Azərbaycan Hava Yollarının (AZAL) ABŞ istiqamətində / ABŞ-dan yerinə yetirilən reyslərində sərnişinlərə xidmət planı

Benzer belgeler
ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Azərbaycan Hava Yolları. «01» iyul 2016-ci il.

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

[18] 1. Ümumi müddəalar

İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

Marketinq. Mehdiyev Əkbər

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

DebitMC/ Visa Electron. Visa İnternet

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Azər-Türk Bank ASC üzrə

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Sistem inzibatçıları üçün təlimat

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Visa Gold / MC Gold 1 illik 40 AZN/USD/EUR/(GBP*) 2 illik 60 AZN/USD/EUR/(GBP*) 3 illik 80 AZN/USD/EUR/(GBP*) 4 illik 100 AZN/USD/EUR/(GBP*)

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər

YÜK SIĞORTASI QAYDALARI

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

«WESTERN UNION» pul köçürmələri xidmətinin göstərilmə şərtləri

ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

Azərbaycan Hava Yolları aviabiletlərin qiymətinin endirilməsi məsələsinə aydınlıq gətirib

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

KÖNÜLLÜ TİBBİ SIĞORTA QAYDALARI ANLAYIŞLAR

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Yük sığortası Qaydaları

Qeydiyyat ili işçi səhm plan

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

SƏYAHƏT SIĞORTASI QAYDALARI

Xarici səfərlər zamani tibbi xərclərin sığortası Qaydaları

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

Debit MC/ Visa Electron Əmək haqqı kartı. Lokal əmək haqqı kartı

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi NƏQLIYYAT VASITƏLƏRİNİN SIĞORTA QAYDALARI

Hüquqi şəxslərin Elektron imza sertifikatı almaları üçün E-ərizə ilə müraciət xidməti üzrə İSTİFADƏÇİ TƏLİMATI

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

QĠYMƏTLĠ ƏġYALARIN DAġINMASININ SIĞORTA QAYDALARI

Transkript:

Azərbaycan Hava Yollarının (AZAL) ABŞ istiqamətində / ABŞ-dan yerinə yetirilən reyslərində sərnişinlərə xidmət planı Sərnişinlərə xidmət planı ABŞ-ın müvafiq hava limanlarından və ya hava limanlarına yerinə yetirilən beynəlxalq reyslərə dair ABŞ Nəqliyyat Nazirliyinin qaydalarına uyğun olaraq hazırlanmışdır. Sərnişinlərə xidmət planında sərnişinlərimiz AZƏRBAYCAN HAVA YOLLARI-nın siyasəti, prosedurları və xidmətlərinin xüsusiyyətlərini əhatə edən məlumatı və qaydalardan istisnaları öyrənə bilərlər. AZƏRBAYCAN HAVA YOLLARI sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə gələcəkdə də Planın təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görəcəkdir. Daha aşağı tariflərin təklif edilməsi AZƏRBAYCAN HAVA YOLLARI www.azal.az internet saytında sərnişinlərin tarix, reys və xidmət sinfi üzrə sorğularına uyğun istifadə edə biləcəkləri daha aşağı tariflər təklif edəcəkdir. Hava limanında məlumat mərkəzimizə və ya bilet kassalarına müraciət edərkən sərnişinlər aviaşirkətin internet saytı vasitəsilə istədikləri şərtlər əsasında aviabiletlər almağın mümkün olub-olmadığı barədə məlumatlandırılacaqlar. Sərnişinin səyahət cədvəli imkan verdiyi təqdirdə, sorğuya əsasən hava limanında məlumat mərkəzinin və ya bilet kassalarının əməkdaşları daha ucuz qiymətlə alternativ marşrutlar axtaracaqlar. Reyslərin yubanması, ləğv edilməsi və ya dəyişdirilməsi barədə sərnişinlərin məlumatlandırılması AZƏRBAYCAN HAVA YOLLARI sərnişinlərini təyinat məntəqəsinə vaxtında və reyslərin cədvəlinə uyğun çatdırmağa çalışır. Lakin gözlənilməz hadisələr (fors- major) nəticəsində - hava şəraiti, uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar, istismar və xidmət səbəblərindən reyslər yubadıla, ləğv edilə və ya marşrutlar dəyişdirilə bilər. Bu hallarda AZƏRBAYCAN HAVA YOLLARI hava limanında və ya təyyarədə olan sərnişinlərin reysin statusu barədə lazımi qaydada məlumatlandırılması üçün bütün zəruri tədbirləri görür. Reyslərin yubadılması, ləğv edilməsi və ya marşrutun dəyişməsi nəzərdə tutulan uçuş vaxtından 7 gün əvvəl və ya daha az müddətdə baş verərsə, AZƏRBAYCAN HAVA YOLLARI həmin dəyişikliklər barədə məlumat əldə etdikdən sonra 30 dəqiqə ərzində ABŞ hava limanında, təyyarələrdə, internet saytı və hava limanının məlumat tablosu vasitəsilə, sərnişinin məlumat mərkəzlərinə müraciət etdiyi zaman sərnişinlərə dərhal məlumat verəcəkdir.

Əgər sərnişin əlaqə saxlamaq məqsədilə AZƏRBAYCAN HAVA YOLLARI-na həqiqi məlumatı təqdim etmişdirsə, biz elektron poçt və ya telefon vasitəsilə sərnişini xəbərdar etməyə çalışacağıq. AZƏRBAYCAN HAVA YOLLARI-nın siyasəti mümkün olduğu hallarda əvvəlcədən sərnişinləri ilə əlaqə yaratmaqdan ibarətdir. Baqajın vaxtında çatdırılması AZƏRBAYCAN HAVA YOLLARI sərnişinlərin qeydiyyata alınmış baqajını təyinat məntəqəsinə cədvəl üzrə çatdırmağa çalışır. Baqaj yubadıldığı halda biz onun 24 saat ərzində öz hesabımıza çatdırılması üçün bütün səylərimizi əsirgəməyəcəyik, baqaj üzərində əlaqə məlumatı olduğu təqdirdə sərnişinlə əlaqə saxlayacağıq. Bəzi hallarda səhv istiqamətdə göndərilən baqajın çatdırılması baqaj birkasının və ya sərnişinin əlaqə məlumatının olmaması səbəbindən müəyyən problemlər yarada bilər. Sərnişinlər təyinat hava limanına çatan kimi dərhal baqajın çatdırılmasının yubadılması barədə yazılı bildiriş təqdim etməlidirlər. Sərnişin baqajın yubadılması barədə məlumat verdikdə axtarışı həyata keçirmək üçün baqajı izləmə sistemindən istifadə olunur. Baqajın yubadılması barədə məlumat daxil olduqdan dərhal sonra axtarış başlanır. AZƏRBAYCAN HAVA YOLLARI beynəlxalq müqavilələrə və prosedurlara uyğun olaraq, baqajın çatdırılmasının yubadılmasına görə sərnişinə zərəri ödəyəcəkdir. Müəyyən müddət ərzində ödənişsiz saxlanılan və ya cəriməsiz ləğv edilən təxsisetmələr Əgər sərnişin uçuşdan 7 gün gün əvvəl və ya daha artıq müddətdə AZƏRBAYCAN HAVA YOLLARInın hava limanındakı bilet kassalarında və ya aviaşirkətin məlumat mərkəzləri vasitəsilə aviabilet təxsis edirsə, AZƏRBAYCAN HAVA YOLLARI ABŞdan və ya ABŞ-a reyslər üçün aviabiletlərin göstərilən tarif üzrə təxsisinin həmin müddətdən ən azı 24 saat ərzində ödənişsiz saxlanmasına və ya cəriməsiz ləğv olunmasına icazə verir. ABŞ istiqamətində və ya ABŞ-dan yerinə yetirilən reyslərə aviabilet uçuşdan 7 gün və ya daha əvvəl internet saytı, AZƏRBAYCAN HAVA YOLLARInın hava limanındakı bilet kassaları və ya məlumat mərkəzləri vasitəsilə alındıqda, sərnişin aviabileti aldığı andan 24 saat ərzində heç bir cərimə və yığım tutulmadan qaytara bilər. Aviabiletlərin cəld qaytarılması AZƏRBAYCAN HAVA YOLLARI sərnişinin müraciəti və əlavə etdiyi zəruri sənədlər əsasında, AZƏRBAYCAN HAVA internet saytı, hava

limanındakı bilet kassaları və ya məlumat mərkəzləri vasitəsilə əldə edilən müvafiq aviabiletin məbləğinin tez bir zamanda qaytarılmasını təmin edəcəkdir. Məbləğin qaytarılması üçün müraciət biletin əldə edildiyi yerdən asılı olaraq, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin satış ofislərinə və ya internet saytı vasitəsilə təqdim oluna bilər. Sərnişin uçuşdan könüllü imtina etdikdə məbləğin qaytarılması biletin alındığı yerdə həyata keçirilir və tariflərin tətbiqi qaydaları ilə tənzimlənir. Aviabilet turizm agentliyindən alındığı halda sərnişin həmin turizm agentliyinə müraciət etməlidir. Alışın kredit kartı ilə həyata keçirildiyi hallarda AZƏRBAYCAN HAVA YOLLARI sərnişin tərəfindən doldurulmuş məbləğin qaytarılması haqqında sorğu formasını aldıqdan sonra 33 iş günü müddətində məbləğin kredit kartına qaytarılması üçün müraciət edəcəkdir. Kredit kartını təqdim edən bank kredit kartı haqqında sazişin şərtlərinə uyğun olaraq alış qiymətinin əvəzini ödəməlidir. Ödəniş nağd üsulla həyata keçirildikdə AZƏRBAYCAN HAVA YOLLARI sərnişinin sorğusu daxil olduğu andan 7 iş günü müddətində sərnişinə məbləği qaytaracaqdır. Məbləğin qaytarılması üçün sorğu göndərməzdən əvvəl sərnişin təxsisin ləğv edildiyinə əmin olmalıdır. Sərnişin sorğuda sərnişinin (sərnişinlərin) adını, ünvanını, alış zamanı istifadə olunan kredit kartının nömrəsini, biletin (biletlərin) nömrəsini, yola düşmə və gəlmə tarixlərini, yola düşmə və təyinat məntəqələrini qeyd etməlidir. Aviabiletlərin dəyərinin qaytarılması qaydası haqqında bütün informasiya Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin internet saytında qeyd olunmuşdur. Məhdud imkanlı sərnişinlərin daşınması Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydalarına (12.1 bəndi) və ABŞ Nəqliyyat Nazirliyinin qaydalarına (14 C.F.R., hissə 382) əsasən AZƏRBAYCAN HAVA YOLLARI fiziki imkanları məhdud olan sərnişinlərin təhlükəsiz, rahat və etibarlı daşınmasını həyata keçirir. Fiziki imkanları məhdud sərnişinlərə xidmət zamanı aviaşirkətin mütəxəssisləri həmin sərnişinlərə qayğı ilə, mehribanlıqla və hörmətlə yanaşır, həm yola düşmə və təyinat hava limanlarında, həm də hava gəmisində maksimal mümkün xidmətləri təqdim etməyə çalışırlar. Bu kateqoriyalı sərnişinlər üçün aviadaşıma təxsis edilərkən aviabiletlərin satışı üzrə agent onların uçuşu üçün zəruri olan xüsusi xidmətlər barədə məlumatlandırılmalıdır. Sərnişinin imkanlarının məhdudiyyət dərəcəsindən asılı olaraq, AZƏRBAYCAN HAVA YOLLARI aşağıdakıları təqdim edə bilər: - hava limanında və təyyarədə əlil arabası, təyyarəyə minik və düşmə zamanı kömək, ambulator lift; - traplar olmadıqda liftlər, panduslar; - sərnişinin və əl yükünün təyyarədə yerləşdirilməsi, yemək təqdim edilməsi; - yataq xəstələri üçün təyyarədə xüsusi əlil xərəkləri; Xəstə və əlil sərnişinlər üçün tibbi aparatlar, əlil arabası, qoltuqağacı pulsuz daşınır və baqajın pulsuz daşınma normasına daxil edilmir.

Eşitmə və ya görmə imkanlarından məhrum olan sərnişin əlavə ödəniş etmədən bələdçi iti hava gəmisinin sərnişin salonunda apara bilər. Bu zaman həmin itin xüsusi hazırlığını təsdiq edən sənəd təqdim edilməli, uçuş zamanı it ağızlıq və xaltada olmalı və sərnişinin ayaqlarının yanında yerləşməlidir. Fiziki imkanları məhdud olan sərnişinlərin daşınması qaydalarına dair ətraflı məlumatı aviaşirkətin aviabilet satışı üzrə agentlərindən və aviaşirkətin www.azal.az internet saytından əldə etmək mümkündür. Müşayiət olunmayan uşaqların daşınması AZƏRBAYCAN HAVA YOLLARI 5 (beş) yaşından 14 (on dörd) yaşınadək həddibulluğa çatmamış müşayiət olunmayan sərnişinləri daşımaya qəbul edir. Uşaqların müşayiət olunması xidmətini əvvəlcədən təxsis etməlisiniz. Uşağınız üçün biletin dəyəri böyük tarifin istənilən münasib sinif üzrə ödənilir. 5 yaşdan 12 yaşadək müşayiət olunmayan uşaqlar üçün biletin dəyəri böyük tarifin 25 faiz məbləğində uşaq endirimi tətbiq olunur. Onlara təyyarə salonunda ayrıca yer və qüvvədə olan tarif qaydalarına uyğun olaraq baqajın pulsuz daşınma norması təqdim edilir. Müşayiət olunmayan həddi-büluğa çatmamış sərnişinlərin səyahəti üçün görülən tədbirlər barədə əlavə məlumat və qaydalar AZƏRBAYCAN HAVA YOLLARI-nın internet saytında qeyd olunmuşdur. Uçuş meydanında uzunmüddətli yubanma zamanı sərnişinlərin ilkin tələbatının yerinə yetirilməsi Təhlükəsizlik tədbirləri, hava şəraiti, uçuşların təhlükəsizliyinin təmin edilməsi, xidmət göstərilməsi və digər amillərlə əlaqədar bəzi hallarda uçuş meydanında uzunmüddətli yubanma baş verə, sərnişinlərin təyyarəyə minməsindən sonra təyyarənin havaya qalxmasının qeyri-mümkün olması, uçuş üçün icazə gözlənilməsi və ya digər situasiyalar yarana bilər. Belə hallarda AZƏRBAYCAN HAVA YOLLARI ABŞ Nəqliyyat Nazirliyi (DOT) tərəfindən qəbul edilmiş və Hava limanının uçuşları idarəetmə mərkəzi ilə birlikdə icra olunan, uçuş meydanında uzunmüddətli yubanma zamanı gözlənilməz hallar üçün plan tətbiq edir. Uçuş meydanında uzunmüddətli yubanma zamanı, təhlükəsizlik və etibarlılıq şəraiti imkan verdiyi hallarda, biz sərnişinlərin əsas tələbatının yerinə yetirilməsi üçün səy göstərəcəyik. AZƏRBAYCAN HAVA YOLLARI uçuş meydanında uzunmüddətli yubanma zamanı sərnişinləri qida, icməli su ilə təmin edir, tualet otaqları, tibbi yardım təqdim edir və fövqəladə hallarda tədbirlər planına uyğun olaraq sərnişinlərin təyyarədən düşməsi üçün imkan yaradır. Hava gəmisi kapitanı son məlumatı almaq üçün Hava limanının uçuşları idarəetmə mərkəzi, nəzarət-dispetçer məntəqəsi ilə daim əlaqə saxlamalıdır. Sərnişinlər vəziyyət barədə məlumatlandırılacaqlar. Aviabiletlərin normadan artıq satışı zamanı reysə düşə bilməyən sərnişinlərə ədalət prinsipi üzrə və ardıcıllıqla xidmət göstərilməsi

AZƏRBAYCAN HAVA YOLLARI adətən təyyarədə mövcud olan yerlərdən artıq aviabilet satışını həyata keçirmir. Lakin istismar tələbləri, texniki səbəblər, müəyyən uçuşların təhlükəsizliyinin təmin olunması üçün tətbiq edilən məhdudiyyətlər, genişfüzelyajlı təyyarələrin kiçikfüzelyajlı təyyarələrlə əvəz edilməsi ilə əlaqədar bəzi hallarda sərnişinlərin aviabilet əldə etmələrinə və vaxtında qeydiyyatdan keçmələrinə baxmayaraq, təxsis olunduqları reysə yerləşdirilməyə bilər. Belə vəziyyət normadan artıq satış adlanır. Belə şərait yarandıqda AZƏRBAYCAN HAVA YOLLARI qüvvədə olan tariflərə, digər aviaşirkətlərlə müqavilələrə və ABŞ Nəqliyyat Nazirliyinin (DOT) qaydalarına müvafiq surətdə həmin sərnişinlərin səmərəli şəkildə alternativ yerləşdirilməsi və / və ya onlara kompensasiya ödənilməsi üçün məsuliyyət daşıyır. Müəyyən kompensasiya forması müqabilində təxsisindən könüllü imtina edərək təyyarəni könüllü tərk etmək istəyən sərnişinlərin olub-olmadığını müəyyən etmək üçün aviaşirkət əməkdaşları müraciət etməzdən əvvəl AZƏRBAYCAN HAVA YOLLARI qərəzli şəkildə hər hansı sərnişinin təyyarəyə minməsinə etiraz etməyəcəkdir. Sərnişin kompensasiya almaq və alternativ reyslə nəql edilmək olacaqdır. hüququna malik AZƏRBAYCAN HAVA YOLLARI internet saytında Daşıma müqaviləsində qeyd olunan kompensasiya ödənişinə dair tam qaydalar barədə məlumat təqdim edir. AZƏRBAYCAN HAVA YOLLARI sərnişinlərə lazımi səviyyədə xidmət göstərmək üçün həmin qaydalara riayət edəcəkdir. AZƏRBAYCAN HAVA YOLLARI sərnişinlərə məlumat verməlidir ki, sərnişin qeydiyyatdan vaxtında keçmədikdə və ya digər müəyyən tələbləri yerinə yetirmədikdə, kompensasiya həyata keçirilmədən sərnişinin təyyarəyə minməsinə etiraz edilə bilər. Səyahət marşrutu, ləğvetmə qaydaları, müntəzəm sərnişinlərə dair qaydalar, tualet otaqlarının yerləşməsi və təyyarənin konfiqurasiyası barədə məlumat verilməsi Sərnişin uçuş kuponlarından ardıcıl istifadə etməlidir. Əgər bütün kuponlar biletdə göstərilən ardıcıllıqla istifadə edilməzsə, bilet qəbul edilməyəcək və qüvvəsini itirəcəkdir. Əgər sərnişin daşımanın istənilən seqmentində onun üçün təxsis edilən yerdən istifadə etmirsə, marşrutun növbəti seqmentləri üzrə səyahəti davam etdirmək niyyəti barədə AZƏRBAYCAN HAVA YOLLARIna məlumat verməlidir. Əgər sərnişin səyahəti davam etdirmək niyyəti barədə AZƏRBAYCAN HAVA YOLLARInı (AZAL) məlumatlandırmırsa, AZƏRBAYCAN HAVA YOLLARI sərnişinə əvvəlcədən məlumat vermədən, növbəti hər bir marşrut seqmenti üçün yer təxsisini ləğv edə bilər. Marşrut dəyişdiyi halda AZƏRBAYCAN HAVA YOLLARI-nın məlumat mərkəzinə müraciət etmək tövsiyə olunur.

AZƏRBAYCAN HAVA YOLLARI-nın müntəzəm sərnişinlər proqramının üzvləri AZAL-miles qaydaları ilə internet saytı vasitəsilə onlayn tanış ola bilərlər. Bu qaydalarda balların hesablanması, təqdim edilməsi qaydası və məhdudiyyətlər qeyd olunmuşdur. AZƏRBAYCAN HAVA YOLLARI xidmət siyasəti və aspektlərinə dair sərnişin üçün mühüm ola bilən məlumatı aviaşirkətin internet saytında və məlumat mərkəzlərində və ya hava limanı təmsilçisi vasitəsilə təqdim edəcəkdir. Sərnişin oturacaqların yerləşməsi, hər bir bilet növünə tətbiq edilən mühüm şərtlər, o cümlədən təxsisin ləğv edilməsi qaydaları barədə məlumatlandırıla bilər. Kodşerinq tərəfdaşlarının sərnişinlərinə yüksək səviyyədə xidmətin təmin edilməsi AZƏRBAYCAN HAVA YOLLARI-nın və Kodşerinq tərəfdaşlarımızın əməkdaşlığı sərnişinlər üçün keyfiyyətli şərait yaratmaq məqsədi daşıyır. Aviaşirkətimiz, kodşerinq tərəfdaşlarımız, hava limanı xidmətləri və istehsal müəssisələri sərnişinlərə ardıcıl və keyfiyyətli xidmətin təmin edilməsi üçün sıx əməkdaşlıq edirlər. Biz kodşerinq tərəfdaşlarımıza bizimlə eyni səviyyədə sərnişinlərə xidmət göstərilməsinə çağırırıq. Səyahət marşrutunda dəyişikliklər barədə sərnişinin vaxtında məlumatlandırılması Sərnişin əlaqə məlumatlarını təqdim etmişdirsə AZƏRBAYCAN HAVA YOLLARI onun təxsisindəki məlumatlardan istifadə edərək, yola düşmə tarixinədək sərnişini marşrutdakı istənilən dəyişiklik barədə məlumatlandıracaqdır. Sərnişinlərin şikayətlərinə cavab verilməsinin təmin edilməsi AZƏRBAYCAN HAVA YOLLARI sərnişinlərimizin şikayətlərinə tez bir zamanda cavab verməyi, 30 gün müddətində hər bir sərnişinin şikayətinin alındığını yazılı surətdə təsdiq etməyi və 60 gün müddətində hər bir şikayətçiyə yazılı cavab göndərməyi öhdəsinə götürür. Mürəkkəb məsələlərin həll edildiyi hallarda daşıyıcı 60 gün müddətində sərnişinə ətraflı cavab yaza, zəruri hallarda araşdırmanın davam etdiriləcəyini və araşdırma bitdikdən sonra qəti cavab veriləcəyini bildirə bilər. Bütün şikayətlərdə aşağıdakı məlumat göstərilməlidir: - Biletin nömrəsi / təxsis kodu; - Reysin nömrəsi, səyahət marşrutu və tarixi; - Sərnişinlərin adları; - Zəruri hallarda baqaj birkalarının surəti; - Tam poçt ünvanı; - Sərnişinin daşıyıcıya təqdim etmək istədiyi digər sənədlər.

ABŞ poçt xidməti vasitəsilə göndərilən bütün şikayətlər AZƏRBAYCAN HAVA YOLLARI-nın Şimali Amerikadakı regional nümayəndəsinə ünvanlanmalıdır: Kimə: AZƏRBAYCAN HAVA YOLLARIna (AZAL) Ünvan: Azerbaijan Airlines CJSC Terminal One JFK International Airport Jamaica, NY 11430 Şikayətlər faks vasitəsilə +994124374087 nömrəsinə göndərilməlidir. Şikayətlər elektron poçt vasitəsilə customercare@azal.az ünvanına göndərilməlidir. Şikayətin irəli sürülməsi qaydası barədə tam məlumat AZƏRBAYCAN HAVA YOLLARI-nın internet saytında, bilet kassalarında, aviaşirkətin təmsilçiləri və xidmət göstərən agentlər vasitəsilə təqdim edilir. Şikayət təqdim etmək üçün təyin edilmiş şöbənin veb-ünvanı marşrut qəbzində qeyd olunmalıdır. Aviaşirkətin təqsiri üzündən reyslər ləğv edildikdə və ya reys uzlaşması qeyri-mümkün olduqda sərnişinlər üçün yaranan narahatlığın azaldılması üçün biz: - təxsisetmə zamanı qeyd edilən əlaqə məlumatından istifadə edərək reysin ləğvi barədə əvvəlcədən sərnişinə məlumat verməyə çalışacağıq; - aviaşirkətimizin yerinə yetirdiyi, analoji oturacaq sinfi olan növbəti reysə təkrar təxsisetmə tələb olunduqda sərnişinin həmin reysə təsdiq olunması üçün səy göstərəcəyik; - mümkün olduqda, sərnişinin bizim internet saytı və ya hava limanındakı bilet kassalarımız, hava limanı və təxsisetmə agentlərimiz vasitəsilə yenidən təxsis olunması haqqında məlumat təqdim edəcəyik. Qeyd: Bəzi reyslərimiz Amerika Birləşmiş Ştatlarından kənardakı məntəqələrdən yerinə yetirilir və ya satılır və bu reyslər həmin məntəqələrin qayda və təlimatlarına aid ola bilər. Biz həmin reyslərin başlandığı məntəqələrdə tətbiq edilən qayda və təlimatlara riayət edəcəyik. Daşıma müqaviləmiz üzrə siz hava daşıması ilə bağlı hüquq və öhdəliklərə maliksiniz.