Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisinin vəzifəsini müvəqqəti SU NƏQLİYYATI VASİTƏLƏRİ SIĞORTASININ QAYDALARI

Benzer belgeler
Yük sığortası Qaydaları

ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR

QĠYMƏTLĠ ƏġYALARIN DAġINMASININ SIĞORTA QAYDALARI

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

YÜK SIĞORTASI QAYDALARI

«Atəşgah» Sığorta Şirkəti ASC FIZIKI ŞƏXSLƏRIN SAHIBLIYINDƏ OLAN MINIK AVTOMOBILLƏRININ TAM SIĞORTASI ÜZRƏ SIĞORTA QAYDALARI

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi NƏQLIYYAT VASITƏLƏRİNİN SIĞORTA QAYDALARI

19 QEYD-ġƏRT Sel və daģqın səbəbilə yaranan itki, zərər və ya üçüncü Ģəxslər qarģısında məsuliyyətin istisnası

Avtonəqliyyat vasitələrinin (kasko) sığortası Qaydaları

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

1. SIĞORTANIN RĠSKLƏRĠ

İşəgötürənin məsuliyyət sığortası qaydaları. «Az Sığorta» ASC İŞƏGÖTÜRƏNİN MƏSULİYYƏT SIĞORTASI QAYDALARI

I Fəsil. Ümumi müddəalar. Maddə 1. Əsas anlayışlar II Fəsil. Sığortanın subyektləri Maddə 2. Sığortaçı Maddə 3. Sığortalı...Maddə 4. Faydalanan şəxs M

Fiziki şəxslərə məxsus əmlakın sığortası qaydaları QAYDALARI

YÜK SIĞORTASI QAYDALARI

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

«Atəşgah» Sığorta Şirkəti ASC KOSMİK RİSKLƏRİN SIĞORTASI QAYDALARI

KÖNÜLLÜ TİBBİ SIĞORTA QAYDALARI ANLAYIŞLAR

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

BANKLARIN VƏ MALİYYƏ XİDMƏTLƏRİ GÖSTƏRƏN DİGƏR HÜQUQİ ŞƏXSLƏRİN RİSKLƏRİNİN KOMPLEKS SIĞORTASI QAYDALARI

SƏYAHƏT SIĞORTASI QAYDALARI

MALĠYYƏ RĠSKLƏRĠNĠN SIĞORTASININ QAYDALARI

ÜMUMİ MÜDDƏALAR 1. SIĞORTANIN MÖVZUSU 2. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ

SƏYAHƏT SIĞORTASI QAYDALARI

"İPƏK YOLU SIĞORTA" Açıq Səhmdar Cəmiyyəti

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

[18] 1. Ümumi müddəalar

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Xarici səfərlər zamani tibbi xərclərin sığortası Qaydaları

XARİCİ SƏFƏRLƏR ZAMANI TİBBİ XƏRCLƏRİN SIĞORTASI QAYDALARI

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

UniMiles 3 illik 100 AZN və ekvivalenti

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

«Atəşgah» Sığorta Şirkəti ASC FƏRDI QƏZA SIĞORTASI QAYDALARI

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

FƏRDİ QƏZA SIĞORTASI QAYDALARI

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azər-Türk Bank ASC üzrə

BAKI 2012 (SƏYAHƏT SIĞORTASI) QAYDALARI

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

MÜQAVİLƏLƏR. Müştəri / / 2016-cı il Bakı, Azərbaycan

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

С Ы Ь О Р Т А Б Я Л Я Д Ч И С И

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Bilgi Günceli. Vergiler haqqinda melumat Turkçe-Azerice

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

Məlumatların Açıqlanmamasına dair Şərtlər

Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

İŞ VAXININ CƏMLƏNMİŞ UÇOTU

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR

və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

Neftqaztikinti. tresti. edir.

Azərbaycan Hava Yolları. «01» iyul 2016-ci il.

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU İCTİMAİ BİRLİYİ

1. Ümumi müddəalar Elektron xidmətin adı: daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

Biznesin təşkilati-hüquqi formaları

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu

Transkript:

RAZILAŞDIRILMIŞDIR: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisinin vəzifəsini müvəqqəti icra edən N.Xəlilov 2009-cu il TƏSDİQ EDİRƏM: A-Qroup Sığorta Şirkəti ASC-nin İdarə heyətinin sədri A.M. Bayramov 2009-cu il SU NƏQLİYYATI VASİTƏLƏRİ SIĞORTASININ QAYDALARI Bakı 2009 1

SU NƏQLİYYAT VASİTƏLƏRİ SIĞORTASININ QAYDALARI ÜMUMİ MÜDDƏALAR 1. ƏSAS ANLAYIŞLAR 1.1. Sığortaçı və ya Şirkət - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Nizamnamə əsasında fəaliyyət göstərən və müvafiq lisenziyaya malik olan A-Qroup Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 1.2. Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi. 1.3. Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs. 1.4. Faydalanan şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs; 1.5. Sığorta müddəti - sığorta müqaviləsinin qüvvədə olduğu müddət. 1.6. Müqavilə və ya sığorta müqaviləsi - sığorta şəhadətnaməsindən və sığorta qaydalarından ibarət, sığortalının sığorta haqqı ödəməsi müqabilində müvafiq əmlakın (sığorta obyektinin) məruz qala biləcəyi risklərlə bağlı dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin sığorta hadisəsinin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 1.7. Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd; 1.8. Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanuna zidd olmayan hər hansı əmlak mənafeyi; 1.9. Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği; 1.10. Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi; 1.11. Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası; 1.12. Sığorta hadisəsi - sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal. 1.13. Tərəflər - sığortaçı və ya onun nümayəndəsi və sığortalı və ya onun nümayəndəsi. 1.14. İnzibati xərclər - sığortaçı tərəfindən işlərin aparılmasına (əmək haqları, rabitə və kommunikasiya xərcləri; ofisin saxlanması xərcləri; agent və broker mükafatları; nəqliyyatın saxlanması; blankların hazırlanması və s.) çəkdiyi xərclərinin məcmusu. 2. SIĞORTA NÖVÜNÜN AİD OLDUĞU SIĞORTA SİNFİ, SIĞORTA MÜQAVİLƏSİNİN PREDMETİ VƏ BAĞLANMA QAYDASI 2.1. Hazırkı Qaydalarla sığortalanan risklər könüllü əmlak sığortasına aid olmaqla su nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələrinin sığortası sinfinə və sığortalıya məxsus su nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası sinfinə aiddir. 2.2. Sığorta predmeti sığorta müqaviləsində göstərilən sığortalıya məxsus su nəqliyyatı vasitələridir. 2.3. Bu Qaydaların şərtlərinə uyğun olaraq bağlanmış sığorta müqaviləsinə əsasən Sığortaçı sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta haqqını almaqla sığorta hadisəsi zamanı Sığortalıya sığorta müqaviləsində müəyyən olunmuş sığorta məbləği həcmində (azadolma məbləğləri nəzərə alınmaqla) sığorta ödənişini verir. 2.4. Sığorta müqaviləsi bir tərəfdən sığortaçı, digər tərəfdən müvafiq əmlakın mülkiyyətçisi olan və ya etibarnamə əsasında müvafiq səlahiyyətə malik olan şəxs tərəfindən bağlanılır. Sığortalının əmlaka 2

münasibətdə sığorta marağı olmadığı halda bağlanmış sığorta müqaviləsi etibarsız sayılır. 2.5. Sığorta müqaviləsi, sığortalının (sığortaçı tərəfindən müəyyən olunmuş müvafiq məlumatları ərizədə göstərməklə) yazılı ərizəsi əsasında bağlanılır. 2.6. Sığorta müqaviləsində (şəhadətnaməsində) qanunvericiliyə və bu Qaydalara zidd olmayan xüsusi şərtlər də yazıla bilər. 2.7. Əgər sığorta müqaviləsi bağlanandan sonra sığortalının müqavilə bağlanarkən qəsdən yanlış məlumat verməsi aşkar olunarsa, sığortaçı sığorta müqaviləsinin etibarsız olduğu barədə sığortalıya yazılı bildiriş verə bilər və ya sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər. 2.8. Bu Qaydalara əsasən, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sığorta müqaviləsi Azərbaycan Respublikasının ərazisinə şamil olunur. 2.9. Sığorta müqaviləsi və ümumilikdə sığorta münasibətləri sığorta şəhadətnaməsi, sığorta qaydaları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Sığorta Fəaliyyəti Haqqında Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir. 3. SIĞORTA MƏBLƏĞİ VƏ REAL DƏYƏR 3.1. Sığorta məbləği sığortaçının sığortalanmış risklər üzrə öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğdə ifadə olunan son həddidir. Sığorta məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir. 3.2. Sığorta ödənişinin verildiyi tarixdən etibarən, sığorta məbləği və sığortaçının məsuliyyəti verilmiş sığorta ödənişi həcmində azalmış olur. Sığorta məbləği tam həcmdə istifadə olunduğu təqdirdə sığortaçı öz öhdəliklərini tamamilə yerinə yetirmiş hesab edilir və sığorta müqaviləsinə xitam verilir. Sığortaçının vermiş olduğu sığorta ödənişi ilə əlaqədar azalmış sığorta məbləğini yalnız əlavə sığorta haqqı ödəməklə artırmaq olar. 3.3. Müqavilənin müddəti bir ildən artıq müddətə bağlandığı hallarda, müqavilə imzalandığı andan hər sığorta ili başa çatdıqda, sığorta müqaviləsi üzrə sığorta məbləği həmin ana mövcud olan sığorta məbləğinin müqavilədə göstərilən həcmində azalır. Bu halda da azalmış sığorta məbləğini yalnız əlavə sığorta haqqı ödəməklə artırmaq olar. 3.4. Əmlakın real dəyəri sığortaçı ilə sığortalı arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. 3.5. Əgər sığortalı yazılı ərizəsində müvafiq əmlaka əlavə quraşdırılmış hər hansı ünsürü təsvir edərək adını, markasını, miqdarını və qiymətini göstərmişdirsə, əmlakın faktiki dəyəri əlavə ünsürün qiyməti məbləğində artır. Əks təqdirdə əlavə quraşdırılmış avadanlıq sığorta ödənişi zamanı nəzərə alınmır. 3.6. Hər sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsi zamanı sığorta ödənişi sığorta hadisəsinin baş vermə tarixində qüvvədə olan sığorta məbləğindən (azadolma məbləğləri nəzərə alınaraq) artıq ola bilməz. 3.7. Sığorta məbləği və ya sığortaçının ödəyəcəyi məbləğ əmlakın real dəyərindən artıq olarsa (sığorta hadisəsi zaman), sığorta məbləğindən artıq olan hissə ödənilmir. 3.8. Əgər sığorta hadisəsinin baş verdiyi anda sığorta məbləği real dəyərdən azdırsa (qismən və ya natamam sığorta), sığortaçı zərərin əvəzini sığorta məbləği ilə real dəyərin nisbətinə müvafiq surətdə ödəyir, yəni sığorta məbləğinin real dəyərə nisbəti faiz şəklində sığorta ödənişindən çıxılır. 3.9. Əgər sığorta məbləğinin artırılması sığortalının yalan məlumatı nəticəsində baş vermişdirsə, sığorta müqaviləsi etibarsız hesab edilir və sığorta hadisəsi baş verdikdə sığorta ödənişi verilmir. 3.10. Sığorta müqaviləsi imzalandığı zaman əmlakın real dəyəri sığortalı və sığortaçının razılığı ilə və ya onların seçdikləri mütəxəssis və ya ekspert tərəfindən müəyyən edilmişdirsə və tərəflər bununla razılaşmışlarsa, sığorta hadisəsi zamanı tərəflərin heç biri razılaşdırılmış dəyərə etiraz edə bilməz, bu şərtlə ki, sığortalanmış əmlakın dəyəri sonradan azalmış olmasın. Razılaşdırılmış dəyərin etibarlılıq müddəti yalnız bir ildir. 4. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ 4.1. Sığorta müqaviləsində sığorta haqqının həm bütövlükdə həm də hissələrlə ödənilməsi razılaşdırıla bilər. 4.2. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırılmamışdırsa, sığorta haqqı bütövlükdə ödənilməlidir. 4.2.1. Sığorta haqqının bütövlükdə ödənilməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir. Bu halda sığorta müqaviləsi sığorta haqqının tam ödənilməsi şərti ilə sığorta şəhadətnaməsi imzalandığı gün saat 24:00-da qüvvəyə minir. 4.2.2. Sığorta haqqının hissələrlə ödənilməsi nəzərdə tutulmuşdursa sığorta haqqının birinci hissəsi 3

sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir. Bu halda sığorta müqaviləsi sığorta haqqının birinci hissəsinin ödənilməsi şərti ilə sığorta şəhadətnaməsi imzalandığı gün saat 24:00-da qüvvəyə minir. Sığorta haqqının növbəti hissəsi növbəti ödəmə günündən sonra 15 gün ərzində ödənilməzsə sığorta ödənişinin verilməsindən imtina oluna bilər. Gecikdirilmiş 15 gün ərzində sığorta hadisəsi baş verərsə sığortaçı zərərin əvəzini, ödənilmiş sığorta haqqı ilə ümumi sığorta haqqının nisbətinə müvafiq surətdə ödəyə bilər, yəni ödənilmiş sığorta haqqının ümumi sığorta haqqına nisbəti faiz şəklində sığorta ödənişindən çıxıla bilər. 4.3. Sığorta hadisəsi baş verdiyi anda sığorta haqqının ödənilməyən (ödəniş vaxtının çatıbçatmamasından asılı olmayaraq) hissələri sığorta ödənişindən çıxılır. 4.4. Sığorta ödənişinin verilməsi ilə əlaqədar azalmış sığorta məbləğinin artırılması zamanı, sığorta haqqı sığortalının razılığı ilə həm sığorta ödənişindən tutula bilər, həm də əlavə olaraq ödənilə bilər. 4.5. Sığorta müddəti, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində (bu qaydaların 4.2.1. və 4.2.2. maddələri nəzərə alınmaqla) Bakı vaxtı ilə saat 24:00-da başlayır və saat 24:00-da sona çatır. Sığorta müqaviləsi bağlandığı gün qüvvədə olmur. 5. AZADOLMA (SIĞORTA ÖDƏNİŞİNDƏN QİSMƏN AZADOLMA) 5.1. Azadolma - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Tərəflər sığorta şəhadətnaməsində, sığorta hadisəsi zamanı sığorta məbləğinin müəyyən bir faizinin, dəymiş zərərin müəyyən bir faizinin və ya konkret məbləğin sığortaçı tərəfindən ödənilməməsini razılaşdıra bilərlər. 5.2. Azadolma şərtli və şərtsiz ola bilər. 5.2.1. Şərtli azadolma - nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən (azadolma məbləğindən) çox olduqda, zərər məbləğindən azadolma çıxılmır və sığortaçı tərəfindən ödənilir. 5.2.2. Şərtsiz azadolma - nəzərdə tutulduqda azadolma məbləği hər bir halda zərər məbləğindən çıxılır və sığortaçı tərəfindən ödənilmir. 5.3. Müqavilədə müxtəlif növ azadolma həm konkret məbləğ həm faiz şəklində göstərildikdə, faiz çıxıldıqdan sonra konkret məbləğ çıxılır. 5.4. Azadolma hər bir sığorta hadisəsi üzrə tətbiq olunur. 5.5. Azadolmanın şərtli və ya şərtsiz olması müqavilədə göstərilmədikdə, şərtsiz kimi qəbul edilir. 5.6. Sığorta müqaviləsində şərtli azadolmanın digər formaları və şərtləri də nəzərdə tutula bilər. 6. SIĞORTA MÜQAVİLƏSİNİN LƏĞVİ 6.1. Sığorta müqaviləsinə həm sığortaçının həm də sığortalının 30 gün qabaqcadan yazılı xəbərdarlığı ilə vaxtından əvvəl xitam verilə bilər. 6.1.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, işin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqları ona qaytarılır, əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, bu halda sığortaçı sığorta haqlarını sığortalıya bütünlüklə qaytarır. Sığortalının müqavilənin xitamı barədə müraciəti daxil olduğu an, sığorta təminatı dayandırılır. 6.1.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, o, sığortalının sığorta haqlarını bütünlüklə qaytarır, əgər bu tələb sığortalının sığorta müqaviləsi və qaydaları üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı işin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır. 6.2. Əgər sığorta müddəti ərzində sığorta hadisəsi baş vermişdirsə, işlərin aparılması xərclərindən əlavə olaraq, ödənilmiş sığorta ödənişinin məbləği qaytarılacaq sığorta haqqından çıxılır. 6.3. Sığortalı, müqaviləyə xitam verərək sığortalı ilə başqa müqavilə imzalamaq niyətində olduqda həm işlərin aparılması xərcləri həm də ödənilmiş sığorta ödənişinin məbləği sığorta haqlarından çıxılmaya bilər. 6.4. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini bu qaydaların 3.1.2 bəndinə uyğun olaraq tamamilə yerinə yetirdikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. Bu halda tərəflər arasında əlavə hesablaşma aparılmır. 6.5. Sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda da xitam verilə bilər. 7. SUBROQASİYA HÜQUQU 4

7.1. Sığortalının zərərin vurulmasında təqsirkar olan şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ verilmiş sığorta ödənişi həcmində sığortaçıya keçir. 7.2. Sığortalı təqsirkar şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə və yaxud təqsirkar şəxsdən dəymiş zərərin əvəzini və ya bir hissəsini aldıqda, sığortaçı sığorta ödənişinin verilməsindən tam və ya müvafiq sürətdə qismən azad edilir. Artıq ödənilmiş hissə sığortalı tərəfindən geri qaytarılmalıdır. Əks təqdirdə sığortaçı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. 8. İKİLİ (ÇOXQAT) SIĞORTA Sığortalınmış əmlakın sığorta məbləği həmin əmlakın sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən çox olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində etibarsızdır. 9. MÜBAHİSƏLƏRİN HƏLLİ Sığorta müqaviləsi üzrə vəzifələrin yerinə yetirilməsi ilə bağlı yaranan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll olunur. Razılıq əldə edilmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə və Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrinə müraciət oluna bilər. Mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. 10. SIĞORTA RİSKİNİN ARTMASI 10.1. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar sığortaçı ilə yazılı şəkildə razılaşdırılmalıdır. 10.2. Bu Qaydaların 10.1. maddəsinə riayət edilmədikdə sığortaçı sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun tamamilə ləğv edilməsini tələb edə bilər və ya həmin hallarla əlaqəli sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər. 11. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ 11.1. Sığortalanmış əmlakın mülkiyyətçisi dəyişdikdə, köhnə və yeni mülkiyyətçi tərəfindən 15 gün ərzində bu barədə sığortaçıya məlumat verilməli və müvafiq rəsmiləşdirmələr aparmalıdır. 11.2. Bu qaydaların 11.1. maddəsinə riayət edilmədikdə, əmlakın özgəninkiləşdirmə anından 15 günlük müddətdən sonra sığorta hadisəsi baş verərsə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edə bilər. 12. MÜQAVİLƏNİN ÜÇÜNCÜ ŞƏXSİN XEYRİNƏ BAĞLANMASI 12.1. Sığorta müqaviləsi üçüncü şəxsin faydalanan şəxsin xeyrinə bağlanıla bilər. 12.2. Sığortalı müqavilədə göstərilmiş faydalanan şəxsi yalnız sığortaçının və faydalanan şəxsin (əgər əmlak bu şəxsin xeyrinə girov qoyulmuşdursa) yazılı razılığı ilə digər şəxslə əvəz edə bilər. 12.3. Müqavilənin faydalanan şəxsin xeyrinə bağlanması sığortalını sığorta müqaviləsi üzrə vəzifələrinin yerinə yetirməsi öhdəliyindən azad etmir. 12.4. Müqavilə faydalanan şəxsin xeyrinə bağlanmışdırsa, sığorta ödənişini tələb etmək və / və ya almaq hüququ faydalanan şəxsə məxsusdur. Bu halda sığortalı sığorta ödənişini faydalanan şəxsin razılığı ilə ala bilər. 12.5. Faydalanan şəxs tərəfindən sığorta müqaviləsinin şərtlərinin pozulması həmin şərtlərin sığortalı tərəfindən pozulması sayılır. XÜSUSİ MÜDDƏALAR 13. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ 13.1. Bu sığorta şərtləri ilə dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinə, yaxud onlarla əlaqədar sığorta etdirilə bilən digər əmlaklara sığorta şəhadətnaməsində göstərilən müddət ərzində dəyə biləcək ziyan və zərərlərə sığorta şəhadətnaməsinin şərtləri daxilində təminat verilir. 5

13.2. Bu maddədə istifadə olunan «dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri» termini müxtəlif yük və sərnişin gəmilərini əhatə edir. Ancaq sığortaçı qəbul edərsə, taxta və ya beton, yaxud bunların qarışığından hazırlanmış gəmilər, yelkənli gəmilər, səyahət gəmiləri, yaxta və katerlər, xidməti katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər, üzən hovuzlar, döyəc və kranlar, üzən restoranlar (restoran-gəmi), dəniz motosikletləri kimi su nəqliyyatı vasitələri də «dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri» termininin əhatə dairəsinə daxil edilə bilər. 13.3. Sığorta təminatı, hadisə nəticəsində gəmi və digər dənizə, göl və ya çay nəqliyyatı vasitələrinə, yaxud bunlarla əlaqədar digər əmlaklara dəyəcək ziyan və zərərləri, məsuliyyətə görə zərərin ödənilməsini (ayrıca olaraq təminata daxil edilibsə), yaxud bunlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və ya zərərin miqdarı, məsuliyyətə görə zərərin ödənilməsi ilə əlaqədar xərclərin həcm və mahiyyəti, eləcə də təminat verilən və verilməyən hadisələr sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə əsasən müəyyən edilir. 14. DƏRƏCƏ (SİNİFLƏNDİRMƏ) SƏNƏDİ Başqa bir şərt nəzərdə tutulmazsa, sığorta olunacaq gəmi və digər su nəqliyyatı vasitələri növlərə ayırma (sinifləndirmə) təşkilatları tərəfindən verilmiş dərəcə sənədinə malik olmalı və bu sənədlərin etibarlılıq müddəti sığorta müddətindən artıq olmalıdır. Növlərə ayırma təşkilatları tərəfindən verilmiş dərəcə sənədinə malik olmayan gəmi və digər su nəqliyyatı vasitələrinin sığorta olnuması üçün, onların mövcud qanunvericilik aktlarının müvafiq müddəalarına uyğun olaraq istehsal edilmələri məcburi xarakter daşıyır. 15. SIĞORTA HADİSƏSİ BAŞ VERƏN ZAMAN TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 15.1. Hadisə baş verən zaman tərəflərin bütün hüquqlarının qorunması şərti ilə, sığortalı, hər cür mühafizə tədbirlərinin görülməsinə və ya görülməsini tələb etməyə, bunları nəzarətə götürməyə və qorumağa, bu işlərə müdaxilə etməyə və yaxud icrasına başlamağa borcludur, sığortaçının isə bütün bunları etmək səlahiyyəti vardır. Sığortaçının bu səlahiyyətdən istifadə etməsi, onun ödəniş öhdəliyini qəbul etməsi kimi başa düşülməməlidir. 15.2. Sığortalı bu sahədə sığortaçı ilə səmərəli əməkdaşlıq etməyə, bu tədbirlərin həyata keçirilməsinə kömək göstərməyə, əldə edilən bütün sənəd və məlumatları sığortaçıya verməyə borcludur. Bundan başqa, sığortalı zərərin ödənilməsi üçün sığortaçı tərəfindən üçüncü şəxslərə qarşı iddia qaldırması, mülki məsuliyyət sığortasının ödənilməsi hüququndan istifadə edilməsi üçün bütün zəruri tədbirlərin və lazımi əməliyyatların vaxtında həyata keçirilməsi sahəsində sığortaçı ilə qeyri-şərtsiz əməkdaşlıq etməyə borcludur. 15.3. Sığortalı bu bənddə göstərilən vəzifələri yerinə yetirməzsə və bunun nəticəsində zərərin məbləği artarsa, həmin artan məbləğ sığortaçının verəcəyi ödənişindən çıxılır. 16. SIĞORTA HADİSƏSİ HAQQINDA MƏLUMAT VERİLMƏSİ VƏ HADİSƏ İLƏ ƏLAQƏDAR TƏLƏB OLUNAN SƏNƏDLƏR 16.1. Sığortalı hadisənin baş verdiyini öyrənən kimi dərhal sığortaçıya məlumat verməyə borcludur. 16.2. Sığorta müqaviləsindən irəli gələn sığorta ödənişinin verilməsi üçün sığorta etdirən hesablanmış zərər ödənişini göstərən zərərin siyahısını və digər aşağıdakı sənədləri təqdim etməlidir: - Dəniz raportu; - Qəza ilə əlaqədar göyərtə və gəmi jurnallarının təsdiqli nüsxələri; - Gəminin dənizə çıxması üçün əlverişli şəraitin olması haqqında sənəd; - Qəza ilə əlaqədar növlərə ayırma təşkilatının məlumatı; - Etibarlılıq müddəti başa çatmamış növ (dərəcə) sənədi; - Ekspert və/ və ya dispaşa arayışı; - Gəminin işçi heyəti komplektləşdirildiyi zaman maksimum təhlükəsizlik sənədi; - Gəminin işçi heyətinin siyahısı; - Zərərlə əlaqədar proforma faktura, qəbz və digər bu kimi sənədlər; - Hadisənin mahiyyəti ilə əlaqədar olan digər sənədlər. 6

A-Qroup Sığorta Şirkəti ASC Su nəqliyyatı vasitələri sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması Tarif dərəcələrinin əsaslandırılması Qeyri-həyat sığortası sahəsi üzrə sığorta tariflərinin hesablanması haqqında Metodikadan istifadə edilməklə aparılır. Tarif dərəcəsini hesablayarkən əvvəlcə netto-dərəcəni hesablayırlar. Netto-dərəcənin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir: 1) Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,02; 2) Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği (So) 800 000 manat; 3) Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi (Sö) 100 000 manat; 4) Bağlanılacaq sığorta müqavilələrinin sayı (n) - 100. Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır: Tə = 100q Sö/So = 0,02*100*100 000 / 800 000 = 0,25 manat. Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır: Tr = 1,2 Tə.a. ((1 - q)/(nq)) 1/2 = 0,25*1,2*2*((1-0,02)/(0,02.100)) 1/2 = 0,42 manat. Tn = Tə + Tr = 0,25 + 0,42 = 0,67 manat. Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən işlərin aparılması xərcləri - 28%, qarşısıalnma tədbirləri fonduna ayırma - 1%, tarif mənfəəti - 1%. Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən Tb = Tn /(1-f) = 0,67/(1-0,3) = 0,96 manat. Reysə görə zədələnmə, reysə görə məhv olma və sığortanın hansı variantlarda aparılmasından asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,5% - 5% aralığında dəyişir. 7