istifadə edilməsi, utilizasiyası və zərərsizləşdirilməsi mümkün olmadığı, yaxud Müəssisənin texnoloji prosesindən asılı olaraq yaranan təhlükəli tullantıların gündəlik daşınması mütləq olduğu hallarda, onlar təhlükəli tullantıların yerləşdirilmə obyektinə (təhlükəli tullantılar poliqonuna) ətraf mühit üçün təhlükəsiz şəraitdə, yəni tullantıların axması, sızması, dağılması, tozlanması və digər hallara yol verilməməklə yerləşdirilmək (saxlanılmaq və ya basdırılmaq) üçün tam hermetik tutumlarda göndərilməlidir. Atmosfer havasının əlavə tozlanmasının qarşısının alınması məqsədi ilə toz şəkilli təhlükəli tullantıların hermetik tutumlarda (sisternlərdə, yaxud nəmləndirilərək və ya bərkidilərək qablaşdırılmış vəziyyətdə) daşınması təmin olunmalıdır. 2.8. Təhlükəli tullantıların Müəssisədən daşınması müvəqqəti olaraq mümkün olmadıqda (pis hava şəraiti, fövqəladə hal, nəqliyyat vasitələrinin sayının azlığı və ya nasazlığı, daşınma üçün istifadə olunan yollarda təmirtikinti və ya yenidənqurma işlərinin aparılması və s.), həmin daşınmanı təxirə salan səbəblər aradan qalxana qədər yeni tullantıların saxlanılması üçün Müəssisədə müvafiq ehtiyat ərazi və qablar nəzərdə tutulmalıdır. 2.9. Təhlükəli tullantıların müəssisələrdən qəbul edilməsi və ya digər müəssisələrə təhvil verilməsi mütləq sənədləşdirilməlidir (bu sənədlərə təhlükəli tullantının pasportunun, təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın), tullantıların qəbulu və ya təhvili, alqı-satqısı, bağışlanması və ya mübadiləsi barədə bağlanılmış müqavilələrin surətləri, tullantıların təhvil verilməsi barədə qaimələr və ya təhvil-təslim aktları aiddir).

3. Təhlükəli tullantıların yerləşdirilməsi (saxlanılması və ya basdırılması) 3.1. Təhlükəli tullantıların yerləşdirilməsi (saxlanılması və ya basdırılması) bu məqsədlər üçün təchiz edilmiş və İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) həyata keçirilməlidir. 3.2. Təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) təhlükəli tullantıların yerləşdirilməsi mütləq sənədləşdirilməlidir (bu sənədlərə təhlükəli tullantının pasportunun surəti, tullantıların təhvil verilməsi barədə qaimələr və ya təhvil-təslim aktları aiddir). 3.3. Təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) təhlükəli tullantıların yerləşdirilməsi (saxlanılması və ya basdırılması) ətraf mühit və insan sağlamlığı üçün aşağıdakı təhlükəsiz şəraitdə həyata keçirilməlidir: 3.3.1. təhlükəli tullantıların yerləşdirilməsi (saxlanılması və ya basdırılması) üçün müəyyən edilmiş yerlər (hücrələr, bölmələr və s.) ətraf mühitdən təcrid olunmalıdır; 3.3.2. təhlükəli tullantıların aqreqat halı nəzərə alınaraq, onların yerləşdirilməsi (saxlanılması və ya basdırılması) zamanı ətraf ərazilərə axması, səpələnməsi və ya digər yolla yayılmasının qarşısı alınmalıdır. 3.4. Təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) onların saxlanılması aşağıdakı tələblərə cavab verməlidir: 3.4.1. təhlükəli tullantıların yerləşdirilmə obyektində tullantıların saxlanılması üçün müəyyən edilmiş ərazi ətraf mühitdən təcrid olunmalı; 3.4.2. təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) tullantılarla hər-hansı əməliyyatın (qabların vəziyyətinin yoxlanılması, lazım gəldikdə qabların yerlərinin dəyişdirilməsi, texnikanın hərəkəti, tullantıların yüklənilməsi və ya boşaldılması və s.) həyata keçirilməsi üçün şərait olmalı; 3.4.3. təhlükəli tullantıların saxlanıldığı qabların hermetikliyi və texniki vəziyyəti təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) işçi heyəti tərəfindən mütəmadi (həftədə bir

dəfədən az olmamaq şərtilə) yoxlanılmalı və bu barədə müvafiq kitabda qeydiyyat aparılaraq imzalanmalı; 3.4.4. təhlükəli tullantıların saxlanıldığı qablardan təhlükəli tullantıların sızması, axması, dağılması, həmçinin təhlükəli tullantıların hücrəyə boşaldılması prosesi zamanı tullantıların tozlanması halları baş verdikdə, təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) işçi heyəti tərəfindən onun qarşısının alınması üzrə tədbirlər görülməli; 3.4.5. təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) bütün aqreqat hallarına malik təhlükəli tullantıların ətraf mühitə zərərli təsir vermədən yerləşdirilməsi (saxlanılması və ya basdırılması) üçün şərait yaradılmalıdır. 3.5. Təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) təhlükəli tullantılar uzun müddət saxlanıldığından, onların getdikcə utilizasiya və istifadə edilməsi xüsusiyyətlərinin itməsi və ya ətraf mühitə zərərli təsirinin artması hallarında onlar həmin obyektdə basdırılmalıdır. Təhlükəli tullantıların basdırılacağı barədə tullantının sahibinə (mülkiyyətçisinə) rəsmi məlumat göndərilməlidir. 4. Təhlükəli tullantıların saxlanılması zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası tədbirləri 4.1. Təhlükəli tullantıların saxlanıldığı ərazidə bütün əməliyyatlar (bu Qaydanın 2.4.4-cü, 2.4.12-ci, 3.4.2-ci və 3.4.4-cü yarımbəndlərində nəzərdə tutulan) müvafiq tibbi müayinədən keçmiş, əməyin və yanğın təhlükəsizliyi, həmçinin yanğınsöndürmə, zəhərlənmələrin simptomları, zəhərlənmələr zamanı ilkin tibbi yardım (özünə və qarşılıqlı) üsulları üzrə müvafiq təlimatlar almış 18 yaşına çatmış işçi heyəti tərəfindən aparılmalıdır. Bununla yanaşı, işçi heyəti təhlükəli tullantıların fizikikimyəvi xüsusiyyətlərini, təhlükəlilik faktorlarını (toksikiliyi, yanğın təhlükəliliyi, insan orqanizminə və ətraf mühitə təsirləri və s.) bilməlidir. 4.2. Təhlükəli tullantıları saxlanılması üçün nəzərdə tutulmuş ərazidə tullantıların müəyyən olunmuş miqdardan (həcmdən) artıq, həmçinin qığılcım mənbələrinin, qızdırıcı cihazların və digər istilik mənbələrinin bilavasitə yaxınlığında yerləşdirilməsi yolverilməzdir. 4.3. Təhlükəli tullantılar saxlanılması üçün nəzərdə tutulmuş ərazidə kənar əşyaların, paltarların, fərdi mühafizə vasitələrinin qoyulması, siqaret

çəkilməsi, oddan istifadə olunması, qida qəbulu və fasilə zamanı istirahət edilməsi qadağandır. 4.4. Təhlükəli tullantılarla bağlı əməliyyatlar başa çatdıqdan sonra işçi heyəti yuyunmalıdır. 4.5. Təhlükəli tullantılarla bağlı əməliyyatlar zamanı zəhərlənmə əlamətləri aşkar edildikdə iş dayandırılmalıdır və bu barədə Müəssisənin rəhbərliyinə məlumat verilərək yaxınlıqda yerləşən tibb müəssisəsinə müraciət edilməlidir. 4.6. Yanğın təhlükəli tullantılar saxlanılan ərazidə lazımi sayda yanğınsöndürən vasitələr olmalıdır. Bu vasitələr olan yerdə tullantılar yerləşdirilməməlidir. 4.7. Təhlükəli tullantıların alışması baş verərsə, yanğınsöndürmə qaydalarına və tullantıların xüsusiyyətlərinə uyğun olaraq alışmanın qarşısı təcili alınmalıdır. Tezalışan maye tullantılar yanğınsöndürənlə (tozvari, köpüklü), qumla və ya yanmayan materialdan hazırlanmış örtüklə söndürülməlidir. 4.8. Müəssisənin işçi heyəti ildə azı bir dəfə tibbi müayinədən keçməli və müayinənin nəticələri işçinin sağlamlıq pasportuna daxil edilməlidir.