1 Mühazirə: Microsoft Excel cədvəl redaktorunda verilənlərin formatları Yeni dərsin planı: 1.Xanalar üçün xətlərin və rənglərin seçilməsi 2.Xanalara şriftlərin tətbiqi 3.Xanalarda verilənlərin formatları 1.Xanalar üçün xətlərin və rənglərin seçilməsi Xanalarda yazılmış informasiyanın və xananın özünün cədvəldə necə görsənməsi həmin verilənlərə və xanalara tətbiq edilmiş formatlardan asılıdır. Xananın formatı dedikdə həmin xananın daxili rəngi, kənar xətlərinin forması verilənlərin xana daxilində yerləşdirilməsi qaydası başa düşülür.verilənin formatı dedikdə isə onun tipi( mətn,ədəd,tarix,valyuta,faiz),rəngi,qalın,maili və ya altıxətli olması nəzərdə tutulur.hər bir verilənin və xananın formatını müəyyən etmək üçün Формат menyusundan Ячейки əmrini seçmək lazımdır.bu zaman ekrana Формат ячеек dialoq pəncərəsi açılır.burada hər bir bölmədən verilənlər və xanalar üçün müxtəlif formatlar seçmək mümkündür Число verilənlərin tipini seçmək üçün Шрифт -verilənlər üçün şrift seçir Граница xanaların kənar xətlərini seçmək üçündür Вид xana daxili rəngləri müəyyən edir Зашита xanalar və işçi vərəqlər üçün mühafizə kodunu müəyyən edir. Xanaların daxilini rəngləmək üçün Формат ячеек dialoq pəncərəsinin Вид səhifəsi seçilir.bu əməliyyatı asan üsulla etmək üçün Формат alətlər panelindən Цвет заливки düyməsi sıxılır.bu zaman açılan pəncərədə seçilmiş xanalar üçün müxtəlif rənglər müəyyən etmək olar.buradan Нет seçilməsi xanaları rəngsiz edəcəkdir. Формат alətlər panelində yerləşən Цвет шрифта aləti isə xanalara daxil edilən simvollara müxtəlif rənglər vermək üçün istifadə olunur. Cədvəllərə tərtibat vermək və ya vacib xanaları fərqləndirmək üçün xanalar müxtəlif formalı və rəngli kənar xətlərlə əhatə edilir.kənar xətlər və xətlərin rəngləri Формат ячеек dialoq pəncərəsinin Граница səhifəsindən seçilir.
2 Bu rejimlərdən istifadə edərkən işçi vərəqi təşkil edən şərti xətləri gizlətmək məqsədə uyğundur.bunun üçün Сервис menyusunda yerləşən Параметры əmri seçilir.sonra bu menyunun Вид bölməsindən Сетка rejimi aktiv edilir. Misal 1:Xətlərin seçilməsi. 1.İşçi vərəqdə B2 xanasından E10 xanasına kimi seçin. 2.Формат menyusundan Ячейки əmrini seçin. 3.Граница səhifəsinə keçin. 4.Тип линии sahəsindən qoşa xətt seçin və Внешние düyməsini sıxın. 5. Тип линии sahəsindən tək xətt seçin və Внутренние düyməsini sıxın. Bu əməliyyatdan sonra aşağıdakı cədvəl alınacaqdır. 2.Xanalara şriftlərin tətbiqi Hər bir xanadakı verilənə sistemin imkan verdiyi istənilən şrift tətbiq etmək mümkündür.yəni bir xana və xanalar qrupu üçün Azeri,digərləri üçün isə Arial seçmək olar. Bütöv işçi vərəqi seçmək üçün sətir nömrələri ilə sütun adlarının kəsişdiyi sahədəki düyməni sıxın.bundan sonra Формат ячеек dialoq pəncərəsinin Шрифт səhifəsinə keçin.açılan pəncərədən xanalar üçün şriftlərin formalarını stilini,ölçüsünü və digər parametrləri seçə bilərsiniz. Exceli-ın işçi vərəqləri müstəqil xanalardan təşkil olunduqları üçün şriftin seçilməsi zamanı kursor bir xananı əhatə edirsə, onda seşilmiş şrift məhz bu xanaya aid ediləcəkdir.xanaların belə xüsusiyyətlərə malik olmaları Excel-də şriftlərlə iş zamanı istifadəçilər üçün bəzi çətinliklər törədir.buna görə də hər hansı bir şrift bir qrup xanaya tətbiq edilməlidirsə,onda əvvəlcə həmin xanalar bloka alınmalı və sonra lazımi şrift seçilməlidir.bir və ya bir neçə xanaların formatını digər xanalara da köçürmək üçün standart alətlər panelinin Формат alətindən istifadə et. Выравнивание səhifəsindəki rejimlər vasitəsilə verilənləri xana daxilində müxtəlif istiqamətlərdə yerləşdirmək mümkündür.
3 Buradakı По горизонтали sahəsindən verilənlərin üfiqi По вертикали sahəsindən isə verilənlərin şaquli istiqamətdə bərabərləşdirilməsi müəyyən edilir. Ориентация sahəsində isə verilənlərin xana daxilində ləşməsi istiqaməti seçilir. Burada əlavə olaraq bir neçə faydalı rejimlər də vardır. Пероносить по словам mətni xana daxilində bükür və onun davamının qonşu xanalara keçməsinin qarşısını alır. Автоподбор ширины davamı qonşu xanaya keçmiş mətni xananın daxilinə tam yerləşənə qədər kiçildir. Обьединение ячеек seçilmiş xanaları birləşdirir. Misal 2:Verilənlərin yerləşdirilməsi 1.B5, B9 və D9 xanalarına İnformatika Elm İstehsalat Birliyi yazın 2.B9 xanasına keçib Формат menyusundan Ячейки əmrini seçin.bu zaman Формат ячеек dialoq pəncərəsi açılır. 3.Выравнивание səhifəsindən Пероносить по словам rejimini aktiv edib OK düyməsini sıxın 4.D9 xanasına keçib yenə Выравнивание səhifəsini açın 5.Ориентация sahəsində maillik bucağını 90 dərəcə qoyun və Ok düyməsini sıxın Bu əməliyyatdan sonra cədvəl aşağıdakı kimi olacaq. İnformatika Elm İstehsalat Birliyi İnformatika Elm İstehsalat Birliyi İnformatika Elm İstehsalat Birliyi Bərabərləşdirmə əməliyyatlarını aparmaq üçün Format alətlər panelinin
4 По левому краю- sol tərəfə görə bərabərləşdirmə,по центру mərkəzə görə bərabərləşdirmə,по правому краю- sağ tərəfə görə bərabərləşdirmə alətlərindən də istifadə edilir. Excel-in Format alətlər panelində yerləşən Обьединение ячеек aləti seçilmiş xanaların tərkibindəki mətni eyni zamanda bir və ya bir neçə sütun üzrə mərkəzləşdirməyə xidmət edir. Misal 3:Verilənlərin bərabərləşdirilməsi 1.B3,C3 və D3 xanalarına eyni bir Uçot sözü yazın 2.B3 xanasında По левому краю- düyməsini sıxın 3.C3 xanasında По центру - düyməsini sıxın 4.D3,E3 və F3 xanalarını seçin və Обьединение ячеек düyməsini sıxın. Bundan sonra cədvəl aşağıdakı kimi alınacaqdır Uçot Uçot Uçot 3.Xanalarda verilənlərin formatları Xanalarda verilənlərin formatını seçmək üçün Формат ячеек dialoq pəncərəsinin Число səhifəsi açılır.kateqoriya sahəsində verilənə tətbiq ediləcək formatın tipi seçilir.məsələn: Общий ümumi olub,verilənin formatını dəyişmir Денежный valyuta tipli verilənlərə tətbiq olunan formatlar Финансовый mühasibat və maliyyə tipli verilənlərə tətbiq olunan formatlar Дата tarix tipli verilənlərə tətbiq olunan formatlar Время vaxt tipli verilənlərə tətbiq olunan formatlar Процентный - tipli verilənlərə tətbiq olunan formatllar Текстовой mətn tipli verilənlərə tətbiq olunan formatlar Процентный formatı tətbiq edildikdə ədəd 100-ə vurulur və sonunda faiz işarəsi görünür. Format alətlər panelində yerləşən Увеличить разрядность və Уменщить разрядность alətləri ədədlərin kəsr hissəsini bir mərtəbə artırmağa və bir mərtəbə azaltmağa imkan verir.ədədlərin kəsr hissəsinin mərtəbəsi azaldıldıqda yuvarlaqlaşdırma da aparılır. Şərti formatlaşdırma Xanalara yalnız müəyyən şərtlər ödəndikdə aktiv olan formatlar da tətbiq etmək olar.
5 Misal 4: Şərti formatın tətbiqi Tutaq ki,tələbələrin imtahanlardan aldıqları qiymətlərin siyahısı verilmişdir. 1.Aşağıdakı cədvəli tərtib edin 2.B2 xanasından B14 xanasına qədər seçin 3. Формат menyusundan Условные форматирование əmrini seçin. 4.Açılan pəncərənin Значение sahəsindən Больше равно seçirik 5.Bu sahənin qarşısındakı sahəyə 4 daxil edib,формат düyməsini sıxırıq 6.Açılan dialoq pəncərənin Цвет sahəsini açıb,oradan yaşıl rəngi seçib OK düyməsini sıxırıq 7. Добавить(А также) düyməsini sıxıb,şərt sahəsində Равно seçib qarşısındakı sahəyə 3 daxil edib, Формат düyməsini sıxırıq 8.Açılan dialoq pəncərənin Цвет sahəsini açıb,oradan sarı rəngi seçib OK düyməsini sıxırıq 9. Добавить (А также)düyməsini sıxıb,şərt sahəsində Меньшеseçib qarşısındakı sahəyə 3 daxil edib, Формат düyməsini sıxırıq 10.Açılan dialoq pəncərənin Цвет sahəsini açıb,oradan qırmızı rəngi seçib OK düyməsini sıxırıq Familyası Qiyməti 1 Abdullayeva Şirin 5 2 Allahverdiyeva Pərvin 5 3 Aslanlı Şəlalə 4 4 Alışova Ərkinaz 4 5 Əliyeva Rübabə 4 6 Hümmətova Elnarə 5 7 Həsonova Hilal 3 8 Xudayeva Səbinə 5 9 İsrayıllı Aysel 3 10 Qasımova Aysel 4 11 Mehdiyeva Aysel 2 12 Musayeva Aygün 2 13 Məmmədli Nəzrin 3 14 Məmmədzadə Fatimə 3 Qeyd etmək lazımdır ki, xanalara yalnız üç şərt tətbiq oluna bilər.
6 Dərsin möhkəmləndirilməsi üçün suallar: 1.Xanalarda yazılmış informasiyanın və xananın özünün cədvəldə görsənməsi nədən asılıdır? 2.Xananın formatı dedikdə nə başa düşülür? 3.Verilənin formatı dedikdə nə başa düşülür? 4.Hər bir verilənin və xananın formatını müəyyən etmək üçün Формат menyusundan hansı əmri seçmək lazımdır? 5.Формат ячеек dialoq pəncərəsini təşkil edən səhifələr hansılardır? 6.Xanaların daxilini rəngləmək üçün Формат ячеек dialoq pəncərəsinin hansı səhifəsində istifadə edilir? 7.Формат ячеек dialoq pəncərəsinin Граница səhifəsi hansı funksiyanı yerinə yetirir? 8.İşçi vərəqi təşkil edən şərti xətləri gizlətmək üçün hansı menyunun əmrindən istifadə edilir? 9.İşçi vərəqi bütövlükdə necə seçmək olar? 10.Формат ячеек dialoq pəncərəsinin Число səhifəsi hansı bölmələrdən ibarətdir? 11.Format alətlər panelində yerləşən Увеличить разрядность Уменщить разрядность alətləri hansı əməliyyatları yerinə yetirir? 12. Şərti formatlaşdırma zamanı xanalara neçə şərt tətbiq oluna bilər? və Ədəbiyyat: 1.M.S.Xəlilov İnformatika Dərslik.Bakı-2009 Səhifə159- Səhifə 163 2.Əli Abbasov, Mətləb Əlizadə,Etibar Seyidzadə,Mahilə Salmanova İnformatika və kompüterləşmənin əsasları Dərslik. Bakı-2005 Səhifə 596- Səhifə 614 Müəllim: / /
7