Aparıcı uşaqlara uyğun müraciətlə:

Benzer belgeler
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

BÖYÜK DƏCCAL Amerika

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

DAVETLİSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

İmam Əhməd əl-həsənin (ə) Buyurduğu Şəkildə

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Ramil Soltanov CAMAAT NAMAZI

Səid bin Əli bin Vahf əl-qahtani RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI

Ramil Soltanov CAMAAT NAMAZI

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

Əlixan Musayev ÜÇ SUAL

Acronis True Image Home 2012

Yeni torpaqlara səyahət

tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalında əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı q

Muhəmməd ibn Əhməd əz-zəhəbi. Böyük günahlar

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Abdu`r-RAHMAN əs-sudeys MƏKKƏ HÜZUR VƏ ƏMİN-AMANLIQ YURDU

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

BİRİNCİ FRAQMENT. Bir gənc ana uşaq arabasını yırğalayır, əlilə irəlini göstərərək körpəni ovutmağa çalışır.

Orucluq F tvalar. T rcüm çi. AbdurRahim Muradl

ÖLÜMƏ QƏDƏR. Ramil Soltanov. Mərhəmətli, Rəhimli Allahın adı ilə. Bakı 2007

NEHEMYA. Orijinalın adı: Nehemiah Orijinal mətn: Roy Harrison

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

شرح صورة الفاتحة. Fatihə surəsinin şərhi.

İngilis dilindən tərcümə: Anna Sedova Orijinal kitabın adı: Five Kings of Judah Müəllif: Cennifer Haayer

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA

Azeri. Mu qəddəs Kitab və Qur an-ı Kərim Haqqında 200 Sual. Daniel Wickwire

HÜRUFİ POEZİYADAKI ƏNƏLHƏQ İDEYASININ QURANİ- KƏRİM Ə İSTİNADLARI. Akif MƏMMƏDOV, BSU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru

40 Hədis. Müəllif: Yəhya ibn ġərəf ən-nəvəvi

Saleh bin Fövzan bin Abdullah əl-fövzan CƏNAZƏNİN MÜXTƏSƏR HÖKMLƏRİ

UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR

Namaz. Dəstəmaz Dəstəmaz namazın müqəddiməsidir. Namaza başlamazdan əvvəl mütləq dəstəmaz alınmalıdır. Dəstəmazsız namaz düzgün deyildir və batildir.

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Giriş Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir gənclə görüşməyə başlayır. Yazıçı gəncdən məktəbdə öyrədilməyən

F. M. Dostoyevski. Gülməli adamın yuxusu

Müvəqqəti sığınacaq üçün icazə: sizin üçün bu nə deməkdir?

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Müşfiq XAN Ünvansız sevgi detektiv roman

BESTAMİ YAZGAN. Yağmur Quşları. Qafqaz Üniversitelinin nəşri. W-Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

MİRZƏ FƏTƏLİ AXUNDOV HEKAYƏTİ-MOLLA İBRAHİMXƏLİL KİMYAGƏR. Təmsili-qisseyi-vaqiə ki keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir

Abdu`l-BARİ əs-subeyti MÜSƏLMAN AİLƏSİNİN XÜSUSİYYƏTLƏRİ

Mərhəmətli, Rəhimli Allahın adı ilə

Xalid Hüseyni Min Möhtəşəm Günəş. Bütün dünyada inanılmaz uğur qazanan Çərpələng uçuran ın yazarından

Pedaqoji elmlər dоktoru, professor YƏHYA KƏRİMOV ŞƏFİ OĞLU

Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ

Mark Tven. "İblislə sövdələşmə" (hekayə)

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

DÜNYA XALQLARININ NAĞILLARI. xalqlarının. (Nyamanın quyusu)

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Taksi

Bacarıqlar haqqında. Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın izahı

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

Kitabın müəllif hüquqları qorunur.

Qeyd: Hər hansı bir sualınız yaransa müraciət etməkdə çəkinməyin : Ichimoku Kinko Hyo

İŞ VAXININ CƏMLƏNMİŞ UÇOTU

Zeynalova Sevinc III kurs

SƏNİ YARADANI SEVİRƏM...

Rəşid bəy və Səadət xanım İsmayıl bəy Qutqaşınlı

günahsız qurbanı olan azad insanların ruhauna təqdim edirəm. Abbasəli Əhmədoğlu( ) SON TÜFƏNG

Yaqub. kitabı əsasında 10 Bibliya məşğələsi

Mərhəmətli, Rəhimli Allahın adı ilə. Cümə namazı

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Himayə altında böyüyən uşaq və gənclər

Mərhəmətli, Rəhimli Allahın adı ilə. Cümə namazı. Cümə gününün fəziləti

3. Tarix hesabı və ya müxtəlif təqvimlər

KURS İŞİ. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyası

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

«Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər»(«əl-əhzab», 33).

ZINA فاحشة الزنا مراجعة: فيصل جورجي IXTISAS REDAKTOR: VEYSAL ORUCOV.

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

Avesta. YYSQ Zərdüşt Peyğəmbər. Milli Virtual-Elektron Kitabxananın təqdimatında. Parçalar

Zaur USTAC ORİYENTİR ULDUZU

İslamda Təqlidin Yeri

Uilyam Somerset Moem Həyati hadisələr

"DEYİRDİM Kİ, BU QURULUŞ DAĞILACAQ" Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy lə Ədalət Tahirzadə nin söhbəti ( 17 oktyabr aprel 1992 )

Milli Virtual Kitabxananın təqdimatında

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

İstəmədən Getmək. (Hekayə 1)

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Transkript:

Aparıcı uşaqlara uyğun müraciətlə: Siz gecələr göyü seyr etməyi sevirsiniz uşaqlar? Heç seyr etmisiniz? Orada ayı və ulduzları görmüsünüz? O ayı və ulduzları Kim yaratdı bilirsinizmi? İndi isə diqqətlə dinləyin... Sizə İbrahim adlı bir uşaqdan danışacağam... Səssiz və qaranlıq bir gecə idi. İbrahim başını qaldırıb göyə baxdı. Göy üzü dəniz kimi idi. İbrahim bir az da diqqətlə baxdıqda kiçik ulduzları görməyə başladı. Birdən ulduzların içində böyük və parlaq ulduz onun diqqətini çəkdi. "Budur" Rəbbimi tapdım. Mənim Rəbbim millətimin səcdə etdikləri ağılsız daş deyil "- dedi. Balaca İbrahim sevinclə ulduza baxmağa davam etdi. Lakin İbrahimin sevinci az davam etdi. Gun çıxmağa başladıqda ulduz yox olub getdi. Təəssüf içində "Yox! Batan ulduz mənim Rəbbim ola bilməz dedi. İbrahim Rəbbini axtarmağa davam edirdi. Yenə səssiz bir gecədə dərdli-dərdli düşünərkən göyə baxdı. Parıldayan ayı gördükdə "Budur" tapdım onu dedi. Lakin İbrahimin sevinci yenə də az sürdü. Ay yavaş - yavaş gözdən itirdi. İbrahim üzgün halda"yox! Bu mənim Rəbbim deyil. Rəbb itib gedə bilməz, deyirdi. Bir səhər günəş doğmaq üzrə idi. Az sonra günəş göz qamaşdıran bir parıltı ilə görünməyə başladı. İbrahimin gözləri qamaşdı. Sevinc içində " Budur mənim Rəbbim". Yer üzünə can verən, meyvələri, tərəvəzləri cücərdən Rəbbimi tapdım. " dedi. İbrahimin sevinci gün boyu davam etdi. Axşam olanda günəş batdı. İbrahimi tərk etdi. İbrahim Rəbbinin günəş də olmadığını anladı. Balaca İbrahim artıq başa düşdü ki, ulduzlar zəifdir, onları sübh məğlub edir. Ay zəifdir, onu günəş məğlub edir. Başa düşmüşdü ki, nə günəş, nə ay, nə ulduzlar onu qoruya bilməzlər, çünki zəifdirlər. İbrahim başa düşdü ki, onun Rəbbi Allahdır. Allah diridir və ölmür. Əbədidir, qeyb olmur. Güclüdür, heç bir şey Onu məğlub etmir. İbrahim başa düşdü ki, ayın, günəşin, ulduzların da Rəbbi Allahdır. Aləmlərin də Rəbbi Allahdır.. Artıq İbrahimin haqqı öz tayfasına çatdırma zamanı gəldi. O tayfasına bildirdi ki, ulduzlar ibadət edilməyə layiq deyiilər. Çünki onlar özləri yaradılıblar və idarə olunurlar. Bəzən batıb, bəzən çıxırlar. Sizin ibadət etdiyin bütün ilahlar fayda verə bilmirlər.onlar eşitmir, dərk etmirlər. 1

Uşaqlardan biri oxuyur: Yay tətili gəldi. Məktəb bağlandı. Dərslərimiz bitdi. Kəndə, babamgilə qonaq getdik. Gecə babamgilin evinin damına çıxıb qaranlıqda səmanı seyr edirdim. Bu gecə hamılıqla Ramazan ayını qarşılayırdıq və bunun üçün təzə ayın çıxmasını gözləyirdik. Biz bu gözəl gecəni babam və nənəmlə qarşılamaq istəyirdik. Nənəm bir kitab gətirdi və mənə Ramazan ayı haqqında oxudu. Nənə: Əziz balam, Sənin tanıdığın bu ay əvvəlcə hilal şəklində olur. Hilal ay təqvimi ilə daxil olan ayın il gecəsində görünür. Hilal sap şəklində çıxır sonra yavaş-yavaş böyüyüb yumru olur, sonra yenə azalmağa davam edir. Allahın kitabı olan Quranda Qamər, yəni Ay adlı surə də var. Ay yeddi gün hilal şəklində olur. Ayın sonuna kimi isə qəmərə (aya) çevrilir. Bir ildə 12 ay vardır. İl Məhərrəm ayı ilə başlayar, Zilhiccə ayı ilə bitər. Ramazan ayı ilin 12 ayından 9-cusudur. Ramazanın daxil olmasını da bu hilalı görməklə bilirik. Uşaq: Nənəcan, bəs Ramazan ayı nə deməkdirki? Nənə: Ramazan ayında Allahın kitabı Quran nazil olmuşdur, balacan. ( Bəqərə surəsi 185 -i oxumaq) Allah Quranı Ramazan ayında Qədr adlanan bir gecədə nazil etmişdir. (uşaqlardan biri qədr surəsini avazla oxuyur və aparıcı tərcüməni oxuyur) 2

Uşaqların hər biri bir bəndi söyləyir: On bir ayın həsrəti, Nəhayət sona yetdi Xeyirlərə çağıran Əziz Ramazan gəldi! Orucun ən əfzəli, İbadətin gözəli, Məscidlər də bu ayda Təravihlə bəzənir Sübhdən Məğribədək Bil, oruc tutmaq gərək Əzaları hifz edib Pis əməldən çəkinmək Oruc qəlb rahatlığı, O, bədən azadlığı, Nəfs tərbiyə olunar Mədə bilsə aclığı Qardaşınla bölüşsən, Əgər iftarını sən, Azacıq yeməyini Bərəkətli görərsən Az vaxt keçsə İşadan, Tez məscidə sən yollan Qunut tut, Amin söylə, Qəbul olunsun duan Qiymətlidir hər saat, Qurana da ayır vaxt! Bağışlanma diləyib, Tovbələrini çoxalt Sevindirib miskini, Paylayaraq fitrəni, Bayram namazına tələs Unutma həm təkbiri Günlər nə tez keçdi, Ömrü sanma əbədi Getdi Ramazan ayı Xeyirli qonaq idi Amma qaldı əmanət, O xoş günlərdən əlbət, Gözəl, yaxşı əməllər Uzaq dursun zəlalət! Şirk qoşma ər-rəhmana, Ay yetsə də sona Qoy Allah qovuşdursun Növbəti Ramazana! (Həcər Abbasova) Son on gün də yetişdi, Artırıb ibadəti, Bu günlərin təkində Axtar Qədr gecəsini 3

Aparıcı oxuyur: Əziz balalar, siz oxumağı sevirsiniz elə deyilmi? İnsan əgər kitab oxumasa, məktəbə getməsə. Nə olar? -deyərsinizmi? Bəli, savadsız olar, elmsiz olar, ağıllı qərarlar verə bilməz. Ona görə də hər birimiz dərslərimizi yaxşı oxuyuruq. Elə deyilmi? Elə ona görə də Allah bizlərə oxumağımız, ağıllı olmağımız üçün Quranı nazil etdi. Hər birinizin evində bu kitabdan yəqin ki vardır. Bilirsinizmi ki, bu kitabda bizə göndərilən ilk söz də elə Oxu olmuşdur? (Uşaqlardan biri ələq surəsinin ilk 5 ayələrini avazla oxuyur) Bəli, İqra - Oxu Allahın bizə göndərdiyi ilk əmrdir. Allah Oxu dedikdə ilk olaraq Qurandan başlamağımızı demişdir. Yəqin ana və atalarınızı evdə Quran oxuyarkən və əzbər öyrənərkən görmüsünüz. Elə isə bundan sonra onlardan bu gözəl və maraqlı kitabı möhkəmdən oxumalarını istəyin. Ərəbcə oxunarkən necə gözəl səsləndiyini də eşitmisinizmi? Elə isə sizə də ərəbcə oxumağı öyrətmələrini tələb edin. Baxın Quran hərflərini öyrənmək necə də asandır... ( Ərəb hərflərini yazmağı öyrənirəm kitabdan nümunə göstərmək və hər şəklin adını çəkmək. Uşaq şəkilin baş hərifini söyləsin. Və aparıcı hərfi tanıtsın. Məsələn balıq, b, yəni bə hərfi) Bəs əzbərləmək? Yəqinki fatihə surəsini ana və atalarınız namazda oxuyarkən çox eşitmisiniz. (Uşaqlardan biri fatihə surəsini avazla oxusun ). Görürsünüzmü, çox dinlədikdə Quranı əzbərləmək necə də asandır? Elə isə valideynlərinizdən sizin üçün daima quran dinlətmələrini tələb edin. İndi mən sizə Qurandan bir hekayə oxuyacağam. Sonra isə sizə hekayədən suallar verəcəyəm ki, diqqətinizi və yaddaşınızı yoxlayım. Diqqətlə qulaq asın ki cavab verə biləsiniz. Mənim oxuduğum bu hekayədən Quranda lap çox maraqlıları vardır. Xoşunuz gələrsə ananızdan tətildə sizin üçün oxumasını istəyin. 4

Adəmin (Allahın ona salamı olsun) hekayəsi İlk insan yaradıldı Allah hər bir şeyi yaratdı. Bəs onlardan kim istifadə edəcəkdi? Kim faydalanacaqdı? Allah yer üzündə insan yaratmaq istədi. Bu barədə mələklərə xəbər verdi. Mələklər Allahın insan yaratmaq istəyinin sirrini anlamadılar. Onlar Allaha: "Ey Rəbbimiz, insan dünyada qan tökər, günah edər",- dedilər. Allah onlara: - Siz bilmirsiniz, amma Mən bilirəm, deyə buyurdu. Beləcə, Allah torpaqdan insan yaratdı. Adını Adəm qoydu. Allah Adəmə ruh üfürdü. Adəm yeriməyə, eşitməyə, danışmağa, görməyə başladı. Bununla da Allahın yaratdığı gözəllikləri görə bildi. Allah Adəmə yaratdığı hər bir şeyin adlarını öyrətdi. Adəmi yaratdığı hər bir şeydən üstün etdi. Mələklər Allahın sözündən çıxmırdılar. Mələklər günah işlətmirdlər. Ona görə də mələklər insanın onlar kimi olmayıb günah edəcəyini düşünmüşdülər. İnsan isə günah edə bilirdi. Allah mələkləri günah edə bilməyən, insanları isə günah edə bilən yaratmışdı. Allah mələklərdən yaratdığı varlıqların adlarını soruşdu. Mələklər cavab verə bilmədilər. Adəmdən soruşduqda isə bütün sualların cavabını verə bildi. Mələklər isə hamısı: - Ey Rəbbimiz, biz doğurdan da sənin öyrətdiyindən artıq heç bir şey bilmirik, dedilər. Mələklər Allahın insanı nə üçün yaratdığı sirrini artıq anladılar. İnsan elm öyrənəcək və elm ilə Rəbbinə qulluq edəcəkdi. İblis günah etdi Sonra Allah mələklərə Adəmə səcdə etmələrini əmr etdi. Bütün mələklər Allahın əmrini yerinə yetirdilər. Adəmə səcdə etdilər. Yalnız İblis səcdə etmədi. Üstəlik Allaha üsyan edib belə dedi: -Adəmi torpaqdan, məni isə oddan yaratdın. Mən ona səcdə etmərəm. İblis düşünürdü ki, torpaq hara, od hara? Mən daha üstünəm. Halbuki, palçıqda yumşaqlıq və mülayimlik, odda isə tələskənlik və yanğı var idi. Bununla da İblisin özündən razılığı onu Adəmə səcdə etməyə qoymadı. Bu əməlinə görə Allah onu gözəlliklər məkanı olan Cənnətdən qovdu. Amma İblisin öz istəkləri var idi. O dünyanın sonu gələnə qədər yaşamaq istəyirdi. İnsanları doğru yoldan çıxartmaq istəyirdi. Onları günahkar etmək üçün hiylələr qurmaq istəyirdi. İnsanları özü kimi Allahın əmrindən çıxan etmək istəyirdi. Beləcə Allah ona: - Sən mənim peyğəmbərlərimin ardı ilə gedənləri doğru yoldan çıxara bilməyəcəksən, bundan savayı insanları isə aldadacaqsan, dedi və onu qovdu. 5

Həvva yaradıldı Allah Adəmin tək qalmasını istəmədi. Ona yoldaş yaratmaq istədi. Adəm uzun müddət yuxuya getdi. Allah ondan yoldaşı Həvvanı yaratdı. Adəm yuxudan ayılıb onu gördükdə təəccübləndi və sevindi. Adəm artıq tək olmadığı üçün çox xöşbəxt idi. Cənnətdə nə isti var idi, nə də soyuq. Cənnətdə nə aclıq, nə də susuzluq var idi. Cənnətdə gözəl, xoş nemətlər var idi. Adəm və Həvva Cənnətdə firavan gəzirdilər. Oradakı nemətlərdən yeyirdilər. Allah onlara oradakı meyvələrin hər birindən yeməyə icazə verdi. Lakin bir ağaca toxunmağa icazə vermədi. Allah: - İblisin hiyləsinə aldanmayın. İblis sizin düşməninizdir. Sizi aldatmağa çalışır, dedi. İblis hiylə işlətdi Adəmlə Həvva Cənnətdə xoşbəxt gəzirdilər. İblis isə çox üzgün idi. Çünki özü Cənnətdən qovulmuşdu. Adəm və Həvvanın xöşbəxtliyinə mane olmaq istəyirdi. Bunun üçün yollar axtaran İblis axırı ki, yol tapdı. Adəmə bu sualı verməklə hiyləsinə başladı: - Ey Adəm, sənə əbədi yaşamağın yolunu deyimmi? Sonra ö sualına cavab verərək, Allahın qadağan etdiyi ağacdan yeməyi onlara təklif etdi. Adəmlə Həvva İblisə inanmadılar. İblis isə öz hiyləsindən əl çəkmədi. O Həvvanı yoldan çıxarmaq üçün "Bu ağac gözəl və dadlıdır", dedi. Həvvanın ağaca yavaş-yavaş meyli düşdü. Oradan bir nemət dərib yedi. Dadının dadlı və şirin olduğunu gördü. Sonra ondan Adəmə də uzatdı. Beləcə, hər ikisi bu ağacın meyvəsindən yedilər. Düşmənləri olan İblisin hiyləsinə aldanıb Allahın sözündən çıxdılar. Allah da onları cəzalandırdı. Paltarları əyinlərindən soyunduruldu. Ayıb yerləri bir-birilərinə göründü. Onlar çox utandılar. Yedikləri nemətin onlara zərər verdiyini gördülər. Xəta etdiklərini anladılar. Adəm və Həvva Cənnətdən endi Allah onlara: - Sizə İblis sizin düşməninizdir demədimmi? Onun hiyləsinə aldanmayın demədimmi? İndi ki belə oldu, sizi Cənnətdən çıxaracağam. Sizi dünyaya göndərəcəyəm. Orada sizin öz vəzifələriniz olacaq, dedi. Adəm və Həvva Allahdan onları bağışlamasını istədilər. Yəni tövbə etdilər. Allah onları bağışladı. Çünki onlar İblis kimi günahlarında davam etmədilər. Onlar etdikləri bu xətadan peşman oldular. Allah onlara: - Sizi dünyada sınayacağam. İmtahanda uduzmamaq üçün dediklərimi orada yerinə yetirməlisiniz. İblisə aldanmamalısınız. Dünyada bir müddət yaşayacaqsınız. Vaxtı çatdıqda sizi təkrar dünyadan alacağam. Mənim dediklərimdən çıxmasanız sizi yenə də qovulduğunuz Cənnətə qaytaracağam. Mənim sizə olan Rəhmim və Mərhəmətim bax budur. Beləcə, Allah Adəm və Həvvanı dünyaya endirdi. Onlar qovulduqları Cənnəti qazanmaq üçün çox çalışdılar. Allaha çox ibadət etdilər. 6

İlk insan, həm ilk nəbi- Allah yaratdı Adəmi Tək qoymadı onu Xaliq Həvva oldu həmdəmi... Yoldan çıxardı İblis Nə pis yoldaş o xəbis İnsan xəta etsə, bil Tövbəylə olar təmiz... Cənnətdən yerə endi Həyat davam eylədi Babamız Adəmdən Saysız övlad törədi (Həcər Abbasova) Allah neçə qat səma yaratdı? Yeddi 2. Allah yer üzünü işıqlandırmaq üçün nə yaratdı? Günəş 3. Allah torpaqdan nə yaratdı? İnsan 4. Allah hər şeyi yaratdıqdan sonra nə üzərinə yüksəldi? Ərş 5. Allahın mələkləri yaratdığı maddənin adı nə idi? Nur 6. Adəmə səcdə etməyən məxluq kim idi? İblis 7. Allahın cinləri yaratdığı maddənin adı nə idi? Od 8. İlk yaradılan insan kimdir? Adəm 9. Adəmə yoldaş olaraq yaradılan insan kimdir? Həvva İndi isə mən sizə bir neçə tapmaca söyləyəcəyəm. Onların hər birinin cavabı Quranda vardır. Bilənlər cavablandırsın. Bilməyənlər isə Ramazan ayı ərzində analarından eşitdikləri Quran hekayələrindən sonra cavab tapacaqlar. İnşaAllah Adəm Onu yalnız torpaqdan, Xəlq edibdir Rəbbimiz. İlk bəşər övladıdır, Onun nəslindənik biz. İsa O Məryəmin oğulu, Xurma altda doğulub. İncil verib səmadan, Ona uca Yaradan. Hud Tufan sovuşdu getdi, Köhnə, bütlər dirildi, O, naşükür bir qövmə, Peyğəmbər göndərildi. Süleyman Malik olub ən böyük, Heyvanlar ordusuna. Hud-Hud adlı bir quşu, Kömək edirmiş ona. 7 Xumar

Aparıcı. Əzizlər balalar, bilirsinizmi müsəlmanın neçə bayramı var? Bəli iki bayramı. Bunlardan biri Ramazandır. Bu bayram Ramazan ayı bitərkən sonuncu gün olur. Bu çox gözəl bir gündür. Bu ay boyu oruc tutanların sevindikləri bir gündür. Axı Ramazan ayında hər kəsə oruc tutmaq əmr olunmuşdur. (Bəqərə, 183-ci ayəni oxuyur) (İki uşağı iştirakı ilə) Nərmin : Anacan, Oruc tutmaq necə olur? Anası, - Əziz balam, əvvəlcə oruc tutduğumuz günün gecəsi qalxıb yemək yiyərik. Buna sahura qalxmaq deylir. Yeməyimizi subh namazının azanına qədər bitirərik. Sonra axşam namazının azanına qədər heç bir şey yemərik. Axşam namazının azanında isə yeyib içə bilərik. Buna da imsak deyilir. Beləcə oruc tutmuş olarıq. Nərmin: Anacan bəs onda hər kəs oruc tutmalıdır? Anası: Xeyr balacan. Xəstə olanlar, yaşı çox kiçik olanlar oruc tutmağa məcbur deyillər. Nərmin məyus halda: Axı mən də oruc tutmaq istəyirəm anacan. Ana: Ağıllı qızım, əgər istəsən günün ilk yarısını sən də oruc tuta bilərsən ki, buna alışasan. Sahurda bizimlə qalxıb yemək yesən. Günorta namazına qədər heç bir şey yeyib içməsən bu da sənin orucun olar. Nərmin sevincli halda: Anacan, mən də böyüyəndə sizin kimi sahur vaxtından iftar axtına qədər oruc tutacağam. 8

Aparıcı oxuyur: Əziz balalar kim mənə deyər, neçə əli var? Bəs hər əlində neçə barmağı var? Doğrudur... 5 barmağı var. Bəs bilirsiniz ki, dinimiz İslamın da 5 şərti var? Oruc tutmaq da bunlardan biridir? Elə isə dinləyin... İslamın beş şərti var, Öyrənən xeyir tapar: Şəhadət, namaz, oruc, Zəkat və Həccdir onlar. Şəhadət gəlir öncə, Deyildir bu əyləncə Dünyan təzə don geyər Mənasın dərk edincə Lə iləhə illallah Muhəmməd RəsuluLLah Adın müsəlman olar Şahidlik etsən, hərgah. Gündə beş fərz namazın Saxlama heç qəzasın Sübh, Zöhr, Əsr, Məğrib, İşanı qıl, qoyma qalsın Budur gəldi Ramazan Sən orucla silahlan Şeytanlar zəncirlənib Fürsətdir, savab qazan. Zəkat miskinin haqqı, Ildə bir dəfə vaxtdır. Xəsislik edən bilsin: Onunla mal-pul artır. Müsəlman sevər Həcci Həm qocası, həm gənci Hər möminə nəsib olsun Kəbə görmək sevinci! Həcər Abbasova 9

Aparıcı: Bilirsinizmi oruc tutan insan necə olmalıdır? Bunu 4 müxtəlif uşaq əlində tutsun və uca səslə söyləsin. Səbrli olmal, hər şeyə tez qəzəblənməməli Şükr etməli, özündə olan hər şeyin qədrini bilməli Mübahisə etməməli və pis sözlər danışmamalı Yalan danışmamalı və dedi qodu etməməli Aparıcı: Çünki hər bir yaxşı insan belə olmalıdır. Ramazan ayı da bu gözəl davranışlara başlamaq üçün ən gözəl aydır. 10

Ramazan günü oyunu. (səhnəcik düzədilir) Bir uşaq yerdə uzanıb gözlərini yumur. Yatıb sanki. Başqa bir uşaq əlində zəng gəlsin. Yatan uşağı oyatsın. Əgər zəng çalındısa demək sahur vaxtı gəldi. Uşaqlar əl üzlərini yuyur. Sahur üçün süfrəyə (yerdən süfrə) əyləşirlər. (Salonu qaranlıq etmək) qaranlıq olsun. Yeməyi bitirdikdən sonra uşaqlardan biri azan söyləyir. Uşaqlar səhər namazı qılmağa başlayırlar. Sonra Quran oxuyur hər biri (rəhlin üzərində Quran). Sonra bir qədər yatıb dincəlirlər. Zöhr namazı qıldıqdan sonra baş qatıcı oyunlara başlasınlar. Oyunlar başlanır. 1. Qarışıq şəkillər verilib. Onları Ramazan gününə əsasən sırala. Növbəti səhifədə. 2. Kim iftar açarkən duanı söyləyər? Uşaqlardan biri deyir və hədiyyə qazanır. 3. Orucu nə pozar? Seçin görək. Növbəti səhifədə. Oyunlar bitdikdən sonra sıra ilə digər namazları qıldılar. Artıq axşam yaxınlaşır. İftar süfrəsini hazırlayırlar. Uşaqlardan biri azan oxuyur. İftar vaxtıdır. Axşam namazını qılıb. İftar üçün süfrəyə oturdular. Uşaqlardan biri iftar duasını oxuyur. Sonra işa namazını qılmaq üçün dəstamaz alırlar. Hazırlaşıb yaxınlıqdakı məscidə gedirlər. Məscidin önündə başqa namaz qılmağa gələnləri görürlər. Hər kəs namaza dayanır. Hər kəs təravih namazı qılır. Beləcə Ramazan günü oyunu bitir. Ramazandakı gözəlliklər oyunu. İndi isə Ramazanda edilən əməlləri xatırlayırıq. Bir böyük öndə gedir. Hər uşaq paravoz kimi bir-birinin ardınca dayanır. Ramazanda edilən bir əməli hər biri söyləyir. Və beləcə paravozun nə qədər uzun olacağına baxılır. Uşaqlar bu sözləri söyləyirlər. a)ramazan ayında atamla birkdə marketdən iftar üçün ərzaqlar aldıq. b) Ramazan ayında iftarda hamı bir süfrədə oturub orucumuzu açdıq. c) Ramazan ayında hər kəs gecə yeməyə qalxdı. Sahur etdi. d) Ramazan ayında anam rəfiqələri ilə birlikdə Quran oxumaq üçün yığışdılar. e) Ramazan ayında ailəm tanıdıqlarımızı iftara dəvət etdi. f) Ramazan ayında kasıblara yardım etdik. İftara dəvət oyunu (səhnələşdirmək) Dostlar iki qrupa ayrılırlar. Birinci qrup iftar verən ailədir. Sanki marketə gedib iftar üçün alış-veriş edirlər. Sonra yemək hazırlayıb süfrə qururlar. Digər qrup isə onlara qonaq olurlar. Hər kəs süfrəyə oturub azanı gözləsin. Uşaqlardan biri azanı söyləsin. Hər kəs orucunu açsın. Sonra rolları dəyişib qonaq olanlar bu dəfə ev sahibi olsun. Beləcə iftar verməyin və qonaq olmağın nə olduğunu hər kəs başa düşsün. 11

Bir Ramazan günü edilən əməllərin ardıcıllığını tap quran oxumaq dəstamaz almaq iftar etmək namaz qılmaq təravihə getmək sahura qalxma 12

Orucu nə pozar? oynamaq yemək içmək quran oxumaq 13

Fitrə oyunu (səhnələşdirmək) İndi isə Ramazanda sədəqə (fitrə zəkatı) oyunu oynayaq. Dostlar 3 qrupa ayrılır. Birinci qrup - Fitrəni alan adamlar. İkinci qrup - Fitrə verənlər. Üçüncü qrup - Veriləcək fitrələr. (bu qurpda hər kəsin əlində dənli bitkilərdən oyuncaq var). Birinci qrup (fitrə alanlar) halqa kimi yerə otururlar. İkinci qrup (fitrə verənlər) isə ayaq üstə dayanıb, hanı mənim fitrəm? -deyə qışqırır. Sonra üçüncü qrupdan (fitrə olan, əlində dənli bitki tutan uşaqlardan) birini seçir. Sonra həmin fitrə olan uşağın əlini, yerdə oturan fitrə alacaq uşağın əli ilə birləşdirir, ayağa qaldırır. Və beləcə bu hərəkəti digər uşaqlarla da təkrarlayır. Yerdə oturanlar hamısı ayağa qalxana qədər. Sonra hər kəs əl ələ tutub dairə şəklində fırlanır və oxuyur. Fitrəmizi paylaşdıq, paylaşdıqca böyüdük və çoxaldıq. 14

Fitrə zəkatını hesablamaq (səhnəcik) Aparıcı: Mədinə riyaziyyat fənnini çox sevir. O,vurma cədvəlini bilir. Toplama, çıxma əməlini və digər riyaziyyat məsələlərini də əla bilir. Ramazan ayının mübarək günlərinin birində Mədinə ailəsi ilə axşam yeməyini yemək üçün iftar süfrəsinə oturdu. Axşam naharını edib, bitirdikdən sonra Mədinə öz otağına keçib,dərs stolunda əyləşdi. Elə bu vaxt, televizorda aparıcının belə dediyini eşitdi: Ramazan ayından sonra gələn Şəvval ayının başlandığını bildirən ay göründü. Allah Ramazan ayında tutduğunuz orucu və saleh əməllərinizi qəbul etsin! Bu xəbər Ramazan ayının bitməsini və bayramın gəlişini bildirirdi. Mədinə və ailəsi bayramın gəlməsinə çox sevindi və dərhal Allaha dua etməyə başladılar: Uca Rəbbimiz hər birimizin bu ayda etdiyimiz bütün ibadətləri qəbul etsin. Mədinənin anası : - Qızım,bu gecə sənin üzərinə vacib bir riyazi məsələni həll etmək düşür. Bilmək istəyirsənmi o nədir? Mədinə gülümsəyərək : - Bəli,bilirəm anacan. Bu yəqin ki, fitrə zəkatını hesablamaqdır. (Sonra Mədinə vərəq və qələm gətirib hesablamağa başlayır, və bu arada onun yanına balaca bacısı Zeynəb gəlir) Zeynəb: -Bacıcan, fitrə zəkatı nədirki? Mədinə gülümsəyərək : - Əziz bacım,bil ki,fitrə zəkatı hər bir azad,ağıllı müsəlman kişi və qadına vacibdir. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) deyibki, Ramazan bayramından bir gün əvvələ qədər hər bir kəsin adından düyü, kişmiş, xurma və buğda kimi ərzaqlar kasıblara fitrə zəkatı olaraq verilməlidir. Onun miqdarı isə 1 saa qədərində olmalıdır. Saa keçmişdə insanların tətbiq etdikləri ölçü vahididir. Bu xüsusi ölçüyə malik qab idi (qabı göstərmək). İndiki ölçü ilə uyğunlaşdırsaq tutumu 2 kiloqram yarıma bərabərdir. İndi də bəzi kəndlərdə insanlar ərzaqlarını belə qablarla ölçüb, saa ölçüsündən istifadə edirlər. (Beləliklə,Mədinə vərəq üzərində və ya lövhədə yazmağa başladı.) Ailə üzvləri Ərzaq Kiloqram Atam düyü 2,5 Anam düyü 2,5 Mən düyü 2,5 Bacım düyü 2,5 2,5+2,5+2,5+2,5=10kq (Hesabladıqdan sonra, Mədinə bacısına izah edir) Mədinə: - Əziz bacım,yəni biz hər birimizə düşən 2,5kq-ı dörd dəfə təkrarlamalıyıq.yəni toplamalıyıq.və ya onu 4-ə vurmalıyıq. Nəticədə,2,5*4=10kq alırıq. Zeynəb : - Mədinə, sən bütün bunları necə öyrənmisən? Mədinə: - Biz müsəlman olaraq dinimizin əsaslarını öyrənməliyik ki,halalı haramdan seçə bilək. Allah da bizdən razı qalsın. Zeynəb : - Bəs bunu necə etməliyik? Mədinə : - Dinimizi öyrədən bu kitabları oxumaqla. (və əli ilə rəfdəki kitabları işarə edir) Aparıcı: İşa namazını qıldıqdan sonra Mədinə və anası dörd kisə düyü götürdü. Hər kisənin çəkisi 2,5 kq olmaqla bir adamın fitrəsinə bərabər idi. Mədinənin atası kisələri maşınına yerləşdirdi. Ertəsi gün sübh namazının azanı verildikdə Mədinənin ailəsi artıq oyanmışdı. Bayram üçün hazırladıqları gözəl paltarlarını geyinmişdilər. Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) dediyi kimi hər biri xurma yeyib məscidə bayram namazı qılmağa getdilər. Qarşıda onları böyük bir bayram məclisi, qonaqlar, gəzintilər və hədiyyə gözəyirdi. Axı bu gün ən gözəl gün Ramazan bayramı idi. 15

Aparıcı: Uşaqlar gəlin görək Ramazan haqqında nə öyrədik? 1. Ramazan ayı neçə gündür? 90, 15, 30 2. Ramazanda gecə qalxıb nəsə yeməyə nə deyilir? Təravih, sahur, iftar 3.Ramazanda kimlərə kömək edə bilərik? Kasıblara, varlılara, heç kəsə 4. Edilən yardımın adı nədir? fitrə, oruc, zəkat Tapmacaları tapaq: Ramazanda tutarıq Acıyarıq, susarıq Sonra iftar açarıq Bildinizmi bu nədir? (Oruc) Çox uzundur bu namaz Ramazan onsuz olmaz İşadan sonra qılarıq Bu namazın adı nədir? (Təravih) Yaşasın axşam azanı İndi oruc açma zamanı Haydı doyur qarnınl Nədir bu vaxtın adı? (İmsak) Hazırladı: Çinarə Köçəriyeva. Bütün şeirlər: Həcər Abbasova Yalnız peyğəmbərlərin tapmacaları: Xumar Ps. Müəllif hüquqları qorunsun. Çünki hələ çap olunmamış kitabdan nümunələr var. 16