ORTAQ VALYUTA VƏ AVROPA VAHİD VALYUTA SİSTEMİ

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AVROPA VALYUTA BİRLİYİNİN İQTİSADİ TƏSİRLƏRİ

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Marketinq. Mehdiyev Əkbər

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

UniMiles 3 illik 100 AZN və ekvivalenti

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

H E S A B A T Q E Y D Ə A L I N D I!

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Kommunal müəssisələr tərəfindən satınalma

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

İQTİSADİ SİYASƏTİ HƏYATA KEÇİRƏN MİLLİ QURUMLAR. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

MÖVZU 5 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti

Zeynalova Sevinc III kurs

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

2014-cü ilin üçüncü rübünün nəticələri

2017-ci ilin 4 ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Açıq bazar əməliyyatları. Banklardan kənar nağd pul. Baza inflyasiya. Çərçivə alətləri. Deflyasiya. Dezinflyasiya. Dollarlaşma

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

2016-CI İLDƏ ƏSAS MƏQSƏD VƏ FUNKSİYALARIN HƏYATA KEÇİRİLMƏSİ BARƏDƏ

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

[18] 1. Ümumi müddəalar

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

MÖVZU 9. TİCARƏT NƏZƏRİYYƏSİ VƏ PRAKTİKASI

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

BÖYÜK DƏCCAL Amerika

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Azər-Türk Bank ASC üzrə

Beynəlxalq iqtisadi təşkilatlar

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

1- Forex bazarı nədir?

Sistem inzibatçıları üçün təlimat

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

İdarəçiliyi. AQS ölkələri üzrə Çərçivə

Sahibkarlıq fəaliyyətinin təşkilində biznes-planın rolu

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATINA İNTEQRASİYA PROSESİ

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Kurs işi AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ. Kafedra: Bank işi

MƏHSUL, İŞ VƏ XİDMƏT İXRACI SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR

KORPORATİV SOSİAL MƏSULİYYƏT ÜZRƏ BEYNƏLXALQ

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

The Comparative Analysis of Macroeconomic Reason and Consequences of Crisis in 1929 and 2008

YENİ DÜNYADA YENİLƏŞƏN AZƏRBAYCAN İQTİSADİYYATI. (məqalələr toplusu)

AZƏRBAYCAN. Iqtisadi Fəaliyyətin Nəticələri

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

2006-cı ilin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

DÜNYA İQTİSADİYYATI. I Mövzu - Giriş: dünya iqtisadiyyatının coğrafiyası və qloballaşma

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

Transkript:

ORTAQ VALYUTA VƏ AVROPA VAHİD VALYUTA SİSTEMİ Dr. Osman Nuri Aras onaras@yahoo.com Elçin Süleymanov elchin@qafqaz.edu.az Qafqaz Unıversıtesı Bakı/Azərbaycan Xülasə Ortaq pul sistemi, iqtisadi bloklaşma vəya iqtisadi inteqrasiya olaraq da ifadə ediləbiləcək olan iqtisadi birliyin mərhələlərindən biridir. Hələ İkinci Dünya Müharibəsi sona çatmadan, BVF qurulmasından sonra Amerika Dolları dünyada ən çox istifadə edilən ortaq valyuta olmuşdur. Bu dönəmdə Sterling, İsveçrə Frankı, Alman Markı, Fransız Frankı, Yapon Yeni kimi bəzi milli pul vahidləri də millətlər arasında konvertabl pul yerinə işlənmişdir. Lakin, ABŞ Dollarının üstünlüğü qarşısında onların tədavül həcmi çox az olmuşdu. Dolların Avropa məkanında ağırlığını azaltmaq, eyni zamanda ortaq iqtisadi məkanın formalaşmasının təkanverici qüvvələrindən biri olması məqsədi ilə Avropada ortaq valyuta fikri 1952-ci ildə Avropa Kömür və Polad Topluluğunun qurulması ilə başlamış,qərbi Avropada başlayan iqtisadi bloklaşma hərəkətinin son mərhələsi olan İqtisadi və Valyuta Birliyinin müştərək pulu olaraq Avro meydana çıxmışdır. 1 Yanvar 1999-cu il tarixindən bəri hesabən işlədilməyə başlanan Avro, 1 Yanvar 2002-ci il tarixindən etibarən, artıq İqtisadi və Valyuta Birliyinə üzv 12 AB üzvü ölkənin milli pul vahidlərinin yerini almışdır. Açar sözlər;valyuta, Avro, İqtisadi birlik, Valyuta Birliyi Common Currency and European Common Monetary System Common Monetary System, is one of the stages of Economical Union in the way of economical integration. Even during the Second World War just before the foundation of IMF US dollar became the most spreaded currency in the world. At those time such natinal money as British sterling, Switzerland Frank, Germany Mark, Frnech Frank, Japonese Yen 1

were also used as convertible currency among states. Nevertheless, their circulation capasity in compare to US dollar were very small. Provided that, the idea of common currency in Europe with the reasons of decreasing of importance of dollar and creating common economical zone in European region, began realised with the creation of European Coal and Steal Community in 1952. The last stage of Integrational process which began in the Western Europe the Economical and Monetary Union Integration brought common currency named EURO. Being firstly provided in 1 January 1999, EURO, since 1 January 2002 replaced national currencies of 12 states member of Economical and Monetary Union. Key words: Currency, EUOR, Economical Union, Monetary Union GİRİŞ Ortaq pul sistemi, iqtisadi bloklaşma vəya iqtisadi inteqrasiya olaraq da ifadə ediləbiləcək olan iqtisadi birliyin mərhələlərindən biridir. İqtisadi birlik termini, birliyə daxil olan ölkələr arasında, iqtisadi və siyasi sahədəki qaydaların cəmləşdirilməsi istiqamətində, beynəlxalq iqtisadiyyatda müəyyən təşkilatlanmanın formalaşdırılması olaraq tərif edilə bilər. Belə bir birlik, beynəlxalq idarəetmə təşkilatlarının təşkiledilməsini zəruri edər. Yaradılacaq və beynəlxalq səlahiyyətlərlə təhciz ediləcək olan müştərək təşkilatların, birliyin qurulma mərhələsinin hər bir mərhələsində əməkdaşlıq etmələri gözləniləcəkdir. Tətbiq ediləbilmə nəzər nöqtəsindən belə bir bloklaşma, daxil olan ölkələrin milli valyutaları yerinə, çox vaxt müştərək bir mərkəz bankı yoluyla idarəedilən vahid pulun tədavülə çıxardılması mənasını daşımaqdadır. Əlbəttə iqtisadi və valyuta birliyinin ardında, o vaxta qədər müstəqil olan ölkələrin siyasi hegemonluğunu müştərək bir hökumətə devretmələri müqabilində siyasi çərçivəsiylə də bir birliyə nail olunmuş olur. Həyata keçirilməsi çətin görünməklə bərabər, Avropa İttifaqının hədəfi də nəticə olaraq siyasi birlikdir. 1. İKTİSADİ BLOKLAŞMA MƏRHƏLƏLƏRİ Ölkələr iqtisadi birləşmə çalışmaları işinə daxil olarkən, bu çalışmalar ölkələrin sərbəst ticarətə yönəlmələrini təmsil edər və daxil olan ölkələr bu birləşmədən bəzı faydalar əldə etməyi arzu edərlər. Grupdaki ölkələr, aralarındaki mal və xidmət hərəkətləri üzərindəki maneləri ortadan qaldırdıqca, milli iqtisadi sistemlərini də tədricən itirərlər. Bu mənada iqtisadi inteqrasiyalar mərhələlərlə ifadə ediləbilər. 2

İqtisadi inteqrasiya mərhələləri aşağıdakı kimi göstərilə bilər: 1.1. Ortaq Gömrük İmtiyaz Müqavilələri Bu mərhələdə birliyə daxil olan ölkələr arasında ortaq olaraq müəyyən gömrük imtiyazlarının qərarlaşdırıldığı bir mərhələdir. 1.2. Sərbəst Ticarət Zonası Sərbəst Ticarət Zonasına daxil olan ölkələr, digər üzv ölkələrin məhsulları üzərindəki maneləri (tarifə və kvota kimi) aradan qaldırarkən üçüncü ölkələrə qarşı öz ticarət siyasətlərinin tətbiq ediləbilmə sərbəstliyinə sahibdirlər. Yəni Sərbəst Ticarət Regionundə müxtəlif xarici gömrük tarifələri qüvvədədir 1. Sərbəst Ticarət Regionunda əhəmiyyətli problemlər və çətinliklər ortaya çıxmaqdadır : Üçüncü ölkələr mallarını en aşağı tarifəli ölkə üzərindən qurulan iqtisadi bloka ixrac etmə yollarını araşdırır. Blok da bu cür fəaliyyətlərin önünü kəsmək məqsədi ilə intensiv bürokratiyaya boğulur. Və üzv ölkələrin birbirlərinə ixrac edəcəkləri malların üçüncü ölkə malı olub olmadığını isbat edəcək orijinal (mənşə ölkə) sənədlərinin şərtlərini hazırlar. Bu məqsədlə intensiv mənşə şəhadətnaməsi tətbiq ediləbilməsınə keçilir. Mənşə şəhadətnaməsiylə malın blok içi xüsusiyyəti isbat ediləbilirsə, bunlara gömrük rüsumu tətbiq ediləbilməz. Əks halda isbat ediləbilməyən mallardan gömrük alınır. Xüsusi ilə ixrac mövzusu malın müəyyən istehsal prosesləri blok daxilində icraedilmişsə, buna rəğmən problem tamamiylə həll edilmiş olmaz. Bu təqdirdə bir məhsulun en az neçə faizinin üzv ölkədə istehsal edilmiş olmasının müəyyən edilməsi kimi bir problem daha qarşıya çıxmaqdadır. 1.3. Gömrük İttifaqı İqtisadi inteqrasiyanın üçüncü mərhələsi Gömrük İttifaqıdir. Bu inteqrasiya mərhələsində, Sərbəst Ticarət Regionundaki şərtlərə, yəni üzv ölkələr arasındakı gömrüklərin və kvotaların aradan qaldırılmasına əlavə olaraq üzv ölkələr birlik xarici ölkələrə qarşı ortaq xarici ticarət siyasəti apararlar. Yəni üçüncü ölkələrdən idxal edəcəkləri mallar içində müştərək bir gömrük tarifəsi müəyyənləşdirilir. Beləliklə üzv ölkələr inteqrasiyanın bu mərhələsində xarici iqtisadi siyasətlərində müstəqillik haqqlarından vaz keçərək, birliyin müştərək orqanlarına bəzı haqqları verməyə başlaşmış olmaqdadırlar. 1.4. Müştərək Bazar İqtisadi inteqrasiyanın dördüncü mərhələsi müştərək bazardır. Bu mərhələyə, üzvlər arasında bütün ticarət əngəllərinin qaldırılması, üçüncü ölkələrə 1 Halil Seyidoğlu, Beynəlxalq İktisat, Güzem Yayınları, İstanbul, 2001, s.205. 3

qarşı müştərək xarici ticarət siyasəti izlənməsi və üzvlər arasında bütün faktör hərəkətləri üzərindəki engellerin qaldırılması ilə nail olunur. Yəni bu mərhələdə, yalnız mal deyil, iş gücü, sərmayə və xidmət kimi istehsal faktorlarının da sərbəst hərəkətinin bütün şərtləri hazırlanmış olmaqdadır. Birliyə üzv ölkə vətəndaşları, arzu etdikləri üzv ölkədə işləyə bilməkdə, şöbə açabilməkdə, müəsisə qura bilməkdə və sermayədarlar heç bir əngələ rast gəlmədən istədikləri üzv ölkədə investisiya qoya bilməkdədir. İş güçü və sermayənin üzvlər arasında sərbəst hərəkəti, irəli dərəcədə iqtisadi inteqrasiya şəklinə misal təşkil edərkən, eyni zamanda fərdi iqtisadiyyata milli müdaxilənin də olduqca azaldığını göstərir. 1.5. İqtisadi Birlik Bu inteqrasiya şəklində, müştərək bazarın bütün xüsusiyyətlərinə əlavə olaraq, iqtisadi təşkilatların birləşməsi və üzv ölkələr arasında iqtisadi siyasətlərin koordinasiyası diqqət mərkəzindədir. Üzv ölkələr arasında vergi sistemiləri, pul və faiz siyasətləri və subvansiya sistemlərindəki fərqliliklərin hər biri yeni əngəllər olaraq ortaya çıxmağa başlar. İqtisadi Birliyə nail olunduğunda əlbəttə digər mərhələlərə görə, üzv ölkələrin iqtisadiyyatları arasında lazım olan koordinasiyanın əldə edilməsi üçün müstəqillikdən çox ölkənin öz iqtisadi sisteminə inam daha əhəmiyyət kəsb edir. Bu da müstəqil bir konjunktür, məşğulluq ya da paylaşım siyasətlərinin həyata keçirilməsini imkansız hala gətirməkdədir. 1.6. Valyuta Birliyi İqtisadi birlik eyni zamanda müştərək bir valyutanın qəbulunu da əhatə edəbilər. Əğər bu həyata keçirilirsə, birlik eyni zamanda valyuta birliyi halına da gəlir. Bütün inteqrasiyalarin əsas hədəfi, nəticə olaraq müştərək bir pul sisteminə nail olunmaqdır. Artıq bu mərhələdə valyuta siyasəti tamamı ilə birləşdirilmiş və sermayə hərəkətləri üzərindəki bütün müdaxilələr aradan qaldırılmışdır. Müvəfəqiyyətli bir birliyin formalaşması üçün, müştərək iqtisadi hədəflərin seçilməsi və müştərək iqtisadi vasitələrdən istifadə edilməsi zəruridir. Bu baxımdan iqtisadi birlik və valyuta birliyinin birbirini tamamladığı ifadə ediləbilər. 2. AVROPA BİRLİYİNİN İQTİSADİ VƏ VALYUTA BİRLİYİNƏ KEÇİŞ MƏRHƏLƏLƏRİ 1944-cü ildə qəbul edilən və 1946-cı ildə tətbiq edilməyə başlanan sabit valyuta sisteminə əsaslanan Bretton Woods sistemi, 15.08.1971-ci il tarixində Prezident Niksonun, Dolların qızıla olan konvertibilitəsinin (mubadilə əlverişliliyi) 4

qaldırdığını və qızıl pəncərəsinin bağlandığını açıqlaması ilə felən başa çatmışdır. Bretton Woods sisteminin çöküşündən sonra Avropa ölkələri, özlərinin aktiv və təsirli olacaqları, yeni təşkilatlanmaya yönəldilər. 1957-ci ildə Roma Sözləşməsi ilə qurulan və Avropa İqtisadi Birliyi (Müştərək Bazar) olaraq adlandırılan iqtisadi bərabərliyi inkişaf etdirmə yolundakı səylər, müştərək maliyyə siyasətinin yaradılması yönündəki çalışmalara istiqamətləndirildi.əvvəllər Gömrük İttifaqının təsisi və müştərək əkinçilik siyasətininn yaradılması yolundakı müvəffəqiyyətli işləri, 1972-ci ilindəki Paris Zirvəsində İqtisadi və Valyuta Birliyinə nail olma yolunda alınan qərarlar izlədi 2. 1974-cü ilə qədər Avropa Birliyi valyutalarının aralarındakı kurs fərqlərinin müəyyən bir nisbətdə buraxılaraq, bir səbət içində toplanmasını nəzərdə tutan "tüneldəki ilan" sistemi tətbiq edilməyə başlandı. "İlan" kəliməsi birlik valyutaları arasındakı dar sərhəddi, "tünel" kəliməsi isə dollara qarşı olan geniş sərhəddi ifadə etmək üçün işlədilmişdir. Birlik üzvü ölkələr milli valyutalarını 2,25 %-lik dalğalanma marjından birbirlərinə, 4,5 %-lik dalğalanma marjından da dollara bağlamışlardır. Ancaq tüneldəki ilan sistemi neft krizləri, ölkələr arasındakı siyasət fərqlilikləri və "Smithsonian kurs nizamlamaları" olaraq adlandırılan kurs nizamlamalarına bağlı olaraq, dolların yüksək nisbətdə dəyər itirməsi səbəbi ilə müvəffəq ola bilmədi. 16.03.1973-cü il tarixində üzv ölkələr milli valyutalarını dollar qarşısında dalğalanmağa buraxdıqlarını, öz milli valyutalarını isə sabit kurslardan bağladıqlarını açıqladılar. Beləcə "tünel" ortadan qalxdı,lakin "ilan"ın fasiləsizliyinə nail olundu 3. 1988-ci ildə, Avropa Birliyi Komissıyasının Hannover Zirvəsində, Birlikdə mərhələli olaraq bir EPB yaradılması hədəfini mənimsəmiş, bu məqsəd istiqamətində bir işçi komitəsinə təlimat verilmişdir. Komitənin hazırladığı raport, 26-27 İyun 1989-cu ildə Madrid Zirvəsində görüşülərək təsdiq edilmişdir. Raportda EPB-in üç mərhələda həyata keçirilməsi və ilk mərhələın 1 İyul 1990-cı il tarixində başlaması qərarlaşdırılmışdır 4. Avropa İttifaqı nəzdində, malların, xidmətlərin, sərmayənin və şəxslərin sərbəst dövriyəsi ilə bərabər, milli pullar arasında tam olaraq müəyyənləşdirilmiş sabit kurslar və nəhayət vahid bir pul vahidinin qəbulunu ifadə edən və 1989-cu ildə Avropa Konseyi tərəfindən "İqtisadi və Valyuta Birliyi"nə keçiş üçün müəyyən edilən üç mərhələlı dönəmin son mərhələsi 1 Yanvar 2002-ci il tarixindən etibarən 2 Birgül HAMEVİOĞLU, Euro ya Neler Oluyor, http://www.kirimdernegi.org.tr/euro.htm. 3 Avropa İttifakı ve Ortak Parası: Euro, Türkiye Odalar ve Borsalar Bırligi Yayınları, http://www.tobb.org.tr/euro/abeuro.html. 4 Euro, http://www.iktisatbank.com.tr/kurumsal/eukaynakca/ur-eukaynakca-fr.html; Emine Bilgili, Euro ve Ortak Pazar, Dış Ticaret Dergisi, Temmuz-1999, http://www.dtm.gov.tr/ead/dtdergi/temmuz99/eurove.htm. 5

vahid pul vahidi Avronun banknot və metal pul olaraq dövriyəyə daxil olması ilə bərabər, tamamlanması hədəflənmişdi. Ortaq Valyuta vahidi Avronun meydana gəlməsi, elastik kurs siyasətlərinin dünya miqyasında qəbul olunması və Dolların Sterling qarşısında dünyanın ən çox istifadə olunan pul vahidi halına gəlməsindən (dünya rezervlərinin 65 %-nə yaxını Dollar miqyasındadır) bəri beynəlxalq pul bazarlarında yaşanan ən əhəmiyyətli irəliləyişdir. 20-ci əsr, Avro ilə yeni bir rezerv pulun doğuşuna səhnə olmaqdadır. 2.1. Birinci mərhələ (1 İyun 1990/2 Noyabr 1993) 1 İyun 1990-cı ildə başlayan birinci mərhələdə, sərmayə nəzarətinin azaldılması, üzvlər arasında infilyasiya və faiz nisbətləri fərqlərinin təlafisi və valyuta kursları arasında istiqrarın əldə olunması nəzərdə tutulmuşdu. Ayrıca Avropa Birliyi üzv ölkələrin Mərkəz Bankaları arasında işbirliyinin artırılması hədəflənmişdir. 1990-cu ildə Avropa İttifaqı nəzdində sərmayə hərəkətləri sərbəst buraxılmışdır, 2.1.1. Maastrich Müqaviləsi (Avropa İttifaqı Sözləşməsi) 9-10 Dekabr 1991 tarixində Maastrichtdə toplanan AT Dövlət və Hökümət Başqanları, rəsmi adı "Avropa İttifaqı Sözləşməsi" olan Maastricht Müqaviləsini qəbul etmişlər və mətni 7 Fevral 1992-ci ildə imzalamışlardır. 1 Noyabr 1993-cü ildə qüvvəyə minən Maastricht Sözləşməsi; üzv dövlətlərin iqtisadi və pul siyasətləri, xarici siyasət, müştərək istikrar, ədalət və daxili işlərdə koordinasiyanı nəzərdə tutan və ayrıca İqtisadi və Valyuta Birliyinin hüquqi çərçivəsini çəkən bir anlaşmadır 5. 2.1.2. Maastrichin Xüsusiyyətləri İqtisadi və Valyuta Birliyinə daxil olmaq üçün üzv ölkələrə bəzi makroiqtisadi göstəricilərə tabe olmaq (Konvergenz şərtləri) məcburiyyəti qoyulmuş və Maastricht şərtləri olaraq adlandırılan 5 əsas şərt göstərilmişdir 6 : 1.Bütcə Açığı: ÜDM-nın 3 % -ni keçməməlidir. 2.Dövlət Borcu: ÜDM-nın 60 %-indən çox olmamlıdır.ilk iki şərt dövlət maliyyə qaydalarını əhatə edən şərtlərdir. 3.İnfiliyasiya): Ən aşağı infiliyasiya nisbətini göstərən 3 üzv dövlətin ortalaması 1.5 %-dən çox olmamalıdır. 5 Halil Seyidoğlu, Uluslararası Finans, Güzem Yayınları, İstanbul, 2001, ss.26-28; Burak Bensin, Euro Money, http://www.angelfire.com/on/fifa/. 6 Avropa İttifaqı Terimler Sözlüğü, Avropa İttifaqı Genel Sekreterliği, http://www.abgs.gov.tr/turk- AB/para_terimler.htm. 6

4.Kurslar : Milli pul vahidləri Avropa Pul Sistemi ilə nəzərdə dalğalanma trendi ən az iki il ərzində uymalı və şiddətli dəyişimlər edilməməlidir. 5.Faiz Nisbətləri: Uzun dönəm faiz nisbətləri,ən güclü 3 üzv dövlətin faiz nisbətləri ortalamasının 2 %-dən çox olmamalıdır. Valyuta birliyinə üzv ölkələrin müəyyən edilməsində, yuxarıdakı xüsusiyyətlər əsas alınmışdır. Bu xüsusiyyətlərə əsasən, Avronu qəbul edən ölkələrin iqtisadiyyatlarının birbirlərinə yaxınlaşması təmin edilərək, İVB-nin uyğun şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. 2.2. İkinci Mərhələ (1 Yanvar 1994/31 Dekabr 1998) İkinci mərhələ, 1994-cü ilin əvvəlində qüvvəyə minmişdir. Bu mərhələdə, milli iqtisadiyyat siyasətlərində daha çox yaxınlaşma və Avropa Mərkəz Bankının (AMB) nüvəsi qəbul edilən Avropa Valyuta Təşkilatının (AVT) qurulmasına qərar verilmişdir. Bu quruluş üzv ölkələrin pul siyasətlərini koordinasiya edərək valyuta birliyinə nail olma yollarını araşdırmaq məqsədi ilə qurulmuşdur. Brükseldə 2-3 May 1998-ci il tarixində keçirilən iclasda, Avropa Milli Bankı(AMB) qurulmuş, Valyuta Birliyinə üzv 11 ölkə seçilmiş və 31 Dekabr 1998- ci il tarixindən etibarən üzv ölkələrin valyutalarının qarşılıqlı çevrilmə nisbətləri təsbit edilmişdir. 2.2.1. Avropa Milli Bankı 1 İyun 1994-cü il tarixində qurulan və məqsədi Valyuta Birliyinin üçüncü mərhələsi (1 Yanvar 1999-cu il - 30 İyun 2002-ci il) üçün lazımi struktur, qanuni və texniki baza işlərini və ilkin hazırlıkları tamamlamaq olan Avropa Valyuta Təşkilatı 7, 1 İyun 1998 tarixindən etibarən vəzifələrini AMB-na 8 buraxmışdır. AMB-nin qurulması ilə Pul Birliyinin və AMBS-nə keçiş hazırlıqlarının tamamlanması məsuliyyəti AMB-na keçmiştir. İVB-yə (İqtisadi və Valyuta Birlik) üzv ölkələrdə 1 Yanvar 1999-cu il tarixindən etibarən milli pul siyasəti səlahiyyətləri, Euro Regionunda pul siyasətinin vahid səlahiyyətli qurumu olan AMB-na (Avropa Milli Bankı) həvalə edildi. AMB, Alman Bundesbank və Amerikan Fed-in təşkilat əsas alınaraq şəkilləndirilib, Avropa Mərkəz Bankı (AMB) və Avropa İttifaqına üzv 15 ölkənin milli mərkəz bankalarından ibarətdir. 7 Bkz: Avropa İttifaqı Terimler Sözlüğü, Avropa İttifaqı Genel Sekreterliği, http://www.abgs.gov.tr/turk- AB/para_terimler.htm. 8 Bkz: Avropa İttifaqı Terimler Sözlüğü, Avropa İttifaqı Genel Sekreterliği, http://www.abgs.gov.tr/turk- AB/para_terimler.htm. 7

AMB-nın vəzifələri 9 ; birliyin pul siyasətinin müəyyənləşdirmək, xarici ticarət işləmlərini idarə etmək, üzv ölkələrin valyuta rezervlərini idarə etmək və ödəmələr sisteminin işləyişini müsbət yöndə yönləndirməkdir. AMB, Avronu tədavülə çıxaracaq və Euro Regionu üçün vahid bir pul siyasəti təsbit edib tətbiqediləbilməyə qoyacaqdır. Müstəqil olacaq olan AMB-nın başda gələn hədəfi, qiymət istiqrarıdır. Üzv ölkələrin bütcə açıqları, AMB qaynaqları istifadə edilərək aradan qaldırılmayacaqdı. Bu mərhələ müddətində, huquqi tədbirlərin qüvvəyə minməsinin sürətləndirilməsi, milli səviyyədə istiqamətverici təşkilatların qurulması, bankcılıq və mali sahələrdə keçiş planlarının qəbul edilməsi nəzərdə tutulmuşdu. Həm AMB, həm də Milli Mərkəz Bankaları Mərkəz Bankı Müstəqilliyi prinsipi ilə hərəkət edirlər. Milli Mərkəz Bankları vahid pul vahidinin tətbiq edildiyi regiondakı pul siyasətinin yaradılmasında və həyata keçirilməsində aktiv bir şəkildə iştirak ettikləri üçün, Mərkəz Bankı Müstəqilliyi prinsipi Avropa Valyuta İttifaqı üçün önəmlidir. 2.2.2. Üzv Ölkələr Üzv Ölkələrin sayı 11 olaraq təsbit edilmişdir. 2001-ci ilin əvvəlində Maastrich Şərtlərinə uyğunlaşma göstərən Yunanistanın da birliyə daxil olması ilə üzv ölkələrin sayı 12 olmuşdur. Bu ölkələr Almanya, Fransa, Belçika, Hollandiya, Lüksemburg, İrlandiya, İspanya, Portugaliya, İtalya, Yunanistan, Finlandiya və Avstriyadır. 15 Avropa İttifaqı ölkəsindən İngiltərə və Danimarka, öz istəkləri ilə vahid pul regionuna daxil olmamışlar.isveç ise uyum şərtlərini yerinə gətirmədiyi üçün alınmamışdır. Xaricdəkilər (pre-ins) olaraq adlandırılan bu ölkələr, Avro yerinə öz valyutalarını işlədirlər. Bu ölkələrin valyutaları ilə Avro arasındaki əlaqə, yeni valyuta kursu mexanizması (ERM2) ilə tənzimlənmişdir. 1 Yanvar 1999-cu ildə qüvvəyə minən ERM2-nin məqsədi, Avroya daxil olan və içəridəkilər ilə xaricdə qalanların valyutaları arasında istiqrarı meydana gətirməkdir. 2.2.3. Avronun Məzənnəsinin Müəyyən edilməsi Avronun milli pullar qarşısındakı dəyəri 31.12.1998-ci il axşamı, Avropa Pul Sistemi içindəki milli pullar arasındakı mövcud ikili mərkəzi kurslar və ECUnun 31.12.1998-ci il tarixli kursu ilə üzv ölkə valyutalarının ABŞ Dolları qarşısındakı kursu diqqətə alınaraq, Avropa Mərkəz Bankı və Milli Mərkəz Bankaları arasında telekonferans sistemi ilə müəyyənləşdirilmişdir. Bu şəkildə müəyyənləşdirilən və 01.01.1999-cu il tarixindən etibarən qüvvədə olacaq sabit 9 Birgül HAMEVİOĞLU, Euro ya Neler Oluyor, http://www.kirimdernegi.org.tr/euro.htm. 8

dönüşüm kursları AB Komisyonu tərəfindən təsbit edilən metoda görə hesablanaraq elan edilmişdir. Qısaca 31.12.1998-cu il tarixinə qədər; -Üzv ölkələr müəyyən edilmiş, -Avropa Mərkəz Bankaları Sistemi qurulmuş və Avropa Mərkəz Bankı Frankfurtda faaliyyətə başlamış, -Avropa Pul Sistemi çərçivəsindəki ikili mərkəzi kurslar sabitləşdirilərək, Avronun milli pullar qarşısındakı sabit dönüşüm kurslarının hesabında işlədiləcək metod müəyyən edilmişdir. -Avro banknot və pullar basılmağa başlanmış, -Avroya keçişlə əlaqəli AB mevzuatı hazırlanmışdır. 2.3. Üçüncü Mərhələ (1 Yanvar 1999/1İyul 2002) 01.01.1999-cu ildə başlayan üçüncü mərhələ, müstəqil bir Avropa Mərkəz Bankı qurulması və pul siyasətinin yaradılması məsuliyyətinin bu quruluşa tapşırılmasına, ayrıca vahid pul tətbiqediləbilməsinə başlanmasına yönədilmişdir. 01.01.1999-cu il tarixində üzv ölkə valyutaları və Avro arasındakı sabit dönüşüm kursları müəyyənləşdirilmiş və Avropa Mərkəz Bankı tərəfindən elan edilmişdir. 1 Yanvar 1999-cu il tarixində Avro, hesab pul vahidi olaraq istifadəyə başlamışdır. (Məcburiyyət yox Məhdudiyyət yox (no compulsion / no prohibition) nəzəriyyəsinə görə istəyən Avro istifadə etmiş, istəyən öz milli pul vahidinin istifadəsinə davam etmişdir. Valyuta Birliyə üzv ölkələrin pul vahidləri, Avronun alt pul vahidi (subdenomination) olaraq istifadə edilmişdir. Milli pul vahidləri ilə bağlanmış müqavilələr, bu 3 illik (1 Yanvar 1999 və 1 Yanvar 2002) keçid müddətində Müqavilələrin fasiləsizliyi nəzəriyyəsi çərçivəsində davam etmişdir. Ancaq, 1 Yanvar 1999-cu il tarixindən etibarən ixrac edilən dövlət borclanma istiqrazları və sərmayə bazarında əməliyyat görən qiymətli kağızların Avro cinsindən əməliyyat aparması məcbur edilmişdir. İstifadə Olunan Faiz Nisbətləri: 9

Valyuta Birliyində istifadə olunan faiz nisbətləri isə Eurobor, Eurolibor və Eonia olmuşdur 10 : EURIBOR (The Euro Interbank offered rate) : 57 bankın iştirakı ilə, Avro cinsindən banklar arası müddətli hesablar üçün uyğun olan 360 gün əsası üzərindən hesablanacaq spot faiz nisbətidir. EUROLIBOR (London Interbank offered rate) : İngiltərə banklar İttifaqı tərəfindən açıqlanacaq və 360 gün əsası üzərindən hesablanacaq London banklararası Avro faiz nisbətidir. EONIA (Euro Overnight Index Average) : 57 bankın iştirakı təyin olunacaq və Avro sahəsində qüvvədə olan faiz nisbətidir. 01.01.1999-cu il tarixindən etibarən, Avro hesab pulu olaraq (hesabən) istifadəyə girdiyindən, Avro cinsindən akreditif və valyuta tevdiat hesabı açılmağa başlanmışdır. 2.4. Keçişin Tamamlanması Avroya keçəcək ölkələrin mərkəz bankları və mali qurumları ilə mərkəzi Brüsseldə yerləşən Avropa Mərkəz Bankı, 2000-ci ilin başından etibarən Avro üçün hazırlanmışdılar. 2002-ci ilin başına qədər, metal olaraq 70 milyard, kağız pul 15 milyard Avronun 12 ölkənin təxminən 200 min pul paylama məntəqələrinə çatdırılması hədəflənmişdir. 1 Yanvar 2002-ci il tarixindən etibaren də Avro effektif olaraq istifadəyə başlandı 11. Bu tarixdən etibarən 12 ölkənin pul vahidinin Avroya çevrilməsi, 31 Dekabr 1998 tarixində sabitlənən kurs üzərindən işləməyə başlandı. II. Dünya Müharibəsindən indiyə qədər həyata keçirilən ən böyük məntiqi əməliyyat ilə ölkə mərkəz banklarından kommersiya banklarına paylanmağa, burdan da ATM və ticarət mərkəzləri kanallarıyla əhaliyə çatdırılmağa başlanmışdır. 1 Mart 2002-ci ildən etibaren Eurozone ümumiyyətlə istifadədə olan pul vahidi Avro ikən, "ikili tədavül prosesesi" olaraq adlandırılan 1 Yanvar-1 Mart 2002 dövründə milli pullar qəbul edilməyə davam etdi. Bu tarixdən sonra milli pullar tədavüldən qalxarkən valyutaların dəyişməsi ancaq banklar kanalıyla həyata keçirilməkdə idi. Ümumi prinsip, 12 ölkənin mərkəz banklarının milli banknotları minimum 10 il, metal valyutaları isə minimum 2 il komisyon almadan dəyişdirməsi şeklində 10 Bkz: Avropa İttifaqı Terimler Sözlüğü, Avropa İttifaqı Genel Sekreterliği, http://www.abgs.gov.tr/turk- AB/para_terimler.htm. 11 Euro ya Dönüş Zamanı, Active Bankacılık ve Finans Dergisi, S.21, http://www.activefinans.com/activeline/sayi21/euro.html; Euro Geliyor, Power Ekonomi Dergisi, Kasım- 1998, ss.54-74. 10

olub; ticari banklar da komisyon tələb edərək milli valyutaları dəyişdirməyə davam edəbiləcəklər. Bu çərçivədə, Finlandiya, Fransa, İtaliya və Yunanistan Mərkəz Bankları öz milli valyutalarının tədavüldən qaldırılmasından sonra 10 il, Portuqaliya Mərkəz Bankı 20 il, Hollandiya Mərkəz Bankı 1 Yanvar 2032-ci il tarixinə qədər, digər ölkələrin Mərkəz Bankları ise vaxtsız olaraq milli valyutalarını Avroya çevirəcəklər 12. NƏTİCƏ Avro, 1952-ci ildə Avropa Kömür və Polad Topluluğunun qurulması ilə Qərbi Avropada başlayan iqtisadi bloklaşma hərəkətinin son mərhələsi olan İqtisadi və Valyuta Birliyinin müştərək puludur. 1 Yanvar 1999-cu il tarixindən bəri hesabən işlədilməyə başlanan Avro, 1 Yanvar 2002-ci il tarixindən etibarən, 28 Fevral 2002-ci il tarixinə qədərki keçiş dönəmindən sonra, artıq İqtisadi və Valyuta Birliyinə üzv 12 AB üzvü ölkənin milli pul vahidlərinin yerini almışdır. Valyuta birliyi ilə, mal, xidmət, sermaye və işgücünün sərbəst hərəkət edə bildiyi vahid bazarın daha dayanıqlı və istiqrarlı olması gözlənilməktədir. Avroya keçişin təsiri, təkcə üzv ölkələrdə deyil, AB ilə iqtisadi əlaqələri olan digər ölkələrdə də hissediləcəkdir. Çox işlədildikcə, Avro beynəlxalq bir rezerv pul olma xüsusiyyəti qazanacaq və digər ölkə valyutaları qarşısında öz dəyişim kursuna sahib olacaqdır. AMB, Avronun beynəlxalq sahədə qəbul edilən istiqrarlı bir pul statusu qazanması məqsədi ilə, üzv ölkələrdə qiymət istiqrarına olduqca çox əhəmiyyət verməkdədir. Bu məqsədlə alınan önləyici tədbirlər isə işsizlik probleminə yol açmaqdadır. Avropa İttifaqının iqtisadi və valyuta inteqrasiya yönündə olduqca əhəmiyyətli bir addım olaraq, müştərək pul vahidi Avroya keçməsinin təsirləri təkcə pul birliyinin 12 üzv ölkəsində deyil, eyni zamanda AB ilə iqtisadi və siyasi münasibətləri olan bütün ölkələrdə də hiss ediləcəkdir. Böyük və iqtisadi olaraq əhəmiyyətli bir bölgənin formalaşdırılması, beynəlxalq pul sistemini və dünyanın finans bazarlarındakı gözləmələrə əhəmiyyətli ölçüdə təsir edəcəkdir. Çünki vahid 12 Durmuş Yılmaz, Euro ya Geçiş, Dergisi, Kasım-2001, http://www.tisk.org.tr/isvədərg/112001/euroyag.htm. 11

pul vahidi Avroya keçiş, Valyuta Birliyinə daxil olan ölkələrin iqtisadi siyasət rejimlerində köklü bir dəyişiklik mənasına gəlir. Valyuta Birliyi sahəsində tətbiq ediləcək siyasətlər, İttifaqı meydana gətirən ölkələrin böyüklükləri, global iqtisadiyyata yüksək inteqrasiya dərəcələri ilə dünya istehsalı və beynəlxalq ticarətdə paylarının yüksək olması səbəbi ilə dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edəcəkdir. İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT A. Can Tuncay, 21. Yüzyılın Eşiğindeki Dev Oluşum: Euro ve Muhtemel Etkileri, Çimento İşveren Dergisi, S.1, C.13, Ocak-1999, ss.22-27. A. Haydar Bayar, "Avropa Para İttifaqı'nin Önemi", İKV Dergisi, Sayı:140, Ocak-Nisan, 1998, ss.32-33. A.Yavuz Ege, Euro nun Xarici Ticaretimiz Üzerindeki Muhtemel Etkileri, İktisat İşletme ve Finans Dergisi, Ocak-1998, ss.7-11. Avropa İttifaqı ve VahidParası: Euro, Türkiye Odalar ve Borsalar İttifaqı Yayınları, http://www.tobb.org.tr/euro/abeuro.html. B. Erbil, "VahidPara ve İqtisadi Valyuta Birliyin Son Merhelesine Geçişin Muhtemel Etkileri", İKV Dergisi, Sayı:140, Ocak-Nisan, 1998, ss.21-31. Baki Alkaçar, Türk Xarici Ticareti Nezer nöqtesinden Euro:Fırsatlar ve Darboğazlar, Xarici Ticaret Dergisi, Ocak-2000, http://www.dtm.gov.tr/ead/dtdergi/ocak2000/euro.htm Birgül Hamevioğlu, Euro ya Neler Oluyor, http://www.kirimdernegi.org.tr/euro.htm. Burak Bensin, Euro Money, http://www.angelfire.com/on/fifa/. Camille Linson, The Launch of the Euro, http://www.intcounselor.com/artdisplay.cfm?id=15. Coşkun Can Aktan, Utku Utkulu ve Selehattin Togay, Nasıl Bir Para Sistemi, İstanbul: İMKB Yayını, 1998. Durmuş Yılmaz, Euro ya Geçiş, İşveren Dergisi, Kasım-2001, http://www.tisk.org.tr/isvederg/112001/euroyag.htm. Emine Bilgili, Euro ve VahidBazar, Xarici Ticaret Dergisi, Temmuz-1999, http://www.dtm.gov.tr/ead/dtdergi/temmuz99/eurove.htm. Euro Dönüşüm Hazırlıkları, Türkiye Bankalar İttifaqı Yayınları, İstanbul, Haziran-2001. 12

Gazi Erçel, Effects of the Euro on Emerging Market Economies: The Turkish Case, The Royal Institute Of International Affairs Chatham House, London, 10 June 1998. http://www.tcmb.gov.tr/yeni/evds/konusma/ing/1998/effect1.html Gazi Erçel, Effects of the Euro on the Banking and Capital Markets, Dünya Gazetesi, Euro Meeting, İstanbul, 27 November 1998. http://www.tcmb.gov.tr/yeni/evds/konusma/ing/1998/euroon.html Gazi Erçel, The Role of the Euro from the Turkish Standpoint, BIS Review, 109/2000, ss.1-3. Halil Seyidoğlu, Uluslararası Finans, Güzem Yayınları, İstanbul, 2001. Halil Seyidoğlu, Uluslararası İktisat, Güzem Yayınları, İstanbul, 2001. Mehmet Özkan, Euro nun Etkileri, Export Dergisi, Ekim-2001, s.10. Mete Bilgiç, İqtisadi ve Valyuta Birlik ve Euro nun İqtisadi Etki ve Sonuçları, Finans Dünyası, Kasım-1999. http://www.kobinet.org.tr/kosgebabm/yayinlar/euro.html.. Michael B. Devereux-Charles Engel-Cedric Tille, Exchange Rate Pass-Through and the Welfare Effects of the Euro, International Economic Review, Vol.44, No.1, February 2003, ss.223-242. Nahit Töre, Euro "Sağlam ve Güvenilir" Bir Beynelxalq Para Birimi Olabilir mi?, İşveren Dergisi, Kasım-2001, http://www.tisk.org.tr/isvederg/112001/eurosag.htm. Pınar Özbay, Avropa Para İttifaqı ve Euro, TCMB Tartışma Tebliği No:9702, Eylül 1997. Richard Willsher, Euro-Ready, Financial World, http://www.richardwillsher.com/?p=articles:euro:euro-ready Robert Solomon, The Birth of the Euro and Its Effects, The Brown Journal of World Affairs, Volume VI Issue2, Summer/Fall 1999, ss.141-148. Robert Solomon, International Effects of the Euro, January-1999, Samuel Brittan A Case for Currency Freedom, New Economy, 06/03, http://www.samuelbrittan.co.uk/text151_p.html The Euro: Our Currency, http://europa.eu.int/euro/entry.html Tunay İnce, "Euro'nun Türk Ekonomisine Muhtemel Etkileri", İşveren Dergisi, Kasım-2001, http://www.tisk.org.tr/isvederg/112001/euronun.htm. Euro Geliyor, Power Ekonomi Dergisi, Kasım-1998, ss.54-74. Euro ya Dönüş Zamanı, Active Bankacılık ve Finans Dergisi, S.21, http://www.activefinans.com/activeline/sayi21/euro.html. http://www.euro.ecb.int/ 13