Çirkli pulların yuyulması ilə əlaqədar cinayətlər üzrə araşdırmanın xüsusiyyətləri

Benzer belgeler
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

[18] 1. Ümumi müddəalar

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Marketinq. Mehdiyev Əkbər

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

Bu hesabatda biznesin həyat siklinin əsas istiqamətləri ətraflı şəkildə təhlil olunur.

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

UniMiles 3 illik 100 AZN və ekvivalenti

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

Azər-Türk Bank ASC üzrə

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI (CCPE) Avropa Prokurorlarının Məşvərətçi Şurasının. Cinayət təqibi vasitələrinin idarə edilməsi mövzusunda

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ AZƏRBAYCAN RESPUBLİKASINDA MƏHKƏMƏ-TİBB EKSPERTİZASININ FƏALİYYƏTİ BARƏDƏ Ə S A S N A M Ə

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

1. Ümumi müddəalar Elektron xidmətin adı: daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Təsdiq etdi: İdarə Heyətinin sədir Q.Bayramov 08 Yanvar 2007 UÇOT SİYASƏTİ

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

BALANS HESABATI A-AKTİVLƏR

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İNTERNET BANKÇILIQ SİSTEMİ ÜZRƏ İSTİFADƏÇİ TƏLİMATI

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ «VERGİ VƏ GÖMRÜK ƏMƏLİYYATLARININ UÇOTU» fənninin P R O Q R A M I

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

H E S A B A T Q E Y D Ə A L I N D I!

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Protokolundan Çıxarış aprel 2016-cı il

«WESTERN UNION» pul köçürmələri xidmətinin göstərilmə şərtləri

Zeynalova Sevinc III kurs

Poçt rabitəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

GRECO III round dəyərləndirmə məruzəsi. Azərbaycan üzrə cinayət məsuliyyəti üzrə dəyərləndirmə məruzəsi (ETS 173 və 191, GPC2) mövzu I

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Transkript:

Çirkli pulların yuyulması ilə əlaqədar cinayətlər üzrə araşdırmanın xüsusiyyətləri Çirkli pulların yuyulması, əsasən, "vergi cənnəti" adlandırılan offşor zonalar vasitəsilə həyata keçirilir. FATF-ın qara siyahısına 19 belə offşor zona daxil edilmişdir ki, onlardan Baham, Bermud, Kipr, Malta, Men (Böyük Britaniya) və Madeyra (Portuqaliya) adaları və s.-ni misal göstərmək olar. Offşor zonalarda güzəştli vergi rejimi tətbiq olunur və valyuta nəzarəti həyata keçirilmir. Valyutaların idxal və ixracında heç bir maneə olmadığından burada beynəlxalq səviyyəli bank əməliyyatlarının həyata keçirilməsi asanlaşır. Məsələn, Baham adalarında 350 bank fəaliyyət göstərir və həmin banklarda həyata keçirilən əməliyyatların 95%-i beynəlxalq miqyaslıdır. Hüquq ədəbiyyatlarında «çirkli pullar»ın yuyulmasına şərait yaradan hallar kimi - vətəndaşların qeyri rəsmi gəlirlərinin yüksək olması, iqtisadiyyatda «qara bazarın» mövcudluğu, maliyyə institutlarının üzərində nəzarət və monitorinq mexanizmlərinin lazımi səviyyədə olmaması, dövlət orqanlarında korrupsiya cinayətinin mövcudluğu, dövlətin daxilində «azad iqtisadi zonaların» (offşor zonaların) mövcudluğu, xarici hüquq-mühafizə orqanları vasitəsilə maliyyə məlumatlarının əldə olunmasının qeyrimümkünlüyü və yaxud məlumatların əldə olunmasının məhdudlaşdırılması, şirkət rəhbərlərinin şəxsiyyətlərinin identifikasiyasının zəruriliyi, anonim pul hesablarının mövcudluğu, ölkədə maliyyə institutlarının qızıl və qiymətli əşyaların beynəlxalq ticarət mərkəzlərinə daxil olmalarının mümkünlüyü və sair göstərilmişdir. Beynəlxalq təcrübə onu göstərir ki, «çirkli pullar»ın yuyulması ilə mübarizə hüquqi və fiziki şəxslərin maliyyə və vergi hesabatlarının alınması, nəzarətedici orqanlar tərəfindən bankların və şirkətlərin yerində

yoxlanılması, daxili audit yoxlaması və digər metodlardan istifadə etməklə həyata keçirilir. «Çirkli pullar»ın yuyulmasının beynəlxalq aləmdə bir cox növü movcuddur, lakin ən geniş yayılmış növlərini fərqləndirmək mümkündür. Misal üçün onlardan birincisi ayrı-ayrı şəxslər tərəfindən banklarda hesablar açılmaqla oraya nağd pul vəsaitləri yerləşdirilir, daha sonra həmin pullar başqa dövlətin bankında olan saxta firmanın hesabına, oradan isə başqa bir hesaba köçürülür. Digər bir metod saxta bank hesablarından istifadə edilməsi və qara mühasibatlığın aparılması ilə həyata keçirilir. Belə ki, maliyyə əməliyyatının keçirilməsi üçün xaricdə olan saxta bir firmanın hesabına pullar köçürülür, malların alınmasına dair saxta müqavilə bağlanır və həmin müqavilə sübut kimi banka təqdim edilir, bank da sənədlərə əsaslanaraq həmin pulların köçürülməsini təmin edir. Başqa bir metod isə cinayətkar tərəfindən cinayət yolu ilə əldə etmiş pulları leqallaşdırmaq üçün həmin pullara daşınmaz əmlaklar alınır, restoran və otellərin tikintisinə sərf olunur. Eyni zamanda cianyətkar bir dövlətdə əldə etdiyi gəlir hesabına başqa xarici dövlətlərdə öz yaxınlarının adına əmlakların alınması yolu ilə çirkli pulları leqallaşdıra bilər. Maliyyə əqdləri üzrə «çirkli pullar»ın yuyulması sahəsində dünya təcrübəsinin ümumiləşdirilməsi onu göstərir ki, bu məsələnin həlli cinayətkar birliklər tərəfindən müxtəlif üsullarla həyata keçirilir. Məsələn əməliyyatlar zamanı bir neçə firmadan istifadə etmə yolu ilə mümkündür. Belə ki, göstərilməmiş xidmətlərə görə əldə olunmuş gəlirlər barədə firmanın mühasibat kitablarına qeydlər yazılır, əslində isə firma heç bir xidmət göstərməmişdir. Adətən qanorarların, xidmətlərə görə gəlirlərin qeydiyyatı firmaların yeganə mühasibat kitabında aparılır. Bu növ əqdlərin izlənilməsi təcrübədə çox çətinliklər yaradır, belə ki, firmanın hesabatlarında

bu əməliyyatlar maskalanmış şəkildə göstərilir və əqdin əsl xarakteri gizlədilir. Digər bir üsul isə pul köçürmələri yolu ilə həyata keçirilir. «Çirkli pullar» bank hesabında açılmış müxtəlif hesablara, oradan isə xarici banklarda açılmış hesablara köçürülür. Bu hesablara da çek yazılıb verilir, bununla həmin pullar yenə də cinayətkarın sərəncamına qayıdır. Bunun başqa növü də mövcuddur. Pulları müxbir bank vasitəsilə bir bank müəssisəsindən xaricdə yerləşən digər bankda açılmış bank hesabına köçürülür və cinayətkar rahatlıqla oradan pul vəsaitini çıxarır. Qeyd etmək istərdim ki, dünya praktikasında «çirkli pulların yuyulması ilə mübarizə sahəsində istintaq metodları müxtəlif olsa da, lakin ümumi istiqamət eynilik təşkil edir. Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin leqallaşdırılması cinayətlərinin istintaqı zamanı müstəntiq və ya prokuror istintaqın ilkin mərhələsində cinayət faktını, leqallaşdırma faktını, konkret şəxsin və ya şəxslərin cinayətdə təqsiri, cinayətin motivləri, leqallaşdırılmış pul vəsaitinin ümumi məbləğini müəyyən etməlidirlər. Bu növ cinayət işinin istintaqı zamanı qanunsuz yolla pul vəsaitlərinin əldə olunması faktı aşkar olunarkən ilk olaraq həmin pul vəsaitlərinin ilkin mənbəyi müəyyən edilməli, bununla bağlı bütün sənədlər götürülməli, həmin pula daşınmaz əmlakın alınması müəyyən olunarsa üzərinə həbs qoyulmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin (və ya şübhəli şəxsin) yaşayış evində, yaxud xidməti otağında (ehtimal olunan digər saxlanc yerlərində) axtarış və götürmə istintaq hərəkəti keçirilməlidir. Axtarış gedişatında zəruri olan sənədlərdən əlavə maqnit-informasiya daşıyıcıları, (kompyuterlər, disklər, fləş kartlar və sair) bankomat kartları müvafiq qaydada götürülməli və onlara mütəxəssisin iştirakı ilə baxış keçiməklə istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar əldə olunmalıdır. Müstəntiq və ya prokuror axtarış zamanı əmlakların alqı-satqısına dair müqavilələrə, avomobillərin idarə olunması üçün verilmiş etibarnamələrə, kommersiya

müqavilələrinə, digər şəxslərin (qohum və ya yaxınlarının) adına alınmış əmlaka ödəniş sənədlərinə, kommunal xərclərin ödənilməsinə dair qəbzlərə xüsusi diqqət verməlidir. İstintaqçı tərəfindən növbəti istintaq hərəkəti kimi əldə olunmuş sənədlər üzrə istintaq hərəkətləri aparılmalı, sənədlərdə adları qeyd olunan şəxlər müəyyən edilməklə əmlaka münasibətləri barədə ətraflı ifadələri alınmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin özünün və ya onun ailə üzvlərinin sərəncamında daşınar və daşınmaz əmlakın olmasının aydınlaşdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə, DİN-nin BDYPİnə, Vergilər Nazirliyinə sorğular göndərilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müvafiq sorğular göndərilməli, zərurət yarandıqda isə bu barədə məhkəmənin qərarının alınması üçün tədbir görülməlidir. Əldə edilmiş bank sənədlərində şübhəli əməliyyatlar aşkar edilərsə həmin əməliyyatlar izlənilməli və çirkli pulların yuyulması halları aydınlaşdırılmalıdır. Müstəntiq və ya prokuror əldə etdiyi maliyyə sənədləri üzrə müvafiq mütəxəssisləri cəlb etməklə yoxlamalar keçirə bilər. Yoxlamalar təyin olunarkən şübhəli maliyyə əməliyyatlarına (daxili və beynəlxalq pul köçürmələri) xüsusi diqqət yetirilməli, istintaq zamanı əldə olunmuş sübutlar (əmtəəsiz əməliyyatlar, bank köçürmələrini təsdiq edən sənədlər) mütəxəssislərə yoxlanılması üçün təqdim edilməlidir. İstintaqçılar mütəxəssislərin yoxlamanın yekununda təqdim etdikləri yoxlama aktlarında göstərilənlər üzrə hazırladıqları plan əsasında müvafiq istintaq hərəkətləri keçirməlidirlər. Çirkli pulların yuyulması cinayətlərində bir çox hallarda beynəlxalq pul köçürmələrindən istifadə olunur ki, bu da istintaqçıların işlərini bir qədər çətinləşdirir. Lakin bu zaman digər ölkələrdə istintaq hərəkətlərinin aparılması və ya məlumatların götürülməsi üçün beynəlxalq istintaq

tapşırıqlarından istifadə olunmalıdır. Dünya praktikasında bu növ cinayətlərin istintaqı zamanı beynəlxalq tapşırıqlardan geniş istifadə olunur və bir çox hallarda çirkli pulların yuyulması faktları məhz tapşırıqlar nəticəsində aşkar edilir. Cinayət işinin istintaqı zamanı dindirmələr xüsusi əhəmiyyət kəsb edir. Bu növ cinayətlərdə şahid bazası maliyyə əməliyyatlarının keçirilməsində iştirak etmiş, adına formal olaraq əmlak alınmış şəxslərdən, təqsirləndirilən şəxsin qohumlarından, əmlakın alqı-satqısında və ya maliyyə əməliyyatlarında iştirak etmiş və digər şəxslərdən ibarət ola bilər. Təqsirləndirilən və ya şübhəli şəxsin ifadələri istintaq üçün əhəmiyyətli olduğundan, onların dindirilmələrinə hazırlıq görülməli və veriləcək sualların siyahısı əvvəlcədən hazırlanmalıdır. Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin leqallaşdırılması ilə mübarizə sahəsində xarici dövlətlərin təcrübəsinə nəzər salsaq görərik ki, Amerika Birləşmiş Ştatları cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin leqallaşdırılması ilə mübarizə sahəsində böyük qanunvericilik bazasına, istintaq təcrübəsinə və bu sahədə ixtisaslaşmış maliyyə institutlarına malikdir. ABŞ-da «çirkli pullar»ın yuyulmasının qaşısınının alınmasına dair əsas hüquqi bazanı iki növ qanunvericilik aktları təşkil edir - birinci federal aktlar, ikincisi isə ştatların qanunlarıdır. Federal qanunlara «Bank sirri haqqında» və «Çirkli pullar»ın yuyulmasının qarşısınının alınması haqqında qanunlar (1986-cı il) aiddir. «Bank sirri haqqında» qanun fərdi şəxslər, banklar və digər maliyyə təşkilatları üçün bank sənədlərinin hazırlanması normalarını və hesabatların qaydalarını müəyyən etmişdir. Bu normanın qəbul edilməsi hüquq-mühafizə orqanlarına xidmət etmək məqsədi daşıyır. Qanun Amerika valyutasının

mənbələrini aşkar etmək, hərəkətini və həcmini müəyyən etməyə yardım edir. Qanunun birinci hissəsi bankların və digər maliyyə təşkilatlarının apardıqları maliyyə əməliyyatları üzrə sənədləşmələri 5 il müddətində saxlanılmasını əsas şərt kimi müəyyən etmişdir. Qanunun ikinci hissəsində isə 10 000 ABŞ dolları həcmindən artıq məbləğlər üzrə daxili və beynəlxalq əməliyyatlar həyata keçirən fərdi şəxslər, banklar və maliyyə təşkilatları bu barədə dərhal hesabatlar vermələri göstərilmişdir. ABŞ qanunlarına görə 10 000 ABŞ dolları məbləğindən artıq pulun dəyişdirilməsi, əmanətə qoyulması və ya başqa banka köçürülməsi mütləq bəyan edilməlidir. Bunu etməkdən yayınmış şəxslər və ya təşkilatlar cinayət məsuliyyətinə cəlb olunur, gizlədilmiş pul vəsaiti isə müsadirə edilir. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması cinayətinin ictimai təhlükəliliyi bu əməlin bir sıra mühüm ictimai dəyərləri təhlükə altına alması ilə əlaqədardır. Normal iqtisadi sistemi sarsıdan bu əməlin törədilməsi ilə mütəşəkkil cinayətkarlığın maddi-maliyyə bazası formalaşdırılır, kriminal biznes pərdələnmiş olur. Çirkli pulların yuyulması korrupsiyanın doğurduğu əsas bəlalardan biri və iqtisadi sahədə mütəşəkkil cinayətkarlığın başlıca təzahür formasıdır. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması korrupsiyaçı-kriminal ünsürlərin leqal biznesin bütün gəlirli sahələrini tədricən ələ keçirməsi kimi təhlükəli perspektiv vəd edir. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə 90-cı illərdə çirkli pulların yuyulmasına 350 milyard dollar pul vəsaiti cəlb edilmişdirsə, müxtəlif hesablamalara görə hal-hazırda 400-700 milyard dollar pul vəsaiti "yuyulur". Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə dünya üzrə yuyulan pulların məbləği dünyanın Ümumi Daxili Məhsulunun 2-5%-ni təşkil edir.

Korrupsiya cinayətləri və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və ya başqa sözlə desək çirkli pulların yuyulması mahiyyətləri etibarı ilə bir-birləri ilə sıx bağlıdırlar. Məsələn passiv rüşvətxorluq və ya vəzifə səlahiyyətlərindən sui-istifadə yolu ilə dövlət əmlakının mənimsənilməsi bir qayda olaraq şəxsi mənfəət əldə etmək məqsədi ilə törədilir. Qeyd olunan, cinayətləri törətmiş şəxslər isə bir qayda olaraq əldə edilmiş pul vəsaitlərini və ya əmlakı qanuniləşdirməyə meyllidirlər. Belə olan halda isə çirkli pulların yuyulması, kriminal fəaliyyətin nəticəsi kimi qanunsuz olaraq əldə edilmiş pul vəsaitlərinin gizlədilməsi prosesidir. Belə ki, cinayət yolu ilə əldə etmiş olduğu pul vəsaitlərini qanuniləşdirmə son nəticədə həmin pul vəsaitlərinin dövlət orqanlarının fəaliyyəti nəticəsində müəyyən edilməsi, izlənməsi, dondurulması və müsadirə edilməsi kimi məsələləri əhəmiyyətli dərəcədə çətinləşdirir, bəzi hallarda isə ümumiyyətlə qeyri-mümkün edir. Qeyd olunan prizmadan baxıldıqda çirkli pulların yuyulması müəyyən mənada korrupsiya cinayətlərinin məntiqi davamını və ya zəncirin növbəti halqasını təşkil edir. Digər tərəfdən isə korrupsiya cinayətləri cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında predikativ cinayət rolunda çıxış edir. Cinayət yolu ilə əldə edilmiş qanunsuz pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə standartlarının düzgün şəkildə tətbiq edilməsi korrupsiya halları üçün əlverişsiz şərait yaratmaqla ona qarşı mübarizə tədbirlərinin səmərəliliyini daha da artıra bilər. Lakin o qeyd edilməlidir ki, korrupsiya fenomenin özü də eyni zamanda hər hansı bir ölkədə beynəlxalq standartlarla müəyyən edilmiş cinayət yolu ilə əldə edilmiş qanunsuz pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə rejimini və standartlarını zədələyə bilər. Yəni bu halda məsələyə birtərəfli qaydada yanaşmaq düzgün seçim deyil.

Nəzərdən keçirilən hər 2 cinayət növü bir çox hallarda bir biri ilə nə qədər üzvi şəkildə bağlı olsalar da, təbii ki, fərqli cəhətləri də mövcuddur. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, cinayət yolu ilə əldə edilmiş qanunsuz pul vəsaitlərinin leqallaşdırılması heç də bütün hallarda korrupsiya cinayətlərinin məntiqi davamı olmur və ya bəzən korrupsiya cinayətləri çirkli pulların yuyulması əməlinin predikativ cinayəti rolunda iştirak etmir. Məsələn, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir çox digər əməllər cinayət yolu ilə əldə edilmiş qanunsuz pul vəsaitlərinin leqallaşdırılmasının predikativ cinayəti rolunda çıxış edə bilərlər. Bundan əlavə, cinayət yolu ilə əldə edilmiş qanunsuz pul vəsaitlərinin leqallaşdırılma cinayəti iqtisadi fəaliyyət sahəsində olan cinayətlər kateqoriyasına daxil olduğu halda, korrupsiya cinayətlərinin birbaşa obyekti dövlət orqanlarının normal fəaliyyətidir. Eyni zamanda, hər iki cinayət obyektiv cəhətinə görə bir-birindən fərqlənir. Eyni zamanda, korrupsiya cinayətlərinin subyekti qismində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsində müəyyən edilmiş vəzifəli şəxs tanındığı halda, cinayət yolu ilə əldə edilmiş qanunsuz pul vəsaitlərinin leqallaşdırılma cinayətinin subyekti qismində cinayət məsuliyyətinə cəlb etmə yaşına çatmış, hər hansı anlaqlı fiziki şəxs iştirak edə bilər. Lakin o da xüsusi olaraq vurğulanmalıdır ki, qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, hər iki fenomenlə səmərəli mübarizə aparılmasının yeganə yolu onlara qarşı mübarizənin sistemli, kompleks və ardıcıl aparılması, bu fenomenlərin üzvi şəkildə əlaqəli olmasının qəbul edilməsi yolu ilə mümkündür. Bu əməllərdən biri digərindən ayırılmamalıdır. Əks halda, bir istiqamətdə yol verilmiş nöqsan avtomatik olaraq digər fenomenin səviyyəsinin artması ilə müşayiət olunacaqdır.

Cinayət yolu ilə əldə edilmiş pul vəsatlərini və ya digər əmlakı leqallaşdırma cinayətinin istintaqına dair metodiki tövsiyələr Cinayət işinin başlanması Pulların cinayət yolu ilə əldə olunması barədə maddənin dispozisiyasında qeyd bunu göstərir ki, araşdırma materiallarında hər iki cinayətlə bağlı kifayət qədər məlumatlar (materiallar) mövcud olduğu halda (yəni hər-hansı cinayət əməli nəticəsində qanunsuz yolla pul vəsaitlərinin əldə edilməsi və həmin pulların leqallaşdırılması üçün məqsədyünüllü hərəkətlərin edilməsi barədə) cinayət işi başlana bilər. Bununla belə, hər-hansı cinayətlə bağlı çirkli pulların yuyulması faktı ibtidai istintaq zamanı aşkar olunmadıqda və bu hal məhkəmə baxışı zamanı aşkar edildikdə məhkəmənin təqdimatı əsasında ayrıca cinayət işinin başlanması mümkündür. Lakin, belə cinayət işinin istintaqının əsas cinayət işindən ayrı olaraq aparılması məqsədə müvafiq hesab edilmir. Əgər pul və ya əmlakın cinayət yolu ilə əldə olunması aşkar olunmasa, yaxud pulların və əmlakın cinayət-hüquq normalarının yox, digər Qanunun pozulması nəticəsində əldə olunması müəyyən olunarsa, belə olan halda CM-nin 193-1-ci maddəsi ilə cinayət məsuliyyəti istisna edilir. İlkin istintaq hərəkətləri və əməlyyat-axtarış tədbirləri 1. Leqallaşdırma cinayətləri ilə əlaqədar istintaqın ilkin mərhələsində müstəntiqin hərəkətləri cinayətlə bağlı məlumatların xarakterindən asılı olaraq müəyyən edilir.

İstintaq zamanı aşağıda göstərilən hallar sübuta yetirilməlidir: - ilkin cinayətin faktı (vaxtı, yeri, cinayətin üsulu və s.); - leqallaşdırmanın faktı (vaxtı, yeri, cinayətin üsulu və s.); - konkret şəxsin (şəxslərin) cinayətdə təqsiri və cinayətin motivləri, - təqsirin dərəcəsi və xarakterinə təsir göstərən hallar; - leqallaşdırılmış pul vəsaitərinin məbləği; Həmçinin, cinayətin törətməsinə şərait yaradan hallar da müəyyən olunmalıdır. Digər cinayətlərlə bağlı ibtidai istintaq aparıldığı zaman cinayət nəticəsində (terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya cinayətləri və s.) pul vəsaitlərinin əldə olunması faktı aşkar olunarkən ilk olaraq həmin pul vəsaitlərinin məxaric istiqamətləri müəyyən olunmalı və bununla bağlı bütün sənədlər, habelə həmin pula əldə olunmuş əşyalar götürülməli, əgər həmin pul vəsaitlərinə daşınmaz əmlak alınıbsa, əmlak üzərinə həbs qoyulmalıdır. Sənədlər şəxsdən könüllü təqdim etmə, yaxud məhkəmənin qərarı əsasında götürülə bilər. Sənədlərin və predmetlərin aşkar olunması üçün təqsirləndirilən şəxsin evində, bağında, iş yerində, avtomaşınında və qaracında, habelə digər saxlanc yerlərində (qohumunun yaxud tanışının evində və s.) axtarış aparıla bilər. Axtarış və götürmə gedişatında bilavasitə sənədlərdən başqa, maqnitinformasiya daşıyıcıları da (kompyuter, disket, disklər, kartlar və s.), bank kartları götürülməlidir. Axtarışın gedişatında eyni zamanda əmlakın alqı-satqısına dair müqavilələrə, kommersiya müqavilələrinə, formal olaraq digər şəxslərin adlarına rəsmiləşdirilmiş əmlaka görə ödəniş sənədlərinə, evlərin kommunal xərclərinin ödənilməsinə dair qəbz və orderlərə xüsusi diqqət yetirilməlidir. Götürülmüş sənədlərə və maqnit-informasiya daşıyıcılarına baxış keçirilməklə əldə olunmuş pul vəsaitlərinin məbləği, həmin pul vəsaitləri ilə aparılan əməliyyatlar, əməliyyatlarda iştirak etmiş şəxslər, təqsirləndirilən (şübhəli şəxs) tərəfindən həyata keçirtdiyi digər şəxs adına rəsmiləşdirilmiş əmlaka görə ödənişlərin, o cümlədən kommunal xərclərinin ödənilməsi və digər bu kimi hallar müəyyən olunur. Maqnit-informasiya daşıyıcılarına baxış

zamanı baxışın daha səmərəli keçirilməsini təmin etmək üçün kompyuter sahəsində mütəxəssisin iştirakı məqsədə müvafiq hesab olunur. Leqallaşdırılmış əmlakın tapılması üçün görülən tədbirlər Təqsirkar şəxsin və onun yaxın qohumlarının adlarına olan əmlakın, o cümlədən torpaq sahələrinin, evlərin, qeyri yaşayış sahələrinin (obyektlərin), nəqliyyat vasitələrin, hüquqi şəxslərin olub-olmasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz əmlakının Dövlət Reyestr Xidmətinə, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə, Vergilər Nazirliyinə sorğular göndərilməlidir. Təqsirkar şəxsin və onun yaxın qohumlarının adlarına bank hesablarının olub-olmamasını müəyyən etmək üçün banklardan məlumatlar məhkəməninn qərarı əsasında götürülməlidir. Yoxlamanın keçirilməsi: İstintaqadək maliyyə-nəzarət strukturların hər-hansı hüquqi yaxud fiziki şəxsin fəaliyyətinin yoxlaması zamanı ilkin cinayətin (mənimsəmə, vergidən yayınma və s.) əlamətləri və mexanizmi aşkar olunduqda eyni zamanda pul vəsaitlərinin və əmlakın leqallaşdırmaq məqsədilə keçirilmiş maliyyə əməliyyatları da müəyyən oluna bilər. İstintaq dövründə də Maliyyə və Vergilər Nazirlklərinin, Hesablama Palatası və digər yoxlama strukturlarının əməkdaşlarını cəlb etməklə maliyyə əməliyyatları üzrə yoxlamaların keçirilməsi müsbət nəticə verə bilər. Yoxlamalar təyin olunarkən şübhəli maliyyə əmliyyatlarına xüsusi diqqətin yetirilməsinə dair müvafiq göstəriş verilməli, istintaq zamanı əldə olunan sübutlar barədə (əmtəəsiz əməliyyatlar, pulların hansısa hesaba köçürülməsi və s.) yoxlayıcılar məlumatlandırılmalıdır.

Yoxlamalar başa çatanda yoxlama aktlarında göstərilənlər üzrə müvafiq istintaq hərəkətləri, o cümlədən sənədlərin götürülməsi, qeyd olunan şəxslərin aktın nəticələri üzrə dindirilməsi və s. keçirilməlidir. Beynəlxalq istintaq tapşırıqları İstintaq gedişatında törədilmiş cinayətin xarakterindən asılı olaraq digər ölkələrdə istintaq hərəkətlərinin aparılmasına və ya digər ölkələrdən məlumatların əldə olunmasına zərurət yarana bilər. Belə olan halda müstəntiq beynəlxalq istintaq tapşırığını hazırlamalıdır. İstintaq tapşırığı tərtib edilərkən götürmə, axtarış və bu kimi istintaq hərəkətlərinin aparılması üçün məhkəmənin qərarının alınması təmin olunmalıdır. Digər ölkələrdən əməliyyat xarakterli məlumatların əldə olunması üçün Azərbaycan Respublikası DİN-nin İnterpol un Milli Bürosuna sorğu verilə bilər. Mövcud olan Qanunvericiliyinə müvafiq olaraq beynəlxalq istintaq tapşırığının verilərkən aşağıdakılar nəzərə alınmalıdır: Hüquqi yardım göstərilməsinə dair müraciətdə aşağıdakılar göstərilməlidir: - sorğu edilən xarici dövlətin səlahiyyətli orqanının adı; - sorğunun aid olduğu araşdırmanı, istintaq həyata keçirən müvafiq səlahiyyətli dövlətin orqanının adı; - sorğunun predmeti və onun məzmunu; - cinayət tərkibinin əlamətləri, faktların təsviri və əməlin tövsifi, sorğu edən dövlətin müvafiq cinayət qanunun mətni; - barəsində sorğu edilən şəxsin soyadı, adı, atasının adı, doğulduğu tarix, vətəndaşlığı, daimi yaşadığı və ya olduğu yer, zahiri görkəminin təsviri, şəxsiyyətinin müəyyən edilməsi üçün digər məlumatlar;

- cinayət nəticəsində vurulmuş maddi ziyanın həcmi və ya digər zərərli nəticələr haqqında məlumatlar; - hüquqi yardım göstərilməsi barədə sorğunun icrası üçün əhəmiyyət kəsb edə biləcək sair məlumatlar. Sorğuya əlavə edilən sənədlər icraatı aparan şəxs tərəfindən imzalanmalı, hər bir vərəqi sorğu edən təşkilatın gerbli möhürü ilə möhürlənməli, sorğu edilən dövlətin rəsmi dilinə tərcümə edilməlidir. Tərcümələr Bakı şəhəri 1 saylı Notariat kontorunda təsdiq edilməli, sonra isə Ədltyyə Nazirliyinin Qeydiyyat və Notariat İdarəsində leqalizasiya edilməllidir. Bundan sonra sənədlər Azərbaycan Respublikasının Baş Prokurorunun məktubu ilə Ədliyyə Nazirliyinə göndərilməlidir. Ekspertizalar Pul vəsaitlərinin və ya əmlakın leqallaşdırılması faktı üzrə aparılan cinayət işləri üzrə müxtəlif ekspertizaların keçirilməsinə zərurət yarana bilər. İstintaq dövründə əldə olunmuş sənədlərdə ( o cümlədən əmlak əldə olunması barədə, kommersiya və maliyyə əməliyyatlarının aparılmasına dair mühasibat sənədlərində və s.) imza və xəttin eyniləşdirilməsi üçün məhkəmə-xətşünaslıq, sənədlərin hazırlanma üsulunu və üzərində saxtalaşdırmanın olub-olmamasını, ilkin mətnini müəyyən etmək üçün sənədlərin texniki ekspertizası təyin olunur. Götürülmüş kompyuter və digər maqnit-informasiya daşıyıcıları üzrə maraq doğuran silinmiş faylların mətninin bərpa olunması, kodların açılması, sənədlərin tərtib olunma tarixinin müəyyən olunması və digər sualların cavablandırılması üçün kompyuter-texniki ekspertizası təyin oluna bilər. Aşkar edilmiş əmlakın qiymətləndirilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin olunur. Əmlak antikvariata aiddirsə, əmlakın tarixi əhəmiyyətini və bununla əlaqədar qiymətini müəyyən etmək üçün kompleks əmtəəşünaslıq-tarixşünaslıq ekspertizası təyin oluna bilər.

Xüsusi diqqət məhkəmə-mühasibatlıq ekspertizasına ayrılmalıdır. Mühasibatlıq ekspertizası zamanı əldə olunmuş qanunsuz gəlirin məbləği, keçirilmiş maliyyə əməliyyatların nəticələri, dövlətə, yaxud hər-hansı hüquqi yaxud fiziki şəxsə (şəxslərə) vurulmuş ziyan və digər bu kimi məsələlər müəyyən olunur. Eyni zamanda pul vəsaitlərinin leqallaşdırılması ilə əlaqədar keçirilmiş maliyyə yaxud kommersiya əməliyyatları üzrə belə əməliyyatların iqtisadi səmərəliliyi və məqsədəmüvafiqliyi müəyyən oluna bilər. Şahidlərin dindirilməsi Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya əmlakın leqallaşdırılması ilə əlaqədar şahidlər bazası kommersiya və maliyyə əməliyyatların keçirilməsində iştirak etmiş şəxslərdən, satılmış əmlak və ya qiymətli əşyaların sahiblərindən, təqsirləndirilən şəxsin qohumlarından və tanışlarından, əmlakın yerləşdiyi ərazinin mənzil-kommunal sahəsinin, bələdiyyənin və icra strukturlarının nümayəndələrindən, daşınmaz əmlakda təmir işlərini aparmış şəxslərdən və iş üzrə əhəmiyyətli hallar ətrafında məlumat verə biləcək digər şəxslərdən formalaşır. Şahidlər dindirilərkən maliyyə və kommersiya əməliyyatının kimin (kimlərin) təşəbbüsü ilə keçirilməsi, əmlakın kimin (kimlərin) təşəbbüsü ilə alınması, hansı pul vəsaitinin buna cəlb olunması və kim (kimlər) tərəfindən əməliyyat üçün təqdim olunması, əməliyyat keçirilərkən və əmlak alınarkən sazişin şərtləri ilə əlaqədar kimlərlə danışıqlar aparılması, danışıqlar ərəfəsində kim və ya kimlərin qərarverici funksiyasını həyata keçirilməsi, əldə olunmuş daşınmaz əmlak üzrə kommunal xərclərinin kim və ya kimlər tərəfindən ödənilməsi, təmir işlərinin kimlərin təşəbbüsü ilə aparılması və təmir işlərinə kimlərin nəzarət etməsi, faktiki olaraq əmlakın kimin (kimlərin) istifadəsində olması və əmlak üzərində sərəncamverici funksiyasının kimin (kimlərin) həyata keçirilməsi və bu kimi digər xüsusatlar barədə dindirilməlidirlər. Nəzərə alınmalıdır ki, istintaqın ilkin mərhələsində şahidlər arasında cinayətin iştirakçıları da ola bilərlər, bu səbəbdən şahidlərin dindirilməsindən əvvəl istintaqın sərəncamında olan sübutlar bir daha təhlil

olunmalı və suallar ümumi istintaq taktikasına uyğun verilməli, təqsirkar şəxslərin istifadə edə biləcək məlumatların verilməsinin qarşısı alınmalıdır. Təqsirləndirilən şəxsin dindirilməsi Təqsirləndirilən şəxsin dindirilməsindən əvvəl iş üzrə toplanmış sübutlar bir daha təhlil edilərək onu ifşa edən sübutlar və işin materiallarından istifadə olunaraq suallar hazırlanmalı və dindirmə plan əsasında hazırlanmalıdır. Təqsirləndirilən şəxs cinayəti törətməyə sövq edən hallar, cinayətin mexanizmi, yəni pul vəsaitlərinin əldə olunması və leqallaşdırılması mexanizmi, cinayətdə iştirak edən digər şəxslər, leqallaşdırılmış pul vəsaitlərinin və əmlakın yerləri barədə və digər iş üçün əhəmiyyət kəsb edən suallar ətrafında dindirilməlidir İstintaq planı hazırlanarkən təqsirləndirilən şəxsin ifadə verməkdən imtina etməyə yaxud həqiqətə uyğun olmayan ifadə verməyə, özünümüdafiə xarakterli halların bildirməyə imkanının olduğu nəzərə alınmalıdır.