1.1. «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə tələbələr arasında I

Benzer belgeler
IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

[18] 1. Ümumi müddəalar

1.3. Komitə öz fəaliyyəti barədə yalnız Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası qarşısında ildə bir dəfədən az olmayaraq hesabat verir.

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan sessiyasının təşkili və keçirilməsi Q A Y D A L A R I

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Protokolundan Çıxarış aprel 2016-cı il

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Ərizə formasının doldurulması qaydaları. I. Ərizə formasının doldurulmasından öncə nələri bilmək lazımdır

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Sistem inzibatçıları üçün təlimat

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

YARIŞ QAYDALARI

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

JOHN WOOD GROUP PLC Wood İşçinin Səhm Planının Qaydaları 1

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

İŞ VAXININ CƏMLƏNMİŞ UÇOTU

ANLAŞMA MEMORANDUMU. İlkin məlumat

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Marketinq. Mehdiyev Əkbər

Tez-tez soruşulan suallar

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR TƏLİMAT

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

XARİCİ SƏFƏRLƏR ZAMANI TİBBİ XƏRCLƏRİN SIĞORTASI QAYDALARI

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

MƏSLƏHƏTÇILƏRIN İSTIFADƏSI

Biznesin təşkilati-hüquqi formaları

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

Azərbaycan Hava Yolları. «01» iyul 2016-ci il.

Transkript:

«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə tələbələr arasında I Azərbaycan Çempionatı haqqında Ə S A S N A M Ə 1. Məqsəd və vəzifələr 1.1. «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə tələbələr arasında I Azərbaycan Çempionatının (bundan sonra mətndə Çempionat) məqsədi xalqımızın tarixi və mədəniyyətini, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, gələcəkdə xalqımız üçün faydalı olacaq milli kadrların yetişməsinə şərait yaratmaq, tələbələr arasında Azərbaycan dillində ölkə çempionatını keçirməklə intellektual oyunlar hərəkatında böyük miqyaslı mötəbər tədbir keçirmək, ana dilində intellektual oyunlar hərəkatının artıq güclü və dayanıqlı sosial hadisə olmasını təmin etmək. 1.2. İntensiv intellektual istiqamətli asudə vaxtın səmərəli keçirilməsi, Azərbaycanın zəngin milli mədəniyyətinin təbliği, gənclərin intellektual yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, qoyulmuş problemlərin həllinə qeyri-standart yanaşmanın stimullaşdırılması, tərbiyəsi, habelə qoyulmuş problemlərin praktiki həllinə yaradıcı yanaşma vərdişlərinin stimullaşdırılmasına dəstək verilməsi Çempionatın vəzifələridir. 2. Çempionatın təşkili 2.1. Çempionat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyələşdirdiyi Layihə çərçivəsində keçirilir. Çempionatın təsisçisi və təşkilatçısı Atşəgah İntellektual Oyunlar Klubu İctimai Birliyi və Xəzər İntellektual Gənclər Klubu İctimai Birliyidir (bundan sonra mətndə Təşkilatçılar ). 2.2. Çempionatın keçirilməsində təşkilati dəstəyi İrəli İctimai Birliyi və Azərbaycan İntellektual Oyunlar Federasiyası həyata keçirir. 2.3. Təşkilatçılar Çempionatın Əsasnaməsini təsdiq edir, Təşkilat Komitəsini formalaşdırır. 3. Təşkilat Komitəsi 3.1. Təşkilat Komitəsi Çempionatın icraiyyə orqanıdır və Çempionatın hazırlanması, təşkili və koordinassiyası onun səlahiyyətinə aiddir.

3.2. Təşkilat Komitəsi: - bu Əsasnaməyə iştirakçılar tərəfindən riayət olunmasına nəzarət edir; - Çempionatın nəticələrini təsdiq edir, qalibləri müəyyən edir; - mübahisəli vəziyyətlərdə qərar qəbul edir; - Çempionatın keçirilməsi barədə hesabat hazırlayır; - Çempionatın digər orqanlarını və nümayəndələri (aparıcıları) təsdiq edir; - Nümayəndələrlə (aparıcılarla) icraiyyə orqanları arasında informassiya mübadiləsini təşkil və koordinassiya edir - Çempionatın keçirilməsi ilə əlaqədar digər hərəkətləri həyata keçirir. 3.3. Təşkilat Komitəsi kollegial orqandır. Təşkilat Komitəsinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin bərabərliyi halında Təşkilat Komitəsinin Sədrinin səsi əsas götürülür. Təşkilat Komitəsi həm əyani həm də qiyabi (müasir rabitə vasitələrindən istifadə etməklə) iclaslar keçirə bilər. Təşkilat Komitəsinin qərarları qəti xarakter daşıyır. 3.4. Təşkilat Komitəsinin qərarları və onun üzvlərinin Çempionatın gedişi və təşkilinə dair göstərişləri Çempionat iştirakçıları üçün məcburidir. 3.5. Təşkilat Komitəsi bu Əsasnaməni, Təşkilat Komitəsinin qərarlarını və onun üzvlərinin Çempionatın gedişi və təşkilinə dair göstərişlərini icra etməyən şəxslərə aşağıdakı sanksiyaları tətbiq edə bilər: xəbərdarlıq, qeydiyyatdan imtina, qeydiyyatın ləğv edilməsi, nəticələrin ləğv edilməsi, diskvalifikasiya. 3.6. Çempionatın digər orqanları Redaktorlar, Apellyasiya Jürisi və Nümayəndələrdir (aparıcılar). 3.7. Təşkilat Komitəsi tərəfindən təyin edilmiş Redaktorlar onlara tapşırılmış sual paketini hazırlayırlar. 3.8. Təşkilat Komitəsi tərəfindən təyin edilmiş Apellyasiya Jürisi verilmiş apellyasiyalar və mübahisəli cavablar üzrə qəti olan qərarlar qəbul edir. 3.9. Bilavasitə oyunların keçirilməsi Təşkilat Komitəsi tərəfindən təsdiq edilmiş nümayəndələr (aparıcılar) tərəfindən həyata keçirilir. 3.10. Nümayəndələr (aparıcılar):

- sualların oxunmasını, nəticələrin hesablanmasını, hesabatların tərtib olunmasını, nəticələrin elan olunmasını; - Çempionat iştirakçılarını oyunların keçirilmə vaxtı və yeri barədə məlumatlandırılmasını; - Çempionatın Əsasnaməsinin icra olunmasını; - oyun məkanının müvafiq tələblərə uyğun vəziyyətə gətirilməsini; - Çempionatın keçirilməsi üçün zəruri olan digər hərəkətlərin həyata keçirilməsini təmin etməlidirlər. 3.11. Nümayəndələr (aparıcılar) hesabatların dürüstlüyünə görə məsuliyyət daşıyırlar. 3.12. Nümayəndələr (aparıcılar) Təşkilat Komitəsinin səlahiyyətli nümayəndələri hesab olunurlar və onların Çempionatın gedişi və təşkilinə dair göstərişləri Çempionat iştirakçıları üçün məcburidir. 4. Çempionatın oyunları və keçirilmə tarixi 4.1. Çempionat Seçim mərhələsi və Final formatında keçirilir. Seçim mərhələsində istənilən sayda komanda iştirak edə bilər. Finala vəsiqə qazanmaq üçün seçim mərhələsində iştirak etmək və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada müəyyən ediləcək 45 komanda sırasına düşmək tələb olunur. 4.2. Mərhələlərin və Finalın keçirilməsinin dəqiq tarixləri və yeri Təşkilat Komitəsinin qərarı ilə müəyyən edilir və əvvəlcədən iştirakçılara açıqlanır. 4.3. Seçim mərhələləri ali təhsil müəsisələrində bir qayda olaraq sinxron təşkil edilir. 4.4. Bakı şəhərinin ali təhsil müəssisələrində keçiriləcək seçim turu nəticəsində ən yaxşı nəticə göstərmiş 30 komanda Final mərhələsinə vəsiqə qazanacaq. Bu zaman ilk olaraq ən azı 20 komandanın iştirak etdiyi ali təhsil müəsissəsində keçirilmiş seçim turunun qalibi Final mərhələsinə vəsiqə qazanmış komandaların siyahısına daxil edilir, daha sonra yerdə qalan vəsiqələr Bakı şəhəri üzrə yekun ümumi nəticələr əsasında bölüşdürülür. 4.5. Bölgələrin ali təhsil müəssisələrində keçirilmiş seçim turu nəticəsində ən yaxşı nəticə göstərmiş 10 komanda Final mərhələsinə vəsiqə qazanacaq. Bu zaman ilk olaraq ən azı 10 komandanın iştirak etdiyi ali təhsil müəsissəsində keçirilmiş seçim turunun qalibi Final mərhələsinə vəsiqə qazanmış komandaların siyahısına daxil edilir, daha sonra yerdə qalan vəsiqələr bölgələr üzrə yekun ümumi nəticələr əsasında bölüşdürülür.

4.6. Təşkilat Komitəsi 5 komandanı fərdi dəvət əsasında Final mərhələsinə dəvət edə bilər. 4.7. Çempionatın Seçim mərhələləri 3 tura bölünmüş 36, Final mərhələsi isə 4 tura bölünmüş 60 sualdan ibarətdir. 4.8. Seçim mərhələsində hər bir tur 12, Final mərhələsində isə 15 sualdan ibarətdir. Turun başlanma anı aparıcının aşağıdakı ifadəsidir: Diqqət, birinci sual. Turun sonu axırıncı sualın cavabı elan edildikdən sonra aparıcının aşağıdakı ifadəsidir: Tur bitdi. Turlararası fasilənin davamiyyəti Kubokun Təşkilat Komitəsi tərəfindən müəyyən olunur. 4.9. Suala düzgün cavab komandaya 1 xal, yanlış cavab 0 xal gətirir. Apellyasiya Jürisinin qərarı ilə qeyri-korrekt sual kimi çıxarılmış suallar nəticələr hesablanarkən nəzərə alınmır. 4.10. Çempionatın nəticələri bütün turlardan sonra hesablanır və rəqiblərindən daha çox xal toplamış komanda daha yüksək yer tutur. Xalların bərabər olduğu hallarda isə yerlər sualların reytinqinin hesablanması vasitəsilə bölüşdürülür (N+1 sistemi ilə hesablanır). Reytinq hesablanarkən komandanın cavab verdiyi bütün suallar hesaba alınmalıdır. Əgər Final mərhələsində iki və ya daha çox komanda eyni xalla birinci və ya ikinci və ya üçüncü yer tutarlarsa onlar arasında 6 sualdan ibarət əlavə suallar verilir. Daha çox sayda suala cavab vermiş komanda qalib elan olunur. Xallarin bərabərliyi halında sualların verilməsi komandalardan biri tərəfindən qızıl xal qazanılana qədər davam etdirilir. 4.11. Seçim mərhələsi sinxron şəkildə təşkil edilir. Final mərhələsində bütün iştirakçı komandalar eyni zamanda və eyni bir zalda yarışırlar. 4.12. Oyun zamanı iştirakçı komandaların üzvlərinin sayı 6 nəfərdən çox olmamalıdır. Oyunçu dəyişiklikləri yalnız turlar arasında həyata keçirilə bilər. Turun başlanmasına gecikmiş və ya turun sonuna qədər öz oyun yerini üzürsüz səbəbdən tərk etmiş oyunçular yalnız növbəti turda oyuna qoşula bilərlər. 4.13. İştirakçı komandaların vəzifəsi verilmiş suallara vaxtlı-vaxtında cavab verməkdir. 4.14. Suallar Azərbaycan dilində verilir. Sualda aydın şəkildə əksi tələb edilmirsə komandalar cavabları yazılı şəkildə Azərbaycan dilində verir.

4.15. Sual ətrafında müzakirə müddəti bir dəqiqədir. Cavab kartının göndərilməsinə 10 saniyə vaxt verilir. 10 saniyənin axımı müzakirə üçün verilmiş 1 dəqiqəlik müddətin 50-ci saniyəsində hesablanmağa başlanır. 1 dəqiqə bitdikdən sonra 5 saniyədən gec olmayaraq hər hansı iştirakçı komandanın üzvü cavab kartını başı üzərinə qaldırarsa, həmin komanda vaxtlı-vaxtında cavabı göndərmiş sayılacaq. Aparıcının «cavablar artıq qəbul olunmur» ifadəsindən sonra cavab kartları qəbul olunmayacaq və gecikmə ilə verilmiş cavablar nəzərdən keçirilmir. Cavabların qəbul olunub-olunmaması aparıcının müstəsna səlahiyyətindədir. Apellyasiya Jürisi bu tip şikayətlərə baxmır. Cavab həm formasına, həm də məzmununa görə suala uyğun gəlməlidir. 4.16. Sualın mahiyyətini kifayət qədər konkretləşdirmirsə (tələb olunanın konkretləşdirmə dərəcəsi sualda göstərilməlidir və ya Oyun Jürisi tərəfindən təyin edilir); cavab forması sual formasına uyğun gəlmirsə; birdən çox cavab variantı verilibsə və onlardan heç olmasa biri səhvdirsə; cavabda onun mahiyyətini dəyişən kobud səhvlər varsa (adlar, soyadlar, tarixlər, fəaliyyət forması, və s. düzgün yazılmayıbsa) cavab düzgün sayılmır 4.17. Komandaların cavabı turnirin nəticələri hesablanana qədər saxlanılır. 4.18. İstənilən məsələ üzrə aparıcıya və texniki personala yalnız komandanın kapitanı müraciət edə bilər. Komandanın başqa üzvləri müraciət edə bilməzlər. 4.19. İştirakçı komandalar aşağadakı hallarda apellyasiya verə bilərlər: - İştirakçı komanda sualın qeyri-korrekt (sualın səhv tərtib olunması, tərtib olunan cavabın düzgün olmaması) iddia edilərsə; - İştirakçı komanda verdiyi cavabın düzgün olduğunu və onun sayılmasını tələb edirsə (cavabda ikili xarakter olarsa və ya əsas sözün sinonimi istifadə olunarsa). 4.20. Digər komandaların cavablarının sayılmasına və ya sayılmamasına verilən apellyasiyalar qəbul edilmir və araşdırılmır. 4.21. Hər bir turun sualları üzrə apellyasiya müvafiq tur bitdikdən sonra 10 dəqiqə ərzində verilməlidir. Bu qaydanın pozulması apellyasiyanın qəbul edilməsindən imtina edilməsi ilə nəticələnir. 4.22. Şikayətlər yazılı şəkildə Çempionatın Təşkilat Komitəsi tərəfindən təyin edilmiş üç üzvdən ibarət Apellyasiya Jürisinə verilir (şikayət 20 manat məbləğində girovla

təmin olunur) Apellyasiya Jürisi şikayətə baxır, onu qəbul edir və ya rədd edir (Şikayət rədd edildikdə girov məbləği geri qaytarılmır). Dual cavabların sayılmasına dair qərarlar sadə səs çoxluğu ilə, sualın çıxarılmasına dair qərarlar isə yekdilliklə qəbul edilir. Apellyasiya Jürisinin qərarı qətidir. Qərara yenidən baxıla bilməz. 4.23. Qeyri korrektliyə verilmiş apellyasiya təmin edildikdən sonra çıxarılmış sual başqası ilə əvəz olunmur, bu suala cavab vermiş komandaların müvafiq xalları silinir. Əgər apellyasiya vermiş komanda cavabın duallığını sübut edərsə bu cavabı vermiş bütün komandalara müvafiq xallar verilir. 4.24. Apellyasiya Jürisi öz fəaliyyətində aşağıdakı müddəaları rəhbər tutur: - dual cavabların sayılmasına dair qərarlar sadə səs çoxluğu ilə, sualın çıxarılmasına dair qərarlar isə yekdilliklə qəbul edilir; - Jüri üzvləri bitərəf qala bilməzlər; - dual cavabların sayılması eyni cavabları vermiş bütün digər komandalara da həmin cavabın düz cavab kimi sayılması ilə nəticələnir; - sualın çıxarılması bu suala cavab vermiş bütün komandaların bu cavaba görə aldığı xalın silinməsi ilə nəticələnir; - sualın çıxarılmasına dair apellyasiyanı müzakirə edən komissiya buraxılmış səhvin əhəmiyyətsiz olması qənaətinə gələrsə apellyasiyanı rədd edə bilər; - sual müəllifinin və redaktorun müvafiq izahatını tələb edə bilər. 5. Çempionatın iştirakçıları 5.1. Çempionatda yalnız tələbələr iştirak edə bilər. Bu Əsasnamənin məqsədləri üçün tələbə dedikdə Çempionatın keçirilmə anına hər hansı ali təhsil müəssisəsinin təhsilin təşkili formasından (əyani, qiyabi, axşam, ödənişli, ödənişsiz, distat və s.) asılı olmayaraq bakalavr və magistr pilləsində təhsil alan şəxslər başa düşülür. Hər bir komanda yalnız təmsil etdiyi təhsil müəssisəsinin tələbələrindən ibarət olmalıdır. 5.2. Çempionatın Əsasnaməsinin tələblərinə cavab verən, Çempionatda iştirak etmək fikrini müvafiq nümayəndəyə bildirmiş, və müvafiq sifariş vərəqəsini (Əlavə 1) düzgün doldurmuş istənilən komanda Çempionatın iştirakçısı ola bilər. Komandaların qeydiyyatı müvafiq nümayəndələr tərəfindən həyata keçirilir. 5.3. Çempionatda hər birində 6 əsas (onlardan biri kapitan olmaqla) və 2 ehtiyat oyunçu olan komandalar iştirak edə bilərlər. Komandaların adı, oyunçuların soyadı, adı və atasının adı (kapitan haqqında qeydlə birlikdə), təvəllüdü, telefonu və elektron poçt ünvanı, təhsil aldığı fakültə komandanın kapitanı tərəfindın doldurulan və

komandanın Əsasnamə ilə tanışlığını və onunla razılığını ifadə edən imzası ilə təsdiq edilən sifariş vərəqəsində göstərilməlidir. Sifariş vərəqəsinə tələbə vəsiqəsinin surəti və ali təhsil müəssisəsinin müvafiq səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş oyunçuların siyahısı əlavə edilməlidir. 5.4. Eyni zamanda oyunda 6 nəfərdən çox oyunçu ola bilməz. Komandanın heyətində onun sifariş vərəqində olmayan oyunçunun iştirakı qadağandır. Komandanın heyətində başqa komandanın sifariş vərəqində adı olan oyunçunu iştirakı qadağandır. Sifariş vərəqi tam doldurulmamışdırsa, ona əlavələr edilməsi Təşkilat Komitəsinin razılığı ilə mümkündür. Sifariş vərəqinə əlavələrin edilməsi və sifariş vərəqindən oyunçunun adınının çıxarılması yalnız seçim mərhələsindən sonra, final mərhələsi başlayana qədər mümkündür. 5.5. Əgər Çempionat başa çatmamış komanda dağılarsa onun nəticələrinin varisliyi məsələsi həll edilərkən dağlmış komandanın sifariş vərəqində göstərilmiş daha çox oyunçunun iştirak etdiyi komandaya üstünlük verilir. Bu mümkün olmadıqda dağılmış komandanın kapitanının oynadığı komandaya üstünlük verilir. Mübahisəli vəziyyətdə müvafiq qərar Təşkilat Komitəsi tərəfindən qəbul edilir. 5.6. Dağılmış komandaların üzvləri bu Əsasnamənin 6.4-cü bəndində nəzərdə tutlmuş məhdudiyyətlər nəzərə alınmaqla digər komandaların heyətinə daxil edilə bilərlər. 5.7. Final mərhələsində iştirak hüququ qazanmış komandaların heyətində yalnız Çempionatın ilkin mərhələlərində komandanın sifariş vərəqəsində adı olan oyunçular iştirak edə bilərlər. 6. Çempionatın qalibinin müəyyən edilməsi 6.1. Rəqiblərindən daha yaxşı nəticə göstərmiş komanda Çempionatın qalibi elan olunur və «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə tələbələr arasında I Azərbaycan Çempionatının çempionu adını qazanır. 6.2. Çempionatın qalibləri keçici Azərbaycan Çempionatının Kuboku, medallarla və diplomlarla mükafatlandırılırlar. 7. Yekun müddəalar 7.1. Çempionatın suallarından digər yarışların keçirilməsində yalnız Təşkilat Komitəsinin razılığı əvvəlcədən alınmaqla istifadə oluna bilər.

7.2. Bu Əsasnamə Çempionatın təşkilinin və Çempionatın oyunlarının keçirilməsinin bütün hallarını tənzimləmir. Bu Əsasnamə ilə tənzimlənməyən məsələlər Bu Əsasnaməyə zidd olmamaq şərti ilə Təşkilat Komitəsi, onun üzvləri və ya Təşkilat Komitəsinin səlahiyyətli nümayəndələri tərəfindən həll olunur (oyunun keçirilməsinin tənzimlənməyən məsələləri ilk növbədə Nə? Harada? Nə zaman? Məcəlləsi ilə müəyyən edilmiş qaydada həll edilməlidir). 7.3. Oyunun bütün iştirakçıları oyunçular, aparıcı, müxtəlif jürilərin üzvləri, sualların redaktoru və müəllifləri təkcə qaydalara riayət etməyi ehtiva etməyən ümumi qəbul olunmuş etik normalara riayət etməlidir. Bu anlayışa oyunun bütün iştirakçılarına və tamaşaçılarına dostcasına münasibət və qarşılıqlı hörmət və dostcasına oyun atmosferinin yaradılmasına can atmaq daxildir. 7.4. Oyunun bütün iştirakçıları: - şifahi və yazılı formada, həmçinin müxtəlif forum və internet informasiya səhifələrində öz həmkarları üçün təhqiredici kütləvi ifadələrdən qaçmalı; - başqa oyunçuları qeyri düzgün oyuna görə sübutsuz ittihamlar etməkdən çəkinməli; - yarışın başqa oyunçuları və ya iştirakçılarına münasibətdə onları qaydaları və ya etik normaları pozmağa sövq edən hərəkətlərə yol verməməlidirlər.