NƏRİMAN HƏSƏNZADƏNİN POETİK AXTARIŞLARI

Benzer belgeler
DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ

Ġntellektual-Elektron Kitabxananın təqdimatında

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

SƏRHƏDLƏR AŞAN POEZİYA. (medodik vəsait)

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Ədəbiyyatın əbədiyaşarlıq ünvanı

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

BÖYÜK DƏCCAL Amerika

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Türk dünyasının böyük söz ustadı

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Mirzə Ələkbər Sabirin həyatı

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Azərbaycanın görkəmli uşaq yazıçısı. Qəşəm İsabəylinin anadan olmasının 65 illiyi münasibətilə

F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Əlisa Nicat 80-illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait. Söz xəzinədarı Əlisa Nicat

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ.

Gedək biz olmayan yerə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

OSMAN TÜRKAYIN POETİK İRSİ

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Bəşər tarixinin möhtəşəm siması Corc Bayron

İslam Səfərli zirvəsi

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Qəlbi Turan olan insan Azər Turan

www. hedef. edu. az 2 ÜQT 2

UŞAQLARIMIZ ÜÇÜN LƏYAQƏTLİ ƏSƏRLƏR YARADAQ

Şaman nəvəsi Rüstəm Behrudi

ƏHMƏD CAVAD VƏ TÜRKİYƏ

AZƏRBAYCAN TEATRLARI VƏ DÜNYA DRAMATURGİYASI

RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK SƏCİYYƏSİ

Uşaqları sevindirən, böyükləri düşündürən şair

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

NAZIM HİKMƏTİN ƏSƏRLƏRİ NAXÇIVAN DÖVLƏT MUSİQİLİ DRAM TEATRININ SƏHNƏSİNDƏ

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Mənəvi saflıq sorağı-sadıq Elcanlı yaradıcılığı. Qəhrəmanını həyatdan götürən yazıçı- Vaqif Musa

FOLKLORŞÜNASLIĞA GİRİŞ

AZƏRBAYCAN RESPUBLĠKASI MƏDƏNĠYYƏT VƏ TURĠZM NAZĠRLĠYĠ. F.KÖÇƏRLĠ ADINA RESPUBLĠKA UġAQ KĠTABXANASI ELMĠ-METODĠKA ġöbəsġ.

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Gözəllik və həqiqət şairi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaq gözü, şair sözü

DAVETLİSİ

F.K öçər lia dına Respublika Uşa q Kita bx anası. Ələviyyə Babayevanın 95 illik yubileyi münasibəti ilə. Zərif duyğular tərənnümçüsü

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

ŞEİR ÇƏLƏNGİ (Türk Dünyası (yeni nəsil) şeir antologiyası)

«YENİ FÜYUZAT» JURNALI VƏ POEZİYADA NOVATORLUQ

Uşaq ədəbiyyatımızın xanım anası

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Azərbaycan Milli Kitabxanası

B U R A X I L I Ş AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ. Şərqşünas. lıq fakültəsinin Türk. filologiyası.

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Cahid Ġsmayıloğlu. Gənc yazarın e-kitabı N 46 ( ) Milli Virtual Kitabxananın təqdimatında

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi. S. Vurğun adına Mərkəzi kitabxana. Hikmət Ziya-85 Metodik vəsait

ƏLİBABA MƏMMƏDOVUN MAHNILARI

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. UŞAQLARIN YAXIN DOSTU (metodik məktub)

İrina Nikitina POSTMODERNİST SƏNƏT. Birinci hissə: Postmodernizmin incəsənət və mədəniyyətdə formalaşması

Dünya miqyaslı ziyalımız Anar

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Azərbaycanın görkəmli qadın şairləri. 60 illik yubileyi münasibətilə FƏRİDƏ HACIYEVA. Biblioqrafiya

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunur.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. Təbiət aşiqi, gözəllik nəğməkarı. (metodik vəsait)

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Azərbaycan fəlsəfəsinin sönməz günəşi Siracəddin Urməvi

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Dövrünə güzgü tutan Əli Nəzmi

F.Köçərli adına Respublika Uşaq Kitabxanası

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

Görkəmli maarif və mədəniyyət xadimi

Uşaq dünyasının yorulmaz səyyahı- Tofiq Mahmud

Transkript:

NƏRİMAN HƏSƏNZADƏNİN POETİK AXTARIŞLARI N. HASSANZADE S POETICAL SEARCHES ПОЕТИЧЕСКИЙ ИСКАНИЯ НАРИМАНА ГАСАНЗАДЕ Elmira Əlqızı MUSTAFAYEVA * Özet Çalışmada; klasik Azerbaycan şairi Neriman Hasanzadenin çağdaş hayatımızın problemleri milli-manevi değerler açısından kaleme alınarak edebiyatımıza getirdiklerinden söz edilmektedir. Aynı zamanda onun edebiyatın muhtelif türünde yazmış olduğu eserleri ortaya konmaktadır. Anahtar kelimeler: Milli, problemler, klasik,şair,azerbaycan,çağdaş. Summary The problems of national spirit and higher morality have been expressed in Nariman Hasanzade s, the classic Azerbaijan poet, creative activity. The philosophic-ideological searches of the modern Azerbaijan poetry are reflected in his poetry are reflected in his creative activity. Key words: National, problems, classic,poet,azerbaijan, modern. XX əsr Azərbaycan ədəbiyyatı öz imzalarının və üslubların əlvanlığı ilə diqqəti cəlb edir. Əsrin əvvəllərində maarifçiliyin ənənələri hələ də yaşayır, «Molla Nəsrəddin» ədəbi məktəbinin sayəsində realizm, «Füyuzat» ədəbi məktəbinin sayəsində isə romantizm ədəbi cərəyan və bədii yaradıcılıq metodu kimi paralel mövcud idi. * Azerbaycan Diller Üniversitesi Öğretim Üyesi 326

XX əsr ədəbiyyatı bir də janrların zənginliyi ilə seçilirdi: bu zaman həm Şərq, həm də Avropa ədəbiyyatının janrlarından səmərəli şəkildə istifadə olunur. Müxtəsər desək, Sovet dönəminə Azərbaycan ədəbiyyatı zəngin bədii-estetik arsenalla daxil olmuşdur. Sovet dönəmində «köhnə yazıçı»larla bərabər ədəbiyyata yeni imzalar da gəldi. XX əsrin 60-cı illərində dünyada və cəmiyyətdə gedən ictimai-tarixi proseslərlə bağlı keyfiyyətcə yeni ədəbiyyat və yeni nəsil formalaşdı. Bu yeniləşmənin başında poeziyada R.Rza, nəsrdə və dramaturgiyada I.Əfəndiyev dayanırdı. 60-cı illər ədəbiyyatı I.Hüseynov, S.Əhmədli, Anar, Ə.Əylisli, Elçin kimi nasirlərin, B.Vahabzadə, Ə.Kərim, M.Araz, F.Qoca kimi şairlərin gəlişi ilə əlamətdar oldu. Bu şairlərdən biri də Azərbaycan poeziyasına XX əsrdə yeni poetik nəfəslə daxil olan, istedadı ilə dərhal seçilən və öz füsunkar lirikası ilə qəlbləri fəth edən Nəriman Həsənzadə idi. O, 40-dan artıq kitabın, 5 mənzum dramın, 21 poemanın, 20 mahnının, «Nabat xalanın çörəyi» povestinin müəllifidir. O, Puşkinin, Şevçenkonun, Nekrasovun, S.Yeseninin, C.Bayronun, I.Frankonun və s. şairlərin əsərlərini uğurla dilimizə tərcümə edib. Onun yaradıcılığı haqqında 150-yə yaxın məqalə və resenziya, 3 monoqrafiya, 1 namizədlik dissertasiyası yazılıb. Nəriman Həsənzadənin yaradıcılığı bir neçə ənənə və təməl üzərində pərvəriş tapdı: birinci bu idi ki, N.Həsənzadə Allah vergisi olan böyük istedad sahibi və öz şəxsiyyətinə sadiq sənətkar idi. Ikincisi, N.Həsənzadə yüksək təhsil görmüş intellekt sahibi alim-şairdir; üçüncüsü, o, başında dahi Füzuli dayanan klassik romantik poeziya janrını möhkəm mənimsəmiş, bir tərəfdən M.Ə.Sabirdən, digər tərəfdən T.Fikrət və N.Kamal kimi türk romantiklərindən səmərəli şəkildə bəhrələnmişdir. Eyni zamanda onun poeziyasının arsenalında Azərbaycan aşıq şeri, M.P.Vaqif, sonralar isə M.Müşfiq və S.Vurğun poetik ənənələri dayanırdı. Hər cür poeziyada, hətta nəsrdə bədii keyfiyyət kimi lirizm mövcuddur. Lakin lirizm N.Həsənzadənin şeirinin cövhəri, poetik əsasıdır. O, öz şair «mən»inə, şəxsiyyətinə sadiq sənətkardır. Lirik olmaq hər şairə nəsib olmur. Vaxtilə rus nəzəriyyəçi-estetiki, filosof N.Q.Çernışevski yazırdı ki, «lirik olmağa yalnız dahi şairlərin ixtiyarı var. Yalnız dahi şair dünyanı öz varlığından keçirib öz şəxsi hissləri kimi təqdim edə bilər.» (6, 156) N.Həsənzadənin lirik şeirləri və poemaları aydın süjetə, sadə ifadə tərzinə malikdir. Onun oxuculara təqdim etdiyi şeirləri insan ləyaqəti, zəngin insan mənəviyyatı uğrunda gedən mübarizədən yaranıb. Şair insanın psixoloji aləmini insan və təbiətin vəhdətində arayır. Onun yaradıcılığında təbiətə vurğunluq, təbiiliyə təşnə insan xislətinin ali psixoloji ehtiyacı kimi mənalandırılır. N.Həsənzadə təbiəti insan taleyinin həlledici amili kimi vəsf edir. Çalışır ki, yaratdığı hər bir əsər maraqlı, oxunaqlı olsun. Onun yaradıcılığını izləyənləri öz gözəlliyi, bədii keyfiyyətləri ilə cəlb etsin, onların hissinə və şüuruna hakim olsun: Elə bil mən səndən uzaqlaşıram, Qulaq as, gör sənə nə deyir könül. Yaş ötür, mən amma uşaqlaşıram, Bir ana qucağı istəyir könül. 327

Sinəmə sığışmır bəzən təlaşım. Sən de, necə susum, necə danışım. Susmaq istəyirəm, din deyir yaşım, Dinmək istəyirəm, sus deyir könül (4, 245). Nəriman Həsənzadə poeziyasındakı sadəlik və dərinlik iki mühüm cəhət kimi bir xətdə birləşir və bu bədii sintez şairin yaradıcılığını daim vüsətləndirir. Nəriman Həsənzadə təbiətən romantik, kövrək qəlbli bir insandır. Lirizm onun xarakterini səciyyələndirən başlıca keyfiyyətdir. Adama elə gəlir ki, o bütün dünyaya söz afətinin lirikasının prizmasından nəzər salır. Onun adi danışığının özü lirikadır. Öz ömrünü başdan-başa poeziyaya həsr edən şair həm də əqidə, məslək carçısıdır, bütün insanların xoşbəxt gələcəyi uğrunda yorulmadan çalışan əsil mübarizdir. Onun əsərləri, ədəbi-tənqidi, publisistik məqalələrinin hamısı bu böyük məqsəd və amal naminə yazılmışdır. Böyük tənqidçi B.Q.Belinski «Həyat böyük məktəbdir! Hər şeydə əqidədə, elmdə və incəsənətdə də həyat olmalıdır Yeni poeziya həyat poeziyasıdır!» - deyirdi (1, 63). Zəmanəsinin görkəmli şairi kimi təkcə lirik şeirləri ilə deyil, həm də tarixə müraciət N.Həsənzadənin yaradıcılıq axtarışlarında başlıca istiqaməti müəyyənləşdirir. Şairin uzun illər formalaşmış ədəbi-nəzəri görüşlərini əks etdirən «Tariximiz, taleyimiz» kitabı göstərir ki, N.Həsənzadə tarixə güvənən sənətkardır. O, qədim və ulu bir xalqın oğludur, onun mənsub olduğu xalqın qəhrəmanlıqla dolu zəngin tarixi irsi var. O, həm də bir sənətkar kimi güclü tarixilik duyğularına malikdir. Bu onun fərdi təfəkkür tərzi, üslubi özünəməxsusluğudur. Belə ki, tarixə arxalanan müasirliyi daha aydın görər və səhv etməz. N.Həsənzadə keçmişin gözəl dəyərlərini, yaradıcı və qurucu şəxsiyyətlərini unutmamağı, unudulmuş tarixin milli-ictimai şüurda bərpası probleminə toxunur. Məsələn, Azərbaycanın müasir həyatında böyük rol oynamış N.Nərimanovun taleyi onu həmişə düşündürmüş, bir sıra əsərlərinin mövzusu olmuşdur. Bu mənada «Nəriman» poeması N.Həsənzadə yaradıcılığının mükəmməl bədii abidəsidir və fikrimizcə, o, həmişə yaşayacaqdır. N.Həsənzadə yaradıcılığının vüsəti, əhatə və təsir dairəsi genişdir. Çoxşaxəli və rəngarəng yaradıcılığa malik olan şair poemalarının birini də tanınmış klassiklərdən olan, yazıb yaratdıqları hər əsrdə təzə-tər səslənən, mövzu dairəsi geniş, tiplər silsiləsi zəngin, təsvir və səciyyələndirmə üsulları orijinal, mütəfəkkir və novator şairimiz M.Ə.Sabirə həsr etmişdir. O görkəmli satirik haqqında nə qədər fundamental monoqrafiyalar, məqalələr, xatirələr, şeirlər yazılsa da, həmin poemanın özünəməxsus yeri var. N.Həsənzadə «Heybədə gəzən şeir» poemasında Sabir irsinin zəngin mündəricəsini, misilsiz bədii təsir qüvvəsini açıb oxuculara göstərməyə çalışır, hərarətli sözlərlə gəncliyi təhsilə, yeniliyə, intibaha səsləyir. Sevindirici haldır ki, M.Ə.Sabirin şeirləri təkcə Heybədə deyil, yaddaşda, qəlblərdə, bəşəriyyətin duyğularında gəzir. Rus şairi S.Mixalkov yazmşdır: 328

«Maraqlıdır ki, Azərbaycanın əsil xalq şairi, doğma poeziyaya yüksək demokratik ruh gətirən Sabir şeirinə açar tapılmışdır. S.Vasilyev tərəfindən tərcümə edilən bu şeirlər rus dilində çox şirin və müdrik səslənir, orijinallıqdan uzaqlaşmır» (5, 4). Daim axtarışda olan və yaradıcılığına yeni ruh, yeni üslub və şeiriyyət gətirən N.Həsənzadə Azərbaycan ədəbi mühitini zinətləndirən Nizami, Füzuli, Nəsimi, Hadi, Cavid, Müşfiq kimi klassiklərimizin adını məqamı gəldikcə şeirlərində böyük hörmətlə çəkir, eyni zamanda oxucularının qəlbində onlara hörmət heykəli ucaldır. Ona görə də şair N.Həsənzadə özü də yaza-yaza, yana-yana onlara qoşulur. N.Həsənzadənin maraqlı poemalarından biri də üzərində beş ildən artıq işlədiyi geniş şaxəli «Zümrüd quşu» poemasıdır. Bu poemada XIX əsrin I yarısında Azərbaycanda, ümumən Qafqazda cərəyan edən hadisələrin bədii mənzərəsini canlandırmışdır. O, belə bir mürəkkəb və keşməkeşli dövrün ictimai-siyasi mənzərəsini Qafqaza ayaq açan yazıçı, səyyah, məmur, hərbiçi, müxtəlif peşə və sənət sahiblərinin yerli xalqlara münasibətini, onun əqidəsini, daxili aləmini həssaslıqla əsərin mündəricəsinə gətirmək üçün ciddi axtarışlar aparmışdır. Həmçinin «Zümrüd quşu» poemasında XIX əsrin I yarısında fəaliyyət göstərən, Qafqaz xalqları arasında dərin rəğbət qazanan Abbasqulu ağa Bakıxanov, A.S.Puşkin, A.S.Qriboyedov,N.Çavçavadze, F.Şeyda və digər tarixi şəxsiyyətlər, eyni zamanda Azərbaycan və rus xalqlarının dostluğu barədə bəzən epik, bəzən lirik səpkidə ciddi söhbətlər gedir. Yazıçı-dramaturq I.Əfəndiyev «Zümrüd quşu» məqaləsində yazmışdır: «Mən Nərimanın kitabını görəndə elə güman etdim ki, yəqin şair o əfsanələrdən birini qələmə almışdır Lakin əsəri oxuyanda başqa maraqlı bir aləmə rast gəldim. Doğrusu bu aləm və oradakı insanların duyğuları mənə xeyli təsir bağışladı. Xəyalımda həyəcanlı assosiasiyalar anımlar bir-birini əvəz etdi.» (2, 182-188) Azərbaycan xalqının vətənpərvərliyində həmişə misilsiz bir vüsət olmuşdur. Bu isə başqa xalqlara hörmət və məhəbbət duyğuları ilə qanadlanmışdır: Dağlı sinəsində isti bir ürək, Qəlb açır səsində dolaşan avaz. Yanana su verər, acana çörək, yeməsən, içməsən, küsəndi Qafqaz. (3, 241) Biz xalqımızın bu nəcib xüsusiyyətlərini «Zümrüd quşu» poemasında hiss edirik, eyni zamanda N.Həsənzadənin xalqımızın dərin keçmişinə sonsuz məhəbbətini qiymətləndiririk. Ta qədimdən türklər öz içərisində bütün xalqlara yaşamaq üçün şərait yaratmışlar. Azərbaycan ədəbiyyatı tarixinə əsasən, lirik şair kimi daxil olmuş N.Hsənzadə həm də teatr tariximizdə 80-ci illərdən etibarən özünəməxsus yer tutmuş dram əsərlərinin müəllifi kimi tanınır. Onun «Bütün Şərq bilsin», «Nabat 329

xalanın çörəyi», «Atabəylər», «Pompeyin Qafqaza yürüşü» kimi uzaq və yaxın tarixi keçmişimizi əks etdirən pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulmuşdur. Hər hansı bir əsər onun müəllifinin yaradıcılıq üfüqləri haqqında aydın təsəvvür verir. Mövzu müxtəlifliyi ilə seçilən N.Həsənzadə dramaturgiyasında mühit və şəxsiyyətin əlaqəsi, tarixilik və müasirlik, bədii zaman və qəhrəman kimi ideya-estetik problemləri qarşısına məqsəd qoymuş, bədii-nəzəri materialların verdiyi imkan daxilində buna nail olmuşdur. Şairin xalqımızın qəhrəmanlıq dolu keçmişinə, onun bir parçası olan intibah dövrü kimi xarakterizə edilən XII əsrə müraciət etməsi, milli ləyaqət kimi yüksək insani keyfiyyətləri ön plana çəkməsi alqışa layiq hadisədir. Onu da qeyd etmək lazımdır ki, N.Həsənzadənin «Atabəylər» əsərində Cahan Pəhləvan və Qızıl Arslan kimi qüdrətli dövlət xadimlərinə, sərkərdələrə, Nizami, Əcəmi kimi məşhur sənətkarlara geniş yer ayrılmışdır: Zəmanə xatırlar Qızıl Arslanı, Şöhrətə çatdırdı Azərbaycanı. Öz böyük oğlunu itirirsə xalq Özü başsız qalır hər şeydən qabaq. Şairin dram əsərlərində dramaturji konflikt, mövzu, məzmun, xarakterlərin canlılığı, reallığı, şeiriyyətin axıcılığı, dil-üslub aydınlığı onun zənginliyindən xəbər verir. Ümumiyyətlə, N.Həsənzadə müasir Azərbaycan ədəbiyyatının canlı klassiklərindən biri, qüdrətli şair və dramaturqdur. Onun müxtəlif janrlarda yazılmış irsinin tədqiqi dövrümüzün ədəbi-tarixi prosesini düzgün dərk etmək baxımından olduqca aktualdır. ЯДЯБИЙЙАТ 1. Belinski V.Q. Seçilmiş məqalələri. B.: Gənclik, 1979, 228 s. 2. Əfəndiyev İ. Zümrüd quşu. Azərbaycan jurn., 1977, 3, 207 s. 3. Həsənzadə N. Mənim nigahımı pozdu təbiət (Şeirlər və poemalar). B.: Yazıçı, 1989, 300 s. 4. Həsənzadə N. Seçilmiş əsərləri (Şeirlər, poemalar). B.: Azərnəşr, 1987, 376 s. 5. Mixalkov S. Orijinal kimi təravətli (M.Ə.Sabirin əsərləri rus dilində). Ədəbiyyat və incəsənət qəz., 1968, 14 dekabr. 6. Чернышевский Н.Г. Эстетика. Москва, изд. «Художественная литература», 1958, 318 с. 330