Boz Cücələrlə. Məşhur Oğrubaşı Qara Pişiyin ölüm-dirim savaşı (nağıl)

Benzer belgeler
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

BÖYÜK DƏCCAL Amerika

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalında əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı q

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

DAVETLİSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

BİRİNCİ FRAQMENT. Bir gənc ana uşaq arabasını yırğalayır, əlilə irəlini göstərərək körpəni ovutmağa çalışır.

SALAM SARVAN ŞEİRLƏR

günahsız qurbanı olan azad insanların ruhauna təqdim edirəm. Abbasəli Əhmədoğlu( ) SON TÜFƏNG

SƏNİ YARADANI SEVİRƏM...

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Con Steynbek XRİZANTEMLƏR

Milli Virtual Kitabxananın təqdimatında

Ruzbeh Məmməd. 365 gün

Müşfiq XAN Ünvansız sevgi detektiv roman

Qunça. A.Elyar. 1.Səhnə - Xiyavan

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

Şahin Xəlil. Oxuyana...lənət!

Füzuli YAVƏR TELEVİZİYA PYESİ TELEVİZİYA PYESİ

AZƏRBAYCAN DİLİNİN İZAHLI LÜĞƏTİ NDE GEÇEN KUVVETLENDİRME EDATLARI

Mina RƏŞİD - BÖYÜKLƏR BİZƏ BAXSIN. Mina RƏŞİD BÖYÜKLƏR BİZƏ BAXSIN

EPİK STİLDƏ TELEVİZİYA TAMAŞASI

MİRZƏ FƏTƏLİ AXUNDOV HEKAYƏTİ-MOLLA İBRAHİMXƏLİL KİMYAGƏR. Təmsili-qisseyi-vaqiə ki keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

DÜNYA XALQLARININ NAĞILLARI. xalqlarının. (Nyamanın quyusu)

Şahin Xəlil. Bakı 2011

Şahin Xəlil. Bakı 2011

Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ

Seyid Ramin YAŞASIN ÖLMƏK!

Asif KƏNGƏRLİ. Pyes və hekayələr

Rövşən YERFİ HİV QASIRĞASI

Mark Tven. "İblislə sövdələşmə" (hekayə)

ÜLVİ BÜNYADZADƏ SƏNİN OXŞARIN BƏNÖVŞƏDİ

Zaur USTAC ORİYENTİR ULDUZU

"DEYİRDİM Kİ, BU QURULUŞ DAĞILACAQ" Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy lə Ədalət Tahirzadə nin söhbəti ( 17 oktyabr aprel 1992 )

Zaur USTAC GÜLÜNÜN ŞEİRLƏRİ

Сян кюврялмя mяn kюvrяlim

Uilyam Somerset Moem Həyati hadisələr

SUPER EŞŞƏK. Yusif Nazim. Gənc yazarın e-kitabı. Milli Virtual Kitabxananın təqdimatında

Ernest Heminquey KİLİMANCARO QARLARI

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ.

İstəmədən Getmək. (Hekayə 1)

ANAR ««MOLLA NƏSRƏDDİN» 110 İL SONRA» Redaktor: Prof. Dr. Elçin İsgəndərzadə. Texniki redaktor: Şükufə Əhmədli. «Vektor» Beynəlxalq Nəşrlər Evi

Nəsir QƏDİRLİ HƏQİQƏTLƏR, GÜMANLAR. (Şeirlər)

Aparıcı uşaqlara uyğun müraciətlə:

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Andrey PLATONOV. TORPAQDA ÇİÇƏK (Hekayə. Orijinaldan yeni tərcümələr)

Mən hönkürmək istəyəndə. Suya girmək istəyirəm, Mən hönkürmək istəyəndə. Yer süpürmək istəyirəm, Mən hönkürmək istəyəndə. Bərk tüpürmək istəyirəm.

F. M. Dostoyevski. Gülməli adamın yuxusu

Taksi

Neriman Hesenzâde (Kazak 1931)

UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR

3. Tarix hesabı və ya müxtəlif təqvimlər

N.ƏHMƏDOV Nəvələrə nəsihət, Bakı, 68 səh. 208

X - Letif eler - Fıkralar

Xalid Hüseyni Min Möhtəşəm Günəş. Bütün dünyada inanılmaz uğur qazanan Çərpələng uçuran ın yazarından

Çexov - Mujiklər. Moskvadakı Slavyan bazan mehmanxanasının lakeyi Nikolay. Çikildeyev xəstələnmişdi. Onun qıçları tutulmuş və yerişi dəyişmişdi,

QISA HEKAYƏLƏR Müəllif: Göycəyeva Lamiyə *** Yorğun qadın işə gedir. Qulağında qulaqlıqlar. "Coldplay" "Paradise" oxuyur. ***

YYSQ Zaur Ustac. Oriyentir ulduzu. (Yeniyetmələr üçün. Povest) Milli Virtual-Elektron Kitabxananın təqdimatında

Redaktor: Dilsuz ELÇIN. E46 «Seçilmiş əsərləri» (10 cilddə), 1-cü cild. «Çinar-Çap» nəşriyyatı, Bakı, 2005, 626 səh.

Haraylayır Ana torpaq NƏZMİYYƏ HİCRAN

Milli Kitabxana. Kitabımın işıq üzü görməsinə görə oğlum Eldara ana sevgisi və sayqısıyla təşəkkürümü bildirirəm

Sarı saatlar dənizində

Xoxan. Gənc yazarın e-kitabı. Günay Dağlı. Poetik və nəsr toplusu. Milli Virtual Kitabxananın təqdimatında

HEYVANLAR aləminin ensiklopediyası. 3t6 ~

Qismət MEQAPOLİS HÜZNLƏRİ

Gedək biz olmayan yerə

Müşfiq XAN MİLANAYA MƏKTUB. detektiv roman

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

BESTAMİ YAZGAN. Yağmur Quşları. Qafqaz Üniversitelinin nəşri. W-Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Edqar Allan Po Morq küçəsində qətl

60 Dəq yaş. Niyə bu qədər uşaq hələ də məktəbə getmir?

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

ÖLÜMƏ QƏDƏR. Ramil Soltanov. Mərhəmətli, Rəhimli Allahın adı ilə. Bakı 2007

DOSTUM AY ÇEVİRƏNİ ƏZİZ SƏLAMİ

Töfiq Mahmud (Nahavan, 9 Kasım 1931)

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.


MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA

Ədalət Əsgəroğlu. Xocam Xocalı! (Poema) Tanınmış və istedadlı şairin Xocalı faciəsi haqqında poetik kitabı YYSQ - Milli Virtual Kitabxananınenəşri

Şaman nəvəsi Rüstəm Behrudi

Adam girir min dona, macal yoxdu şeytana, Əsir düşüb insana, şeytan da it günündə.

СЫЬЫНАЪАГ ЛИМАН ЙОХДУР

T.C. İSTANBUL KÜLTÜR ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ CELİL MEMMEDGULUZADE NİN MİZAHİ ESERLERİNDE KELİME ÇEŞİTLERİ VE KALIP SÖZLER

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

MAŞTAĞA ZİYALI QADINLAR MƏCLİSİ (almanax)

Transkript:

Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm-dirim savaşı (nağıl)

Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm İsabəyli Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm-dirim savaşı (nağıl) Bakı Şirvannəşr 2015 32 səh. Ötən il yazıçı Q.İsabəyli Cin nağıl-povestinə görə İsveçrədə dünyanın 57 uşaq yazıçısı sırasında Beynəlxalq Andersen Fəxri Diplomuna layiq görülüb. Bizi Avropa ədəbi dəyərlərinə yaxınlaşdıran, Azərbaycan uşaq ədəbiyyatında hadisə sayılacaq bu uğurun sahibi hələ ötən əsrin doxsanıncı illərində Əkil-Bəkil poemasıyla Azərbaycan Yazıçılar İttifaqı, Dövlətnəşrkom və Respublika Komsomolunun birgə təsis etdiyi İlin ən yaxşı uşaq kitabı mükafatını da almışdı. Həmin mükafatı şəhidlərin abidəsinə yardım fonduna keçirən müəllif indi sizin görüşünüzə Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm-dirim savaşı adlı son dərəcə maraqlı, orijinal və folklora yaxın bədii dillə yazılmış nağılıyla gəlib. ISBN 978-9952-8176-9-0 Q.İsabəyli, 2015

əyətin ağac-uğacı vardı, kol-kosu vardı, ot-əncəri vardı. Ağac-uğaca quşlar düşürdü, kol-kosa kəpənəklər qonurdu, ot-əncər də üç xoruzla bir toyuğun idi. Xoruzların üçü də bir rəngdəydi al qırmızı. Toyuğun isə təkbaşına üç rəngi vardı; ağ-appağ, qap-qara, bom-boz. Ağ-appaq tüklərinin rəngiydi, qap-qara gözlərinin rəngiydi, bom-boz da lap aşağı əzalarının, yəni ayaqlarının rəngiydi. Hələ başqa-başqa fərqləri də vardı toyuqla xoruzların. Xoruzlar dən yeməyi bilirdi, su içməyi bilirdi, eşənək atmağı bilirdi... Bir də kefləri duranda qanadlarını şappıldadıb, banlamağı. Bu banlamağın da özlərindən başqa heç kimə faydası olmazdı; hirsləri, acıqları çıxırdı canlarından. Yoxsa bir-birini didib-dağıdıb, qızıl qana bulayardılar.

Gəl ki, yumurtlayan da toyuq olardı, kürt düşən də toyuq olardı, bala çıxaran da. Bütün ili doğub-yağmaqla ömrünü üzən toyuq, yaz yetişən kimi, bir topa yumurtanı altına basıb, nə az, nə azacıq, düz 21 gün köksü üstə düşüb qalardı; ağzı dinib-danışmaqdan, qarnı yemək-içməkdən olar, səsi kallaşar, deyingən arvadlar kimi hirsə-hikkəyə dolardı. Beş gündən bir, bir həftədən bir çığıra-çığıra atılıb yerindən qalxar, cumub bir qurtum su içər, bir dimdik dən götürər, yenidən qayıdıb yıxılarda yumurtaların üstünə. Elə bilirsiniz ana olmaq asandı! Dünyaya bir övlad gətirincə kirpikləriylə od götürür analar. Vay odur ki, min bir əzabla dünyaya gələn övlad özü öz qədrini bilməyə! Günlər ötər, bir də görərdin toyuğun kal səsinə nazik, cingiltili səslər qarışıb. Baxardın ki, ağ-appaq tüklərin yan-yörəsində sap-sarı, qap-qara, bom-boz balaca-bapbalaca başlar oynaşır. Toyuq da həmin gündən hörmətə minərdi; adının baş hərfi böyüyər, qabağına da soyadı düşərdi; Anac Toyuq.

nac Toyuq 11 bala çıxartmışdı; 4-ü tüklərinə oxşayırdı ağ-appağ, 5-i gözlərinə oxşayırdı qap-qara, 2-si də ayaqlarına bom-boz. Nə qədər ki, cücələr balacaydı, analarıyla durub-oturar, yeyib-içər, gəzib-qayıdardılar. Beş addım aralı düşsəydilər Anac Toyuq tüklərini pırpızladıb, dimdiyini yerə döyərdi: Qırt... qırt... qırt... yəni, hansı cəhənnəmdəsiniz?! Cik... cik... cik... yəni, nə cəhənnəm, ay ana, kolun altındayıq! Orda nə itiniz azıb?! Ay ana, yaxşı-yaxşı bax, it nə gəzir burda?! Ay axmaqlar, nə burnunuzun suyunu axıdırsınız orda, demək istəyirəm! Cücü gəzirik! Hansı cücəni gəzirsiniz?

Cücə yox ey, ay ana, qocalmısan, deyəsən, qulaqların da eşitmir, cücü hopp... taq-taq... dimdiklərini bir-birinə döyərdilər. Bura gəlin! O dəqiqə də cücələr sanılı qoz kimi çığırışa-çığırışa qaçıb gəlib Anac Toyuğun böyrünə sığınardılar. Cücələr saatba-saat böyüyürdülər. Böyüdükcə də dəcəlləşirdilər. Dəcəllik də pis şey deyilmiş, demə. Məşhur davakar Heyratı Xoruzun sözüdü: Cücəliyi dəcəl olmayanın qocalığı tənbəl olar!. Dəcəllik dedim, qoy onda sözümü axıracan deyim; Anac Toyuğun doqquz balası bir yana idi, ikisi bir yana. Bu ikilər bir az da uzağa gedib, olmuşdular özbaşına. Analarını, qardaşbacılarını qoyub, hırıldaşa-hırıldaşa, dırıldaşa-dırıldaşa, cırıldaşa-cırıldaşa qaçıb, ilim-ilim itərdilər; yem gəzərdilər, su gəzərdilər... hətta kəpənəyin dalıyca düşüb, qurd-quşun ağzınacan gedib çıxmaları da vardı. Anac Toyuq da axtarıb onları tapmayanda, hirslə dimdiyini yerə döyərdi: Qırt... qırt... qırt... Handan-hana özbaşınalar ın həyətin ayağından səsi gələrdi: Cik... cik... cik... Uy da-a-a-d... bunlar hara gedib!? Doqquz bala başbaşa verib, analarına sığınardı.

Anac Toyuq səsini atardı başına: Qırt... qırt... qırt... Tez olun, yanıma gəlin! Cik... cik... cik... Qoymazsan azad nəfəs alaq?! Burda azad nəfəs yoxdu?! Orda sən varsan! Bıy, başıma xeyir! Nəfəsi əlinizdən almışam, ay balalarım?! Almısan ki, deyirik də! Bəs indiyəcən sizin ciyərlərinizə gedən nəfəs deyildi?! Zəhər getsəydi ondan yaxşıydı! Bıy, başıma xeyir! Ay ana, axşam hinə girən kimi, alırsan bizi altına, burnumuzu çölə çıxarırıq ki, görək bu dünyada nə var, nə yox. O dəqiqə qanadlarının ucuyla basırsan başımızdan. Bəsdi! Biz də azad yaşamaq istəyirik. Gəlin çatın mənim yaşıma, sonra nə qədər istəyirsiniz azad yaşayın da! Sənin yaşına çataq?! Deməzsən ki, aldatdım?! Niyə aldadıram ki?! Ay ana, maşallah, ayaqlarımız var? Var! Qanadlarımız var? Var! Dimdiyimiz də şiş kimi. Azadlıq üçün bunlardan da başqa şey lazımdı?! Bəsdi, Azadlıq! Azadlıq! cikkildədiniz! Siz nə qanırsınız azadlıq nədi?!

Bizi qanadlarının altına alma, yanına çağırma, dənləmə, danlama! Budur azadlıq! Hələ dimdiyiniz bərkiməyib, dənlənməlisiniz. Hələ ağlınız yerində deyil, danlanmalısınız, hələ ayaqlarınız zəifdi, yanımda olmalısınız. Güzgüdə baxmısınız özünüzə?! Nə olub ki, bizə, ayıb olmasın?! Baxın görün, nə boydasınız! Cücə boyda?! Ay cücə boyda olan cücələr, bilirsinizmi sizin nə qədər böyük-böyük düşmənləriniz var?! Böyük-böyük düşmənlərimiz kimdi?! Birincisi Yağış! Yağış?! Hinin içi sağ olsun! İkincisi Külək. Külək?! Divarın dibi sağ olsun! Üçüncüsü Günəş. Günəş?! Ağacın kölgəsi sağ olsun! Dördüncüsü... Nə olsa yaxşıdı?! Nə olsa yaxşıdı?! Soyuq. Soyuq?! Anamızın qanadları sağ olsun! Ay sizin sarı dimdiklərinizə qurban olum! Nə durmusunuz, gəlin də! Hələ soyuq deyil axı!

Ay balalarım, sizin bunlardan da qorxulu düşməniniz var! Demək istəmirdim ki, diksinərsiniz! Kimdi?! Kimdi?! Məşhur Oğrubaşı Qara Pişik! Qara Pişik?! Cücələr başladı lovğalanmağa. Qələt eləyir Qara Pişik, başını da daşa döyür! Atılıb gözlərini didərik. Yavaş atılın, birdən, ağzına girərsiniz. Ağzına girərik?! Cik... cik... cik... Girmərik ha, girmərik!.. Girmərik ha, girmərik!.. Cik... cik... cik... Nə qorxaq anadı bu! Nə qorxaq anadı bu! Cücələrin səsi yavaş-yavaş uzaqlaşıb, həyətin ayaq tərəfində itdi. Anac Toyuq başını dik tutub, qanadlarını qabardıb, ha çağırdı, ha bağırdı, öz səsindən başqa səs eşitmədi...

nac Toyuq qaranlıq düşənəcən gözlədi. Allah iraq eləsin, Tülkü iyimizi alsa, gəlib bizi diri-diri yeyər, balalarım! Tərpəndik! Qaça-qaça gedib girdilər hinə. Qapını da arxadan bərk-bərk bağladılar. Açın görüm, televizorda nə var. Anac Toyuqla balaları təzəcə Cırtdan filminə baxırdılar, birdən ekran qaranlıqlaşdı. Ay bala, dur gör xoruzların işığı yanır? Qara cücələr pəncərəyə tərəf qaçdılar: Cik...cik... yanır, ay ana, lap gur yanır! Yenidən televizorun ekranı işıqlandı. Bu dəfə aparıcıydı: Diqqət! Diqqət! Bu gün axşam, saat doqquzun yarısında Kür çayının qırağında, Xəlsə bağında analarından ayrı düşmüş bir cüt boz cücə axtarışda olan məşhur Oğrubaşı Qara Pişiyə rast gəlib...

Anac Toyuq qanadlarını başına-gözünə çırpdı: Ay balalarım! Vay, balalarım! Ay ana, sən Allah vay-şüvən salma, qoy görək nə deyir! cücələr yer-yerdən civildəşdilər. Qara Pişik, diktor nəfəsini dərib yenidən başladı, cücələri yemək üçün dişlərini qıcırdır... Əziz tamaşaçılar, yaxşı olar kameramıza düşən bu hadisəni özünüz müşahidə edəsiniz: Qara Pişik sağ ayağını irəli, sol pəncəsini belinə qoyub, bığlarını oynatmağa başladı: Hə-ə-ə... cənab sarıdimdiklər! İncimədiniz ki, sözümdən?! Nə söz?! Sarıdimdik dedim axı sizə! Biz sarıdimdik-marıdimdik deyilik, aç gözlərini, yaxşıyaxşı bax, biz boz cücələrik! Özü də heç cənab-mənab da olmaq istəmirik! Aha-a... Nə deyirəm ki, siz deyən olsun! Görürəm yaman cırtqozsunuz! Biz bilmərik cırtqoz nədi... Yaxşı şeydi... Yaxşıdı, pisdi, bizə lazım deyil, özünə götür! Myo... myo... myooo... Qara Pişik başını dala atıb, bərk-bərk güldü. Niyə hırıldayırsan dərsdən qaçan avara uşaqlar kimi?!

Oyununuz olsun, cənab boz cücələr! Demədik ki, sənə cənab-mənab deyilik?! Vallah, sizin üzünüzdə şeytan tükü var! Ha çalışıram hirslənim, basım sizi diri-diri yeyim, hirsim tutmur ki, tutmur! Xox! Qorxduq! Myo... myo... myo... Gənə də hırıldayır ey... A balam, çıxıb yolunla getsənə! Nə vermisən bizə, ala bilmirsən?! Cücələr xorla ciyildəşdilər. Heç nə verməmişəm, heç vermək fikrim də yoxdu! Amma... almaq iştahına düşmüşəm! Qarğadili danışma! Almaq nədi, iştah nədi?! Almaq, iştah o deməkdi ki, əlim-ayağım dəyməmiş, qanadlarınızı bükün, asta-asta gəlin girin ağzıma, hərənizi salım bir orduma, çeynəyim, çeynəyim, dilim-ağzım dada gəlsin! Yavaş çeynə, tüklənmişik, ilişib boğazında qalarıq! Aha-a-a! Mənim yazıq qulaqlarım nə eşidir?! Nə lazımdırsa, onu da eşidir, heç yazıq-mazıq da deyil! Nə igid cənablarsınız! Demədik sənə biz cənab-mənab deyilik?! Olmayın! Olmayın! Ey məndən qorxmayan boz cücələr! Biz heç anamızdan qorxmuruq, sən kimsən ki, səndən qorxaq?! Ananız deməyib mən kiməm?!

Uzun danışma, kimsən, özün de! Myo... myo... myo... cəsarətiniz xoşuma gəlir. Qorxuram adımı desəm, ürəyiniz gedə! Bu boyda cəmdəyi var, qorxur, a! Mən sizə görə qorxuram, ətcəbalalar! Bizim dərdimiz sənə qalmayıb! Onda deyəcəm, a... Çərlətdi ey, bizi! Dilin tökülsün! Myo... myo... myo... Pişik bərk-bərk güldü. Buna bax ey, gənə də sırtıq uşaqlar kimi hırıldayır! Məşhur Oğrubaşı Qara Pişik haqqında eşitmisiniz?! Lap tutaq ki, eşitmişik! O, mənəm! Qara Plişik sən-sə-ə-n?! Pişik əl atdı bığlarına: Bəli, dünyalarca məşhur Oğrubaşı Qara Pişik sizin qarşınızda durub, hazırlaşır ki, sümüklərinizi dişlərinin altında suxarı kimi xırt-xırt xırtıldatsın! Ay aman, ürəyimiz düşdü! Bu, nə danışır?! Deməli, məşhur Oğrubaşı Qara Pişik sənsən?! Cücələr dik-dik ona baxdılar. Bəlkə... elə bilirdiniz siçanam, hə; ciiiii?!... Cücələr birdən dala çəkilib, başlarını dik qaldırdılar: Qara Pişik olmursan, siçan ol, siçan olmursan, Qara

Pişik ol! Qara Pişik belini dombaldıb, quyruğunu qabardıb, dilini çıxarıb, Boz Cücələrin ətrafında dolandırdı: Hə...ə...ə... kələm dolmaları, deyəsən qarnınıza ağrı düşüb, əkilməyə hazırlaşırsınız?! Hoppadan udaram ha, sizi... Demədik ki, yavaş ud, boğazında qalarıq! Bayaq cücələr irəli sıçrayıb Qara Pişiyin göz bəbəyindən vurdular. Oy, ana-a-a-a, gözüm töküldü!.. Pişik pəncələrini gözlərinə aparanda əlinin yeli cücələri tutdu. Ciii... ciii... qol-qanadı qırılan cücələr ağzı üstə düşüb, çapalamağa başladılar. Bu vaxtı yaxınlıqdan keçən polis nəfərləri hay-küyü eşidib, hadisə yerinə gəldilər. Cəld Qara Pişiyin qollarını bağlayıb, basdılar maşına. Cücələri də Təcili yardım la xəstəxanaya yolladılar. İndi boz cücələrlə Qara Pişik reanimasiyada yatır. Həkimlərin dediyinə görə cücələr uzağı bir həftəyə evə buraxılacaq. Amma Qara Pişiyin durumu yaxşı deyil. Əziz tamaşaçılar, bizi izləyin! Allah amanında!. Şükür Allaha! Şükür Allaha! Anac Toyuq yerindən durub, dən kisəsinin ağzını açdı. Bura gəlin, balalarım, bura gəlin, hərəniz bir dimdik arpa götürün, aparıb atın eşiyə, sərçə-sığırçın gəlib yesin. Niyə, ay ana, hayıfdı axı?! Cücələr ağız-ağıza verdilər. Boz cücələrimin başının sədəqəsi olsun, ay balalarım!

əcəllər dəcəli Boz Cücələr böyüyüb Boz Beçə olmuşdular. Başa düşmüşdülər ki, onlar ətdi, özü də yumşaq ətdi, yeməli ətdi, ləzzətli ətdi. Kim istəməz ki, ağzı dada gəlməsin?! Allah da elə bil acıqla ət yeyənləri otyeyəndən çox yaradıb. Odur ki, Boz Beçələr hələm-hələm həyətdən uzaq düşməzdilər. Lakin bir dəfə qonşuları Çil Xoruzla Kəkilli Fərə onları qonaq çağırmışdı. Təzəcə küçəyə çıxmışdılar ki, diksinib, bir-birinə sığınıb dayandılar. Qara Pişik el yolunun qırağında oturub, düz onlara tərəf baxırdı. Özü də gözlərində qara eynək vardı. Amma Qara Pişik onlara bir kəlmə də olsun söz demirdi, elə baxa-baxa qalmışdı. Boz Beçələr bir xeyli gözlədilər, gördülər Pişiyin səsi çıxmır. Dimdik-dimdiyə verib, başladılar pıçıldaşmağa. Sonra boyunlarını şax tutub, üz çevirdilər Qara Pişiyə:

Salam, dünyalarca Məşhur Oğrubaşı Qara Pişik! Myooo... myooo... ooo... Qara Pişik acı-acı güldü. Sonra da öz-özünə danışırmış kimi, keçdi o günlər... alov kimi parlayıb keçdi... O xoşbəxtlik bir də qayıtmayacaq. İndi mənim rəngimdən və adımdan başqa heç bir məşhurluğum qalmayıb. Vaxtı ilə rəngim cəsarətimdən xəbər verirdi, hünərimdən xəbər verirdi, amma indi uğursuzluq nişanəsi olub. Məni görənlər dolanıb kənardan keçir. Qorxurlar, onlara bədbəxtlik gətirəm! Sizə nə olub ki, cənab Qara Pişik?! Boz Beçələr birbirinə baxdılar. Məgər görmürsünüz?! Nəyi?! Artıq mən dünya işığına həsrət qalmışam! Həəəə?! Siz kimsiniz, ey mənə salamatlıq arzulayan xeyirxahlar?! Biz sizə salam demişik, cənab Qara Pişik! Salam elə salamatlıq deməkdi! Hə-ə-ə... Boz Beçələr çiyinlərini çəkdilər, elə bilirdik, sözdü bu! Əlbəttə sözdü! Amma Allahın adından deyilən sözdü. Kimsiniz, tanımadım axı sizi?! Biz... biz... Bir-birinə baxdılar. Biz... Boz Beçələrik!

Boz Beçələr... Boz Be-çə-lər... Bo-oz... Be-çəə... Yox, yadıma sala bilmirəm. Yəqin huşum-başım da korlanıb. Ey məşhur Oğrubaşı... Sizə demədim ki, bəs mən Qara Pişikdən başqa bir şey deyiləm indi?! Dilənməkdən və yeməkdən ayrı əlimdən heç nə gəlmir?! Siz boz cücələri tanıyırdınız?! Əlbəttə... Əlbəttə... Elə igidləri tanımamaqmı olar?! Baxmayaraq ki, məni onlar kor eləyib, amma üstümüzdə Allah var, gərək haqqı danışaq, halal olsun onları böyüdən Anac Toyuğa! Beçələr dimdiklərini aşağı salıb, bir xeyli dinmədilər. Niyə susursunuz?! Demədiniz axı kimsiniz?! Günahkarıq, cənab Qara Pişik! Günahkarıq?!.. Bu, sizin adınızdı?! Xeyr! Xeyr! Adımız deyil, özümüzdən danışırıq ki, günah eləmişik, taxsırımız böyükdü!! Mən sizin adınızı soruşuram! Günahkarsınızsa, bunun adınıza nə dəxli?! Həmin boz cücələr ki, siz tanıyırdınız, ha... Siz-si-niz?! Sən Allah, bağışlayın da bizi! O döyüşkən, qorxmaz cücələr sizsiniz?! Maşallah! Maşallah! Kaş sizi görə biləydim! Belə çıxır ki, atalar elə mənim korluğumu nəzərdə tutub deyibmiş, igidin adını eşit, üzünü

görmə! Böyümüşük, Qara Pişik, böyümüşük, cücəlikdən çıxıb, olmuşuq xoruz-beçə. İndi Boz Beçə deyirlər bizə. Ah! Qara Pişik əlini alnına apardı. Gözlərim kor olandan hər şeyi qaranlıq görürəm; elə bilirəm, hər şey sükutdadı, heç nə böyümür. Bağışlayın bizi, Qara Pişik, Allah xatirinə, bizi bağışlayın! Bağışlayın?! Nə bağışlayın?! Sizi onsuz da Allah bağışlayıb. Məni kor etməsəydiniz, mən sizi yeyəcəkdim! Qurbanolduğum sizə qıymadı! Necə dolanırsınız?! Axı heç kim öz ayağı ilə gəlib sizə yem olmaq istəməz! Papağımı qoymuşam qabağıma, kim nə atır, onunla da günümü keçirirəm. Həftələrlə ac qaldığım da olur. Bir yerə getmirsiniz ki?! Haram var, hara gedəm?! Bu dəqiqə! Bu dəqiqə! Boz Beçələr cəld geri dönüb, qaça-qaça gedib girdilər həyətə. Yeriyə-yüyürə atılıb düşdülər mətbəxə. Nənə tavada ət qızardırdı. Bizə də ver! Bıy, dən qurtarıb, nədi?! Qara Pişiyə aparacağıq. Bilirsən də, o indi kordu, günlərlə ac qalır! Nənə boşqaba bir tikə çörək, iki parça da bişmiş ət qoyub,

verdi onlara. Ətin xoş qoxusu Boz Beçələri iştaha saldı; burunlarını qırışdırıb, göz-gözə durdular: Bəlkə bir-iki dimdik vuraq! Sonra da özlərini danladılar: Qarnımıza şiş batsın, doymur da yeməkdən! Getdik. Boz Beçələr əllərində boşqab geri qayıdanda o dəqiqə Qara Pişik burnunu dik tutub, dərindən nəfəs aldı: Oxx-ayy! Bu, nə bişmişdi, bu, nə ətdi, bu, nə ətrdi?! Xoş halına! Xoş halına! Kimə alqış eləyirsiniz, Qara Pişik?! Heç... ət qoxusu dəydi burnuma. Yəqin aclıqdan qara basır məni! Bu, qaraqbasma deyil! Bəs nədi?! Həqiqət. Həqiqət nə deməkdi?! Sənə ət gətirmişik. Hə-ə-ə?!.. Buyurun! Allah sizin gözlərinizi işıqdan qoymasın! Bura verin! Lap ağzımın suyu axıb qoynuma-qoltuğuma dolmuşdu. Boz Beçələr ehtiyatı da əldən vermədilər; uzun bir ağac tapıb, boşqabı basıb düz Qara Pişiyin pəncəsinə dəyənə qədər itələdilər. Sonra da xorla banladılar:

Nuş olsun, cənab Qara Pişik, nuş olsun! Qara Pişik sağ pəncəsini qoydu boşqabın üstünə: İndi bilirsiniz, mənim əzizlərim, yadıma nə düşdü? Nə? İlk görüşümüzdə mən sizi tez-tez hirsləndirirdim, xatırınıza gəlirmi?! Əlbəttə! Əlbəttə! Kəlməbaşı bizə cənab deyirdiniz?! Biz də etiraz eləyirdik! Əhsən yaddaşınıza, əhsən! İndi isə mən sizə etiraz eləmək istəyirəm... Nə etiraz?! Day mənə cənab deməyin! Niyə?! Axı siz cənab olmağa daha çox layiqsiniz! Bəlkə də siz deyəndi, amma artıq mən cənab sözünü üstümə götürə bilmirəm! Onun yükü çox ağırdı. Hər kəs o yükə çiyin verə bilməz! O cümlədən mən! Niyə?! Xahiş edirəm, mənə hörmətiniz varsa, bu sözü dilinizə almayın! Sonra Qara Pişik bir əliylə qabdan yapışıb, o biriylə əti götürüb, atdı ağzına. Bir xeyli diliylə astarını üzünə, üzünü astarına çevirib, başladı çeynəməyə; çeynədi-çeynədi, handanhana uddu. Oxx-ayy... ağzım dada gəldi! Allah sizin gözlərinizi işıqdan qoymasın! Boz Beçələr yazıq-yazıq bir-birinə baxıb, dimdiklərini

yerə dikdilər. Qara Pişik xırda tikələrlə əti dişləyir, çeynəyib-çeynəyib, udur, xeyli vaxt diliylə dodaqlarını yalayır, yenidən bir dişdəm alırdı. Niyə tez-tez yemirsiniz, Qara Pişik?! Onda ki, gözlərim görürdü, hər addımbaşı əlimə ət düşürdü, ağına-bozuna baxmadan təpişdirirdim qarnıma. Açığı deyirəm, nə dadını bilirdim, nə ləzzətini, amma o qədər yeyirdim ki, gəlib dirənib dururdu boğaımda. Düz səhərəcən nısıldayırdım. Korluq mənə çox şeyi öyrətdi. Demə, heç nədə, xüsusən də yeməkdə tələsimək lazım deyilmiş. Yemək, alimlər deyir, yaşamaq üçündü. Biz qarnımızla yarışa girməməliyik! Amma indi ayda-ildə bir dəfə yesəm, aldığım ləzzət günlərlə bəs edir mənə. Ona görə asta yeyirəm ki, dadını bilim. Qara Pişik hər tikəni udandan sonra Boz Beçələrə dua eləyirdi: Allah sizin gözlərinizi işıqdan qoymasın!. Bu yandan da Boz Beçələr içlərini çəkir, çiyinləri atılıbdüşür, yanaqları boyu göz yaşları axıb tökülürdü. Ağlayıb, ürəklərini boşaldandan sonra dimdiklərini qanadlarına silib, bir qədər pıçıldaşıb, üz çevirdilər Qara Pişiyə: Qara Pişik! Pişik özündə-sözündə deyildi; mızıldayamızıldaya ət tikəsini yalayır, didir, çeynəyirdi. Boz Beçələr isə inadla onu çağırırdı. Ay Qara Pişik! Ay Qara Pişik! Bir xeyli vaxtdan sonra Pişik udqunub, başını Boz Beçələrə tərəf

çevirdi. Qara Pişik! Buyurun! Səhərdən sizi çağırırıq! Allah ehtiyacın üzünü qara eləsin! Korluq zamanımdan ilk dəfədi ki, rahat yemək düşüb əlimə. Bütün hissim-həyəcanım dişimdə-dodağımda cəmlənib, kar olmuşam. Bağışlayın, siz Allah! Allah bağışlasın! Eşidirəm. Olar bir söz soruşaq?! Əlbəttə olar. Nə əcəb həkimə getmirsiniz?! Yaralı yerimə toxundunuz. Bayaq demədim axı. Siz mənim gözlərimdən vuranda, apardılar xəstəxanaya, sağaldıb, sonra həbs edəcəkdilər. Oğru dostlarım xəbər tutub, gecəylə məni qaçırtdılar. Özüm də başısoyuqluq elədim, aylarla həkimə getmədim! Niyə?! Mənim də, Allahdan gizli deyil, sizdən niyə gizlin olsun, beş-on minim vardı, kor olandan sonra arvadım götürüb qaçdı, qaldım tək-tənha! Bəs uşaqlarınız?! Eh! Dərdimi təzələdiniz! Ay Allahın xeyirxah bəndələri, nanəcib arvaddan nəcib uşaqmı doğular?! Onlar da məni atıb,

analarını tutdular! Fikir eləmə, Qara Pişik, nə qədər ki, canımız sağdı, səni ac qoymayacağıq! Ümüdsiz olma! Allah sizin gözlərinizi işıqdan qoymasın! Elə məni ümiddi saxlayan! Bir də ki, siz cavansınız, həyatın isti-soyuğuna düşməmisiniz, inamlı olun, ancaq hamıya inanmayın. Çox sağ olun məsləhətinizə görə! Boz Beçələr qığıldaşdılar. Əzizlərim, elə bir zamana yetişmişik ki, heç kimə etibar eləməli deyil! Mən də gizlində bir qədər pul vermişdim kiçik bacıma, dar günümə saxlasın! Gənə də bacı! O günü həkimə aparmışdı məni... Boz Beçələr səbrsizliklə qanadlarını bir-birinə çırpdılar: Nə dedi həkim, Qara Pişik, nə dedi həkim?! Sağ olsun, düz bir saat məni müayinə elədi. Dedi, düzdü, gecikmisən, amma hələ də gec deyil, ey məşhur Oğrubaşı Qara Pişik... İnanın, belə də dedi, sənin gözlərin açılacaq! Ura! Ura! Ura! Allaha şükür! Allaha şükür! Az qala ürəyimiz partlayırdı, ay Qara Pişik, sənin fikrindən! Boz Beçələr qanadlarını bir-birinə çırpa-çırpa banlayıb, bir xeyli atılıb düşdülər. Az qalıb, inşallah, gələn ay əməliyyata girəcəm! Qara Pişik gülümsəyib, yenidən tikəni ağzına apardı; mızıldayamızıldaya əti didişdirir, bir parça qoparıb dişinə salır, asta-asta

çeynəyir, sonra udurdu. Qara Pişik, ay Qara Pişik, deyirik, bu dünyada ətyeyən olmasaydı, nə yaxşı olardı! Qara Pişiyin isə başı yeməyə qarışdığından Boz Beçələri eşitmirdi; dişləriylə yağlı ətin dadını çıxarırdı.

Çapa imzalanıb 20.01.2015 Formatı 60 x 90 1/16 Fiziki çap vərəqi 2 Sayı 1000 ---------------------------------------- Bakı-1021, Badamdar qəs. Seyran Məmmədov küç. 6, mən. 8 Tel: 492-92-27, 050 316 23 40 ------------------------------------ Qəşəm İsabəyli Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm-dirim savaşı (nağıl). Bakı Şirvannəşr 2015