MƏHDUD ZƏMANƏT SWD

Benzer belgeler
BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

BlackBerry ID Sazişi

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

«WESTERN UNION» pul köçürmələri xidmətinin göstərilmə şərtləri

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

[18] 1. Ümumi müddəalar

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Məlumatların Açıqlanmamasına dair Şərtlər

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Marketinq. Mehdiyev Əkbər

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Yük sığortası Qaydaları

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər

SATINALMA ÜZRƏ TƏLIMATLAR

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

"IBM SERVICEPAC" XİDMƏT PAKETİ İLƏ ƏLAQƏDAR TEXNİKİ XİDMƏTLƏ BAĞLI RAZILAŞMA.

YÜK SIĞORTASI QAYDALARI

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi NƏQLIYYAT VASITƏLƏRİNİN SIĞORTA QAYDALARI

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Microsoft Enterprise Services

JOHN WOOD GROUP PLC Wood İşçinin Səhm Planının Qaydaları 1

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Protokolundan Çıxarış aprel 2016-cı il

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

19 QEYD-ġƏRT Sel və daģqın səbəbilə yaranan itki, zərər və ya üçüncü Ģəxslər qarģısında məsuliyyətin istisnası

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

«Atəşgah» Sığorta Şirkəti ASC FIZIKI ŞƏXSLƏRIN SAHIBLIYINDƏ OLAN MINIK AVTOMOBILLƏRININ TAM SIĞORTASI ÜZRƏ SIĞORTA QAYDALARI

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Microsoft Enterprise Services

SƏYAHƏT SIĞORTASI QAYDALARI

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

KÖNÜLLÜ TİBBİ SIĞORTA QAYDALARI ANLAYIŞLAR

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Zeynalova Sevinc III kurs

Xarici səfərlər zamani tibbi xərclərin sığortası Qaydaları

ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR

MÜQAVİLƏLƏR. Müştəri / / 2016-cı il Bakı, Azərbaycan

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

Avtonəqliyyat vasitələrinin (kasko) sığortası Qaydaları

Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

Qeydiyyat ili işçi səhm plan

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Kommunal müəssisələr tərəfindən satınalma

ULTRA TECHNOLOGİES Şirkə nin Biznes Tərəfdaşları üzərində lazımı səylər barədə Prosedur

XARİCİ SƏFƏRLƏR ZAMANI TİBBİ XƏRCLƏRİN SIĞORTASI QAYDALARI

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

YÜK SIĞORTASI QAYDALARI

9. PLASTİK KARTLAR Plastik kartların əldə olunması üzrə şərtlər. MC Debit/Visa Electron MC Standard/Visa Classic.

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar

MALĠYYƏ RĠSKLƏRĠNĠN SIĞORTASININ QAYDALARI

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

SƏYAHƏT SIĞORTASI QAYDALARI

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

Transkript:

MƏHDUD ZƏMANƏT İstehlakçı Qanunları əsasında Əlavə Hüquqlar. SİZ istehlakçı olduğunuz zaman bu Məhdud Zəmanətdə qeyd edilmiş hüquqlardan əlavə qanuni (qanunla müəyyən edilmiş) hüquqlara (yaşadığınız ölkənin istehlakçı qanunları kimi) malik olursunuz ("İstehlakçı Hüquqları"). Bu Məhdud Zəmanət BlackBerry şirkətinin BlackBerry Cihazı üçün müvafiq vasitələr təklif edibetməyəcəyi müəyyən hallarda tərtib olunur. Bu Məhdud Zəmanət SİZİN BlackBerry Cihazı ilə bağlı heç bir İstehlakçı Hüququnuzu məhdudlaşdırmır və ya istisna etmir. İstehsalçı Zəmanətinin Əhatə Dairəsi. Bu istehsalçının Məhdud Zəmanəti BlackBerry Limited və onun filiallarının (" BlackBerry ") BlackBerry adından istehsal olunan BlackBerry brendli avadanlıq məhsulları və aksesuarları ilə bağlı (" BlackBerry Cihazı") zəmanət öhdəliklərini qarşıya qoyur. BlackBerry yeni BlackBerry Cihazının ("SİZ") orijinal son istifadəçi alıcısına zəmanət verir ki, BlackBerry Cihazı SİZ tərəfindən ilkin satınalma tarixində başlayan müddətdə və BlackBerry Cihazının ("Zəmanət Müddəti") hər bir müvafiq növü üçün aşağıda göstərilən müddətdə davam edən dövrdə normal istifadə üçün materiallarda və işin keyfiyyətində aşkarlanan qüsurlardan azad olacaq. Bu Məhdud Zəmanət SİZ tərəfdən digər şəxslərə ötürülə bilməz. (i) BlackBerry Cib smartfonu üçün Zəmanət Müddəti bir (1) ildir. BlackBerry Cihazınızla bağlı müştəri dəstəyi almaq üçün BlackBerry Cihazınızı satın aldığınız satış məntəqəsinə müraciət edin. (ii) BlackBerry Porsche Design smartfonu üçün Zəmanət Müddəti iki (2) ildir. BlackBerry nümayəndəsi ilə əlaqə saxlayın; zəmanətlə bağlı əlaqə məlumatı ilə www.blackberry.com/ gettingstarted veb-səhifəsində tanış ola bilərsiniz. (iii) BlackBerry planşeti üçün Zəmanət Müddəti bir (1) ildir. BlackBerry nümayəndəsi ilə əlaqə saxlayın; zəmanətlə bağlı əlaqə məlumatı ilə www.blackberry.com/playbookwarranty vebsəhifəsində tanış ola bilərsiniz. (iv) Avadanlıq və proqram təminatı komponentlərini (məsələn: BlackBerry cihazları, smartcard oxuyucuları və qoruyucu nazik dinamiklər) ehtiva edən Bluetooth aksesuarları üçün Zəmanət Müddəti bir (1) ildir. BlackBerry Cihazınızı satın aldığınız satış məntəqəsinə müraciət edin. Xüsusi BlackBerry Cihaz modelləri və ya ölkələri üçün Məhdud Zəmanət üzrə istisnalar tətbiq oluna bilər bu Məhdud Zəmanətin Əlavə 1-nə istinad edin. BlackBerry tərəfindən və ya onun adından yenilənən BlackBerry Cihazları üçün zəmanət müddətinin balansı (əgər varsa) həmin yenilənmiş BlackBerry Cihazına tətbiq edilir. Zəmanət Müddəti ərzində BlackBerry Cihazı BlackBerry tərəfindən xətalı hesab edilərsə və bu Məhdud Zəmanətə aid edilərsə, BlackBerry öz müstəqil qərarı əsasında: (i) SİZDƏN heç bir xərc tələb etmədən BlackBerry Cihazınızın nasaz hissəsini təmir edə, yeni və ya işlək vəziyyətdə olan hissələrlə əvəzləyə bilər; 1

(ii) SİZDƏN heç bir xərc tələb etmədən qüsurlu BlackBerry Cihazını müqayisə edilə bilən yeni və ya yenilənmiş məhsulla əvəzləyə bilər; və ya (iii) BlackBerry (i) və ya (ii) bəndlərində təqdim olunduğu kimi BlackBerry Cihazını təmir edə və ya əvəzləyə bilməzsə, SİZİN BlackBerry Cihazı üçün ödədiyiniz xalis satınalma məbləğini geri qaytara bilər. Əgər BlackBerry Cihazı Zəmanət Müddəti ərzində BlackBerry tərəfindən və ya onun adından təmir edilərsə və ya dəyişdirilərsə, təmir olunmuş və ya dəyişdirilmiş BlackBerry Cihazı üçün Zəmanət Müddəti ilkin Zəmanət Müddətinin vaxtı bitdiyi dövrdə bitəcəkdir (lakin bu hala BlackBerry şirkətindən qanunla SİZİ təmir olunmuş və ya dəyişdirilmiş BlackBerry Cihazı üçün daha uzun Zəmanət Müddəti ilə təmin etməyin açıq şəkildə tələb olunması halı istisnadır). BlackBerry və ya onun adından Məhdud Zəmanət əsasında göstərilən hər hansı zəmanət xidməti və ya dəstəyi SİZİN BlackBerry Cihazını BlackBerry şirkətinin səlahiyyətli xidmət təminatçısına geri qaytarmanızla (yuxarıda "BlackBerry Cihazının Geri Qaytarılması" bölməsinə baxın) şərtləşdirilmişdir. SİZ BlackBerry Cihazınızı Məhdud Zəmanət əsasında geri qaytardığınız və onun əvəzinə digər BlackBerry Cihazı aldığınız zaman, qaytardığınız cihaz BlackBerry şirkətinin mülkiyyətinə çevrilir, onun əvəzində sizə verilən məhsul isə SİZİNKİ olur. Bu Məhdud Zəmanət əsasında ödəniş edilmişsə, SİZ BlackBerry Cihazını BlackBerry şirkətinə geri qaytaracaqsınız və bu zaman geri qaytarılan BlackBerry Cihazı BlackBerry şirkətinin mülkiyyətinə çevriləcəkdir. Zəmanət üzrə İstisna və Məhdudiyyətlər. Bu Məhdud Zəmanət aşağıdakılara tətbiq edilmir (BlackBerry tərəfindən müəyyən edildiyi kimi): (i) BlackBerry Cihazının batareya və zamanla korlanan qoruyucu qapağı kimi çıxarıla bilən hissələri (əgər bu hissələr materialdakı qüsur səbəbindən və ya istehsal zamanı zədələnməmişsə); (ii) normal qaydada köhnəlmiş BlackBerry Cihazı; (iii) açılmış, dəyişdirilmiş və ya BlackBerry şirkətinin səlahiyyətlisi olmayan şəxs tərəfindən təmir edilmiş BlackBerry Cihazı; (iv) seriya nömrəsi, IMEI nömrəsi və ya digər eyniləşdirmə nömrəsi pozulan və ya silinən BlackBerry Cihazı; (v) aşağıdakılar səbəbindən və/və ya onların nəticəsində zədələnən, korlanan və ya xətalı olan BlackBerry Cihazı: (a) yanlış istifadə, nəmişlik və ya maye, istilik, qəza, sui-istifadə, etinasızlıq və ya səhv işlətməyə məruz qalma; (b) BlackBerry tərəfindən xüsusilə SİZİN BlackBerry Cihazınızın xüsusi modeli üçün buraxılmayan və ya təsdiq edilməyən aksesuarlar, məhsullar, xidmətlər, proqram təminatları, proqramlar və ya ikinci dərəcəli avadanlıqla BlackBerry Cihazından birgə istifadə; (c) BlackBerry Cihazının xətası olmayan digər hallar; və ya 2

(d) BlackBerry Cihazının BlackBerry tərəfindən hazırlanan və ya təchiz olunan müvafiq quraşdırma təlimatı və ya standart son istifadəçi sənədlərində nəzərdə tutulandan kənar, o cümlədən http:// docs.blackberry.com səhifəsində verilən hər hansı təhlükəsizlik və əməliyyatla bağlı təlimatlar, yaxud http://us.blackberry.com/legal/bbsla.jsp veb-səhifəsində verilən BlackBerry Solution Lisenziya Sazişi xaricində işlədilməsi və ya istifadəsi; (vi) BlackBerry Cihazının səthinə dəyən zədə, o cümlədən qırıqlar, əyilmələr və ya cızıqlar; (vii) bu Məhdud Zəmanətdə təyin edilmiş BlackBerry Cihazına aid olmayan hər hansı avadanlıq, planşet və ya digər avadanlıq məsələn, bu, satın aldığınız zaman təqdim olunan hər hansı xarici SIM karta və ya BlackBerry tərəfindən və ya adından istehsal olunmayan və ya BlackBerry brendi olmayan bir şeyə aid edilmir; yaxud (viii) SİZ BlackBerry Cihazının ilkin alanı olduğunuzu sübut edən satınalma sənədi və orijinal satınalma tarixi və yerini göstərə bilmədikdə. Bu Məhdud Zəmanət BlackBerry Cihazı ilə məhdudlaşdırılan yalnız avadanlıq zəmanətidir və hətta BlackBerry Cihazı ilə birlikdə qablaşdırılsa və ya satılsa, yaxud sonradan BlackBerry Cihazı üçün mövcud olarsa belə, BlackBerry və ya hər hansı üçüncü şəxs tərəfindən yüklənən, öncədən yüklənən və ya paylaşdırılan hər hansı proqram təminatını əhatə etmir. Proqram təminatı lisenziyaları ilə bağlı müqavilələr SİZİN BlackBerry Cihazında istifadə etdiyiniz proqram təminatının istifadəsinə tətbiq edilir. BlackBerry Cihazı ilə birgə verilmiş BlackBerry şirkətinin mülkiyyətində olan proqramlar üçün proqram təminatı lisenziyası müvafiq BlackBerry proqramı lisenziya müqaviləsində təsvir edilmişdir. Məlumatlarınızın Ehtiyat Nüsxəsinin Çıxarılması. Əməliyyatla bağlı mümkün problemlərdən qorunmaq, o cümlədən BlackBerry Cihazının geri qaytarılması zərurəti yaranmasına qarşı SİZ mütəmadi olaraq, BlackBerry Cihazınızda olan məlumat, proqram təminatı, proqram və informasiyanın ehtiyat nüsxəsini çıxarmalısınız. Məlumatların ehtiyat nüsxəsinin çıxarılması BlackBerry şirkətinin və BlackBerry Cihazınızı aldığınız satış məntəqəsi və ya BlackBerry Cihazınıza xidmət göstərən, onu təmir edən və ya dəyişən, o cümlədən, proqram təminatının sinxronlaşdırılması nəticəsində itirilmiş və ya korlanmış məlumatları bərpa edən səlahiyyətli xidmət provayderlərinin deyil, SİZİN məsuliyyətinizə aiddir. BLACKBERRY CİHAZINIZI GERİ QAYTARMAMIŞDAN ƏVVƏL ORADA OLAN HƏR HANSI İKİNCİ DƏRƏCƏLİ AVADANLIQ VƏ YA YADDAŞ KARTINI VƏ/VƏ YA HƏR HANSI FƏRDİ VƏ YA MƏXFİ MƏLUMATI SİLİN. XİDMƏT, TƏMİR VƏ YA DƏYİŞDİRİLMƏ ZAMANI BLACKBERRY CİHAZINIZIN MƏZMUNU SİLİNƏ VƏ/VƏ YA İLK DƏFƏ CİHAZ ALINDIĞI ZAMAN OLDUĞU KİMİ YENİDƏN FORMATLAŞDIRILA VƏ YA KONFİQURASİYA OLUNA BİLƏR (SONRADAN BLACKBERRY SOLUTION LİSENZİYA MÜQAVİLƏSİ İLƏ TƏNZİMLƏNƏN PROQRAM TƏMİNATININ CARİ YENİLƏNMƏLƏRİ VƏ YENİLƏŞDİRMƏLƏRİ İLƏ İDARƏ OLUNUR) VƏ HƏR HANSI İKİNCİ DƏRƏCƏLİ AVADANLIQ VƏ YA YADDAŞ KARTI ÇIXARILA VƏ SİZƏ QAYTARILMAYA BİLƏR. Aydınlıq üçün qeyd edək ki, bu Məhdud Zəmanət SİZİN məlumatlarınızın, proqram təminatı və ya 3

BlackBerry Cihazının proqramlarının ehtiyat nüsxəsi, bərpa edilməsi və ya yenidən quraşdırılmasını əhatə etmir. BlackBerry Cihazını qaytarmaq qaydası. Bu Məhdud Zəmanət SİZƏ BlackBerry Limited tərəfindən təqdim olunur. BlackBerry Cihazınızın zəmanət əsasında xidmətə ehtiyacı olduğunu müəyyənləşdirmək və BlackBerry Cihazınızı geri qaytarmaq barədə məlumat almaq istədiyiniz zaman yuxarıda İstehsalçının Zəmanət Sənədində qeyd edilmiş konkret BlackBerry Cihazı üzrə Zəmanətlə əlaqədar müvafiq şəxslərlə əlaqə saxlayın. Telefonla BlackBerry və ya BlackBerry şirkətinin səlahiyyətli xidmət provayderi ilə əlaqə saxladığınız zaman sizə telefon xərcləri yazıla bilər. SİZDƏN BlackBerry Cihazınızla bağlı hər hansı problemin yoxlanmasında yardım etmək və/və ya BlackBerry Cihazının orijinal alıcısı (sahibi) olduğunuzu təsdiq etmək üçün satınalma sənədi təqdim etmək və cihazı aldığınız tarix və yeri göstərmək tələb oluna bilər. Zəmanət xidməti seçimləri, cavablama zamanı və xərclər (əgər olarsa) ölkədən ölkəyə fərqlənə bilər. ƏGƏR BLACKBERRY CİHAZINIZ ZƏMANƏT MÜDDƏTİ ƏRZİNDƏ QAYTARILMIŞSA, LAKİN BLACKBERRY CİHAZINIZ BU MƏHDUD ZƏMANƏTƏ AİD EDİLMƏMİŞSƏ, TƏMİR VƏ YA HƏR HANSI İCRA OLUNAN EMAL ÜÇÜN MÜƏYYƏN ŞƏRTLƏR VƏ XİDMƏT HAQQLARI TƏTBİQ EDİLƏ BİLƏR. ƏGƏR SİZ BLACKBERRY CİHAZINI ALDIĞINIZ ÖLKƏDƏ YAŞAMIRSINIZSA, BU ZAMAN: (A) ZƏMANƏT ÜZRƏ TƏMİR VƏ YA XİDMƏT MÜMKÜN OLMAYA BİLƏR; (B) SİZDƏN MÜƏYYƏN ŞƏRTLƏRLƏ VƏ/VƏ YA XƏRCLƏRLƏ RAZILAŞMAQ TƏLƏB OLUNA BİLƏR (O CÜMLƏDƏN, GÖNDƏRİLMƏ VƏ XİDMƏT XƏRCLƏRİ); VƏ (C) ZƏMANƏT ÜZRƏ TƏMİR VƏ YA, MÜMKÜN OLDUQDA, XİDMƏT ADİ QAYDADA OLDUĞUNDAN DAHA ÇOX VAXT APARA BİLƏR. İstisna Kompensasiyalar. BLACKBERRY ŞİRKƏTİNƏ QANUNLA (O CÜMLƏDƏN BU MƏHDUD ZƏMANƏTƏ ƏLAVƏ OLARAQ İSTEHLAKÇI HÜQUQLARINIZ VARSA) BLACKBERRY CİHAZINIZLA BAĞLI KOMPENSASİYALARI MƏHDUDLAŞDIRMAQ VƏ YA İSTİSNA ETMƏK AÇIQ ŞƏKİLDƏ QADAĞAN EDİLDİYİ HAL İSTİSNA OLMAQLA, BU MƏHDUD ZƏMANƏT BLACKBERRY CİHAZINIZ ÜÇÜN İSTİSNA KOMPENSASİYALARI GÖSTƏRİR VƏ HƏR HANSI DİGƏR ZƏMANƏTLƏR, ŞƏRTLƏR, TƏQDİMATLAR VƏ YA HƏR HANSI NÖVLÜ AÇIQ VƏ YA NƏZƏRDƏ TUTULAN ZƏMANƏTLƏR, O CÜMLƏDƏN NƏZƏRDƏ TUTULAN SATIŞ ÜÇÜN YARARLIQ, QANEEDİCİ KEYFİYYƏT VƏ/YAXUD XÜSUSİ MƏQSƏD ÜÇÜN YARARLILIQ BURADA İNKAR OLUNUR VƏ TƏTBİQ OLUNMAYACAQ, YAXUD HEÇ BİR TƏSİRƏ MALİK OLMAYACAQ. Məsuliyyət məhdudiyyəti. BLACKBERRY ŞİRKƏTİNƏ QANUNLA (O CÜMLƏDƏN BU MƏHDUD ZƏMANƏTƏ ƏLAVƏ OLARAQ İSTEHLAKÇI HÜQUQLARINIZ VARSA) AÇIQ ŞƏKİLDƏ QADAĞAN EDİLDİYİ HAL İSTİSNA OLMAQLA, VƏ YA SİZİN YAŞADIĞINIZ ÖLKƏ, ŞTAT VƏ YA ƏYALƏT GÖZLƏNİLMƏZ VƏ YA NƏTİCƏLİ ZİYANININ İSTİSNA VƏ YA 4

MƏHDUDİYYƏTİNƏ İCAZƏ VERMƏZSƏ, BLACKBERRY HEÇ BİR HALDA BLACKBERRY VƏ ONUN ADINDAN VƏ YA ONUNLA BİRGƏ ÇALIŞANLARIN (O CÜMLƏDƏN BLACKBERRY CİHAZININ İSTEHSALI, TƏCHİZATI, PAYLANMASI, SATIŞI, TƏMİRİ VƏ YA GERİ QAYTARILMASI İLƏ BAĞLI), HƏTTA BLACKBERRY VƏ ONUN ADINDAN VƏ YA ONUNLA BİRGƏ ÇALIŞANLARA BU CÜR ZƏDƏLƏNMƏLƏRİN MÜMKÜNLÜYÜ İLƏ BAĞLI MƏSLƏHƏT VERİLSƏ BELƏ, BLACKBERRY CİHAZININ İSTİFADƏSİ VƏ YA ONDAN SUİ-İSTİFADƏ NƏTİCƏSİNDƏ YARANAN HƏR HANSI BİLAVASİTƏ, TƏSADÜFİ, XÜSUSİ VƏ YA NƏTİCƏLİ İTKİ VƏ YA ZƏDƏLƏRƏ (O CÜMLƏDƏN, GƏLİR İTKİSİNƏ GÖRƏ OLAN ZƏDƏLƏR, BİZNESİN DAYANMASI, MƏLUMAT İTKİSİ VƏ YA İNFORMASİYANIN (O CÜMLƏDƏN MƏLUMATLAR) TƏHRİFİ VƏ YA DİGƏR MADDİ İTKİ) GÖRƏ MƏSULİYYƏT DAŞIMAYACAQ. BU MƏHDUDİYYƏTİN ZƏMANƏT ƏSASINDA MÜLKİ QANUN POZUNTUSU İDDİASI, MÜQAVİLƏ VƏ YA DİGƏR QANUNİ NƏZƏRİYYƏ İLƏ BAĞLI TƏLƏB VƏ İDDİA EDİLƏN VƏ YA İSTİFADƏ EDİLƏN BU CÜR XƏTALARDAN ASILI OLMAYARAQ TƏTBİQ EDİLMƏSİ NƏZƏRDƏ TUTULUR. BLACKBERRY VƏ ONUN ADINDAN VƏ YA ONUNLA BİRGƏ ÇALIŞANLARIN BU MƏHDUD ZƏMANƏT ƏSASINDA YARANAN ZƏDƏ VƏ İTKİLƏRƏ GÖRƏ SİZİN QARŞINIZDA OLAN MƏSULİYYƏTİ SİZİN BLACKBERRY CİHAZI ÜÇÜN ÖDƏDİYİNİZ ÜMUMİ SATINALMA QİYMƏTİ VƏ YA KORLANMIŞ BLACKBERRY CİHAZININ DƏYİŞDİRİLMƏ XƏRCİNİ, HƏCMİNDƏN ASILI OLMAYARAQ, KEÇMƏMƏLİDİR. Yuxarıda qeyd edilənlər heç bir halda bilərəkdən və kobud davranış və ya fəaliyyətsizliklə bağlı məsuliyyət və ya ölüm və ya bədən xəsarəti ilə bağlı məsuliyyəti məhdudlaşdırmır. Dövlət Qanunları. BU PARAQRAFDA VERİLƏN ÖLKƏ, ŞTAT, ƏYALƏT VƏ YA QANUNVERİCİLİK QANUNLARI AŞAĞIDAKILARI İDARƏ ETMƏLİDİR: (A) BU MƏHDUD ZƏMANƏT VƏ TƏRCÜMƏ, BU MƏHDUD ZƏMANƏTİN HƏR HANSI POZUNTUSU VƏ ETİBARLILIĞI VƏ (B) BU MƏHDUD ZƏMANƏTLƏ ƏLAQƏDAR VƏ YA ONUN NƏTİCƏSİNDƏ SİZ VƏ BLACKBERRY ARASINDA HƏR HANSI İDDİA, MÜBAHİSƏ VƏ YA MÜNAQİŞƏ (MÜQAVİLƏDƏ, HÜQUQ POZUNTUSU NƏTİCƏSİNDƏ VƏ YA ƏKSİNƏ, ƏVVƏLCƏDƏN MÖVCUD OLUN, İNDİKİ VƏ YA GƏLƏCƏK VƏ O CÜMLƏDƏN QAUNUNA ƏSASLANAN, ÜMUMİ QANUN VƏ ƏDALƏTLİ İDDİALAR). AŞAĞIDAKI CƏDVƏLDƏ QEYD EDİLMİŞ ÖLKƏLƏRIN MÜVAFİQ QANUNLARI SİZİN YAŞAYIŞ YERİNİZDƏN ASILI OLARAQ, TƏTBİQ EDİLMƏLİ VƏ QANUN ZİDDİYYƏTLƏRİ İLƏ MƏŞĞUL OLAN ORQANLARI İSTİSNA ETMƏLİDİR. MÜBAHİSƏNİN HƏLLİ/ARBİTRAJ. BU MƏHDUD ZƏMANƏT NƏTİCƏSİNDƏ VƏ YA ONUNLA BAĞLI YARANAN HƏR HANSI NARAZILIQ VƏ YA MÜBAHİSƏ SİZİN YAŞADIĞINIZ YERDƏN ASILI OLARAQ AŞAĞIDAKI CƏDVƏLDƏ ARBİTRAJ QAYDALARINA UYĞUN OLARAQ YEKUN VƏ MÜNSİFLƏR MƏHKƏMƏSİ İLƏ HƏLL EDİLMƏLİDİR: (I) ARBİTRAJIN KEÇİRİLDİYİ YER ARBİTRAJ MƏKANI OLACAQ VƏ ARBİTRAJ İNGİLİS DİLİNDƏ APARILACAQDIR; (II) 5

ARBİTRİN SAYI BİR (1) OLMALIDIR; VƏ (III) ARBİTR QEYD OLUNAN ARBİTRAJ QAYDALARINA UYĞUN OLARAQ TƏYİN OLUNACAQDIR. BU MƏHDUD ZƏMANƏT ƏSASINDA KEÇİRİLƏN HƏR HANSI ARBİTRAJLA BAĞLI BÜTÜN MƏSƏLƏLƏR QANUNLA MÜƏYYƏN EDILMIŞ MAKSIMUM DƏRƏCƏDƏ TAM MƏXFİ SAXLANILMALIDIR. TƏRƏFLƏR ARASINDA OLAN HEÇ BIR MÜBAHİSƏ VƏ YA SİZDƏN BAŞQA HƏR HANSI ŞƏXSİN CƏLB EDİLMƏSİ BLACKBERRY ŞİRKƏTİNİN ƏVVƏLCƏDƏN YAZILI İCAZƏSİ OLMADAN HƏYATA KEÇİRİLƏ BİLMƏZ. Əgər SİZ Avropa, Orta Şərq və ya Afrikada yaşayırsınızsa, bu Məhdud Zəmanət İngiltərə və Uelsin qanunları ilə tənzimlənəcək və Siz London Beynəlxalq Arbitraj Məhkəməsinin Qaydalarına uyğun olaraq London, İngiltərədə yerləşən arbitraj ilə razılaşırsınız. Əgər SİZ Asiyada yaşayırsınızsa, bu Məhdud Zəmanət Nyu York qanunları ilə tənzimlənəcək və Siz London Beynəlxalq Arbitraj Məhkəməsinin Qaydalarına uyğun olaraq Nyu York, NY, ABŞ-da yerləşən arbitraj ilə razılaşırsınız. Əgər SİZ Şimali və ya Cənubi Amerikada yaşayırsınızsa, bu Məhdud Zəmanət Nyu York qanunları ilə tənzimlənəcək və Siz Amerika Arbitraj Assosasiyasının Ticari Arbitraj Qaydalarına uyğun olaraq Nyu York, NY, ABŞ-da yerləşən arbitraj məhkəməsi ilə razılaşırsınız. Məxfilik. Məhdud Zəmanətdə qeyd edilmiş xidmətlərə zəmanət vermək üçün BlackBerry tərəfindən əldə edilən müştəri məlumatı BlackBerry şirkətinin Məxfilik Siyasətinə (bax: http:// www.blackberry.com/legal/privacy.shtml) əsasən istifadə ediləcək, işlənəcək, ötürüləcək və açıqlanacaqdır. Bu SİZƏ aid məlumatın və BlackBerry Cihazının zəmanət xidmətlərinin həyata keçirildiyi BlackBerry Cihazının saxlanmasında iştirak edən xidmət təminatçısı, satış nöqtələri, təkrar satış məntəqələri və distibyutorlardan əldə edilməsini və SİZƏ aid məlumatın və BlackBerry Cihazının BlackBerry şirkətinin törəmə şirkətlərinə və filiallarına və BlackBerry xidmət təminatçılarına ötürülməsini ehtiva edə bilər. Digər şərtlər. Əgər bu Məhdud Zəmanət və BlackBerry Cihazı ilə birgə və məhdudiyyətsiz olaraq SİZƏ təqdim olunan hər hansı digər zəmanət arasında ziddiyyət olarsa, Məhdud Zəmanətin müddəaları BlackBerry tərəfindən bu cür ziddiyyət çərçivəsində tətbiq edilməlidir. Əgər bu Məhdud Zəmanətin hər hansı şərti, müddəası və ya alt-bölməsi qüvvədən düşmüş, qeyri-qanuni və ya qeyriəsassız hesab edilərsə, bu həmin şərt, müddəa və alt-bölmənin qalan hissəsinin etibarlılığı və ya əsaslı olmasına və bu Məhdud Zəmanətə təsir etməyəcəkdir. 6