4-CÜ SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN

Benzer belgeler
3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Marketinq. Mehdiyev Əkbər

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

BÖYÜK DƏCCAL Amerika


Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Protokolundan Çıxarış aprel 2016-cı il

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

1. Təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri Ümumi təhsilin hüquqi əsasları

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Ekologiyanın müasir problemləri fənnindən II kollokvium üçün suallar Esgerova Mehriban 258m

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Nüşabə Məmmədova Könül Mahmudova Sevil Bəhrəmova. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat bilgisi fənni üzrə dərsliyin METODİK VƏSAİTİ

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Biologiya tədrisi sisteminin formaları

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

[18] 1. Ümumi müddəalar

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan sessiyasının təşkili və keçirilməsi Q A Y D A L A R I

İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

SĐYAHIYAALMA VƏRƏQƏSĐ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

3. əyanilik 4. ifadəlilik 5. mənbələrin gostərilməsi 6. fəal təlim ucun şəraitin yaradılması 36. Multimediya nədir? 37.Fənn kurikulumunun təlim

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Milli tədris planı. Giriş

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Biznesin təşkilati-hüquqi formaları

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Transkript:

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ ГИЙМЯТЛЯНДИРМЯ ВАСИТЯЛЯРИ 4-CÜ SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí 21.09.2012-úè èë òàðèõëè 1505 íþìðÿëè ÿìðè èëÿ òÿñäèã åäèëìèøäèð.

Lay ə ə ə : AYGÜN MƏCİDOVA Peda o elmlər üzrə fəlsəfə doktoru, Əməkdar müəll m Müəllif: AFƏT ALLAHVERDİYEVA 2009- u l İl müəll m müsa əs al Əməkdar müəll m Rəy ə AYBƏNİZ İBRAHİMOVA 2008- l İl müəll m müsa əs al Əməkdar müəll m Áàêû, "Øÿðã-Ãÿðá" ÀÑÚ, 2013, 64 ñÿù. ISBN 978-9952-34-964- 1 GÜLNAR KƏRİMOVA 2008- l İl müəll m müsa əs al a a l tə s l s Təqdim olunan vəsait ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün Həyat l s fənn kurikulumunun məzmun standartlarına əsasən tərtib olunmuşdur. Vəsaitdə məzmun üzrə müxtəlif tipli çalışmalar verilmişdir. Hər mövzu üzrə standart və bacarıqlar təqdim olunmuş, tapşırıqlar üç səviyyədə (asan, orta, çətin) tərtib edilmişdir. Bu tapşırıqlardan qiymətləndirmənin müxtəlif növlərində istifadə oluna bilər. Vəsait ibtidai sinif müəllimləri və şagirdlər üçün nəzərdə tutulmuşdur. www.eastwest.az www.fb.com/eastwest.az Azÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéè, 2013

ÖN SÖZ 2008/2009-cu tədris ilindən başlayaraq Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəblərinin ibtidai təhsil səviyyəsində Milli Kurikulum əsasında hazırlanan yeni tipli dərsliklərdən istifadə edilir. Sizə təqdim olunan bu vəsait də Milli Kurikulum əsasında yazılmış Həyat bilgisi fənninin məzmun xətlərinin tələblərinə uyğun olaraq hazırlanmışdır. Bütün fənlər üzrə qazanılan uğur şagirdin bacarıqları mənimsəmə səviyyəsinin dərəcəsindən asılı olur. Müasir təhsil prosesində müstəqil düşünmə, qazandıqları bilikləri tətbiq, təqdimetmə, mühakimə yürütmə, onu əsaslandırma, qarşılaşdıqları problemləri həlletmə, həyat hadisələri ilə ədəbi hadisələri müqayisəetmə, nəticələr çıxarma, ünsiyyət mədəniyyəti nümayiş etdirmə, nitq bacarıqları aşılama Həyat bilgisi fənninin məqsəd və vəzifələrinə daxildir. Məhz buna görə də sadalanan şagird bacarıqlarının monitorinqi məqsədi ilə tərtib olunan sual və tapşırıqların hazırlanmasında yeniliklərin tətbiqi məqsədəuyğun hesab edilmişdir. Belə ki, bu vəsaitdəki sual və tapşırıqlar Həyat bilgisi fənninin məzmun standartlarını əhatə edir. Standartlar əsasında ümumiləşmiş mövzularla əlaqədar 5-i sadə, 5-i orta, 5-i çə tin olmaqla 15 sual və tapşırıq təklif olunmuşdur. ( yaşıl rəngdə sadə, göy rəngdə orta, qırmızı rəngdə isə çətin tapşırıqlardır.) Qapalıtipli klassik test tapşırıqlarından fərqli olaraq, bu sual və tapşırıqla rın əksəriyyəti açıqtiplidir. Çoxseçimli və ya qapalıtipli test tapşırıqlarının bir düzgün cavabı olduğu halda, yazılı şəkildə əsaslandırma tələb edən bəzi açıqtipli test tapşırıqlarının bir neçə düzgün cavabı da ola bilər. Hətta klassik test nümunəsində təqdim olunan bəzi test tapşırıqlarının doğru he sab olunan cavabı da əsaslandırma tələb edir. Bu, bir növ, əzbərçiliyin, təsadüfi yanaşmanın intellektə əsaslanan yanaşma ilə müqayisədə o qədər də inandırıcı olmadığını sübut edir. İbtidai siniflərdə ilk dəfə tətbiq olunan bu yoxlama və qiymətləndirmə vasitələrinin hazırlanmasında beynəlxalq qiymətləndirmənin də tələbləri nəzərə alınmışdır. Hər bir sualın fərdi qiymətləndirilməsi qaydası da təklif olunur: 1) Sadə sualların hər biri 1 balla qiymətləndirilir. 2) Orta səviyyəli sualların hər biri 2 balla qiymətləndirilir. 3) Çətin səviyyəli sualların hər biri isə 3 balla qiymətləndirilir. 3

Bütün cavablar doğru olduğu halda, ümumi balların cəmi 30 olur. 5 ballıq şkala ilə qiymətləndirilən təhsil müəssisələrində toplanılan balların cəmi 6-ya, 10 ballıq şkala ilə qiymətləndirilən təhsil müəssisələrində isə toplanılan balların cəmi 3-ə bölünür. Əməliyyat zamanı cavablar kəsrlə alındıqda yuvarlaqlaşdırma aparılır. Müxtəlif növ qiymətləndirmə üçün nəzərdə tutulmuş tapşırıqların ardıcıl olaraq icrasından, yoxlanılmasından və qiymətləndirilməsindən sonra həm müəllimlər, həm də şagirdlər təhlil apararaq aşağıdakı nəticələri çıxara bilərlər: Geriləmənin səbəbi nədir? Hansı mövzunun tədrisinə əlavə vaxt ayrılmalıdır? Hansı şagirdə fərdi yanaşılmalıdır? İrəliləyişə nail olmaq üçün hansı vasitələrdən istifadə etməliyəm? Hansı sahələrdə öz fəaliyyətimdə irəliləyişə nail olmuşam? Bunun əsas səbəbləri nədir? Hansı forma və məzmunda olan qiymətləndirmə vasitələri daha əlveriş lidir? Ümid edirik ki, pedaqoji fəaliyyətində öz təşəbbüskarlığı və novatorluğu ilə seçilən müəllimlər bu tipli yeni sual və tapşırıqların hazırlanmasında daha fəal olacaqlar. Vəsaitdən səmərəli istifadə edən, faydalı rəy və təkliflərini əsirgəməyən hər kəsə öncədən minnətdarlığımızı bildirir, uğurlar diləyirik. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Heydər Əliyev 4

VARLIQ VƏ HADİSƏLƏRDƏN FAYDALANMAQDA ELMİN ROLU Standartlar 1.1.1. Varlıq və hadisələrin mahiyyəti haqqında kiçik təqdimatlar edir. 1.1.2. Təbii resurslardan, təbiət hadisələrindən ( işıq, səs və enerji ) istifadədə elmin rolunu izah edir. 1.1.3. Azərbaycanda mövcud olan enerji mənbələri haqqında kiçik təqdimatlar edir. Bacarıqlar Əvvəlki siniflərdə varlıq və hadisələrlə bağlı əldə etdikləri biliklərə istinad edərək kiçik təqdimatlar edir. Yel dəyirmanlarının, su-elektrik stansiyalarının, sadə elektrik dövrəsinin əhəmiyyətini izah edir. Çayların üzərində qurulmuş elektrik stansiyalarının suyun enerjisinin, yel dəyirmanlarının küləyin hesabına işləmə prinsipini izah edir. 1 Kəsilmiş ağaclar hansı nəqliyyat vasitəsilə daşınsa, ona az xərc sərf olunar? 2 Keçmişdə insanlar işıqsız necə yaşayırdılar? İndi niyə yaşamaq olmur? 5

3 Telefon nə üçün lazımdır? Onun faydası haqqında bildiklərinizi yazın. 4 Unu nədən alırlar və xammal harada una çevrilir? 5 Havanın bəzi yerlərdə isti, bəzi yerlərdə soyuq olmasına səbəb nədir? Bunu necə izah edərsiniz? 6

1 Bakı niyə küləklər şəhəri adlanır? 2 Küləyin əhəmiyyəti nədir? 3 Su-elektrik stansiyası deyəndə nə başa düşürsünüz? 7

4 Yağış necə əmələ gəlir? 5 Təbii hadisələrdən olan yağış niyə yağır? Təbiətin buna ehtiyacı varmı? 1 Niyə küləyin buludları qovmasını əhəmiyyətli sayırıq? 8

2 Təbii fəlakətlər deyəndə nə başa düşürsünüz? Onların qarşısını almaq olar mı? 3 Nə üçün günəşin istisindən dənizə və okeanlara nisbətən torpaq tez qızır? 4 İşığı nələrdən almaq olar və ona qənaət nə üçün lazımdır? 5 Azərbaycanın hansı bölgələri faydalı qazıntılarla zəngindir və hansı faydalı qazıntıları vardır? 9

TƏBİİ ZONALAR Standartlar 1.2.1. Coğrafi obyektləri xəritədə göstərir. 1.2.2. Yerin təbii zonalarını sadə şəkildə təsvir edir. 1.2.3. Yaşadığı ərazinin, məhəllənin planını çəkir. Bacarıqlar Coğrafi obyektləri xəritədə göstərə bilir. Yerin təbii zonalarını göstərir və şəklini çəkir. Yaşadığı ərazinin planını təsvir edir. 1 Yer kürəsinin çox hissəsini nə təşkil edir? Həmin hissə qlobusda hansı rənglə göstərilib? 2 Xəritədə dağlıq ərazini rənginə görə necə tapmaq olar? 10

3 Sizcə, ovalıq-düzənlik hansı rənglə təsvir olunur? 4 Azərbaycanda dağlıq ərazi haradır? 5 Sizcə, ölkəmizin ərazisində ada varmı? Nə üçün o, ada adlanır? 11

1 Ada ilə yarımadanın fərqi nədir? 2 Respublikamızı hansı dağ sıraları əhatə edir? 12

3 Azərbaycanda ən yüksək dağ hansı bölgədədir? 4 Yer kürəsində ən yüksək dağ haradadır və hündürlüyü nə qədərdir? 13

5 Sizcə, ölkəmizdə ən yüksək zirvə haradadır və kimin adını daşıyır? 1 Plan nə üçün lazımdır? Fikirlərinizı izah edin. 2 Nə üçün xəritədə dəniz açıq-mavi rəngdə göstərildiyi halda, mərkəzə doğru tünd-göy rəngdə verilir? Buna səbəb nədir? 14

3 Yaşadığınız yerin təbii zonalarının şəklini çəkin. 15

4 Kompüterdən istifadə edərək yaşadığınız evin planını çəkin. 5 Şəhərinizə (kəndinizə) gələn turist səndən görməli yerlərin planını çəkməyi xahiş edir. Ona bu işdə yardım edin. 16

CANLI VƏ CANSIZ TƏBİƏTİN VƏHDƏTİ Standartlar 1.3.1. Canlı və cansız təbiət arasındakı əlaqələri izah edir. 1.3.2. Bitki, heyvan və mikroorqanizmlərin insan həyatında rolunu izah edir. 1.3.3. İnsan orqanlarının funksiyalarını sadə şəkildə izah edir. 1.4.1. Yaşadığı ərazidə eko logiyanın sağlamlaşdırıl ma sı üçün kiçik layihələr hazırlayıb təqdim edir. 1.4.2. Ekologiyanın qorunması ilə bağlı kiçik təqdimatlar edir. Bacarıqlar Yer kürəsində mövcud olan hər bir varlığa insanın (ən ali varlıq) təsiri, eləcə də insana Yer kürəsindəki varlıqların təsirini izah edir. Torpağın münbitləşməsi üçün bitki və heyvan çürüntülərinin vacibliyini, xəmirin qıcqırması üçün vacib olan mikroorqanizmlərin əhəmiyyətini izah edir. İnsan skeletinin quruluşunu, insanın daxili orqanlarını tanıyır və onların əhəmiyyətini sadə şəkildə təsvir edir. Dənizin, torpağın, havanın qorunması üçün təkliflər hazırlaya bilir. Ekologiya sözünün mənasını dərk edir, ekoloji problemləri araşdırır, insan la - rın ətraf aləmi qorumamaqla özlərinə ziyan vermələrini təqdimatlarla nü mayiş etdirir. 1 Ətrafınızda olan cansız varlıqları sadalayın. 17

2 Əvvəl heyvan mənşəli, sonra bitki mənşəli ərzaqların adlarını sada la yın. 3 Gözlərin əhəmiyyəti nədir? Bəs qulaqların əhəmiyyəti nədir? 4 Hərəmiz bir ağac əkək sözləri kimə məxsusdur? Bunu siz necə başa dü şürsünüz? 18

5 Ekologiya nədir, bunu necə başa düşürsünüz? 1 Bitki və heyvan mənşəli məhsulları qidamızdan çıxardarıqsa, hansı problemlər baş verər? 2 C vitamini nələrdə var? Qəbul etməsək, nə olar? 19

3 Skeletin əsasını nə təşkil edir? Sizcə, hansı orqan olmasa, insan yaşaya bilməz? 4 Sizcə, ağacdan nələr alınır? 20

5 Daxili orqanlar hansılardır? 1 Münbit torpaq deyəndə nə başa düşürsünüz? Azərbaycanın hansı bölgəsi mün bit torpaqlarla zəngindir? 2 Nə üçün mikroorqanizmlərin hamısını ziyanlı saymaq olmaz? 21

3 Yaşıllığı qorumaq üçün yoldaşlarınıza hansı məsləhəti verərdiniz? Yaşıllıq nə üçün lazımdır? 4 Torpağın aşınmasının qarşısını almaq üçün nə lazımdır? Siz daha hansı yolları məsləhət görərdiniz? 5 Canlı və cansız varlıqların qarşılıqlı fərqləri nədir? İnsanın cansız varlığa təsirini izah edin. 22

İNSANIN SOSİAL VARLIQ KİMİ İQTİSADİ BACARIĞI Standartlar 2.1.1. Cəmiyyətdə fərd, ailə, kollektivin rolunu sadə şəkildə izah edir. 2.1.2. İnsanı sosial varlıq kimi səciy yə lən di rən cəhətlər barədə kiçik təqdimat ha zır la yır. 2.1.3. Ailə və kol lek tiv də üzərinə dü şən və zifələr haqqında təq di matlar hazırlayır. 2.2.1. Qənaət və israf anlayışlarını müqayisə edir. 2.2.2. Vergi, dövlət büdcəsi və sığorta anlayışlarını sadə şəkildə izah edir. 2.2.3. Milli pul nişanları ilə digər dövlətlərin pul nişanlarını fərqləndirir. Bacarıqlar Cə miy yə tin inkişafının şəxs dən, ailədən, kol lek tiv dən asılı olduğunu anlayır. İnsanın ağlı, düşüncəsi, biliyi, əmə yi sayəsində özü də inkişaf edir, cəmiyyəti də inkişaf etdirdiyini izah edir. Mənim ailədəki və si nif dəki vəzifələrim ad lı inşa yazır. Qənaət və israf sözlərinin mənasını izah edir, bu anlayışları fərqləndirir. Dövlət büdcəsini formalaşdıran xərcləri izah edir, təbii fəlakət və ya bədbəxt hadisələr nəticəsində zərərçəkmiş şəxsə və yaxud təşkilata xüsusi təşkilat tərəfindən verilən pulun sığortanı təşkil etdiyini izah edir. Milli pullarla bəzi digər dövlətlərin pul vahidləri arasındakı quruluş, forma, rəng, dəyər fərqlərini izah edə bilir. 1 İnsanın formalaşmasında ailənin rolunu izah edin. 23

2 Evdə valideyninizə kömək üçün hansı işləri görürsünüz? Yoldaşlarınıza məsləhətiniz. 3 Qənaət dedikdə nə başa düşürsünüz? Nəyə qənaət etmisiniz? 4 Evdə sizə verilən pulu həmin gün xərcləyirsiniz? Əgər xərcləmirsinizsə, onda nə edirsiniz? 24

5 Ən böyük milli pul vahidimiz hansıdır? Bəs ən kiçik pul vahidi hansıdır? Onlar arasındakı fərqi tapın. 1 Meşədə tək yaşayan insanla ailədə yaşayan insanın fərqi nədir? 25

2 İnsan nə zaman inkişaf edər? Çox çalışanda, yoxsa daha çox yatanda? 3 Öz anasını sevməyən özgə anasını sevməz atalar sözünü necə başa dü şür sü - nüz? 4 Nəyi sığorta etdirmək lazımdır? 26

5 Hansı dövlətin pullarını tanıyırsınız? Həmin pullar necə adlanır? 1 Hər bir şəxsin inkişafı üçün nələr lazımdır? 2 Savadlı, ağıllı insanın cəmiyyətə hansı xeyri var? 27

3 Milli pul vahidimiz olan 100 manatlıqda hansı simvollar var? Onları izah edin. 4 Deyirlər dövlət büdcəsində pul nə qədər çox olarsa, o qədər yaxşıdır? Siz bunu necə başa düşürsünüz? Necə izah edərsiniz? 28

5 Sığorta nə üçün lazımdır? Nə vaxt insanların köməyinə çatar? 6 Mənim ailədə və sinifdə vəzifələrim adlı inşa yazın. Mənim ailədə və sinifdə vəzifələrim 29

İNSAN VƏ CƏMİYYƏT Standartlar 2.3.1. Dövlət orqanlarının (təhsil, səhiyyə, vergi, daxili işlər, məhkəmə) funksiyalarını izah edir. 2.4.1. Müvafiq situasiyalarda qanun və qaydalara əməl edir. 2.4.2. Öz hüquqlarını uşaq hüquqları haqqında müvafiq sənədlər baxımından şərh edir. Bacarıqlar Təhsil, səhiyyə, vergi, daxili işlər, məhkəmə orqanlarını tanıyır, funksiyalarını, onlar haqqında biliklərini əks etdirir. Müvafiq situasiyalarda qanun və qaydalara əməl edir. Uşaq Hüquqları Konvensiyası, Uşaq Hüquqları haqqında Azərbaycan Respub lika sının Qanunu, Uşaq Hüquqları Bəyannaməsi baxımından öz hüquqlarını şərh edir. 1 İnsan sağlamlığı hansı orqan tərəfindən qorunur? Nə üçün sağlamlığı qorumaq lazımdır? 30

2 Vergi nədir? Nə üçün vergi vermək lazımdır? 3 Oğurluq edən insanlar hansı orqanlar tərəfindən cəzalandırılır? Cəzalandırmaq lazımdırmı? 4 İstehsalçı vergi verməsə, cəzalana bilərmi? Hansı orqan onu cəzalandırar? 31

5 İstehlakçının hansı hüquqları vardır? 1 İstehlakçının hüquqları pozularsa, nə etməlidir? 32

2 Öz hüqüqlarını bilmək nə üçün lazımdır? 3 Sizin hüquqlarınıza nələr daxildir? Bu hüquqlar pozularsa, nə edərsiniz? 4 Bütün dünyada uşaq hüquqlarını qoruyan təşkilatın adı nədir? Bu təşkilatın faydası nədir? 33

5 UNİCEF Azərbaycanda neçənci ildən fəaliyyət göstərir? 1 Vergi verməyin əhəmiyyətini bilərək bu işdən yayınanlara nə məsləhət ve rərdiniz? 34

2 Məsuliyyətli insan məfhumunu necə başa düşürsünüz? 3 Məktəbli üçün məsuliyyəti əks etdirən hansı fəaliyyətləri söyləyərdiniz? 35

4 Hüquq və vəzifələrinizi yazın. Nəyi əlavə edərdiniz? 5 İdmanda uğurlar qazanmaq üçün özünüzdə hansı müsbət keyfiyyətləri formalaşdırmalısınız? 36

ƏXLAQ VƏ DİN Standartlar 3.1.1. Tənqidi münasibətdə nəzakət qaydalarına (şəxsiyyətə toxunmamaq, kobud ifadələr işlətməmək, sərt formada etiraz etməmək, qəbuledilməz təkliflərə yox demək) riayət edir. 3.1.2. Ünsiyyət mədəniyyətinə həsr olunmuş kiçik təqdimatlar edir. 3.2.1. Bədii əsər, film və tamaşa qəhrəmanlarının nümunəsində mənəvi keyfiyyətləri izah edir. 3.2.2. Yiyələnmiş olduğu mə nə vi keyfiyyətləri müzakirə və diskussiyalarda nümayiş etdirir. 3.3.1. İslam dininin böyük şəxsiyyətlərini tanıyır. 3.3.2. İslam peyğəmbərinin həyat və fəaliyyəti haqqında kiçik təqdimatlar edir. 3.3.3. Dini dəyərlərlə xurafatı fərqləndirir. Bacarıqlar Hər hansı məsələni qiymətləndirərkən nəzakət qaydalarına əməl edir. Əlamətdar gün münasibəti ilə təbrik söyləyir. Oxuduğu əsər, baxdığı film və tamaşalarda müsbət halları qeyd edir. Mənəviyyata zidd xüsusiyyətlərin mənfi təsirini bilir və öz mənəvi keyfiyyətlərini inkişaf etdirir. Dinin böyük şəxsiyyətlərinin adlarını sadalayır. Məhəmməd peyğəmbərin həyatı və gördüyü işlər barəsində məlumat verir. Müxtəlif dini kitablarda təbliğ olunan dini dəyərləri subyektiv yanaşmalardan fərqələndirir. 1 Yoldaşınız səhv edərsə, ona səhvini necə başa salardınız? 37

2 Nəzakət qaydaları deyəndə nə başa düşürsünüz? Nəzakət qaydaları nə üçün lazımdır? 3 Səhər tezdən rastlaşdığınız dostunuza ilk olaraq nə demək lazımdır? 38

4 Oxuduğunuz nağıllarda və ya baxdığınız filmlərdə müsbət obrazların hansı keyfiyyətləri sizin xoşunuza gəlir? 5 İslam dininə kimlər ibadət edir? İslam dini bizə nə öyrədir? 39

1 Məhəmməd peyğəmbər nə vaxt və harada anadan olub? 2 Ataya üsyan Allaha üsyandır fikrini necə başa düşürsünüz? 40

3 İslam dininin müqəddəs kitabı hansıdır? Bu din insanlarda hansı keyfiyyətlərin olmasını vacib sayır? 4 Dini bayramlarda sizə yaxın olan insanları təbrik edərkən hansı arzuları söyləyirsiniz? 41

5 İnsan xarakterinə zidd olan xüsusiyyətlər deyəndə nə başa düşürsünüz? 1 Məhəmməd peyğəmbərin kəlamlarından hansıları bilirsiniz? Mənasını açıqlayın. 42

2 Peyğəmbərlərimiz haqqında hansı rəvayəti bilirsiniz? 3 Mənəviyyata zidd xüsusiyyətlər deyəndə nə başa düşürsünüz? Özünüzdə hansı mənfi keyfiyyətləri hiss edirsiniz? 4 Yoldaşınızda olan mənfi keyfiyyəti necə deyərsiniz ki, onun şəxsiyyətinə toxun m asın? 43

5 Dindar insanla həmsöhbət olsanız, ondan nə öyrənmək istərdiniz? İlk sua lınız nə olardı? 44

EKSTREMAL VƏZİYYƏTLƏRDƏ MÜHAFİZƏ Standartlar 4.3.1. Fövqəladə halların nəticələrinə dair kiçik təqdimatlar edir. 4.3.2. Qəza zamanı ilkin tibbi yardım barədə biliklərini şərh edir. 4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə mühafizə və tibbi ya r dım bacarıqları nümayiş etdirir. Bacarıqlar Fövqəladə halların nəticələrinə dair kiçik təqdimatlar edir. Hava zəhərlənməsi, zədələnmə, suda boğulma zamanı ilkin tibbi yardım göstərmə qaydalarını bilir. Sinifdə və yaxud məktəb daxilində müəllim tərəfindən süni yaradılmış ekstremal vəziy yət lərdə özünümühafizə və tibbi yardım baca rıq ları nümayiş etdirir. 1 Fövqəladə hal nədir? 45

2 Zəlzələ olarsa, nə edərsiniz? _ 3 Zəlzələ zamanı nə üçün qaçmaq olmaz? _ 46

4 Yanğın zamanı hara müraciət edilməlidir? 5 Fövqəladə hallar zamanı dostuna hansı ilk tibbi yardımı göstərərsiniz? 47

1 Hava zəhərlənməsi dedikdə nə başa düşürsünüz? 2 Suda boğulmamaq üçün nələri etmək lazımdır? 48

5 Zəlzələ zamanı təhlükədən qorunmaq üçün nə etmək lazımdır? 1 Yaralanan adam üçün ilk tibbi yardım nə nəzərdə tutulur? 2 Nə üçün ilk tibbi yardımdan sonra həkimə müraciət etmək lazımdır? 50

3 Qida zəhərlənməsinə səbəb nədir? Necə qorunmaq olar? 4 İstər hava, istərsə də qida zəhərlənməsi zamanı hadisələr nə ilə nəticələnir? 5 Zəhərlənmənin əlaməti nədir? 51

SAĞLAMLIĞA TƏHLÜKƏ TÖRƏDƏN MƏNBƏLƏR VƏ TƏHLÜKƏSİZLİK QAYDALARI Standartlar 4.1.1. Əsəbi halların və digər emosional gərginliklərin insan sağlamlığına mənfi təsirini izah edir. 4.1.2. Nümunələr əsasında sağlamlığın qorunmasına aid kiçik təqdimatlar edir. 4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından, habelə alışdırıcı, deşici və kəsici alətlərin qaydalarını izah edir. 4.2.2. Müvafiq nişanlara (yüksək gərginlik, minalanmış sahə, yanğın təhlükəsi, radioaktivlik, zəhərli maddə, torpaq sürüşməsi, uçqun, daşqın və çimərlik nişanları) görə həyat üçün təhlükə mənbələrini fərqləndirir. 4.2.3. Yol hərəkəti və nəqliyyatdan istifadə qaydaları ilə bağlı kiçik təqdimatlar edir. 4.2.4. Nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir. Bacarıqlar Stress, gərginliyin baş ağrıları və diqqətsizliyə gətirib çıxardığını izah edir. Əvvəlki siniflərdə sağlamlığın qorunmasına dair əldə etdiyi biliklərə istinad edərək kiçik təqdimatlar edir. Nəzarət altında istifadə, ehtiyatla davranış qaydalarını sadalayır və həyatla əlaqələndirərək izah edir. Tikinti olan yerləri, elektrik və qaz çəkilən əraziləri ayırd edir və fərqləndirir. Yol hərəkəti və nəqliyyatdan istifadə qaydaları ilə bağlı kiçik təqdimatlar edir. Nəqliyyat növündən asılı olaraq təhlükəsizlik qaydalarını sadalayır və onlara riayət edir. 1 Əsəbiləşmək insan sağlamlığına ziyandır? söyləyirlər. Sizcə, niyə? 52

2 İnsan çox əsəbi olarsa, gərginlik günlərlə davam edərsə, stress olarsa, nə baş verər? 3 Sizcə, insanlar həyatda olan problemlərdən müvəqqəti də olsa qurtarmaq üçün nə etməlidir? 4 Bizi əhatə edən əşyalardan düzgün istifadə etməsək, nələr baş verər? Kəsici alətlərdən niyə qorunmaq lazımdır? 53

5 Evdə heç kim olmayanda kəsici və ya deşici alətlərdən istifadə edərkən təhlükəli hallar baş verərsə, nə edərsiniz? 1 Tikinti gedən yerlərin yaxınlığından keçərkən hansı qaydalara riayət etmək lazımdır? 2 Minalanmış sahə deyəndə nəyi başa düşərsünüz? Minalanmış sahə yə harada rast gəlmək olar? 54

3 Dənizdə müəyyən məsafədən sonra işarələr qoyurlar ki, buradan o tərəfdə çimmək qorxuludur. Bu nəyə lazımdır? 4 Müvafiq nişanlara məhəl qoymamaq nə ilə nəticələnər? 5 Piyadalara hansı məsləhətləri verərdiniz? 55

3 Piyadalar işıqforun hansı rəngində yolu keçə bilər? Nə üçün? Bəs digər rənglər nədən xəbər verir? 4 Niyə maşın yolunda velosipedlə hərəkət etmək olmaz? 5 Əgər sürücü olsaydınız, hansı sürətlə hərəkət etməyi vacib sayardınız? 57

İL BOYU KEÇİLƏNLƏRİN TƏKRARI 1 Sizin fikrinizcə, bu hadisədə günahkar kimdir: yol nizamlayan, yoxsa sürücü? 2 Külək enerjisindən necə istifadə edərdiniz? 3 Səhralaşmanın qarşısını almaq üçün nə edərdiniz? 58

4 Ozon qatı haqqında nə bilirsiniz? 5 Okean sularının səviyyəsini qaldıran nədir? 6 Ekoloji böhran nədir? Yer kürəsi hansı halda ekoloji böhran qarşısında qala bilər? 7 Planetdə oksigenin azalmasına nə səbəb olur? 8 Tullantılardan necə istifadə etsək, cəmiyyətə fayda dəyər? Öz fi kir lərinizi yazın. 59

9 Ətraf mühitin çirklənməsi (havanın, suyun və torpağın) sağlamlığa necə təsir göstərir? 10 Azərbaycanda hansı enerji mənbələri vardır? 11 Günəş enerjisi ilə işləyən dayanacaq dedikdə nə başa düşürsünüz? 60

12 Təsəvvür edin ki, sizə günəş enerjisi ilə işləyən bir məişət avadanlığı yaratmağı tapşırıblar. Həmin əşyanın rəsmini çəkin. 61

13 Yol hərəkəti qaydalarını bilmək nə üçün lazımdır? Yol hərəkəti üçün daha hansı qaydanı yaradardınız? Fikirlərinizi yazın. 62

MÜNDƏRİCAT Varlıq və hadisələrdən faydalanmaqda elmin rolu...5 Təbii zonalar... 10 Canlı və cansız təbiətin vəhdəti... 17 İnsanın sosial varlıq kimi iqtisadi bacarığı... 23 İnsan və cəmiyyət... 30 Əxlaq və din... 37 Ekstremal vəziyyətlərdə mühafizə... 45 Sağlamlığa təhlükə törədən mənbələr və təhlükəsizlik qaydaları... 52 İl boyu keçilənlərin təkrarı... 58 63

Müəllif: AFƏT ALLAHVERDİYEVA 2009- İ Áóðàõûëûøà ìÿñóë ÑÅÂÈË ÈÑÌÀÉÛËÎÂÀ Äèçàéíåð ÍßÐÝÈÇ ßËÈÉÅÂÀ Ñÿùèôÿëÿéèúè ÑßÀÄßÒ ÙßÑßÍÎÂÀ Êîððåêòîð ÝÖËÒßÊÈÍ ÉÓÑÈÔÎÂÀ Íÿøðèééàò äèðåêòîðó ÐÀÑÈÌ ÌÖÇßÔÔßÐËÈ àïà èìçàëàíìûøäûð: 20.12.2013. Ôîðìàò 57õ82 1/8. Îôñåò àïû. Ôèçèêè àï âÿðÿãè 8. Ñèôàðèø 13 051. Tiraj 14984 Øÿðã-Ãÿðá ÀÑÚ-íèí ìÿòáÿÿñèíäÿ àï îëóíìóøäóð. ÀÇ1123, Áàêû, Àøûã ßëÿñýÿð êö ÿñè, 17 Òåë.: (+99412) 374 83 43, Ôàêñ: (+99412) 370 18 49 64