Azərbaycan Respublikası və İsrail Dövləti arasında 2009 cu il iyunun 28 də Bakı şəhərində imzalanmış sənədlər haqqında

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

İdman haqda Genişləndirilmiş Hissəvi Saziş İGHS Avropa Şurasının İdman Yarışlarında Manipulyasiya haqqında Konvensiyası

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Marketinq. Mehdiyev Əkbər

[18] 1. Ümumi müddəalar

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Zeynalova Sevinc III kurs

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Məmməd MUSAYEV, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Məlumatların Açıqlanmamasına dair Şərtlər

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

AZƏRBAYCAN. Vətəndaş cəmiyyəti: Ümumi məlumat. Ölkə və dövlət haqqında məlumat VƏTƏNDAŞ CƏMIYYƏTI HAQQINDA QISA MƏLUMAT

AzərbAycAndA dizayn və İnnovAsİyA Mərkəzİnİn yaradılması

ANLAŞMA MEMORANDUMU. İlkin məlumat

Protokolundan Çıxarış aprel 2016-cı il

Kommunal müəssisələr tərəfindən satınalma

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Korporativ idarəetmə. Ruslan Atakişiyev İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri. Məruzəçi:

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

I fəsil Ümumİ müddəalar

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bülleten No: 30 / iyun 2015 İYUN 2015 I AVROPA OYUNLARI AZßRBAYCANDA iyun dən çox atlet. 50 avropa ölkəsi. 20 idman növü.

Arıçılıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Transkript:

Azərbaycan Respublikası və İsrail Dövləti arasında 2009 cu il iyunun 28 də Bakı şəhərində imzalanmış sənədlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 1. Azərbaycan Respublikası və İsrail Dövləti arasında 2009 cu il iyunun 28 də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin: 1.1. Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş; 1.2. Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş. 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1 1.2 ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1 1.2 ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İsrail Dövləti Hökumətini xəbərdar etsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 22 iyul 2009 cu il. 410 Azərbaycan Respublikası Hökuməti və

İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında SAZİŞ Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti (bundan sonra ʺTərəflərʺ adlandırılacaq), İki ölkə arasında mövcud dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək niyyətini rəhbər tutaraq, Mədəniyyət və təhsil sahəsində əməkdaşlığı təşviq etmək niyyəti ilə, Aşağıdakılar barədə razılığa gəldilər: Maddə 1 Tərəflər təhsil, mədəniyyət, elm və idman sahəsində əməkdaşlığın, habelə hər iki ölkənin gəncləri arasında əlaqələrin inkişafını təşviq edəcəklər. Təhsil və elm Maddə 2 Tərəflər təhsil sahəsində əməkdaşlığı asanlaşdırır, təşviq edir, dəstəkləyir və inkişaf etdirirlər və bu məqsədlə aşağıdakıları edirlər: 1. Hər iki ölkənin təhsil və peşə müəssisələri və institutları arasında əlaqələri və əməkdaşlığı asanlaşdırır, təşviq edir və genişləndirirlər. 2. Tərəflərdən birinin təklif etdiyi müvafiq təhsil, elmi və peşə təhsili səfərlərində və təlim kurslarında iştirakı dəstəkləyirlər. Maddə 3 Tərəflər aşağıdakılar arasında əlaqə, əməkdaşlıq və səfər mübadiləsini genişləndirməyə çalışırlar: 1. Universitet və institut müəllimləri, alimləri, tədqiqatçıları və rəhbər heyət; 2. Orta məktəb müəllimləri, müəllim köməkçiləri və direktorlar;

3. İbtidai məktəb müəllimləri, müəllim köməkçiləri və direktorlar; 4. Məktəbəqədər müəssisələrin (uşaq bağçası) müəllimləri, köməkçilər və direktorlar; 5. Yaşlılar üçün nəzərdə tutulan müəssisələrdəki müəllimlər; 6. Ölkənin təhsil sistemi ilə əlaqəsi olan müvafiq orqanların rəsmiləri; 7. Aspirantlar və alimlər. Maddə 4 Tərəflər, mümkün olduqda, digər Tərəfin təhsillə bağlı ev sahibliyi etdiyi konqreslər, konfranslar, seminarlar və simpoziumlarda öz nümayəndələrinin iştirakını təşviq edəcəklər. Maddə 5 Tərəflər ölkələrinin tədris planları, pedaqoji və metodoloji ədəbiyyat və təhsil sistemləri ilə bağlı digər materialların mübadiləsini təşviq edəcəklər. Maddə 6 Tərəflər ümumi maraq kəsb edən məsələlərlə, xüsusilə aşağıdakılarla bağlı məlumat mübadiləsi edirlər: 1. İbtidai və orta məktəb şəhadətnamələrinin, eləcə də elmi dərəcələrin, texniki peşə məktəbləri və universitet diplomlarının müqayisə və bərabərlik imkanı ilə bağlı məlumat; 2. Təhsildə istifadə olunan informasiya və kommunikasiya texnologiyaları; 3. Təhsildə xüsusilə yoxsul uşaqlara yardım üçün nəzərdə tutulmuş proqramlar vasitəsilə sosial inteqrasiya haqqında məlumat. Maddə 7 Tərəflər Azərbaycan və ivrit dillərinin tədrisi də daxil olmaqla Azərbaycanşünaslığın İsraildə, İsrailşünaslığın isə Azərbaycanda inkişafını təşviq edirlər. Maddə 8 Tərəflər səlahiyyətli orqanları vasitəsilə qarşılıqlı şəkildə məktəb dərsliklərini, xüsusilə digər ölkənin tarixi ilə bağlı kitablardan parçaları yoxlamağa səy göstərəcək və lazım olduqda bu dərsliklərə düzəlişlər edəcəklər. Mədəniyyət

Maddə 9 Ölkələrin mədəniyyəti haqqında biliyin qarşılıqlı şəkildə genişləndirilməsi məqsədilə, Tərəflər aşağıdakı sahələrdə qarşılıqlı maraq doğuran mədəni fəaliyyətləri həyata keçirmək işində əməkdaşlıq etmək üçün səlahiyyətli orqanları və müəssisələrini təşviq edirlər: 1.Təsviri incəsənət, musiqi, rəqs, dram və ədəbiyyat sahəsində məlumat mübadiləsi; 2. Mühazirəçi, sərgi, tamaşa və filmlərin mübadiləsi; 3. Aktyorlar və teatr truppalarının mübadiləsi; 4. Yazıçıların, tərcüməçilərin, qrafik dizaynerlərin, memarların, bəstəkarların, musiqiçilərin, teatr və kino aktyorlarının peşəkar birlikləri arasında əlaqələr; 5. İncəsənət məktəbləri, milli muzeylər və kitabxanalar, tətbiqi incəsənət institutları və digər mədəniyyət müəssisələri arasında əməkdaşlıq; 6. Bir Tərəfin nümayəndələrinin digər Tərəfin ev sahibliyi etdiyi beynəlxalq konfrans, beynəlxalq festival, müsabiqə, müxtəlif sahələr üzrə mədəni tədbirlərdə iştirakı; 7. Arxeoloji abidələrin, artefaktların, arxiv materiallarının qorunması və qeyri maddi mədəni artefaktların mühafizəsi sahəsində Tərəflərin müəssisələri və müvafiq ekspertləri arasında əməkdaşlığın təşviqi; 8. Tarixi abidələrin, mədəni irsin və milli kolleksiyaların qorunması sahəsində ekspertlərin mübadiləsi; 9. Tərəflərin nümayəndələrinin dövlət arxivi, milli və universitet kitabxanaları və digər milli mədəni müəssisələrdən istifadə etməsinin asanlaşdırılması. Radio, televiziya və kino Maddə 10 Tərəflər əməkdaşlığı təşviq edirlər: aşağıdakılar da daxil olmaqla kütləvi informasiya vasitələri arasında 1. Hər iki ölkənin informasiya agentlikləri, mətbuat təşkilatları, radio və televiziya müəssisələri arasında əməkdaşlığın təşviqi; 2. Mətbuat materialları və orijinal radio və televiziya proqramlarının mübadiləsi; 3. Tərəflərin kino istehsalı müəssisələri arasında əməkdaşlığın təşviqi. İdman Maddə 11

etdirirlər: Tərəflər, xüsusilə aşağıdakılar vasitəsilə idman sahəsində əməkdaşlığı təşviq və inkişaf 1. Bir Tərəfin nümayəndəsinin digər Tərəfin ev sahibliyi etdiyi beynəlxalq idman tədbirlərində, müsabiqələrdə və iclaslarda iştirakı; 2. Hər iki ölkənin idman assosiasiyaları və müəssisələri arasında əməkdaşlığın təşviq edilməsi. Gənclər Maddə 12 Tərəflər gənclər təşkilatı, gənclərin fəaliyyəti ilə məşğul olan dövlət orqanları və müəssisələr arasında birbaşa əlaqələr əsasında hər iki ölkənin gəncləri arasında əməkdaşlığı təşviq edirlər. Maddə 13 Tərəflər mədəniyyət, təhsil və elm sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların işində iştirak çərçivəsində əməkdaşlıq edə bilərlər. Maddə 14 1. Bu Sazişin icrası məqsədilə Azərbaycan İsrail Birgə Komitəsi yaradılacaq. Birgə Komitə Əməkdaşlıq Proqramları məsələləri, habelə maliyyə məsələlərini ətraflı müzakirə etmək üçün hər üç ildə bir dəfə və ya zəruri hallarda növbə ilə öz ölkələrinin paytaxt şəhərlərində plenar iclas keçirirlər. 2. Birgə Komitə tərəfindən hazırlanmış Əməkdaşlıq Proqramının icrası Tərəflər arasında diplomatik kanallar vasitəsilə təşkil olunur. Maddə 15 1. Tərəflər Sazişin müddəalarını və məqsədlərini, bununla bağlı mübadilə və əməkdaşlığı həyata keçirmək üçün əlverişli şəraitin yaradılmasına çalışırlar. 2. Bu Sazişə müvafiq olaraq görülən bütün fəaliyyətlər Tərəflərin qanunlarına və qaydalarına müvafiq olaraq icra edilir. 3. Bu Sazişə müvafiq olaraq görülən bütün fəaliyyətlər maliyyə vəsaitlərindən asılı olacaq. Maddə 16

1. Tərəflər bu Saziş əsasında əldə olunan bütün materialların müəlliflik hüququ və digər əlaqəli hüquqlar da daxil olmaqla əqli mülkiyyət hüququnun qorunması üçün ölkənin qanun və qaydalarına uyğun olaraq bütün müvafiq hüquqi vasitələri təmin edirlər. 2. Birgə fəaliyyət nəticəsində əldə olunan və ya yaradılan əqli mülkiyyət hüququ birgə fəaliyyətə başlamazdan əvvəl ayrı ayrı müqavilələrlə müəyyən olunmuş və qarşılıqlı şəkildə razılaşdırılmış şərtlərlə müəyyənləşdirilir. Maddə 17 Tərəflərdən heç biri bu Sazişə müvafiq olaraq digərinin yazılı razılığını almadan əldə edilmiş kommersiya baxımından dəyərli olan məxfi məlumatı üçüncü Tərəfə ötürə bilməz. Maddə 18 Hazırkı Sazişin təfsiri və ya icrası ilə bağlı yaranan hər hansı mübahisə Tərəflər arasında diplomatik kanallar vasitəsilə dostcasına həll olunur. Maddə 19 Bu Saziş Tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilə bilər. İstənilən dəyişiklik yazılı formada olur və 21 ci maddədə göstərildiyi kimi qüvvəyə minmə prosedurlarına uyğun olaraq qüvvəyə minir. Maddə 20 Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. Maddə 21 Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə on azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılacaqdır. Bu Saziş Bakı şəhərində ʺ28ʺ iyun 2009 cu il tarixində, müvafiq olaraq 6 Temuz 5769 cu il tarixində Azərbaycan, ivrit və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikası Hökuməti adından İsrail Dövləti Hökuməti adından Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti (bundan sonra ʺTərəflərʺ adlandırılan), Hər iki ölkənin sosial və iqtisadi inkişafı çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirməyi arzu edərək, Hər bir müvafiq ölkədə ictimaiyyət üçün səmərəli və dayanıqlı xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar eyni məqsəd və maraqları bölüşərək, İdeyalar, məlumatlar, bilik və təcrübələrin mübadiləsi vasitəsilə informasiya və kommunikasiya texnologiyaları sahəsində, həmçinin ümumi maraq kəsb edən digər sahələrdə aparılan əməkdaşlığın Tərəflər üçün faydalı olacağını hesab edərək, İnformasiya və kommunikasiya texnologiyaları sahəsində Tərəflər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsində mövcud olan potensialı və mövcud imkanlardan tam istifadə etmək üçün ehtiyacı dərk edərək, Tərəflərin informasiya və kommunikasiya texnologiyaları sahəsində sərmayələri, birgə müəssisələri, ümumi maraqları, texnoloji inkişafı və ticarəti inkişaf etdirmək arzusunda olduqlarını nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər: Maddə 1

Tərəflər bərabərlik, qarşılılıq və qarşılıqlı fayda əsasında bu Sazişin müddəalarına, o cümlədən Ümumdünya Poçt İttifaqının Konstitusiyası və Ümumdünya Poçt Konvensiyasının, Beynəlxalq Telekommunikasiya İttifaqının Konstitusiyası və Konvensiyasının və Dünya Ticarət Təşkilatının əsas qaydalarının qarşılıqlı tətbiqi mümkün müddəalarına uyğun olaraq telekommunikasiya və poçt xidmətlərinin inkişafını təmin edəcəklər. Bu Sazişlə yuxarıda qeyd olunan aidiyyəti beynəlxalq sazişlərin və yaxud Tərəflərin iştirakçısı olduqları digər müvafiq çoxtərəfli müqavilələrin müddəalarından irəli gələn öhdəliklər arasında ziddiyyət yarandığı təqdirdə, çoxtərəfli müqavilə üstünlük təşkil edəcəkdir. Maddə 2 Tərəflər arasında informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq aşağıdakıları əhatə edir: 1. Telekommunikasiyanın tənzimlənməsi ilə əlaqədar İsrail Dövlətinin təcrübəsinin öyrənilməsi; 2. Azərbaycan Respublikasında informasiya texnologiyaları üzrə azad iqtisadi zonaların İT texnoparklarının yaradılmasında İsrail Dövlətinin təcrübəsinin öyrənilməsi və bu işdə İsrail mütəxəssislərinin iştirakının təmin edilməsi; 3. Azərbaycan Respublikasının informasiya və kommunikasiya texnologiyaları sahəsinə İsrail müəssisələri tərəfindən sərmayə qoyuluşlarının təşviq etdirilməsi; 4. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində Tərəflərin müəssisələri arasında birgə müəssisələrin yaradılmasının təşviq etdirilməsi; 5. Elmi tədqiqatların aparılması sahəsində əməkdaşlıq və elmi informasiyanın mübadiləsi; 6. İsrail Dövlətinin telekommunikasiya təsisatlarında və Azərbaycanın ali təhsil müəssisələrində İKT mütəxəssislərinin hazırlanması sahəsində əməkdaşlıq edilməsi; 7. Birgə seminar, konfrans, forum və sərgilərin keçirilməsi; 8. Beynəlxalq təşkilatlarda (ÜPİ və BTİ kimi) hər iki ölkənin milli maraqları üst üstə düşdüyü təqdirdə bir birini dəstəkləməsi; 9. Sərbəst tənzimləmə şəraitində beynəlxalq telefon danışıq tariflərinə yenidən baxılmasının mütəxəssislər səviyyəsində müzakirə edilməsi və hər iki ölkənin mövcud tranzit telefon trafiki mübadiləsi imkanlarından səmərəli istifadə edilməsi; 10. Hər iki Tərəfin nümayəndə heyətlərinin təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərinin təşkili; 11.Qarşılıqlı razılaşma əsasında digər məsələlər. Maddə 3 Tərəflər İKT sahəsində görülmüş işlərin daha da təkmilləşdirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiq edilməsi və birgə müəssisələrin yaradılması məqsədi ilə aidiyyəti orqanlarım, təşkilat və müəssisələrini bu sahədə sıx əlaqələrin və

məlumat mübadiləsinin təkmilləşdirilməsi, eləcə də xüsusi proqramların və layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığa təşviq edəcəklər. Tərəflər kəndlərdə telekommunikasiyanın inkişaf etdirilməsi, rəqəmsallara keçidin təmin edilməsi və lokal şəbəkələrin tənzimlənməsi sahəsində İsrail Dövlətinin təcrübəsinin tətbiqi üçün hər iki tərəfin mütəxəssislərinin birgə iş aparmasını təmin edəcəklər. Maddə 4 Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə toxunmur. Maddə 5 Tərəflər bu Saziş çərçivəsində mübadilə etdikləri konfidensial informasiyanın dövlətlərinin milli qanun və qaydalarına uyğun surətdə qorunması üçün zəruri tədbirlər görmək, həmçinin belə informasiyanı təqdim etmiş Tərəfin yazılı icazəsi olmadan bu informasiyanı üçüncü tərəfə aşkarlamamaq və yaymamaq öhdəliyi daşıyırlar. Bu müddəa hazırkı Saziş xitam olunduqdan sonra da qüvvədə qalır. Maddə 6 Tərəflər bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mübahisələr yarandığı təqdirdə, onları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər. Maddə 7 1. Bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul səlahiyyətli orqanlar: Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi; İsrail Dövləti Hökuməti adından - İsrail Dövlətinin Rabitə Nazirliyidir. Tərəflər başqa cür razılaşdırmadıqları müddətcə, bu Sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi üzrə səlahiyyətli orqanların qarşılıqlı fəaliyyəti zamanı işçi dil qismində ingilis dilindən istifadə ediləcəkdir. 2. Tərəflər əməkdaşlığın xüsusiyyətlərindən asılı olaraq, bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul olan digər dövlət hakimiyyəti orqanlarını hazırkı Sazişin 8 ci Maddəsinə əsasən təyin edə bilərlər. 3. Tərəflər başqa cür razılaşdırmadıqları müddətcə, hər bir Tərəf bu Sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi ilə bağlı xərcləri özü ödəyəcəkdir.

Maddə 8 Tərəflərdən hər biri istənilən vaxt bu Sazişə düzəlişlər edilməsini təklif edə bilər. Tərəflər arasında düzəliş və əlavələrlə bağlı birbaşa məsləhətləşmələr Tərəflərdən birinin bu barədə diplomatik kanallarla yazılı bildirişi göndərdiyi tarixdən 60 gün ərzində keçiriləcəkdir. Bu Sazişə istənilən düzəliş yazılı formada olacaq və 9-cu maddədə nəzərdə tutulan qaydada qüvvəyə minəcəkdir. Maddə 9 Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik notalarının ikincisinin alındığı tarixdən qüvvəyə minir. Bu Saziş iki il müddətinə bağlanılır. Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə altı ay qalmış ona xitam vermək niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti ikiillik müddətlərə uzadılacaqdır. Sazişin xitam olunması xitam olunma zamanı davam edən fəaliyyətlərə təsir etməyəcəkdir və Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu cür fəaliyyətlər onların başa çatmasına qədər davam edəcəkdir. Bu Saziş Bakı şəhərində 28 iyun 2009 cu il tarixində, müvafiq olaraq 6 Temuz 5769 cu il tarixində Azərbaycan, ivrit və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir. Azərbaycan Respublikası Hökuməti adından İsrail Dövləti Hökuməti adından