POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

Benzer belgeler
ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

UniMiles 3 illik 100 AZN və ekvivalenti

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

9. PLASTİK KARTLAR Plastik kartların əldə olunması üzrə şərtlər. MC Debit/Visa Electron MC Standard/Visa Classic.

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Sistem inzibatçıları üçün təlimat

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

İNTERNET BANKÇILIQ SİSTEMİ ÜZRƏ İSTİFADƏÇİ TƏLİMATI

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

DebitMC/ Visa Electron. Visa İnternet

«WESTERN UNION» pul köçürmələri xidmətinin göstərilmə şərtləri

Hüquqi şəxslərin Elektron imza sertifikatı almaları üçün E-ərizə ilə müraciət xidməti üzrə İSTİFADƏÇİ TƏLİMATI

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ


Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Vahid rüblük hesabat TƏLİMAT

Azər-Türk Bank ASC üzrə

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

[18] 1. Ümumi müddəalar

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar:

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi. İstifadəçi təlimatı

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Debit MC/ Visa Electron Əmək haqqı kartı. Lokal əmək haqqı kartı

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Təsdiq etdi: İdarə Heyətinin sədir Q.Bayramov 08 Yanvar 2007 UÇOT SİYASƏTİ

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

Marketinq. Mehdiyev Əkbər

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu

Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

SMS Banking User Guide

Visa Gold / MC Gold 1 illik 40 AZN/USD/EUR/(GBP*) 2 illik 60 AZN/USD/EUR/(GBP*) 3 illik 80 AZN/USD/EUR/(GBP*) 4 illik 100 AZN/USD/EUR/(GBP*)

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Expressbank Açıq Səhmdar Cəmiyyətinin 2016-ci il üzrə YARIMİLLİK HESABATI

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

haqqında ətraflı məlumat

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

KARTLARLA ƏMƏLİYYAT ÜZRƏ TARİFLƏR:

Kredit bürosu borcalanlar üçün əla imkanlar

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

"29" ci il (Protokol 7) İdarə Heyətinin sədri

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

1. Ümumi müddəalar Elektron xidmətin adı: daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

«Proses iştirakçısının Elektron şəxsi kabineti»

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

MƏHDUD ZƏMANƏT SWD

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

İNTERNET BANKÇILIQ SİSTEMİNƏ DAİR İSTİFADƏÇİ TƏLİMATI

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

"Tap və qazan" tirajlı stimullaşdır ıcı lotereyasının keçirilməsi qaydaları və lotereyada iştiraketmə şərtləri

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

İqtisadiyyat nazirinin 2017-ci il 15 mart tarixli F-44 nömrəli əmri ilə təsdiq edilmişdir

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

Transkript:

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI 1. Ümumi qaydalar 1.1. POS-terminal elektrik və telefon xətlərinə daima qoşulmuş şəkildə quraşdırılmalıdır. 1.2. POS-terminal on-line, yəni həmişə kart-prosessinq mərkəzinə qoşulmuş şəkildə işləyir. 1.3. POS-terminal telefon və/və ya elektrin xəttə qoşulduqda, bir neçə saniyə ərzində onun işə salınması prosesi gedir. 1.4. POS-terminal işə tam hazır olduqda, onun ekranında "Swipe Customer Card" ("Müştərinin kartını keçirdin") sözləri göstərilir. 2. Karta olan tələblər 2.1. POS-terminal vasitəsilə əməliyyat aparıldıqda, əvvəlcədən qəbul olunan kartın aşağıdakı tələblərə riayət olub-olmadığı yoxlanılır: 2.1.1. Kart, plastikdən hazırlanmalı, düzbucaq şəklində olmalı və arxa tərəfində maqnit zolağı yerləşdirilməlidir; 2.1.2. Kart zədəsiz, kəsiksiz, qıraqları düz olmalıdır; 2.1.3. Kart VİSA İnternational, MasterCard və ya American Express sistemlərinə aid olmalıdır. 2.1.4. Kartın üzərində VOID (etibarsız) və TEST sözləri olmamalıdır; 2.1.5. Kartın istifadə müddəti bitməmiş olmalıdır. 2.1.6. Kartın üz tərəfində aşağıdakı məlumatlar yerləşdirilməlidir: 2.1.6.1. bankın adı; 2.1.6.2. kartın 16 rəqəmli (American Express kartları üçün 15 rəqəmli) nömrəsi; 2.1.6.3. kartın istifadə müddəti; 2.1.6.4. müştərinin adı və soyadı; 2.1.7. Kartın arxa tərəfində aşağıdkılar yerləşdirilməlidir: 2.1.7.1. maqnit zolağı 2.1.7.2. müştərinin imzası (POS-terminaldan istifadə edən şəxs, lazımi hallarda, müştərini identifikasiya etmək üçün onun şəxsiyyətini təsdiq edən sənədi tələb edə bilər, müştəri sənəd təqdim etməkdən imtina edildiyi halda, POS-terminaldan istifadə edən şəxs kartı qəbul etməmək hüququna malikdir). İmza üçün ayrılmış yerdə silinmə və ya saxtalaşma izləri görünməməlidir. Kartdakı imza və müştərinin POS-terminaldan çıxan qə 2.1.8. Bundan əlavə, hər bir ödəniş sisteminin kartları üçün xüsusi tələblər mövcuddur: 2.1.9. MasterCard və VİSA sistemlərinin tələbləri: 2.1.9.1. Kartın üzərində MasterCard (VİSA) ödəniş sisteminin loqotipi və iki yer kürəsi (göyərçin) şəklində qoloqram, habelə kartın 5 (4) ilə başlayan, 16 rəqəmli kart nömrəsi mövcud olmalıdır. 2.1.9.2. Kart nömrəsinin ilk dörd rəqəminin altında həmin rəqəmlər yenidən çap olunmalıdır. 1

2.1.9.3. Kartın aşağı hissəsində, istifadə müddətinin yanında "MC" ("V") simvolu olmalıdır 2.1.9.4. Kartın arxa tərəfində, müştərinin imzası üçün ayrılmış yerdə 7 rəqəm mövcud olmalıdır. Həmin rəqəmlərin ilk dördü, kartın nömrəsinin son dörd rəqəmi ilə eyni olmalıdır. Son üç rəqəm, kartın mühafizə (CVV2, CVC) kodudur. Bəzi hallarda 7 rəqəm əvəzinə, kartın tam 16 rəqəmli nömrəsi və 3 rəqəmi CVV2, CVC kodu göstərilə bilər. Bu halda, kartın arxasında olan 16 rəqəmli nömrə, kartın üz tərəfində olan 16 rəqəmli nömrə ilə eyni olmalıdır. Qeyd: Cirrus Maestro kartlarında CVV2 (CVC) kodları mövcud deyil. 2.1.10. American Express sisteminin tələbləri: 2.1.10.1. Kartın üzərində American Express ödəniş sisteminin loqotipi və Senturion şəklində qoloqram, habelə kartın 37 və ya 34 ilə başlayan, 15 rəqəmli kart nömrəsi mövcud olmalıdır. Həmin kart nömrəsi, eyni zamanda, kartın arxasında, imza üçün yerdə əks olunmalıdır. 3. Ödənişlərin qəbul edilməsi 3.1. Müştərinin kartının maqnit zolağı olan tərəfini aşağıya sağa salıb onu POS-terminalın xüsusi kəsiyindən keçirdin. 3.2. Sizə təqdim olunan kartın üzərində çip (düzbucaq, metallik rəngli mikroprosessor) olduğu halda, kartı aşağıdakı şəkildə POS-terminaldakı kəsiyə daxil edin: 3.2.1. Cybernet JADE BT (Breakthrough) POS-terminalı üçün terminalın aşağısında yerləşən kəsiyə kartın çip olan hissəsini (çip ilə yuxarıya) daxil edin. 3.2.2. Cybernet JADEFAST POS-terminalı üçün terminalın sağ tərəfində yerləşən kəsiyə kartın çip olan hissəsini (çip ilə sağa) daxil edin. 3.3. Diqqət: müştərinin kartı üzərində çip mövcud olduğu halda, mütləq kartı çip ilə POS-terminaldan 2

keçirdin. Çip kartını maqnit zolağı ilə POS-terminaldan keçirilməsi yalnız POS-terminalın ekranına çipin yararsız olduğu barədə göstəriş çıxdığı halda, həyata keçirilə bilər 3.4. Diqqət: əməliyyat bitməyənə və çek çap olunmayana qədər karti kəsikdən çixartmayın. 3.5. POS-terminalın ekranına aşağıdakı bəndlər çıxır: CVV2 present CVV2 absent 3.6. Kartın arxa tərəfinə baxın. Kartın arxasında CVV2 mövcud olduğu halda, POS-terminalın ekranında CVV2 present bəndini seçib Enter düyməsindən istifadə edin. Nəticədə ekrana "Enter CVV2" sözləri çıxır. 3 rəqəmli CVV2 kodunu daxil edib Enter düyməsindən istifadə edin. 3.7. Kartın arxasında CVV2 mövcud olmadığı halda, POS-terminalın ekranında CVV2 absent bəndini seçib Enter düyməsindən istifadə edin. 3.8. Növbəti mərhələdə ekrana aşağıdakı bəndlər çıxır: AZN (manat) USD (ABŞ dolları) 3.9. Müvafiq valyutanı seçib Enter düyməsindən istifadə edin. 3.10. Növbəti mərhələdə ekrana aşağıdakı bənd çıxır: Amount (məbləğ) 3.11. Müvafiq məbləği daxil edib Enter düyməsindən istifadə edin. 3.12. Növbəti mərhələdə ekrana aşağıdakı bənd çıxır: Enter PİN (PİN kodunu daxil edin) 3.13. Müştəri "PİN-pad"a (PİN kodunun daxil edilməsi üçün xüsusi, klaviatura şəklində aparat) PİN kodunu daxil edib Enter düyməsindən istifadə edir. 3.14. Müştəri bu və ya digər səbəbdən PİN daxil etməkdən imtina etdiyi halda, POSterminaldakı X düyməsindən istifadə edin. Ekrana PIN not entered ("PİN kodu daxil edilməmişdir") sözləri çıxacaq. Enter düyməsindən istifadə edin. Diqqət: müştəri PİN kodu daxil etmədiyi halda, ondan mütləq şəxsiyyətini təsdiq edən sənəd tələb olunur. 3.15. POS-terminal kart prosesinq mərkəzi ilə əlaqə qurmağa başlayır və ekrana Dialing..., sonra isə Transmitting sözü çıxır. 3.16. Əməliyyat uğurla keçdiyi halda, POS-terminalın ekranında "Saving data" ("Məlumatlar saxlanılır") və POS-terminaldan əməliyyata dair qəbzin bir nüsxəsi çıxır. Qəbzrə aşağıdakı məlumatlar göstərilir: - Əməliyyat keçirən təşkilatın adı, ünvanı; - Terminalın nömrəsi (Terminal İD) - Qəbzin nömrəsi (İnv # ) - Keçirilmiş əməliyyatın növü (CASH-nağd vəsaitin verilməsi) - Əməliyyatın və komisyon haqqının məbləğləri - Kartın növü - PR (PİN müştəri tərəfindən daxil edildikdə) və ya SR (PİN müştəri tərəfindən daxil olunmadıqda) simvolları - Kartın nömrəsinin son 4 rəqəmi - Cavabın kodu (Resp. code ) - əməliyyatın başa çatdırılması kodu, uğurla başa çatdırılmış 3

əməliyyat üçün 00 olmalıdır - Avtorizasiya kodu (Auth. Code) - Əməliyyatın unikal nömrəsi (Reference) - Əməliyyatın tarixi və vaxtı - Müştərinin imzası üçün yer 3.17. Qəbzi POS-terminaldan çıxardıb Enter düyməsindən basın, nəticədə qəbzin ikinci nüsxəsi POS-terminaldan çıxacaq. 3.18. Qəbzin biri müştəyirə imzalamaq üçün təqdim edilir, digəri isə ticarət-xidmət müəssisəsində saxlanılır. 3.19. Əməliyyat uğurla keçmədiyi halda, aşağıdakılar baş verə bilər: 3.19.1. POS-terminalın ekranında Pick-up card ("etibarlı olmayan kart") sözləri və aşağıdakı kodlardan biri göstərilir: 4, 7, 33, 36, 37, 38, 41, 43, 67. Bu halda müştəriyə onun kartında problem olduğunu və Siz kartı ondan götürməli və bankına göndərməli olduğunu izah edin. Müştəri müqavimət göstərilmədiyi halda, kartı iki hissəyə kəsib onu Pərakəndə biznes departamentinin Bank kartları şöbəsinə göndərin. Əməliyyatı başa çatdırmaq üçün X düyməsindən istifadə edin. 3.19.2. Əməliyyat nəticəsində ekranda aşağıdakı kodlar göstərilir: 12 İnvalid transaction (səhvən aparılmış əməliyyat). Bu halda, əməliyyat yenidən həyata keçirilməlidir. Əməliyyat yenidən keçmədiyi halda, kart prosessinq mərkəzi ilə əlaqə saxlayın. 54 Decline, expired (kartın istifadə müddəti bitmişdir). Bu barədə müştəriyə məlumat verin və kartı ona qaytarın. Əməliyyatı başa çatdırmaq üçün X düyməsindən istifadə edin. 57 Decline, transaction not permitted (əməliyyata icazə yoxdur). Bu barədə müştəriyə məlumat verin və kartı ona qaytarın. Əməliyyatı başa çatdırmaq üçün X düyməsindən istifadə edin. 13, 14, 15, 25, 30, 58, 78 bu hallarda kart prosessinq mərkəzi ilə əlaqə saxlayın. 09, 17, 19, 20, 22, 24, 26, 27, 28, 29, 31, 40, 68, 80, 81, 82, 83, 88, 89, 90, 91, 95, 96 - bu səhv kodları POS-terminal ilə bağlantı problemlərin mövcud olmağı ilə bağlıdır. Bu hallarda əməliyyatı yenidən həyata keçirin. Əməliyyat yenidən keçmədiyi halda, kart prosessinq mərkəzi ilə əlaqə saxlayın. 3.19.3. POS-terminalın ekranında terminal kart prosessinq mərkəzi ilə əlaqə qurmağa çalışdıqca Host not answering və ya No dial tone sözləri göstərilir. Bu, telefon xəttinin məşğul olması və ya telefon bağlantısı ilə problemlərin olması ilə əlaqədardır. Telefon xətlərini yoxlayıb müvafiq problemləri aradan qaldırmağa çalışın. Səhv təkrar etdiyi hala, kart prosessinq mərkəzi ilə əlaqə saxlayın. 4. Vəsaitin əvvəlcədən bloklaşdırılması (yalnız mehmanxanalar üçün). 4.1. POS-terminalın əsas menüsunda Preauthorisation (vəsaitin əvvəlcədən bloklaşdırılması) bəndini seçib Enter düyməsindən istifadə edin. 4.2. Kartı bu qaydaların 2-ci bəndində göstərildiyi kimi POS-terminaldan keçirin. 4.3. Hər bir Preauthorisation əməliyyatı üzrə 30 gün ərzində Check-out (əvvəlcədən bloklaşdırılmış vəsaitin tutulması) əməliyyatı aparılmadığı halda, əməliyyat üzrə vəsait Sizin hesabınıza 4

köçürülməyəcək. 5. Əvvəlcədən bloklaşdırılmış vəsaitin tutulması (yalnız mehmanxanalar üçün). 5.1. Check-out (əvvəlcədən bloklaşdırılmış vəsaitin tutulması) əməliyyatı yalnız müvafiq kart üzrə müvafiq POS-terminal vasitəsilə artıq müvəffəqiyyətlə Preauthorisation əməliyyatı keçirildiyi halda aparıla bilər. 5.2. Diqqət: Preauthorisation əməliyyat kartdakı çip vasitəsilə aparıldığı halda, Check-out əməliyyatı da çip vasitəsilə aparılmalıdır. Əməliyyat bitməyənədək kartı POS-terminaldan çıxartmayın. 5.3. POS-terminalın əsas menüsunda Check-out (əvvəlcədən bloklaşdırılmış vəsaitin tutulması) bəndini seçib Enter düyməsindən istifadə edin. POS-terminalın ekranına Reference sözü çıxacaq. 5.4. Preauthorisation əməliyyatın qəbzindəki olan Reference No (Əməliyyatın nömrəsi) daxil edib Enter düyməsindən istifadə edin. Nəticədə POS-terminalın ekranına əməliyyat barədə məlumat çıxacaq. Bir daha Enter düyməsindən istifadə edin. Ekrana "Swipe Customer Card" ("Müştərinin kartını keçirdin") sözləri çıxır. Kartı maqnit zolağı və ya çip vasitəsilə POS-terminaldan keçirdin. POS-terminalın ekranına Amount (məbləğ) sözü çıxacaq. 5.5. Əməliyyatın məbləğini daxil edib Enter düyməsindən istifadə edin 5.6. POS-terminal kart prosesinq mərkəzi ilə əlaqə qurmağa başlayır və ekrana Dialing..., sonra isə Transmitting sözü çıxır. 5.7. Əməliyyat uğurla keçdiyi halda, POS-terminalın ekranında "Saving data" ("Məlumatlar saxlanılır") və POS-terminaldan əməliyyata dair qəbzin bir nüsxəsi çıxır. 5.8. Qəbzi POS-terminaldan çıxardıb Enter düyməsindən istifadə edin, nəticədə qəbzin ikinci nüsxəsi POS-terminaldan çıxacaq. 5.9. Qəbzin biri müştəyirə imzalamaq üçün təqdim edilir, digəri isə ticarət-xidmət müəssisəsində saxlanılır. 6. Əməliyyatdan imtina 6.1. Tərəfinizdən artıq həyata keçirilmiş nağd vəsaitin verilməsi əməliyyatından imtina etmək üçün POS-terminalın Cancel (İmtina) funksiyasından istifadə edin. 6.2. Diqqət: əsas əməliyyat kartdakı çip vasitəsilə aparıldığı halda, Cancel əməliyyatı da çip vasitəsilə aparılmalıdır. Əməliyyat bitməyənədək kartı POS-terminaldan çıxartmayın. 6.3. POS-terminaldakı F2 düyməsindən istifadə edin. Nəticədə ekrana aşağıdakı bəndlər çıxacaq: Operation Management Service 6.4. Management bəndini seçib Enter düyməsindən istifadə edin. Nəticədə ekrana Enter password (Parolu daxil edin) sözləri çıxacaq. 6.5. POS-terminalın klaviaturasında 123456 parolu daxil edin və Enter düyməsindən istifadə edin. Nəticədə ekrana aşağıdakılar çıxacaq: Cancel Cancel Auth 6.6. Cancel bəndini seçib Enter düyməsindən istifadə edin. Nəticədə ekrana Reference (Əməliyyatın 5

nömrəsi) sözü çıxacaq. 6.7. Əsas əməliyyatın qəbzindəki olan Reference No (Əməliyyatın nömrəsi) daxil edib Enter düyməsindən istifadə edin. Nəticədə POS-terminalın ekranına əməliyyat barədə məlumat çıxacaq. Bir daha Enter düyməsindən istifadə edin. Ekrana "Swipe Customer Card" ("Müştərinin kartını keçirdin") sözləri çıxır. Kartı maqnit zolağı və ya çip vasitəsilə POS-terminaldan keçirdin. POS-terminal kart prosesinq mərkəzi ilə əlaqə qurmağa başlayır və ekrana Dialing..., sonra isə Transmitting sözü çıxır. 6.8. Əməliyyat uğurla keçdiyi halda, POS-terminalın ekranında "Saving data" ("Məlumatlar saxlanılır") və POS-terminaldan əməliyyata dair qəbzin bir nüsxəsi çıxır. 6.9. Qəbzi POS-terminaldan çıxardıb Enter düyməsindən istifadə edin, nəticədə qəbzin ikinci nüsxəsi POS-terminaldan çıxacaq. 6.10. Qəbzin biri müştəyirə imzalamaq üçün təqdim edilir, digəri isə ticarət-xidmət müəssisəsində saxlanılır. 7. Hesabatların və qəbzlərin çap edilməsi. 7.1. View report (hesabatlara baxmaq) funksiyası. POS-terminalın əsas menüsunda View report bəndini seçib Enter düyməsindən istifadə edin. Nəticədə POS-terminalın ekranında gün ərzində keçirilmiş bütün əməliyyatların siyahısı çıxacaq. 7.2. Tran report (əməliyyatlar üzrə hesabat) funksiyası. POS-terminalın əsas menüsunda Tran report bəndini seçib Enter düyməsindən istifadə edin. Nəticədə POS-terminaldan gün ərzində keçirilmiş bütün əməliyyatların siyahısı çap olunacaq. 7.3. Reprint (yenidən çap etmək) funksiyası. POS-terminalın əsas menüsunda Reprint bəndini seçib Enter düyməsindən istifadə edin. POS-terminalın ekranında Enter İnvoice Number (qəbzin nömrəsini daxil edin) sözləri göstəriləcək. Qəbzin nömrəsini (INV#) daxil edib Enter düyməsindən istifadə edin. Nəticədə nömrəsi daxil edilmiş qəbzin nüsxəsi çap olunacaq. 7.4. Last receipt (son qəbzi çap etmək) funksiyası. POS-terminalın əsas menüsunda Last receipt bəndini seçib Enter düyməsindən istifadə edin. Nəticədə son əməliyyatın qəbzinin nüsxəsi çap olunacaq. 8. Hesablaşmaların aparılması. 8.1. POS-terminal vasitəsilə gün ərzində aparılmış əməliyyatlar barədə məlumatı kart-prosessinq mərkəzinə göndərmək üçün Setllement (hesablaşma) funsiyasından istifadə edin. 8.2. Diqqət: Settlement əməliyyatı tərəfinizdən hər gün həyata keçirilməlidir. 8.3. POS-terminaldakı F2 düyməsindən istifadə edin. Nəticədə ekrana aşağıdakı bəndlər çıxacaq: Operation Management Service 8.4. Management bəndini seçib Enter düyməsindən istifadə edin. Nəticədə ekrana Enter password (Parolu daxil edin) sözləri çıxacaq. 8.5. POS-terminalın klaviaturasında 111111 parolu daxil edin və Enter düyməsindən istifadə edin. Nəticədə ekrana aşağıdakılar çıxacaq: Settlement Previous report 6

8.6. Settlement bəndini seçib Enter düyməsindən istifadə edin. 8.7. POS-terminal kart prosesinq mərkəzi ilə əlaqə qurmağa başlayır və ekrana Dialing..., sonra isə Transmitting sözü çıxır. 8.8. Əməliyyat uğurla keçdiyi halda, POS-terminalın ekranında "Saving data" ("Məlumatlar saxlanılır") və POS-terminaldan qəbzin bir nüsxəsi çıxır. 8.9. Qəbzlər 1 il ərzində ticarət-xidmət müəssisəsində saxlanılmalıdır 7