Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi

Benzer belgeler
Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Marketinq. Mehdiyev Əkbər

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ CƏHƏTDƏN İŞLƏNMƏSİ QAYDASI. Metodik vəsait

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

BÖYÜK DƏCCAL Amerika

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

Biologiya tədrisi sisteminin formaları

[18] 1. Ümumi müddəalar

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

OUTDOOR Çöl reklamları, binaların üzərində, stadionlarda, avtobus üzərində reklam. INDOOR BTL (ING: BELOW-THE-LINE)

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Acronis True Image Home 2012

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Ana kart (Motherboard)

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

DAVETLİSİ

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Kommunal müəssisələr tərəfindən satınalma

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

«Proses iştirakçısının Elektron şəxsi kabineti»

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

Transkript:

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi Müəlliflər: Natiq Axundov Hümeyir Əhmədov Svetlana Yahyayeva Xuraman Səlimova Bakı: Aspoliqraf, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmun baxımından; 2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan; 3. Dizayn və bədii tərtibat baxımından; 4. Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmunu baxımından. 1. Məzmun baxımından Dərslikdə verilmiş materiallar məmulatların hazırlanmasında əməli cəhətdən bacarığın inkişaf etdirilməsinə imkan verir. Bu baxımdan dərslikdəki tapşırıqlar şagirdlərdə həmin bacarıqların üzə çıxarılmasına yönəlmişdir. Belə tapşırıqların öhdəsindən gələn şagird nə qədər çevik və dərrakəli olsa da, bu sahədə müəyyən dərəcədə sərbəst şüura malik olmaq istəyir. Bunun üçün sadə mövzulara müraciət edilərsə, bu daha münasib olar. Yəni şagirdin öhdəsinə düşən tapşırıqlar ona yük olmamalıdır. Dərslikdə müəyyən qüsurlar var. Bunlar aşağıdakılardır: Səhifə 10. Şəkil 6. Qayçı ilə iş: Mürəkkəb konturlu detalları bir neçə kəsik etməklə kəsmək olar cümləsinin əvəzinə Mürəkkəb konturlu detalları rahat kəsmək üçün əvvəlcədən boşluqları ümumi şəkildə sonra isə xırda hissələri kəsmək olar cümləsini yazmaq olar. Bu şəkil ilə uyğunluq təşkil edəcək. Həmin səhifədə şəkil 7. Bir arası kəsilməz xətt üzrə kəsmək üçün kağızı müxtəlif tərəflərə döndərin. cümləsinin əvəzinə Arası kəsilməyən eyni xətti kəsmək üçün kağızı təsvirin istiqamətinə uyğun olaraq, müxtəlif tərəflərə döndərin və kəsin. cümləsini yazmaq daha düzgün olar. Bundan başqa Küt və yivi boşalmış qayçı ilə işləməyin cümləsinin əvəzinə Küt və yivi (vinti) boşalmış qayçı ilə işləməyin. cümləsinin verilməsi daha aydın olar. Yeriyərkən qayçı ilə kəsməyin. deyil, Qayçı ilə kəsərkən, yeriməyin. yazmaq daha düzgündür. Səhifə 12. Şəkil 1. Verilən izah: İynəni ancaq iynə qabında saxlayın. Burada papaq təsviri verilmişdir. Demək təsvirlə izah üst-üstə düşməmişdir. Bu baxımdan iynə qabı ilə bərabər xüsusi süngəri də qeyd etmək olardı. Həmin səhifədə şəkil 5. Tikmə zamanı iynəni baş və şəhadət barmaqları ilə saxlayın və oymaqla qorunan... sözlərinin əvəzinə oymaq taxılmış barmaqla itələyin verilməsi daha düzgün sayıla bilər. 2

Səhifə 12. Yapışqanla iş: Yapışqanın sifətə, xüsusən gözlərə düşməsi yolverilməzdir əvəzinə belə yazılmalıdır: Yapışqanın üzə, xüsusən də gözlərə düşməsi təhlükəlidir. Səhifə 13. İkinci sıradakı qatlama nişanlama aydın deyil, yəni təsvir edilən izah nəticə ilə uyğun gəlmir. Səhifə 15. Birinci sıradakı dairələrin ölçü nöqtələri düzgün verilməmişdir. 2-ci sıradakı 3-cü dairənin bölgüləri aydın deyil. Səhifə 16. Özümüzə xidmət edək mövzusuna aid verilmiş şəkillərdə ardıcıllıq yoxdur. Otağımızı təmiz saxlayaq cümləsində əgər xidmətdən bəhs ediriksə, demək belə yazmaq daha düzgün olar: Otağımızda təmizlik işləri aparaq. Bu təsvirlə uyğun gələ bilər. Səhifə 22. Səhər süfrəsi mövzusunda süfrənin təsvirində izahlar uyğunluq təşkil etmir. Xama ayrıca qabda qoyulur ifadəsi verilirsə də, şəkildə xama plastik qabda təsvir edilir. Duzqabı qoyulur cümləsi əvəzinə Duzqabılarda duz qoyulur daha düzgün olardı. Səhifə 23. Nahar süfrəsi mövzusunda Salfeti nimçələrin sürüşməməsi üçün qoyulur cümləsində salfet yazılmalıdır. Səhifə 24. Təsvirdə verilmiş kağız salfetlərin tərtib edilməsi gigiyena qaydalarına zidd ola bilər. Parça salfeti şam şəkildə qatlama qaydası açıqlanmayıb. Səhifə 26. Bıçaqdan yeməyin bu yaxşı deyil, ağzınızı yaralıya bilərsiniz. cümləsində bıçaqdan əvəzinə bıçaqla sözünü yazmaq lazımdır. Səhifə 29. Gəlincik mövzusu. Yubka üçün naxış seçin. cümləsində yubka sözü əvəzinə ətək yazılmalı idi. Səhifə 32. Toyuq oyuncağı mövzusunda verilmiş Elə edin ki, plastilin lövhənin kənarları nazik, ortası isə qalın olsun. cümləsinin əvəzinə Silindr və ya boru forması düzəldin və üst hissədən barmaqla sıxaraq, onu damcı formasına gətirin. cümləsi yazılsa daha da düzgün olar. Səhifə 33. Rəng haqqında nəyi bilirik? başlığı altında verilmiş Bütün rənglərin öz aralarında və məmulatın fonu ilə uyğunlaşması üçün rəngkarlığın əsas qanunlarını bilmək vacibdir. cümləsini belə qaydada yazmaq daha düzgün sayılar Bütün rənglərin mühitdə ahəng uyğunluqlarından xəbərdar olmaq üçün rəngkarlıq qanunlarını öyrənmək lazımdır. Səhifə 34. Payız küləyinin təsvirində Bu şəkil yağlı boyalarla çəkilib, ağac çərçivəyə salınmayıb. cümləsinin Bu şəkil heç də yağlı boya ilə çəkilməyib və taxta 3

çərçivəyə salınmayıb. Ağac və yarpaqların təsvir edilməsi üçün isti rəngin çalarından ibarət palitra tərtib edin. cümləsinin əvəzinə Ağac və yarpaqların təsvir edilməsi üçün isti rənglərin çalarlarından palitranı yaradın. cümləsinin verilməsi daha düzgün olar. Plastilin bağla ağacı, çox kiçik bağlarla budaqları döşəyin. cümləsi düzgün qurulmamışdır. Bunu belə yazmaq daha da düzgün olar Ağacın gövdəsi üçün nisbətən böyük bağlar, budaqları üçün isə kiçik bağlar yapıb, fonu təşkil edən, yayılmış plastilinin üzərinə yapışdırın. Səhifə 35. Müxtəlif naxışların effektini əldə etmək üçün yaşıl rəngi müxtəlif miqdarda ağ, qara və göy plastilinlərlə qarışdırmaqla müxtəlif çalarlı lövhələr hazırlamaq lazımdır. cümləsi düzgün qurulmayıb. Müxtəlif naxışların effektini əldə etmək üçün yaşıl rəngli plastini ağ, qara və göy rəngli plastilinlərlə qarışdıraraq yaşıl çalarlı lövhələr hazırlamaq lazımdır. cümləsi kimi verilsə, daha düzgün olar. Səhifə 36. Relyef heykəltəraşlıq növüdür fikrindən əvvəl şagird heykəltəraşlıq haqqında ümumi məlumat almalıdır, sonra relyef, barelyef və qorelyeflə tanış olmalıdır. Səhifə 37. Təsvir üzrə verilmiş sual Barelyefdə daşın xırda dənəli fakturasını necə hazırlamaq olar? sual cümləsinin əvəzinə Barelyefdə daş qırıntılarının fakturasını necə hazırlamaq olar? yazmaq daha düzgün olar. Həmin səhifədə Heykəltəraşlığın əsas növü heykəldir. Heykəl tutumlu formada heykəltəraşlıq əsəri olub, plastik və ya bərk materiallardan hazırlanan təsviri incəsənət növüdür əvəzinə heykəltəraşlıq yunan sözü olub, mənası kəsmək, yonmaq deməkdir. Heykəltəraşın yapdığı fiqur heykəl adlanır. Heykəltəraşlıq əsərləri plastik və bərk materiallardan hazırlanan təsviri incəsənət növüdür kimi məlumatlar verildikdən sonra heykəltəraşlığın növləri olan: relyef, barelyef və qorelyef haqqında bəhs etmək məqsədəuyğun olardı. Səhifə 41. Naxışkəsmə mövzusunda suallar bölməsində verilmiş 3-cü sualda Daha hansı xüsusi təyinatlı qayçıları tanıyırsınız? cümləsini Daha hansı növ qayçıları tanıyırsınız? sual cümləsini yazmaq daha düzgün olardı. Səhifə 42. Kağız zolaqlardan qabarıq applikasiya mövzusunda qar dənəciyi əvəzinə qar dənəciyi fiqurları verilsə, daha düzgün olardı. Kağız zolaqlarından elementlərin hazırlanması növləri başlığı altında verilmiş izahlı təsvirdə yastılaşmış üzük əvəzinə yastılaşmış qoşa üzük və ya eynək yazmaq olar. 4

Səhifə 44. Heyvan siluetləri. Panda mövzusunun izahında siluet fransız sözü olub, mənası fərqli, rəngli tonda, bir tonlu kontur təsvir əvəzinə fiqur və ya əşyanın bir rəngli təsviri deməkdir yazmaq olar. Buna kölgə təsvir deyilir. Pandanın təsviri isə siluet deyil neqativ adlanır. Səhifə 45. Simmetrik naxışkəsmə mövzusunda tapşırıqda verilmiş Onların ülgülərini vərəqə köçürün və rəngli kağıza yapışdıraraq applikasiyalarını hazırlayın. cümləsini Onların ülgülərini rəngli vərəqə köçürün, kəsin və kağıza yapışdıraraq, applikasiyaları hazırlayın. kimi yazmaq daha aydın olar. Bu zaman tapşırığın aydınlığı şagirddə çaşqınlıq yaratmaz. Səhifə 46. Qar dənəciyinin kəsilmə sxemi tam aydınlıqla təsvir edilməmişdir. Səhifə 47. Şəkil üçün verilmiş tapşırıqda salfet kağızı əvəzinə kağız salfet yazılmalıdır. Səhifə 49. Qarışıq parçadan applikasiya. Göbələklər mövzusunda Parçanı sıxmadan onun üzərinə qoyun. cümləsini Parçanı hamar şəkildə onun üzərinə qoyun. kimi yazmaq düzgün olardı. Səhifə 51. Muncuqdan və plastilin kürəciklərdən mozaika. Tovuzquşu mövzusunda verilmiş Seçilən hissə muncuqlarla dolana qədər muncuqların bərkidilməsi davam etdirilir. cümləsinin əvəzinə Seçilən hissə tam şəkildə muncuqlarla bərkidilir. cümləsini yazmaq daha düzgün olardı. Səhifə 53. Kağız modullardan bədii konstruksiyalar. Kağız fırfıra mövzusunda Qatlama üsulu üçün verilmiş təsvirdə kiçik cibciklər sözü kiçik ölçülü ciblər kimi yazıla bilər. Səhifə 66. Su nəqliyyatı mövzusunda şəkillərə əsasən verilən suallarda Suda üzən maşınlar nə üçün lazımdır? sual cümləsini Suda üzən nəqliyyat vasitələri nə üçün lazımdır? kimi yazılsa daha düzgün olar. Səhifə 67. Məişət maşınları mövzunun adı Məişət avadanlıqları kimi verilsə, daha düzgün olar. 2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan Dərslik şagirdlərin yaş və fizioloji xüsusiyyətlərinə müəyyən dərəcədə uyğunluq təşkil edir. Dərsliyin tərtibatında dil üslubu tamamilə pozulub. Bu isə verilmiş materialın şagirdlər tərəfindən tam qavranılmasına çətinlik törədər. Dərsliyin şagird 5

tərəfindən daha da yaxşı mənimsənilməsi üçün verilmiş izah və təsvirlərin dili çox aydın və sadə olması əsas şərtlərdəndir. Düşüncə tələb edən tapşırıqlar həm də əyləncə qədər maraqlı olmalıdır. Quruluşca aydın, məna və mövzu cəhətdən maraqlı olan hər bir tapşırıq şagirddə düşünmə həvəsini yaradacaq. Bu isə onların bu dərsi sevməsi və qavraması üçün əhəmiyyətlidir. 3. Dizayn və bədii tərtibat baxımından Dərs və sıralanmalar aydın şəkildədir. Bununla belə, suallar üçün ayrılmış bölmədə təsvir edilmiş nişanlar daha konkret və aydın şəkildə verilə bilərdi. Fikirləşin, müşahidə edin, tapşırığı yerinə yetirin, fikirlərinizi müzakirə edin və nəticə çıxarın kimi göstəricisi olan nişanlar daha düşünülmüş ola bilərdi. Məsələn: burada nişanların tam fiqur şəklində təsviri elə də əhəmiyyətli sayılmır. Onun əvəzinə portretlərdə ifadələr və hərəkətin konkret şəkildə göstərilməsi dizayn baxımından düzgün sayılar. Fiqurun yerləşməsi üçün onun ölçüsü və həcmi çox balaca görünür. Əldə edilmiş bilik və bacarıqlardan müstəqil istifadə üçün yaradıcılıq tapşırığı nişan təsviri rənginə və formasına görə bir qədər də düşünülməli idi. Tərtibat və dizayn cəhətdən vacib sayılan şərtlərdən biri də budur ki, dərslikdə şrift rahat oxunmalı, təsvir isə aydın verilməlidir. Səhifələrdə verilmiş şəkillərin bir qismi kiçik ölçüdədir. Mətnlər üçün verilmiş təsvirlər sıx şəkildə yerləşdirildiyinə görə yorucu hal yaradır. Səhifə 63. Verilmiş nəqliyyat vasitələrinin təsviri tərtibat baxımından düzgün deyil. Bu mövzu üçün daha aydın və baxımlı nöqtədən çəkilmiş foto şəkil və ya əl işi seçmək olardı. 4. Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmunu baxımından MMV-də dərslərin məqsədi, keçirilmə formaları məzmun standartlarının reallaşdırılmasına metodiki baxımından imkan verir. Bununla belə, vəsaitdə dizayn və bədii tərtibatla bağlı müəyyən qüsurlar var. Nəticə 1. Dərsliyin forzas səhifəsində Dövlət Himni Azərbaycan Respublikasının Dövlət Himni haqqında 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ( Azərbaycan marşı ) ixtisar olunub. Himnin musiqisinin 6

müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. 2. Ümumilikdə, dərslik komplekti məzmun standartlarını reallaşdırmağa imkan verir. 3. Məzmun baxımından dərsliyə 32 irad bildirilib və onlardan 21-i müəlliflər tərəfindən qəbul olunub. 4. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan dərsliyə 1 irad bildirilib və bu müəlliflər tərəfindən qəbul olunmayıb. 5. Dizayn və bədii tərtibat baxımından dərsliyə 5 irad bildirilib və onlardan 1-i müəlliflər tərəfindən qəbul olunub. 6. Müəllim üçün metodik vəsait in məzmunu baxımından vəsaitə 1 irad bildirilib və bu müəlliflər tərəfindən qəbul olunmayıb. 7