F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

Benzer belgeler
Gedək biz olmayan yerə

Türk dünyasının böyük söz ustadı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

BÖYÜK DƏCCAL Amerika

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

SƏRHƏDLƏR AŞAN POEZİYA. (medodik vəsait)

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaq gözü, şair sözü

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

AZƏRBAYCAN RESPUBLĠKASI MƏDƏNĠYYƏT VƏ TURĠZM NAZĠRLĠYĠ. F.KÖÇƏRLĠ ADINA RESPUBLĠKA UġAQ KĠTABXANASI ELMĠ-METODĠKA ġöbəsġ.

İslam Səfərli zirvəsi

Şaman nəvəsi Rüstəm Behrudi

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

Ömür kitabına poeziya yazılan şair- Sabir Rüstəmxanlı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Əlisa Nicat 80-illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait. Söz xəzinədarı Əlisa Nicat

Uşaqları sevindirən, böyükləri düşündürən şair

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi. S. Vurğun adına Mərkəzi kitabxana. Hikmət Ziya-85 Metodik vəsait

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. UŞAQLARIN YAXIN DOSTU (metodik məktub)

Uşaq dünyasının yorulmaz səyyahı- Tofiq Mahmud

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Azərbaycanın görkəmli uşaq yazıçısı. Qəşəm İsabəylinin anadan olmasının 65 illiyi münasibətilə

DAVETLİSİ

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Anadan olduğum andan sevirəm

Qəlbi Turan olan insan Azər Turan

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZIRLİYİ

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Gözəllik və həqiqət şairi

F.K öçər lia dına Respublika Uşa q Kita bx anası. Ələviyyə Babayevanın 95 illik yubileyi münasibəti ilə. Zərif duyğular tərənnümçüsü

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Dövrünə güzgü tutan Əli Nəzmi

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Bəşər tarixinin möhtəşəm siması Corc Bayron

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaq ədəbiyyatımızın xanım anası

Görkəmli maarif və mədəniyyət xadimi

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Azərbaycan fəlsəfəsinin sönməz günəşi Siracəddin Urməvi

F.Köçərli adına Respublika Uşaq Kitabxanası

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. Təbiət aşiqi, gözəllik nəğməkarı. (metodik vəsait)

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. F.KÖÇƏRLİ adına RESPUBLİKA UŞAQ KİTABXANASI. Uşaq Kitabxanasında Reklam işinin təşkili

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

2014-cü ilin üçüncü rübünün nəticələri

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Dünya miqyaslı ziyalımız Anar

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Azərbaycan Milli Kitabxanası

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

ƏLİBABA MƏMMƏDOVUN MAHNILARI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ CƏHƏTDƏN İŞLƏNMƏSİ QAYDASI. Metodik vəsait

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Səhnəmizin unuldulmaz Leylisi və Ərəbzəngisi

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər

Acronis True Image Home 2012

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

Azərbaycanın görkəmli qadın şairləri. 60 illik yubileyi münasibətilə FƏRİDƏ HACIYEVA. Biblioqrafiya

Ġntellektual-Elektron Kitabxananın təqdimatında

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

1915 Çanakkale Savaşlarının 100. Yılı ve 1918 Kafkas İslam Ordusu Anısına

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

3. Tarix hesabı və ya müxtəlif təqvimlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Mənəvi saflıq sorağı-sadıq Elcanlı yaradıcılığı. Qəhrəmanını həyatdan götürən yazıçı- Vaqif Musa

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Yurdda sülh! Cahanda sülh!

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Transkript:

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir. Vahid Əzizin anadan olmasının 70 illik yubileyi münasibətilə respublika uşaq kitabxanaları üçün hazırlanmış metodik vəsait Bakı 2015 1

Tərtibçi: Redaktor və buraxılışa məsul: Nərgiz Məcidova Şəhla Qəmbərova Şair başdan başa yanan ürəkdir: Vahid Əzizin 70 illik yubileyi münasibəti ilə respublika uşaq kitabxanaları üçün hazırlanmış metodiki vəsait /tərt. ed. N.Məcidova; red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2015.- 20s. F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2015 2

Tərtibcidən: Bu vəsaiti sevimli şairimiz Vahid Əzizin 70 illiyi münasibətilə sizə təqdim edirik. Vəsaiti sizə təqdim etməkdə əsas məqsədimiz oxucuların şair haqqında olan məlumatlarını daha da artırmaqdır. Metodik vəsait iki hissədən ibarətdir. Vəsaitin Mənə yüz il ömür arzulamayın adlanan birinci hissəsində şairin həyat və yaradıcılığından, ikinci hissəsində isə kitabxanada şairə həsr olunmuş tədbirlərdən söhbət açılır. 3

Çağdaş Azərbaycan şeirində öz yeri olanvahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəliklə Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1963-1964 cü illərdə ilk əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra 1971-1976-cı illərdə Xəbər Mətbuat Agentliyi ndə müxbir, 1976-1982-ci illərdə Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı, 1982-1989-cu illərdə Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, 1989-1991- ci illərdə mətbuat bölməsinin müdiri, Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini vəzifələrində çalışmışdır. 1991-1997-ci illərdə isə Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur. Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi nin müdiri işləmişdir. 1989-cu ildən Vahid Əziz Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür. Onun Oğuz eli ədəbi-publisistik qəzetin işıq üzü görməsinə ciddi köməyi olmuşdur. 1991-ci ildə Bakıda keçirilən Beynəlxalq-biznes konqresinin təşkilat komitəsi qərargahının rəisi olmuşdur. Bədii yaradıcılığa 1967-ci ildə Ədəbiyyat və incəsənət qəzetində çıxan ilk şeiri ilə başlayan şair həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. İlk şeirlər kitabı isə 1968- ci ildə nəşr edilmiş Mən küləyi görürəm adlı şeirlər kitabı olmuşdur. Son illərə qədər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc edilərək işıq üzü görmüşdür. Vaxtaşırı yeni şeirlərilə çıxış edən şairin sözlərinə bəstələnmiş mahnılarının diski buraxılmışdır. 1997-ci ildə nəşr edilən Dözmək olmur şeirlər kitabı oxucular tərəfindən rəğbətlə 4

qarşılanmışdır. Şair bədii tərcümə ilə də məşğul olur. Gözəl insan, istedadlı yazıçı Vahid Əzizin bu il 70 illik yubileyi qeyd olunur. 70 illik ömürdən dönüb arxaya baxanda Vahid Əzizin dolğun yaradıcılığı göz önünə gəlir. O, ədəbiyyata qədəm basdığı gündən maraqlı şeirləri ilə oxucular arasında geniş hörmət qazanmışdır.vahid Əziz istedadlı şair olmaqla yanaşı, həm də gözəl tərcüməçidir. Yazıçının tərcümə əsərləri ana dilində elə səslənir ki, onları orijinaldan fərqləndirmək mümkün deyil. 70 yaşlı şairin yaradıcılığını geniş oxucu kütləsinə daha yaxından tanıtmaq məqsədilə respublikamızın bir çox təhsil müəssələrində - məktəblərdə, lisey və gimnaziyalarda, kitabxanalarda, bir çox mədəniyyət ocaqlarında tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Eləcə də F. Köçərli adına Respublika Uşaq Kitabxanasında da tədbirlər planı hazırlanmışdır. Belə tədbirlər planının maraqlı və geniş olması üçün kitabxanaçı əvvəlcə Vahid Əzizin həyat və yaradıcılığı ilə bağlı sərgi və stend hazırlamalıdır. Sərgini müxtəlif başlıqlar altında keçirə bilərik. Məsələn, Vahid Əziz -70, Torpaqdan göyərdim, torpaqda bitdim və s. İndi isə Vahid Əziz 70 adlı sərginin nümunəsini veririk. Başlıq: 1. Vahid Əziz -70. 2. Vahid Əzizin portreti. 3. Kitablarının nümayişi. 4. Görkəmli insanların Vahid Əziz haqqında söylədiyi fikirlər. 5. Şeir parçası: 5

Nümayiş olunacaq kitablar: 6

Kitabxanada məlumatlandırıcı vəsaitlərin sırasında bukletlər xüsusi yer tutur. Bukletlər müəllif haqqında tədbirlər hazırlayarkən, icmallar keçirərkən kitabxanaçıya məlumat verməkdə çox kömək edir.şairin yaradıcılığı ilə oxucuları tanış etmək üçün hazırlanmış bukletdə Vahid Əzizin əsərlərinin siyahısı şeiri, haqqında qısa məlumatlar verilmişdir. Hər birimiz dil açanda ilkin kəlməsi ana, beynində ilk formalaşan Vətən i olur. Bu iki söz birləşərək Ana Vətən kəlməsi yaradır. Hər bir şairin yaradıcılığında isə bu xətt xüsusi canlanır.vahid Əziz Bakıda doğulmasa da, Bakını doğma şəhəri sayıb Bakını daha çox sevib, Bakının mənzərələrini əks etdirən çoxlu şeirlər yaradıb.bu sevgi hissini şairin Bakıya həsr etdiyi ilk şeirilərindən olan dörd misralıq Bakı şeirində duya bilərik. Şəfəqlər xəncər tək batıb gecəyə, Zülməti min yerə parçalayıbdır. Üfüqlər əbədi qızarsın deyə. Bakı Xəzər üstdə od qalayıbdır. Şairin yaradıcılığı Vətən, Bakı silsiləsindən olan şeirləri ilə zəngin olduğundan bu şeirlər ətrafında oxucularla Anam, Vətənim mövzusunda müzakirə keçirə bilərik. Müzakirəni başlayan kitabxanaçı uşaqlara şair haqqında məlumat verir, onun əsərləri, şeirləri ilə onları tanış edir.vahid Əziz yaradıcılığı ilə uşaqların nə dərəcədə tanış olduqlarını bilmək üçün onlara sual-cavab hazırlayır. 1)Vahid Əziz kimdir? a) şair b) yazıçı 7

c) rəssam 2) Vahid Əziz neçənci ildə anadan olub? a)1945 b)1935 c)1942 3) Vahid Əzizin yaradıcılığı haqqında monoqrafiya verilmiş kitabın müəllifi kimdir? a) Sona Xəyal b)rəsul Rza c)nəbi Xəzri 4) Vahid Əzizin məşhur Bayatılar mahnısını eşitmisinizmi? a)bəli b)xeyr 5) Vahid Əzizin hansı poemalarını tanıyırsınız? a)aylı pəncərə, Tək əlin səsi, Günəşlə bir üfiqdə, Vətənə qayıdanlar, Şeyx Səfi xalısı. b)qar yağır, Bahar, Hara sürək köçümüzü c)firudun, Apardı sellər Saranı,Nənələr və nəvələr 6) Hansı poeması əsasında çəkilmiş filmə baxmısınız? a)aylı pəncərə b)vətənə qayıdanlar c)tək əlin səsi 7) Vətənə qayıdanlar poeması hansı mövzudan bəhs edir? a)təbiətin gözəlliklərindən bəhs edir b) represiya qurbanlarına həsr edilib c)vətənə məhəbbət mövzusundan bəhs edir 8

8) Poemadakı Ağaclara yaraşmayır bu görkəm şeirində dar ağacına qarşı çıxan şair, sonda dar ağacı olmağa niyə razı olur? a)həmin dar ağaclarından müsibətlərin, davaların asılmasını istəyir. b)etiraz əlaməti olaraq c)təbiəti qorumaq üçün 9) Vahid Əziz ədəbiyyata gəlməsində özünü hansı şairimizə borclu sayırdı? a)səməd Vurğuna b) Xəlil Rzaya c) Rəsul Rzaya 10) Şeyx Səfi poeması hansı xüsusiyyətilə səciyyəvidir? a)dostluqdan bəhs edir b)poemada şairin öz xalqının mədəni abidələrindən hesab edilən xalının əzəmətini, böyüklüyünü göstərməsi ilə. c)əməyə məhəbbətdən bəhs edir. Sonra kitabxanaçı onlara şairin kitabları,onların nəşri haqqında məlumatlar verir.kitabxanaçıya kömək etmək üçün bu məlumatları qeyd edirik. Vahid Əzizin ilk kitabı 1969- cu ildə Fikrət Sadığın redaktəsi ilə nəşr edilmiş Mən küləyi görürəm adlı kitabıdır. Kitabda müəllifin cəmi 19 şeiri toplanmışdır. İkinci kitab isə 1974-cü ildə Gənclik nəşriyyatında cap edilmiş Aylı pəncərə adlanır. Şairin növbəti kitabı isə 1980-cı ildə Yazıçı nəşriyyatında çap edilmiş İllərin baharı kitabıdır. 1985-ci ildə Əllərimin kölgəsi adlı növbəti kitabı Gənclik nəşriyyatında çap edilmişdir. Son illərdə nəşr edilən kitablarından Dözmək olmur adlı kitabı 1995-ci ildə çapdan çıxıb.dörd cilddən ibarət olan Şeirlər kitabı 2005- ci ildə Gənclik nəşriyyatında nəşr edilmişdir. Kitabda Şairin 1995-2004-cü illərdə yazdığı şeirləri, poemaları,tərcümələri 9

yer almışdır. Alça çiçəyinə bənzəyən ömür kitabına daxil olan şeirlər isə müəllifin qısa zaman kəsiyində yazdığı son şeirləridir.kitab 2008- ci ildə Azərnəşr tərəfindən nəşr edilmişdir. Vahid Əzizin yaradıcılığı haqqında isə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyalın Müasirlərim seriyasından olan monoqrafiyası oxuculara təqdim edilib. Kitab ədəbiyyatımızda görkəmli yer tutan Vahid Əziz yaradıcılığından yadda qalan detallarla zəngindir. Lakin uşaqlarla keçirəcəyimiz müzakirə üçün 1997-ci ildə çap edilmiş Dözmək olmur kitabını seçirik. Kitabxanaçı:Uşaqlar hər birimiz şairlərimizin yaradıcılığı ilə tanış olarkən orada müxtəlif şeirlərə rast gəlirik.vahid Əzizin isə Azərbaycanın təbiətinə gözəlliklərinə həsr etdiyi şeirləri daha təsirlidir. Bu şeirlər ona görə təsirlidir ki, Vahid Əziz Bakını daha çox sevirdi. Şair Bakı adlı bir şeirində Bakı küləklərini, durnalarını təsvir edirdisə, Köhnə Bakı adlı digər bir şeirində Bakının keçmişinə səyahət edirdi. Xəzər şeirində isə şair Xəzərə gözəl etiraflar edir, dənizlə danışır. Bakıya aid şeirlərindən biri olan İçərişəhər şeirində isə Bakının müasir görüntülərindən söz açılır. Onun kitablarının hər birində Aylı pəncərə, İllərin baharı, Dözmək olmur kitablarında bunları müşahidə etmək olar.vahid Əziz vətənin, təbiətin gözəlliklərinin vurğunu olan bir şairdir. Təbiətin qoynunda saatlarla gəzmək, sularının şırhaşırına qulaq asmaq, şairin butun dərdlərini unutdururdu.şair şeirlərində bildirir ki, təbiət olmasaydı yəqin ki, insanda olmazdı. Təbiət bir növ Allahın insana bəxş etdiyi bir möcüzəsidir. Vahid Əzizin şeirlərində də ən çox payız fəsli səciyyəvidir. Çən düşdü, dağların döşü ağardı, Qartallı zirvələr qara bağlanır, Yazda dərələrdən sellər axardı Soyuqlar güc gəldi, ara bağlanır 10

Başqa bir Qayıdaram bahara şeirində isə onun fikrincə təbiət quşlarsız, bitkilərsiz, çiçəklərsiz heçdir. Bu şeirdə bir bahar nəfəsi duyulur. Bir payız axşamında mən köçəndə dünyadan qovuşaram onlara Sayma, sayı bilinməz bahar çiçəklərinin Mən də çiçək olaram, qayıdaram bahara. Şairin təbiət motivlərindən istifadə etməklə rəsm yaradıcılığı haqqında rəsm müsabiqəsi keçirə bilərik.müsabiqə keçirməzdən əvvəl məktəblərə müsabiqənin keçirilməsi haqqında elan verilir. Müsabiqəni şairin Bahar şeiri ətrafında keçiririk. Burada təsvir edilən baharda şairin arzuları daha böyükdür. Qışdan çıxıb bahara sarı gedən buludların düzlərin, dağların üstündən keçdiyi yolu təsvir edilir.müsabiqədə uşaqlar şeirin motivlərinə uyğun Baharın necə qışdan çıxdığının təsvirini verirlər. Oxucuları yazıçı və şairlərin, digər görkəmli şəxslərin həyat və yaradıcılığı ilə tanış etmək üçün kitabxanada keçirilən görüşlərin xüsusi əhəmiyyəti var. Vahid Əziz yaradıcılığını oxuculara tanıtmaq üçün kitabxanaya məktəblilər, müəllimlər, şair və yazıçılar, şairin yaradıcılığı ilə yaxından tanış olan ədəbiyyatşünaslar dəvət olunur. Aparıcılar iştirakçılarla şairi tanış edir,onlara yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verir. I Aparıcı: Əziz dostlar, hörmətli qonaqlar! Bu il ürəyə yatımlı mahnıların müəllifi, dəyərli şairimiz Vahid Əzizin 70 illik yubileyi tamam olur. Şairin öz dilindən şeirlərini dinləmək üçün bu görüşü sizlər üçün təşkil etmişik. Şeirlərində Sənətlərin, peşələrin ən gözəli şairlikmiş söyləyən Vahid Əziz bədii yaradıcılığa Ədəbiyyat qəzetində çıxan şeiri ilə başlamış, 200-dən artıq məqaləsi işıq üzü 11

görmüşdür. 1997- ci ildə çapdan çıxan Dözmək olmur adlı kitabı oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Şair bədii tərcümə ilə də məşğul olmuşdur. II aparıcı: Söhbət o Vahid Əzizdən gedir ki,cəmiyyət onu şair kimi, ictimai xadim kimi, onlarla mahnı mətninin müəllifi kimi tanıyır, qəbul edir. Vahid Əzizi ilk dəfə şair kimi kəşf edən böyük şairimiz Rəsul Rza olmuşdur.ilk dəfə Rəsul Rza Ədəbiyyat qəzetinin 1968- ci il 16 mart buraxılışında Vahid Əziz haqqında belə bir məqalə yazmışdır. Tanışlıq adlanan həmin məqalə belədir : I aparıcı: - Bir tələbə sizi görmək istəyir. - Gəlsin. - Ortaboylu, qarabuğdayı bir cavan içəri girdi. O nədənsə mənə yox, ayağının altına baxırdı. - Onun ilk sozlərini yaxşı eşitmədim. Yəqin ki salam verirdi... - O titrəyən səslə: - Rəsul müəllim, vaxtınızı alıram bağışlayın. (Əlindəki qovluğu masanın üstünə qoyur. ) Bu bir neçə yazını oxuyun, mənə məsləhət verin. - Şeirdimi? - O, dinmədi. Sonra dodağında kövrək təbəssüm yavaşdan dedi: - Vallah elə yanınıza bununçün gəlmişəm. - Rəsul müəllim səhifələri gözdən keçirməyə başlayır. Dərə dodaqlarda dağılar sükut, Palıd barmaqlarda səs düyün düşər. Hardasa dağılar bir ovuc bulud, Hardasa yadıma gileyin düşər Bu misraları oxuduqdan sonra belə fikrə gəlir: Bu duyğular hələ körpədi. Onlara bədxah əli dəyə bilər, onu sındıra bilər. Lakin, mən istəmirəm ki, heç istəmirəm ki, bu cavan da, bizim keçdiyimiz 12

məşəqqətli yollardan keçib, şeirə, sənətə sərf edəcəyi ürək döyüntülərini, axtarış, icad, tapıntı və zəhmətini, nadir saatlarını nadan küt vurumlu qırmanclardan qorumağa sərf etsin... II Aparıcı:Doğrudan da Rəsul RzanınVahid Əziz haqqında yazdığı bu fikirlərdən 40 ildən artıq vaxt keçir.bu illərdə Vahid Əzizin kitabları az-az çap olunsa da, illər ərzində imzası ədəbi-bədii jurnallarda çox seyrək görünsə də onun poeziyası, yaradıcılığı həmişə bizimlə olub. Onu da deyək ki, xalq öz yaradıcılığında səmimi olan şairə üstünlük verir.vahid Əziz də məhz belə şairdir. Xalqın sevinci, kədəri, dərdi, acısı onun yaradıcılığında öz əksini tapır. Onun şeirlərində ədalət, gözəllik vətənə, xalqa sevgi, bağlılıq öz əksini tapır. Gəlin şairimizin həmin şeirlərindən birini Vətən şeirini oxucumuzun ifasında dinləyək Yaşayırıq o verdiyi çörəknən Canımızda qanımızda bu Vətən, Silinməsi mümkün deyil ürəkdən, Yer üzündə Tanrımızdı bu Vətən. Dərdli bizik, yadlar ona yanmadı, Nifaq salan anlamadı, qanmadı. Ara sıra əysələr də sınmadı Pozulmayan tarix yazdı bu Vətən. Dünya bilir Azərbaycan ünvanı, Bakı Ceyhan nur daşıyan karvanı, Yormaq olmaz polad kimi bu canı Sənsən mənəm, hamımızdı bu Vətən Dar günündə xilaskarı el olar, Arzuları qönçələnib gül olar, Çeşmələri qovuşaraq sel olur. Arpa çayı, Kür, Arazdı bu Vətən. Çox olubdu qeyb olmuşu, itmişi. Bilə-bilə şəhidliyə getmişi, Olmasaydı ləyaqətli, keşmişi, 13

Sevilərək sayılmazdı bu Vətən... I Aparıcı: İndi isə gəlin, az da olsa bu günün problemlərindən uzaq olub, bu simə köklənərək Vahid Əziz dünyasına qonaq olaq, Vahid Əziz ruhunun işığında az da olsa sakitlik tapaq. Bu dünyaya səyahətə başlayaq. Müsahibələrinin birində Vahid müəllim qeyd eləmisiniz ki hər dəfə oxucularla görüşə gələndə yeni bir şeir yazıram onlar üçün. Bu gun sizi sevənlərin görüşünə hansı şeirlə gəlmisiniz? ( Şairin çıxışı dinlənilir ) Aparıcı: Vahid müəllim görkəmli bəstəkar Elçin İmanov Mənə yüz il ömür arzulamayın şeirinizi mahnıya çevirməklə daha da uzunömürlü etmişdir.yazılmasından xeyli bir zaman keçsə də, bu mahnı hər zaman sevilir. Söylədiyinizə görə bu şeir humanist bir şeirdir, əlbəttə hər kəs istər ki, yüz il yaşaya, hətta min il də yaşamaq istər insan. Mənə yüz il ömür arzulamayın - Xəzan yarpağı tək qovmasın külək, Gözlərim görsə də, ayağım -əlim Əsalıq olanda dayansın ürək. Mənə -" Yüz il yaşa" - deməyin dostlar, Yerişim, gülüşüm, səsim itməsin, Məndən cavan olan, gümrah olanlar Çiynimdə dünyadan köçüb- getməsin. Mən yüz il ömür arzulamayın - Bu qədər yaşayan hansı çiçəkdir?! Sən yaşda qalmırsa taytuşun-tayın, Qurdnan qiyamətə qalmaq deməkdir. Mənə elə ömür arzulayın ki, Ölüncə ümmantək çağlaya bilim, 14

Qapı pəncərəni öz evimdəki Özüm aça bilim bağlaya bilim. Sağlıqlar deyəndə hərdən şənimə, Nə özüm kövrəlim, nə sizə gülüm, Tanrıdan bir ömür diləyin mənə, Hər vaxt sevə bilim, sevilə bilim. Taleyim sevgiylə baxsın üzümə, Görsün yad payına şərik deyiləm Gərək olmayanda özüm-özümə, Deməli heç kəsə gərək deyiləm! Mənə yüz il ömür arzulamayın - Ləyaqət,təmiz ad atıb getməsin Dünyaya qalacaq malı dünyanın - Karvanın lənətə batıb getməsin Mənə yü il ömür arzulamayın... Şeir başdan ayağa yaşamaq üçün bir duadır. Adam nə xəstə olsun, nə də həbs olunub zindana düşməsin. Hər kəs Allahın izni ilə öz taleyini özü həll etsin, kimsəyə möhtac olmadan. ( Mənə yüz il ömür arzulamayın mahnısı səslənir ) I Aparici: Kitabları ilə tanış olarkən görürük ki, Vahid Əzizin əsərləri qəmli notlar üzərində köklənməmişdir. O, bu dünyanın sevimli nəyi varsa bizə sevdirməyə çalışıb. Bu şeirlərdən Payız simfoniyası, Səməni, Yaz gəlir və s. adlarını çəkə bilərik. II Aparıcı: Belə sevgi dolu şeirləri ilə yanaşı Vahid Əziz Azərbaycan xalqına qarşı çevrilmiş açıq düşmənçilik siyasəti olan 37-ci il represiya qurbanlarına Vətənə qayıdanlar poemasını həsr etmişdir. O, bu poemanı represiya qurbanlarının xatirəsinə özünün bir borcu kimi qələmə almışdır. Poemanı oxuduqca şairin xalqın dərdinə nə qədər yandığını, bu kədəri necə dərindən duyduğunu hiss etməmək mümkün deyil. Şair bu şeiri canlı şahidi olduğu hadisələrin 15

təsiri altında qalaraq yazmışdır. Bu səbəbdən də baş verən qanlı hadisələrin şahidi olmayan insanlar, hətta uşaqlar belə poemanı oxuyarkən xalqımızın faciəsini dərindən hiss edirlər. 1997- ci ildə Azərbaycan televiziyasının istehsalı olan Vətənə qayıdanlar poeması əsasında qısametrajlı film çəkilmişdir. Haqqında söhbət açdığımız bu poema 37-39-cu illərdə repressiyaya məruz qalan sənət adamlarının xatirəsinə həsr edilir. Əsərdə sözdən, söz sahiblərindən, tez-tez dəyişən vətənin ağlamalı taleyindən söz açılır. Başlanğıcda Nizamini yada salan şair demək istəyir ki, tarix boyu hər zaman həqiqi sənətkarlar əziyyətlərə, məşəqqətlərə məruz qalır. Başlanğıcda Nəsimini, Füzulini xatırladan şair sənətkarların həyatının hər zaman keşməkeşli olduğunu önə gətirib. Söz yaman xatalı şeydir, Satmalı, almalı şeydir, Şair dili xəncərdirsə - Qınında qalmalı şeydir. Ağlama Vətənim adlı hissədə Vətəninə oğlunun dönməsi münasibətilə gözaydınlığı verir. Şeirləri ifa etmək üçün səhnəyə oxucular gəlir Ağlama Vətənim, bəsdir ağladın! Artıq sevinməli, gülən çağındır Dilimi bələyib gülə, saxladın. İndi danışmalı dinən çağındır.! Bir nəslin taleyi heç gətirmədi, Yurdumun başında nələr varıymış. İmamlar duymadı, Tanrı görmədi Bəlkə bu cinlərin oyunlarıymış. Ağaclara yaraşmayır bu görkəm bolməsində şairin dar ağaclarının qurulmaması üçün ağaclara fəryadını görürük: Monitorda represiya qurbanlarının şəklləri görünür, həzin musiqi səslənir. 16

Ağaclara yaraşmayır bu görkəm Ağaclardan dar ağacı qurmayın. Ağacları qazsanız da kökündən. Yaşıl-yaşıl, budaq-budaq qırmayın Tanrım mənə dayansaydı havadar, Bu dünyada həmişəlik qalardım. Asılsaydı müsibətlər, davalar, - Özüm dönüb dar ağacı olardım! Şeirin növbəti hissələrində şair Cavidi, Müşfiqi salamlayır.onların faciəsindən söz açır. Bu şeirlərdə şairin hissini, duyğusunu, ürək yanğısını açıqlayan misralar çoxdur. Səhnədə oxucu üzünü monitorda gedən Hüseyn Cavidin şəklinə tutaraq: Bağışla, min dəfə Cavid əfəndi, Hamımız bu işin günahkarıyıq, Bəlkə də vaxtında əməli, fəndi, Dost ilə düşməni ayırmalıyıq. Digər oxucu Mikayıl Müşfiqin Monitorda gedən şəklinə baxaraq şeiri ifa edir. Oxu tar musiqisi səslənir. Müşfiqim, necə də cavan qalmısan? Cavanmı saxlayır ölüm insanı? Elə bil hər zaman şəkil olmusan. Canlı olmusansa, məzarın hanı. Deyirdin yenədə o bağ olaydı, Köçəydin o bağa durnalar kimi, O yollar olaydı, o dağ olaydı... Ömür vəfasızmış xəyallar kimi. Gör nəyi düşündün, nələri gördün? Sürgünlük şairin nəyinə gərək? Dərdini bir axşam tara hönkürdün Nə dedin, o tardan soruşum gərək. Dedin ki, - Oxu tar, - dilin kəsildi, Mizraba atıldın kəsildi əlin. 17

Gördülər kirpiklə çaldın simləri Dedilər günahkar ürəkdir yəqin. Yenə də o gözəl bağ olaydı kaş, Müşfiqin əlləri çiçək dərəydi, Simlər gah əsəbi, gah yavaş- yavaş, - Kövrək sinəsində nəğmə deyərdi... Başqa bir oxucu digər oxucuya müraciətlə Gedib Cavidimiz, Əhməd bəyimiz, Müşfiqin, Əlinin səsləri batıb. Bəlkə buna görə bu gündəyik biz. Düşmən üstümüzə qılınc qaldırıb. Sonda Vədənə qayıdanlar filmi nümayiş edilir.film 1997-ci ildə Azərbaycan televiziyasında istehsal edilib.filmin rejissoru Məhərrəm Bədirzadədir. Son 18

Şair başdan başa yanan ürəkdir Vahid Əzizin 65 illik yubileyi münasibəti ilə respublika uşaq kitabxanaları üçün hazırlanmış metodik vəsait Kompyuter yığımı və dizayn: Nərgiz Məcidova Ünvan:AZ-1022 Bakı şəh., S.Vurğun küç.88; E-mail: childlibbaku@yahoo.com URL: www.clb.az F.Köçərli adına Respublika Uşaq Kitabxanasında çap olunmuşdur. Sifariş Çapa imzalanmışdır: Tirajı:100 Pulsuz 19

Ədəbiyyat siyahısı 1.Əziz V. Şeirlər; dörd cilddə // 1995-2004 seçmələri. B.:Gənclik, 2005. 416 s. 2. Əziz V. Alça çiçəyinə bənzəyən ömür // şeirlər. - Azərbaycan Dövlət Nəşriyyatı. 2008. 671 s. 3. Xəyal S.Vahid Əziz poeziyası haqqında. B.: MBM, 2010. 88 s. Əziz V. Vətənə qayıdanlar: poema // Ponarama. 1996. 18 oktyabr. N186. S.6. Məsimoğlu M. Vahid Əzizin baharına və bir də payızına ötəri bir nəzər // Ədəbiyyat qəzeti. 2005. 25 noyabr. S.5. 20