Əlavə 1. İnsan Hüquqları haqqında Ümumi Bəyannamə

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Uşaq hüquqları haqqında. Azərbaycan Respublikasının Qanunu

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyətinin təhlilinə dair tədqiqat

GENDER (KIŞI VƏ QADINLARIN) BƏRABƏRLIYININ TƏMINATLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏHLİLİ

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Bacarıqlar haqqında. Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın izahı

Marketinq. Mehdiyev Əkbər

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İdman haqda Genişləndirilmiş Hissəvi Saziş İGHS Avropa Şurasının İdman Yarışlarında Manipulyasiya haqqında Konvensiyası

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI (CCPE) Avropa Prokurorlarının Məşvərətçi Şurasının. Cinayət təqibi vasitələrinin idarə edilməsi mövzusunda

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

[18] 1. Ümumi müddəalar

Kommunal müəssisələr tərəfindən satınalma

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

N? Z? RÝYY? V? T? CRÜB? D? Terri Devis Avropa Þurasýnýn Baþ Katibi

Məmməd MUSAYEV, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Azərbaycan Respublikasının Su Məcəlləsi

Biznesin təşkilati-hüquqi formaları

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

TURİZMİN QLOBAL ETİK KODEKSİ Məsuliyyətli turizm üçün

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

ULTRA TECHNOLOGİES Şirkə nin Biznes Tərəfdaşları üzərində lazımı səylər barədə Prosedur

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Korporativ idarəetmə. Ruslan Atakişiyev İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri. Məruzəçi:

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

BÖYÜK DƏCCAL Amerika

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Antiinhisar fəaliyyəti haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əmək pensiyaları haqqında i[1] AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Məhkəmə Sistemində Məişət Zorakılığı ilə bağlı İşlər. Qanunun Aliliyi və İnsan Hüquqları Şöbəsi ATƏT-in Bakı Ofisi

Arıçılıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Çirkli pulların yuyulması ilə əlaqədar cinayətlər üzrə araşdırmanın xüsusiyyətləri

İŞ VAXININ CƏMLƏNMİŞ UÇOTU

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Məsləhətçi: Fariz Məmmədov Vəkillər Kollegiyasının üzvü, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin beynəlxalq əlaqələr üzrə müşaviri

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Azərbaycanda turizmin vəziyyəti

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Damazlıq heyvandarlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Məlumatların Açıqlanmamasına dair Şərtlər

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Transkript:

Əlavə 1 İnsan Hüquqları haqqında Ümumi Bəyannamə Preambula Bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq; və insan hüquqlarına qarşı biganəlik və hörmətsizliyin bəşəriyyətin vicdanını hiddətləndirən vəhşilik hərəkətlərinə gətirib çıxardığını, adamların söz və əqidə azadlığına malik olacağı, qorxu və ehtiyacdan qurtulacağı bir dünya qurulmasının insanların yüksək amalı elan olunduğunu nəzərə alaraq; və insanın istibdad və zülm əleyhinə son mübarizə vasitəsi kimi üsyana əl atmağa məcbur olmaması üçün insan hüquqlarının qanunun gücü ilə təmin edilməsinin zəruriliyini nəzərə alaraq; və xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq; və Birləşmiş Millətlərin xalqlarının BMT-nin Xartiyasında insanın əsas hüquqlarına, şəxsiyyətin ləyaqət və dəyərinə, kişi və qadınların bərabərliyinə inamlarını təsdiq etdiklərini və daha böyük azadlıqlar şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına yardım göstərməyi qərara aldıqlarını nəzərə alaraq; və üzv-dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət edilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərə alaraq; və bu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edilməsinin həmin öhdəliyin tam yerinə yetirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Baş Assambleya Ümumdünya İnsan Hüquqları Bəyannaməsini elə bir vəzifə kimi bəyan edir ki, onun yerinə yetirilməsinə bütün xalqlar və dövlətlər səy göstərir ki, hər bir insan, cəmiyyətin hər bir orqanı bu Bəyannaməni daim nəzərdə tutaraq maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara hörmət edilməsinə milli və beynəlxalq mütərəqqi tədbirlər, onların istər təşkilatın üzv-dövlətlərinin xalqları arasında, istərsə də onların yurisdiksiyasındakı ərazilərin xalqları arasında hamılıqla səmərəli tanınması və həyata keçirilməsi yolu ilə çalışsınlar. Maddə 1 Hər kəs doğulduğu andan ləyaqət və hüquqları baxımından azad və bərabərdir. Bütün insanlar şüur və vicdana malikdirlər və bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar. Maddə 2 Hər bir insan irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və digər əqidəsinə, milli, yaxud sosial mənşəyinə, mülki, silk, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan bu Bəyannamədə elan edilmiş bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır.

Bundan başqa, insanın mənsub olduğu ölkə, yaxud əraziyə siyasi, hüquqi, yaxud beynəlxalq statusu əsasında, həmin ərazinin müstəqilliyindən, qəyyumluq altında olmasından, özünü idarə edib-etməməsindən, yaxud suverenliyinin hər hansı məhdudluğundan asılı olmayaraq heç bir fərq qoyulmamalıdır. Maddə 3 Hər kəs yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Maddə 4 Heç kəs köləlikdə, yaxud asılılıqda saxlanmamalıdır; quldarlıq və qul alverinin bütün növləri qadağandır. Maddə 5 Heç kəs işgəncəyə, yaxud amansız, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamalıdır. Maddə 6 Hər kəs, harada olursa-olsun, hüquq subyekti kimi tanınmaq hüququna malikdir. Maddə 7 Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan, qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ vardır. Maddə 8 Hər kəs onun Konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən səmərəli şəkildə bərpa olunması hüququna malikdir. Maddə 9 Heç kəs özbaşına həbs oluna, tutulub saxlanıla, yaxud sürgün edilə bilməz. Maddə 10 Hər kəs öz hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, ona qarşı irəli sürülən cinayət ittihamının əsaslılığının təsdiqlənməsi üçün onun işinə tam bərabərlik əsasında, aşkarlıqla və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil və qərəzsiz məhkəmədə baxılması hüququna malikdir. Maddə 11 1. Cinayətdə ittiham olunan hər bir insan onun təqsiri müdafiəsinə bütün imkanların yaradıldığı açıq məhkəmə baxışında qanuni qaydada sübut edilənədək günahkar sayıla bilməz. 2. Heç kəs törədilərkən milli qanunlara, yaxud beynəlxalq hüquqa görə cinayət sayılmayan əməllərə, yaxud fəaliyyətsizliyə görə cinayətə cəlb edilə bilməz. Eləcə də cinayətin törədildiyi vaxt tətbiq edilə bilən cəzadan daha ağır cəza verilə bilməz. Maddə 12 Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə

bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var. Maddə 13 1. Hər bir insan hər hansı dövlətin hüdudlarında sərbəst yer dəyişmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. 2. Hər bir insanın öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var. Maddə 14 1. Hər kəsin təqibdən qorunmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququ var. 2. Bu hüquqdan əslində qeyri-siyasi cinayət, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olan fəaliyyətə görə təqib etmə hallarında istifadə edilə bilməz. Maddə 15 1. Hər kəsin vətəndaşlıq hüququ var. 2. Heç kəs məcburi şəkildə vətəndaşlıqdan, yaxud vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Maddə 16 1. Yetkinliyə çatmış bütün kişilər və qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən eyni hüquqlardan istifadə edirlər. 2. Nikah yalnız nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı ilə bağlana bilər. 3. Ailə cəmiyyətin təbii və əsas özəyidir və cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir. Maddə17 1. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququ var. 2. Heç kəs özbaşına öz mülkiyyətindən məhrum edilə bilməz. Maddə 18 Hər kəsin fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və əqidəsini dəyişmək, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, təlimdə, ibadətdə, dini ayin və mərasimlərin icrasında etiqad bəsləmək azadlığı daxildir. Maddə 19 Hər kəsin fikir və ifadə azadlığı hüququ var; müdaxilə olmadan öz fikrində qalmaq, habelə dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı bu hüquqa daxildir. Maddə 20 1. Hər kəsin dinc toplaşmaq və birləşmək azadlığı hüququ vardır.

2. Heç kəs hər hansı birliyə daxil olmağa məcbur edilə bilməz. Maddə 21 1. Hər kəsin öz ölkəsinin idarə olunmasında bilavasitə, yaxud azad şəkildə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək hüququ var. 2. Hər kəsin öz ölkəsində dövlət qulluğuna daxil olmaq üçün bərabər imkanlara malik olmaq hüququ vardır. 3. Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır; bu iradə ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə, yaxud səsvermənin azadlığını təmin edən digər eyni əhəmiyyətli formalarda keçirilən dövri və saxtalaşdırılmamış seçkilərdə əksini tapmalıdır. Maddə 22 Hər kəsin cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında hər bir ölkənin qurumuna və ehtiyatlarına uyğun olaraq ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Maddə 23 1. Hər kəs işləmək, sərbəst şəkildə iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, habelə işsizlikdən müdafiə hüququna malikdir. 2. Hər kəsin heç bir ayrı-seçkilik qoyulmadan bərabər əmək üçün bərabər haqq almaq hüququ var. 3. Hər bir işçi özünün və ailəsinin insana layiq yaşamasını təmin edən və lazım gəldikdə digər sosial təminat vasitələri ilə tamamlanan ədalətli və qənaətbəxş haqq almaq hüququna malikdir. 4. Hər kəs öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq, yaxud həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir. Maddə 24 İş gününün ağlabatan şəkildə məhdudlaşdırılması daxil olmaqla, hər bir insanın, istirahət və asudə vaxt, ödənişli dövri məzuniyyət hüququ var. Maddə 25 1. Hər kəsin özünün və ailəsinin sağlamlığı və rifahı, o cümlədən qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət üçün kifayət olan həyat səviyyəsi hüququ, habelə işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud özündən asılı olmayan digər səbəblərdən yaşamaq üçün vasitələrindən məhrum olduğu hallarda təminat hüququ vardır. 2. Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Nikahda və nikahdankənar doğulan bütün uşaqlar sosial müdafiədən eyni dərəcədə istifadə etməlidirlər Maddə 26 1. Hər kəsin təhsil hüququ var. Təhsil, heç olmasa onun ibtidai və ümumi mərhələləri pulsuz olmalıdır. İbtidai təhsil icbari olmalıdır. Texniki və peşə təhsili

ümumiyyətlə mövcud olmalı, ali təhsil isə hər kəsin qabiliyyətinə görə eyni dərəcədə mümkün olmalıdır. 2. Təhsil insan şəxsiyyətinin tam inkişafına, insan hüquqlarına və azadlıqlarına ehtiramın artmasına yönəldilməlidir. Təhsil bütün xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və dostluğa, Birləşmiş Millətlər Təşkilatının sülhü qorumaq sahəsindəki fəaliyyətinə yardım göstərməlidir. 3. Valideynlər öz azyaşlı uşaqlarına təhsil növü seçməkdə üstünlük hüququna malikdirlər. Maddə 27 1. Hər kəs cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək, incəsənətdən zövq almaq, elmi tərəqqidə iştirak etmək və ondan bəhrələnmək hüququna malikdir. 2. Hər kəs müəllifi olduğu elmi, ədəbi, yaxud bədii əsərlərin nəticələrindən ibarət mənəvi və maddi mənafelərini müdafiə etmək hüququna malikdir. Maddə 28 Hər kəs bu Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların tam şəkildə həyata keçirilə biləcəyi sosial və beynəlxalq nizam hüququna malikdir. Maddə 29 1. Hər kəs cəmiyyət qarşısında borcludur, çünki şəxsiyyətin azad və tam inkişafı yalnız cəmiyyətdə mümkündür. 2. Öz hüquq və azadlıqlarını həyata keçirərkən hər kəsə yalnız başqalarının hüquq və azadlıqlarının lazımi şəkildə tanınmasını və onlara hörmət olunmasını təmin etmək və demokratik cəmiyyətdə əxlaq, ictimai asayiş və ümumi rifahın ədalətli tələblərini yerinə yetirmək məqsədilə qanunun müəyyənləşdirdiyi məhdudiyyətlər tətbiq edilməlidir. 3. Bu hüquq və azadlıqların həyata keçirilməsi Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə qətiyyən zidd olmamalıdır. Maddə 30 Bu Bəyannamədə heç nə hər hansı bir dövlətə, insan qrupuna, yaxud ayrı-ayrı şəxslərə həmin Bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların ləğv edilməsinə yönəldilmiş hər hansı fəaliyyətlə məşğul olmaq, yaxud hərəkətlər hüququ verilməsi kimi yozula bilməz.