AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ. Azmühasib proqram paketində Əsas vəsaitlərin uçotu mövzusunda R E F E R AT

Benzer belgeler
MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Kurs işi. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti. İcraçı: Teymurov Salman. Rəhbər: Aslanov Habil

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

H E S A B A T Q E Y D Ə A L I N D I!

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Marketinq. Mehdiyev Əkbər

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

AZERCELL TELEKOM MMC. 31 dekabr 2017-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş maliyyə hesabatları

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

[18] 1. Ümumi müddəalar

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU İCTİMAİ BİRLİYİ

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi. İstifadəçi təlimatı

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar:

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Macarıstanda elektrik enerjisindən istifadə tariflərinin müəyyənləşdirilməsi metodoligiyasının təkmilləşdirilməsi

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 2 -li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

İqtisadiyyat nazirinin 2017-ci il 15 mart tarixli F-44 nömrəli əmri ilə təsdiq edilmişdir

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ «VERGİ VƏ GÖMRÜK ƏMƏLİYYATLARININ UÇOTU» fənninin P R O Q R A M I

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Sual: Müəssisələrdə gəlirin idarəolunması prosesi hansı mərhələləri əhatə edir? (Çəki: 1) bank tərəfindən kreditin verilməsi

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

UniMiles 3 illik 100 AZN və ekvivalenti

BALANS HESABATI A-AKTİVLƏR

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

5 li KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT ÜZRƏ

Təsdiq etdi: İdarə Heyətinin sədir Q.Bayramov 08 Yanvar 2007 UÇOT SİYASƏTİ

Azər-Türk Bank ASC üzrə

Sosial Xərc Müştəriləri Üçün Xərclərin Ödənilməsinə İmkan Verən Kommunal Xidmət Tariflərinin Müəyyənləşdirilməsi Metodları

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Sistem inzibatçıları üçün təlimat

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

GPS AVTOMOBİL İZLƏMƏ SİSTEMLƏRİ və NƏQLİYYAT VASİTƏLƏRİNİN İDARƏ EDİLMƏSİ

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

2014-cü ilin üçüncü rübünün nəticələri

Nümunəvi. A müəssisəsinin taxıl məhsullarının emalı yönümlü. B i z n e s -p l a n ı. Xaçmaz rayonu 2002

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

KƏND TƏSƏRRÜFATI ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 28 -li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Vahid rüblük hesabat TƏLİMAT

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Biznesin təşkilati-hüquqi formaları

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

38 -li Mühasibat Uçotunun Beynəlxalq Standartı Qeyri-maddi aktivlər MÜNDƏRICAT. PDF created with pdffactory trial version

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

Kompüter (computer) verilənləri emal etmək üçün istifadə edilən proqramlaşdıra bilən elektron qurğu.

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

Transkript:

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: İqtisadiyyat və idarəetmə İxtisas: Mühasibat uçotu və audit Kafedra: Mühasibat uçotu və audit Kurs: IV Qrup: 330 Fənn: İxtisas üzrə proqram təminatı Azmühasib proqram paketində Əsas vəsaitlərin uçotu mövzusunda R E F E R AT Müəllim: i.ü.f.d Cabbarov Ayatulla Tələbə: Babazadə Fariz BAKI-2012 1

Azmühasib proqram paketində Əsas vəsaitlərin uçotu Plan: Giriş...3 1. Əsas vəsaitlər anlayışı, təsnifatı və uçotun vəzifələri...5 2. Əsas vəsaitlər üzrə Azmühasib proqramında əməliyyatların aparılması.........15 Nəticə...24 Ədəbiyyat siyahısı...26 2

Giriş Təsərrüfat əməliyyatları zamanı müəssisə 1) əsas vəsaitlər, qeyri-maddi aktivlər və materiallar alır; 2) onlardan istifadə edir; 3) istehsal prosesinə xərc çəkir; 4) hazır məhsul istehsal edir; 5) onu satır; 6) satışdan pul vəsaiti və mənfəət əldə edir. Bütün bunlar təsərrüfatı prosesləri zamanı baş verir. Müəssisədə təsərrüfat əməliyyatlarının baş verməsi zamanı orada olan əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və materialların rolu böyükdür. Belə ki, onlarsız təsərrüfat əməliyyatlarının baş verməsini düşünmək olmaz. Ona görə də hər bir müəssisənin mühasibatlığında əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və materialların uçotunun aparılması vacib şərtlərdən biridir. Son zamanlar kənd təsərrüfatı müəssisələrində uçot işlərinin avtomatlaşmasına əsaslanan mühasibat uçotu forması daha çox tətbiq edilir. Kənd təsərrüfatında uçotun bu forması perspektivdə əsas kimi qalır. Əl ilə aparılan mühasibat uçotu formaları üçün ilk sənədlərdən balansa qədər informasiyaların işlənilməsi xarakterikdir. Belə ki, ilk sənədlərin məlumatları ardıcıllıqla registrlərdə əks etdirilir, yekun çıxarılır və sonra ardıcıllıqla məlumatlar registrlə işlənir. Nəticədə bir registrdən alınan yekunların digərinə yazalarkən, çoxlu sayda təkrar verilən məlumatlardan qaçmaq olmur. Hətda əl ilə aparılan uçotun mütərəqqi forması olan jurnal order formasında təkrara yol verilir. Hər hansı əlamətə görə yekun almaq üçün, eynicinsli əməliyyatları müvafiq registrdə qruplaşdırmaq lazım gəlir, daha bir ümumi yekunun alınması üçün alınmış ayrı-ayrı yekunlar üzrə başqa qruplaşma aparılır və i.a. Uçotun avtomatlaşmış forması digər prinsipdə qurulur. Müvafiq hesablayıcı maşının tətbiqi məlumatları bir registrdən digərinə yazmadan müxtəlif səviyyəli yekunların alınmasını təmin edir. Eynicinsli əlamətlər üzrə əməliyyatlar informasiyaların maşınla işlənməsi prosesində qruplaşdırılır. Nəticədə bilavasitə ilk məlumatların emalı əsasında yekun informasiyanın alınması imkan yaranır. Bu uçotun avtomatlaşmış formasının əl ilə işlənən mühasibat uçotu formasından prinsipal fərqinin olmasını göstərir. Vahid aralıq mərhələ bu illk sənədlərdən ilkin informasiyaları maşın daşıyıcılarına keçirməkdir. Bundan sonra bilavasitə informasiyaların maşınla emalı əsasında hesabat məlumatlarını almaq mümkündür. Həm də nəzərə almaq lazımdır ki, həmçinin informasiyaların maşınla emalı prosesində 3

bütün lazım olan əlamətlər üzrə qruplaşma aparılır. Uçotun avtomatlaşmış formasının ümumi quruluş sxemini aşağıdakı kimi vermək olar. Uçotun avtomatlaşdırılmış forması informasiyaların maşınla emalı nəticəsində dövriyyə və qalıq balansına kimi sintetik və analitik uçotun bütün hesabları üzrə lazımi məlumatların alınmasına imkan verir, yəni informasiyaların maşınla emalı sayəsində mövcud uçot sistemində nəzərdə tutulan mühasibat uçotunun bütün registrləri alınır. 4

1.Əsas vəsaitlər anlayışı, təsnifatı və uçotun vəzifələri Əsas vəsaitlər - hər bir müəssisənin maddi-texniki bazasının əsasını təşkil etməklə qeyri-dövriyyə aktivi sayılır. Əsas vəsaitlərin səciyyəvi cəhəti ondadır ki, onlar müəssisənin istehsal (xidmət) təsərrüfat fəaliyyətində uzun müddət iştirak edir, köhnəldikcə öz dəyərini müəyyən olunmuş normalarla hissə-hissə məhsulun dəyərinə keçirir, istehsal əməliyyatlarında özünün natural formasını saxlayır və əlavə olaraq iqtisadi fayda verir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli əmri ilə təsdiq olunmuş və 1996-cı ilin yanvarın 1-dən qüvvədə olan «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimata» müvafiq olaraq 1996-cı ildən sonra alman əsas vəsaitlərin vahidinin və dəstinin dəyərinin minimum həddi 100 manat həcmində müəyyən olunmuşdur (milli pulun 2006-cı ildə denominasiya nisbəti ilə). İnflyasiyanın sürətindən asılı olaraq əsas vəsaitlərin dəyərinin minimum həddinin limiti hər dəfə dəyişdirildikcə onların balansda yerini dəyişmək olmaz. Müəssisənin 01 -li "Əsas vəsaitlər" hesabında müxtəlif səbəblərdən əsas vəsait kimi uçota alınan bəzi lüzumsuz (faktiki olaraq istehsal (xidmət) sferasında əsas vəsait kimi iştirak etmək imkanı olmayan) vəsaitlər olarsa və onların əsas vəsaitlər sırasından çıxarılması zərurəti yaranarsa, o zaman müvafiq qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri bu barədə qərar qəbul edir. Bu qərar müəssisənin uçot siyasəti barədəki əmrində öz əksini tapmalıdır. İcarəyə verilmiş binalar, qurğular, avadanlıqlar və digər əsas vəsaitlər üzrə başa çatdırılmış əsaslı məsrəflər icarəyə götürən tərəfindən faktiki xərclər məbləğində özünün əsas vəsaitlərinə daxil edilir (icarə müqaviləsində başqa şərtlər nəzərdə tutulmadıqda). Müəssisənin öz mülkiyyətində olan torpaq sahələri uçotda onların alınmasına çəkilən faktiki xərclər üzrə əks etdirilir. Əsas vəsaitlər mühasibat uçotunda ilkin dəyəri ilə, yəni onun alınmasına, quraşdırılmasına, hazırlanmasına çəkilən faktiki xərc məbləğində əks etdirilir. Öz mülkiyyətində torpaq sahələrindən başqa əsas vəsaitlərin ilkin dəyəri onlar 5

yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri aparıldıqda, onlara yeni avadanlıqlar quraşdırdıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişdirilə bilər. Əsas vəsaitlər istehsal əməliyyatının mühüm amillərindən biri olduğundan onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibində öz əksini tapır. Bu əsas vəsaitlərin dəyərini müəyyən dövr ərzində istehsal olunmuş məhsulların, görülmüş işlərin maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə icra olunur. Bununla əlaqədar olaraq əsas vəsaitlərə amortizasiya (köhnəlmə) hesablanır. Əsas vəsaitlərin satışı və s. xaric olması hallarında (əvəzsiz olaraq verilənlərdən və alınanlardan başqa) bu əməliyyatlar üzrə mənfəət, yaxud zərər müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir. Aşağıdakılar əsas vəsaitlərə aid edilməyərək müəssisələrdə dövriyyədəki vəsaitlərin, idarələrdə isə azqiymətli əşyaların və digər sərvətlərin tərkibində uçota alınırlar: a) dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar; b) istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsulun (xidmətin) dəyərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər; c) dəyərindən və xidmət müddətindən asılı olmayaraq əsas vəsait sayılan kənd təsərrüfatı maşınlarından, alətlərindən, mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və məhsuldar heyvanlardan başqa xidmət müddətindən asılı olmayaraq vahidinin və dəstinin dəyəri 100 manatdan (bu hədd 01. 01. 1996-cı ildən sonra alınanlar üçündür) aşağı olan əmək əşyaları; d) dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu alətləri(trallar, bütün növ torlar və s.); e) benzin motorlu mişarlar, şaxdoğrayan maşınlar, çaylarda istifadə edilən axıtma trosları, mövsümi yollar, ağac daşıma üçün müvəqqəti asılma yollar, iki il müddətində istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar dartılıb aparılan qızdırıcı evlər, qazan-xana məntəqələri və başqa müvəqqəti mövsümi xarakterli vəsaitlər (əmək vasitələri); f) dəyərindən asılı olmayaraq fərdi sifarişlərin, yaxud məmulatların seriyalı və kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər; g) vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları; 6

h) vahidinin və dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq müəssisələrdə işçilərə verilən xüsusi geyim formaları, səhiyyə, maarif, əhalinin sosial müdafiəsi və başqa büdcə idarələrində verilən geyimlər və ayaqqabılar; i) dəyəri kompleks tikinti-quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər kimi daxil edilən müvəqqəti (titulsuz) xüsusi düzəldilmiş mexanizmlər, qurğular və s. (tituldan kənar) tikintilər; j) anbarda əmtəə material qiymətlilərinin saxlanmasında və ya texnoloji prosesdə iştirak edən vahidinin dəyəri 100 manatdan (bu hədd 01.01.96-cı ildən sonra alınanlar üçündür) aşağı olan taralar; k) dəyərindən asılı olmayaraq kirayə vermək üçün təyin edilmiş əşyalar; l) cavan və kökəldilməkdə olan heyvanlar, quşları, dovşanlar, xəzli heyvanlar, arı ailələri və təcrübə üçün saxlanılan heyvanlar; m) tinglikdə köçürmə məqsədilə əkilmiş çoxillik əkmələr. Əsas vəsaitlərin uçotunun təşkili və obyektləri haqqında dəqiq informasiyanın formalaşması üçün onların əsaslandırılmış təsnifləşdirilməsi böyük əhəmiyyətə malikdir. «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»da 01 -li «Əsas vəsaitlər» hesabında uçota alınan əmək vasitələri iqtisadiyyatda müvafiq təhlil aparmaq üçün aşağıdakı qaydada təsnifləşdirilmişdir: - Binalar; - Qurğular (tikintilər); - Ötürücü qurğular; - Maşınlar və avadanlıqlar; - Nəqliyyat vasitələri; - İstehsalat alətləri və təsərrüfat avadanlıqları; - İşçi və məhsuldar heyvanlar; - Kitabxana fondu; - Sair əsas vəsaitlər. Binalara - bütün növ istehsalat və təsərrüfat təyinatlı binalar, o cümlədən idarə heyətinin yerləşdiyi binalar, sosial-mədəni obyektlər, xəstəxana, poliklinika binaları, internat evləri, qocalar və əlillər evləri, uşaq müəssisələri, kitabxana, muzey binaları, elmi-tədqiqat institutları, laboratoriyalar, sexlər və başqa istehsalat və təsərrüfatların yerləşdikləri bütün növ binalar aiddir. Qurğulara (tikintilərə) - müəyyən texniki funksiyaları yerinə yetirən mühəndis-texniki obyektlər, stadionlar, hovuzlar, yollar, körpülər, heykəllər, binaların 7

hasarları, vodokaçkalar (suçıxaranlar), ictimai bağlar, bağçalar və bu kimi başqa qurğular aiddir. Ötürücü qurğulara elektrikötürücülər və xətlər, transmissiyalar və boru kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları, bir sözlə, istehlakçıya çatdırılacaq enerji, maye və qaz halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ avadanlıqlar, qurğular (bu kimi ötürücü qurğuların və avadanlıqların yerləşdiyi binalardan başqa) aiddir. Maşın və avadanlıqlara - güc maşınları və avadanlıqları, iş maşınları və avadanlıqları, ölçü cihazları, tənzimləyici cihazlar və qurğular, laboratoriya avadanlıqları, hesablama texnikası, tibbi avadanlıqlar və ayrı-ayrı qruplar üzrə başqa maşın və avadanlıqlar aiddir. Bunlar təqribən aşağıdakı qaydada qruplaşdırılır: 1. Güc maşınları və avadanlıqlarına: - elektrik enerjisi və istilik hasil edən maşın-generatorlar və müxtəlif növ enerji (su enerjisi, külək enerjisi, istilik enerjisi, elektrik enerjisi və s.) hasil edən maşın-mühərriklər və bu kimi başqa güc maşınları və avadanlıqları aiddir. 2. İş maşınları və avadanlıqlarına: istehsalat prosesində mexaniki mühərriklərin, insan və heyvan gücünün köməyi ilə əmək predmetlərinin yerdəyişməsinə və istehsalat xarakterli işlərin (xidmətlərin) görülməsində, yaxud məhsul hazırlığı prosesində əmək predmetlərinə mexaniki, termiki və kimyəvi təsir göstərmək üçün nəzərdə tutulmuş maşınlar, aparatlar və avadanlıqlar aiddir. 3. Ölçü cihazlarına: - dozatorlar, ampermetrlər, barometrlər, vatt-metrlər, suölçənlər, vakuummetrlər, vaporimetrlər, voltmetrlər, hündürlükölçənlər, qalvanometrlər, geodeziya cihazları, hiqroskoplar, indikatorlar, kompaslar, manometrlər, xronometrlər, xüsusi tərəzilər, kassa aparatları və başqa ölçü cihazları aiddir. 4. Tənzimləyici cihazlar və qurğulara: - oksigenli tənəffüs cihazları, elektrik, pnevmatik və hidravlik qurğuları tənzimləyən cihazlar. avtomatik idarəetmə pultları, blokirovka və mərkəzləşdirmə aparatları, dispetçer nəzarəti üçün xətli qurğular və bu kimi başqa tənzimləyici cihazlar və qurğular aiddir. 5. Laboratoriya avadanlıqlarına: - pirometrlər, nizamlayıcılar, kalori-metrlər, nəmliyi müəyyən edən cihazlar, distillə qazanları, laboratoriya koprları, mikroskoplar, termostatlar, stabilizatorlar, sorucu şkaflar, mikroskoplar və başqa laboratoriya avadanlıqları aiddir. 6. Hesablama texnikasına: - elektron-hesablayıcılar, idarəçi və analoji 8

maşınlar, rəqəmli hesablayıcı maşınlar və qurğular və bu kimi başqa hesablama texnikası aiddir. 7. Tibbi avadanlıqlara: - diş həkimləri üçün kreslolar, cərrahiyyə stolları, xüsusi avadanlıq bərkidilmiş çarpayılar, xüsusi dezinfeksiya avadanlıqları, qanköçürmə stansiyaları və bu kimi başqa tibbi avadanlıqlar aiddir. 8. Sair maşın və avadanlıqlara: - yuxarıdakı qruplarda adları çəkilməyən maşınlar, aparatlar və avadanlıqlar, yəni idman meydançalarının, binalarının, stadionların avadanlıqları və idman alətləri, təhsil müəssisələrində, emalatxanalardakı, kabinetlərdəki, otaqlardakı avadanlıqlar, kinoaparatlar, işıqlandırma aparatları, səhnə avadanlıqları, musiqi alətləri, televizorlar, radioaparatlar, elmi-tədqiqat müəssisələri və başqa müəssisələr üçün xüsusi elmitədqiqat avadanlıqları, avtomat-telefon stansiyalarının avadanlıqları, avtomobillərdə, at arabalarında yerləşdirilən yanğınsöndürən maşınlar, avadanlıqlar, mexanikləşdirilmiş yanğın nərdivanları, paltaryuyan və paltartikən maşınlar, soyuducular, tozsoranlar və bu kimi başqa maşın və avadanlıqlar aiddir. Nəqliyyat vasitələrinə - aşağıdakılar aiddir: 1. Dəmiryol, su, avtomobil nəqliyyatı vasitələri (elektrovozlar, teplovozlar, parovozlar, motovozlar, motodrezinlər, vaqonlar, platformalar, sisternlər, teploxodlar, paroxodlar, dizel-elektroxodları, yedəklər, barjlar, barkalar, qayıqlar, xidmətedici və köməkçi gəmilər, xilasedici gəmilər, üzən körpülər, yelkənli gəmilər, yük və minik avtomobilləri, qoşqular, öz yükünü boşaldan avtomobillər, avtosisternlər, avtobuslar, traktorlar və bu kimi başqa nəqliyyat vasitələri). 2. Hava nəqliyyatı vasitələri (təyyarələr, vertolyotlar və başqaları). 3. Araba nəqliyyatı (araba, xizək və başqaları). 4. İstehsalat nəqliyyatları (elektrokarlar, motorollerlər, velosipedlər və başqaları). 5. Bütün növ idman nəqliyyatları (idman atlarından və başqa iş heyvanlarından başqa). İstehsalat alətlərinə və təsərrüfat inventarlarına - Ümumi təyinatlı əmək vəsaitləri, materiallar emal etmək məqsədilə maşınlara quraşdırılmış əmək predmetləri, tikinti-quraşdırma işlərində material emalı üçün bütün növ qurğular və sairə. Onlar aşağıdakı kimi qruplaşdırılır: 1. Alətlər: - ümumi təyinatlı mexanikləşdirilmiş və mexanikləşdirilməmiş əmək vasitələri, həmçinin materiallar emal etmək məqsədilə maşınlara quraşdırılmış əmək predmetləri. Bunlara aiddir: - kəsmək, zərbə endirmək, əzmək 9

və bərkitmək kimi işləri görmək üçün nəzər-də tutulmuş əl əməyi alətləri, elektrik enerjisinin, sıxılmış havanın və başqalarının vasitəçiliyi ilə işləyən mexanikləşdirilmiş əl əməyi alətləri (elektrik dreli, kraskapult, elektrovibrator və başqaları), həmçinin tikinti-quraşdırma işlərində material emalı üçün uyğunlaşdırılmış bütün növ qurğular və başqaları (məngənələr, patronlar, mühərriklərə quraşdırılmış xüsusi bölücü başlıqlar və avtomobillərdə olan kardan valını çevirmək üçün xüsusi qurğular və başqaları). 2. İstehsalat inventarları və ləvazimatları: - iş vaxtı istehsalat əməliyyatlarının asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan istehsalat predmetləri (iş stolları, verstaklar, kafedralar, partalar və başqaları), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar, maye və dənəvər səpələnən şeylərin saxlanması üçün qablar (baklar, novlar, yeşiklər, hovuzlar, çənlər və başqaları), ticarət şkafları və stellajları, inventar taralar, texniki təyinatlı predmetlər və başqaları istehsalat inventarları və ləvazimatlarına aiddir. 3. Təsərrüfat inventarları: - dəftərxana və təsərrüfat inventarları adı daşıyan predmetlər (müxtəlif dəftərxana mebelləri, daşınan sədlər, asılqanlar, qarderoblar, müxtəlif şkaflar, divanlar, stollar, kreslolar, yanmayan şkaflar və yeşiklər, yazı makinaları, hektoqraflar və başqa əl ilə surətçoxaldan və nömrəvuran aparatlar, daşınan çadırlar, çarpayılar, xalçalar, portyerlər və başqa təsərrüfat inventarları, həmçinin yanğından mühafizə predmetləri (hidropultlar, stenderlər, əl nərdivanları və başqaları) təsərrüfat inventarlarına aiddir. İşçi və məhsuldar heyvanlara - işçi heyvanlar (atlar, öküzlər, dəvələr və başqa) idman atları və sairə. İnəklər, camışlar, ana marallar, damazlıq donuzlar və sairə. Onlar isə belə qruplaşdırılır: 1. İşçi heyvanlar: - atlar, öküzlər, dəvələr və başqa işçi heyvanlar (idman atları və başqa nəqliyyat heyvanları da daxil olmaqla) işçi heyvanlara aiddir. 2. Məhsuldar və damazlıq heyvanlar: - inəklər, döl öküzləri, camışlar, döl kəlləri, döl ayğırları, ilxıya qoşulmuş damazlıq madyanlar, damazlıq dəvələr, döl nərləri, ana marallar, döl üçün erkək marallar, döl qabanları, damazlıq donuzlar, damazlıq qoyunlar, damazlıq keçilər, döllük qoçlar, döllük təkələr və başqaları məhsuldar və damazlıq heyvanlara aiddir. Kitabxana fondu - vahidinin (nüsxəsinin) qiymətindən asılı olmayaraq bütün növ elmi, bədii, tədris və xüsusi növ ədəbiyyatlar və başqa nəşrlər. Sair əsas vəsaitlər - yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, bütün növ meyvə və giləmeyvə ağacları, dekorativ çoxillik əkmələr, muzey sərvətləri, 10

heyvanxana eksponatları, tədris kinofilmləri və sairə. Onlar aşağıdakı kimi qruplaşdırılır: 1. Çoxillik əkmələr: - yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, bütün növ meyvə və giləmeyvə çoxillik əkmələri (ağaclar və kollar), küçələrdə, meydanlarda, parklarda, bağlarda, müəssisələrin ərazi bağçalarında, yaşayış binalarının həyətlərində və bu kimi başqa yerlərdə əkilən yaşıllaşdırma və dekorativ çoxillik əkmələr, qumsallığın və sahillərin bərkidilməsi məqsədilə əkilən çoxillik əkmələr, elmi-tədqiqat institutlarında, botanika bağlarında və bu kimi başqa yerlər-də tədqiqat və başqa məqsədlər üçün əkilən çoxillik əkmələr. 2. Torpaqların yaxşılaşdırılması üzrə əsaslı məsrəflər: - kapital qoyuluşu hesabına aparılan torpaq sahələrinin əkin üçün planlaşdırılması, ərazinin kötükdən təmizlənməsi və əkinə hazırlanması, sahələrin daşlardan, kəsəklərdən, alaqlardan və başqa lüzumsuz bitkilərdən təmizlənməsi, kiçik təpəciklərin düzəldilməsi, nohurların təmizlənməsi və s. bu kimi torpaqların yaxşılaşdırılması işləri (tikinti və quraşdırma işləri ilə əlaqəsi olmayan işlər) əsaslı məsrəflərə aiddir. 3. Muzey sərvətləri: - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq normativ sənədləri üzrə uçota alınan muzey sərvətləri (qiymətindən asılı olmayaraq). 4. Heyvanxanalarda və digər analoji təşkilatlarda olan dünya heyvanlarının eksponatları (qiymətindən asılı olmayaraq). 5. Dəyəri əsas vəsaitlərin dəyərinin təyin edilmiş minimum həddinin 1/20 hissəsindən çox olan səhnə vəsaitləri (dekorasiyalar, butaforlar, milli teatr geyimləri, pariklər və başqa rekvizitlər). 6. Qiymətindən asılı olmayaraq nümunəvi layihələr üzrə sənədlər. 7. Tədris kinofilmləri, maqnit lentləri (diskləri), kasetlər və başqa texniki proqram daşıyıcıları (qiymətindən asılı olmayaraq). 8. Vahidinin və dəstinin dəyəri 100 manatdan yuxarı olan başqa inventarlar (uşaq oyuncaqları, xüsusi xizəklər və başqaları). Əsas vəsaitlərin təsnifatı onların vəsait növləri ilə yanaşı forma (qrup) etibarilə təsnifləşdirilməsi müəyyən olunmuşdur. Beləliklə, əsas vəsaitlər istifadə olunma dərəcəsinə görə aşağıdakı formada təsnif olunur: - İstifadə olan əsas vəsaitlər; - Ehtiyatda olan əsas vəsaitlər. Ehtiyatda olan əsas vəsaitlər bilavasitə müəssisədə istehsalın fasiləsiz fəaliyyətini təmin etmək üçün nəzərdə tutulur. 11

Əsas vəsait obyektləri üzərində mülkiyyət hüququ olması etibarilə təsnifi üzrə vəsaitlər: - öz mülkiyyətində olan əsas vəsaitlərə - digər müəssisələrdən icarəyə qəbul olunmuş əsas vəsaitlərə ayrılır. Öz mülkiyyətində olan əsas vəsaitlərə müəssisənin öz vəsaiti ilə aldığı, apardığı tikinti əsasında hazırlanan, müəssisənin səhmdarları tərəfindən səhm hesabına verdikləri və nizam-namə kapitalına daxil olan və ya əvəzsiz verilən və əlavə kapitala daxil olan əsas vəsaitlər daxildir. İcarəyə qəbul olunmuş əsas vəsaitlər o vəsaitlərdir ki, onlar icarə qaydalarına uyğun olaraq digər müəssisədən və ya şəxsdən müəyyən vaxta müvəqqəti istifadə olunması və bununla əlaqədar olaraq müəyyən qarşılıqlı razılaşdırılmış məbləğdə pul vəsaitinin ödənməsi əsasında qəbul olunur. Bır sıra hallarda icarəyə qəbul olunmuş əsas vəsaitlər icarəçi tərəfindən vəsaiti icarəyə verəndən ala bilər. İstehsal xarakterində - istifadə olunma xarakterinə görə (istehsal, kommersiya və s.) əsas vəsaitlər aşağıdakı bölgüyə ayrılır: - istifadədə olan əsas vəsaitlər; - istifadədə olmayan əsas vəsaitlər. İstifadədə olan əsas vəsaitlər o vəsaitlər adlanır ki, onlar müəssisənin istehsal fəaliyyətində bilavasitə iştirak edir. Məsələn, maşınqayırma zavodunda əsas istifadədə olan istehsal maşın və avadanlıqları bilavasitə məhsul istehsalında istifadə olunur və öz dəyələrini tədricən istehsal olunmuş məhsulun dəyərinə keçirir və onlara hesablanmış köhnəlmə (amortizasiya) məbləği istehsal və ya tədavül xərclərinə keçirilir. İstehsalda olmayan əsas vəsaitlər müəssisə istehsal fəaliyyətində bilavasitə iştirak etmir və öz dəyərlərini istehsal olunmuş məhsulun dəyərlərinə keçirmir. Lakin nəzərə almaq lazımdır ki, həmin vəsaitlərin iştirakı olmadan maddi istehsalın fəaliyyəti qeyri-mümkündür. Məsələn maşınqayırma müəssisəsində qeyri-istehsal xarakterli əsas vəsaitlərə binalar, uşaq və məktəbəqədər bağça və avadanlıqlar, özəlləşdirilmiş mənzil fondu, yeməkxanalar, idman-sağlamlıq kompleksləri və sairə aid edilir ki, bunların da müəssisədə əhəmiyyəti böyükdür. Əsas vəsaitlərin dəyərlərinin istehsal olunmuş hazır məhsulların dəyərlərinə keçirmələrində iştirakına görə əsas vəsaitlər aşağıdakı qruplara ayrılır: - fəal xarakterinə əsas vəsaitlər; - qeyri fəal xarakterli əsas vəsaitlər; 12

Fəal xarakterli əsas vəsaitlər müəssisə fəaliyyətindəki gördüyü işi saat hesabı ilə ölçülür və nəticə müəyyən olunur (məsələn avtomaşınların işi kilometr-saat ölçüsü, kombaynın işi fəziki hektar və s.). Qeyri fəal xarakterli əsas vəsaitlərə binalar, tikintilər, avadanlıqlar və başqaları aid edilir ki, onların müəssisə istehsal fəaliyyətini müəyyən ölçü vahidi ilə ölçmək mümkün deyildir. Əsas vəsaitlərin uçotunun təşkilində mühüm məsələlərdən biri də onların qiymətləndirilməsidir. Əsas vəsaitlərin dəyəri amortizasiya (köhnəlmə) hesablanmasına təsir edir və buna görə də onun məsrəflərinin artmasına səbəb olur. Mühasibat uçotunda əsas vəsaitlər müxtəlif qiymətlərlə qiymətləndirilə bilər. Lakin hazırda əsas hallarda əsas vəsaitlər ilkin, bərpa və qalıq dəyəri ilə qiymətləndirilir. Əsas vəsaitlərin ilkin dəyərinin müəyyən olunması onların əldə olunması mənbəyindən və formasından asılıdır. Əsas vəsaitlər kapital qoyuluşu qaydasında müəssisənin özü tərəfindən yaradılır, yaxud digər müəssisələrdən, şəxslərdən satın alına bilər. Bu zaman onların yaradılmasına, alınmasına sərf olunan məsrəflər, daşınma, quraşdırma xərcləri də daxil olmaqla həmin əsas vəsaitin ilkin dəyərini təşkil edir. Əsas vəsaitin ilkin dəyərinin formalaşması müxtəlif qaydada müəyyən olunur: - başqa müəssisədən əsas vəsait alındıqda və ya müəssisənin özü tərəfindən hazırlandıqda onun ilkin dəyərinə faktiki olaraq sərf olunmuş məsrəflər, daşınma, yığılma və quraşdırılma xərcləri daxil edilir; - əsas vəsait əvəzsiz olaraq dövlət tərəfindən və ya digər müəssisə tərəfindən verildikdə onun ilkin dəyəri daxil olan gündə bazar qiyməti üzrə qiymətləndirilməklə mədaxil olunur; - müəssisə yaradılarkən təsisçi tərəfindən nizamnamə kapitalının formalaşmasına verilən əsas vəsait tərəflərin razılığı ilə təhvil-qəbul sənədi əsasında qiymətləndirilir. Əsas vəsaitin ilkin dəyəri onun yenidən qurulması, modelinin dəyişməsi, müəyyən hissəsinin ləğv olunması hallarında və dövlət qərarı ilə onun yenidən qiymətləndirilməsi hallarında da ola bilər. Əsas vəsaitin bərpa dəyəri onun yenidən qiymətləndirilməsidir. Kommersiya təşkilatları ildə bir dəfə eyni tipli obyektlər üzrə əsas vəsaitlərin bərpa qiymətlərini 13

tənzimləyirlər. Bu halda əsas vəsaitin ilkin dəyəri yeni dövrün bazar qiymətinə uyğun olaraq yenidən qiymətləndirilir. Əsas vəsaitin qalıq dəyərinin müəyyən olunmasında ilkin və ya bərpa dəyərindən hesablanmış amortizasiya çıxılır və qalan dəyər, onun qalıq dəyərini təşkil edir. Bu dəyər mühasibat balansında əks olunur. Əsas vəsaitlərin mühasibat uçotunun vəzifələri. Hər bir müəssisədə əsas vəsaitlərin qalığı, hərəkəti, saxlanması və maliyyə-təsərrüfat fəaliyyətindəki rolu bilavasitə mühasibat uçotu göstəriciləri əsasında əldə olunur və buna uyğun olaraq sərmayəçilər, kreditorlar, müəssisə rəhbərliyi müəyyən idarəetmə qərarlarının qəbul olunmasında bu informasiyalardan istifadə edirlər. Bununla əlaqədar olaraq mühasibat uçotunun əsas vəsaitlərin uçotu qarşısında aşağıdakı vəzifələr durur: - mühasibat uçotu sintetik və analitik uçot registrlərində əsas vəsaitlərin qalığı, hərəkəti ilə əlaqədar sənədləşmənin düzgün və vaxtında tərtib olunması; - əsas vəsaitlərin saxlanması üzərində və ehtiyatda olan vəsaitlərin saxlanmasına nəzarətin təşkili; - əsas vəsaitlərin faydalı istifadə olunması və amortizasiya (köhnəlmə) hesablanmasının uçotunun düzgün aparılması üzərində nəzarət; - müəssisədən satılmış və sair kənarlaşmış əsas vəsaitlərin uçotunu düzgün icra olunması və onların icarəyə verilməsi üzərində nəzarət; - aparılan inventarlaşmaların düzgün aparılması və onların nəticələrinin mühasibat uçotunda əks olunmasına nəzarət; - əsas vəsaitlər üzrə vergilərin hesablanması və ödənməsinin icrası üzərində nəzarət; - rüblük və illik maliyyə mühasibat hesabatlarının tərtibi üçün həqiqi etibarlı uçot göstəricilərinin və informasiyaların hazırlanması; 14

2. Əsas vəsaitlər üzrə Azmühasib proqramında əməliyyatların aparılması Müəssisədə əsas vəsaitlər üzrə baş vermiş təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi və onların analitik uçotunun aparılması üçün "Əsas vəsaitlər" elementindən istifadə edilir. Proqramın əsas menyusunun "Əməliyyat" bölməsində yerləşən "Əsas vəsaitlər" elementi müəssisədə əsas vəsaitlərin daxil olması, istismarı, məxarici, yerdəyişməsi, onlara amortizasiya hesablanması və yenidən qiymətləndirilmsi üzrə təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi və müvafiq hesabatların tərtib edilməsinə xdmət edir. "Əsas vəsaitlər" elementini seçərkən, ekranda aşağıda göstərilən elementlərdən ibarət olan alt menyu açılır: - Mədaxil; - Istismara; - Məxaric; - Yerdəyişmə; - Köhnəlmə norması; - Yenidən qiymətləndirmə; - Hesabat. Göstərilən elementlərin hər biri öz məzmununa uyğun əməliyyatların yerinə yetirilməsinə xidmət edir. Əsas vəsaitlərin müəssisəyə mədaxili əməliyyatları "Mədaxil" elementini seçməklə aparılır. Bu zaman ekranda aşağıda göstərilən iki elementdən ibarət yeni alt menyu açılır: - Anbar; - Ilkin qalıq. Əsas vəsaitlərin mədaxili üzrə əsas əməliyyatlar "Anbar" elementi vasitəsi ilə aparılır. Bu elementi aktivləşdirdikdə, ekranda eyniadlı dialoq açılır. Bu dialoqda hesabat dövründə müəssisəyə mədaxil edilmiş əsas vəsaitlər ayrı-ayrı mədaxil sənədləri üzrə əks 15

olunur. Burada mədaxil sənədinin nömrəsi və tarixi, əsas vəsaitin alındığı debitor-kreditor müəssisənin (və ya fiziki şəxsin) adı, alınmış əsas vəsaitin kimin öhdəsinə qəbul edildiyi və məbləği əks olunan cədvəl verilir. "Anbar" dialoqunda əsas vəsaitlərin mədaxili üzrə təsərrüfat əməliyyatları 3 mərhələdə əks olunur. Dialoqun birinci mərhələsində hər bir mədaxil əməliyyatı müvafiq sənəd növləri və tarixlər üzrə bir sətirdə əks olunur. Həmin dialoqun cədvəl hissəsində dəstəyin işarəsi əl forması alır. Bu hal onu göstərir ki, dialoqda daxil edilmiş hər bir sətrin arxasında həmin sətirdə göstərilən əsas vəsaitlərin tərkib hissələrini əks etdirən ikinci mərhələ dialoqu yerləşir. Həmin dialoqu açmaq üçün kursoru və dəstəyin işarəsini birinci mərhələ dialoqunda müvafiq sətrin üzərinə gətirib, dəstəyin sol düyməsini 2 dəfə dalbadal basmaq lazımdır. Bu zaman ekranda seçilmiş əsas vəsaitin tərkib hissəsinin siyahısından ibarət ikinci dialoq açılır. Bu dialoqun yuxarı hissəsində birinci dialoqda seçilmiş sətrin bəzi parametrləri ("Sənəd ", "Tarix", "Debitor/Kreditor" və "Kimə" sütunları üzrə), aşağı hissəsində isə əsas vəsaitin tərkib hissələrinin adı, miqdarı və məbləği əks olunan cədvəl yerləşir. 16

Şəkil 1. Anbar dialoqunun ekranda birinci görünüşü: dialoqun birinci mərhələsində hesabat dövründə əsas vəsaitlərin hər bir mədaxili əməliyyatı müvafiq sənəd nömrələri və tarixlər üzrə ayrıayrı sətirlərdə əks olunur. Proqramda yeni əsas vəsait mədaxil etmək üçün "Anbar" dialoqunun birinci mərhələsində "Yeni" düyməsini basaraq, bu zaman dialoqun yuxarı hisəsində açılan xanalarda mədaxil sənədinin nömrəsi, tarixi, əsas vəsaitin alındığı müəssisənin adı, əsas vəsaitin mədaxil olunduğu maddi-məsul şəxsin adı və soyadı, əsas vəsaitin adı, miqdarı və mədxil məbləği qeyd olunur. Burada mədaxil edilən əsas vəsaitin sənəd nömrəsi, tarixi və miqdarı müvafiq xanalara adi qaydada, debitor-kreditor müəssisənin adı, maddi-məsul şəxs və əsas vəsaitin adı isə müvafiq məlumat bazalarıdan seçilməklə qeyd edilir. Müvafiq məlumat bazasını açmaq üçün həmin xananın aktiv vəziyyətində F4 funksional 17

düyməsini basmaq lazımdır. Əslində F4 funksional düyməsi müvafiq məlumat bazasına yeni məlumat daxil etmək zərurəti yarandıqda, yəni proqramın məlumat bazasında olmayan müəssisə, maddi-məsul şəxs və ya əsas vəsait adı daxil etmək lazım gəldikdə istifadə olunur. Digər hallarda müvafiq xananın sağ küncündəki üçbucaq işarəli düyməni basaraq, müvafiq pəncərə açılır və oradan müəssisənin, maddi-məsul şəxsin və ya əsas vəsaitin adı seçilir. Hər hansı bir müəssisədən yeni alınmış əsas vəsait daxil edilərkən, sənəd nömrəsi, tarix, müəssisənin adı, maddi-məsul şəxs, mədaxil sənədinin birinci sətrindəki əsas vəsaitin adı və miqdarı birinci dialoqda müvafiq xanalara daxil edildikdən sonra, orada verilən "OK" düyməsi basılır. Bu zaman ekranda həmin əsas vəsaitə inventar nömrəsi vermək və onun alış qiymətini göstərmək üçün nəzərdə tutulmuş dialoq açılır. Bu dialoqda müvafiq inventar nömrəsi və alış qiyməti yazıldıqdan sonra, onun aşağı hissəsində yerləşən "OK" düyməsi basılır. Bu zaman mədaxil ediləcək birinci əsas vəsaitin adı, miqdarı və məbləği əks olunan ikinci dialoq açılır. Ikinci dialoqun yuxarı hissəsindəki xanalarda mədaxil sənədinin ikinci sətrindəki əsas vəsaitin adı və miqdarı yazıldıqdan sonra, yenidən "OK" düyməsi basılır, açılan dialoqda müvafiq inventar nömrələri və alış qiymətləri yazılaraq, oradakı "OK" düyəmsi basılır və bu qayda ilə mədaxil qaiməsində əks olunacaq üçüncü, dördüncü, beşinci və s. əsas vəsaitlərin adı, miqdarı, inventar nömrəsi və alış qiyməti daxil edilir və sonda ikinci dialoqdakı "Çıxış" düyməsi basılır. Bu zaman ikinci "Anbar" dialoqu aktiv vəziyyətdən passiv vəziyyətə keçir. Əgər nə vaxtsa onu yenidən aktivləşdirmək lazım gələrsə, onda "Dəyişmək" düyməsini basmaq lazımdır. Ikinci "Anbar" dialoqunda "Çıxış" düyməsini basmaqla, birinci "Anbar" dialoquna qayıdılır. Artıq birinci dialoqda açılmış sətirdə 18

mədaxil sənədinin nömrəsi, tarixi, müəssisənin adı, maddi-məsul şəxsin adı və əsas vəsaitin məbləği əks olunur. "Anbar" dialoqunda həm cədvəldə əks olunan siyahını, həm də ayrı-ayrı sətirlər üzrə əsas vəsaitlərin mədaxil qaiməsini çap etmək olar. Dialoqun aşağısında yerləşən "Çap" düymsini aktivləşdirərkən, iki elementdən ("Siyahı" və "Qaimə") ibarət alt menyu açılır. Dialoqda əks olunan cədvəli çap etmək üçün cədvəlin bütün sətirlərini qeyd etmək və alt menyuda "Siyahı" elementini secmək lazımdır. Dialoqda göstərilən hər hansı bir səitrdə əks olunmuş əsas vəsaitlərin mədaxili əməliyyatına aid qaimə çap etmək üçün kursoru həmin sətrin üzərinə gətiib, "Çap" alt menyusunda "Qaimə" elementini seçmək lazıdır. Əsas vəsaitlər üzrə ilk qalığın proqrama daxil edilməsi prosesi mədaxil prosesinə oxşar qaydalar üzrə aparılır. Bu zaman "Mədaxil" elementinə məxsus alt menyuda "Ilkin qalıq" elementi seçilərək, ekranda eyniadlı dialoq açılır və digər əməliyyatlar oxşar prinsiplərlə aparılır. Qeyd etmək lazımdır ki, həm əsas vəsaitlərin mədaxili, həm də ilk qalıqların daxil edilməsi üzrə təsərrüfat əməliyyatları onların əks olunduğu sənədin nömrəsi, tarixi və məbləği göstərilməklə, memorial orderə klaviatura vasitəsi ilə daxil edilir. "Əsas vəsaitlər" elementinə məxsus olan alt menyudakı "Istismara" elementi müəssisənin anbarına mədaxil edilmiş əsas vəsaitlərin istismara verilməsi əməliyyatlarını sənədləşdirmək və bu barədə müvafiq məlumat bazası yaratmaq üçün nəzərdə tutulmuşdur. Bu elementi aktivləşdirdikdə, ekranda "Istismar" adlı dialoq açılır. Bu dialoqda da əsas vəsaitlər birincidə onlarin istismara verildiyi sənəd üzrə ümumi şəkildə, ikincidə həmin sənədə daxil olan konkret əsas vəsaitlər, üçüncüdə isə ayrı-ayrı əsas vəsaitlərin inventar nömrələri və hesabat qiyməti olmaqla, üç mərhələdə əks olunur. 19

Anbarda olan əsas vəsaitlərin istismara buraxılması haqqında sənəd hazırlamaq üçün "Istismar" dialoqunun (birinci mərhələ) aşağısındakı "Yeni" düyməsini basmaq və bu zaman ekranda açılan ikinci dialoqda, yuxarı hissədə verilmiş xanalarda zəruri məlumatları daxil etmək lazımdır. Bu xanalarda əsas vəsaitlərin istismara buraxılması haqqında sənədin nömrəsi, tarixi və miqdar əks olunan xanalar klaviatura vasitəsilə, "Hərəkəti", "Kimə" və "Ad" xanaları isə onların sağ tərəfindəki üçbucaq işarəli düyməni basmaqla açılan məlumat bazasından istifadə etməklə qeyd edilir. Qeyd etmək lazımdır ki, məlumat bazaları müvafiq xanaları aktivləşdirərək, F4 funksional düyməsini basmaqla da açıla bilər. "Sənəd " və "Tarix" xanaları doldurulduqdan sonra, "Hərəkəti" xanasında "Müəssisədaxili" və ya "Qısamüddətli icarə" variantlarından biri seçilir və daha sonra müəssisənin maddiməsul şəxslərinin siyahısından ("Personal" məlumat bazasından) əsas vəsaitin kimin öhdəsində istismara veriləcəyini göstərən adsoyad seçilir. Növbəti xanaya məxsus məlumat bazası açıldıqda, orada anbarda mövcud olan əsas vəsaitlərin adları və miqdarından ibarət siyahı görünür. Bu siyahıdan istismara verilən əsas vəsait seçilir. Belə tənzimləmə hərəkətləri aparıldıqdan sonra, "Miqdar" xanasının sağ küncündəki üzərində 3 nöqtə olan düymə basılır və bu zaman ekranda istismara verilmək üçün seçilmiş adda olan əsas vəsaitlərin invetar nömrələri, qalıq qiymətləri və amortizasiya hesablanıb-hesablanmaması haqqında işarə əks olunan üçüncü dialoq açılır. Burada istismara veriləcək əsas vəsait inventar nömrəsi üzrə seçilir və "OK" düyməsi basılır. Bunun nəticəsində üçüncü dialoq bağlanır və istismara verilmək üçün seçilmiş əsas vəsaitin miqdarı "Miqdar" xanasında görünür. Daha sonra ikinci dialoqdakı "OK" düyməsi basılır və əsas vəsaitin adı, miqdarı və hesabat dəyəri ikinci dialoqun cədvəl hissəsində görünür. Bu qayda ilə ikinci və 20

üçüncü dialoqların köməyi ilə həmin sənəd üzrə istismara veriləcək digər əsas vəsaitlər də seçilərək, ikinci dialoqun cədvəl hissəsinə salınır. "Əsas vəsaitlər" elementinə məxsus alt menyuda "Hesabat" elementini seçdikdə, müəssisədə əsas vəsaitlərin hərəkəti və mövcudluğu haqqında hesabat tipli məlumatların formalaşdırılmasına xidmət edən kiçik alt menyu açılır. Bu alt menyuda aşağıdakı elementlər vardır: - Anbar /Istismar; - Satış/Silinmə/UM icarə; - Məsul şəxslər. "Anbar/Istismar" elementi, seçilmiş hesabat dövründə müəssisənin anbarında və ya istismarda olan əsas vəsaitlərin hərəkətini əks etdirən hesabatın tərtib edilməsi üçün nəzərdə tutulmuş eyniadlı dialoqun açılmasına xidmət göstərir. Bu dialoqun forması şəkil 40-da əks olunmuşdur. Şəkildə müəssisə üzrə 2001-ci ilə aid "Maşınlar, avadanlıqlar və hesablama texnikası" qrupu üzrə əsas vəsaitlərin hərəkəti haqqında hesabat əks olunur. Proqramın bu hissəsində formalaşdırılan hesabatlar bundan əvvəl göstərilmiş dialoqlar vasitəsi ilə yaradılmış məlumat bazası, tərtib edilmiş ilk sənədlər və işlənmiş cədvəllər əsasında, avtomat reжimdə tərtib olunur. Əsas vəsaitlərin hərəkətinə dair hesabat tərtib etmək üçün "Anbar/Istismar" xanasında verilmiş 3 variantdan binini ("Anbar", "Istismar" və ya Boş xana variantını) seçmək və dialoqun aşağı hissəsindəki "OK" düyməsini basmaq lazımdır.bu zaman ekranda hesablama prosesinin gedişini göstərən indikator əks olunur və hesablama başa çatdıqdan sonra, indikator öz-özünə bağlanaraq, dialoqda tərtib edilmiş hesabat görünür. Bu hesabatda seçilmiş əsas vəsait qrupu üzrə və ya bütün əsas vəsaitlər üzrə əsas vəsaitlərin mədaxili, məxarici, amortizasiyası, 21

eləcə də dövrün əvvəlinə və sonuna qalıq miqdar və məbləğ ifadəsində, ümumi şəkildə, aylar üzrə olmaqla əks olunur. Şəkil 2. Əsas vəsaitlər alt menyusunda Hesabat elementi vasitəsi ilə açılan Anbar/Istismar dialoqunda tərtib edilmiş əsas vəsaitlərin hərəkəti haqqında hesabatın ekranda görünüşü: dialoqun sol pəncərəsində Maşın, avadanlıqlar və hesablama texnikası qrupu seçilmiş və buna müvafiq olaraq, sağ pəncərədəki cədvəl hissəsində həmin qrup üzrə 2001-ci ilə aid hesabat əks olunmuşdur. "Anbar/Istismar" xanasında seçilmiş varianta müvafiq olaraq, dialoqda anbarda olan, istismarda olan və ya bütün əsas vəsaitlərin (həm anbarda, həm də istismarda olan) hərəkətinə dair hesabat almaq mümkündür. 22

Dialoqun sağ pəncərəsində "Cəmi" variantını və ya "+" işarəsini açmaqla, görünən əsas vəsait qruplarından birini, eləcə də həmin qrupları açmaqla, ayrı-ayrı adlar üzrə əsas vəsaitlər və s. seçərək, istənilən təsnifatda əsas vəsaitlərin hərəkəti haqqında hesabat tərtib etmək olar. "Hesabat" elementinə məxsus alt menyuda "Satış/Silinmə UM icarə" elementi seçildikdə, ekranda "Məxaric" dialoqu açılır. Bu dialoqda hər hansı bir seçilmiş hesabat dövrünə aid əsas vəsaitlərin satışı, silinməsi və uzunmüddətli icarəyə verilməsi haqqında müvafiq hesabatlar hazırlanması üçün imkanlar nəzərdə tutulmuşdur. Dialoqun başlıq hissəsində verilən xanada 4 variantdan ibarət tənzimləmə işləri aparıla bilər. Bunlardan üçündə "Satış", "Silinmə" və ya "Uzunmüddətli icarə" sözləri seçilərək, müvafiq sözün məzmununa uyğun hesabatın tərtib edilməsi, həmin sözlərin heç biri seçilməyərək, xananın sağ tərəfindəki "Təmizləmə" düyməsini dasdıqda isə ümumilikdə məxaric hesabatının tərtib edilməsi tənzimlənir. 23

Şəkil 3. Əsas vəsaitlər alt menyusunda Hesabat elementi vasitəsi ilə açılan Satış/Silinmə/UM icarə dialoqunda tərtib edilmiş əsas vəsaitlərin ümumi məxarici (satış, silinmə və uzunmüddətli icarə birlikdə) haqqında hesabatın ekranda görünüşü: dialoqun sol pəncərəsində Cəmi əsas vəsaitlər seçilmiş və buna müvafiq olaraq, sağ pəncərədəki cədvəl hissəsində 2002-ci ilə aid cəmi əsas vəsaitlərin ümumi məxarici haqqında hesabat əks olunmuşdur. Dialoqun sol tərəfinəki pəncərədə əsas vəsaitlərin seçilmiş qrupu və ya daha dərin səviyyədə götürülmüş əsas vəsait obyekti üzrə hesabat tərtib edilməsi tənzimlənir. "Hesabat" elementinə məxsus alt menyuda "Satış/Silinmə UM icarə" elementi ilə açılmış "Məxaric" dialoqunun ekranda görünüşü şəkil 41-də əks olunmuşdur. 24

Yuxarıda qeyd edildiyi kimi, dialoqun yuxarı hissəsində verilmiş xanada "Satış", "Silinmə" və ya "Uzunmüddətli icarə" variantlarından birini seçməklə, müvafi olaraq, hesabat dövrünə aid əsas vəsaitlərin satışı, silinməsi və uzunmüddətli icarəyə verilməsi haqqında hesabatlar hazırlamaq olar. Həmin hesabatların birlikdə yekun göstəricilərinin cəmi ümumi məxaric üzrə hesabatın yekun göstəricilərinə bərabər olacaqdır. Şəkil 4. Əsas vəsaitlər alt menyusunda Hesabat elementi vasitəsi ilə açılan Məsul şəxslər dialoqunun ekranda görünüşü: dialoqun sol pəncərəsində istismarda olan əsas vəsaitlərə aid maddi-məsul şəxslərdən Ocaqova Aida seçilmiş və buna müvafiq olaraq, sağ pəncərədəki cədvəl hissəsində 01 oktyabr 2002-ci il 25

tarixə onun öhdəsində istismarda olan əsas vəsaitlərin siyahısı onların adı, miqdarı və məbləği göstərilməklə əks olunmuşdur. "Hesabat" alt menyusunda "Məsul şəxslər" elementi seçilmiş hər hansı bir əsas vəsait obyektinin kimin öhdəsində olmasını müəyyən etmək üçün nəzərdə tutulmuş eyniadlı dialoqun açılmasına xidmət edir. Bu dialoqun ekranda görünüşü şəkil 42-də verilmişdir. "Məsul şəxslər" dialoqunda seçilmiş əsas vəsait obyektinin kimin öhdəsində olmasını və ya hər hansı bir məsul şəxsin öhdəsində olan vəsaitlərin siyahısını tərtib etmək üçün dialoqda tarix təzimləndikdən sonra, digər xanalar boş saxlanaraq, "OK" düyməsini basmaq lazımdır. Bu zaman dialoqun sol pəncərəsində "+Cəmi" ifadəsi, sağ pəncərəsində isə bütün əsas vəsaitlərin siyahısı onların adı, miqdarı, məbləği və öhdəsində olduğu məsul şəxsin adı və soyadı göstərilməklə əks olunur. Dəstəyin işarəsini "+" işarəsinin üzərinə gətirib, düyməni basdıqda, sol pəncərədə "Cəmi" sözünün qabağındakı "+" işarəsi "-" işarəsinə çevrilir və eyni zamanda hər birinin əvvəlinədə "+" işarəsi olan "Anbar", "Istismar" və "Qısamüddətli icarə" sözləri meydana gəlir. Kursoru bu sözlərdən hansının üzərində saxlasaq, dialoqun sağ pəncərəsində həmin sözün məzmununa uyğun əsas vəsaitlərin (anbarda olan, istismarda olan və ya qısamüddətli icarəyə verilmiş) siyahısı müvafiq göstəricilərlə əks olunacaqdır. Dəstəyin işarəsini "+" işarəsinin üzərində saxlayıb, düyməni basdıqda, sol pəncərədə əsas vəsaitlərin həmin qrupu (məsələn, "Istismar" qrupu) məsul şəxslər üzrə bölünəcək və onların ad-soyadları sol pəncərədə əks olunacaqdır. Bu zaman kursoru hər hansı bir adsoyadın üzərinə gətirdikdə, dialoqun sağ pəncərəsində həmin məsul şəxsin öhdəsində olan əsas vəsaitlərin siyahısı əks olunacaqdır. "Məsul şəxslər" dialoqunda hər hansı bir əsas vəsaitin kimin öhdəsində olduğunu müəyyənləşdirmək üçün dialoqun yuxarı 26

hissəsində verilmiş yuvalarda əsas vəsaitin qrupu, adı və inventar növləri daxil edildikdən sonra, "OK" düyməsi basılır. Bu zaman dialoqun cədvəl hissəsində seçilmiş əsas vəsaitin adı, miqdarı, məbləği və məsul şəxsin adı-soyadı göstərilir. Nəticə Uçotun avtomatlaşmış forması və müxtəlif sinif maşınlarını tətbiq etməklə təşkil olunur. Son zamanlarda uçotun avtomatlaşmış formasının daha perspektivli inkişaf istiqaməti-kompüterlə təchiz olunmuş mühasibin avtomatlaşdırılmış iş yerinin yaradılması əsasında bilavasitə mühasibatlıqda iş yerlərində kompüterlərin, fərdi EHM-in uçot prosesində tətbiq olunmağa başlamışdır. Həmin uçotun avtomatlaşmış formasının inkişaf istiqamətinin prinsipal fərqi ondan ibarətdir ki, informasiya hesablama qurğusunda deyil bilavasitə istifadə edəndə yəni təsərrüfatda emal olunur və deməli təsərrüfatdan kənarda informasiyanın emalı ilə əlaqədar bütün narahatlıqlar yox olur. Kompüterin dəyərinin nisbətən yüksək olmaması, texniki cəhətdən möhkəm olması, istismarının sadə olması ilə əlaqədar onların kütləvi şəkildə buraxılışı və yaxın zamanlarda daha çox kənd təsərrüfatı müəssisələrində mühasibatlıqda iş yerlərində tətbiq olunacaq. Mikroprosessor texnikasının bazasında uçot avtomatlaşdıqda informasiyanın emalı qaydası prinsipcə dəyişir. Əgər o əvvəlcə mühasib operator EHM operator mühasib sxemi üzrə qurulurdusa (mühasib işləmək üçün informasiyanı hazırlayır, sənədləri paçka şəklində komplektləşdirir, operator informasiyanı maşina verir, EHM məlumatları emal edir, operator nəticə informasiyanı alır, mühasib uçotun avtomatlaşmış formasının registri şəklində alınan məlumatlardan istifadə 27

edir), həqiqətdə indiki sxem son dərəcə sadələşmişdir: Mühasib-EHM-mühasib (mühasib özü məlumatları EHM-ə daxil edir, maşın informasiyanı emal edir, mühasib EHM-dən çıxan lazımi məlumatları alır və onları uçotda istifadə edir). Mühasibatda kompüter bazasında uçotun avtomatlaşmasında, avtomatlaşmış iş yerində EHM-in mikroprosessor avadanlığı yaxud EHM-ə qoşulmuş görünmə terminal yaradılır. Məlumatların EHM-ə daxil edilməsi ya bölmələrdə tərtib edilmiş və mühasibata daxil olmuş ilk sənədlərlə, ya da xüsusi hazırlanmış daxil etmə maketi ilə informasiyanın kompüterə bir başa daxil edilməsi yolu ilə aparılır. Kənd təsərrüfatında, harada ki, istehsalat bölmələrində çoxlu miqdarda əməliyyatlar var, orada birinci yol daha yaxşı hesab edilir. İlk sənədlərdən məlumatların kompüterə daxil edilməsi müxtəlif cür ola bilər. Birinci üsul. maşının sənəd maketindən istifadə etməklə. Bu halda ekranda sənədlərin forması şəklində rekvizitlərlə cədvəl görünür ki, onu doldurmaq lazımdır. Bu cədvəldə sənədlərdən hər bir rekvizit üzrə lazımi informasiya daxil edilir. Bununla ümumi xarakterli rekvizitlər (müəssisənin kodu, tarix və s.) yalnız bir dəfə yığılır. İkinci üsul. sənəd maketindən istifadə etmədən. Bu halda ekranda sənəd maketinin yerinə müəyyən ardıcıllıqla rekvizitlər əks etdirilir. Bu sənəddən informasiya köçürülərkən doldurmaq üçün lazım gəlir. Bu halda ekranda lülə şəklində bir-birinin arxasında sənədlərin rekvizitləri yerləşdirilir. Doldurularkən onlar qarışdırılır və tədricən doldurulmamış yeni rekvizitlər işıqlanır. Birinci üsulda olduğu kimi daimi rekvizitlər birinci yazılışda yalnız bir dəfə doldurulur. Üçüncü üsul. uyğunlaşdırmaq. Bu halda birinci üsulda olduğu kimi ekranda sənədin maketi yenidən əmələ gəlir. Aşağısında rekvizitlərlə yazılış verilir. Bu onların mənasını vermək üçün lazımdır. Müəyyən olunmuş komanda üzrə doldurulmuş məlumatla sənədlər maketinə köçürülür və onda öz yerində müvafiq rekvizitlərin qarşısı işıqlanır. 28

Ədəbiyyat siyahısı 1. Ə.A.Sadıqov Mühasibat(maliyyə) uçotu I və II hissə Bakı 2003 2. Q.Abbasov və.b Mühasibat(maliyyə) uçotu Bakı 2003 3. Ə.Sadıqov və.b Mühasibat uçotu Bakı 2008 4. V. İsayev Mühasibat uçotunun nəzəriyyəsi 5. www.azmuhasib.com 29