Туркестанская Библиотека - Turkistan Library. Ömər Xəyyam. Rübailər

Benzer belgeler
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

BÖYÜK DƏCCAL Amerika

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

günahsız qurbanı olan azad insanların ruhauna təqdim edirəm. Abbasəli Əhmədoğlu( ) SON TÜFƏNG

MİRZƏ FƏTƏLİ AXUNDOV HEKAYƏTİ-MOLLA İBRAHİMXƏLİL KİMYAGƏR. Təmsili-qisseyi-vaqiə ki keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

DAVETLİSİ

F. M. Dostoyevski. Gülməli adamın yuxusu

SƏNİ YARADANI SEVİRƏM...

SUPER EŞŞƏK. Yusif Nazim. Gənc yazarın e-kitabı. Milli Virtual Kitabxananın təqdimatında

DOSTUM AY ÇEVİRƏNİ ƏZİZ SƏLAMİ

Zaur USTAC ÇƏHRAYI KİTAB. (Seçmə şeirlər)

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA

1915 Çanakkale Savaşlarının 100. Yılı ve 1918 Kafkas İslam Ordusu Anısına

AZERBEYCAN KÜLTÜRÜ VE EDEBİYATININ GELİŞMESİNDE HÜSEYİN CAVİD İN RÖLÜ

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Con Steynbek XRİZANTEMLƏR

SALAM SARVAN ŞEİRLƏR

Söz mənimkidir. Aşıq Ağalar

AZƏRBAYCAN DİLİNİN İZAHLI LÜĞƏTİ NDE GEÇEN KUVVETLENDİRME EDATLARI

Seyid Ramin YAŞASIN ÖLMƏK!

BİRİNCİ FRAQMENT. Bir gənc ana uşaq arabasını yırğalayır, əlilə irəlini göstərərək körpəni ovutmağa çalışır.

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

Qunça. A.Elyar. 1.Səhnə - Xiyavan

tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalında əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı q

Müşfiq XAN Ünvansız sevgi detektiv roman

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Abbas Abdulla Yalnızam

UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Xoxan. Gənc yazarın e-kitabı. Günay Dağlı. Poetik və nəsr toplusu. Milli Virtual Kitabxananın təqdimatında

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

COŞĞUN QARABULUD COŞKUN KARABULUT HARDAN HARAYA NERDEN NEREYE

Uilyam Somerset Moem Həyati hadisələr

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Sarı saatlar dənizində

AŞIQ GÜLABI MЯN OLMAYANDA

ÜLVİ BÜNYADZADƏ SƏNİN OXŞARIN BƏNÖVŞƏDİ

Мян бир сюз билирям. Ибращим илйаслы. mən bir söz bilirəm. Ģ e r l ə

Şeyxa Suad Əl-Sabah MƏNİ GÜNƏŞƏ APAR

İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI

Aparıcı uşaqlara uyğun müraciətlə:

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ

Taksi

ƏLİBABA MƏMMƏDOVUN MAHNILARI

İstəmədən Getmək. (Hekayə 1)

Rəşid bəy və Səadət xanım İsmayıl bəy Qutqaşınlı

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Şeyxa Suad Əl-Sabah MƏNİ GÜNƏŞƏ APAR. Milli Virtual Kitabxananın təqdimatında. Babək Əhmədov

Ruzbeh Məmməd. 365 gün

Adam girir min dona, macal yoxdu şeytana, Əsir düşüb insana, şeytan da it günündə.

Сян кюврялмя mяn kюvrяlim

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri

40 Hədis. Müəllif: Yəhya ibn ġərəf ən-nəvəvi

Andrey PLATONOV. TORPAQDA ÇİÇƏK (Hekayə. Orijinaldan yeni tərcümələr)

DÜNYA XALQLARININ NAĞILLARI. xalqlarının. (Nyamanın quyusu)

BORÇALILI ŞAİR ZƏRGƏR MUSA VE ŞİİRLERİ * Bahadır GÜNEŞ

Şahin Xəlil. Bakı 2011

Şahin Xəlil. Bakı 2011

СЫЬЫНАЪАГ ЛИМАН ЙОХДУР

NEHEMYA. Orijinalın adı: Nehemiah Orijinal mətn: Roy Harrison

Nəsir QƏDİRLİ HƏQİQƏTLƏR, GÜMANLAR. (Şeirlər)

Xalid Hüseyni Min Möhtəşəm Günəş. Bütün dünyada inanılmaz uğur qazanan Çərpələng uçuran ın yazarından

Ernest Heminquey KİLİMANCARO QARLARI

Namaz. Dəstəmaz Dəstəmaz namazın müqəddiməsidir. Namaza başlamazdan əvvəl mütləq dəstəmaz alınmalıdır. Dəstəmazsız namaz düzgün deyildir və batildir.

Şir u Xurşid Teatrının Salonunda

Giriş Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir gənclə görüşməyə başlayır. Yazıçı gəncdən məktəbdə öyrədilməyən

Yol odur ki, haqqa vara... Yunus Əmrə

TƏHMƏZ TƏNHA ŞƏMKIRLI (ALIYEV) 1990-cı il QANLI YANVAR İZLƏRİ (poema)

3. Tarix hesabı və ya müxtəlif təqvimlər

ÖLÜMƏ QƏDƏR. Ramil Soltanov. Mərhəmətli, Rəhimli Allahın adı ilə. Bakı 2007

Muhəmməd ibn Əhməd əz-zəhəbi. Böyük günahlar

EPİK STİLDƏ TELEVİZİYA TAMAŞASI

İngilis dilindən tərcümə: Anna Sedova Orijinal kitabın adı: Five Kings of Judah Müəllif: Cennifer Haayer

Şahin Xəlil. Oxuyana...lənət!

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

AŞIQ NABAT ƏLDƏ XINA, GÖZDƏ YAŞ

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Yeni torpaqlara səyahət

"DEYİRDİM Kİ, BU QURULUŞ DAĞILACAQ" Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy lə Ədalət Tahirzadə nin söhbəti ( 17 oktyabr aprel 1992 )

Bahtiyar Vahabzade nin Şiirlerinde Sonbahar

Zaur USTAC ORİYENTİR ULDUZU

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Transkript:

Ömər Xəyyam Rübailər

Bu rübailər təxminən 55 il bundan əvvəl tərcümə olunub. Tərcüməçinin dediyinə görə, bu zəhmətli işi 30 ilə tamamlayıb. İlk dəfə yayınlanır Birinci Fəsil Nə sən bilirsən nə də mən 1 Sirri əzəli nə sən bilirsən nə də mən, Bu biləməcəyi nə sən oxursan nə də mən, Biz pərdənin arxasında söyləşmədəyiz, Ta pərdə düşür nə sən qalırsan nə də mən. 2 Fəzlü ədəbə mühit olan alimlər, Ətrafı ki rövşən etdilər misli qəmər, Yol bulmadılar bu leyləyi müzləmdə, Əfsanə deyib də yatdılar ən axır. 3 Əvvəl mənə iztirar ilə verdi vücud, Dirlikdə mənə nə oldu cüz heyrət sud? Getdik dəxi ikrah ilə biz anlamadıq, Kim böylə gediş-gəlişlə nəymiş məqsud?

4 Boş sözlər ilə bir iddə məğrur olmuş, Hur eşqinə də bir iddə rəncur olmuş, Qalxsaydı şu pərdələr olardı məlum, Onlar sən olan məhəlldən dur olmuş. 5 Bir tayifə dinü məzhəb içün düşünür, Bir dəstə dəxi şəkkü yəqin düşgünüdür, Nagah münadi o tərəfdən bağırar, Ey gümrah olanlar nə odur yol nə budur.

6 Biz xeyli dolaşdıq bu çölü, şəhri, köyü, Gəzdik bütün afaqdə illər uzunu, Bu yoldan eşitmədik ki gəldi birisi, Hərgiz geri dönmədi gedənlər bu yolu. 7 Bir kasə ki tərkib bulub oldu dürüst, Qıymaz onu qırsın birisi olsa da məst Bu qədr gözəl sinə, topuq, baş, əl, ayaq, Nə içün belə qayrıldı niçün buldu şikəst? 8 Saldı ki təbayii bu şəklə yaradan, Nə içün yenidən götürdü nəzmi aradan? Gər qabil imiş bu şəkli qırmaq nə içün, Naqabil imiş əgər, kimindir nöqsan? 9 Hərçənd mənim gözəl qoxum, rəngim var, Həm sərvqədəm, simtənəm gülruxsar, Mən bilmədim aləmdə bu nəqqaşi əzəl, Nə içün məni eylədi belə nəqşü nigar? 10 Olsaydı könül sirri-həyatə dana, Anlardı nədir ölümdəki sirri-xuda, Heç şey ki bugün özündə sən anlamadın, Getdikdə özündən nə qanırsan fərda?

11 Axır bu gəlib-getməmizin sudu hanı? Ümmidi həyatın təlinin pudu hanı, Bu çənbəri çərxdə yanıb, topraq olan Pakizələrin canlarının dudu hanı? 12 Bir kasədir bu ki əql onu alqışlar, Yüz busə onun sevinclə alnından alar, Çömləkçi fələk böylə gözəl bir kasə, Əldən çıqarıb sonra onu daşə çalar. 13 Düşmüş nə zamanda işə bu zərrin tas, Viran olacaq nə dəmdə bu şanlı əsas, Məlum edə bilməz onu meyari üqul, Təyin edə bilməz onu miqyasi qiyas. 14 Bu çarxda böylə parlayan yıldızlar, Aqilləri kim tərəddüdə salmışlar, Sən aqil ol onları müdəbbir sanma, Biəzm dönüb, iradəsiz fırlarlar. 15 Çarxın nə imiş qazancı mən gəlmişkən, Həm artmaz onun gözəlliyi ölsəm mən, Həm də qulağım eşitmədi bir kəsdən, Çarxın nə imiş qəsdi bu gəldən, getdən.

16 Ey dil açamazsan bu müəmmayı sən, Dana dediyi nüktəyi də bilməzsən, Sən qırmızı meylə burda yap bir cənnət, Məlummu behiştə gedəsən getməyəsən? 17 Madam ki yox həqiqəti əmrə yəqin, Məqul deyil əsiri olmaq şəkkin, Doldur içəlim ki bir xəbərsiz şəxsə, Heç fərq eləməz ki içməsin ya içsin. 18 Sən bil ki bu can ayrılacaqdır səndən, Sirri ədəm eylər səni pünhan gözdən, Mey iç haradan gəldiyini duymursan, Şad ol haraya getməlisən, bilmirsən. 19 Cənnətlə cəhənnəmi görən yox ey dil, Ordan bu cəhanə bir gələn yox ey dil, Biz xövfü ümid etdiyimiz ol şeyin, Cüz nam, nişanını bilən yox ey dil. 20 Bu pərdəyi-əsrardə yox kimsəyə yol, Bu qurğuyu kəşfə yoxdur imkani vüsul! Yox torpağın altdan özgə bir mənzilimiz,

Dinlə ki bu cür fəsanələr var bol bol. 21 Onlar ki ümuri əqldə fikr eylər, Əfsus öküzü sağıb süd almaq istər. Şayistə odur libasi cəhli geyələr, Çün əqlə bugün bir ot belə verməzlər. 22 Dəhri bəzəyən sitarələr şamü səhər Daim ki dönüb gəlib və getməkdədirlər, Göy altda, yerin üstə də var bir məxluq, Allah diri olduqca doğub bəslərlər. 23 Bu çarxı-fələk ki onda biz fırlanırız, Fanusi xəyal kimi bir şey sanınız. Xurşidi çıraq, aləmi fanus bil, Biz onda olan süvər kimi heyranız. 24 Təhqiq ağacından olmadı mivə dərən, Zira bu yolu olmadı bir doğru gedən, Hərkəs bu ağacda tutdu bir vecsiz dal, Bil bugünü dün, həm dünü bugün kimi sən. 25 Heç vaxt bilikdən olmadım mən məhrum, Əsrardan az qaldı mənə naməfhum, Yetmiş iki il mən yaşadım gecə-günüz, Bildim bunu kim olmadı heç şey məlum.

26 Bu dairə kim biz onda get-gəl ediriz, Nə əvvəli nə sonu bilinməz hərgiz. Yoq doğru deyən birisi ki bu aləmdə, Gəldik haraya biz, gedirik ya hara biz. İkinci Fəsil Həyat təsvirləri 27 İstərsən əgər təriqi şəhvət gedəsən, Məlumun ola bir əliboş bədbəxtsən. Baq gör kimsən sən haradan gəlmişsən, Bir qan nə edirsən haraya getməlisən. 28 Bu qəsr ki baş çəkmiş idi əflakə, Şəhrlər döşənirdi dərgəhində xakə, Gördüm ki oturmuş başına bir qumru, Baqdıqca ötür bu aləmi qəmnakə. 29 Bu köhnə səra ki ad qoyublar dünya, Şamın, səhərin atına olmuş məva, Bir bəzmdir yadigarı yüz Cəmşidin, Bir evdir yatıb yüz ilə Bəhram orda.

30 Ol qəsr ki mey içərdi Bəhram orda, Ceyran bala qoydu tülkülər etdi yuva. Bəhram bütün ömrünü gor ovlarkən, Gördün necə ovladı onu gor amma? 31 Bu xalq bizi qəbrə qoyar öldükdə, Örtərlər o qəbri bir iki kərpiclə, Həm sonra bizim toprağımızdan onlar, Kərpic kəsəcəklər genə ayrı qəbrə. 32 Üstündə bu toprağın yatanlar görürəm, Altında dəxi gizli qalanlar görürəm. Hər qədr bu dəşti ədəmə kim baqıram, Daim gedərək qayıtmayanlar görürəm. 33 Gördüm ki qonub hisari tusə bir quş, Keykavusun kəlləsin əlində tutmuş, Söylərdi o kəlləyə ki əfsus, əfsus, Zəngin səsi gəlməyir döhüllər susmuş. 34 Küzə yapılan məhəldə keçən gecə mən, Gördüm iki min küzəyi dinməz və dinən. Derlərdi mənə zəbani-hal ilə hanı Küzə qayıran, küzə alan, küzə verən?

35 Bir küzəgəri işlər ikən gördüm mən, Salmışdı işə çarxını ol mərdi kühən. Cürətlə boğaz qulp qayırardı küzəyə Şahlar başı həm dilənçilər dəstindən. 36 Ey küzəgər ağlın var isə fikr elə sən, Xaki təni insanə bu təhqir nədən? Xusrov başıdır, Firidunun barmağıdır, Bu çarxa qoyubsan nə güman eylərsən? 37 Bir küzəgəri dünən bazarda gördüm, Bir az çamıra təpik vururdu hərdən. Palçıq dedi ki: məni yavaş döy usta, Xar etmə məni, ki mən də sən kimi idim. 38 Bu əlləri palçıqda olan küzəçilər, Öz işlərinə qılsalar huş ilə nəzər, Təhqir ilə döydükləri bu palçıqlar, Həp xaki bədəndir bunu bilməzlər məgər? 39 Usta uşağa bir az acıqlan axır, Danla degilən yavaşca etsin qəlbir, Çox məğzi Qubadü çəşmi Pərvizdir ol Topraq ki töküb qəlbirə öylə ələyir.

40 Bu kuzə ki mən tək aşiqi zar imiş, Zülfi siyəhi yarə giriftar imiş. Bu qulp ki görürsən sən onun boynunda, Bir qoldur o kim həmayili yar imiş. 41 Bizdən irəli var idi bu leylü nəhar, Həm bir iş içün işlər imiş bu dəvvar. Bu toprağa ahəstə götür qoy ayağın, Bir mahruxun göz bəbəyidir zinhar. 42 Hər çöldə ki bir lalə göyərmiş, bitmiş, Ol laləyi bir şahın qanı surx etmiş. Bağlarda bitən bənövşənin hər birisi, Bir mahvəşin yüzündə bir xal imiş. 43 Hər ot ki ləbi cuydə baş göstərmiş, Guya dodağında bir pərinin bitmiş. Təhqir ilə etməyin o növü pamal, Bir laləruxun xaki onu səbz etmiş.

44 Hər bir gülü etmədi bu dövran pürbar, Kim axır onu salmaya topraqlara xar. Topraqları qaldırsa sular kimi bulud, Həşrə qədər istəklilərin qanı yağar. 45 Etdi çəməni göz yaşı əbrin parlaq. Gülrəng şərab olmasa olmaz yaşamaq. Bu səbzələrə bugün ki bizlər baqarız, Bizlər ot olan zamanda kimlər baqacaq? 46 Çaldım daşa bir küzəyi keçən gecə mən. Çox kefli idim verdi bu iş baş məndən. Ol küzə dedi ki: mən də sən kimi idim Bir gün də mənim kimi olursan dəxi sən. 47 Çıqdı əlimizdən ol vəfalı dostlar, Payi əzəl onları əzib etdi xar. Bir meydən içirdik dirilik bəzmində, Bizdən iki dövrə tez yıqıldı onlar.

48 Tumari şəbabımız oqundu bitdi, Eyşin də gözəl kitabı başa yetdi. Eyşin quşu kim adı cavanlıq idi, Bilməm nə zaman gəldi nə dəmlər getdi. 49 Bizlər həp oyuncağız fələk bazigər. Sanma sözümü məcaz, ciddən belədir. Biz oynardıq səhnəyi dirlikdə sora, Dolduq ədəmin sandığına birbir biz. 50 Bu əhli qübur oldu həp xakü qubar, Zərratı bütün bibirinə durdu kənar. Ah bu necə badədir tamam içməzdən, Mədhuşu xəbərsiz yıqılıb qalmışlar.

Turkiston Kutubxonasi Turkistan Library Туркестанская Библиотека http://www.turklib.ru http://www.turklib.uz http://www.turklib.com САЙТ НАРОДНОГО ПОЭТА УЗБЕКИСТАНА ХУРШИДА ДАВРОНА www.khurshiddavron.wol.bz