AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ. Bakalavr hazırlığı üçün TURİZM MARKETİNQİ. kursunun TƏDRİS PROQRAMI

Benzer belgeler
Marketinq. Mehdiyev Əkbər

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

ŞIRKƏTIN INKIŞAFıNıN RƏQABƏT STRATEGIYALARı VƏ ONLARıN TƏSNIFLƏŞDIRILMƏSI

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ «VERGİ VƏ GÖMRÜK ƏMƏLİYYATLARININ UÇOTU» fənninin P R O Q R A M I

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı nın təsdiq edilməsi haqqında

Zeynalova Sevinc III kurs

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

Azərbaycanda turizmin vəziyyəti

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Sosial Xərc Müştəriləri Üçün Xərclərin Ödənilməsinə İmkan Verən Kommunal Xidmət Tariflərinin Müəyyənləşdirilməsi Metodları

AZƏRBAYCAN YEYİNTİ SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ MARKETİNQ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

[18] 1. Ümumi müddəalar

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FƏNN SİLLABUSU. Təsdiq edirəm (kafedra müdiri) İmza: Tarix: 2016-cı il

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR


Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

Turizimdə informasiya texnologiyaları fənni üzrə imtahan suallarının cavabları.

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İdarəetmə və Texnologiya Kolleci. Restoran biznesinin təşkili və idarə edilməsi.

Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının Qanunu

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

Sahibkarlıq fəaliyyətinin təşkilində biznes-planın rolu

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Korporativ idarəetmə. Ruslan Atakişiyev İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri. Məruzəçi:

Azərbaycan Respublikası Prezidentinin

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Strateji Planlaşdırma və Təşkilati Struktur Standartı

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI T Ə H S İ L P R O Q R A M I AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

İnformasiya məhsullarını Beynəlxalq bazarı

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU İNNOVASİYA FƏALİYYƏTİ HAQQINDA BİR SIRA STİMULLAŞDIRICI

1. Standardizasyon ve Kalite. Orhan Küçük. Mart 2004 / 1. Baskı / 208 Səh.

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Şirkətin inkişafının strateji alternativlərinin formalaşdırılması və strategiyanın seçilməsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Transkript:

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ Marketinq kafedrası Bakalavr hazırlığı üçün TURİZM MARKETİNQİ kursunun TƏDRİS PROQRAMI İxtisas 050408 Marketinq GƏNCƏ 2012

2

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ Marketinq kafedrası Bakalavr hazırlığı üçün TURİZM MARKETİNQİ kursunun TƏDRİS PROQRAMI İxtisas 050408 Marketinq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 02 2013-cü il tarixli iclasının 336 saylı əmri ilə təsdiq edilmişdir. GƏNCƏ 2012 3

Tərtib edənlər: i.f.d., dosent Xasay Musa oğlu Mehdiyev Rəy verənlər: AzTU-nun Menecment kafedrasının dosenti, i.f.d., Xalidə Mehdi qızı Ağayeva ADAU-nun Aqrar biznesin təşkili və idarə edilməsi kafedrasının dosenti, i.f.d. Etibar Əsgər oğlu İmamverdiyev Elmi redaktor: AzTU-nun Marketinq kafedrasının müdiri, i.f.d., dosent Nüşabə Aslan qızı Hacıyeva 4

İ Z A H A T V Ə R Ə Q İ Bazar iqtisadiyyatının formalaşması dünya iqtisadi prosdeslər praktikasında istehsal təsərrüfat fəaliyyətinin forma və metodlarına marağın artmasına səbəb olmuşdur. Onların içərisində yalnız bazarın tələbatının səmərəli ödənilməsi deyil, həm də kəskin rəqabət mübarizəsində müəssisənin uğur qazanmasını təmin edən marketinq xüsusi yer tutur. İlk dəfə istehsal sahəsində yaranan marketinq turizm sahəsində uzun müddət müvafiq tətbiqini tapmamışdır. Lakin rəqabətin güclənməsi, turist fəaliyyətinin kommersiyalaşdırılması turist müəssisələrinin iş praktikasında marketinqin əsas elementlərinin sürətli tətbiqinin zəruriliyinə gətirib çıxarmışdır. Bu məsələnin həllinin respublikamız üçün əhəmiyyəti xüsusilə boyükdür. Çünki zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Turizm öz perspektivliyinə görə qeyri-neft sektoru sahələri içərisində aparıcı mövqelərdən birini tutur. Ölkəmizdə turizmin əksər növlərinin (mədəni, sosial, müalicə-sağlamlıq, kommersiya, ekoloji, idman və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə Azərbaycanda turizmin inkişafı üçün münbit şərit yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Lakin buna baxmayaraq ölkənin turizm potensialından hələlik lazımınca istifadə edilmir. Bu potensialın gerçəkliyə çevrilməsində marketinqin rolu olduqca mühümdür. Bütün bunlar əsas tutularaq kursun müasir tələblərə cavab verən tədris proqramının hazırlanması olduqca vacib və aktualdır. 5

Bu fənnin tədrisində əsas məqsəd tələbələrə bazar münasibətləri şəraitində turizm sahəsində marketinq haqqında zəruri bilikləri öyrətmək və onun praktikada tətbiq edilməsi sahəsində vərdişlərin aşılanmasına kömək göstərməkdir. Proqramda turizm sahəsində marketinqin sosial-iqtisadi mahiyyəti aydınlaşdırılır, marketinq xidmətinin spesifikliyi qeyd olunur, marketinqin nəzəriyyə və praktikasının inkişafına baxılır, turizmdə marketinqin tətbiq edilməsinin əsas şərtləri və prinsipləri nəzərdən keçirilir, turist müəssisələrində marketinq konsepsiyasının reallaşdırılması texnologiyası şərh olunur, marketinqin informasiya sistemi nəzərdən keçirilir, turizmdə marketinq mühitinin öyrənilməsinin zəruriliyi əsaslandırılır, turist məhsulunun, rəqiblərin, turist xidməti istehlakçılarının marketinq tədqiqi aparılır, turizmdə marketinq strategiyasının formalaşmasına mühüm yer ayrılır, turist müəssisələrində məhsul, qiymət, satış strategiyaları tədqiq olunur, marketinqin təşkili və nəzarət sistemi öyrənilir. Tədris proqramının məzmunu və quruluşu marketinq ilə bağlı olan və yuxarıda qeryd olunan məsələlərin qarşılıqlı əlaqələri və asılılığı nəzərə alınmaqla məntiqi ardıcıllıqla qurulmuşdur. Turizm marketinqi fənninin proqramı 60 saat həcmində nəzərdə tutulur ki, bunun da 30 saatını mühazirə, 30 saatını isə seminar dərsləri təşkil edir. 6

Mövzu 1. Turizmdə marketinqin mahiyyəti və məzmunu Marketinqin sosial-iqtisadi mahiyyəti. Marketinqin müəyyən edilməsinə sistemli yanaşma. Marketinq iqtisadi proses kimi. Marketinq təsərrüfat funksiyası kimi. Marketinq təsərrüfat konsepsiyası kimi və ya müasir biznes fəlsəfəsi kimi. Sosial-etik marketinq konsepsiyası və onun formalaşması. Sosial-etik marketinq konsepsiyasının klassik marketinq konsepsiyasından fərqi. Xidmət anlayışı və turizm xidmətin mühüm sahəsi kimi. Xidmət bazarı və onun əmtəə bazarlarından fərqi. Xidmətlərin bütün müxtəlifliyi şəraitində onlara xas olan ümumi xarakterik cəhətləri: hissedilməzlik (duyulmazlıq), istehsal və istehlakın ayrılmazlığı, keyfiyyət dəyişkənliyi, saxlanıla bilinməməsi. Xidmət bazarının xüsusiyyətləri, xidmətlərin özünün xarakteristikası və istehlakçılar tərəfindən onların qəbul edilməsi ilə turizmdə marketinqin spesifikliyinin müəyyən edilməsi. Turizmdə marketinqin mahiyyəti, rolu və əhəmiyyəti. Turizm məhsuluna xas olan xüsusiyyətlər. Ümumdünya turizm təşkilatı tərəfindən turizmdə marketinqin müəyyən edilən əsas funksiyaları.turist müəssisələrində marketinqin vəzifələri. Mövzu 2. Turizmdə marketinq konsepsiyaları Marketinqin nəzəriyyə və praktikasının inkişafı. Marketinqin inkişafında 1929-1932-ci illərin iqtisadi böhranının rolu. Turizmdə marketinq konsepsiyasının formalaşması mərhələləri. Marketinq konsepsiyası ilə kommersiya səylərinin intensivləşdirilməsi konsepsiyasının fərqli cəhətləri. Turizm sənayesinə daxil olan müəssisələr, təşkilatlar, idarələr. Turizmdə marketinqin səviyyələri. Marketinqin kommersiya sferasına aid olan səviyyələr. Turizmdə qeyri-kom- 7

mersiya sferasını xarakterizə edən səviyyələr. Bu səviyyələr arasında əlaqə. Turizmdə marketinqin vertikal səviyyəsi ilə yanaşı üfüqi koordinasiyası. Üfüqi koordinasiya və marketinq tədbirlərinin kooperasiyası. Milli səviyyədə turizm marketinqi. Dövlətin turizm siyasəti. Ölkə imici və onun səviyyələri. Müxtəlif ölkələrin turizm siyasətindəki fərqlər. Turist firması turistlə turist xidməti istehlakçıları arasında vasitəçi kimi. Turoperatorlar və turagentlər. Təşkil edilmiş turizm bazarının strukturu. Turizm bazarında situasiyanın satıcı bazarı ndan alıcı bazarı na keçidin xarakterizə olunması və onu müəyyən edən amillər. Turist müəssisələri marketinqin inkişafı. Turist xidmətinə tələbin inkişafının müasir meylləri. Turistlərin davranış stereotiplərində baş verən dəyişikliklər. Turistlərin öz zövqünə uyğun seçilmiş fərdi səfərlərə üstünlük verməsi. Tələbin müasir inkişafının mühüm xüsusiyyətləri. Turist səfərlərinin sıxlığı və uzunluğu. Marketinqin qarşılıqlı münasibətlər konsepsiyası. İstehlakçılarla qarşılıqlı münasibətlərin müxtəlif səviyyələri. Turizmdə marketinqin tətbiq edilməsinin əsas şərtləri və prinsipləri. Turist müəssisələrində marketinq konsepsiyasının reallaşdırılması texnologiyası. Marketinq kompleksi və onun əsas elementləri. Marketinq kompleksinin daha bir neçə tərkibi: personal, onun ixtisası və təhsili; göstərilən xidmətlər prosesi; mühit. Marketinqin bütün əsas elementləri üzrə xüsusi strategiyanın işlənib hazırlanması. Mövzu 3. Turizmdə marketinq tədqiqatları Marketinq tədqiqatlarının aparılmasının zəruriliyi, məqsədi və əhəmiyyəti. Marketinq tədqiqatlarının mahiyyəti. Marketinq tədqiqatlarının tipləri. Marketinq tədqiqatlarının vəzifələri. Situasiyalı təhlil və onun məqsədi. Siyuasiyalı təhlilin aparılmasında marketinq tədqiqatlarının rolu. 8

Marketinq tədqiqatlarının metodlar sistemi. Ümumelmi metodlar. Analitik-proqnostik metodlar. Metodik üsullar götürülmüş bilik sahələri. Marketinqin təhlili metodları. Marketinq tədqiqatları qaydaları və proseduraları. Marketinqin tədqiqatlarının aparılmasının əsas mərhələri. Marketinqin tədqiqatlarının təşkili formaları. Bu tədqiqatların turist firmalarının öz gücü ilə və ya bu sahədə ixtisaslaşmış digər təşkilatların köməyi ilə həyata keçirilməsi. Marketinqin tədqiqatlarının təşkili formalarının seçilməsini müəyyən edən amillər. Tədqiqat brifinqi. Brif və onun əsas elementləri. Marketinqin tədqiqatlarının istiqamətləri. Mövzu 4. Turist müəssisələrində marketinq informasiya sistemi Turizmdə marketinq informasiyasının əhəmiyyəti. Düzgün informasiya şəraitində marketinqin imkanları. Marketinq informasiyasının təsnifatı. Məlumatların aid olduğu dövrə görə marketinq informasiyalarının tarixi, cari və proqnoz informasiyalara ayrılması. Qiymətlərdirmə imkanlarına görə kəmiyyət və keyfiyyət informasiyaları. Əmələ gəlməsinin dövrülüyünə görə sabit, dəyişən və epozidik informasiyalar. Mənbələrinə görə təkrar və ilkin informasiyalar. Təkrar informasiyaların mənfi və müsbət cəhətləri. Marketinqin sistemində informasiyalrın formalaşması və istifadəsinin əsas prinsipləri. Marketinq informasiya sistemi. Daxili informasiya sistemi. Xarici marketinq informasiya sistemi və bu sistemdə ümumi və məhdudprofilli informasiya mənbələri. Sindikativ informasiya, onun müsbət cəhətləri və çatışmamazlıqları. İlkin marketinq informasiyasının toplanması sistemi. Sorğu metodu. Sorğuların təsnifatı. Sorğunun əsas formaları. Poçt sorğusu və onun üstünlükləri. Müşahidə metodu, onun 9

üstünlükləri və nöqsanları. Eksperimentlər. Əsas eksperiment qrupları: laboratoriya və səyyar eksperimentlər. Marketinq informasiyasının mənbəyi kimi ekspert qiymətləndirmə metodları. Ekspert qiymətləndirmədən istifadənin kəmiyyət və keyfiyyət səviyyələri. Ekspert qiymətləndirmənin çatışmazlıqları. Marketinq tədqiqatlarının aparılmasında fokus qrup metodu. Mövzu 5. Turist müəssisələrinin marketinq mühitinin öyrənilməsi Marketinq mühiti anlayışı. Marketinqin mühit amillərinin tərkibi. Daxili mühit ümumi marketinq mühitinin bir hissəsi kimi. Daxili mühitinin tədqiqinin məqsədi və müxtəlif istiqamətlər üzrə təhlili. Daxili mühitinin tədqiqi zamanı müəssisə mədəniyyəti və onun öyrənilməsinin əhəmiyyəti. Xarici mühit. Turist müəssisələri marketinqinin makromühit amilləri. Makromühitin demoqrafik amillərinin öyrənilməsi. Sosial-mədəni və təbii amillər. Elmi-texniki amillərin təhlili. Bilavasitə makromühit. Makromühitin bilvasitə xarici mühitini təşkil edənlər: istehlakçılar, rəqiblər, əlaqə auditoriyası, əlaqədar təşkilatlar. Mövzu 6. Turizm bazarının və rəqiblərin marketinq tədqiqi Bazar anlayışı və onun müəyyən edilməsinə mühüm yanaşmalar. Turizm bazarı və onun xarakteristikası. Turizm bazarının xarakteristikası zamanı nəzərə alınan mühüm məqamlar. Turizm bazarının təsnifləşdirilməsi. Ölkələrə münasibətinə görə turizm bazarları. Daxili turizm bazar. Səyyar turizm bazarı. Səyahətin təşkili xarakterinə görə təşkil edilmiş və təşkil edilməmiş turizm bazarları. Marketinq fəaliyyətinin xüsusiy- 10

yətləri və məzmunu nöqteyi-nəzərindən olan bazarlar. Turizm bazarının keyfiyyət strukturu. Bazarın tədqiqinin ümumi məqsədi. Turizm bazarının konyunkturası və onun qiymətləndirilməsi. Turizm bazarı konyunkturasına təsir edən amillər. Turizm bazarı konyukturasının tədqiqi mərhələləri. Bazarın tutumun müəyyən edilməsi. Bazar payı göstəricisi. Bazar payı göstəricisi üzrə müəssisənin rəqabət qabiliyyətinin qiymətləndirilməsi. Turist müəssisələrinin rəqabət mühiti. Rəqabət - turizm bazarının ən mühüm əlamətlərindən biri kimi. Turizm sahəsində rəqabətə təsir edən amillər. Rəqiblərin öyrənilməsi və qiymətləndirilməsi. Rəqiblərin qiymətləndirilməsində marketinq tədqiqatlarının rolu. Rəqib qrupları: birbaşa rəıqiblər və potensial rəqiblər. Rəqiblərin təhlili elementləri. Rəqiblərin fəliyyətinin təhlilində informasiya toplanmasının əhəmiyyəti. Kəmiyyət və keyfiyyət informasiyaları. Rəqiblərin keyfiyyət xarakteristikası. Bazarın rəqabəıt kartı. Bazarın rəqabət kasrtının qurulmasında istifadə edilən göstəricilər. Bazarın rəqabət kartının formalaşması matrisası. Mövzu 7.Turist məhsulunun marketinq tədqiqi Turist məhsulu anlayışı. Turist məhsulu mürəkkəb müxtəlif elementlərin məcmusu kimi. Əsas və əlavə xidmətlər. Əsas turist məhsulu. Turist məhsulunun səviyyələri. Turizmdə xidmətin keyfiyyəti. Turist məhsulunun mövqeyinin müəyyənləşdirilməsi. Turist məhsulunun bazar mövqeyinin müəyyənləşdirilməsinin bazarın seqmentləşdirilməsi ilə sıx əlaqəsi. Turist müəssisəsi mövqeyinin müəyyənləşdirilməsində istifadə edilən alternativ yanaşmalar. Turist məhsulunun mövqeyinin müəyyənləşdirilməsinin bir sıra amillərin uçotunu tələb etməsi. Mövqeyin 11

müəyyənləşdirilməsində məhsulun fərqləndirici xüsusiyyətlərinin rolu. Məhsulun mövqeləşdirilməsində yol verilən əsas səhvlər. Turist məhsulunun həyat dövrü. Turist məhsulunun öz inkişafında keçdiyi əsas mərhələlər. Məhsulun bazara çıxışı və ya tətbiq mərhələsi, onun xarakterik cəhətləri. Artım mərhələsi. Yetkinlik mərhələsi və onun xarakterisatikası. Tənəzzül mərhələsi. Həyat dövrü ilə əlaqədar turist firmaları qarşısında duran məsələlər. Mövzu 8. Turist xidməti istehlakçılarının marketinq tədqiqi Turizm sferasında istehlakçıların öyrənilməsi marketinq tədqiqatlarının mühüm istiqaməti kimi. İstehlakçıların tədqiqinin turist xidmətinin alınmasının əsas motivlərinin üzə çıxarılmasının, istehlakçı davranışının təhlilinin və sairənin turist müəssisələri üçün əhəmiyyəti. İstehlakçıların düzgün başa düşülməsinin formalaşmasında əsas tutulan prinsiplər. İstehlakçı davranışının modeli. İstehlakçılara istiqamətləndirmə - marketinqin əsas prinsipidir. Turist xidməti istehlakçılarına təsir göstərən amillər. Xarici sövqedici amillər. Şəxsiyyət amilləri. İstehlakçılara turist müəssisələrinin marketinq amilləri vasitəsilə birbaşa təsir göstərməsi. Mədəni qabildən olan amillər də müştərilərə birbaşa təsir göstərən amillərdir. İstehlakçıların davranışı və ona təsir edən amillər. İstehlakçı davranışına çoxsaylı referent qruplarının güclü təsiri. İstehlakçıların davranış motivləri. Motivləşdirmə prosesi. Turist xidmətinin alınması haqqında qərarın qəbul edilməsi prosesinin xarakteristikası. Alqı prosesi və onun pillələri. 12

Mövzu 9.Turist məhsulunun seqmentləşdirilməsi Seqmentləşdirmə - daha perspektivli məqsədli bazarların seçilməsi vasitəsi kimi. Seqmentləşdirmənin əsas məqsədi. Bazarın seqmentləşdirilməsi turizmdə marketinqin ən mühüm vasitələrindən biri kimi. Seqmentləşdirmənin əsas əlamətləri. Coğrafi əlamət üzrə seqmentləşdirmə. Demoqrafik əlamət üzrə seqmentləşdirmə. İctimai-iqtisadi əlamət üzrə seqmentləşdirmə. Psixoqrafik seqmentləşdirmə. Müştərilərin sövqedici motivlər üzrə turizm bazarının seqmentləşdirilməsi. Gəzintinin müddəti əlaməti üzrə seqmentləşdirmənin turist müəssisələri üçün əhəmiyyəti. Bir neçə əlamət üzrə turizm bazarlarının seqmentləşdirilməsi. Məqsədli bazarlar və onların seçilməsi. Məqsədli bazarların seçilməsinin əsas mərhələləri. Bazar seqmentinin potensialının müəyyən edilməsi. Bazarın münasibliyinin və mühümlüyünün qiymətləndirilməsi. Bazar seqmentinin mənimsənilməsi. İmkanların təhlili. Məqsədli bazar seqmentinin optimal sayının axtarışı zamanı istifadə edilən metodlar. Mövzu 10.Turizmdə marketinq strategiyasının formalaşması Strateji marketinq planlaşdırılmasının mahiyyəti. Strateji marketinq planlaşdırılmasının məna və xüsusiyyətləri. Situasiyalı təhlil.turist müəssisəsinin marketinq strategiyasının müəyyən edilməsinin konkret situasiyadan asılılığı. Rəqabət üstünlüyünün müəyyən edilməsi. Turizm sahəsində rəqabət üstünlükləri. Müəssisənin məqsədinin işlənib hazırlanması strateji marketinq planlaşdırılmasının mühüm mərhələsi kimi. Müəssisənin məqsədlərinin planlaşdırılması. Turist müəssisələrinin tipik məqsədləri: iqtisadi, eqoist, sosial. 13

Alternativ strategiyaların işlənib hazırlanması. Məhsul bazar matrisası və onun marketinqin alternativ strategiyasının işlənib hazırlanmasında əhəmiyyəti.firmanın bazara dərin girməsi strategiyası. Məhsulun işlənib hazırlanması strategiyası. Strategiyanın seçilməsi və qiymətləndirilməsi. Marketinq strategiyasının seçilməsində nəzərə alınmalı əsas amillər. Maraqlar və rəhbərlik münasibətlərinin marketinq strategiyasının seçilməsində rolu. Seçilmiş strategiyanın qiymətləndirilməsinin onun uyğunluq meyarı üzrə aparılması. Marketinq proqramının işlənib hazırlanması. Marketinq proqramının strukturu. Marketinq büdcəsi və onun formalaşması metodları. Mövzu 11.Turist müəssisələrində marketinqin məhsul və qiymət strategiyası Məhsul strategiyası anlayışı. Məhsul strategiyasının formalaşması və əhəmiyyəti. Təklif edilən məhsulun strukturunun optimallaşdırılması. Həyat dövrü mərhələsindən asılı olaraq bazara yeni məhsulların tətbiq edilməsi. Marketinq fəaliyyətində yeni məhsullar. Bazara yeni turist məhsullarının işlənib hazırlanmasının və tətbiqinin mühüm xüsusiyyətləri. Turizmdə yeni məhsulun işlənib hazırlanmasının əsas mərhələləri. Turist müəssisələrinin marketinq kompleksində qiymətlər. Düzgün seçilmiş qiymət strategiyasının həm turist məhsulunun rəqabət qabiliyyətinə, həm də müəssisənin fəaliyyətinə həlledici təsiri. Marketinq fəaliyyətində qiymətin mühüm funksiyası. Qiymət strategiyasının formalaşmasında turizm sahəsində qiymətin əmələ gəlməsinə təsir göstərən xüsusiyyətlərin nəzərə alınması. Turist müəssisələrində qiymətin əmələ gəlməsi səviyyələri. 14

Qiymət strategiyasının işlənib hazırlanması zamanı nəzərə alınması zəruri olan xarici amillər. Qiymətlərin müəyyən edilməsinin turist müəssisələrinin imici ilə əlaqəsi. Qiymətin əmələ gəlməsinin əsas məqsədləri. Mövzu 12. Turist müəssisələrində marketinqin satış strategiyası Satış marketinqin mühüm elementlərindən biri kimi. Satış strategiyasının formalaşması. Marketinq fəaliyyətində satışın rolu. Satış strategiyasının işlənib hazırlanması prosesinin mərhələləri. Satış strategiyası müəssisənin ümumi marketinqinin mühüm hissəsi kimi. Turist məhsulunun satış kanalları. Satış kanallarının səviyyələri. Birsəviyyəli satış kanalı. İki və çox səviyyəli satış kanalları. Satış üzrə turizm agentliyi. Şaquli marketinq sisteminin (ŞMS) tipləri. Vasitəçilərin seçilməsi və onlarla iş formasının müəyyən edilməsi. Satış kanalı üçün vasitəçilərin seçilməsi meyarları. Mövzu 13. Turist müəssisələrinin spesifik firma üslubu Firma üslubu anlayışı. Firma üslubunun formalaşmasının məqsədi. Dar və geniş mənada firma üslubu. Firma üslubunun öz sahibinə verdiyi üstünlüklər. Firma üslubunun əsas elementləri: əmtəə nişanı, firma şrift yazısı (loqotipi), firma şüarı (sloqanı), firma bloku, firma rəngi və s. Firma üslubunun əsas daşıyıcıları. Firma üslubunun bu və ya digər daşıyıcılarının işlənib hazırlanması, formalaşması üçün reklam agentliklərinin xidmətindən istifadənin məqsədəuyğunluğu. Əmtəə nişanları və onların tətbiqi. 15

Mövzu 14. Marketinq kommunikasiya sistemində şəxsi satış və turist təbliğatı Turist müəssisələri marketinqində şəxsi satış və onun əhəmiyyəti. Şəxsi satış marketinq kommunikasiya elementi kimi. Şəxsi satışın kommunikasiya xüsusiyyətləri. Şəxsi satış prosesi və onun mərhələləri. Müştərinin qəbul edilməsi və əlaqə yaradılması. Müştəri ilə əlaqələrin müəyyən edilməsinə kömək edən metodlar. Müştərinin tələbatının üzə çıxarılması. Müxtəlif davranış tipləri. Turist təbliğatının mahiyyəti və onun xüsusi məqsədləri. Təbliğat və birbaşa reklam arasında fərqlər. Turist təbliğatının əsas elementləri. Kütləvi informasiya vasitələri ilə əlaqələrin təşkili və onun müəyyən edilməsinin əsas üsulları. Mövzu 15.Reklam və turist müəssisələrində marketinqin təşkili və nəzarət sistemi Marketinq kommunikasiya sistemində reklam. Reklam anlayışı, Turizm sferasında reklamın xüsusiyyətləri. Turist reklam növlərinin təsnifatı. Müasir reklam prosesinin xasrakteristikası. Reklam agentlikləri. Reklam fəaliyyəıtinin həyata keçirilməsinin əsas mərhələləri. Turist müəssisələrində marketinqin təşkili. Turist müəssisələrində marketinq şöbəsinin təşkilat strukturu. Marketinq xidmətinin funksional təşkili. Regional prinsip üzrə marketinq xidmətinin təşkili. Marketinq xidmətinin təşkilat strukturlarının güclü və zəif tərəfləri.turist müəssisələrinin marketinq strukturunun təşkili zamanı onun qurulmasının əsas prinsipləri. Marketinq fəaliyyətində nəzarətin zəruriliyi, məqsəd və vəzifələri. Turizmdə marketinq nəzarət pörosesi və onun mərhələləri. Strateji marketinq nəzarəti. Turizmdə marketinq təftişi 16

TURİZM MARKETİNQİ fənni üzrə ayrılmış tədris saatlarının bölgüsü (60 saat) Saatların bölgüsü Mövzuların adları O cümlədən Cəmi Müh. Məşğ. 1 2 3 4 5 1 Turizmdə marketinqin mahiyyəti və məzmunu 4 2 2 2 Turizmdə marketinq konsepsiyaları 4 2 2 3 Turizmdə marketinq tədqiqatları 4 2 2 4 Turist müəssisələrində marketinq 4 2 2 informasiya sistemi 5 Turist müəssisələrinin marketinq 4 2 2 mühitinin öyrənilməsi 6 Turist bazarının və rəqiblərin 4 2 2 tədqiqi 7 Turist məhsulunun marketinq 4 2 2 tədqiqi 8 Turist xidməti istehlakçılarının 4 2 2 marketinq tədqiqi 9 Turist məhsulunun seqmentləşdirilməsi 4 2 2 10 Turizmdə marketinq strategiyasının 4 2 2 formalaşdırılması 11 Turist müəssisələrində marketinqin 4 2 2 məhsul və qiymət strate- giyası 12 Turist müəssisələrində marketinqin 4 2 2 satış strategiyası 13 Turist müəssisələrinin spesifik firma üslubu 4 2 2 14 Marketinq kommunikasiya 4 2 2 sistemində şəxsi satış və turist təbliğatı 15 Reklam və turist müəssisələrində 4 2 2 marketinqin təşkili və nəzarət sistemi Cəmi 60 30 30 17

İSTİFADƏ OLUNAN ƏDƏBİYYATLAR 1. Акулич И.Л., ДемченкоЕ.В. Основы маркетинга. Уч. Пособие.Мн, 1998 2. Багиев Г.Л., Тарасович В.М., Анн Х. Маркетинг: Учебник для вузов. М., ОАО Изд-во «Экономика» 1999 3. Васильев Г.А., Поляков В.А. Основы рекламы. Уч. Пособие. М., Вузовский учебник. 2009 4. Голубков Е.П. Основы маркетинга. М., «Финпресс» 1999 5. Дурович А.П. Маркетинг в туризме. Уч. Пособие. Мн., Новое знание, 2004 6. Məmmədov A.T. Marketinqin əsasları. Dərs vəsaiti. Bakı, İqtisad universiteti nəşriyyatı, 2007 7. Məmmədov X.Ə., Mirzəyev S.Q. Marketinqin əsasları. Dərslik. Bakı, Qapp Poliqraf nəşriyyatı, 2001 8. Yeganlı S.T., Hacıyev E.M. Turizm. Dərs vəsaiti, Bakı, 2006 9. Сарафанова Е.В., Яцук А.В. Маркетинг в туризме. М., Инфра М, 2007 18

19

20