K U R S I Ş I Mövzu: Turbo Pascal proqramlaşdırma dilinin riyazi məsələlərin həllinə tətbiqi

Benzer belgeler
MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Kompüter (computer) verilənləri emal etmək üçün istifadə edilən proqramlaşdıra bilən elektron qurğu.

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

1616 az-s Düz cavab a) variantı. 1. #1616#01#01#01 Müasir hesablama və informasiya hesablama sistemlərinin

MÜNDƏRİCAT . SADƏ PROQRAMLAR... 9

Allahverdiyeva N.R., Namazov M.B. C dilində proqramlaşdırma MÜNDƏRİCAT

«AZƏRBAYCAN HAVA YOLLARI» QAPALI SƏHMDAR CƏMİYYƏTİ MİLLİ AVİASİYA AKADEMİYASI. Aerokosmik informasiya sistemləri

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Ana kart (Motherboard)

CMD (COMMAND PROMPT) pəncərəsinin əmrləri

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

Marketinq. Mehdiyev Əkbər

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Access proqram paketinin əsas funksional imkanları. İnterfeysin ümumi quruluşu Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Nisbətin düstura görə seçilməsində hansı müqayisə əməliyyatlarından. Nisbətin düstura görə seçilməsində hansı məntiqi əməliyyatlarından

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Mühazirə 1.2. : MsExcel TPS-in interfeysilə ilk tanışlıq

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI

Mündəricat. BÖLMƏ 1. C# proqramlaşdırma dili... 3 C# proqramlaşdırma dilinə giriş... 3

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

Mövzu 2: Kompyuterin texniki əsaslari.kompyuterin arxitekturasi.

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Zeynalova Sevinc III kurs

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

4. Xarici yaddaş qurğuları

İNFORMATIKA FƏNNININ PREDMETI KOMPÜTERIN QURĞULARI...

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

1. Universitetin adı ADAU. 3. Kafedra: Aqrar Fizika və riyaziyyat. 4. Fənn: Riyaziyyat. 5. Mühazirəçi: t.e.n. dosent. Bağırlı David Veysəl oğlu

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

DATA MİNİNG-onun tətbiq sahələri

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

GİRİŞ SQL Verilənlər Bazası İdarəetmə Sistemləri: SQL verilənləri tanitma dili Əsas verilən tipləri:

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

MÖVZU:Kompüterlər arasında qarşılıqlı fəaliyyətin yaradılmasında istifadə olunan protokollar stekləri

İnformasiya məhsullarını Beynəlxalq bazarı

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

Sosial Xərc Müştəriləri Üçün Xərclərin Ödənilməsinə İmkan Verən Kommunal Xidmət Tariflərinin Müəyyənləşdirilməsi Metodları

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

magistrol.blogspot.com

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Microsoft Access. Fakültə: Qrup: Kafedra müdiri: Müəllim: Tələbə:

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

2014-cü ilin üçüncü rübünün nəticələri

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 2 -li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Acronis True Image Home 2012

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

1.1. «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə tələbələr arasında I

Sabancı Universiteti

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Transkript:

Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərb Universiteti 1 Fakültə: Kompüter elmləri və Dizayn Kafedra: Riyaziyyat və kompüter texnologiyaları İxtisas: İnformasiya texnologiyaları sistemləri və mühəndisliyi Fənn: Kompüter texnologiyaları və proqramlaşdırma K U R S I Ş I Mövzu: Turbo Pascal proqramlaşdırma dilinin riyazi məsələlərin həllinə tətbiqi Tələbə: Nağıyev İsmayıl Rəhbər: dos.r.c.hacıyeva Kurs: 1. Qrup 220. Imza: Imza: Bakı 2011

2 MÜNDƏRİCAT GIRIŞ.................................................................3 FƏSIL 1.Xətti alqoritmik strukturlar......................................4 1.1. Alqoritmik dillər.....................................................5 1.2. Proqramlaşdırma dilləri............................................... 7 1.3. Xətti alqoritmik struktur...............................................9 FƏSIL 2. Budaqlanan alqoritmik strukturlar.............................. 10 2.1 Turbo Pascal dilində sabit və dəyişənlər,onların tipləri.......................10 2.2. Budaqlanan alqoritmik struktur.........................................12 FƏSIL 3. Dövri alqoritmik strukturlar....................................13 3.1 Dövri alqoritmik strukturlar............................................13 3.2 Dövri strukturlu alqoritmlərin proqramlaşdırılması..........................16 Nəticə................................................................ 24 İstifadə olunmuş ədəbiyyat...............................................25

PLAN 3 1. x 2,457; y 0,435; 3, 548 z olduqda 2sin x 5 a ; 1 cos 2 z 3 proqram tərtib edin. 2 y b 1 ; 2 z ifadələrinin hesablanması üçün blok-sxem çəkin və 2 3 2 cos x 2 1 x 2 2. y arctgx ln x 2,5 x 1 1 x 1 olduqda x 1 funksiyasının hesablanması üçün blok-sxem çəkin və proqram tərtib edin. x 2x 3. y 2 2 x x 1 3x funksiyasının [0,1] parçasında 0,01 addımı ilə qiymətlər cədvəlini tərtib etmək üçün blok-sxem çəkin və proqram tərtib edin.

4 GİRİŞ Pascal dili, 1968-1970-ci illərdə İsveç ali politexnik məktəbinin informatika institutunun direktoru professor Niklaus Virt tərəfindən tələbələrin proqramlaşdırmanı öyrənməsi məqsədilə işlənib hazırlanmışdır. Pascal proqramlaşdırma dili 1971-ci ildə akademik ətraflara strukturca proqramlaşdırma anlayışını tanıtmaq üçün Niklaus Virth tərəfindən inkişaf etdirilmiş (Dilin yaradıcısı, dilə riyaziyyatçı və filosof Blaise Pascalın adını vermişdir) və bu dil qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir. Kurs işinin strukturu giriş, 3 fəsil, nəticə və 15 adda istifadə olunmuş ədəbiyyatdan təşkil olunmuşdur. Birinci fəsil Xətti alqoritmik strukturlar 3 mövzudan ibarətdir. Ikinci fəsil Budaqlanan alqoritmik strukturlar 2 mövzudan ibarətdir. Üçüncü fəsil Dövrü alqoritmik strukturlar 2 mövzudan ibarətdir. Girişdə kurs işinin aktuallığı məqsədi və Turbo Pascal proqram dili haqqında məlumat verilmişdir. Turbo Pascal proqramlaşdırma dilinin riyazi məsələlərinin həllinə tətbiqində alqoritm anlayışından da istifadə olunur. Alqoritm anlayışının özü riyaziyyatın fundamental anlayışıdır. Pascal dilinin başlanğıc variantı məhdud imkanlara malik idi, indi isə yəni onun genişləndirilmiş forması daha böyük imkanlara malikdir. Pascal dili fransız alimi Blez Pascalın şərəfinə adlandırılmışdır. B.Pascal 1642-ci ildə birinci mexaniki hesablama maşını icad etmişdir. Pascalın maşını toplama maşını idi. Translyatorlar iki yerə bölünür interpretatorlar və kompilyatorlar: 1. İnterpretator proqramı sətirbəsətir tərcümə edir və yerinə yetirir. 2. Kompilyator proqramı bütövlükdə tərcümə edir, sonra isə yerinə yetirir.

FƏSİL 1.XƏTTI ALQORITMIK STRUKTURLAR 5 1.1. Alqoritmik dillər Komputer istehsalının ilk dövründə proqramlar maşın dilində yazılırdı. Maşın dili komputerin başa düşdüyü kodlarla ifadə olunmuş əmrlərdən ibarət olub, konkret komputerin arxitekturasından asılı idi. Hər bir əmrdə umumi şəkildə, aparılacaq əməliyyatın məzmunu haqqında məlumat,üzərində maşın əməliyyatı aparılacaq başlanğıc verilənlərin yerləşdiyi yer-ünvan, nəticənin ünvanı və bu əmrdən sonar yerinə yetiriləcək əmr haqqında məlumat verilirdi. Maşın kitab, qəzet, jurnalların və digər nəşr məhsullarının hazırlanmasında geniş istifadə olunur. Bu tip proqramlara misal olaraq Adobe PageMarker, QuarkXpress proqramlarını gostərmək olar. Adətən, mətnlər mətn redaktorlarının birində yığılır, sonra yuxarıda sadalanan proqramların biri vasitəsilə tərtibat işləri yerinə yetirilir. Dilində proqramların yaradılması və onların komputerdə yerinə yetirilməsi kifayət qədər murəkkəb və vaxt aparan idi. Bu səbəbdən komputer texnologiyasının inkişafının sonrakı mərhələsində təbii dilə daha yaxın olan simvolik dillər yarandı. Belə ki, ikinci nəsil komputerlərin yaranması, konkret maşının yox, qoyulmuş məsələnin xususiyyətlərindən asılı olan dillərə ehtiyac yaratdı. Bu dillərə formal dillər və ya sadəcə alqoritmik dillər deyilir və bir sıra üstünlüklərə malikdir. Bu dillər əyani olub,onlarla ixtiyari alqoritmi asanlıqla ifadə etmək mümkündür. Alqoritmik dillər alqoritmin birqiymətliliyini, mürəkkəb alqoritmin daha sadə alqoritmlərin vəhdəti şəklində ifadə edilməsini təmin edir. Elektron hesablama maşınında (EHM) istənilən məsələnin həlli aşağıdakı mərhələlər ardıcılığı ilə aparılır. 1. məsələnin qoyuluşu. 2. həll alqoritminin yaradılması 3. hər hansı proqramlaşdırma dilində ilkin proqramın tərtibi 4. ilkin proqramın maşın dilinə tərcüməsi və redaktə edilməsi 5. işçi proqramın sazlanması 6. işçi proqramın icrası və nəticələrin alınması

6 7. nəticələrin təhlili. Məsələnin müvəffəqiyyətli həlli onun düzgün qoyuluşundan çox aslıdır. Məsələnin qoyuluşu sadə halda aşağıdakıları nəzərdə tutur: ilkin verilənlərin siyahısı, onların tipi, dəqiqliyi və ölçüləri; dəyişənlərin dəyişmə hədləri, başlanğıc və sərhəd şərtləri; nəticələrin siyahısı, onların tipi, dəqiqliyi və ölçüləri; məsələnin həllini təmin edən hesabat düsturları və tənlikləri. Bu mərhələdə müəyyən sinif məsələlər üçün onların riyazi formalaşdırılması da aparılır, yəni tədqiq edilən prosesin baxılan halda əlverişli olan formal dildə, fortmatda riyazi modeli qurulur, bəzi riyazi və mühəndis məsələləri üçün ədədi hesablama üsulu seçilir və yaradılır. Mühəndis hesabatlarında rast gələn əksər məsələlərin həlli üçün ədədi hesablama üsulları yaradılmalıdır. Bəzi məsələlərin həlli üçün bir neçə üsul mövcuddur. Bu və ya digər həll üsulunun seçilməsi bir tərəfdən məsələnin qoyuluşundakı tələblərdən, digər tərəfdən isə EHM-in və proqram vasitələrinin ədədi həll üsulunun reallaşdırılmasına qoyduqları tələblərdən asılıdır. Alqoritm məsələnin həll yoludur, başqa sözlə məsələnin həllini təmin edən formal qaydalar sistemidir. Məsələnin EHM-lə həlli baxımından alqoritm axtarılan cavabaların alınması üçün məsələnin verilənlərin üzərində icra olunan hesabi və məntiqi əməliyatlar ardıcılığıdır. Hesablama mərhələləri arasında mövcud olan məntiqi əlaqələr bu və ya digər əlaqəni əks etdirən şərtin yoxlanması və yoxlamanın nəticəsinə görə bu və ya digər hesablama yolunun seçilməsini təmin edən məntiqi əməliyyatlar vasitəsilə həyata keçirilir. Həll alqoritminin tərtibi məsələni ardıcıl yerinə yetirilən mərhələlərə bölmək deməkdir. Bu zaman əvvəlki mərhələlərin nəticələri sonrakı mərhələlərdə istifadə oluna bilər. Əsas şərt ondan ibarətdir ki, hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilməsi qaydası müəyyən olunmalıdır. Bu alqoritimin müəyyənlik xassəsini təşkil edir. Bundan əlavə alqoritm nəticəlik və kütləvilik xassələrinə də malik olmalıdır. Alqoritim əyani, yığcam və standart vasitələrlə təsviri böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə təbii dildən, sxem üsulundan və alqoritmik dildən istifadə olunur.

7 Başlanğıc və sonu bloku Daxil etmə bloku Hesablama və ya əməliyat bloku Şərt bloku Dövr bloku Çap bloku 1.2. Proqramlaşdırma dilləri Müxtəlif təyinatlı məsələlərin müasir kompüterlərdə həll olunması üçün standart proqramlar və tətbiqi proqramlar paketlərinin tətbiqi ilə yanaşı hazırda istifadəçi tərəfindən hazırlanmış proqramlardan istifadə də xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, istifadəçinin tərtib etdiyi proqramlar proqramlaşdırma dillərinin köməyi ilə həyata keçirilir. Proqram - proqramlaşdırma dilinin əmrləri, funksiyaları və operatorlarının köməyi ilə tərtib olunmuş xüsusi yazılışlar ardıcıllığıdır. Qeyd etmək lazımdır ki, proqramlaşdırma dillərinin yaranma tarixi və inkişafı EHM-larının yaranma tarixi ilə sıx əlaqədar olmuşdur. Kompüterə daxil ediləcək əmrlər danışıq dilinə yaxın xüsusi dillərdə yazılır. Belə dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dillərinin də adi dillərdə olduğu kimi əlifbası, lüğəti, tərkibi və sintaksisi var. Adi dillərdən fərqli olaraq proqramlaşdırma dilində ən çoxu bir neçə yüz söz olur, sözlərin çoxmənalılığına yol verilmir, yalnız bir məna daşıyır. Proqramlaşdırma dilləri çoxdur. Onlar aşağı və yüksək səviyyəli dillərə bölünür. Aşağı səviyyəli dillərə maşın dili və assembler dili aiddir. Bu dillər istifadə

8 edildiyi maşının tipindən asılı olduğundan maşın yönümlü dillər adlanır. Maşın dillərindən istifadə hazırda geniş yayılmamışdır. Belə ki, bu cür dillərdən istifadə edilməsi xüsusi hazırlıq və bacarıq tələb edir. Bu proqramlarla adətən peşəkar proqramçılar məşğul olurlar. Maşın dilində proqramın tərtibi olduqca çox zəhmət tələb edir, sonradan oxunması çətin olur. Başqa çatışmamazlığı ondan ibarətdir ki, eyni bir alqoritmin müxtəlif kompüterlərdə yerinə yetirilməsi üçün müxtəlif proqramlar yaratmaq lazım gəlir. Hal-hazırda maşın kodundan istifadə olunmur və kompüter üçün proqram hər hansı proqramlaşdırma dillərinin birində tərtib olunur. Proqramlaşdırma dilləri bir qayda olaraq, verilənlərin təsviri, hesabi operatorlar, dövrün təşkili və idarəedici vasitələr, informasiyanın daxil və xaric olunma vasitələri ilə təmin olunub. Dillərin çoxunun proqramın tərtibində oxşar prinsipdən istifadə etməsinə baxmayaraq, onların sintaksisi müxtəlifdir. Yüksək səviyyəli proqramlaşdırma dilləri (alqoritmik dillər) isə müxtəlif tipli maşınlarda istifadə edilə bilər. Alqoritmik dillər maşın dillərinə nisbətən daha sadə olub, geniş istifadəçi kütləsini əhatə edir. Proqramlaşdırma dillərində əmrlər operatorlar və ya təlimat adlanır. Hər hansı alqoritm üçün tərtib olunan bu cür əmrlər ardıcıllığı ilkin proqram və ya sadəcə ilkin mətn adlanır. Ilkin mətn çevirici proqram (translyator) vasitəsilə çevriləndən sonra icra olunur. Proqramlaşdırma dilləri də öz növbəsində interpretator və kompilyatorla işləyən dillərə bölünürlər. İnterpretatorla işləyən dillərdə proqram tərtib edildikdə hər yeni proqram sətrinin daxil edilməsi zamanı həmin sətirdə səhvin olub-olmadığı yoxlanılır və əgər səhv olarsa yerinə yetirmə avtomatik olaraq dayandırılır. Kompilyatorla işləyən dillərdə isə proqram mətni tam daxil edildikdən sonra mövcud səhvlər haqqında məlumat verilir. Səhvlərin göstərilən nömrə və izahatlarına əsasən onlar uyğun şəkildə aradan qaldırılır. Alqoritmik dillərə FORTRAN, PL, Ada, C, Modula-2, COBOL, BASİC, Pascal və s. dillərini aid etmək olar. Maşın dillərinə isə ASSEMBLER tipli dilləri aid etmək mümkündür. Biz alqoritmik dillərdən biri olan Paskal dilinin Turbo Paskal 7.0 versiyası ilə tanış olacağıq. Bu dil 1984-cü ildə

9 Borland İnternational şirkəti tərəfindən yaradılmışdır. Dilin Turbo Paskal 5.0 variantı 1988-ci ildə, Turbo Paskal 7.0 variantı isə 1992-ci ildən istifadə edilir. 1.3.Xətti alqoritmik struktur Tərkibində məntiqi və dövri mərhələ olmayan mərhələlər ardıcıllığında təşkil olunur. Xətti alqoritm elə alqoritmdir ki, bu alqoritmi təşkil edən blokların hamısı növbə ilə yerinə yetirilir. Məsələn, y a b x funksiyasının qiymətinin bir nöqtədə hesablanması. Təbii danışıq dilində bu funksiyanın qiymətinin hesablanması alqoritmini aşağıdakı kimi yazmaq olar. 1. Proqramın başlanğıcı 2. a,b,x-verilənlərini daxil etməli 3.y=a+b*x funksiyasının qiymətinin hesablamalı. 4. Nəticəni çap etməli. 5. Son. Bu alqoritmin blok-sxemi aşağıdakıdır. Başlanğıc a,b,x y=a+bx y Son FƏSİL 2. BUDAQLANAN ALQORITMIK STRUKTUR

10 2.1. Turbo Paskal dilində sabit və dəyişənlər, onların tipləri Turbo Paskal dilində sabit və dəyişənlərin proqramda istifadəyə qədər tipləri müəyyən olunmalıdır. Verilənlər, başqa sözlə sabit və dəyişənlər 5 əsas tipə bölünürlər: 1. sadə tiplər; 2. struktur tipi; 3. göstərici tipi; 4. sətir tipi; 5. prosedura tipi. Öz növbəsində sadə tiplər: nizami tiplərə və həqiqi tipə bölünürlər. Nizami tiplər aşağıdakılardır: tam tip; məntiqi tip; simvol tipi; sadalanan tip; diapazon tipi. Struktur tipli verilənlərin isə aşağıdakı növləri mövcuddur: massivlər; yazılar; çoxluqlar; fayllar. - tam tiplər Tam dəyişən və sabitləri təsvir etmək üçün beş tip mövcuddur ki, onlar aşağıdakılardır: işarəli qısa tam (Shortint), İşarəli tam ( integer), İşarəli uzun tam (longint), İşarəsiz qısa tam (Byte), İşarəsiz tam (Word) Məsələn, A, B, C, D dəyişənləri Var A, B: integer; C, D : byte: kimi elan edilibsə, onda A və B dəyişənləri yaddaşda 2 baytlıq yer tutaraq -32768-dən +32768-ə qədərki aralıqda qiymət ala bilərlər, C və D dəyişənləri isə yaddaşda 1 baytlıq yer tutaraq 0-dan 255-ə qədərki aralıqda qiymət ala bilərlər. Məntiqi tipli verilənlər BOOLEAN kimi elan edilir və onların ala biləcəyi qiymətlər FALSE (yalan) və ya TRUE (doğru) ola bilər. Sadalanan tip elan edilərkən, dəyişənin ala biləcəyi qiymətlər mötərizədə göstərilməlidir. Məsələn, Type

11 İxtisaslar= (menecment, marketinq, mühasibat uçotu, informasiya sistemləri, iqtisadçı-mühəndis); Bu o deməkdir ki, İxtisaslar adlı identfikator proqram daxilində mötərizədəki 5 ixtisasın adlarından birini ala bilər. Simvol tipli verilənlər CHAR tipi kimi göstərilir. Bu tipə aid olan sabit və dəyişənlərin qiymətləri dırnaq arasında verilir: məsələn X= a. Qeyd etmək lazımdır ki, hər bir simvola 0..255 arasında bir ədəd kod kimi uyğundur. 0..31 arasındakı kodlar xidməti kodlardır. Əsas simvollara (klaviaturaya uyğun simvollara) uyğun kodlar 32.. 127 arasılığında yerləşir. Məsələn 4 rəqəminin simvol kodu 52, A hərfinin simvol kodu 65, a hərfinin (kiçik və baş hərflərin kodları fərqlidir) simvol kodu 97- dir. -həqiqi tiplər. Bu qrupa beş birqat dəqiqlikli həqiqi (Single), həqiqi (real), ikiqat dəqiqlikli həqiqi (Double), yüksək dəqiqlikli həqiqi (Extended), tam həqiqi formatda (comp) tiplər daxildir. Qeyd edək ki, COMP tipindən böyük tam ədədlərlə işləmək məqsədilə də istifadə etmək mümkündür. Turbo Paskal dilində riyazi funksiyalarla işlədikdə ən çox tam tipli verilənlər üçün İNTEGER, həqiqi tipli verilənlər üçün isə REAL tipləri istifadə edilir. Qeyd edək ki, istifadəçi özü də yeni tiplər müəyyənləşdirə bilər. Yəni əvvəldə tipi verilən sabit və ya dəyişəni sonra yeni dəyişənin tipi kimi göstərə bilər. Bu halda mütləq TYPE sözü yazılır, sonra isə dəyişənlərin siyahısı və tip kimi qəbul edilən artıq elan olunmuş dəyişən ümumi qaydalara uyğun verilir.

12 2.2.Budaqlanan alqoritmik struktur Tərkibində bir və ya bir neçə məntiqi mərhələ olan hesablama prosesinin təsvir edir. Hər bir budaqlanma nöqtəsi uyğun məntiqi mərhələ ilə təyin edilir. Budaqlanan alqoritmə elə alqoritmə deyilir ki, şərtdən aslı olaraq, alqoritmi təşkil edən blokların bəziləri yerinə yetirilir, bəziləri yox. Məsələn, a b, y a b, eger eger a b a b Başlanğıc a,b yox a>b hə y=a-b y=a+b y Son

13 FƏSİL 3. DÖVRI ALQORITMIK STRUKTUR 3.1.Dövri alqoritmik strukturlar Təcrübədə çox rast gələn dövri hesablama prosesində məsələnin(və ya onun bir hissəsinin) həlli eyni hesablama düsturları ilə dəyişənlərin müxtəlif qiymətləri üçün bir neçə dəfə təkrarən hesabatların aparılmasını tələb edir. Hesablama prosesinin təkrarən yerinə yetirilən hissəsinə dövr deyilir. Dövri strukturlar sadə və mürəkkəb ola bilər. Sadə struktur bir, mürəkkəb struktur isə biri digərinə daxil olan iki və daha çox dövrdən ibarət olur. Bu strukturları sxematik olaraq belə göstərmək olar. Dövrü strukturların tərtibi zamanı dövrün girişində hesabat prosesinin tələb etdiyi hazırlıq əməliyyatlarının aparılması nəzərə alınmalıdır(məsələn, cəmin və ya hasilin hesablanmasında başlınğıc qiymətlərin məncub edilməsi). Mürəkkəb dövri strukturlarda xarici və daxili dövrlər və onlar arasındakı münasibətlər müəyyənləşdirilməlidir. Sərbəst dəyişən arqumentli dövri hesablama prosesləri. Arqumentin dəyişilməsində müəyyən qanunauyğunluqlar olmadıqda onun qiymətlər çoxluğu nizamla düzülmüş ardıcıllıq şəklində verilir. Bu ardıcıllıqda hər elementin öz nömrəsi olmalıdır. x 1, x 2,..., x n-1, x n Verilənlərin belə nizamlı düzülüşünə massiv deyilir. Massivin elementi kimi baxılan hər bir verilən massivin adı və massivdəki yeri (indeksi) ilə təyin edilir. Elemente müraciət etmək üçün massivin adı və elementin indeksi gəstərilməlidir. Məsələn X massivində X (1) -1-ci elementi, X (10) -10-ci elementi göstərir. Massivin elementinə başqa sözlə indeksli dəyişən deyilir. İndekslərin sayı massivin ölçüsünü göstərir. Bir indeks massivin bir ölçülü yəni xətti olduğunu,iki indeks massivin iki ölçülü yəni matris tipli olduğunu və s. göstərir. Alqoritmik dillərdə massivlərlə işləmək üçün xüsusi vasitələr nəzərə alınır. Massivlərin işlədilməsinə aid bəzi tipik hesablama proseslərinə baxaq.

a) Arqumentin qiymətlər çoxluğuna görə funksiyanın qiymətləri çoxluğunun hesablanması. 14 Misal.Verilmiş X(100) massivinə əsasən, i=1,100 düsturu ilə y-in qiymətlər çoxluğunu hesablayan alqoritmi qurmalı. Alqoritmin blok-sxemi şəkildə göstərilir. b) Ədədlər massivinin elementlərinin cəminin (və ya hasilinin) hesablanması. Misal.Hörner sxemi vasitəsilə verilmişdir. y = a 0 x n + a 1 x n-1 +... +a n-1 x + a n n dərəcəli çoxhədlinin qiymətinin hesablamaq üçün alqoritm tərtib etməli. Bu məsələnin həlli üçün verilənlər arqumentin x qiyməti və a 0, a 1,a 2,..., a n əmsallarından düzəlmiş (n+1) elementli massivdir. Hörner sxemi ilə verilən çoxhədli ümumi halda aşağıdakı kimi yazılır. y = (...(( a 0 x + a 1 ) x a 2 )x +... +a n-1 ) x + a n

15 Mürəkkəb dövrü proseslər. Praktik məsələlər əksər hallarda daxildən dövri strukturlar olan mürəkkəb dövri proseslər şəklində verilir. Daxili dövrlər ya müstəqil şəkildə,ya da biri digərinin içərisində xarici dövrdə daxil ola bilərlər. Dövrlərin birinin digərinə daxil olmalarının say məhdudlaşdırılmır. Mürəkkə dövri alqoritmlərin xarici və daxili dövrlərinin təşkil qaydaları əsasən sadə dövrlərdə olduğu kimidir. Sadə dövri strukturları kombinasiya edərək lazımi mürəkkəb struktur almaq olar. Bu zaman aşağıdakılar nəzərə alınmalıdır: - daxili dövrlərin parametrlərinin başlanğıc qiymətləri onların işlənməsinə qədər hazırlanmalıdır; - daxili dövrdən xarici dövrə çıxış daxili dövrü bitdikdən sonra və ya hər hansı şərtin ödənməsi nəticəsində yerinə yetirilir; - xarici dövrdən daxili dövrə yalnız onun başlığı vasitəsilə daxil olmaq mümkündür;

16 3.2.Dövri strukturlu alqoritmlərin proqramlaşdırılması Turbo Paskal dilində dövri strukturalı alqoritmlərin proqramlaşdırılması məqsədilə üç cür operatordan istifadə edilir. 1. Dövr operatoru. Operatorun ümumi şəkli aşağıdakı kimidir: FOR <dövr parametri>:=<başlanğıc qiymət> TO <son qiymət> DO <operator>; Burada, FOR, TO, DO dilin ehtiyat sözləridir (ingiliscə üçün, qədər, yerinə yetirmək mənasını daşıyır); <dövr parametri> - dövrün parametric olub İNTEGER tipli dəyişəndir (eyni zamanda ixtiyari nizami tip ola bilər); <başlanğıc qiymət> - dövr parametrinin tipində olan parametrin başlanğıc qiymətidir; <son qiymət> - son qiymət dövr parametrinin tipində olan parametrin son qiymətidir; <operator> - Turbo paskal dilinin ixtiyari operatorudur. Opertor belə yerinə yetirilir: Əvvəlcə dövr parametrinə başlanğıc qiymət mənimsədilir. əgər o son qiymətdən kiçikdirsə onda idarəetmə operatora verilir, əks halda idarəetmə növbəti sətrə verilir. Növbəti mərhələdə başlanğıc qiymətin üzərinə vahid əlavə edilir və proses analoji olaraq yerinə yetirilir. Qeyd edək ki, burada, <başlanğıc qiymət> <son qiymət> şərti ödənilməlidir. Dövr daxilində olan sətirlər bir neçə olarsa, onda həmin sətirlər BEGİN və END arasında verilməlidir. Yalnız bir sətir olduqda isə bu operatorlarsız da sətiri vermək olar. Dövr operatorunun digər bir variantı da mövcuddur: FOR <dövr parametri>:=<başlanğıc qiymət> DOWNTO <son qiymət> DO <operator>; Bu operatorda da istifadə edilən dəyişənlər üçün qaydalar əvvəlki variantda olduğu kimidir. Opertatorun fərqi ondan ibarətdir ki, hər sonrakı təkrarlanmada

17 başlanğıc qiymətdən bir vahid çıxılır və onun qiyməti son qiymətdən kiçik olduqda idaretmə növbəti sətrdəki operatora verilir. Burada <başlanğıc qiymət> <son qiymət> şərti ödənilməlidir. 2. WHILE təkrarlanma operatoru. Operatorun ümumi şəkli aşağıdakı kimidir: WHILE <şərt> DO begin <operator>;end; Burada WHILE, DO - dilin ehtiyat (açar) sözləridir (ingiliscə hələlik (yerinə yetirildiyi müddətdə), etmək( yerinə yetirmək) mənasını daşıyır); <şərt> - məntiqi tipli ifadə və şərtdir; <operator> - Turbo Paskalın ixtiyari operatorudur. Operator aşağıdakı kimi işləyir: əgər şərt ödənirsə, yəni doğrudursa onda operator yerinə yetirilir və şərtin təkrar yoxlanması aparılır. Şərt ödənmədikdə idarəetmə növbəti sıradakı operatora verilir. 3. REPEAT operatoru: Operatorun ümumi şəkli aşağıdakı kimidir: REPEAT <dövrün gövdəsi> UNTIL <şərt>; Burada, REPEAT və UNTİL dilin ehtiyat sözləridir (ingiliscə təkrarlamaq, o vaxta qədər ki (yerinə yetirilməyənədək) mənasını daşıyır); <dövrün gövdəsi> - Turbo Paskal dilinin operatorları ardıcıllığıdır; <şərt> - məntiqi tipli ifadə və ya şərtdir. Operator belə yerinə yetirilir: əvvəlcə dövrün gövdəsi heç olmazsa bir dəfə yerinə yetirilir. Sonra şərt yoxlanılır, əgər şərt ödənmirsə onda dövrün gövdəsi yenidən hesablanır, əks halda yəni şərt ödəndikdə idarəetmə dövrdən sonrakı operatora verilir.

1. x 2,457; y 0,435; 3, 548 z olduqda 18 2sin x 5 a ; 1 cos z 3 proqram tərtib edin. y b 1 2 2 2 z 2 3 ; Ifadələrinin hesablanması üçün blok-sxem çəkin və Start x=2,457;y=- 0,435;z=3,548 a 2sun x 5 1 2 cos z 3 b y 2 1 2 2 z 3 a,b End Şəkil(1)

Program misal1; Var x, y, z, a, b, pi:real; Begin x:=2.457;y:=0.435;z:=3.548; a:=(2*sin(x-pi/5)/(3/1+cos(z)*cos(z))); b:=1+(y*y/(2+z*z)/3); Write('a=',a:4:2,'b=',b:4:2) End. 19 Cavab: a:=0.33,b=1.00

20 2 cos x 2 1 x 2 2. y arctgx ln x 2,5 x 1 1 x 1 olduqda x 1 funksiyasının hesablanması üçün blok-sxem çəkin və proqram tərtib edin. Şəkil(2)

Program Misal2; Var x,y:real; Begin Read(x); If (-1<=x) or (x<=1) then y:=arctan(x)*arctan(x) else if x<1 then y:=cos(x)/1+x*x else if x>1 then y:=ln(x)*x+2.5; Write ('y=',y:4:2); End. 5 ədədini daxil etdikdə cavab aşağıdakıdır. Cavab y=1.89 21

22 x 2x 3. y 2 2 x x 1 3x funksiyasının 0, 1 parçasında 0,01 addımı ilə qiymətlər cədvəlini tərtib etmək üçün blok-sxem çəkin və proqram tərtib edin. Şəkil(3)

Program Ism; label 1; Var x,h,y:real; Begin x:=0;h:=0.1; 1:y:=abs(x+2*x)/abs(x*x+x+1)+3*x*x; Writeln('x=',x:5:2,'y=',y:5:2); x:=x+h; if x<=1 then goto 1; End. 23 Cavab: x=0.00 y=0.00 x=0.10 y=0.30 x=0.20 y=0.60 x=0.30 y=0.92 x=0.40 y=1.25 x=0.50 y=1.61 x=0.60 y=2.00 x=0.70 y=2.43 x=0.80 y=2.90 x=0.90 y=3.43

NƏTICƏ 24 Bu kurs işi Turbo Paskal proqramlaşdırma dilinə aiddir. Turbo pascal dilinin imkanlarını öyrəndim. Verilmiş 3 tapşırıga əsasən xətti proqramların xətti, budaqlanan,dövrü proqramları alqoritmliliyin tərtib olunması kompüterdə realizə edilməsinin və nəticələrin alınması proseslərini öyrəndim. Bu proqramlarla əlaqəli şərti və şərtsiz keçid operatorların dövr operatorlarından istifadə etdim. Tapşırıqlara uyğun blok sxem tərtib etdik, həmin blok sxemlər kurs işində təsvir edilmişdir. Biz Turbo Pascala əsasən proqramlaşdırmanın əsasına baxışı sona çatdırdıq. Onların arasında məlumatların hesablanması və işlənməsi, obyektiv-orentir proqlamlaşdırmanın istifadəsi ilə bir sözlə, biz profesional proqramistlər həmin məsələrlə üzləşməli oluruq. Profesional proqramlaşdırmanın öyrənilməsində Turbo Pascal proqramlaşdırmanın ən yaxşı dili kimi seçilmişdir. Turbo Pascal proqramlaşdırmanın köhnə məhsuludur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Pascal-canlı dildir. Pascal proqramında müxtəlif əməliyatlar sistemi üçün kompilyatorun işlənməsi, proqramın işlənməsi rast gəlinir. Bu sistemlər hərdən müəyyən hissələrdə, yaxud bütövlükdə Turbo Pascalda eyniləşir. Bununla yanaşı yığılmış təcrübə ciddi profesional proqramın işlənməsində istifadə oluna bilər. Proqram Turbo Pascal dilində yazılmışdır. Bu dil cəbri proqramların yazılmasında güclü instrumental vəsaitdir. Turbo Pascal Borland firmasının proqram təminatının işlənməsinin əsasıdır.

İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT 25 1. Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.İ., İnformatika. Bakı ADNA, 2002. -421s. 2. Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.İ. İnformatika, Bakı, 2003. 3. Kərimov S.Q. və b. Fərdi kompüterlər və proqramlaşdırma. Bakı: Maarif, 1992. 242s. 4. Əskərov T.M., Kərimov S.Q. Alqoritmik dillər və proqramlaşdırma. Bakı: 5. Марченко A. И., Марченко Л. И.. Програмирование в среде Turbo Pascal Киев,1998. 6. N.N.Vəliyev. Turbo Pascal,Bakı,2003. 7. Cəfərov N.D., Rəhimova N. İnformatikadan praktikum, Bakı, 2003. 8. Marsenko A.İ. Marsenko L.M Turbo Paskalda proqlamlaşdırma.kiev-moskva 1998. 9. Епанешников А.М. Епанешников В.А. Программирование в сделе TURBO PASCAL 7.0. М. -2001. 10. Фаранов В.В. Turbo Pascal 7.0. Началный курс. Учебное пособие. Москва, 2001. 11. Həbibullayev S.B. TURBO PASKAL dilində proqramlaşdırma, Bakı, 2001. 12. Уинер Р. Язык ТУРБО ПАСКАЛЬ: Пер. с англ- М.: Мир, 1991. 13. Керниган Б., Ритчи Д. Язык программирование ТУРБО ПАСКАЛЬ: Пер. с англ. М. Финанси и статистика, 1992. 14. Подбельский В.В. Язык ТУРБО ПАСКАЛЬ: Москва, Финанси и статистика, 1998. 15. Немнюгин С.А. Turbo Pascal. Практикум. Санкт Петербург, Питер, 2002.