«Tibbi tullantıların idarə olunmasına dair Tələblər»in təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

Benzer belgeler
Təhlükəli tullantıların saxlanılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı nın təsdiq edilməsi haqqında

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının Qanunu

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

[18] 1. Ümumi müddəalar

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

UniMiles 3 illik 100 AZN və ekvivalenti

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Qərar Təhsil və tərbiyə müəssisələrində vətəndaşların qida normaları 1-3 saylı əlavələrə müvafiq olaraq təsdiq edilsin.

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

Gömrük xidməti əməkdaşlarının xüsusi geyim forması və tanınma nişanları vardır. (Gömrük orqanlarının bayrağı və tanınma nişanları).

Marketinq. Mehdiyev Əkbər

və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Prezidentinin

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR. Bakı şəhəri, 25 aprel 2014-cü il

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Sistem inzibatçıları üçün təlimat

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MƏNZIL HAQQINI VƏ MƏNZİL-KOMMUNAL XİDMƏTLƏRDƏN İSTİFADƏ HAQQINI ÖDƏYİRİK

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ AZƏRBAYCAN RESPUBLİKASINDA MƏHKƏMƏ-TİBB EKSPERTİZASININ FƏALİYYƏTİ BARƏDƏ Ə S A S N A M Ə

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

Arıçılıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

H E S A B A T Q E Y D Ə A L I N D I!

Ana kart (Motherboard)

Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları

Poçt rabitəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

«İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası»nın təsdiq edilməsi haqqında

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

Transkript:

«Tibbi tullantıların idarə olunmasına dair Tələblər»in təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI «İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. «Tibbi tullantıların idarə olunmasına dair Tələblər» təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Bakı şəhəri, 28 dekabr 2007-ci il 213 Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Tibbi tullantıların idarə olunmasına dair TƏLƏBLƏR 1. Ümumi müddəalar 1.1. Bu Tələblər İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən hazırlanmışdır və tabeliyindən, mülkiyyət formasından asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələrindən (bundan sonra MPM) hasil olan müxtəlif növ tullantıların toplanması, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmini müəyyənləşdirir. 1.2. Bu Tələblər aidiyyəti üzrə baytarlıq təbabəti müəssisələrinə də şamil edilir. 2. TİBBİ TULLANTILARIN TƏSNİFATI 2.1. Profilindən və çarpayı sayından asılı olmayaraq, MPM-in fəaliyyəti nəticəsində morfoloji tərkibinə və təhlükəlilik dərəcəsinə görə əmələ gələn tibbi tullantılar maye, bərk və toz şəklində olaraq, Təhlükəli tullantıların daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyasına əsasən müvafiq təhlükəli tullantılar təsnifatına aid edilirlər. 2.2. Tibbə aid bütün tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd sinfə bölünür: A sinfi - MPM-in təhlükəsiz tullantıları; B sinfi - MPM-in təhlükəli tullantıları; C sinfi - MPM-in xüsusi təhlükəli tullantıları;

D sinfi - MPM-in tərkibinə görə sənaye tullantılarına yaxın olan tullantılar (təsnifat cədvəl şəklində verilir): Müalicə profilaktika müəssisələri tullantılarının təsnifatı Təhlükəlilik kateqoriyası A sinfi (təhlükəsiz) B sinfi (təhlükəli) C sinfi (xüsusi təhlükəli) D sinfi (tərkibi sənaye tullantılarına yaxın olan) Morfoloji tərkibinə görə səciyyələndirilməsi Yoluxucu xəstəliklər xəstəxanaları və pasiyentlərin bioloji mayeləri ilə təmasda olma-yan, eləcə də qeyri-toksiki tullantılar; yoluxucu xəstəliklər xəstəxanaları və vərəm əleyhinə müəssisələr (şöbələr) istisna olmaqla, bütün MPM-in qida tullantıları; mebel, inventar, tərkibində toksik elementlər olmayan və işləməyən diaqnostika avadanlıqları; yoluxmamış kağız, süpürüntü, tikinti və s. tullantılar Potensial yoluxucu xəstələrlə təmasda olmuş tullantılar, ifrazat, o cümlədən qanla çirklənmiş materiallar və alətlər; patoloqoanatomik tullantılar, xəstələrin üzvi (bədən üzvləri, toxumalar və s.) cərrahiyyə tullantıları; yoluxucu xəstəliklər şöbələrinin bütün tullantıları (o cümlədən qida qalıqları); 3-cü və 4- cü qrup patogen mikroorqanizmlərlə işləyən mikrobioloji laboratoriyaların tullantıları; vivarilərin bioloji tullantıları Xüsusi təhlükəli yoluxucu xəstələrin təmasda olduğu materiallar; 1-4-cü qrup patogen mikroorqanizmlərlə işləyən laboratoriyaların tullantıları; vərəm əleyhinə və dərizöhrəvi xəstəxanaların (şöbələrin) tullantıları Vaxtı keçmiş dərman preparatları, dərman və diaqnostik preparatların tullantıları, yararlılıq müddəti bitmiş istifadəyə yararsız dezinfeksiya vasitələri, sitostatiklər və digər kimyəvi preparatlar; tərkibində civə olan əşya, cihaz və avadanlıqlar 3. MPM-də tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması sisteminin təşkilinin ümumi qaydaları 3.1. MPM ərazilərində tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması sisteminin təşkili aşağıdakı hissələrdən ibarət olmalıdır: - tibb bölmələrinin daxilində tullantıların toplanması; - tullantıların daşınması və müəssisədaxili konteynerlərə yüklənməsi; - tullantıların MPM-in ərazisində müvəqqəti saxlanması; - konteynerlərin tullantıların zərərsizləşdirilmə yerlərinə daşınması.

Hər bir hissə üzrə işlərin aparılması bu Tələblərin müvafiq bölmələri ilə müəyyənləşdirilir. 3.2. MPM ərazilərində əmələ gələn tullantıların sinfindən asılı olaraq, onların toplanması, müvəqqəti saxlanması və daşınmasına fərqli tələblər qoyulur. 3.3. Müxtəlif siniflərə aid tullantıların bütün mərhələlərdə toplanması, saxlanması və daşınması zamanı qarışdırılması yolverilməzdir. 3.4. MPM-in rəhbəri tullantıların toplanmasına cavabdeh şəxslə birlikdə hər bir tibb bölməsində tullantıların toplanmasına əlavə cavabdeh şəxs təyin edir. Həmin şəxs bilavasitə tullantıların ilkin toplandığı yerlərdə onların yığılmasına nəzarət edir və siniflər üzrə əmələ gələn tullantıların hesablanmış miqdarına əsasən birdəfəlik tutumların sayını müəyyənləşdirir və onların (polietilen paketlər, xüsusi tutumlar) hermetikliyini təmin edir. 3.5. Tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması ilə bağlı işlərə qabaqcadan təlim keçməmiş şəxslərin cəlb edilməsi qadağandır. 3.6. MPM-də tullantılara gündəlik nəzarətin təşkili üçün xüsusi cavabdeh şəxs təyin olunur və o, tullantılarla işləmək qaydalarını öyrənmək, təhlükəli tullantılarla düzgün işləməyin təşkili barədə təlim keçmək və müvafiq sənəd (şəhadətnamə) almağa borcludur. 3.7. Personala tullantılarla təhlükəsiz davranma qaydalarının öyrədilməsi həmin tibb müəssisəsində tullantıların toplanmasına cavabdeh şəxs tərəfindən həyata keçirilir. 4. TİBB BÖLMƏLƏRİNDƏ TULLANTILARIN YIĞILMASI QAYDALARI 4.1. Müxtəlif dərəcədə epidemioloji, toksikoloji təhlükəliliyini nəzərə almaqla, hər bir sinfə aid tullantılara müxtəlif tələblər irəli sürülür. 4.2. A sinfinə aid tullantılar 4.2.1. A sinfinə aid tullantılar aşağıdakı struktur bölmələrində əmələ gəlir: - MPM bölmələrinin palataları (yoluxucu xəstəliklər, dəri-zöhrəvi, ftiziatriya, mikoloji bölmələrdən başqa); - MPM-in inzibati-təsərrüfat otaqları; - mərkəzi qida bloku, bölmələrin bufetləri (yoluxucu xəstəliklər, dəri-zöhrəvi, ftiziatriya, mikoloji bölmələrdən başqa); - MPM-in korpuslarından kənar əraziləri. 4.2.2. A sinfinə aid tullantılar ya təkrar istifadə olunan tutumlara, ya da birdəfəlik paketlərə toplanılır. Birdəfəlik paketlər xüsusi arabalara və ya təkrar istifadə olunan tutumların içərisinə yerləşdirilir. Tullantılarla dolmuş təkrar istifadə olunan tutumlar və ya birdəfəlik paketlər həmin sinfə aid olan tullantı üçün nəzərdə tutulmuş konteynerə yüklənilir. Təkrar istifadə olunan tutumlar boşaldıldıqdan sonra yuyulur və dezinfeksiya edilir. 4.2.3. Bu sinifdən olan irihəcmli tullantılar onlar üçün nəzərdə tutulmuş xüsusi bunkerlərə yığılır. 4.3. B sinfinə aid tullantılar 4.3.1. Əmələgəlmə yerləri: - əməliyyat şöbələri; - reanimasiya şöbələri; - MPM-in prosedur, sarğı və digər manipulyasiya-diaqnostik otaqları; - MPM-in yoluxucu xəstəliklər, dəri-zöhrəvi şöbələri; - tibbi və patoloji-anatomik laboratoriyalar;

- 3-4-cü qrup patogenliyə aid mikroorqanizmlərlə işləyən laboratoriyalar; - vivarilər, baytarlıq müalicəxanaları. 4.3.2. Bu bölmələrdə əmələ gələn bütün tullantılar dezinfeksiya edildikdən sonra birdəfəlik hermetik bağlamalara toplanılır. 4.3.3. Yumşaq bağlamalar (birdəfəlik paketlər) xüsusi yerlərə və ya arabalara yığılır. 4.3.4. Paketin təxminən ¾ hissəsi dolduqdan sonra, onun içərisindən hava çıxarılır və həmin tibb bölməsində tullantıların toplanmasına cavabdeh təyin olunmuş əməkdaş paketin hermetik bağlanmasını təmin edir. Birdəfəlik paketdən havanın çıxarılması və onun hermetik bağlanması zamanı respiratordan və rezin əlcəkdən istifadə edilməlidir. 4.3.5. Əməliyyat otağında, laboratoriyalarda əmələ gəlmiş üzvi tullantılar, mikrobioloji kulturalar və ştamlar, vaksinlər, virusoloji təhlükəli materiallar dezinfeksiya edildikdən sonra birdəfəlik sərt hermetik bağlamalara toplanılır. 4.3.6. İti tibbi alətlər (iynə) dezinfeksiya olunduqdan sonra digər növ tullantılardan ayrı, birdəfəlik sərt bağlamalara yığılır. 4.3.7. Tibb bölməsindən kənarda B sinfinə aid bütün növ tullantıların daşınması ancaq hermetikləşdirilmiş birdəfəlik paketlərdə həyata keçirilir. 4.3.8. Təyin olunmuş yerlərdə hermetikləşdirilmiş birdəfəlik tutumlar B sinfinə aid tullantıların yığılması üçün nəzərdə tutulmuş konteynerlərə yığılır. 4.3.9. İçərisində bölmələrin B sinfinə aid tullantılar olan birdəfəlik tutumlar (sərt tutumlar, paketlər) Təhlükəli tullantılar B sinfi yazısı ilə bərabər, MPM-in bölməsinin adı, müəssisəsinin adı, tarix və tullantıların yığılmasına cavabdeh şəxsin soyadı göstərilməklə nişanlanır. 4.4. C sinfinə aid tullantılar 4.4.1. Əmələgəlmə yerləri: - xüsusi təhlükəli və karantin qoyulan yoluxucu xəstəliklərə yoluxmuş pasiyentlər yerləşdirilən bölmələr; - 1-2-ci qrup patogenliyə aid mikroorqanizmlərlə işləyən laboratoriyalar; ftiziatriya və mikoloji klinikalar (bölmələr). 4.4.2. Göstərilən bölmələrdə əmələ gələn bütün tullantılar müvafiq normativ sənədlərə uyğun olaraq dezinfeksiya edilir. 4.4.3. Bu sinfə aid tullantılar yığılaraq, birdəfəlik bağlamalara toplanılır. Yumşaq bağlamalar (birdəfəlik paketlər) xüsusi dayaqlarla arabalara yerləşdirilir. 4.4.4. Paketin təxminən ¾ hissəsi dolduqdan sonra onun içərisindən hava çıxarılıb, həmin tibb bölməsində tullantıların toplanmasına cavabdeh şəxs tərəfindən 1-2-ci qrup patogenliyə aid mikroorqanizmlərlə işləyərkən texniki təhlükəsizlik qaydalarına riayət etməklə hermetik qablaşdırılır. 4.4.5. Mikrobioloji kulturalar və ştamlar, vaksinlər birdəfəlik sərt hermetik bağlamalara yığılır. 4.4.6. C sinfinə aid bütün tullantıların tibb bölməsindən kənara daşınması yalnız hermetik qablaşdırılmış birdəfəlik bağlamalarda həyata keçirilir. 4.4.7. Müəyyən olunmuş yerlərdə hermetikləşdirilmiş birdəfəlik tutumlar (sərt tutumlar) C sinfinə aid tullantılar üçün nəzərdə tutulmuş korpuslararası konteynerlərə yerləşdirilir. 4.4.8. İçərisində C sinfinə aid tullantılar olan birdəfəlik tutumlar (sərt tutumlar, paketlər) Xüsusi təhlükəli tullantılar C sinfi yazısı ilə bərabər, MPM-in bölməsinin adı, müəssisəsinin adı, tarix və tullantıların yığılmasına cavabdeh şəxsin soyadı göstərilməklə nişanlanır.

4.5. D sinfinə aid tullantılar 4.5.1. Əmələgəlmə yerləri: - diaqnostika bölmələri; - kimyəvi terapiya bölmələri; - patoloji anatomiya bölmələri; - əczaçılıq istehsal sahələri, apteklər, anbarlar; - kimyəvi laboratoriyalar; - inzibati-təsərrüfat binaları. 4.5.2. Bu sinifdən olan hər bir növ tullantıların toksiklik dərəcəsi toksik sənaye tullantılarının siniflərinə uyğun və sənaye tullantılarının toksikliyinin müəyyənləşdirilməsi üzrə metodik təlimatlara uyğun olaraq təyin edilir. 4.5.3. İstifadə olunmuş lüminessent lampalar, tərkibində civə olan cihazlar və avadanlıqlar qapalı hermetik tutumlara sındırılmadan yığılır. Tutum dolduqdan sonra hermetikləşdirilir və yardımçı otaqlarda saxlanılır. Müqavilə əsasında xüsusi (ixtisaslaşdırılmış) müəssisələrə daşınır. 4.5.4. Toksik sənaye tullantılarının təsnifatı üzrə 1-2-ci sinif toksik tullantılara aid edilən tullantıların toplanması və saxlanması bu təsnifatın tələblərinə və digər normativ sənədlərə uyğun olaraq həyata keçirilir. 4.5.5. 2-3-cü sinif toksikliyə aid D sinif tullantıları toksiki sənaye tullantılarının təsnifatına uyğun olaraq sərt qablara yığılır, 4-cü sinif isə yumşaq qablara qablaşdırılır. 4.6. Aşağıdakılara yol verilmir: - B və C sinfinə aid tullantıları bir tutumdan digərinə tökməyə; - birdəfəlik və təkrar işlədilən tutumları elektrik qızdırıcı cihazların yaxınlığında saxlamağa; - hər hansı tullantını əl ilə basıb qablaşdırmağa; - tullantıları əlcəksiz toplamağa. 5. TƏKRAR İSTİFADƏ OLUNAN İNVENTARLARIN VƏ TULLANTILARIN DEZİNFEKSİYA EDİLMƏSİNİN ÜMUMİ QAYDALARI 5.1. B və C sinfinə aid tullantılar birdəfəlik bağlamalara yığılmazdan əvvəl, bilavasitə tullantıların ilkin yığıldığı yerdə xüsusi tutumlarda hazırlanmış dezinfeksiyaedici məhlullara salınmaqla, hökmən dezinfeksiya edilməlidir. B və C sinfinə aid tullantıların dezinfeksiyası normativ sənədlərə əsasən həyata keçirilir. Müvafiq qaydada qeydə alınmış və tibb müəssisələrində tətbiqinə zəmanət verilmiş dezinfeksiyaedici vasitələrdən (təlimatlarda onların konsentrasiyası, ekspozisiya müddəti və istifadə qaydası göstərilir) istifadə edilir. Dezinfeksiya həmin sinif tullantının əmələ gəldiyi tibb bölməsinin daxilində aparılır. 5.2. A sinfinə aid tullantıların toplandığı, dəfələrlə istifadə olunan sərt tutumların dezinfeksiyası MPM tərəfindən hər gün aparılır. 5.3. B və C sinfinə aid tullantıların yığıldığı konteynerlərin, avtomaşınların tullantı yığılan yerlərinin dezinfeksiyası avtonəqliyyat təşkilatı tərəfindən aparılır. Qəza halları zamanı konteynerlərdə və ya avtonəqliyyatda tullantıların açıq halda olmasına rast gəldikdə, təcili şəkildə dezinfeksiya aparılmalıdır. Bu məqsədlə MPM-də konteynerlərin və avtonəqliyyatın yuyulub dezinfeksiya edilməsi üçün yer təşkil edilməlidir.

Dezinfeksiya üçün ayrılmış yer asfaltlanmalı və vahid axarı olmalıdır. Tullantı suları yığılaraq dezinfeksiya edilməli və zərərsizləşdirildikdən sonra MPM-in kanalizasiya xəttinə axıdılmalı və ya kanalizasiya xətti olmadıqda, müqavilə əsasında müvafiq qaydada təhvil verilərək sənədləşdirilməlidir. 6. TULLANTILARIN TOPLANMASI VƏ KƏNARLAŞDIRILMASI (DAŞINMASI) SİSTEMİNİN TƏŞKİLİ ÜÇÜN AVADANLIQLARA VƏ KONTEYNERLƏRİN QOYULMA YERLƏRİNƏ OLAN ÜMUMİ TƏLƏBLƏR 6.1. B və C sinfinə aid tullantıların yığılması üçün istifadə olunan birdəfəlik paketlər hermetik olmalı və ona 15 kq-dək tullantı təhlükəsiz şəkildə yığılmalıdır. B sinfinə aid tullantıların yığılması üçün paketlər sarı, C sinfinə aid tullantıların yığıldığı paketlər qırmızı, A sinfinə aid olanlar isə ağ rəngli olmalıdır. 6.2. B və C sinfinə aid tullantıların yığılması üçün olan sərt tutumların konstruksiyası hermetik olmalı və tullantıların tibb bölməsindən (laboratoriyadan) kənarda daşınması zamanı açılıb dağılmamalıdır. 6.3. Birdəfəlik paketlərin daşınması üçün istifadə olunan arabaların konstruksiyası onların bərkidilməsi və istismarı üçün əlverişli olmalıdır. 6.4. A sinfinə aid tullantıların toplandığı, təkrar istifadə olunan xüsusi sərt tutumların konstruksiyasında qapaq nəzərdə tutulmalı, həmçinin tullantıların əlverişli şəkildə daşınması üçün təkər və dəstəyi olmalıdır. 6.5. Müxtəlif siniflərə aid tullantılar ayrı-ayrı konteynerlərə yığılır və bu konteynerlər bir birindən asan fərqlənməlidir. Bir sinfə aid tullantıların yığıldığı konteynerlər tam eyni olmalıdır. 6.6. İstifadə olunan konteynerlər hermetik kip qapaqla tam örtülməlidir. Konteynerlər tam hermetik olmalı, rütubəti keçirməməli və kənar şəxslərin, heyvanların ona toxunmasına imkan verilməməlidir. 6.7. A, B və C sinfinə aid tullantılar üçün konteynerlər açıq meydançada və ya tibb korpusunun izolyasiya olunmuş otaqlarında yerləşdirilir. Konteyner yerləşdirilmiş tibb korpusunun otaqlarına xüsusi tələblər qoyulur. 6.8. C sinfinə aid tullantıların yığıldığı konteynerlər yalnız tibb korpusunun izolyasiya olunmuş otaqlarında yerləşdirilir. C sinfinə aid tullantıların yığıldığı konteynerlərin yerləşdirildiyi otaqlara xüsusi tələblər qoyulur. C sinfinə aid tullantıların yığıldığı konteynerlərin A, B, D sinfinə aid tullantıların yığıldığı konteynerlərlə birgə saxlanılmasına yol verilmir. 6.9. Konteynerlərin qoyulması üçün ayrılmış açıq meydançalar asfaltlanmalı və avtonəqliyyatın girişi və yükləmə-boşaltma işlərinin aparılması üçün əlverişli olmalıdır. Konteynerlərin qoyulduğu açıq meydançaların ölçüləri 40 m2-dən az olmamalı və onlar müalicə korpusundan və qida blokundan 50 m-dən yaxın olmamalıdır. 6.10. Müxtəlif sinfə aid tullantıların yığılması üçün konteynerlərin bir meydançada yerləşdirilməsinə icazə verilir. Açıq meydançada ən çoxu 5 konteyner yerləşdirilə bilər. 7. TULLANTILARIN MÜVƏQQƏTİ SAXLANMASI VƏ KƏNARLAŞDIRILMASI ŞƏRTLƏRİ

7.1. B, C, D sinfinə aid tullantıların tibb bölməsinin otaqlarından kənarda, açıq halda saxlanmasına və personalın onunla kontaktda olmasına yol verilmir. 7.2. MPM-in ərazisində A, B, C sinfinə aid tullantıların yalnız dəfələrlə istifadə olunan hermetik konteynerlərdə saxlanmasına və daşınmasına icazə verilir. C sinfinə aid tullantıların kənarlaşdırılması (uzaqlaşdırılması) zamanı digər tullantıların onunla qarışdırılmasına yol verilmir. A, B, C sinfinə aid tullantıların təbii şəraitdə bir sutkadan çox saxlanmasına da icazə verilmir. Yalnız 5ºC-dən yüksək olmayan temperaturda bir sutkadan çox saxlanıla bilər. Bütün siniflərə aid qida tullantıları soyuducuda 5ºC-dən yüksək olmayan temperaturda saxlanılmalıdır. MPM-in ərazisindən tullantıların zərərsizləşdirilməsi üçün qurğu olmadıqda, A, B, C sinfinə aid tullantılar hər gün daşınmalıdır. 7.3. A sinfinə aid tullantıların daşınmasında bərk məişət tullantılarının daşınması üçün istifadə olunan avtonəqliyyatdan istifadə etməyə icazə verilir. 7.4. Dolmuş konteynerlər qapalı yük yeri olan avtomaşınla xüsusi təyin olunmuş yerlərə daşınır və götürülmüş konteynerin yerinə boş konteyner qoyulur. 7.5. A, B, C sinfinə aid tullantıların MPM-in ərazisindən kənarda daşınmasına yalnız bu məqsədlə işlədilən qapalı yük yeri olan avtomaşınlarla icazə verilir. B və C sinfinə aid tullantıların daşınması üçün nəzərdə tutulmuş avtomaşının digər məqsədlərlə işlədilməsinə yol verilmir. 7.6. D sinfinə aid tullantıların saxlanması bu məqsədlə xüsusi ayrılmış yardımçı otaqlarda həyata keçirilir. 7.7. A sinfinə aid tullantılar bərk məişət tullantılarının basdırıldığı adi poliqonlarda boşaldıla bilər. B və C sinfinə aid tullantıları MPM-in tullantılarını termik üsulla zərərsizləşdirən xüsusi qurğularda məhv etmək lazımdır. 7.8. B və C sinfinə aid tullantıların zərərsizləşdirilməsi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş üsulla aparıla bilər. MPM-in tullantılarının müəssisənin ərazisində mərkəzləşdirilməmiş üsulla termiki zərərsizləşdirilməsi üçün qurğuların yerləşdirilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin razılığı ilə həyata keçirilir. Mərkəzləşdirilmiş üsulla MPM-in tullantılarının zərərsizləşdirilməsi iri zibilyandıran zavodların sobalarında aparılır. Həmin zavodun yerləşdiyi yer, istismar şəraiti, ətraf mühitə təsir səviyyəsi müvafiq normativ sənədlərlə tənzimlənir. Epidemioloji təhlükəsiz patoloji anatomik və üzvi əməliyyat tullantılarının (orqan, toxuma və s.) zərərsizləşdirilməsi üçün qurğular olmadıqda, onlar qəbiristanlıqlarda xüsusi ayrılmış qəbirlərdə basdırılır. B sinfinə aid digər tullantılar (materiallar və alətlər, pasientlərin ifrazatları, vivarium və mikrobioloji laboratoriyaların tullantıları) dezinfeksiya edilərək, zərərsizləşdirildikdən sonra poliqona daşınır. 7.9. D sinfinə aid tullantıların daşınması, zərərsizləşdirilməsi və basdırılması toksiki sənaye tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və basdırılmasına qoyulan gigiyenik tələblərə müvafiq aparılır. 8. TULLANTILARIN YIĞILMASI VƏ UZAQLAŞDIRILMASI PLANININ HƏYATA KEÇİRİLMƏSİ 8.1. Tullantıların yığılması və daşınması planı hər bir MPM üçün ayrıca işlənilir. Tullantıların yığılması və daşınması planı hazırlanarkən aşağıdakı tələblər yerinə yetirilir: 8.1.1. əmələ gələn tullantıların kəmiyyət və keyfiyyət analizi aparılır, siniflər üzrə əmələ gələn tullantıların miqdarı hesablanır;

8.1.2. hər bir sinfə aid tullantıların ilkin əmələ gəldiyi yerdə qoyulacaq qabların lazımi miqdarı hesablanır və təyin edilir. Birdəfəlik qablar, korpuslararası və korpusdaxili konteynerlər, korpusdaxili tullantıların yığılması üçün otaqlar bu qaydaların müvafiq bəndlərində qoyulmuş tələbləri ödəməlidir. Korpusdaxili tullantıların yığılması üçün otaqlar aşağıdakı tələblərə cavab verməlidir: - otağın döşəməsi keramik plitələrdən olmalı; - divarlar tavana qədər kafellə örtülməli; - tavan rütübətədavamlı boya ilə rənglənməli; - otaq əlüzyuyanla, axar su kranı, bakterisid lampa, kanalizasiya və ventilyasiya sistemləri ilə təchiz olunmalıdır. 8.2. Müxtəlif siniflərə aid tullantıların ayrıca yığılması və daşınmasına qoyulan tələblər nəzərə alınmaqla, tullantıların yığılması və daşınması sistemi işlənib hazırlanır. Bunun üçün aşağıdakılar nəzərə alınmalıdır: - A sinfinə aid tullantılar ya termiki zərərsizləşdirilməli, ya da xüsusi poliqonlara daşınmalıdır; - B və C sinfinə aid tullantılar hökmən termiki zərərsizləşdirilməlidir. 8.3. MPM-in rəhbəri ərazi gigiyena və epidemiologiya mərkəzi ilə razılaşdırılmış şəkildə tullantılarla işləmə qaydalarına dair təlimatı təsdiq edir. 8.4. MPM-in rəhbərliyi əmələ gələn tibbi tullantıların təsnifatına uyğun hesabatlarının aidiyyəti orqanlara təqdim olunmasını və Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003- cü il 31 mart tarixli 41 nömrəli qərarına əsasən bu tullantıların pasportlaşdırılmasını təmin edir.