ŞƏFFAFLIQ AZƏRBAYCAN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİ

Benzer belgeler
MƏTBUAT ÜÇÜN HESABAT

ŞƏFFAFLIQ AZƏRBAYCAN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİ

Kənan Qasımov. Tel: (994 12) Faks: (994 12)

ŞƏFFAFLIQ AZƏRBAYCAN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİ

MƏTBUAT ÜÇÜN HESABAT

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Protokolundan Çıxarış aprel 2016-cı il

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

AZƏRBAYCANDA DÖVLƏT ORQANLARININ QAYNAR XƏTT XİDMƏTLƏRİ MONİTORİNQ HESABATI

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Marketinq. Mehdiyev Əkbər

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

[18] 1. Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

TƏHSIL. AZƏRBAYCANDA Aİ TƏRƏFİNDƏN MALİYYƏLƏŞƏN LAYİHƏ VƏ PROQRAMLAR Aprel May 2015

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

AZƏRBAYCAN. Vətəndaş cəmiyyəti: Ümumi məlumat. Ölkə və dövlət haqqında məlumat VƏTƏNDAŞ CƏMIYYƏTI HAQQINDA QISA MƏLUMAT

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Hüquqi şəxslərin Elektron imza sertifikatı almaları üçün E-ərizə ilə müraciət xidməti üzrə İSTİFADƏÇİ TƏLİMATI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCANDA KORPORATİV SOSİAL MƏSULİYYƏTİN

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

KONSEPSIYA SƏNƏDLƏRİNİN QƏBULU NO. ITB/AZE/009/2012

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

1.3. Komitə öz fəaliyyəti barədə yalnız Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası qarşısında ildə bir dəfədən az olmayaraq hesabat verir.

Sistem inzibatçıları üçün təlimat

ANLAŞMA MEMORANDUMU. İlkin məlumat

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

2014-cü ilin üçüncü rübünün nəticələri

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Bu hesabatda biznesin həyat siklinin əsas istiqamətləri ətraflı şəkildə təhlil olunur.

yeni səhifə İYUN 2013 Vətəndaş və dövlət qurumları münasibətlərində Elektron Hökumət Bülleteni Bülleten 06 / iyun 2013 VAXTA QƏNAƏT ŞƏFFAF ƏLVERİŞLİ

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası və İsrail Dövləti arasında 2009 cu il iyunun 28 də Bakı şəhərində imzalanmış sənədlər haqqında

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

FEVRAL Elektron Hökumət Bülleteni. Vətəndaş və dövlət qurumları münasibətlərində yeni səhifə. Elektron Hökumət Portalı

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ

Transkript:

ŞƏFFAFLIQ AZƏRBAYCAN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİ APREL - IYUN 2008-CI IL ƏRZINDƏ GÖRÜLƏN IŞLƏR BARƏDƏ MƏTBUAT ÜÇÜN HESABAT 1. TƏŞKİLAT VƏ LAYİHƏ HAQQINDA QISA MƏLUMAT 2. MƏRKƏZLƏRIN FƏALIYYƏTI HAQQINDA MƏLUMAT 3. DÖVLƏT ORQANLARI VƏ QHT-LƏR ILƏ ƏMƏKDAŞLIQ 4. MÜRACIƏTLƏRIN ÜMUMI STATISTIKASI 5. UĞURLA HƏLL EDILMIŞ BƏZI MÜRACIƏTLƏR 1. TƏŞKİLAT VƏ LAYİHƏ HAQQINDA QISA MƏLUMAT 1993-cü ildə təsis olunan Transparency İnternational (Beynəlxalq Şəffaflıq) təşkilatı beynəlxalq qeyri-hökümət təşkilatıdır və dünyada aparıcı anti-korrupsiya hərəkatıdır. Beynəlxalq Şəffaflıq təşkilatının katibliyi Berlin şəhərində təsis olunub və milli bölmələrin köməyi ilə 90-dan çox ölkədə anti-korrupsiya fəaliyyətlərini əlaqələndirir. Bölmələr müstəqil yerli QHT-rı olaraq öz siyasətlərini azad seçirlər və fəaliyyətlərini davam etdirmək üçün fondlarını artırlar. Şəffaflıq Azərbaycan İctimai Birliyi 2000-ci ilin Oktyabr ayında vətəndaş cəmiyyəti və elmi nümayəndələr tərəfindən təsis olunmuşdur. 2001-ci ildə Şəffaflıq Azərbaycan təşkilatına milli bölmə statusu verilmişdir. 2005 ci il Aprel ayının 1-dən etibarən Şəffaflıq Azərbaycan İB, MDB ölkələri arasında ilk dəfə olaraq yeni ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi) layihəsini həyata keçirir. Layihə ilk əvvəl Bakı və Gəncə olmaqla 2 mərkəz vasitəsi ilə fəaliyyət göstərirdisə, bu gün artıq 5 mərkəz (Quba, Lənkəran, Şəki) vətəndaşlara müxtəlif pulsuz xidmətlər göstərir. Bakı ofisi 2005-ci il iyul ayının 1-dən, 1 Avqust 2005-ci il tarixdən Gəncə mərkəzi, Lənkəran mərkəzi 1 İyul 2006-cı il tarixdən və Quba mərkəzi 1 Avqust 2006-cı il tarixdən, Şəki mərkəzi isə 1 Fevral 2007 ci il tarixdən tam fəaliyyət göstərir. Hər bir şəxs aşağıdakı telefonlar vasitəsilə mərkəzlərə müraciət edə və pulsuz hüquqi yardım ala bilər. Qaynar xətt Bakı 088 707 07 07 və yaxud (12) 497 68 15 Qaynar xətt Gəncə 088 202 02 02 və yaxud (22) 56 55 97

Qaynar xətt Lənkəran 088 303 03 03 və yaxud (171) 5 17 25 Qaynar xətt Quba 088 404 04 04 və yaxud (169) 5 18 37 ya 5 14 91 Qaynar Xətt Şəki 088 505 05 05 və yaxud (177) 4 26 55 ya 4 48 90 Layihə, Boyuk Britaniya Xarici İşlər Nazirliyinin Global Opportunities Fund (Qlobal İmkanlar Fondu) proqramı, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD təşkilatı), eləcə də ATƏT-in Bakı ofisinin qrant dəstəyi əsasında həyata keçirilir. Bu layihə bir sıra Mərkəzi və Şərqi Avropanın Avropa İttifaqına üzvlüyünə namizəd ölkələrdə uğurla həyata keçirilmişdir. Sözü gedən ölkələrdə bu kimi layihələr böyük rol oynayır və vətəndaşların korrupsiyaya qarşı müqavimətini təmin etməklə dövlətlərin korrupsiyaya qarşı mübarizəsini sürətləndirir. Layihənin məqsədi vətəndaşları cəmiyyətdə baş verən korrupsiya halları ilə fəal mübarizəyə cəlb etməkdir. Layihənin başlıca missiyası isə vətəndaşlara korrupsiya şahidləri və korrupsiyanın qurbanlarına çevrilən hər bir kəsə pulsuz hüquqi yardım göstərmək və məsləhət verməkdir. Layihə zamanı göstərilən fəaliyyət inzibati və hüquqi şikayət, həmçinin vətəndaşlar tərəfindən qaldırılmış məsələlər nöqteyi nəzərdən korrupsiya mexanizmlərinin monitorinqi prosedurlarına əsaslanır. Lakin layihə, vətəndaşları məhkəmədə təmsil etmir və onların adından və ya onların nümayəndəsi kimi 3-cü şəxslərin qarşısında çıxış etmir. Layihə beş istiqamətdə həyata keçirilir: Hüquqi məsləhət Maariflənmə və məlumatlandırma İctimai maraqların müdafiəsi Dövlət orqanlarının institutsional inkişafına yardım Mobil treninq və seminar Hüquqi məsləhət: Hüquqi məsləhət vətəndaşlara öz hüquqularının bərpası və qorunması üçün effektli hüquqi mexanizmlərin istifadə edilməsi və dövlət orqanlarına müraciətlərin hazırlanmasına dair məsləhətlərin verilməsi istiqamətində keçirilən fəaliyyətdir. Maariflənmə və məlumatlandırma: Bu fəaliyyət növü vətəndaşların və ictimaiyyətin anti-korrupsiya sahəsində maariflənmməsini nəzərdə tutur. İctimai maraqların müdafiəsi: Bu fəaliyyət verilən hüquqi məsləhətlərin və maariflənmənin əsasında dövlətin müvafiq siyasətini, institusional təcrübəsini, qanunvericiliyin və pozuntulara görə məsuliyyəti təkmilləşdirmək məqsədilə həyata keçirilir. Dövlət orqanlarının institusional inkişafına yardım: Bu fəaliyyət nəticəsində bir neçə dövlət orqanlarının qaynar xəttlərinin, korrupsiyaya mübarizə üzrə ixtisaslaşmış işçi qruplarının və s. yaradılmasına və fəaliyyət göstərmələrinə köməklik göstərilməsi nəzərdə tutulur. Mobil treninq və seminarlar: Bu fəaliyyət ərzində mərkəz hüquqşünasları könüllülərin köməyi ilə müxtəlif hədəf qrupları (əsasən kənd əhalisi ilə) üçün görüş keçirir, mobil anti-korrupsiya təlimlərini keçirir və yerlərdə pulsuz hüquqi yardım göstərirlər.

2. MƏRKƏZLƏRIN FƏALIYYƏTI HAQQINDA MƏLUMAT - Seminar və Tədbirlər Layihənin işçi heyəti hesabat dövrü ərzində müxtəlif təşkilatlar tərəfindən təşkil olunan və həmçinin özlərinin təşkil etdiyi onlarla seminar, dəyirmi masa və konfranslarda iştirak etmiş və həmçinin yerləşdikləri ərazi üzrə yaşayan əhaliyə korrupsiya ilə bağlı mübarizə üzrə maarifləndirmə məqsədi ilə 74 seminar təşkil ediblər. Aşağıda ayrı-ayrı mərkəzlərdə keçirilən tədbirlər haqqında qısa məlumat verilib: 1 Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi həyata keçirdiyi İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi Layihəsi, habelə Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya nın maarifləndirmə komponenti çərçivəsində cari ilin İyunun 10-u, 11-i və 12-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Akademiyasında bələdiyyə üzvləri, məhkəmə icraçıları və hakimlər üçün seminarlar keçirib.seminar zamanı tədbir iştirakçılarının nəzərinə korrupsiyanın anlayışı, onun səbəbləri, nəticələri və formaları haqqında, Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya nın icrası üzrə tədbirlər planı, Transparency İnternational təşkilatı və onun yerli bölməsi sayılan Şəffaflıq Azərbaycan İBnin fəaliyyət istiqamətləri və İB-in həyata keçirdiyi İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzi Layihəsinin fəaliyyəti və xidmətləri ilə bağlı məlumatlar çatdırılıb. Keçirilən seminarlar zamanı bələdiyyələrə və məhkəmə orqanlarına vətəndaşlar tərəfindən gələn şikayətlərin xarakteri, Milli Strategiyadan irəli gələn vəzifələr müzakirə olunmuş və qeyd olunan sahələrdə korrupsiya faktlarının aradan qaldırılması imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Yuxarıdakı şəkil: Ədliyyə sisteminin əməkdaşları üçün keçirilən seminarlar Layihənin Gəncə mərkəzi cari ilin Aprelin 23-də Minqəçevir şəhərində yerləşən Yeni Həyat qaçqın şəhərciyində 31 nəfərin iştirak etdiyi vətəndaşlara seminar keçirib. Vətəndaşlar daha çox bələdiyyə, səhiyyə və şəxsiyyət vəsiqələrinin verilmısində müşahidə olunan korrupsiya faktlarında şikayətlənirdilər. 1 Hesabatda yalnız hər mərkəz üzrə bir seminar işıqlandırılıb. Mərkəzlərin keçirdiyi digər seminarlar haqqında əlavə məlumat almaq üçün Layihənin Baş Koordinatoru Ceyhun Atayev ilə 418-11-09 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Yuxarıdakı şəkil: Yeni Həyat qaçqın şəhərciyində keçirilən seminar Layihənin Lənkəran mərkəzi cari ilin Aprelin 17-də Masallı şəhər Təhsil Şöbəsinin 70 nəfərlik əməkdaşı üçün seminar keçirib. Yuxarıdakı şəkil: Masallı şəhər Təhsil Şöbəsində keçirilən seminar Layihənin Quba mərkəzi cari ilin Aprelin 16-da Quba rayonun 1-ci Nüqədi kəndinin 1 saylı orta məktəbinin müəllimləri üçün seminar keçirib. Seminar zamanı maarifləndirmə kursundan əlavə, şikayəti olan vətənsaşlara pulsuz hüquqi məsləhətlər verilib. Vətəndaşlar daha çox kommunal xidmətlər, polis, məhkəmə, bələdiyyə, hərbi kommisarlıq və səhiyyə sahələrində üzləşdikləri korrupsiya hallarından şikayətlənirdilər. Yuxarıdakı şəkil: Nüqədi kəndində keçirilən seminar

Layihənin Şəki mərkəzi cari ilin Aprelin 17-də Şəki rayon Polis Şöbəsinin əməkdaşları üçün korrupsiya və şəffaflıq mövzusunda seminar keçirib. Seminar zamanı tədbir iştirakçılarının nəzərinə korrupsiyanın anlayışı, onun səbəbləri, nəticələri və formaları haqqında, Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya nın hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər planı, Transparency İnternational təşkilatı və onun yerli bölməsi sayılan Şəffaflıq Azərbaycan İB-nin fəaliyyət istiqamətləri və İB-in həyata keçirdiyi İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzi Layihəsinin fəaliyyəti və xidmətləri ilə bağlı məlumatlar çatdırılıb. Yuxarıdakı şəkil: Şəki rayon Polis Şöbəsində keçirilən seminar 3. DÖVLƏT ORQANLARI VƏ QHT-LƏR ILƏ ƏMƏKDAŞLIQ Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın 27 iyul 2007-ci ildə təsdiqlənməsindən sonra Şəffaflıq Azərbaycan təşkilatı ayrı-ayrı dövlət orqanları üzrə Strategiyada nəzərdə tutulan Fəaliyyət Planına əsasən, müxtəlif dövlət oqranlarında anti-korrupsiya maarifləndirmə təlimləri keçirmişdir. Layihənin Bakı, Gəncə, Lənkəran və Quba mərkəzlərinin nümayəndələri Aprel- May 2008-ci il ərzində bununla bağlı bir sıra seminarlar keçirib. Bakı mərkəzi hesabat dövrü ərzində Qaradağ rayon İcra Hakimiyyətində; Dövlət Gömrük Komitəsində; Ombudsman Aparatında; Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində və Ədliyyə Nazirliyində; Gəncə mərkəzi Kəpəz, Şəmkir və Gədəbəy rayon Pensiya Fondunda; Goranboy rayon Polis İdarəsində; Məhkəmə-Hüquq Şirası İdarəsində; Goranboy, Şəmkir və Gədəbəy rayon Təhsil şöbələrində; Lənkəran mərkəzi Lənkəran şəhər Vergi İdarəsində; Masallı rayon Dövlət Sosial Müdafiə Fondunda; Masallı rayon Polis İdarəsində; Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Masallı şəhər idarəsində və Masallı rayon Təhsil şöbəsində; Şəki Mərkəzi Şəki şəhər Polis İdarəsində; Şəki şəhər Dövlət Sosial Müdafiə Fondunda; seminarlar keçirilib; Layihənin Bakı mərkəzi hesabat dövrü ərzində Azərbaycan Respublikası Baş Prokurorluğuna habelə hakimlərin seçilməsi ilə bağlı keçriilən imtahanlarda müşahidəçi qismində çıxış etmişlər.

Layihə, yerli QHT-lər ilə sıx qarşılıqlı əməkdaşlıq edirlər. Bir çox hallarda təşkilat yerli QHT-lərə müraciət edərək birgə tədbirlərin keçirilməsi təklifi ilə çıxış edir. Bəzi hallarda isə müxtəlif QHT-lər təşkilatın yerli ofislərindən müəyyən tədbirlərin keçirilməsi üçün istifadə edirlər. Layihənin Lənkəran Mərkəzi hesabat dövrü ərzində cənub regionunda fəaliyyət göstərən Hüquqi Yardım, Demokratik Nəzarət Gənclərə Yardım və Gələcəyə Körpü İctimai Birlikləri, AEGEE Gənclər təşkilatı və digər yerli gənc təşkilatların keçirtdikləri tədbirlərdə ev sahibliyi etmişdir. Keçirilən tədbirlərdə yerli QHT-lərin rolu və vəzifələri haqqında və digər mövzular ətrafında müzakirələrdə iştirak etmişlər. Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi həyata keçirdiyi İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi Layihəsi, habelə Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya nın maarifləndirmə komponenti çərçivəsində cari ilin İyunun 15-də təşkilatın Gəncə və Şəki mərkəzlərinin gənc könüllülərinin iştirakı ilə Şəki şəhərində Gənclər Korrupsiyaya Qarşı Mübarizədə adlı sosial aksiya həyata keçirib. Sosial aksiya 5 əsas məqsədə yönəlmişdir. 1) Şəffaflığın Artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanin həyata keçirilməsində gəncləri fəal iştiraka cəlb etmək. 2) Şəki şəhər ərazisində əhalinin təşkilatın xidmətləri haqqında məlumatlandırılması 3) Gəncə ofisinin təcrübəsinin Şəki ofisi tərəfindən öyrənilməsi 4) Könüllü gənclərin gələcək fəaliyyətlərində stimul 5) Mərkəz könüllüləri arasında şəbəkənin yaradılması Sosial aksiyada aşağıdakı vəzifələr həyata keçirilmişdir: 1) Qapıdan Qapıya 2) İctimai yerlərdə məlumatlandırma 3) Dayancaqlarda və digər ictimai yerlərdə A4 formatında təşkilatın pulsuz hüquqi xidmətləri haqqında elanların vurulması Qapıdan Qapıya və ictimai yerlərdə keçirilən görüşlərdə vətəndaşlara məlumat vərəqələri, AR-nın Korrupsiyaya Qarşı mübarizə haqqında qanun və Cinayət məcəlləsindən çıxarış paylanıldı. Aksiya zamanı vətəndaşlar Şəffaflıq Azərbaycan nın fəaliyyətinə və xidmətlərinə böyük maraq göstərdilər. Onlar bu cür fəaliyyətlərin mütamadi olmasının vacibliyini vurğuladılar.

4. MÜRACİƏTLƏRİN ÜMUMİ STATİSTİKASI Layihə, qeyd olunan hesabat dövrü ərzində 5 mərkəz daxil olmaqla 1844 ilkin zəng və şikayət qəbul edib: Bakı (290), Gəncə (592), Lənkəran (248), Quba (398) və Şəki (316). Aşağıda göstərilən diaqram hər beş mərkəz üzrə qəbul olunan şikayətlərin rəqəmlə ifadə olunması göstərilir. Bakı 700 600 500 599 505 501 494 Gəncə Lənkəran 587 592 Quba Şəki 400 300 200 288 366 372 294 334 328 303 432 387 388 391 339 323 291 210 360 374 330 327 330 274 292 318 296 281 235 398 316 290 248 100 132 128 57 42 113 77 49 149 110 82 0 Şikayətçilərin cinsi Şikayətçilərin cinsi nisbəti ilə götürsək, kişilər qadınlara nisbətən daha çox şikayət ilə mərkəzlərə müraciət edirlər. Bu hal özünü daha çox kənd yerlərində biruzə verir. Buna əsas verən amillərdən biri isə görüşlərin çayxana və ya ofis daxilində keçirilməsidir. Gəncə və Quba şəhərlərində qadınların iştirak faizi daha yüksəkdir. Bununla belə, Lənkəran və Şəkidə məktəblərdə təşkil olunan tədbirlərdə də qadınların çoxluq təşkil etmələri müşahidə olunurdu. Aşağıda göstərilən diaqramda hər beş mərkəzə hesabat dövrü ərzində, habelə Layihənin həyata keçirilmə dövründən bəri müraciət edən şikayətçilərin cinsi nisbətini göstərilib: Şikayətçilərin cinsi Bakı Gəncə Lənkəran Quba Şəki

A Kişi 156 392 196 201 189 B Qadın 134 200 52 197 127 C Şikayətlərin ümumi sayı 290 592 248 398 316 Şikayətçilərin yaşı Hər yerdə olduğu kimi, ən aktiv yaş qrupu orta yaşlı əhali hesab edilir. Bununla belə, digər qrupların xüsusi cəhdləri nəticəsində cavan nəsil də yaxşı təmsil olunma imkanından bəhrələnir. Gənclərin isə son hesabatlara əsasən aktivliyi müşahidə olunur. Yaş qrupu Bakı Gəncə Lənkəran Quba Şəki A < 20 5 0 0 14 6 B 20 35 38 23 47 99 71 C 35 50 125 89 148 131 110 D 50 65 65 404 20 95 43 E 65 + 10 63 13 27 16 F Müəyyən deyil 47 13 20 32 70 G Ümumi say 290 592 248 398 316 Şikayətçilərin coğrafi yerləşməsi Layihənin ilkin həyata keçirilmə mərhələlərində hüquqi yardım əsasən şəhər əhalisinə edilirdisə, son rüb dövründə regional mərkəzlər kənd yerlərində mobil təlimlər keçirmək yolu ilə daha çox kənd əhalisinin ehtiyacları ilə məşğul olublar. Şikayətlər ilkin olaraq necə qəbul olunur Vətəndaşların telefon vasitəsilə əvvəlcədən görüş təyin etməkdən çox sadəcə gəlməyə üstünlük vermək tendensiyası azalmaqdadır. Telefon zəngi və Layihə ofisinə gəlmə ən geniş yayılmış metoddur. Bir çox hallarda regional mərkəz əməkdaşları özləri ayrı-ayrı kəndlərə səfər edir və mövcud olan problemlərlə yerində tanış olurlar. Şikayətlərin ünvanlandığı sahələr Hər bir mərkəzdə eyni olaraq, məhkəmə sistemi şikayətlərin ən çox ünvanlandığı sahədir. Digər sahələrə isə icra orqanları, polis, dövlət sosial müdafiə fondu, təhsil, səhiyyə və bələdiyyələrə aiddir:

Şikayətlərin sahələr üzrə bölgüsü - layihə boyu (ümumi sayı 13,932) Məhkəmə sistemi, 2199, 16% Səhiyyə, 346, 2% Təhsil, 701, 5% Qeydə alınmamış, 1471, 11% Digər, 3157, 23% Vergi/Maliyyə, 114, 1% Gömrük, 70, 1% Polis, 1155, 8% Hərbi Komissarlıq, 245, 2% Lisenziyalar, 20, 0% Özəl sektor, 239, 2% Prokurorluq orqanları, 410, 3% Bələdiyyə, 1216, 9% Əmək mübahisələri, 300, 2% Pensiya, 942, 7% Dövlət satınalmaları, 95, 1% Özəlləşdirmə, 239, 2% İnspeksiyalar, 132, 1% İcra Hakimiyyəti, 881, 6% Sahələr üzrə Bakı Gəncə Lənkəran Quba Şəki A Məhkəmə 34 94 8 69 33 B Səhiyyə 11 13 3 7 13 C Təhsil 9 35 3 9 3 D Gömrük 0 0 0 3 0 E Vergi/Maliyyə 5 0 1 3 2 F Polis 18 73 13 18 34 G Lizensiyalar (tikinti və s.) 0 0 0 0 3 H Alqi-satqı 0 0 0 0 4 I Özəlləşdirmə 9 0 9 0 9 K Inspeksiya 0 0 0 0 10 L İcra orqanları 0 42 21 6 14 M Pensiya və ünvanlı sosial 29 26 2 31 12 yardım N Əmək mübahisəsi 2 14 0 2 16 O Bələdiyyə 20 69 38 23 21 P Prokurorluq 17 85 1 4 1 Q Özəl sektor 15 0 0 51 3 R Hərbi Kommisarlıq 3 8 3 3 9 S Kommunal xidmətlər 52 133 146 52 113 T Müəyyən deyil 66 0 0 117 16 U Müxtəlif sahələr üzrə ünvanlanan çikayətlərin ümumi sayı 290 592 248 398 316

5. UĞURLA HƏLL EDILMIŞ BƏZI MÜRACIƏTLƏR 2 Bakı mərkəzi üzrə Polis araşdırmaya başladı Vətəndaş şikayət edirdi ki, polis onun övladının döyülməsi ilə bağlı faktı araşdırmaqdan imtina edir. Təşkilatın işə müdaxiləsindən sonra araşdırmaya start verildi. Kompensasiya verildi. Fövqəladə hallar Nazirliyi vətəndaşı əmin etdi ki, tikinti zamanı onun mülkiyyətinə dəyçiş zərərin kompensasiyasını ödəyəcək. Mal gömrükdə rəsmiləşdirildi. İş adamı şiakyət edirdi ki, malını gömrükdən keçirməkdə ondan rüşvət tələb edirlər. Təşkilatın işə müdaxiləsindən sonra vətəndaşın malı qanuni olaraq gömrükdən keçirildi. Dövlət mülkiyyəti qanuni qaydada özəlləşdirildi. Üç vətəndaş dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı pozuntualra yol verilməsi haqqında şikayət edib. Təşkilatın işə müdaxiləsindən sonra məsələ öz həllini tapdı. Gəncə mərkəzi üzrə Su kanalı bərpa edildi. Müraciətçi bildirmişdir ki, ana xətdən icazə ilə həyətinə içməli su xətti çəkdirmişdir. Lakin idarəyə yeni gəlmiş rəis müraciətçinin həyətinə çəkdirdiyi su xəttini kəsdirmiş və yenidən bərpa üçün müraciətçidən 200 manat tələb olunmuşdur. Mərkəzə Azərsu SC dən gələn cavabda bildirilir ki, müraciətçi ilə idarə əməkdaşları arasında anlaşılmazlıq olmuş, müracietçidən tələb olunan məbləğ yeni qoşqu alınması üçün dövlət rüsumu olmuşdur. Müraciətçi isə ofisə gələrək, problemin həll olunduğunu, heç bir məbləğ ödəmədən kəsilmiş içməli su xətti bərpa olunmuşdur. Məhkəmə vəsadəti təmin edilib Mülki mübahisə ilə bağlı Məhkəməyə müraciət etmişdir. Digər tərəf məhkəməyə saxta sənəd təqdim etmişdir. Müraciətçi məhkəmə iclasında həmin sənədin məhkəmə xətt ekspertizasının təyin edilməsini dəfələrlə xahiş etməsinə baxmayaraq, məhkəmə saxta sənədi dəlil kimi qəbul etmişdir. Məhkəmədən gələn cavabda bildirilir ki, Məhkəmə vəsadeti təmin edib, vəsiyyətnamənin əslini tələb etmək üçün qərardad qəbul etmiş, vəsiyyətnamənin əsli alındıqdan sonra iş məhkəmə xətt ekspertizasından keçirilməsi üçün göndəriləcəkdir. Hərbi bilet və veteran vəsiqəsi verildi Müraciətçi bildirdi ki, dəfələrlə müharibə veteranı vəsiqəsinin verilməsi və hərbi biletin geri qaytarılması ilə bağlı Şəmkir rayon Hərbi Komissarlığına müraciət edən müraciətçi korrupsiya hüquqpozuntuları ilə üzləşmişdir. Baş Prokurorluqdan gələn cavabda bildirilir ki, şikayət ərizəsi araşdırma üçün Hərbi Komissarlığa göndərilmişdir. Hərbi Komissarlıqdan gələn cavabda bildirilir ki, hərbi bilet və veteran vəsiqəsi müraciətçiyə onun yasadığı mənzildə təqdim olunmuşdur. 2 Burada yalnız uğurla həll edilmiş işlərin yalnız bəziləri qeyd olunub. Uğurlu işlərin tam siyahısını əldə etmək üçün 418 11 09.596 20 38 telefon nömrələri ilə Şəffaflıq Azərbaycan İB-yi ilə əlaqə saxlaya bilərsiniz.

Ölüm kağızı verildi. Müraciətçi bildirir ki, nənəsinin ölüm kağızı itdiyi üçün VVADQ şöbəsinə müraciət edərkən müraciətçidən 15 manat pul tələb olunmuşdur. Mərkəzin müdaxiləsindən sonra müraciətçi ölüm kağızı itdiyinə görə şərti maliyyə vahidinin 1 mislini ödəyərək, ölüm kağızını aldı. Torpaq sahəsi qeydə alındı Müraciətçi bildirir ki, ona verilmiş pay torpaq sahəsinin yeri Torpaq şöbəsi tərəfindən göstərilmir. Mərkəzin müdaxiləsindən sonra müraciətçiyə sənədlər təqdim olunmuş və torpaq sahəsi göstərilmişdir. Lənkəran mərkəzi üzrə Sosial yardım verildi Vətəndaş şikayət edirdi ki, Sosial yardımla bağlı 1-ci ayı ala bilmir. Nəticə etibarı ilə vətəndaşın problemi həll olundu. Tikinti sərəncamı verildi. Vətəndaş şikayət edirdi ki, qanuni həyətində tikinti üçün sərəncam ala bilmir. 16.05.08 cavab aldıq ki, vətəndaşa sərəncam verildi. Məhkəmə icraatı dayandırıldı. Vətəndaş şikayət edirdi ki, məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməsini icra edir. Nəticədə, vətəndaş bildirdi ki, icraat dayandırıldı, məsələ həll olundu. Quba mərkəzi üzrə Məhkəmə qərarı icra edildi Vətəndaş məhkəmə qərarının icra olunmamasından şikayət edirdi. 02.04.08 tarixdə vətəndaş şəxsən müraciət edərək qərarın icra olunduğunu bildirib. İş araşdırıldı Vətəndaş Bələdiyyə sədrinin qanunsuz hərəkətlərindən şikayət edirdi. 31.03.08 tarixdə vətəndaş müraciət edərək işin araşdırıldığını bildirdi Müraciətçiyə məlumat verildi - Vətəndaş Faktların protokolda dəqiq göstərilməməsi şikayət edirdi. 03.05.08 tarixdə cavab məktub daxil olub, Ərizənin məhkəmədə qaldırılan cinayət işinə əlavə olunduğu bildirilib. Sənədlər möhürləndi - Vətəndaş torpağa dair dövlət aktında həmin idarənin möhürünün vurulmasından, vətəndaşın dəfələrlə müraciət etməsinə baxmayaraq, imtina ilə şikayət edirdi. 31.03.08 tarixdə vətəndaş şəxsən DYLİ Quba RAİ-nə dəvət edilərək sənədin möhürlətdirdiyini bildirib Şəki mərkəzi üzrə Şikayətçinin tələbi öz həllini tapmışdır - Vətəndaş kənd bələdiyyəsinin qanunsuz hərəkətləri barəsində şikayət edirdi. 18.04.2008-ci il tarixdə 02 nömrəli məktub daxil olub.bələdiyyə sədrinin qeyri-qanuni hərəkətləri barədə müraciət yerində baxılmışdır, şikayətçinin tələbi öz həllini tapmışdır.