Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Benzer belgeler
«Atəşgah» Sığorta Şirkəti ASC FƏRDI QƏZA SIĞORTASI QAYDALARI

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

[18] 1. Ümumi müddəalar

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

NƏTİCƏ ƏDƏBİYYAT SİYAHISI

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Aorta dəliyinin daralması, üçtaylı qapağın çatışmazlığı

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

Xəstəlik bəzən simptomsuz keçir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Təhlükəli tullantıların saxlanılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Qərar Təhsil və tərbiyə müəssisələrində vətəndaşların qida normaları 1-3 saylı əlavələrə müvafiq olaraq təsdiq edilsin.

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR. Bakı şəhəri, 25 aprel 2014-cü il

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Addison xəstəliyi. Böyrəküstü vəzin hormonal funksiyası hipofizin AKTH adrenokortikotrop hormonu tərəfindən kontrol olunur.

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

EKSTREMAL VƏZİYYƏTLƏR

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

İXM-nin maddəsi Qayda pozuntusu Cəriməsi Balı

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Sərbəst iş 2 Ağciyər xərçəngi, periferik ağciyər xərçəngi

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

1. Ümumi müddəalar Elektron xidmətin adı: daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

Protokolundan Çıxarış aprel 2016-cı il

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ XƏZƏR UNİVERSİTETİ

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Ağciyərlərin seqmentləri

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

Əmək pensiyaları haqqında i[1] AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Travmatologiya-ortopediya ixtisası üzrə yeni nümunəvi test sualları

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

İŞ VAXININ CƏMLƏNMİŞ UÇOTU

Azərbaycan Hava Yolları. «01» iyul 2016-ci il.

Kommunal müəssisələr tərəfindən satınalma

FƏRDİ QƏZA SIĞORTASI QAYDALARI

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

Bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Su duz mübadiləsinin endokrin tənzim mexanizmləri

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

BALANS HESABATI A-AKTİVLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

PERİTONUN CƏRRAHİ XƏSTƏLİKLƏRİ. I cərrahi xəstəluklər kafedrası

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

Transkript:

Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 937 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin ikinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı təsdiq edilsin (əlavə olunur). Bakı şəhəri, 1 avqust 2014-cü il 269 Artur Rasi-zadə Azərbaycan Respublikasının Baş naziri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmişdir Ağır, az ağır və yüngül xəsarət növlərinin SİYAHISI 1. Ağır xəsarətlər 1.1. Həyat üçün təhlükəli olan zədələnmələr bədən xəsarəti, xəstəlik və ya patoloji vəziyyət halında ola bilər.

1.2. Həyat üçün təhlükəli olan xəsarətlər aşağıdakılardır: 1.2.1. kəllə boşluğuna keçən yaralar (baş beyin toxumasının zədələnibzədələnməməsindən asılı olmayaraq); 1.2.2. kəllə tağı və kəllə əsası sümüklərinin tam sınıqları; 1.2.3. baş beynə təzyiq edilməsi (sıxılması) və ya edilməməsi (sıxılmaması) ilə nəticələnən ağır dərəcəli beyin əzilmələri, beyin kötüyünün zədələnməsi simptomları ilə müşayiət edilən orta dərəcəli beyin əzilmələri; 1.2.4. həyat üçün təhlükəli olan kəllədaxili epidural, subdural və ya subaraxnoidal qansızmalar; 1.2.5. onurğa kanalına keçən yaralar (onurğa beyninin zədələnib-zədələnməməsindən asılı olmayaraq); 1.2.6. boyun fəqərələrinin sınıq-çıxığı, cisimlərinin və ya hər iki qövsünün sınıqları, yaxud birinci və ya ikinci boyun fəqərələrinin qövsünün birtərəfli sınıqları (onurğa beyni funksiyasının pozulmasından asılı olmayaraq); 1.2.7. boyun fəqərələrinin çıxıqları; 1.2.8. onurğa beyninin boyun şöbəsinin qapalı zədələri; 1.2.9. onurğa beyni funksiyasının pozulması ilə və ya kliniki təsdiq edilmiş ağır dərəcəli şokla nəticələnən bir və ya bir neçə döş, yaxud bel fəqərələrinin sınıqları, yaxud sınıqçıxıqları; 1.2.10. ağır onurğa şoku və ya çanaq üzvlərinin funksiyasının kəskin pozulması ilə müşayiət olunan onurğa beyninin döş, bel və oma seqmentlərinin qapalı zədələri; 1.2.11. udlağın, qırtlağın, traxeyanın və yemək borusunun daxilə keçən yaraları; 1.2.12. ağır dərəcəli şokla və tənəffüsün pozulması ilə və ya həyat üçün başqa təhlükəli təzahürlərlə müşayiət edilən, selikli qişanın cırılması ilə olan qırtlaq, traxeya qığırdaqlarının və dilaltı sümüyün qapalı sınıqları; 1.2.13. döş qəfəsinin plevra və ürək kisəsi boşluqlarına, divararalığına keçən yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq); Qeyd. Əgər hemopnevmotoraks əlamətləri yoxdursa, dərialtı emfizema məhdud xarakterlidirsə və yara kanalı plevra boşluğuna keçməmişdirsə, belə hallarda döş qəfəsi yaralanmalarında aşkar olunmuş dərialtı emfizema daxilə keçən xəsarət əlaməti kimi qiymətləndirilməməlidir. 1.2.14. qarnın periton boşluğuna keçən yaraları, o cümlədən peritonarxası üzvlərin (böyrəklərin, böyrəküstü və mədəaltı vəzilərin və s.) açıq yaraları, sidik kisəsinin, düz bağırsağın yuxarı və orta şöbələrinin həmin üzvlərin boşluğuna keçən yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq); 1.2.15. döş qəfəsinin, qarnın, çanaq boşluğu üzvlərinin, eləcə də peritonarxası üzvlərin bu Siyahının 1.3-cü bəndində göstərilən xəstəliklər və patoloji vəziyyətlərdən hər hansı biri və ya bir neçəsi ilə müşayiət olunan qapalı zədələnmələri; 1.2.16. uzunborulu sümüklərin: bazu, bud və qamış sümüklərinin açıq sınıqları; Qeyd. Mil, dirsək və incik sümüklərinin açıq sınıqlarının, bazu, bud və qamış sümüklərinin qapalı sınıqlarının, həmçinin iri oynaqların (bazu, dirsək, mil-bilək, budçanaq, diz və ya aşıq-baldır) açıq və qapalı zədələrinin ağırlıq dərəcəsi onların bu Siyahının 1.3-cü bəndində göstərilən vəziyyətləri törətməsi və ya əmək qabiliyyətinin dayanıqlı itirilməsi əlamətlərinə əsasən təyin edilməlidir.

1.2.17. ağır dərəcəli şok və ya çoxlu qanitirmə ilə, yaxud sidik kanalının mağaralı hissəsinin cırılması ilə müşayiət edilən çanaq sümüklərinin sınıqları; 1.2.18. ağır dərəcəli şoka və ya kollaps törətmiş çoxlu qanitirməyə, klinik nəzərəçarpan piy və ya qaz emboliyasına, kəskin böyrək çatışmazlığı əlamətləri ilə müşayiət olunan travmatik toksikoza səbəb olan zədələr; 1.2.19. iri qan damarlarının zədələnmələri: aortanın, yuxu (ümumi, xarici və daxili), körpücükaltı, qoltuqaltı, bazu, qalça, bud, dizaltı arteriyaların və onları müşayiət edən venaların zədələnmələri; Qeyd. Digər periferik damarların (başın, üzün, boynun, saidin, əlin, baldırın, ayaq pəncəsinin) zədələnmələri həyat üçün konkret təhlükə (çoxlu qanitirmə, təsdiq olunmuş ağır dərəcəli şok) törətməsindən asılı olaraq qiymətləndirilməlidir. 1.2.20. bədən səthinin 15 faizdən çox sahəsini əhatə edən III-IV dərəcəli termiki yanıqlar və donmalar, bədən səthinin 20 faizdən çox sahəsini əhatə edən III dərəcəli termiki yanıqlar və donmalar, bədən səthinin 30 faizdən çox sahəsini əhatə edən II dərəcəli termiki yanıqlar və donmalar, eləcə də az sahəsini əhatə edən, lakin ağır dərəcəli şok törədən yanıqlar və donmalar, səs yarığının ödemi və daralması əlamətləri ilə müşayiət olunan tənəffüs yollarının termiki yanıqları; 1.2.21. yerli təsirdən başqa, həyat üçün təhlükəli olan ümumi toksiki təsir göstərən qatı turşuların, aşındırıcı qələvilərin və digər kimyəvi birləşmələrin, müxtəlif yandırıcı maddələrin törətdikləri yanıqlar; 1.2.22. həyat üçün təhlükəli əlamətlər kompleksi (beyin qan dövranının pozulması, huşun itməsi, amneziya və s.) ilə aydın nəzərəçarpan və obyektiv əlamətlərlə təsdiq olunan boyun üzvlərinin sıxılması və mexaniki asfiksiyanın digər növləri. 1.3. Bu Siyahının məqsədlərinə görə həyat üçün təhlükəli olan xəstəlik və ya patoloji vəziyyətlər aşağıdakılardır: 1.3.1. müxtəlif etiologiyalı ağır dərəcəli (III-IV dərəcələr) şok; 1.3.2. müxtəlif etiologiyalı koma; 1.3.3. massiv (çoxlu) qanitirmə; 1.3.4. kəskin ürək və ya damar çatışmazlığı; 1.3.5. kəskin böyrək və ya qara ciyər çatışmazlığı; 1.3.6. ağır dərəcəli kəskin tənəffüs çatışmazlığı; 1.3.7. irinli-septik vəziyyət; 1.3.8. daxili üzvlərin infarktı, ətrafların qanqrenası, baş beyin damarlarının emboliyası (hava və piy), tromboemboliya ilə nəticələnən qan dövranı pozuntuları; 1.3.9. həyat üçün təhlükəli olan vəziyyətlərin müştərəkliyi. 1.4. Həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlər aşağıdakılardır: 1.4.1. görmənin itirilməsi, yəni hər iki gözdə tam daimi (dayanıqlı ) korluq və yaxud 2 metr və ondan az məsafədə barmaqların sayıla bilməməsinə qədər görmənin itməsi vəziyyəti (görmə itiliyi 0,04 və daha az); 1.4.2. bir gözdə görmənin tam itməsi; Qeydlər: 1. Kor gözün çıxarılmasına səbəb olan zədələnmə sağlamlığın pozulma müddətinə görə qiymətləndirilməlidir.

2. Görmə qabiliyyəti, əvvəldən zəifləmiş (1,0-dan aşağı) gözlərdə görmənin itirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş faiz cədvəlinə görə təyin edilir. 1.4.3. eşitmənin itməsi, yəni tam karlıq və yaxud zərərçəkənin danışıq nitqini hər iki qulaq seyvanından 3-5 sm məsafədə eşitməməsi kimi bərpa olunmayan vəziyyət; 1.4.4. bədənin hər hansı bir üzvünün və yaxud onun funksiyasının itirilməsi: 1.4.4.1. dilin (nitqin) itirilməsi, yəni öz fikrini ətrafdakılara başa düşülən, aydın səslərlə çatdırmağı bacarmamaq; 1.4.4.2. qol və ya qıçın itirilməsi-onların gövdədən ayrılması və ya dirsək, diz oynaqları səviyyəsindən aşağı olmamaqla amputasiyaları və yaxud funksiyasının itirilməsi (iflic və ya onların fəaliyyətini tam pozan digər vəziyyət); Qeyd. Digər hallar isə ətrafın hissəvi itirilməsi kimi hesab edilməli və ümumi əmək qabiliyyətinin daimi (dayanıqlı) itirilməsi əlamətinə görə qiymətləndirilməlidir. 1.4.4.3. nəsiltörətmə qabiliyyətinin itirilməsi-cinsi əlaqədə olma, mayalandırma, döllənmə və doğuş qabiliyyətinin itməsi. 1.5. Psixi pozuntuya və ya ruhi xəstəliyə səbəb olma. 1.6. Əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla, daimi (dayanıqlı) itirilməsi. 1.7. Peşəkar əmək qabiliyyətinin tam itirilməsi. 1.8. Xəsarətlə birbaşa səbəbli əlaqəsi olan, müddətindən asılı olmayaraq hamiləliyin pozulması. 1.9. Narkomaniya və ya toksikomaniyaya səbəb olma. 1.10. Sifətdə bərpa olunmayan xəsarətlər. Qeydlər: 1. Sifətdə, eləcə də qulaq seyvanında vaxt keçdikcə bərpa olunmayan və onların aradan qaldırılması üçün cərrahi müdaxilə (plastik və rekonstruktiv əməliyyatlar) tələb olunan patoloji dəyişikliklər (çapıqlar, burnun və qulağın hissəvi, eləcə də tam amputasiyaları, deformasiya, mimika və çeynəmə pozuntuları, kəskin nəzərəçarpan asimmetriya və s.) nəzərdə tutulur. 2. Vaxt keçdikcə öz gedişi boyu, eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarətlər isə sifətin bərpa olunmayan xəsarətləri hesab edilmir və xəsarət növlərinin digər dərəcələrindən birinə aid edilir. 2. Az ağır xəsarətlər 2.1. Sağlamlığın uzun müddət pozulmasına səbəb olan aşağıdakı hallar az ağır xəsarətlərə aid edilir: 2.1.1. sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən xəsarətlər; 2.1.2. ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (10%-dən 33%-ə qədər), dayanıqlı itirilməsi ilə nəticələnən xəsarətlər. 3. Yüngül xəsarətlər 3.1. Yüngül xəsarətlərə aşağıdakılar aid edilir: 3.1.1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər;

3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; 3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; 3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); 3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 3.1.6. baş beyin silkələnməsi; 3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; 3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr.