Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Benzer belgeler
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

AZERCELL TELEKOM MMC. 31 dekabr 2017-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş maliyyə hesabatları

Marketinq. Mehdiyev Əkbər

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Expressbank Açıq Səhmdar Cəmiyyətinin 2016-ci il üzrə YARIMİLLİK HESABATI

5 li KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT ÜZRƏ

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Strateji Planlaşdırma və Təşkilati Struktur Standartı

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

[18] 1. Ümumi müddəalar

BANK O F BAKU AÇ IQ SƏHMDAR CƏ MİYYƏ Tİ İ darəetmə hes abatı

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

BALANS HESABATI A-AKTİVLƏR

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Açıq bazar əməliyyatları. Banklardan kənar nağd pul. Baza inflyasiya. Çərçivə alətləri. Deflyasiya. Dezinflyasiya. Dollarlaşma

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

BANK AVRASİYA AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN TƏHLÜKƏSİZLİK DEPARTAMENTİ HAQQINDA Ə S A S N A M Ə 1. ÜMUMİ MÜDDƏALAR

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azər-Türk Bank ASC üzrə

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

3 Təsirin qiymətləndirilməsi üzrə metodologiya

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

İqtisadiyyat nazirinin 2017-ci il 15 mart tarixli F-44 nömrəli əmri ilə təsdiq edilmişdir

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

MÜQAVİLƏLƏR. Müştəri / / 2016-cı il Bakı, Azərbaycan

Ziraat Bank Azərbaycan Açıq Səhmdar Cəmiyyəti

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 2 -li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Transkript:

Dövlət qeydiyyatına alınmışdır Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat 2010-cu il Təsdiq edilmişdir Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti Protokol 2010-cu il Nazir müavini Mərkəzi Bankın sədri Toğrul Musayev Elman Rüstəmov Banklarda stress testlərin aparılması haqqında Qaydalar Bakı-2010

1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında və Banklar haqqında Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, habelə beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır. 1.2. Bu Qaydalar banklarda və xarici bankların yerli filiallarında (bundan sonra - banklar) stress testlərin aparılmasına dair minimum tələbləri müəyyən edir. 2. Anlayışlar 2.1. Stress test gözlənilməz, müstəsna, lakin mümkün şoklara bankın həssaslığının qiymətləndirilməsi alətidir. Beynəlxalq praktikada stress testlərin iki əsas növü mövcuddur: - ssenari təhlilləri; - həssaslıq təhlilləri. 2.2. Ssenari təhlili eyni zamanda bir neçə risk faktorun dəyişməsinin bankın maliyyə durumuna təsirinin qiymətləndirilməsidir. 2.3. Həssaslıq təhlili hər hansı bir risk faktorunun dəyişməsinin bankın maliyyə durumuna təsirinin qiymətləndirilməsidir. 2.4. Risk faktoru bank daxili və bankdankənar, əvvəllər müşahidə olunmuş və ya bankın fəaliyyətinə potensial təsir edə biləcək, ölçülə bilən risklər üzrə faktorlardır. 3. Stress testlərin aparılması metodologiyası 3.1. Stress testlər istisna hallarda baş verə biləcək hadisələr üzrə risk faktorlarının dəyişməsinin bankın maliyyə durumuna potensial təsirinin

qiymətləndirilməsi üçün həyata keçirilir və bankın potensial zəif tərəflərini izləməyə, qiymətləndirməyə və zəruri preventiv tədbirləri müəyyən etməyə imkan verən risklərin risklərin idarə olunması mexanizminin elementlərindən biridir. Stress test çərçivəsində banklar kəskin zərərlərə gətirib çıxaran və risklərin idarə edilməsini çətinləşdirən hər bir risk faktorunu nəzərə almalıdır. Bu faktorlar bazar, kredit, likvidlik və digər risklərin komponentlərini özündə cəmləşdirir. 3.2. Stress testlərin keçirilməsi nəticəsində aşağıdakılar müəyyən edilir: - bankın kapitalının şoklara dözümlüyü; - şoklar nəticəsində bankın məruz qaldığı maksimum itki; - bankın fəaliyyətində boşluqlar; - müxtəlif risklərin qiymətləndirilməsi və onların qarşılıqlı əlaqəsi; - bankın makro iqtisadi amillərdən asılılığı. Ssenari təhlili mümkün ekstremal hadisənin baş verməsi nəticəsində eyni zamanda bir neçə faktorun bankın maliyyə vəziyyətinə təsirini ölçür. Ssenari təhlilləri uzunmüddətli dövrləri əhatə edir. Həssaslıq təhlili yalnız bir faktorun dəyişməsinin bankın maliyyə durumuna təsirini ölçür. Ssenari təhlilindən fərqli olaraq həssaslıq təhlili daha qısamüddətli dövrü əhatə edir. 3.3. Hər bir bankda stress testlərin həyata keçirilməsi üçün bankın həcmindən və onun fəaliyyət istiqamətlərinin mürəkkəbliyindən asılı olaraq stress test modeli hazırlanmalıdır. 3.4. Stress testlərin aparılması zamanı potensial maksimal zərərin müəyyənləşdirilməsi üçün müxtəlif risk faktorlarının kombinasiyasına baxılmalı və onların bir-biri ilə əlaqəsi nəzərə alınmalıdır. Risk profillərinin müxtəlifliyi səbəbindən, habelə beynəlxalq səviyyədə qəbul edilmiş stress testlərin keçirilməsi standartlarının olmaması ilə əlaqədar stress test modellərinin qurulması hər bir bankda ona uyğun olan şəkildə həyata keçirilməlidir. Banklar məqsədindən asılı olaraq şokların təhlili üçün həm həssaslıq həm də ssenari təhlillərini həyata keçirməlidirlər.

3.5. Banklar ilkin olaraq stress testlərin həyata keçirilməsi üçün onlara təsir edə biləcək risk növlərini müəyyən etməli və müəyyən edilmiş hər bir risk və onun kateqoriyası üzrə stress testlər həyata keçirməlidir. 3.6. Ilkin mərhələdə hər bir risk kateqoriyası üzrə banka təsir edə biləcək makro və mikroiqtisadi risk hadisələri müəyyən edilməli, onların tarixi dinamikasına baxılmalı və bankın maliyyə hesabatlarının ətraflı təhlili həyata keçirilməlidir. Bu növ təhlillər həyata keçirildikdən sonra banka təsir edə biləcək şoklar müəyyən edilməlidir. Şoklar stress testin keçirilmə məqsədindən asılı olaraq müəyyən bir istiqamətdə və ya kompleks şəkildə ola bilər. 3.7. Stress test proseslərində hadisələrin ekstremallıq və ehtimal kriteriyalarının əlaqəsi nəzərə alınmalıdır. Yəni, hər hansı bir risk faktorunun ekstremal həddə dəyişilməsi ehtimalı mümkün olmalıdır. Stress testlər hadisələrin baş vermə ehtimallarını müəyyən etmir. Bu səbəbdən ssenarilərin seçilməsi zamanı hadisələrin baş vermə ehtimallarının başa düşülməsi vacib şərtdir. 3.8. Stress testin həyata keçirilməsi üçün istifadə edilən məlumatların mötəbərliyi və aktuallığı yoxlanılmalıdır. Bu zaman istifadə edilən hesabatların davamlıq və müqayisəlilik meyarlarına uyğunluğunun təmin edilməsi nəzərə alınmalıdır. 3.9. Stress testdə qəbul edilmiş hər bir fərziyyə təhlil edilməli və əsaslandırılmalıdır. 3.10. Stress testlər həyata keçirilərkən ən pis, ən yaxşı və ehtimal olunan ssenariləri tərtib olunmalı və fərziyyələr daxil olmaqla hər bir ssenari üçün ayrıca meyarlar və şoklar müəyyən edilməlidir. 3.11. Stress testlərin keçirilməsi zamanı risk faktorlarının müəyyən edilməsində yalnız keçmiş məlumatlara əsaslanmaq düzgün olmayan nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən stress testlərin hazırlanması zamanı bank tarixi ssenarilərdən başqa potensial riskləri və maksimal itkiləri nəzərə alan hipotetik ssenariləri də nəzərdən keçirməlidir.

3.12. Bankın məruz qaldığı risk faktorlarının sayı həddən artıq çox olduqda bu faktorların arasından yalnız bankın fəaliyyətinə ciddi təsir edə biləcək əsas risk faktorları seçilməli və onların bankın maliyyə durumuna təsiri ölçülməlidir. Stress testlər aparılarkən ən azı aşağıdakılar nəzərə alınmalıdır: - müxtəlif sektorlarda baş verən şok hadisələrinin bankın kredit portfelinə və onun keyfiyyətinə təsiri; - ÜDM-də baş verən dəyişikliklərin bankın kredit və depozit portfelinə təsiri; - inflyasiya dəyişkənliyinin bank məhsullarının faizlərinə və kredit portfelinə təsiri; - müxtəlif məhsulların faiz dərəcələrinə təsiredici amillərdə baş verən dəyişikliklərin həm faiz dərəcələrinə, həm də bankın mənfəətinə, kapitalına, kredit və depozit portfelinə, xarici valyutada olan aktiv və öhdəliklərinə təsiri; - qeyri-işlək kreditlərin strukturunda baş vermiş dəyişikliklərin bankın mənfəətinə, kapitalına və likvidliyinə təsiri; - iri kreditlərlə bağlı yaranmış problemlərin bankın kredit portfelinə, likvidliyinə və mənfəətinə təsiri; - xarici borcların vaxtından əvvəl geri çağırılmasının bankın likvidliyinə təsiri; - iri depozitlərin geri çağırılmasının bankın likvidliyinə təsiri; - bankda yüksək likvidli vəsaitlərin azalmasının yeni kreditlərə təsiri; - əməliyyat gəlirinin azalması və/və ya əməliyyat xərcinin artmasına təsir edən amillərin kəskin dəyişməsi; - maliyyələşmədə problemlər; - təminatın dəyərinin dəyişməsi; - xarici valyutanın rəsmi məzənnəsinin dəyişməsi; 3.13. Banklarda stress testlər aparıldıqdan sonra əldə edilmiş nəticələr ən azı aşağıdakı hesabatlarda öz əksini tapmalıdır:

- cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı balans hesabatı; - cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı mənfəət və zərər hesabatı; - cari dövrdə şoklardan sonrakı ödəniş müddətinin bölgüsü cədvəli; - cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı kredit portfeli - cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı ən azı aşağıdakı əmsallar: - kapitalın adekvatlıq əmsalı; - leverec əmsalı; - ani likvidlik əmsalı; - birinci dərəcəli kapitalın adekvatlıq əmsalı; - vaxtı keçmiş kreditlərin portfeldə payı; - ROE əmsalı; - ROA əmsalı; - likvid aktivlərin aktivlərə nisbəti əmsalı; - xalis faiz gəlirinin ümumi gəlirlərə nisbəti əmsalı; - açıq valyuta mövqeyinin kapitala nisbəti əmsalı. 3.14. Hər bir bankda stress testlərin aparılması qaydaları hazırlanmalı və bank tərəfindən aparılan stress testlərin bütün mərhələləri bu qaydalarda öz əksini tapmalıdır. 3.15. Stress testlər aparılarkən Mərkəzi Bank tərəfindən qoyulmuş normativlərin nəzərə alınması vacibdir. Hər hansı bir ssenari və ya həssaslıq təhlilinin nəticəsi olaraq istənilən normativin pozulmasına bank rəhbərliyi tərəfindən məsuliyyətlə baxılmalı və bu halın sığortalanması üçün müvafiq tədbirlər həyata keçirilməlidir.

4. Stress test işinin təşkili 4.1. Banklar operativ qərar qəbul etmənin təmin edilməsi məqsədi ilə ən azı ayda bir dəfə stress testləri həyata keçirməlidirlər. 4.2. Stress testlərin həyata keçirilməsi bank rəhbərliyinin şəxsi nəzarəti altında olmalıdır. 4.3. Stress test modeli, o cümlədən stress testin həyata keçirilməsi zamanı istifadə edilən ehtimallar bankın risklərin idarə edilməsi bölməsi tərəfindən hazırlanmalı, Risklərin idarə edilməsi komitəsi tərəfindən ona baxılmalı və Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir. Modelə ən azı ildə bir dəfə, zəruri hallarda isə müətmadi olaraq yenidən baxılmalıdır. Modeldə istifadə edilən ehtimallara və şoklara hər bir stress test keçirilərkən fərdi qaydada baxılmalı və təsdiq edilməlidir. 4.4. Bank rəhbərliyi stress testin aktuallığına hər zaman diqqət yetirməli və bankın davamlı inkişafının təmin edilməsi və şok hadisələrinə qarşı müqavimətinin gücləndirilməsi üçün stress testlərin dəqiqləşdirilməsi və modifikasiyasına daimi nəzarət etməlidir. 4.5. Əsas diqqət şok hallarında bankın hansı tədbirləri həyata keçirəcəyini müəyyən etməyə yönəldilməlidir. Bu səbəbdən stress test nəticəsində əldə edilmiş nəticələr bank rəhbərliyinə təqdim edilməli və risk hallarının qarşısının alınması məqsədi ilə tədbirlər planı hazırlanmalıdır. 4.6. Stress testin nəticəsi olaraq bankın fövqəladə hallar planına yenidən baxılmalı və zəruri hallarda əlavə və dəyişikliklər edilməlidir. 5. Hesabatlıq 5.1. Hər bir keçirilmiş stress testin nəticəsi barədə hesabat tərtib edilməli və bankın Müşahidə Şurasına təqdim olunmalıdır. Hesabatda ən azı aşağıdakılar əhatə olunmalıdır:

- stress testdə istifadə edilən şokların izahı və bu şokların tətbiq edilməsinin səbəbləri; - stress testdə qəbul edilmiş fərziyyələrin siyahısı və bu fərziyyələrin əsaslandırılması; - stress testdə istifadə edilmiş məlumatlar barədə ətraflı hesabat; - Bu Qaydaların 3.14. bəndindəki nəticələri əhatə edən hesabat; - stress test həyata keçirilməklə əldə edilmiş nəticələrlə bağlı kompleks tədbirləri özündə əks etdirən tədbirlər planı.