Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Benzer belgeler
Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

UniMiles 3 illik 100 AZN və ekvivalenti

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

DebitMC/ Visa Electron. Visa İnternet

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Azər-Türk Bank ASC üzrə

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

9. PLASTİK KARTLAR Plastik kartların əldə olunması üzrə şərtlər. MC Debit/Visa Electron MC Standard/Visa Classic.

Debit MC/ Visa Electron Əmək haqqı kartı. Lokal əmək haqqı kartı

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

5 li KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT ÜZRƏ

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

Visa Gold / MC Gold 1 illik 40 AZN/USD/EUR/(GBP*) 2 illik 60 AZN/USD/EUR/(GBP*) 3 illik 80 AZN/USD/EUR/(GBP*) 4 illik 100 AZN/USD/EUR/(GBP*)

H E S A B A T Q E Y D Ə A L I N D I!

BALANS HESABATI A-AKTİVLƏR

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

qs di il Az rbaycan Respublikas M rk zi Bank n dar Hey ti Az rbaycan

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Expressbank Açıq Səhmdar Cəmiyyətinin 2016-ci il üzrə YARIMİLLİK HESABATI

AZERCELL TELEKOM MMC. 31 dekabr 2017-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş maliyyə hesabatları

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

Sistem inzibatçıları üçün təlimat

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

Təsdiq etdi: İdarə Heyətinin sədir Q.Bayramov 08 Yanvar 2007 UÇOT SİYASƏTİ

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Q A N U N U. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

"29" ci il (Protokol 7) İdarə Heyətinin sədri

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

[18] 1. Ümumi müddəalar

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU İCTİMAİ BİRLİYİ

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 2 -li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

1. Ümumi müddəalar Elektron xidmətin adı: daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

BANK O F BAKU AÇ IQ SƏHMDAR CƏ MİYYƏ Tİ İ darəetmə hes abatı

Poçt rabitəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Marketinq. Mehdiyev Əkbər

və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Transkript:

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin _06_ oktyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. Protokol 28 Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat 1. Ümumi müddəalar 1.1. Bu Təlimat Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında, Banklar haqqında Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) müvafiq normativ xarakterli aktlarına uyğun olaraq hazırlanmışdır. 1.2. Kassa dövriyyəsi haqqında statistik hesabat bankların kassalarına manatla nağd pulun (bundan sonra: nağd pul) daxilolma mənbələri və xərclənmə istiqamətləri haqqında məlumatları nəzərdə tutur. 1.3. Bu hesabatlar bankın baş ofisi tərəfindən bütün mövcud şəbəkə üzrə (bank və onun filialları, şöbələri) icmallaşdırılaraq Mərkəzi Banka təqdim olunmalıdır. 1.4. Bu hesabatlar Bankların kassa dövriyyəsi haqqında statistik hesabat formasının (Əlavə 1, bundan sonra: KDS-1 hesabat forması) və hesabat üzrə Təlimatın müddəalarına uyğun tərtib olunmalıdır.

2. Hesabatın məzmunu 2.1. Kassa dövriyyəsi haqqında hesabat üç bölmədən ibarətdir: - A bölməsi: Hesabat dövrünün əvvəlinə və sonuna kassa qalığı - B bölməsi: Kassaya nağd pulun mədaxili - C bölməsi: Kassadan nağd pulun məxarici 2.2. Hesabatın mədaxil bölməsində əks olunan əməliyyatlar bank müştərilərinin fəaliyyət sferası, hüquqi statusu və əməliyyatın növündən asılı olaraq aşağıdakı qruplar üzrə təsnifləşdirilməlidir: Bölmə / qrup / maddə A 10 Bölmə/ qrup/ maddənin adı HESABAT DÖVRÜNÜN ƏVVƏLİNƏ KASSA QALIĞI MƏDAXİL 1. B00 Hüquqi şəxslərdən daxilolmalar 1.1 B10 Hüquqi şəxslərin mal satışından daxilolmalar 1.2 B20 Hüquqi şəxslərin iş və xidmətlərin göstərilməsindən daxilolmalar 2. B30 Fiziki şəxslərdən daxilolmalar 3. B40 Bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalar 4. B50 Bankomatlardan daxilolmalar 5. B60 Digər daxilolmalar MƏDAXİL ÜZRƏ CƏMİ: 6. B70 Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar 7. B80 Mərkəzi Bankdan və onun ərazi idarələrindən daxilolmalar BALANS 2

2.2.1.Hesabat dövrünün əvvəlinə kassa qalığı (A10) Bu qrupda hesabat dövrünün əvvəlinə bankın əməliyyat kassasının qalığı əks olunmalıdır. Dövrün əvvəlinə kassa qalığı keçən hesabat dövründəki KDS-1 hesabat formasının Hesabat dövrünün sonuna kassa qalığı bölməsinə, həmçinin keçən hesabat dövrü üzrə bankın icmal muhasibat balansında 1001-ci hesabın qalığına bərabər olmalıdır. 2.2.1. Hüquqi şəxslərdən daxilolmalar (B00) Bu qrup bank müştərisi olan hüquqi şəxslərin mal satışından və göstərdiyi xidmətlər üzrə bankın əməliyyat kassasına nağd pul daxilolmalarını əks etdirir. 2.2.1.1. Hüquqi şəxslərin mal satışından daxilolmalar (B10: B11-B16) Statistik hesabat formasına (KDS-1 hesabat forması) uyğun olaraq bu qrupda ticarət, sənaye, fermer və digər kənd təsərrüfatı, tikinti, yanacaqdoldurma məntəqələri sahələrində fəaliyyət göstərən müəssisə, təşkilat və kooperativlərin mal satışlarından əldə olunan vəsait üzrə bankın kassasına nağd pul daxilolmaları əks olunmalıdır. Mal satışından daxilolmalar hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq bu qrupun müvafiq maddələrində əks olunmalıdır. Hesabatın bu maddələrində əks olunmayan sahələrin mal satışından daxilolmaları Digər satışlar üzrə daxilolmalar maddəsində göstərilməlidir. 2.2.1.2. Hüquqi şəxslərin iş və xidmətlərin göstərməsindən daxilolmalar (B20: B21-B25) KDS-1 hesabat formasına uyğun olaraq bu qrupda nəqliyyat, kommunal xidmətlər (qaz, su, işıq və s), rabitə, mehmanxana, ictimai iaşə və digər xidmət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların göstərdiyi xidmətdən əldə olunan vəsait üzrə bankın kassasına nağd pul mədaxilləri əks olunmalıdır. Xidmət göstərilməsindən daxilolmalar hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq bu qrupun müvafiq maddəsində əks olunmalıdır. 3

Bank, müştərisinin hesabatın bu qrupunda əks olunmayan iş və xidmət sahələrindən daxilolmaları Digər xidmətlər üzrə daxilolmalar bəndində qeyd olunmalıdır. 2.2.2. Fiziki şəxslərdən daxilolmalar (B30: B31-B35) Bu qrupda bankın əməliyyat kassasına fiziki şəxslər tərəfindən 1) vergi, rüsum və sığorta ödənişləri, 2) kommunal xidmətlər (qaz, su, işıq və s.) üzrə ödənişlər, 3) yardım, pul baratları, sosial və digər bu tip ödənişlər, 4) təhsil haqqı üzrə ödənişlər, 5) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərdən nağd pul ödənişləri əks olunmalıdır. Fiziki şəxslərdən daxilolmalar KDS-1 hesabat formasının müvafiq maddəsində əks olunmalıdır. Hesabatın bu maddələrində əks olunmayan fiziki şəxslərin ödənişləri Digər daxilolmalar maddəsində qeyd olunmalıdır. 2.2.3. Bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalar (B40: B41-B46) Bu qrupda bankın öz müştəriləri ilə maliyyə əməliyyatları nəticəsində nağd pul daxilolmaları əks etdirilir: 1) depozit hesablarına daxilolma, 2) cari hesablara və pul köçürmələrindən daxilolma, 3) əmlak alqı-satqısı ilə əlaqədar notarial kontorlarının hesablarına daxilolmalar, 4) müştərilərə verdiyi kreditlər üzrə daxilolmalar, 5) dövlət və digər qiymətli kağızların satışı üzrə daxilolmalar, 6) xarici valyuta satışından daxil olan nağd pul vəsaitləri. Bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalar KDS-1 hesabat formasının müvafiq maddəsində əks olunmalıdır. Hesabatın bu bölməsində əks olunmayan əməliyyatlardan nağd pul daxilolmaları Maliyyə əməliyyatları üzrə digər daxilolmalar maddəsində qeyd olunmalıdır. 2.2.4. Bankomatlardan daxilolmalar (B50) Mərkəzi Bankın Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları na 4

uyğun olaraq qalıq pulların bankın əməliyyat kassasına mədaxili bu maddədə əks etdirilməlidir. 2.2.5. Digər daxilolmalar (B60) Statistik formanın mədaxil maddələrində əks olunmayan digər əməliyyatlar üzrə, o cümlədən digər maliyyə institutlarından, beynəlxalq təşkilatlardan, dövlət idarəetmə və icra orqanlarından, təhtəl hesab şəxslərdən, təsisçilərdən, habelə bankın nizamnamə fonduna və s. daxilolmalar üzrə bankın əməliyyat kassasına nağd pul daxilolmaları bu maddədə əks olunmalıdır. B72) 2.2.6. Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar (B70: B71- Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar filiallararası hesablaşmalar və banklararası hesablaşmalar üzrə təsnifləşdirilməlidir. Bankın kassasına öz filallarından və şöbələrindən daxil olan nağd vəsaitlər B71-ci maddədə, digər banklardan və ya onların filallarından və şöbələrindən daxil olan nağd vəsaitlər isə B72-ci maddədə əks olunmalıdır. 2.2.7. Mərkəzi Bankdan və onun ərazi idarələrindən daxilolmalar (B80: B81-B82) Bankın kassasına Mərkəzi Bankdan və onun ərazi idarələrindən daxil olan nağd pul Mərkəzi Bankdan daxilolmalar və Mərkəzi Bankın ərazi idarələrindən daxilolmalar üzrə təsnifləşdirilməlidir. Bankın kassasına Mərkəzi Bankdan daxil olan nağd vəsaitlər B81-ci maddədə, Mərkəzi Bankın ərazi idarələrindən daxil olan nağd vəsaitlər isə - B82-ci maddədə əks olunmalıdır. 2.3. Hesabatın məxaric bölməsində əks olunan əməliyyatlar bank müştərilərinin fəaliyyət sferası, hüquqi statusu və əməliyyatın növündən asılı olaraq aşağıdakı qruplar üzrə təsnifləşdrilməlidir: 5

Bölmə / qrup / maddə Bölmə/ qrup/ maddənin adı MƏXARİC 1. C00 Hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdən 1.1. C10 Mal, iş və xidmətlərin alınması üzrə ödənişlər 1.2. C20 Əmək haqqı (və ona bərabər tutulan digər ödənişlər), pensiya, müavinat, sığorta və digər sosial ödənişlər 2. C30 Bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişləri 3. C40 Bankomatlara pul qoyuluşu 4. C50 Digər ödənişlər MƏXARİC ÜZRƏ CƏMİ 5. C60 Kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər 6. C70 Mərkəzi Banka və onun ərazi idarələrinə ödənişlər BALANS A20 HESABAT DÖVRÜNÜN SONUNA KASSA QALIĞI 2.3.1. Hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərdən (C00) Bu bölmə bank müştərisi olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə mal, iş və xidmət alınması məqsədilə bankın əməliyyat kassasından nağd pul ödənişlərini əks etdirir. 2.3.1.1. Mal, iş və xidmətlərin alınması üzrə ödənişlər (C10: C11-C19) Təlimata əlavə olunmuş KDS-1 hesabat formasına uyğun olaraq bu qrup ticarət, sənaye, tikinti, fermer və digər kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 6

müəssisələrin mal alışları, habelə nəqliyyat, rabitə, mehmanxana, ictimai iaşə və digər sahələrdə fəaliyyət göstərən müəssisələrin xidmət haqqı ödənişləri məqsədilə bankın kassasından nağd pul ödənişlərini əks etdirməlidir. Ödənişlər hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq KDS-1 hesabat formasının müvafiq maddəsində əks olunmalıdır. Hesabatın bu bölməsində əks olunmayan müştərilərin məxaricləri Digər müəssisələr maddəsində qeyd olunmalıdır. 2.3.1.2. Əmək haqqı (və ona bərabər tutulan digər ödənişlər), pensiya, müavinat, sığorta və digər sosial ödənişlər (C20: C21-C29) Bu qrup ticarət, sənaye, fermer və digər kənd təsərrüfatı müəssisələri, tikinti müəssisələri və kooperativləri, nəqliyyat, rabitə, mehmanxana, ictimai iaşə, şoubiznes sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların, habelə maliyyə xidməti həyata keçirən institutların əmək haqqı (və ona bərabər tutulan digər ödənişlər), pensiya, müavinat, sığorta və digər sosial ödənişləri həyata keçirmək məqsədilə bankın kassasından nağd pul ödənişlərini əks etdirməlidir. Ödənişlər hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq KDS-1 hesabat formasının müvafiq maddəsində əks olunmalıdır. Hesabatın bu bölməsində əks olunmayan sahələr üzrə ödənişləri Digər müəssisələr maddəsində qeyd olunmalıdır. 2.3.2. Bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişləri (C30: C31-C38) Hüquqi və fiziki şəxslərlə aparılan maliyyə əməliyyatları nəticəsində bankın əməliyyat kassasından bütün nağd pul ödənişləri hesabat formasının bu qrupunda əks olunmalıdır. Maliyyə əməliyyatları növündən asılı olaraq aşağıdakı kimi təsnifləşdirilməlidir: - Depozit hesablarından ödənilən müştərinin bankda yerləşdirdiyi depozit hesabından nağd ödənişlər; 7

- Cari hesablardan ödənişlər, pul köçürmələri bankda açılmış cari hesablardan nağd ödənişlər; hesab açılmadan müxtəlif pul köçürmələri üzrə nağd ödənişlər; - Əmlak alqı-satqısı ilə əlaqədar notarial kontorlarının hesablarına ödənişlər; - Verilmiş kreditlər üzrə ödənişlər bankdan hüquqi və fiziki şəxslərə kreditlərin nağd formada verilməsi; - Faiz və dividendlərin ödənilməsi bankın müxtəlif öhdəlikləri üzrə faiz və dividendlərin nağd şəkildə ödənilməsi; - Sığorta ödənişi bankın kassasından bütün növ sığorta ödənişləri; - Dövlət və digər qiymətli kağızların alınması üçün nağd ödənişlər - səhm, istiqraz, lotereya, sertifikat və digər qiymətli kağızlar geri alındıqda banklar tərəfindən fiziki və hüquqi şəxslərə nağd pulla ödəmələr; - Xarici valyutanın alışından bankın daxilində (baş ofis və filiallar), habelə banka aid olan valyuta mübadiləsi şöbələrinin xarici valyutanın alınması üçün nağd manat ödənişləri; - Maliyyə əməliyyatları üzrə digər ödənişlər yuxarıdakı kateqoriyalara aid olmayan, lakin bankın kassasından maliyyə əməliyyatları üzrə bütün növ nağd pul ödənişləri. 2.3.3. Bankomatlara pul qoyuluşu (C40) Mərkəzi Bankın Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları na uyğun olaraq bankomatın nağd pulla təchiz edilməsi məqsədilə pulların bankın əməliyyat kassasından məxarici bu maddədə əks etdirilməlidir. 2.3.4. Digər ödənişlər (C50) Yuxarıda qeyd olunan məxaric maddələrində əks olunmayan digər əməliyyatlar üzrə, o cümlədən digər maliyyə institutlarına, beynəlxalq təşkilatlara, dövlət orqanlarına, təhtəl hesab şəxslərə, habelə bankın təsərrüfat, ərzaq, ezamiyyə xərcləri və s. nağd pul ödənişləri bu maddədə əks olunmalıdır. 8

C62) 2.3.5. Kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər (C60: C61- Kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər filiallararası hesablaşmalar və banklararası hesablaşmalar üzrə təsnifləşdirilməlidir. Bankın kassasından öz filallarına və şöbələrinə ödənilən nağd vəsaitlər C61-ci maddədə, digər banklara və ya onların filallarına, şöbələrinə ödənilən nağd vəsaitlər isə C62-ci maddədə əks olunmalıdır. C72) 2.3.6. Mərkəzi Banka və onun ərazi idarələrinə ödənişlər (C70: C71- Bankın kassasından Mərkəzi Banka və onun ərazi idarələrinə ödənilən nağd pul Mərkəzi Banka ödənişlər və Mərkəzi Bankın ərazi idarələrinə ödənişlər üzrə təsnifləşdirilməlidir. Bankın kassasından Mərkəzi Banka ödənilən nağd vəsaitlər C71-ci maddədə, Mərkəzi Bankın ərazi idarələrinə ödənilən nağd vəsaitlər isə C72-ci maddədə əks olunmalıdır. 2.4. Hesabat dövrünün sonuna kassa qalığı (A20) KDS-1 hesabat formasının bu bölməsi, hesabat dövrünün sonuna bankın kassa qalığını əks etdirir. Dövrün sonuna kassa qalığı bankın icmal muhasibat balansının 1001-ci hesabının qalığına bərabər olmalıdır. 3. Hesabatın tərtibi və təqdim olunması 3.1. Nağd pulun dövriyyəsi haqqında hesabat mühasibat uçotunun məlumatları (çeklər, kassa mədaxili və məxarici orderləri və bu kimi digər sənədlər) əsasında tərtib olunur. 3.2. Kassa dövriyyəsi hesabatının mədaxil hissəsi kassa mədaxil sənədində göstərilən pulun daxilolma mənbəyindən, məxaric hissəsi isə müştərilər tərəfindən alınan məbləğin təyinatından asılı olaraq hesabat formasının müvafiq maddəsində qeyd olunur. 9

3.3. Hesabat formasında bütün maddələr müvafiq qruplar, qruplar cəmi isə müvafiq bölmələr üzrə cəmlənir. 3.4. Hesabat formasının B10, B20, B30, B40, B50, B60-cı bölmələrinin cəmi Mədaxil üzrə cəmi maddəsində, C10, C20, C30, C40, C50 bölmələrinin cəmi isə Məxaric üzrə cəmi məddəsində əks olunmalıdır. 3.5. Bütün mədaxil və məxaric maddələrinin cəmi hesabat formasının müvafiq Balans bəndində əks olunmalıdır. Mədaxilin Balans bəndi məxaricin Balans bəndinə bərabər olmalıdır. 3.6. Dövrün sonuna kassa qalığının həcmi dövrün əvvəlinə kassa qalığı ilə dövr ərzində kassaya mədaxilin cəmindən dövr ərzində kassadan məxaric olunan vəsaiti çıxmaqla müəyyənləşir. Bununla yanaşı hesabat dövrünün sonuna kassa qalığı bankın mühasibat balansında 1001-ci hesabın qalığı ilə eyni olmalıdır. 3.7. Kassa dövriyyəsi haqqında statistik hesabatın dövrü bir aydır. 3.8. Bank, özünün mövcud şəbəkəsi üzrə (bank və onun filialları, şöbələri) kassa dövriyyəsi haqqında icmallaşdırılmış statistik hesabatı Mərkəzi Banka elektron və kağız daşıyıcılarda hər hesabat ayından sonrakı ayın 3 (üç) iş günü ərzində təqdim etməlidir. Əməliyyat baş verməyən hallarda hesabatın bu göstərici üzrə 0 (sıfır) rəqəmi yazılmalıdır. 3.9. Mərkəzi Banka təqdim edilən hesabatlar bankın İdarə Heyəti sədrinin və baş mühasibin imzası və bankın möhürü ilə təsdiq edilməlidir. 3.10. Hesabatda məlumatların qeyri-dəqiqliyi aşkar edildikdə hesabatı təqdim edən bank dərhal düzəlişlər aparmalıdır. 10

4. Yekun müddəalar 4.1. Bu Təlimata müvafiq olaraq statistik hesabatların tərtibi və təqdim edilməsi tələblərini pozan banklar və bank inzibatçıları qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 4.2. Bu Təlimat 06 oktyabr 2009-cu il tarixindən qüvvəyə minir. Mərkəzi Bankın sədri E.Rüstəmov 11