Azərbaycan fəlsəfəsinin sönməz günəşi Siracəddin Urməvi

Benzer belgeler
3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Bəşər tarixinin möhtəşəm siması Corc Bayron

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Marketinq. Mehdiyev Əkbər

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Əlisa Nicat 80-illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait. Söz xəzinədarı Əlisa Nicat

Görkəmli maarif və mədəniyyət xadimi

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Gedək biz olmayan yerə

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

BÖYÜK DƏCCAL Amerika

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. F.KÖÇƏRLİ adına RESPUBLİKA UŞAQ KİTABXANASI. Uşaq Kitabxanasında Reklam işinin təşkili

PLAN

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Dövrünə güzgü tutan Əli Nəzmi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Ġntellektual-Elektron Kitabxananın təqdimatında

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZIRLİYİ

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Uşaq gözü, şair sözü

Türk dünyasının böyük söz ustadı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

2014-cü ilin üçüncü rübünün nəticələri

Qəlbi Turan olan insan Azər Turan

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

UniMiles 3 illik 100 AZN və ekvivalenti

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ.

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Sabancı Universiteti

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Protokolundan Çıxarış aprel 2016-cı il

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

İSMAİL HİKMET ERTAYLAN VE ONUN TÜRK EDEBİYATI TARİHİ ESERİ

TARİXİMİZDƏ İZ QOYANLAR. Dr. Reha Yılmaz

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Dünya miqyaslı ziyalımız Anar

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo

Azərbaycanın görkəmli uşaq yazıçısı. Qəşəm İsabəylinin anadan olmasının 65 illiyi münasibətilə

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. UŞAQLARIN YAXIN DOSTU (metodik məktub)

Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

SƏRHƏDLƏR AŞAN POEZİYA. (medodik vəsait)

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

İslam Səfərli zirvəsi

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

[18] 1. Ümumi müddəalar

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Şaman nəvəsi Rüstəm Behrudi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ

Ömür kitabına poeziya yazılan şair- Sabir Rüstəmxanlı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Gözəllik və həqiqət şairi

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

haqqında ətraflı məlumat

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

KİTABXANAYA DAXİL OLAN KİTABLARIN ELMİ VƏ TEXNİKİ CƏHƏTDƏN İŞLƏNMƏSİ QAYDASI. Metodik vəsait

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

Uşaqları sevindirən, böyükləri düşündürən şair

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

AzərbAycAndA dizayn və İnnovAsİyA Mərkəzİnİn yaradılması

Transkript:

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan fəlsəfəsinin sönməz günəşi Siracəddin Urməvi Siracəddin Urməvinin 820 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-in şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait Bakı 2018

Tərtibçilər: Redaktor: İxtisas redaktoru və buraxılışa məsul: Aynurə Əliyeva Sevil Əhmədova Könül Ağazadə Şəhla Qəmbərova Əməkdar mədəniyyət işçisi Azərbaycan fəlsəfəsinin sönməz günəşi Siracəddin Urməvi: Siracəddin Urməvinin 820 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, F.Köçərli ad.respublika Uşaq Kitabxanası; tərt.ed.a.əliyeva; ixt.red. və burax. məsul Ş. Qəmbərova; red. K. Ağazadə. - Bakı: F. Köçərli ad.respublika Uşaq Kitabxanası, 2018. 13 s. F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 2

Giriş Orta əsrlərdə Şərq ölkələrində müsəlman fəlsəfəsi geniş inkişaf etmişdir. Müxtəlif xalqların nümayəndələri ərəb dilli müsəlman fəlsəfəsinin yaradılması və yayılması işində yaxından iştirak etmişdir. Şərq ölkələrində dünyagörüşü problemlərinin həllinin dünyəvi variantı fəlsəfə adı almışdı. Bu isə çox hallarda bilavasitə yunan fəlsəfəsinin təsiri altında formalaşırdı. VIII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində tərcüməçilik hərakatı güclənməyə başladı. Nəticədə müsəlman dünyası antik fəlsəfə və mədəniyyətlə yaxından tanış oldu. Yaxın və Orta Şərq, Orta Asiya və Azərbaycan alimləri Aristotel, Platon və platonçuluqla tanış olaraq yeni-yeni əsərlər yaratdılar. Böyük Azərbaycan filosofu, təbiətşünas alimi, ictimai-siyasi xadim Siracəddin Urməvi orta əsrlərdə bəşər elmi-fəlsəfi fikrini zənginləşdirmiş dahi şəxsiyyətlərindəndir. Buna görə də Azərbaycan elminin böyük simaları xatırlananda, Şərq peripatetizmi məktəbinin görkəmli nümayəndəsi Siracəddin Urməvinin adını çəkmədən keçmək mümkün deyil. Böyük insan, müdrik və uzaqgörən təbiətşünas Siracəddin Urməvinin bu il 820 yaşı tamam olur. Bu münasibətlə bu vəsaiti işləməyi özümüzə borc bildik. Vəsait iki hissədən ibarətdir. I hissə görkəmli şəxsiyyətin həyat və yaradıcılığından bəhs edir. II hissə isə bu mövzuya uyğun kitabxanada görüləcək tədbirlərdən söhbət açılır. 3

Həyat və yaradıcılığı Azərbaycanda Siracəddin Urməvi irsinin yeganə tədqiqatçısı AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovun əsərlərindən məlum olur ki, filosof 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuş, uşaqlıq illərini həmin səfalı diyarda keçirmişdir. Mənbələrdə onun Mosulda təhsil aldığı göstərilir. Siracəddin Urməvi bir müddət Dəməşqdə yaşamış, sonralar isə Kiçik Asiyaya getmişdir. 1246-cı ildən əvvəl o, artıq Konya şəhərində qazi imiş. Görkəmli hüquqşünas alim kimi onun 1250-ci ildə disput məclislərində iştirak etdiyi xəbər verilir. XIII əsrin türk tarixçisi İbn Bibi 1282-1285-ci illərdə qələmə aldığı Ali işlərə dair Əlaəddin əmrləri kitabında Azərbaycan filosofunun bütün elm sahələrində şöhrət tapdığını qeyd edərək fəaliyyətini yüksək qiymətləndirmişdir. Ən məşhur əsəri Nurların doğuşları dır, bu kitabın məntiqə dair hissəsinin Qahirədə Xədiviyyə kitabxanasında saxlanılan əlyazması Siracəddin Urməvinin sağlığında, 1278-ci ilin iyul ayında Konya şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçürülüb tamamlanıb. Filosofun bu kitabının həmin hissəsi Qütbəddin Razinin ona yazdığı şərhlə birlikdə Təbriz, İstanbul və Tehranda müxtəlif illərdə çap edilib. Digər iri əsəri olan Hikmət incəlikləri 1257-ci ildə yazılıb, 1972-ci ildə Tehranda çap edilib. Zakir Məmmədov elmi-tədqiqatında göstərmişdir ki, Siracəddin Urməvinin əsərlərində peripatetik fəlsəfənin bütün problemləri geniş araşdırılmış, varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri dərindən tədqiq edilmiş, mütərəqqi sosial-siyasi görüşlər və etik fikirlər öz dolğun ifadəsini tapmışdır. Orta əsr Azərbaycan filosofları içərisində Siracəddin Urməvi (1198 1288) özünəməxsus fikirləri ilə seçilir. Onun 4

məntiqə, fəlsəfəyə və s. dair əsərləri məşhurdur. Məntiqə və fəlsəfəyə dair Nurların doğuşları, Hikmət incəlikləri, Haqqın bəyanı, Metodlar, Ziddiyyətin misallarına dair traktatlar, Təhsil, Suallar və s. əsərlər bu qəbildəndir. Onun kitabları içərisində ən çox yayılanı Nurların doğuşları əsəri olmuşdur. Urməvi varlığı onun əksi olan yoxluq anlayışı ilə qarşılıqlı götürmüşdür. O, bu anlayışları müxtəlif aspektdə nəzərdən keçirdikdən sonra üç cisimdə quruplaşdırmışdır: 1) vacib varlıq qeyri-mümkün yoxluq; 2) vacib yoxluq qeyrimümkün varlıq; 3) mümkün varlıq mümkün yoxluq. Peripatetik sələfləri kimi Siracəddin Urməvi göstərirdi ki, vacib varlıq sözü də iki qisimdir: Biri özü-özlüyündə vacib varlıq, digəri isə başqasının sayəsində vacib varlıqdır. Özü-özlüyündə vacib varlıq odur ki, onun mahiyyəti (substratı) yoxluğu qəbul etmir, bəlkə, onun varlığı elə onun öz mahiyyətindədir. Başqasının sayəsində vacib varlıq odur ki, onun mahiyyəti yox ola bilər, onun varlığı başqasındadır. Urməvi mövcudatda səbəbiyyətin obyektivliyini qəbul edir. Mövcud olan hər şey bir səbəbin nəticəsidir. Həmin səbəb də digər bir səbəblə nəticələnir. Bu, sonsuz davam edir. Filosofa görə, hərəkət on kateqoriyadan dördünə kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə baş verir. Astronomiya sahəsində maraqlı fikirlər söyləyən Urməvi dövrünün elmi nailiyyətlərinə yiyələndiyini sübut etmişdir. Onun insan orqanizmi haqqında da maraqlı fikirləri diqqəti cəlb edir. İdrak nəzəriyyəsi, məntiq, etika və sosial-siyasi görüşləri də öz dövrünə görə mütərəqqi əhəmiyyət daşımışdır. Görkəmli alim Siracəddin Urməvinin anadan olmasının 820 illik yubileyi ilə əlaqədar olaraq, bir sıra tədbirlər; kitab müzakirəsi, oxucu konfransı, oxucularla söhbət, biblioqrafik icmal, rəsm və şeir müsabiqəsi, konfrans, ədəbi-bədii gecə, dəyirmi masa keçirilə bilər. Bu istedadlı şəxsiyyəti sevdirmək, 5

gördüyü işləri gənc nəslə və şagirdlərə tanıtmaq və eyni zamanda oxucularda mütaliə vərdişi aşılamaq məqsədi daşıyır. Siracəddin Urməvinin 820 illik yubileyi ilə əlaqədar kitabxanada kitab sərgisi keçirilməsi məqsədəuyğundur. Sərgiyə müxtəlif başlıqlarlar verilə bilər: Siracəddin Urməvi tərbiyə haqqında, Məntiq-Siracəddin Urməvi, Siracəddin Urməvinin Azərbaycan fəlsəfəsində rolu, Görkəmli filosofun dəyərli əsərləri, Urməvinin ibrətamiz fəlsəfəsi və s. Siracəddin Urməvinin 820 illik yubileyi ilə bağlı kitabxanada keçirilən tədbirlərdən biri də Siracəddin Urməvi filosof-alim adlı dəyirmi masadır. Kitabxanaçı tədbir zamanı oxuculara ədibin yaradıcılığı haqqında məlumat verir. Onun dəyərli məlumatlarından sonra iştirakçılar alimin çoxşaxəli yaradıcılığından qısa məlumatlar verməyə başlayırlar. İlk iştirakçı alimin Varlıq təlimi nəzəriyyəsi haqqında məlumat verir. I iştirakçı: Siracəddin Urməvi Şərq peripatetiklərinin mövqeyindən çıxış edərək, varlığın müxtəlif qismlərinin şərhini vermişdir. Varlığı onun ziddi olan yoxluq anlayışı ilə qarşılıqlı götürmüşdür. Filosof mövcudatda səbəbiyyətin obyektivliyini qəbul edir. Vacib və mümkün varlığı səbəb və nəticə əlaqədarlığında götürən Siracəddin Urməvi onların hər ikisini əzəli və əbədi hesab etmişdir. Substansiya və aksidensiya mövzusu üzərində geniş dayanıb, onu vacib varlığa deyil, mümkün varlığa aid bilmişdir. Zenon, Platon və Aristotelin hərəkət kateqoriyasının təhlilini verərək, Aristotellə razılaşıb. Geosentrik nəzəriyyənin tərəfdarı olub. II iştirakçı Siracəddin Urməvinin İdrak nəzəriyyəsi haqqında məlumat verir. II iştirakçı: İdrak nəzəriyyəsi: cansız cisimlərə nisbətdə canlıları, canlılardan insanı üstün tutub: İnsanın sair canlılardan 6

üstünlüyü ondadır ki, insanda ayrıca və ümumi şeylər haqqında məlumat, habelə, dərketmə qüvvəsi və aləti var. İdrakın əqli mərhələsi Siracəddin Urməvi və ümumiyyətlə, Şərq peripatetizmi tərəfindən hissi mərhələnin davamı, həqiqətin əldə edilməsi prosesinin ən yüksək məqamı kimi göstərilib. Siracəddin Urməvinin məntiqi Aristotelin və onun Şərqdəki davamçılarının təliminə əsaslanır. Görkəmli filosof bir müddət Suriyada, sonra Kiçik Asiyada yaşamışdır. XIII əsrdə Rum ölkəsi (Anadolu), onun mərkəzi Konya şəhəri yenə də azadfikirlilik meyllərinin geniş meydan açdığı bir yerə çevrilmiş və dünyanın ayrı-ayrı yerlərindən müxtəlif əqidəli elm və incəsənət xadimlərini cəlb etmişdir. Belə şəxslərə Şəms Təbrizini, Bəhaəddin Vələdi, Cəlaləddin Rumini, Fəxrəddin İraqini və başqalarını göstərmək olar. Bu şəxslərlə bir dövrdə yaşayan Siracəddin Urməvi, şübhəsiz ki, onları yaxından tanımışdır. Sosial-siyasi görüşləri və etikası: O, hakimlik kimi bir çox vəzifə sahiblərinin etiketini işləyib hazırlayıb. Ədalətli sultanın bir günlük ədaləti altmış ilin ibadətindən yaxşıdır hökmünü dönə-dönə təkrarlayıb. Onun etikasında insanın özünü idarə etməsi bilavasitə xasiyyətləri ilə bağlıdır. Əsərləri: Məntiqə və fəlsəfəyə dair nurların doğuşları, Hikmət incəlikləri, Haqqın bəyanı, Metodlar, Ziddiyyətin misallarına dair traktat, Dialektikaya dair traktatlar, Həkimanə sözlərin islahı, Təhsil, Suallar və s. III İştirakçı: Siracəddin Urməvi 1246-cı ildən əvvəl Konyanın, 1277-ci ildən etibarən bütün Rum ölkəsinin baş qazisi (kadi əlküdat) vəzifəsini icra etmişdir. Bu dövrdə müsəlman Şərqində fəlsəfə, məntiq və hüquq elmlərini dərindən bilən alimlər dövlət işlərinə cəlb olunurdular. Azərbaycanda Siracəddin Urməvi irsinin ilk tədqiqatçısı mərhum alimimiz Zakir Məmmədov olmuşdur. O, Urməvinin həyatını və bütünlükdə irsini ilk dəfə geniş şəkildə tədqiq 7

etmişdir. Alimin bu tədqiqatları onun ayrı-ayrı məqalə və kitablarında toplanmışdır. Böyük Azərbaycan filosofu haqqında oxuculara ilk əsaslı məlumatlar da məhz Z.Məmmədovun gərgin zəhməti sayəsində çatmışdır. Yazılı mənbələrdə Siracəddin Urməvinin yaradıcı ziyalılara hörmət və qayğıyla yanaşdığı xüsusi qeyd edilir. Onun məşhur sufi şair, mövləvilik təriqətinin banisi Cəlaləddin Rumiyə (1207-1273) münasibətindən ətraflı söhbət açılır. Təbrizli Şəmsəddin Əflakinin Ariflərin fəzilətləri ( Mənaqib əl-arifin ) kitabında Mövlanə böyük mənsəb sahibi olan filosofun dostlarından biri kimi göstərilir. Qaynaqlarda yazılır ki, Konyada baş qazi işləyən Siracəddin Urməvi geniş biliyinə, fövqəladə zəkasına və yüksək mənəviyyatına görə Cəlaləddin Rumiyə hədsiz rəğbət bəsləmiş, onun azad fikirlərinə qarşı çıxanlara haqq qazandırmamışdır. Əksinə, böyük nüfuza və ixtiyara malik alim həmişə Mövlananı qaragüruhdan qorumuşdur. IV iştirakçı: Urməvi Cəlaləddin Ruminin əleyhdarlarının fitnələrini boşa çıxarmış, onların qərəzli şikayətlərinə baş qoşmamışdır. Aralarındakı böyük rəğbətin ifadəsi olaraq Cəlaləddin Rumi öləndə onun dəfn mərasimini ölkənin baş qazisi Siracəddin Urməvi aparmışdır. Yaşadığı dövrün alim və mütəfəkkirləri Urməvinin elmi və müəllimlik fəaliyyətini yüksək dəyərləndirmişlər. XIII əsrin türk tarixçisi İbn Bibi 1282-1285 illərdə Səlcuq sülaləsinin tarixinə dair qələmə aldığı Ali işlərə dair Əlaəddin əmrləri kitabında Azərbaycan filosofu barədə heyranlıqla danışır: Qazilər qazisi, alimlər padşahı, imamlar sultanı, xalqa nümunə... Dünya dairələrində, ruzigar meydanlarında əvvəlki alimlərdən, fəzilətli filosoflardan birinciliyi (qəsəb əs-səbəq) onun alması heç kəsdə fikir ayrılığı doğurmamışdır. O, elmlərin bütün sahələrində, xüsusən dinin və hüququn əsaslarında, məntiqdə, 8

qanunşünaslıqda və mühakimə yürütməkdə ruzigarın parlaq siması, əsrin nadir şəxsiyyətidir. Azərbaycan filosofu, ictimai-siyasi xadimi Siracəddin Mahmud Əbubəkr oğlu Urməvinin yaradıcılığını oxuculara tanıtmaq və sevdirmək üçün kitabxanada keçiriləcək maraqlı tədbirlərdən biri də filosof fikirləri adlı oxucularla söhbət adlanır. Kitabxanaçı əvvəlcədən məktəblərlə əlaqə saxlayaraq oxucuları kitabxanaya cəlb edir. Şagirdlərə alim haqqında bir çox kitab təqdim edilir. Şagirdlər kitabı oxuyurlar və iştirakçı qismində tədbirə hazırlaşırlar. Əvvəlcədən təyin olunmuş tədbirin vaxtı gəlib çatır. İştirakçılar və qonaqlar kitabxananın oxu zalına toplaşırlar. Kitabxanaçı hər kəsi salamladıqdan sonra ictimai-siyasi xadim haqqında maraqlı söhbətə başlayır. Kitabxanaçı: Siracəddin Urməvi Azərbaycan filosofu, ictimai-siyasi xadimdir. 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. İbn əl-ibri Dövlətlərin müxtəsər tarixi kitabında Siracəddin Urməvini Fəxrəddin Razinin şagirdi, məntiq və fəlsəfəyə dair sanballı əsərlərin müəllifi, Konyanın baş qazisi kimi yad etmişdir. Əhməd Taşköprizadə Elmlərin mövzuları ensiklopediyasında məntiq elmindən bəhs edərkən Farabi və İbn Sinanın əsərlərindən sonra Siracəddin Urməvinin kitablarını bu sahədə dəyərli vəsait saymışdır. Siracəddin Urməvinin elmi yaradıcılığını tədqiq edərkən, istinad edilən mühüm mənbə XVII əsr türk alimi Hacı Xəlifənin Kitabların və fənlərin adlarının açıqlanması əsəridir. Ərəb dilində yazılmış traktatların biblioqrafiyasına həsr olunmuş bu mənbədə Siracəddin Urməvinin məntiq və fəlsəfəyə dair Nurların doğuşları kitabının elmi dəyəri və alimlər tərəfindən yüksək qiymətləndirilməsi göstərilir: O, görkəmli alimlərin əhəmiyyət verdikləri, tədqiq və tədrisi ilə maraqlandıqları, qaranlıq yerlərini aydınlaşdırmış olduqları bir kitabdır. 9

Filosofun digər böyük əsəri Hikmət incəlikləri kitabının dibaçəsində deyildiyi kimi, müəllif onu 1257-ci ildə yazıb qurtarmışdır. Əsər 1972-ci ildə Tehranda çapdan çıxmışdır. Onun Haqqın bəyanı traktatının 1587-ci ildə köçürülmüş nüsxəsi İranda Astanqüds kitabxanasında saxlanılır. Siracəddin Urməvi İbn Sinanın və Əfzələddin Xunəcinin fəlsəfəyə dair, Əbuhamid Qəzalinin və Fəxrəddin Razinin hüquqa dair kitablarına dəyərli şərhlər yazmışdır. O, bir hüquqşünas alim və dövlət xadimi kimi ədalətin hüquq bərabərliyinə əsaslanmasına daha çox diqqət yetirmişdir. Alim yazırdı: Beləliklə, ədalət odur ki, rəiyyəti bir-biri ilə hüquqca bərabər edir və özlərini də rəiyyətlə hüquqca bərabər tuturlar. Kitabxanada dəyərli filosof Siracəddin Urməvi yaradıcılığından bəhs edən Təbiətin haqq səsi adlı ədəbi-bədii gecə keçirilə bilər. Siracəddin Urməvinin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecəyə görkəmli ədiblər, sənət-söz adamları, ədəbiyyatşünaslar, fəlsəfəçilər, araşdırmaçılar, oxucular, məktəblilər də dəvət olunurlar. Qonaqlar alimin şəkilləri, müxtəlif adda əsər başlıqları və şeir misraları yazılmış çərçivərələrlə bəzədilmiş zalda əyləşirlər. Gecənin qonaqlarına öncə Siracəddin Urməvi haqqında hazırlanmış slayd təqdim edilir. Gecəni açıq elan etmək üçün aparıcılar səhnəyə yaxınlaşırlar. I aparıcı: Salam, dəyərli qonaqlar, bu fəlsəfə dolu, işıq dolu gecədə hər birinizi xoş gördük. Bu gecə Siracəddin Urməvinin 820 illik yubileyi münasibətilə keçirilməkdədir. Qoy gecədən süzülən hər bir inci damlaları nur olub qəlbinizə axsın, dəyərli iştirakçılar! II aparıcı: Böyük Azərbaycan filosofu, təbiətşünas alimi, ictimai-siyasi xadim Siracəddin Urməvi (1198-1283) orta əsrlərdə bəşər elmi-fəlsəfi fikrini zənginləşdirmiş dahi şəxsiyyətlərdəndir.siracəddin Əbüssəna Mahmud Əbubəkr oğlu 10

Urməvi Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuş, uşaqlıq illərinin həmin səfalı diyarda keçirmişdir. Mənbələrdə onun Mosulda təhsil aldığı göstərilir. Siracəddin Urməvi Mosulda o dövrün böyük təbiətşünas, məntiqçi filosoflarından Kəmaləddin Musa İbn Yunusdan və başqalarından fəlsəfə, məntiq, hüquq, tibb, riyaziyyat, astronomiya və s. elmləri mükəmməl öyrənmiş, bu sahələrin mahir mütəxəssisi kimi ətraf məmləkətlərdə məşhurlaşmışdır. I aparıcı: XIII-XIV əsrlərdə müsəlman ölkələri xalqlarının fəlsəfi fikrində aparıcı qüvvə yenə də peripatetiklər idi. Fəlsəfİ fənlərin fəal təbliğatçılarından Mosulda İbn Yunus, Bağdadda Əbdüllətif Bağdadi, Dəməşqdə Şəmsəddin Xosrovşahi o dövrdə müsəlman Şərqi ölkələrində, o cümlədən Azərbaycanda peşəkar fılosofların yetişməsində böyük xidmət göstərmişlər. Kəmaləddin Musa ibn Yunus (1156-1242) Mosulda atasından, Bağdadda Nizamiyyə mədrəsəsində Azərbaycan alimi Məhəmməd Hibbətulla oğlu Səlmasidən təhsil almış, tədris işləri və elmi yaradıcılıqla məşğul olmuşdur. İbn Yunus Əsirəddin Əbhəri, Siracəddin Urməvi, Nəsirəddin Tusi və dövrün digər təbiətşünas filosoflarının müəllimidir. Heç bir dini təəssübkeşliyə yol verməyən alimin məşğələlərində təkcə müsəlmanlar deyil, xristianlar və yəhudilər də iştirak edirmişlər. II aparıcı: XIII-XIV əsrlərdə məntiq, metafizika və təbiyyat məsələləri Nəcməddin Naxçıvani, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Nəsirəddin Tusi, Səfiəddin Hindi Urməvi və başqalarının yaradıcılığında geniş və dərindən işıqlandırılmışdır. Siracəddin Urməvi 1283-cü ildə Konyada vəfat etmiş, orada Müsəlla qəbiristanlığında dəfn olunmuşdur. Hörmətli tədbir iştirakçıları, indi isə gəlin təbiətşünas alim, ictimai-siyasi dövlət xadimi Siracəddin Urməvidən bəhs edən slayda tamaşa edək. 11

Ədəbiyyat siyahısı Məmmədov Z. Siracəddin Urməvi. Bakı : Şərq-Qərb, 2006. S.200-229. Nicat Ə. Siracəddin Urməvi (1198-1283) // Müdriklik məbədi. - Bakı : Nərgiz, 2005. - S. 157-187. 12

Azərbaycan fəlsəfəsinin sönməz günəşi Siracəddin Urməvi (metodik vəsait) Ünvan:AZ-1022 Bakı şəh.,s.vurğun küç.88; E-mail:info@clb.az URL:www.clb.az F.Köçərli adına Respublika Uşaq Kitabxanasında çap olunmuşdur. Sifariş: 56 Çapa imzalanmışdır: 27.07.2018 Tirajı:100 Pulsuz 13