cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı GİRİŞ

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

2014-cü ilin üçüncü rübünün nəticələri

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

PAYLAYICI ELEKTRİK ŞƏBƏKƏLƏRİNİN REKONSTRUKSiYASI VƏ MODERNİZASİYASI. Məruzəçilər: Hikmət Əliyev, Qalib Həmidov, Araz Məmmədzadə

ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı nın təsdiq edilməsi haqqında

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Naxçıvan : inkişafın yeni mərhələsi

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Avqust 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

ndüz Hava Proqnozu +11 C, Gecə +7 C Lənkəran Gündüz +11 C, Gecə +7 C Lerik Gündüz +5 C, Ge

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər


Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycanda turizmin vəziyyəti

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İQLİM DƏYİŞMƏLƏRİNƏ TƏSİRİN YUMŞALDILMASI SAHƏSİNDƏ ARDNŞ-İN HAZIRKİ VƏ GƏLƏCƏK FƏALİYYƏTİ

Xızı rayonunda Yeni Yaşma Külək Elektrik Parkı istifadəyə verilib

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

ci İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA RƏQƏMSAL ÖDƏNİŞLƏRİN GENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ DÖVLƏT PROQRAMI

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti. İcra edilmişdir 31% 15% 54%

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti

Azərbaycan Respublikası Prezidentinin

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti. İcrasına başlanılmışdır

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU İNNOVASİYA FƏALİYYƏTİ HAQQINDA BİR SIRA STİMULLAŞDIRICI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Təhlükəli tullantıların saxlanılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Şirkətimiz SFV Group MMC, Azərbaycan bazarında 2010-cu il tarixdən isitmə,

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATINA İNTEQRASİYA PROSESİ

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

TEXNOPARKLAR. Kiçik sahibkarlar üçün bələdçi

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Məmməd MUSAYEV, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti

Q A N U N U. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında

Nümunəvi. A müəssisəsinin taxıl məhsullarının emalı yönümlü. B i z n e s -p l a n ı. Xaçmaz rayonu 2002

Payız-qış mövsümündə əhali fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGİYA və TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ

Dayanıqlı nəqliyyat siyasəti. təhlil, təcrübə, tövsiyyələr

SU BORULARI və FİTİNQLƏRİ

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Transkript:

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmişdir GİRİŞ Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)" ölkənin bütün regionlarında məqsədyönlü şəkildə ardıcıl həyata keçirilməklə iqtisadiyyatda keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Ötən müddət ərzində Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər nəticəsində qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, ölkəyə investisiya qoyuluşlarının çoxalmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və yoxsulluğun azaldılmasına nail olunmuşdur. Regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi ilə yanaşı, Bakı şəhərinin ətraf qəsəbələrinin də inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" təsdiq edilmişdir. Sənəddə hər bir qəsəbə üzrə müxtəlif sahələri əhatə edən konkret tədbirlər, onların icrası üçün tələb olunan vəsaitin həcmi, maliyyələşmə mənbəyi və icra müddəti müəyyən edilmişdir. Ötən müddət ərzində proqramda nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilmişdir. Bu gün başlıca vəzifələrdən biri "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" çərçivəsində görülmüş işlərin davam etdirilməsindən və ilk növbədə şəhərətrafı qəsəbələrin sakinlərinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsindən ibarətdir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" həmin vəzifələrin sistemli şəkildə yerinə yetirilməsi məqsədi ilə hazırlanmışdır. 1. "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" çərçivəsində görülmüş işlər Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əzmlə davam etdirilməsi, qeyri-neft sahələrinin inkişafının sürətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün daha münbit şərait yaradılması, vətəndaşların sosial müdafiəsi tədbirləri ölkənin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanmış, yeni

məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir. Tədbirlər Proqramının icrası nəticəsində Bakının Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılaraq, əhalinin qaz təchizatının yaxşılaşdırılması sahəsində nəzərdə tutulmuş işlər başa çatdırılmışdır. 2006-2007-ci illər ərzində layihə sənədlərinə uyğun olaraq 272,2 km uzunluğunda qaz kəməri və müvafiq qaz qurğuları tikilib istifadəyə verilmişdir. Bakının Şüvəlan qəsəbəsində ümumi gücü sutkada 221 min kubmetr olan kanalizasiya təmizləyici qurğusunun tikintisi başa çatdırılmış, təkcə 2007-ci il ərzində Bakı şəhəri üzrə 189 km uzunluğunda istismara yararsız su xətti, 21,3 km uzunluğunda kanalizasiya xətti əsaslı təmir olunmuş, 933 elektrik mühərriki və 491 su nasosu yenisi ilə əvəz edilmiş və yaxud təmir olunmuş, 21,3 km uzunluğunda elektrik kabeli dəyişdirilmişdir. Ümumi həcmi 221,8 min kubmetr olan su anbarları yuyulmuş və zərərsizləşdirilmişdir. Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkab suların dənizə axıdılmasının qarşısının alınması məqsədi ilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidən qurulması layihəsi həyata keçirilmişdir. Bibiheybət və Sabunçu rayonu ərazilərində neftlə çirklənmiş 100 hektara yaxın sahə rekultivasiya edilmiş, lay suları axıdılan açıq kanalların 1200 metr hissəsi qapalı dəmirbeton kanalla əvəz edilmişdir. Buzovna qəsəbəsində gücü 10 min kubmetr/sutka olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir. Ötən müddət ərzində qəsəbələrdə elektrik enerjisinə olan tələbatın təmin olunması məqsədi ilə Bakı şəhərində modul tipli elektrik stansiyası tikilib istifadəyə verilmiş, 2007-ci il ərzində Bakıda uzunluğu 75 km olan 10 kv-luq və 280 km olan 0,4 kv-luq kabel xətləri çəkilmiş, 6/10 kv-luq 121 yeni transformator məntəqəsi quraşdırılmış, 110 və 35 kv-luq 12 yarımstansiya və 186 transformator məntəqəsi əsaslı təmir olunmuş, 272 transformator daha güclüləri ilə əvəz edilmiş, 0,4-10 kv-luq 955 dayaq yenisi ilə əvəz edilmişdir. Mərkəzləşmiş qaydada istiliklə təmin edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatının yaxşılaşdırılması məqsədilə 2007-ci il ərzində Bakı şəhərində 29 qazanxana tikilib istifadəyə verilmişdir. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə 2007-ci ildə respublikaya iri və orta tutumlu 233 avtobus gətirilərək istismara buraxılmışdır. Yol qovşaqlarının və piyada keçidlərinin inşası sahəsində 2006-2007-ci illər ərzində 6 yol ötürücüsü və 6 piyada keçidi tikilərək istifadəyə verilmişdir. Ümumi uzunluğu 43,9 km olan Xırdalan dairəvi-binəqədi-balaxanı avtomobil yolu təmir olunmuş, respublikanın 3 magistral yolunu birləşdirən, uzunluğu 21,5 km olan "Bakı dairəvi yolu"nun, "Əzizbəyov" metro stansiyası dairəsindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qədər (14 km) avtomobil yolunun və 6 zolaqlı Zığ-Binə, həmçinin Bilgəh-Pirşağı avtomobil yolunun tikintisi davam etdirilmişdir. Bakı Metropoliteni üçün 2004-2007-ci illər ərzində 50 yeni vaqon alınmış və şəhər sakinlərinin istifadəsinə verilmişdir. Ötən müddət ərzində Sabunçu rayonunun Zabrat qəsəbəsində 1176, Ramana qəsəbəsində 840, Bakıxanov qəsəbəsində 1176 və 720, Maştağa qəsəbəsində 720, Binəqədi rayonunun Xocasən qəsəbəsində 840, Suraxanı rayonunun "Dədə Qorqud" yaşayış sahəsində 960, Bülbülə qəsəbəsində 844, Zığ qəsəbəsində 840, Qaradağ rayonunun Sahil qəsəbəsində 1296, Müşfiqabad qəsəbəsində 840, Qobustan qəsəbəsində

1296, Nizami rayonunun Keşlə qəsəbəsində 1296, Sabunçu rayonunun Albalılıq yaşayış sahəsində 1296 şagird yeri olan məktəb binaları tikilmiş, onlarla məktəbdə əsaslı təmir işləri aparılmış, əlavə sinif otaqları və korpuslar istifadəyə verilmişdir. Bu müddət ərzində onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzi, o cümlədən Xocasən, Əhmədli və Bülbülə qəsəbələrinin hər birində 50 gəlişli poliklinika, Xocasəndə təcili tibbi yardım məntəqəsi, Zığ qəsəbəsində sağlamlıq mərkəzi, Buzovnada Vərəm Əleyhinə Dispanserin 125 çarpayılıq korpusu üçün yeni binalar inşa edilmiş, səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqla təchiz olunmuşdur. 2006-cı ildən ötən müddət ərzində dövlət investisiyaları hesabına Bakı şəhəri, eləcə də onun qəsəbələri üzrə infrastrukturun bərpası və inkişafı, əhaliyə kommunal xidmətlərin, o cümlədən elektrik enerjisi, qaz və su təchizatının, kanalizasiya sisteminin yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu sahədə həyata keçirilən işlərin davam etdirilməsi məqsədi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da Bakı şəhərinin rayon və qəsəbələri üçün kompleks tədbirlər nəzərdə tutulmuş, eyni zamanda paytaxtda genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin aparılması, Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri, əhalinin elektrik enerjisinə olan tələbatının etibarlı şəkildə ödənilməsi, ekologiyanın sağlamlaşdırılması, yeni səhiyyə və təhsil obyektlərinin tikintisi üçün Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncamlar imzalamışdır. Məhz bunların nəticəsində ötən dövrdə paytaxt əhalisinin elektrik enerjisinə olan tələbatının təmin olunması məqsədi ilə yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, qaz təchizatı sahəsində Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, ümumilikdə Bakı şəhərinin 97 faizi qazlaşdırılmışdır. Əhalinin su təminatının yaxşılaşdırılması üçün Oğuz- Qəbələ-Bakı su kəmərinin inşası nəticəsində şəhər əhalisinin 70 faizi Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən keyfiyyətli içməli su ilə davamlı olaraq təmin ediləcəkdir. Son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüş, Bakıya Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar gətirilmişdir. Yeni texnika və texnologiyanın tətbiqi ilə məişət tullantılarının mütəmadi olaraq yığılması və emalı təmin ediləcəkdir. Paytaxtda ekoloji tarazlıq yaradılması üçün Balaxanı Bərk Məişət Tullantıları Zavodunun tikintisi davam etdirilmiş, Bakı şəhərində yaşıllıqların salınması məqsədi ilə milyonlarla ağac əkilmişdir. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə 32 piyada keçidi tikilmiş, 23 yol ötürücüsü, körpü və tunellər istifadəyə verilmişdir. Həmçinin Bakı şəhərində sərnişin nəqliyyatının hərəkətinin tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bu sistemin tətbiq edilməsi ilə Bakı şəhəri üzrə sərnişindaşımada və avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış problemlərin aradan qaldırılmasına və nəqliyyatın hərəkətinin tənzimlənməsinə, sərnişindaşıma marşrutlarının optimallaşdırılmasına və vahid mərkəzdən idarə edilməsinə nail olunacaqdır. Paytaxt sakinlərinin rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayan metro nəqliyyatı sahəsində bir sıra işlər aparılmış, o cümlədən "Nəsimi" və "Azadlıq prospekti" yeni metro stansiyaları inşa olunmuş, "İçərişəhər" və "28 may" stansiyaları yenidən qurulmuş, Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilmişdir.

Ölkəmizin hər yerində olduğu kimi, Bakı şəhərində də sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Təkcə 2010-cu il ərzində Bakının Sabunçu rayonunun Zabrat, Xəzər rayonunun Pirallahı qəsəbələrində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, həmçinin Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binaları istifadəyə verilmiş, Respublika Klinik Uroloji Xəstəxanasının, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur. Ümumilikdə, son illər ərzində Bakı şəhərində 34 məktəb, 18 tibb müəssisəsi tikilmiş və təmir edilmiş, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilmişdir. Sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar Bakı şəhərində də yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə 2006-cı ildən ötən müddət ərzində Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Bakı şəhəri üzrə 629 sahibkarlıq subyektinə 99 milyon manat güzəştli kredit verilmişdir. Ölkə paytaxtında biznes mühitinin inkişafı sahəsində son illər həyata keçirilmiş layihələr nəticəsində Şüşə Məmulatları İstehsalı Zavodu, Pambıq Emalı Fabriki, Qranit-mərmər Zavodu istifadəyə verilmiş, gəmiqayırma zavodunun təməli qoyulmuşdur. "Azərbaycan İnvestisiya Şirkəti" ASC tərəfindən Hövsan qəsəbəsində gündəlik istehsal gücü 200 ton olan yeni süd emalı zavodunun, "Qaradağ Sement" ASC-də yeni klinker sobasının inşası davam etdirilmişdir. Məhz görülən işlər nəticəsində son 7 ildə Bakı şəhəri üzrə ümumilikdə 23 minə yaxın müəssisə, 191 mindən çox yeni iş yeri yaradılmışdır, bunun 189 mindən çoxu daimi iş yeridir. 2. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın əsas məqsədləri "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində aşağıdakı məqsədlərə nail olunacaqdır: - elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması; - yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi; - ekoloji vəziyyətin yaxşılaşdırılması; - sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğun yenidən qurulması və inkişafı; - yeni iş yerlərinin və yeni müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması. 3. 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının əsas istiqamətləri Qarşıdakı illərdə Bakı şəhərində və onun qəsəbələrində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: 1. müasir tipli elektrik stansiyalarının, yolların, kommunikasiya xətlərinin və digər infrastruktur obyektlərinin

inşasına, yenidən qurulmasına və inkişafına dair layihələrin həyata keçirilməsinin davam etdirilməsi; 2. Bakının qazla təmin edilməyən qəsəbələrinin qaz təchizatının bərpası; 3. elektrik ötürücü xətlərinin və yarımstansiyaların yeniləşməsi; 4. mövcud istilik məntəqələrinin bərpası, modernləşdirilməsi və yenidən qurulması; 5. şəhərətrafı qəsəbələrdə su və kanalizasiya sistemlərinin bərpası, yeni xətlərin və qurğuların tikilməsi; 6. yol-kommunikasiya kompleksinin, müxtəlif nəqliyyat növlərinin ardıcıl inkişafı; 7. inkişaf etmiş rabitə-informasiya və kommunikasiya infrastrukturunun yaradılması; 8. özəl sektorda ixracın stimullaşdırılması və təşviqi, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının dəstəklənməsi, ixrac mallarının çeşidinin artırılması, sahibkarlara məsləhət xidməti, informasiya təminatı sahəsində kömək göstərilməsi; 9. şəhərətrafı qəsəbələrdə suvarma və meliorasiya təminatının yaxşılaşdırılması; 10. aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi; 11. qəsəbələrdə yeni məktəblərin inşası, kənd məktəblərinin texniki və kadr təminatının yaxşılaşdırılması; 12. qəsəbələrdə yeni səhiyyə müəssisələrinin inşası, mövcud səhiyyə obyektlərinin yenidən qurulması və təmiri, səhiyyə müəssisələrinin dərman və avadanlıqla təminatının yaxşılaşdırılması; 13. daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, istifadəsi və bərpası işlərinin təkmilləşdirilməsi, mövcud kitabxanaların maddi-texniki bazasının inkişafı və modernləşdirilməsi; 14. bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi; 15. sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, sosial mərkəzlərin, o cümlədən xüsusi istirahət müəssisələrinin və uşaqlar üçün ixtisaslaşmış xidmət müəssisələrinin yaradılması; 16. ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən məişət tullantılarının toplanması və daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində işlərin davam etdirilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi, yaşıllaşdırma işlərinin genişləndirilməsi. 4. 2011-2013-cü illərdə həyata keçiriləcək tədbirlərin maliyyələşdirilmə mənbələri "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur: - Azərbaycan Respublikasının dövlət büdcəsi; - Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin vəsaitləri; - qanunvericilikdə qadağan olunmayan digər mənbələr.