AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Benzer belgeler
Türk dünyasının böyük söz ustadı

Gedək biz olmayan yerə

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqları sevindirən, böyükləri düşündürən şair

SƏRHƏDLƏR AŞAN POEZİYA. (medodik vəsait)

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

İslam Səfərli zirvəsi

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Uşaq gözü, şair sözü

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. Təbiət aşiqi, gözəllik nəğməkarı. (metodik vəsait)

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ.

Şaman nəvəsi Rüstəm Behrudi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaq dünyasının yorulmaz səyyahı- Tofiq Mahmud

Azərbaycanın görkəmli uşaq yazıçısı. Qəşəm İsabəylinin anadan olmasının 65 illiyi münasibətilə

AZƏRBAYCAN RESPUBLĠKASI MƏDƏNĠYYƏT VƏ TURĠZM NAZĠRLĠYĠ. F.KÖÇƏRLĠ ADINA RESPUBLĠKA UġAQ KĠTABXANASI ELMĠ-METODĠKA ġöbəsġ.

Azərbaycanın görkəmli qadın şairləri. 60 illik yubileyi münasibətilə FƏRİDƏ HACIYEVA. Biblioqrafiya

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Anadan olduğum andan sevirəm

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi. S. Vurğun adına Mərkəzi kitabxana. Hikmət Ziya-85 Metodik vəsait

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Bəşər tarixinin möhtəşəm siması Corc Bayron

Ömür kitabına poeziya yazılan şair- Sabir Rüstəmxanlı

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZIRLİYİ

F.Köçərli adına Respublika Uşaq Kitabxanası

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. UŞAQLARIN YAXIN DOSTU (metodik məktub)

Uşaq ədəbiyyatımızın xanım anası

Azərbaycan dili milli varlığımızın aynasıdır. ( 21 fevral Ana dili günü nə həsr olnmuş metodik vəsait)

Dünyada ən uca zirvədir - Ana!

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Ədəbiyyatın əbədiyaşarlıq ünvanı

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Əlisa Nicat 80-illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait. Söz xəzinədarı Əlisa Nicat

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Gözəllik və həqiqət şairi

Səhnəmizin unuldulmaz Leylisi və Ərəbzəngisi

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

BÖYÜK DƏCCAL Amerika

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

NƏRİMAN HƏSƏNZADƏNİN POETİK AXTARIŞLARI

Azərbaycan Milli Kitabxanası

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. F.KÖÇƏRLİ adına RESPUBLİKA UŞAQ KİTABXANASI. Uşaq Kitabxanasında Reklam işinin təşkili

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Dövrünə güzgü tutan Əli Nəzmi

Görkəmli maarif və mədəniyyət xadimi

9 noyabr Dövlət Bayrağı Günüdür

M Ü N D Ə R İ C A T GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ SƏDNİK PAŞA PİRSULTANLI - 80 Təbriklər... 5

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

Yurdda sülh! Cahanda sülh!

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

Marketinq. Mehdiyev Əkbər

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

DAVETLİSİ

BƏYAZ DOĞULAN ŞEİRLƏR

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Azərbaycan fəlsəfəsinin sönməz günəşi Siracəddin Urməvi

F.K öçər lia dına Respublika Uşa q Kita bx anası. Ələviyyə Babayevanın 95 illik yubileyi münasibəti ilə. Zərif duyğular tərənnümçüsü

Mənəvi saflıq sorağı-sadıq Elcanlı yaradıcılığı. Qəhrəmanını həyatdan götürən yazıçı- Vaqif Musa

Qəlbi Turan olan insan Azər Turan

Ġntellektual-Elektron Kitabxananın təqdimatında

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Qərar Təhsil və tərbiyə müəssisələrində vətəndaşların qida normaları 1-3 saylı əlavələrə müvafiq olaraq təsdiq edilsin.

AZƏRBAYCAN DRAMATURGİYASI DÜŞƏNBƏ SƏHNƏSİNDƏ

Milli-mənəvi dəyərlərimizi qoruyaq və nəsillərə çatdıraq.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

QASIM QIRXQIZLI. Sədnik Paşa Pirsultanlının bədii yaradıcılığı

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Dünya miqyaslı ziyalımız Anar

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Məktəbəqədər yaşlı oxucuların mütaliəsinə rəhbərlik

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. ABŞERON RAYON MƏRKƏZİ KİTABXANA SİSTEMİ Abşeron rayon MKS-nin Metodika və Biblioqrafiya şöbəsi

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

PRÉSIDENCE DE LA RÉPUBLIQUE. Service de Presse AZƏRBAYCAN RESPUBLĐKASI PREZĐDENTĐ ZATI ALĐLƏRĐ CƏNAB ĐLHAM ƏLĐYEV VƏ XANIM MEHRĐBAN ƏLĐYEVANIN

Transkript:

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 100 illiyi münasibətilə Elə böyük xalqın qızıyam ki mən... (metodik vəsait) B A K I -2012 1

Tərtibçidən Azərbaycan ədəbiyyatının yetirdiyi görkəmli söz ustadlarından biri də Mirvarid Dilbazidir. Mirvarid Dilbazi uzun bir yaradıcılıq yolu keçib.neçə-neçə şeir kitabları çap olunub və bu kitablar bir çox dillərə tərcümə olunub. Onun qələmə aldığı Məhsəti (1945), Əlcəzairli qlz (1961), Partizan Aliyə (1972) poemaları müəllifə böyük oxucu məhəbbəti qazandırıb və onun Azərbaycan poeziyasında əbədiyaşar bir şair kimi qalmasını təsdiqləyib. Bütün bu uğurlara görə şair iki dəfə Şərəf nişanı, Qırmızı Əmək Bayrağı, İstiqlal ordenləri və medallarla, Xalq şairi fəxri adı ilə təltif edilib. Bu il görkəmli şairimizin 100 illiyi tamam olur. Möhtərəm prezidentimiz İlham Əliyev şairin Azərbaycan poeziyasındakı xidmətlərini yüksək qiymətləndirərək şairin yubileyini dövlət səviyyəsində keçirilməsi ilə əlaqədar sərəncam imzalamışdır. Prezidentinsərəncamını əlimizdə rəhbər tutaraq F.Köçərli adına Respublika Uşaq Kitabxanası bir çox tədbirlərin keçirilməsini nəzərdə tutmuşdur. Belə ki, elmi-metodika şöbəsi yubileylə əlaqədar vəsait işləyib hazırlamışdır. Vəsaiti sizə təqdim etməzdən öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamını sizə təqdim edirik. 2

Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI 2012- ci ilin avqust ayında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Mirvarid Paşa qızı Dilbazinin anadan olmasının 100 ili tamam olur. Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun yaradıcılığının başlıca mövzusunu xalqımızın zəngin tarixi keçmişi və yurdumuzun misilsiz gözəlliklərinin tərənnümü təşkil etmişdir. Şairin çoxsaylı lirik əsərləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir. Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konsititusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirvarid Dilbazinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əiyev Azərbaycan Respublikasının Prezidfenti Bakı şəhəri, 16 may 2012-ci il 3

I. Həyatı və yaradıcılığı Bənzərsiz yaradıcılığı ilə poeziyamızda görkəmli yer tutan, həssas qəlbli xalq şairi Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax mahalının (indiki Musaköy) kəndində anadan olmuşdur. 1921-ci ildə ana və bacısı ilə Bakıya köçən Mirvrid Dilbazi qız seminariyasında təhsil almış,api-nin Dil və Ədəbiyyat- İctimaiyyət fakültəsində təhsilini davam etdirmişdir. (1929) İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində işləmişdir.iki dəfə Şərəf nişanı ordeni, Qırmızı Əmək Bayrağı, İstiqlal ordeni və medallarla, və Xalq şairi fəxri adı ilə təltif edilmişdir. Yaradıcılığa təhsil illərində başlayan şairin qadın azadlığı mövzusunda yazdığı Qadınların hürriyyəti adlı ilk şeiri 1927-ci ildə Oktyabr alovları adlı məcmuədə dərc edilmişdir.bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən Zəhra, Qurtuluş, Qadın kimi şerləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, Mirvarid Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. Məhsəti (1945), Əlcəzairli qız (1961), Partizan Aliyə (1972) poemaları müəllifə böyük oxucu məhəbbəti qazandırmış və onun Azərbaycan poeziyasında əbədiyaşar bir şair kimi qalmasını təsdiqləmişdir. Mirvarid Dilbazi tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksand Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, həmçinin 4

Evripidin İppolit faciəsini Azərbaycan dilinə tərcümə etmişdir. Eyni zamanda şairin əsərləri də xarici dillərə tərcümə olunmuşdur. Şairin yazdığı lirik şeirlər bəstəkarların da diqqətindən yayınmamışdır. Bəstəkarlarımızdan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairin sözlərinə bir çox mahnı, romans və oratoriyalar bəstələmişlər. Görkəmli şairə, əsl vətəndaş və gözəl insan Mirvarid Dilbazi 2001-ci il iyulun12-də vəfat etmişdir. Mirvarid Dilbazinin yaradıcılığı XX əsr Azərbaycan poeziyasının ən parlaq səhifələrindən birini təşkil edir. Şairin vətənə, təbiətə, xalqımızın tarixi keçmişinə dair şeirləri dillər əzbəri olmuşdu. Azərbaycan qadının keçdiyi mürəkkəb və şərəfli yol Dilbazi yaradıcılığında, xüsusilə şairin poetik əsərlərində öz parlaq ifadəsini tapmışdır. Onun yaradıcılığı bütövlükdə insanlarımızı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına əvəzsiz xidmətlər göstərmişdir. Bu şeir xəzinəsində Azərbaycan təbiətinin gözəlliklərinə həsr olunmuş hər bir misra oxucuları vətənə və xalqa qırılmaz tellərlə bağlamışdlr. XX əsrin sonunda Qarabağ dərdi Dilbazi yaradıcılığının başlıca mövzularından biri olmuşdur. Azərbaycan xalqının başına gətirilən müsibətlər, soyqırım və faciələri şair vərəqlərə köçürüb oxucularına çatdırmışdır. Yaradıcılığının bir qismini uşaq ədəbiyyatına həsr etmiş şair uşaqların da sevimli şairi olmuşdur. O, bütün yaradıcılıq boyu uşaq aləmi, gəncliyin mənəvi dünyası ilə bağlı olmuşdur. Abşeronda payız lövhələri silsiləsindən yazdığı şeirlər uşaq poeziyasının inciləridir desək səhv etmərik. Şairə Abşeronun özünəməxsus gözəlliyini, sükutlu axşamlarını, payızla qışın həyat uğrunda mübarizəsini çox gözəl tərənnüm etmişdir. Onun yaradıcılığında ana və övlad məhəbbəti də əsas mövzulardan birini təşkil edir. Ana, Analıq duyğusu, Mənim ana ürəyimdir şeirlərini oxuyarkən ana qəlbinin çırpıntılarını, nigarançılığını, övlada məhəbbətini, ana və övlad arasında olan ən incə duyğuların şahidi oluruq. 5

Xalq şairi Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də Bakı şəhərində vəfat etmişdir.onun ədəbiyyatımıza bəxş etdiyi poeziya nümunələri bütün zamanlarda öz təravətini itirməyəcək və əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. II. Keçiriləcək tədbirlər Bu il xalqımızın böyük və sevimli şairi Mirvarid Dilbazinin anadan olmasının 100 illik yubileyidir.yubileyin dövlət səviyyəsində keçirilməsi üçün möhtərəm prezidentimiz İlham Əliyev sərəncam imzalamışdır. Sərəncamla əlaqədar olaraq mədəniyyət ocaqlarında, mədəni-maarif müəssisələrində respublikamızın uşaqlara xidmət edən bütün kitabxanalarında bir-birindən maraqlı təntənəli şəkildə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlərin başlanğıcı üçün sərgilərin təşkili vacibdir. Sərgiyə şairin kitabları, onun haqqında nəşr olunmuş kitab və dövri mətbuatdan materialları, şairin foto-şəkilləri yerləşdirilməlidir. Sərgilərin təşkilində aşağıdakı başlıqlardan istifadə etmək olar: Nümunələr veririk: Şeirimizin balaca Məhsətisi, Xalq məhəbbəti qazanmış şairə və s. Sərgidə veriləcək sitatlar: 1. Mirvarid Dilbazi Azərbaycan qadının, anasının ən parlaq, ən gözəl nümunəsidir... O, əsərləri ilə vətənimizə, xalqımıza sədaqətlə xidmət edərək, xalqımızın milli azadlıq yolunda öz payını vermişdir. Heydər Əliyev Ümummilli lider 2. Mirvarid Dilbazi poeziyası bu günün bioqrafiyasının bir hissəsi kimi, gələcək nəslə öz sözünü deyəcəkdir. Məmməd Araz Xalq şairi 3. Azərbaycan şeirinə balaca Məhsəti - Diıbazi gəlmişdir. Məmməd Səid Ordubadi Yazıçı 6

4. Mirvarid Dilbazi insan olmaqdan çox, şairdir və təbiət onu məhz poeziya üçün yaratmışdır. Ələviyyə Babayeva Yazıçı Uşaq kitabxanalarında yubiley münasibətilə təşkil olunacaq tədbirlərdən biri kiçik yaşlı oxucular üçün şeirlərin ucadan oxusudur. Şeirlərin ucadan oxusu uşaqların diqqətini cəlb edir, onlarda şeirə qulaq asmaq, şeiri duymaq, başa düşmək qabiliyyəti və nitqin inkişafını formalaşdırır. Şairin Nənənin nəvələri, Ağacların bahar nəğməsi, Ana dilli kitabım, Qocalar şeirinin ucadan oxusu məsləhətlidir. Nümunə üçün Qocalar şeirini təqdim edirik: Quşlar havada uçur, Uşaqlar yerdə qaçır. Qocalar nə quş kimi Göydə uça bilirlər, Nə də uşaqlar kimi, Yerdə qaça bilirlər. Bir tərəfdə oturub Dərin fikrə dalırlar. Ötüb gedən günləri Yadlarına salırlar. Mirvarid Dilbazinin Danışılmamış nağıllar hekayəsi üzrə balaca oxucularımız üçün səhərcik hazırlamaq maraqlı olar. Şeir və nağılın ucadan oxusundan sonra uşaqlara suallarla müraciət etmək olar. Orta yaş və böyük yaş qrup oxucular arasında Mirvarid Dilbazinin şeirləri üzrə şeir müsabiqəsinin keçirilməsi məqsədəuyğundur. Şeir müsabiqəsinin keçirilməsi üçün kitabxanaçı əvvəlcə özü yaxşı hazırlaşmalı və sonra oxucular 7

arasında şeirləri bölməlidir. Ən yaxşı şeir söyləyən oxucu kitabxana müdiriyyəti tərəfindən mükafatlandırılmalıdır. Oxucularımızın sevimli şairimiz haqqında olan fikirlərini öyrənmək məqsədilə anket sorğuları hazırlamaq olar. Bunu nəzərə alaraq sorğumuzu sizlərə təqdim edirik. 1. Mirvarid Dilbazini tanıyırsınızmı? Bəli Xeyir 2. Şairə neçənci ildə və harada anadan olmuşdur? 3. Hansı əsərlərini oxumusunuz? 4. 5. Hansı şeiri daha çox sevirsiniz?adını qeyd edin. 6. Mirvarid Dilbazinin hansı orden, medal və yaxud fəxri adla təltif olunduğunu bilirsinizsəadlarını qeyd edin. 7. Şairənin ilk şeiri necə adlandığını bilirsinizmi? Əgər bilirsinizsə adını qeyd edin. Bəli Xeyir 8. Sən şeirli kitabsan, Sən nağıllı kitabsan, Bizə savad öyrədən 8

Sən ağıllı kitabsan! şeir parçası Mirvarid Dilbazinin hansı şeirindəndir. Həmin şeirin adını qeyd edin. 9. Laylasında anam mənə Belə demiş dönə-dönə.. misrasının arxasını davam edin. 10. Xalq şairinin vəfat etdiyi ili qeyd edin. Oxucuların sevdiyi tədbirlərdən biri də ədəbi-bədii gecələrdir. Ədəbi-bədii gecənin keçirilməsinə kömək məqsədilə hazırladığımız ssenarini təqdim edirik. (Aparıcılar tədbir iştirakçılarını salamlayırlar) I Aparıcı: Mirvarid Dilbazi həyat, gözəllik və məhəbbət nəğməkarı kimi tanınmış sənətkar şairədir. Onun şeir rübabı çox incədir. Xalqımızın şair anası Mirvarid Dilbazinin yaradıcılığı çağlayan bir çeşmədir. II Aparıcı: Mirvarid Dilbazinin yaradıcılığıxx əsr Azərbaycan poeziyasının ən parlaq səhifələrindən birini təşkil edir. Vətənə, torpağa, anaya, təbiətə, xalqımızın tarixi keçmişinə aid şeirləri dillər əzəbri olmuş, onun sözlərinə onlarca mahnı bəstələnmişdir. I Aparıcı: Mirvarid Dilbazi sözün həqiqi mənasında xalq şairidir. Onun poeziyası xalq ruhu üstündə köklənib. Ona görədir ki, bu şeirlər hamımız üçün doğma və əzizdir. II Aparıcı: O, kövrək ruhlu, incə qəlbli şairədir. O, hər şeydə bir gözəllik görməyi bacaran, ona poetik tərənnüm verən, xalqına bağlı bir şairədir. 9

I Aparıcı: Mirvarid Dilbazi bütün yaradıcılıq boyu uşaqlar üçün birbirindən maraqlı şeirlər yazmışdır. Şairənin hansı kitabını götürüb oxusanız orda sizin ürəkdən sevdiyiniz, müxtəlif mövzularda şeir görərsiniz. (Kiçik yaşlı oxucu Biz yatmaq istəmirik şeirini söyləyir) II Aparıcı: Uşaqlar, sevimli şairimiz sizin üçün bir sıra poemalar da yazmışdır. Xeyir və Şər, Reyhan, Balaca nümayəndə, Qardaşlar, Sevincin dünyası, Babaların su həsrəti, Qaranquş və Qara ilan, Qurd və uşaqlar, Bal arısı və eşşək arısının nağılı şairin qiymətli incilərindəndir. Gəlin oxucularımızın iştirakı ilə Lalənin ağacları nağılından hazırlanmış kiçicik bir parçaya tamaşa edək. Səhnə söyüd, tut, əncir və iydə ağaclarının şəkli ilə bəzədilir. Hər bir ağacın adından bir oxucu danışır. Nənə əlində beşikgəlib söyüd ağacının altında oturur. Beşiyi yelləyib körpə Laləni yatizdırmağaçalışır. Söyüd: Qıza baxın, qıza baxın! Necə də körpədir. Lap mənim kimidir. Aparıcı: Söyüd ağacının budaqları yelləndikcə Lalə əllərini oynadırdı. Nənə beşiyi yırğalayır, amma Lalə yatmırdı. Nənə onu tut ağacının altına apardı. Tut: Ay qəşəng bala, şəkərli tutlarım var, yeyəsən, doşabıma şirin deyəsən, gəlişin xoşdur, qoynum-qucağım boşdur. Mayda çiçəkləndim, iyunda dərildim, günəşə sərildim. Aparıcı: Lalənin tut ağacına yazığı gəldi. Dodaqlarını büzdü, gözləri yaşla doldu, inqa deyib ağladı. Yenə yatmadı. Nənə onu əncir ağacının altına apardı. Əncir: Mənim sevincim çoxdur, dərdim-qəmim yoxdur, ballı əncirlərim dərilməyib, qurudulmaq üçün günə 10

Aparıcı: Nənə: Aparıcı: Nənə: I Aparıcı: Oxucu: sərilməyib, beşiyin üstə sapsarı inci düzəcəm, ağzımdan bal damacaq, quşlar məndən pay umacaq. Lalə bunları eşidəndə çox sevindi, əllərini qarnına döydü, öz-özünə danışdı. Amma yenə də yatmadı ki, yatmadı. Nənə onu iydə ağacının altına apardı.budaqlar Laləni görən kimi yellənməyə başladı. Yatmaq Lalənin yadına da düşmürdü. Ah, ağaclar, ağaclar! Siz mənim qızımı yatmağa qoymursunuz. Dəniz küləyi bunu eşidən kimi qanadlarını bükdü, yarpaqların arasında gizləndi. Ağaclar da susdular, yarpaqlar da, budaqlar da. Ətrafa sakitlik çökdü. Lalənin qara gözləri yavaş-yavaş kiçildi, və şirin yuxuya getdi. Axır ki, mənim qəşəng qızım şirin yuxuya getdi. Nənə beşiyi götürüb getdi. Şairin uşaqlar üçün yazdığı şeirlərin əsas qayəsi tərbiyə məsələsidir: uşaqların mənəvi tərbiyəsi, əmək tərbiyəsi. Torpağına, xalqına. Milli adət-ənənələrimizə məhəbbət ruhunda böyümələri kimi çox vacib işlər görkəmli şairəmizin şeirlərində öz əksini tapır. Hava belə olaydı: Yazlı, qışlı, payızlı. Torpaq belə olaydı: Üstü çiçək naxışlı Qışı ağ qar örpəkli, Yazı isti, yağışlı Göyünün yeddi rəngi- Göy qurşağı olaydı. Torpağının bəzəyi Qızıl sünbüllü zəmi, 11

Meyvə bağı olaydı. O, əbədi sülh ili- Sülh torpağı olaydı. I Aparıcı: XX əsrin sonunda Qarabağ dərdi, Göyçə həsrəti, taleyin hökmü ilə bir-birindən uzaq düşmüş soydaşlarımızın ayrılıq ağrısı Dilbazi poeziyasının başlıca mövzularından biri olmuşdur. Onun şeirləində ana qəlbinin fəryadını duymamaq olmur. II Aparıcı: O, əsərlərində yaşamaq, yaratmaq, azadlığı qorumaq, vətəni müdafiə etmək məqsədilə aparılan mübarizənin müqədəsliyindən danışır, bir ana kimi qəlbinin bütün hərarətilə insanları mübarizəyə səsləyir. ( Bölümdə qaldıqca vətən torpağı şeiri oxucular tərəfindən söylənilir.) I Oxucu: Yasəmən gül açıb, bəzəyib bağı, Qönçəyə dolubdur gülün budağı, Bölümdə qaldıqca vətən torpağı Mən bu gözəlliyi duya bilmirəm, Bahar sevincinə uya bilmirəm. Sarmaşıb çəməndə yenə gül-gülə, Nəğməli quşlar da gəliblər dilə, Mən elə qəmliyəm, qəmliyəm elə, Bu gözəllikləri duya bilmirəm, Bahar sevincinə uya bilmirəm. II Oxucu: Şuşam, Qarabağım, dağlar maralı! Siz də yaralısız, mən də yaralı, Elim düşən gündən sizdən aralı, Bu gözəllikləri duya bilmirəm, Bahar sevincinə uya bilmirəm. 12

Sinəmdə dağı var Əskiparanın, Ağrısı azalmırheç bu yaranın, Düşmənlərə qalan dağım, aranım, Sizsiz gözəlliyi duya bilmirəm, Bahar sevincinə uya bilmirəm. Gün doğub, ürəyim işıqlanmayır, Könlümdə çıraq yox, şam da yanmayır, Çoxdandır saçlarım xınalanmayır, Ürəyim şəhidlər qəbristanıdır, Gözlərimdən axan göz yaşı deyil, Şəhid qanıdır. I Aparıcı: Mirvarid Dilbazi xoşbəxt bir sənətkar olub. Çünki onun əsərləri, yaradıcılığı zamanın sınağından çıxmışdır. Bütün şeirlərin, poemaların arxasında doğma xalqa, vətənə, ana yurda vətəndaş bağlılığı dayanır. II Aparıcı: Onun yaradıcılığı bütövlükdə insanlarımıza vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında əvəzsiz xidmət göstərmişdir. I Aparıcı: Mirvarid Dilbazinin şeir və poemaları oxucular tərəfindən həmişə dərin rəğbət və məhəbbətlə qarşılanmışdır. Çünki bu əsərlər neçə-neçə nəsillərə güc, inam verib. Azərbaycan xalqına insanlara, gənclərə mənəviyyat hisləri aşılayıb. Onları paklığa, ülvi duyğulara çağırıb. II Aparıcı: Sevimli şairəmiz Mirvarid Dilbazi həyatda yaşamasa da onun özü daim qəlbimizdə, əsərləri isə dilimizdə yaşayacaqdır. 13

S O N İstifadə olunan ədəbiyyat siyahısı: Kitablar: 1. Seçilmiş əsərləri. 3 cilddə. I cild.- B.: Yazıçı, 1982.- 324s. 2. Seçilmiş əsərləri. 3 cilddə. II cild.- B.: Yazıçı, 1983.- 336s. 3. Seçilmiş əsərləri. 3 cilddə. III cild.- B.: Yazıçı, 1983.- 254s. 4. Bənövşələr üşüyəndə.- B.: Gənclik, 1970.-207s. 5. Dağ çiçəyi.- B.: Gənclik, 1977.- 319s. 6. Danışılmamış nağıllar.- B.: Azərnəşr, 1966.- 19s. 7. Durnalar ötüşəndə.- B.: Yazıçı, 1989.- 280s. 8. Xatirələr olan yerdə.- B.: Azərnəşr, 1964.- 199s. 9. Qar çiçəkləri.- B.: Gənclik, 1984.- 278s. 10. Lalənin ağacları.- B.: Gənclik, 1970.- 13s. 11. Məhəbbət bizimlə qoşa doğulur.- B.: Gənclik, 1979.- 228s. 12. Yasəmən fəsli.- B.: Gənclik, 1984.- 280s. 14

Tərtib edən: Nailə Həşimova F.Köçərli adına Respublika Uşaq Kitabxanası elmi-metodika şöbəsinin müdiri Redaktor: Fizurə Quliyeva F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru 15