İQTİSADİ SİYASƏTİ HƏYATA KEÇİRƏN MİLLİ QURUMLAR. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Benzer belgeler
AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Marketinq. Mehdiyev Əkbər

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

2016-CI İLDƏ ƏSAS MƏQSƏD VƏ FUNKSİYALARIN HƏYATA KEÇİRİLMƏSİ BARƏDƏ

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

BALANS HESABATI A-AKTİVLƏR

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Q A N U N U. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ. Dövlət büdcəsinin icrasına maliyyə nəzarəti mövzusunda R E F E R AT

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ «VERGİ VƏ GÖMRÜK ƏMƏLİYYATLARININ UÇOTU» fənninin P R O Q R A M I

Zeynalova Sevinc III kurs

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

1.3. Komitə öz fəaliyyəti barədə yalnız Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası qarşısında ildə bir dəfədən az olmayaraq hesabat verir.

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZERCELL TELEKOM MMC. 31 dekabr 2017-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş maliyyə hesabatları

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Expressbank Açıq Səhmdar Cəmiyyətinin 2016-ci il üzrə YARIMİLLİK HESABATI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

MÜASİR AZƏRBAYCAN İQTİSADİYYATININ FORMALAŞMASININ ƏSAS MƏRHƏLƏLƏRİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI


Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının Qanunu

Açıq bazar əməliyyatları. Banklardan kənar nağd pul. Baza inflyasiya. Çərçivə alətləri. Deflyasiya. Dezinflyasiya. Dollarlaşma

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

3. Emitenti dövlət qeydiyyatına alan orqanın adı, tarixi - Azərbaycan Respublikası Mərkəzi Bankı cu il tarixli, 119 -li Lisenziya

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

H E S A B A T Q E Y D Ə A L I N D I!

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Kommunal Müəssisələrin Maliyyə Məsələləri ilə Tanışlıq

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

2006-cı ilin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Protokolundan Çıxarış aprel 2016-cı il

AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI (CCPE) Avropa Prokurorlarının Məşvərətçi Şurasının. Cinayət təqibi vasitələrinin idarə edilməsi mövzusunda

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İdarəçiliyi. AQS ölkələri üzrə Çərçivə

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

[18] 1. Ümumi müddəalar

İqtisadiyyat nazirinin 2017-ci il 15 mart tarixli F-44 nömrəli əmri ilə təsdiq edilmişdir

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Transkript:

İQTİSADİ SİYASƏTİ HƏYATA KEÇİRƏN MİLLİ QURUMLAR Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru Bakı - 2015

GİRİŞ ƏVƏZİ Bizi bürokratiyadan qurtaran yeganə amil onun effektiv işləməməsidir. Eugene Mc Carthy

MALİYYƏ NAZİRLİYİ Dünya praktikasında Maliyyə Nazirliyinin təşkilatlanmasl ilə bağlı 2 əsas yanaşma mövcuddur: Anglo-Amerikan təcrübəsi: Xəzinə Nazirliyi maliyyəni də əhatə edir. Qeyri-Anqlo-Amerikan təcrübəsi: Maliyyə Nazirliyi xəzinəni də əhatə edir. Azərbaycan ikinci yanaşmaya üstünlük vermişdir. Bir çox ölkələrdə vergilər və gömrük rüsumları Maliyyə Nazirlikləri tərəfindən toplanır. Ancaq Azərbaycanda bu funksiyanı Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi həyata keçirir. Azərbaycanda Maliyyə Nazirliyi ilk dəfə 1918-ci ildə yaradılmış və ilk Maliyyə Naziri Nəsibbəy Yusifbəyli olmuşdur.

MALİYYƏ NAZİRLİYİ Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inin fəaliyyət istiqamətləri: maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir; dövlət və icmal büdcələrin layihələrinin mövcud qanunvericiliyə uyğun olaraq hazırlanmasını təmin edir; dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir; sığorta fəaliyyəti sahəsində dövlət siyasətinin və sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir; dövlət əyar nəzarətinin və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətini təşkil edir və həyata keçirilməsini təmin edir; dövlət borcunun idarə edilməsini və dövlət zəmanətinin verilməsini təşkil edir, dövlət borclanma siyasətini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir; hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi üzrə öz səlahiyyətləri daxilində tədbirlər görür;

MALİYYƏ NAZİRLİYİ audit fəaliyyəti sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi ilə bağlı təkliflər verir; dövlət investisiya proqramlarının tərtib olunmasında, dövlət investisiya siyasətinin, dövlət proqramlarının inkişaf konsepsiyası və strategiyalarının hazırlanmasında və həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir; maliyyə bazarının inkişafı, iqtisadiyyata xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir; büdcə sistemi, vergi, dövlət xəzinədarlığı, dövlət maliyyə nəzarəti, sığorta fəaliyyətinə nəzarət, dövlət borcunun idarə edilməsi, qiymətli metallar və qiymətli daşlara nəzarət, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində və digər məsələlər üzrə normativ hüquqi tənzimlənməni həyata keçirir; makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə təkliflər hazırlayır; Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahəvi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir.

MALİYYƏ NAZİRLİYİ Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturu: Nazirliyin aparatı; Dövlət Xəzinədarlığı Agentliyi; Dövlət Borcunun İdarə Edilməsi Agentliyi; Dövlət Maliyyə Nəzarəti Xidməti; Dövlət Sığorta Nəzarəti Xidməti; Qiymətli Metallara və Daşlara Nəzarət Dövlət Xidməti; Nazirliyin yerli bölmələri; Tabeliyində olan digər qurumlar: Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi; AR-nin Məlumat-Hesablama Mərkəzi; Maliyyə və uçot jurnalı redaksiyası MMC.

MALİYYƏ NAZİRLİYİ Dövlət xəzinəsi: Dövlətin nağd pul axınını tənzimləyir. Dövlətin kassası, onun ödəmələrini həyata keçirən xəzinədarıdır. Dövlətin bütün gəlirləri, o cümlədən də daxili və xarici borclanmasından əldə edilən bütün fondlar dövlət xəzinəsinin kassalarına daxil olur və ya xəzinənin banklardakı hesablarında saxlanılır.

MALİYYƏ NAZİRLİYİ Keçmişdə dövlətlərin və ya dövlət xəzinəsinin həqiqi kassaları vardı və dövləti pulu, müxtəlif dəyərli metallar bu kassalarda saxlanılırdı. Dövlətin kassası müasir dövrdə simvolik məna daşıyır. Hazırda dövlətin pulu Mərkəzi Bank və ya banklarda, qızıl kimi qiymətli metalları Mərkəzi Bankın kassalarında qorunur. Dövlətin borcu, alacağı, ödənişə çevrilə bilən hər cür öhdəliyi xəzinə tərəfindən nəzarətdə saxlanılır və idarə olunur. Xəzinə dövlətin pul axınlarını idarə edir, başqa sözlə dövlətin gəlir və xərclərinin zaman və məkan etibarilə tarazlaşdırılmasını təmin edir.

MALİYYƏ NAZİRLİYİ Həqiqətən də dövlət gəlir və xərclərinin tarazlaşdırılması dedikdə, dövlət gəlirlərinin toplanması, dövlət xərclərinin icra edilməsi, gəlir-xərc tarazlığının pozulması halında borclanmaya gedilməsi, dövlət borclarının əsas hissəsi və faizlərinin ödənilməsi, ödəyə bilmədiyi hallarda zəruri tədbirlərin görülməsi kimi çox müxtəlif və əhatəli əməliyyatlar nəzərdə tutulur. Dünyada dövlət xəzinəsinin təşkilatlanmasına 2 əsas yanaşma var: Anglo-sakson yanaşması: Xəzinə müstəqil bir struktur kimi yaradılır. Məs. Xəzinə Nazirliyi kimi. Qitə Avropası yanaşması: Maliyyə və İqtisadiyyat Nazirliyinin bir strukturu kimi yaradılır. Məs. Azərbaycanda Dövlət Xəzinədarlığı Agentliyi kimi.

MALİYYƏ NAZİRLİYİ Dövlətin topladığı gəlirlərin və həyata keçirdiyi xərclərin nağd formada tarazlığına xəzinənin nağd tarazlığı deyilir.lığına görə Dövlət bölməsinin maliyyələşdirilməsi xəzinənin nağd tarazlığına görə müəyyən edilir. Çünkü praktikada xəzinənin nağd tarazlığı ilə büdcə tarazlığı arasında daim fərq yaranır. Dövlət bölməsinin maliyyələşməsindən danışdıqda əsas məsələ cibdəki pul olduğu üçün nağd tarazlığı əhəmiyyətlidir. Xəzinənin pul axını metodu iki əsas məqsədə xidmət edir: Dövlət gəlir və xərclərinin zaman baxımından uyğunlaşdırılması: Məsələn, yanvar ayı gəlirlərin aşağı, xərclərin isə yüksək olduğu aydır. Bu ayda xəzinə borclanır, gəlirin yüksək, xərcin aşağı olduğu aylarda isə bu borcları ödəyir. Dövlət gəlir və xərclərinin məkan baxımından uyğunlaşdırılması: Məs. Müxtəlif regionlarda toplanan dövlət gəlirlərinin, ilk növbədə o regionun xərclərinin ödənilməsində istifadə edilməsi, qalan hissənin isə digər regionların ehtiyacları üçün transfert edilməsi.

VERGİLƏR NAZİRLİYİ Vergi xidməti 1990-cı ilin iyul ayında Maliyyə Nazirliyinin tərkibində yaradılmışdır. 1991-ci ilin okryabr ayında Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi adı altında müstəqil dövlət orqanı kimi fəaliyyətə başlamışdır. 11 fevral 2000-ci ildə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək Vergilər Nazirliyi yaradılmışdır.

VERGİLƏR NAZİRLİYİ Vergilər Nazirliyi Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Vergilər Nazirliyinin strukturu: Vergilər Nazirliyi Aparatı; Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti; Xüsusi Rejimli Vergi Xidməti Departamenti; Naxçıvan MR Vergilər Nazirliyi; Ərazi Vergilər İdarələri və Departamentləri; Rayon Vergilər Şöbələri.

DÖVLƏT GÖMRÜK KOMİTƏSİ 1918-1920-ci illərdə gömrük xidməti Azərbaycan Demokratik Respublikasının Maliyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1992-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradıldı. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi fəaliyyət istiqamətlərinə uyğun olaraq, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.

DÖVLƏT GÖMRÜK KOMİTƏSİ Dövlət Gömrük Komitəsinin əsas funksiyaları: Dövlət Gömrük Komitəsinin əsas funksiyaları: Gömrük işini təşkil etmək və onu təkmilləşdirmək; Gömrük siyasətini həyata keçirmək; Ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq; Ölkənin gömrük ərazisinin vahidliyini təmin etmək; Ölkədə qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etmək; Gömrük işinə dair və digər qanunvericiliyə əməl olunmasını təmin etmək.

DÖVLƏT GÖMRÜK KOMİTƏSİ Dövlət Gömrük Komitəsinin strukturu: Dövlət Gömrük Komitəsinin strukturu: Komitənin aparatı; Ərazi Gömrük İdarələri; Bakı Baş Gömrük İdarəsi. Sumqayıt Baş Gömrük İdarəsi. Digər ərazi gömrük idarələri. İxtisaslaşdırılmış gömrük idarələri: Hava Nəqliyyatında Baş Gömrük İdarəsi. Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi; Enerji Gömrük İdarəsi; Aksiz Baş Gömrük İdarəsi; Avtonəqliyyat Baş Gömrük İdarəsi; Gömrük postları; Digər qurumlar.

DÖVLƏT GÖMRÜK KOMİTƏSİ Gömrük tariflərinin formalaşdırılması və tətbiqi iqtisadi siyasət baxımından mühüm əhəmiyyət daşıyır və tariflər iqtisadi siyasətin çox təsirli vasitələrindən biridir. Müasir dövrdə tariflərin formalaşmasında Dünya Ticarət Təşkilatı və Avropa İttifaqı kimi regional iqtisadi inteqrasiyaların ciddi rolu olsa da, qeyri-tarif vasitələrinin formalaşması və tətbiqində kömrük xidmətlərinin rolu hələ də çox böyükdür.

MƏRKƏZİ BANK Mərkəzi Bank monetar orqandır. Pulun (banknot) emissiyası və dövriyyəsinin təmin edilməsi Mərkəzi Bankların əsas vəzifəsidir. Müasir dövrdə mərkəzi banklar, keçmişdə onlara verilən vəzifələrdən fərqli olaraq, yalnız milli pulun stabilliyindən məsuldur, yəni pul siyasətinin reallaşdırılması vəzifəsini həyata keçirən qurumlara çevrilmişlər. Bu baxımdan Mərkəzi Bankların vəzifələri pul, faiz və kurs siyasətlərini həyata keçirərək qiymətlərin stabiliyi daxilində iqtisadi tarazlıqların formalaşmasına xidmət etməkdir.

MƏRKƏZİ BANK Dünyada qurulan ilk monetar orqan Niderland Mərkəzi Bankıdır. Ancaq əsl mərkəzi bankçılığı İngiltərə Mərkəzi Bankı (Bank of England) ilə başlamışdır. İngiltərə Mərkəzi Bankının qurulma məqsədi ilk öncə xəzinənin pul ehtiyaclarını ödəmək idi. İngiltərə Mərkəzi Bankının qurulmasından öncə, banknot kimi qızıllarını girov qoyanlara qızıl tacirlərinin (goldsmiths) verdiyi yazılı kağızlar istifadə edilməyə başlanmışdı. Bu kağızların dövriyyəsi ilə qarşılığı qızıl olan kağız pul (banknot) real olaraq meydana gəlmişdi. Bunlara goldsmith notes adı verilirdi. Getdikcə bu tacirlər bank kimi çalışmaya başladığında, bunları idarə edəcək və kağız pulu emissiya edəcək bir quruma ehtiyac yarandı. İngiltərə Mərkəzi Bankının yaranmasında bu mühüm bir amil olmuşdur.

MƏRKƏZİ BANK Zaman keçdikcə kağız pulun yaratdığı imkanlar və böyük üstünlük, bütün ölkələrdə mərkəzi bankların və kağız pulun ortaya çıxmasına yol açmışdır. Uzun müddət kağız pulun qızıl qarşılığı olmuşdur. I Dünya Müharibəsi ilə birlikdə pulun qızıl qarşılığı ortadan qalxmağa və kağız pul isə yalnız dövlətin etibarını daşımağa başladı. Etibarı yüksək olmayan dövlətlər isə pullarını daha etibarlı dövlətlərin pullarına bağlayaraq etibar qazanmağa çalışdılar. Bir milli pulun digər milli pula bağlanmasına peg adı verilir.

MƏRKƏZİ BANK Mərkəzi Bankın bazara buraxacağı pulun miqdarı həmişə mübahisə mövzusu olmuşdur. Bəzi iqtisadçılar iqtisadiyyatın real artımı qədər pul təklifinin artırılması zəruriliyini, bir başqa qrup iqtisadçı milli pulun xarici pul vahidləri qarşısında dəyərdən düşməsini əsas ölçü götürməyi, digərləri isə pul emissiyasının müəyyən bir qaydaya bağlanılmasını qeyd edirlər.

MƏRKƏZİ BANK 30 sentyabr 1919-cu il tarixində Azərbaycan Dövlət Bankı adı ilə Mərkəzi Bank fəaliyyətə başlamışdır. 11 fevral 1991-ci il tarixində yenidən Azərbaycan Respublikasının Milli Bankı adı altında Mərkəzi Bank yaradılmışdır. 18 mart 2009 cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı adlandırılmışdır.

MƏRKƏZİ BANK Azərbaycan Respublikası Mərkəzi Bankının məqsədləri: Səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsi; Bank və ödəniş sistemlərinin sabitliyi və inkişafının təmin edilməsi; Azərbaycan Respublikası Mərkəzi Bankının funksiyaları: dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir; nağd pul dövriyyəsini təşkil edir; manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir; valyuta tənzimini və nəzarətini həyata keçirir; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarım saxlayır və idarə edir; hesabat tədiyə balansım tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir; bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir; ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;

MƏRKƏZİ BANK Azərbaycan Respublikası Mərkəzi Bankının strukturu: İdarə Heyəti: Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur. Tərkibi sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv olmaqla 7 üzvdən ibarətdir. Mərkəzi aparat. Ərazi idarələri: Biləsuvar Regional Mərkəzi Gəncə Regional Mərkəzi Quba Regional Mərkəzi Naxçıvan Muxtar Respublikası İdarəsi Yevlax Ehtiyat Mərkəzi

MƏRKƏZİ BANK Azərbaycan Respublikası Mərkəzi Bankının Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi: Pul və məzənnə siyasətinin işlənməsi və həyata keçirilməsi, habelə maliyyə sabitliyinin qorunması üzrə Mərkəzi Bankın İdarə Heyətinin yanında məşvərətçi orqandır. Komitənin tərkibi İdarə Heyətinin sədri tərəfindən təsdiq olunur. Komitənin pul və məzənnə siyasəti məsələlərinə dair iclasları həftədə bir dəfə, maliyyə sisteminin sabitliyi məsələlərinə dair iclasları isə ayda bir dəfə keçirilir.

MƏRKƏZİ BANK Mərkəzi bankların qurulması müxtəlif ölkələrdə müxtəlifdir. ABŞ-da Mərkəzi Bank (Fedreal Reserve System) bankların payçısı olduğu tamamilə özəl qurumlardır. Avropa Mərkəzi Bankı və Avropadakı bir çox mərkəzi bank tamamilə dövlət qurumudur. Mərkəzi bankların təsis formasından asılı olmayaraq hamısı üçün ümumi olan aşağıdakı xüsusiyyətləri vardır: Ali idarə edənləri hökumətlər və ya parlamentlər tərəfindən təyin edilir. İl ərzində əldə etdikləri mənfəət bir sonrakı il üçün dövlət xəzinəsinə verilir. Çünkü mərkəzi bankların mənfəəti dövlətin ona verdiyi pul emissiya etmə inhisarından irəli gəlir.

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrıayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, ölkə iqtisadiyyatında struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi, rəqabətin qorunması, inkişafı və təşviqi, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, daxili ticarət, xarici iqtisadi və ticarət əlaqələri, regionların sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində (bundan sonra müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ Ölkənin iqtisadi siyasətinin əsasları İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanan qısa və orta müddətli inkişaf plan və proqramları və onlara əsaslanaraq Maliyyə Nazirliyi tərəfindən hazırlanan dövlət büdcələrində öz əksini tapır. İqtisadiyyat və Sənaye Nazirliyinin iqtisadi siyasət baxımından əhəmiyyətli olan əsas fəaliyyət istiqamətlərindən biri də ölkə iqtisadiyyatında rəqabətin qorunmasıdır.

QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİ 1998-cu il 30 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) öz fəaliyyət istiqamətlərinə uyğun olaraq qiymətli kağızlar bazarının tənzimlənməsi ilə bağlı normativ aktların qəbul edilməsi, qiymətli kağızların emissiyası və tədavülü, qiymətli kağızlar bazarı iştirakçılarının və investisiya fondlarının fəaliyyətləri, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarı, müvafiq fəaliyyət növlərinin lisenziyalaşdırılmasının həyata keçirilməsi, lotereyaların təşkili və keçirilməsi, qiymətli kağızlar bazarında investorların və qiymətli kağızlar bazarının iştirakçılarının hüquqlarının müdafiəsi, sağlam rəqabət mühitinin yaradılması üzrə dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

İQTİSADİ SİYASƏTİN FORMALAŞMASINDA QURUMLARIN ƏMƏKDAŞLIĞI İqtisadi stabilliyini təmin etmiş, inflyasiya problemini həll etmiş, iqtisadi artımı davamlı həddə gəlmiş, xarici tarazlıq problemi olmayan bir ölkədə iqtisadi siyasətin bəzi bölmələrinin həyata keçirilməsi yetərlidir. Bu vəziyyətdə olan inkişaf etmiş ölkələrin əksəriyyətində yalnız pul siyasəti və ya faiz siyasəti iqtisadi stabilliyin qorunması üçün yetərli ola bilir. Bəzi hallarda, məsələn, iqtisadiyyatın canlandırılması tələb olunan hallarda vergi endirimləri kimi maliyyə siyasəti mexanizmləri də tətbiq edilə bilər. Bir sözlə qeyd olunan hallarda yalnız Mərkəzi Bankın, yaxud da yalnız Maliyyə Nazirliyinin hazırladığı siyasət mexanizmlərinin tətbiq edilməsi yetərli ola bilər.

İQTİSADİ SİYASƏTİN FORMALAŞMASINDA QURUMLARIN ƏMƏKDAŞLIĞI İnkişaf etməkdə olan ölkələrdə isə iqtisadi siyasətin daha çox bütövlük daşıması zəruridir. Çünkü bu ölkələrdə problem yalnız mövcud tarazlığın davam etdirilməsi, yaxud da qorunması deyil, daha yaxşı bir tarazlığa keçidin zəmininin hazırlanmasıdır. Belə bir vəziyyətdə təbii olaraq, bu siyasətləri hazırlayacaq və tətbiq edəcək qurumların birgə çalışmasına ehtiyac ortaya çıxır. Bu çərçivədə baxıldıqda, iqtisadi siyasətin ümumi çərçivəsinin müəyyən edilməsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanan orta müddətli inkişaf proqramı və maliyyə siyasətinin müəyyən edilməsində Maliyyə Nazirliyi tərəfindən hazırlanan büdcə əhəmiyyətli rola malikdir.

YOXLAMA SUALLARI 1. Maliyyə Nazirliyinin əsas vəzifəsi nədir? 2. Xəzinədralığın əsas funksiyalarını şərh edin. 3. Dövlətin borclanmasını hansı qurum həyata keçirir? Bunu həyata keçirərkən hansı qurumlarla və hansı çərçivədə əməkdaşlıq edir? 4. Vergilər Nazirliyinin əsas vəzifəsini şərh edin. 5. Dövlət Gömrük Komitəsinin əsas vəzifəsini izah edin. 6. Mərkəzi Bankın əsas vəzifəsi nədir? Bu vəzifəsini hansı siyasətdən istifadə edərək yerinə yetirir? 7. İqtisadi siyasətin formalaşdırılmasında iştirak edən qurumlar hansılardır? 8. İqtisadi siyasətin formalaşdırılmasında qurumların əməkdaşlığı nə üçün əhəmiyyətlidir və necə təmin edilir? 9. Sizcə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin ayrıayrı strukturlar kimi fəaliyyət göstərməsi doğru yanaşmadırmı? Müzakirə edin. 10. İqtisadiyyat və Sənaye Nazirliyinin vəzifəsi nədir? 11. Sizcə İqtisadiyyat və Sənaye Nazirliyi və Kənd Təsərrüfatı Nazirlikllərinin ayrıayrı strukturlar kimi fəaliyyət göstərməsi doğru yanaşmadırmı? Müzakirə edin. 12. Ölkə iqtisadiyyatında rəqabətin qorunması funksiyasını İqtisadiyyat və Sənaye Nazirliyinin bir strukturu tərəfindən həyata keçirilməsinə münasibətiniz necədir? 13. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin funksiyalarını açıqlayın.

TÖVSİYƏ OLUNAN MƏNBƏLƏR Mahfi Eğilmez, Ercan Kumcu, (2014). Ekonomi Politikası: Teori ve Türkiye Uygulaması, İstanbul: Remzi Kitabevi, 19. Basım. Agnes Benassy-Quere və.b., (2010). Economic Policy: Theory and Policy. Oxford University Press. Qreqori Mənkyu (2007), Ekonomiksin əsasları, Bakı: CBS Polygraphic Production. Rasim Həsənov (2009), İqtisadi siyasət: metodologiya və praktika, Bakı: İqtisad Universiteti nəşriyyatı.