Milli Virtual Kitabxana ŞƏFƏQ SAHİBLİ ÜŞÜYÜRƏM SÖZƏ SARI POEMA Rəsul Rzanın 100 illiyinə

Benzer belgeler
Milli Virtual Kitabxananın təqdimatında

BÖYÜK DƏCCAL Amerika

Sarı saatlar dənizində

Haraylayır Ana torpaq NƏZMİYYƏ HİCRAN

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Bahtiyar Vahabzade nin Şiirlerinde Sonbahar

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

SALAM SARVAN ŞEİRLƏR

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Mina RƏŞİD - BÖYÜKLƏR BİZƏ BAXSIN. Mina RƏŞİD BÖYÜKLƏR BİZƏ BAXSIN

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

DOSTUM AY ÇEVİRƏNİ ƏZİZ SƏLAMİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

SUPER EŞŞƏK. Yusif Nazim. Gənc yazarın e-kitabı. Milli Virtual Kitabxananın təqdimatında

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Ruzbeh Məmməd. 365 gün

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

ÜLVİ BÜNYADZADƏ SƏNİN OXŞARIN BƏNÖVŞƏDİ

Abbas Abdulla Yalnızam

AŞIQ GÜLABI MЯN OLMAYANDA

Şeyxa Suad Əl-Sabah MƏNİ GÜNƏŞƏ APAR. Milli Virtual Kitabxananın təqdimatında. Babək Əhmədov

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Sabir Şirvan. Ellər, məni unutmayın. (şeirlər və poema)

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaq dünyasının yorulmaz səyyahı- Tofiq Mahmud

Azərbaycan xalqlarının ədəbiyyatı e- antologiyası: Talış ədəbiyyatı N ( )

СЫЬЫНАЪАГ ЛИМАН ЙОХДУР

Yol odur ki, haqqa vara... Yunus Əmrə

Şeyxa Suad Əl-Sabah MƏNİ GÜNƏŞƏ APAR

Сян кюврялмя mяn kюvrяlim

Xoxan. Gənc yazarın e-kitabı. Günay Dağlı. Poetik və nəsr toplusu. Milli Virtual Kitabxananın təqdimatında

Nəsir QƏDİRLİ HƏQİQƏTLƏR, GÜMANLAR. (Şeirlər)

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

Seyid Ramin YAŞASIN ÖLMƏK!

COŞĞUN QARABULUD COŞKUN KARABULUT HARDAN HARAYA NERDEN NEREYE

Şaman nəvəsi Rüstəm Behrudi

Neriman Hesenzâde (Kazak 1931)

Ədalət Əsgəroğlu. Xocam Xocalı! (Poema) Tanınmış və istedadlı şairin Xocalı faciəsi haqqında poetik kitabı YYSQ - Milli Virtual Kitabxananınenəşri

Mən hönkürmək istəyəndə. Suya girmək istəyirəm, Mən hönkürmək istəyəndə. Yer süpürmək istəyirəm, Mən hönkürmək istəyəndə. Bərk tüpürmək istəyirəm.

SƏNİ YARADANI SEVİRƏM...

tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalında əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı q

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Мян бир сюз билирям. Ибращим илйаслы. mən bir söz bilirəm. Ģ e r l ə

Memmed Araz (Nahcıvan-Şahbuz, 14 Ekim 1933)

Azərbaycanın görkəmli qadın şairləri. 60 illik yubileyi münasibətilə FƏRİDƏ HACIYEVA. Biblioqrafiya

günahsız qurbanı olan azad insanların ruhauna təqdim edirəm. Abbasəli Əhmədoğlu( ) SON TÜFƏNG

Con Steynbek XRİZANTEMLƏR

Milli Kitabxana ZƏMİNƏ ХINАLI. VƏTƏN SЕVGİSİ Зяминя Хыналы Вятян севэиси «АДИЛОЬЛУ» БАКЫ-2007

Ömür kitabına poeziya yazılan şair- Sabir Rüstəmxanlı

Söz mənimkidir. Aşıq Ağalar

Milli Kitabxana. Kitabımın işıq üzü görməsinə görə oğlum Eldara ana sevgisi və sayqısıyla təşəkkürümü bildirirəm

MAŞTAĞA ZİYALI QADINLAR MƏCLİSİ (almanax)

Adam girir min dona, macal yoxdu şeytana, Əsir düşüb insana, şeytan da it günündə.

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

AZƏRBAYCAN DİLİNİN İZAHLI LÜĞƏTİ NDE GEÇEN KUVVETLENDİRME EDATLARI

Qismət MEQAPOLİS HÜZNLƏRİ

Töfiq Mahmud (Nahavan, 9 Kasım 1931)

Zaur USTAC ORİYENTİR ULDUZU

BESTAMİ YAZGAN. Yağmur Quşları. Qafqaz Üniversitelinin nəşri. W-Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

SƏRHƏDLƏR AŞAN POEZİYA. (medodik vəsait)

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Fənn: Auditoriya saatlarının miqdarı: Kafedra: Qruplar: Bölmə Sual

BƏNÖVŞƏLƏR. Milli Virtual Kitabxananın təqdimatında. "Gənc yazarın ilk e-kitabı" 01 ( )

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

YYSQ Zaur Ustac. Oriyentir ulduzu. (Yeniyetmələr üçün. Povest) Milli Virtual-Elektron Kitabxananın təqdimatında

Uşaq gözü, şair sözü

Gedək biz olmayan yerə

BORÇALILI ŞAİR ZƏRGƏR MUSA VE ŞİİRLERİ * Bahadır GÜNEŞ

BİRİNCİ FRAQMENT. Bir gənc ana uşaq arabasını yırğalayır, əlilə irəlini göstərərək körpəni ovutmağa çalışır.

AŞIQ NABAT ƏLDƏ XINA, GÖZDƏ YAŞ

F.K öçər lia dına Respublika Uşa q Kita bx anası. Ələviyyə Babayevanın 95 illik yubileyi münasibəti ilə. Zərif duyğular tərənnümçüsü

Aida Eyvazlı Göytürk

Dünyada ən uca zirvədir - Ana!

Şafak Sahibli. Alevine Üşüyen Mum. Çeviren: Fethi Gedikli. Milli Virtual Kitabxananın təqdimatında

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Qabil (Baku, 1926-) Saysız şer içinde adi şe'rsen Ancaq ne şeriyin, ne ortağın var. Böyük bir axında üzüb gedirsen, Xırdaca gemisen, öz bayrağın var.

ƏLİBABA MƏMMƏDOVUN MAHNILARI

Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

DAVETLİSİ

Azərbaycan Milli Kitabxanası

Ġradə Əlili GÜLLƏ SƏSĠNDƏN DOĞULAN KĠTAB

Gülarə Munis BÖCƏK, YEMƏZ ÇİYƏLƏK...

Müşfiq XAN Ünvansız sevgi detektiv roman

F. M. Dostoyevski. Gülməli adamın yuxusu

Tapmacalar. (Bilmeceler) ( Suphi Saatçi, Kerkük Çocuk Folkloru, İstanbuI-1984, s )

Aparıcı uşaqlara uyğun müraciətlə:

ÇAĞDAŞ AZERBAYCAN ŞİİRİNDE ULUSAL TARİH

Şahin Xəlil. Bakı 2011

Şahin Xəlil. Bakı 2011

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Boz Cücələrlə. Məşhur Oğrubaşı Qara Pişiyin ölüm-dirim savaşı (nağıl)

Qunça. A.Elyar. 1.Səhnə - Xiyavan

Andrey PLATONOV. TORPAQDA ÇİÇƏK (Hekayə. Orijinaldan yeni tərcümələr)

IX - Tapmacalar. Ekinçiliye, Tahıl ve Zehmete Dair. Dilim dilim nar, Dizimecan qar, Uçdu bir keklik, Qondu bir dilber.

Transkript:

www.kitabxana.net Milli Virtual Kitabxana ŞƏFƏQ SAHİBLİ ÜŞÜYÜRƏM SÖZƏ SARI POEMA Rəsul Rzanın 100 illiyinə 21.06.2011

www.kitabxana.net Milli Virtual Kitabxananın Təqdimatında ŞƏFƏQ SAHİBLİ ÜŞÜYÜRƏM SÖZƏ SARI Elektron kitab YYSQ - Milli Virtual Kitabxananın rəqəmsal e-nəşri N 55 Redaktoru və e-nəşrə hazırlayanı hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq YYSQ - Milli Virtual Kitabxana Bakı 2011

84AZ 2011 Redaktoru: Məlahət Yusifqızı Səxavət Talıblı Sa 12 Sahibli Şəfəq, Üşüyürəm sözə sarı: poema (Rəsul Rzanın 100 illiyinə) Bakı: Adiloğlu, 2011, səh. Şəfəq Sahibli Könlüm susuz səhradır, Biçilmiş çiçəklər, Anasız günlərim, Həsrətin evimin qonağı olur, Düşmən əlimi sıxır, dost ürəyimi, Tənha qu quşu adlı şeir kitablarının müəllifidir.

ÜŞÜYÜRƏM SÖZƏ SARI

Güllər açılsın, Gullələr acılmasın... Rəsul Rza PROLOQ Ulduzlar darayır ağ buludları, Ayın gözlərindən yuxu tökülür. Gecə addımlayır azana sarı, Dan yeri qala tək uçub, sökülür. Dağlar şəfəq altda köz-köz dayanıb, Yanır manqal kimi sabahın üzü. Təbiət bu səhər erkən oyanıb, Öpür lalə-lalə açan gündüzü. Ömür addım addım rəngə boyanır, İllərin ayağı cat-cat olubdur. O ötən günlərdən həsrət boylanır, Yol üstə hardasa vüsal qalıbdır. Süzülür dərdləri kirpiklərindən, Damır damla-damla çiçəyin üstə. Rəsulsuz dünyanın dərdi-sərindən Səpir şehli-şehli qəbrinin üstə. Dayayıb üzünü sinə daşına, Bir yanaq dodağın həsrətindədir. Dolanıb Kəbə tək məzar başına Bu gün də Rəsulu ziyarətdədir.

*** Torpağı qəbir-qəbir daşlasam, Sənsiz bir dünya başlasam, - Yaşayarammı?! Səsim ruhunun harayı olsa, Nəfəsin titrəyib yuxuma dolsa, Sənsizliyin gözlərimdən oxunsa, - Yaşayarammı?! Ömrümüzə od salan atəşin közü sönsə, Sənsiz qalan dünyamda Günəşin özü sönsə, Bir-bir çəkib qoyduğun rənglərin sözü sönsə, - Yaşayarammı?! Sənlə birgə yaşanan yel qanadlı illərin, Yaşıl rəngə saldığın al-qırmızı günlərin xəzan olub tökülsə, - Yaşayarammı?! *** İllər suvaq olub ömrümdən lay-lay sökülür. Qopur yaddaşımdan sətir-sətir xatirələr. Torpağın gözündən yuxu tökülür. Sabaha açılır qızıl pərdələr.

Bir ana laylası, bir azan səsi. Körpə bir küləyin Üzümə tamarzı nəfəsi gül üstündə üşüyür. Xatirələr sarı yarpaq tək düşür. Qalır misra-misra uzaq xatirələrin külü. İlməsi açılıb ağ buludların Göyün üzü ətəyindən süzülüb. Torpaq sinəsinə şəhid məzarlar Mirvari sayağı tək-tək düzülüb. Diksinib içimdə Vətən həsrəti, Yağış tək ələnib yurduma yağı. Mən kimi səsləyim, kimi çağırım Ömrümün, günümün bu qərib cağı?! *** Görüşünə gəlmişəm, Ustad, əllərini uzat. İçimdən içimə gedən yol üstə Kələf tək dolaşıb baharım, qışım. Özüm öz ardımca dönüb baxıram, Divar tək çat verir alın qırışım. *** Yadıma xatirə çağında soyuq bir axşam düşdü.

Bu ömrün ləçəyi bizim, gülü yarpağın. Boyumuza baxıb qəbir qəbir gözləri gülür torpağın. Gözlərimə payız gəlir, Bulanıb ömrün suları. Batıram dərya gözünə, Üşüyürəm sözə sarı. Yola çıxdım fəsil-fəsil, Bu yol bir payız nağılı. Bir ah imiş ömrün səsi, Alıb başımdan ağılı. Ömrümə xəzan dağılıb, Günüm sarı, gecəm sarı. Ustad, bir dəsmal əvəzi, Gözlərimə sözü sarı! Görüşünə gəlmişəm. Əllərini yzat, ustad, baharın gəlişinə! Qoy, qaranquşlar gəlsin! Durnalar payızın sonuncu qatarıdır. Qalx bülbül səsindən. Bir udumluq nəfəs al. Oyat yatmış həqiqətin varlığını, yada sal. Çıxar bizi, çıxar, ustad! Bu illərin daş-kəsəkli yollarından, boranından, şaxtasından, qarından. Çıxar bizi, əbədiyyət məzarından.

Görüşünə gəlmişik, Ustad! Yapışmışıq həqiqətin ətəyindən. Çıxar bizi bu dünyanın bəbəyindən. Dilə gəldi qəbrin üstə qərənfillər. Nələr oldu, ustad, nələr!.. Açıldı güllələr. Havada ləçəklədi. İgidlərin sinəsində çiçəklədi, ulu şair! Qarabağı misra-misra, bayatı-bayatı itirdik. Özümüzə dar ağacı bitirdik. Varaqlandı, ellər getdi. Basılmarıq, - deyə-deyə torpaq getdi, qeyrət getdi. Ağ orpəkli Lacın getdi. Qız ismətli Şuşa getdi. Güllər açılmadı, güllələr açıldı. Bir ucu Dərbənddə,

bir ucu İrəvanda... Üstümüzə yeridi düşmən qoşunu, düşmən qurşunu. Gəmilərin fitindən dondu göydə qağayılar. O gün Yırğalandı şəhərim dolu beşik tək. Azadlıq-azadlıq -deyə inlədi torpaq. Durna qatarı tək düzüldü yollara tabut-tabut igidlər. Sinələri al çiçəklər qırmızı qönçəli, toy xonçalı. Gözü yaşlı şəhid şəhər. Külünglərin səsinə diksindi torpaq. Bağrı yarıldı. Bir qala salındı Şəhid şəhər qoynunda. Qara mərmər altında ağ üzlər yatdı. Hər kəs susdu, təkcə ürəklər ağladı. Ürəklərə qoşulub burda çiçəklər ağladı, Rəsul Rza!

O məzarlar üstünə Qərənfillər düzüldü. O güllərin üstünə Göz yaşları süzülür. Orda igidlər yatır, Igid, qəhrəman, cəsur. Amma danışmır onlar, Susur, məzarlar susur. Bu yanan məzarlar sönən deyilsə, Ruhumuz göylərə çəkiləcəkdir. Göz yaşı su səpməz torpağın üstə, Torpaq dar ağacı bitirəcəkdir. Od tutar, daşların yaşı silinməz, Bu bəxtdir, yoxsa ki, tale qarğışı? Burda zaman susar, vaxt da bilinməz, Asılar ürəkdən bir məzar daşı. Aylar, illər üstə yandı çırpı tək, Alışdı ömrümüz yanıq iyinə. Bir ölüm şığıdı başımız üstdə, Çəkildi bir tənha sözün dibinə. Bu ömür deyilən qısaymış yaman, Arzular ürəkdə yazılı qaldı. Bəxtim boynubükük bənövşə kimi, Dərdlərin qoynuna qısılı qaldı. Yetiş dada, ustad, yetiş! Görüşünə gəlmişik. Dünya uçdu başımıza, qaraörpək buludların göz yaşları dayanmadı. Yatdı güllər. Tumurcuqlar oyanmadı. Açmadı əkdiyimiz O çiçəklər, o güllər.

İgidlərin sinəsində qönçə- qönçə, nöqtələndi, düymələndi, pöhrələndi güllələr, Rəsul Rza! O gün Tabut tutdu, gördüyün ağ göyərçinlər tutan əllər, Şəhid oldu meydanlarda həmrəyliyə inananlar, dönmədilər, Ölmədilər. Duşmənlərin - ocağını sondürdülər. Çırağını qaraltdılar, Boz atlılar, Qır atlılar, Boyatlılar Azadlığı yaratdılar. Qarabağa yetişmədi Bax, o gecə kəsik əllər, sinələri qərənfillər. Bax, o gecə körpələrin beşiyində güllələndi laylaları, çilikləndi yuxuları. Bax, o gecə nişanlı qız barmağının üzüyündə ləkələndi. Bax, o gecə təzə gəlin ana olmaq arzusunda, həsrət ilə gözlədiyi körpəsiylə tikələndi. Bax, o gecə bahar uçdu, lələk-lələk ləçək saldı. Çiyinlərdə

tabut tabut ləpələndi güllə səsi. Bu şəhərə qan verməyə hazır idi hər dalanı, hər küçəsi. Dan yeri qanadı qəhərindən, səhər köçdü şəhərindən. Sən gördüyün o meydanda başı kəsik, qan içində laləliyə döndü şəhər. Duşmənləri pərdə-pərdə ətəyindən sildi şəhər. Elə bildik, öldü şəhər. Yox ölmədi, Rəsul Rza! Yox ölmədik, Rəsul Rza! Bir sehrli qaranlığın, Köynəyindən keçib gəldik. Alnımızın yazısını, Boyumuza biçib gəldik. Ömrü güllə darağı tək, Boşaltdıq vaxtın köksünə. Son nəfəsi güzgü kimi Tutduq dünyanın üzünə. Yoxmuş cavabsız bir sual, Ölüm də bir cavab imiş. Ölüm sevməzlər içində Ölməkdə bir savab imiş. Sevinc şərabını içib, Dərd nədi,bilməyə gəldik.

Cırıb süküt yaxasını Dünyaya ölməyə gəldik. Üzü yurd yerinə basdırın məni, Qoyun başdaşımı bir çınqı sözdən. Doğma yurd yerindən əsən küləklər, Bəlkə yolun saldı məzarım üstə. Nə mənim, nə sənin deyilmiş, demə Məndən də, səndən də uludur bu qəm. Bütün talelərin içindən keçən, Ən ulu dərgahın yoludur bu qəm. Çiynimə yüklənmiş dərd şələsini, Bir ömür daşıdım belədən-belə. Zamanın qar basmış dolaylarında, Ayları, illəri sovurdum yelə.

EPİLOQ Hikmət işığından yol gedən ömrün, Arzusu, sevgisi hopub varağa. Sənətin əbədi zirvələrində Rəsul Rza sözü dönüb bayrağa. Sözlərin həniri, sözlərin odu, Könüllər içindən ocağa dönür. Böyük sənətkarın misralarında, Azərbaycan adlı dünya görünür. Sözün sinəsindən karvanlar keçir Gəlir sətir-sətir zinqırov səsi. Dünyanın söz adlı ucalığından Boylanır bir ulu söz sərkərdəsı.

Payızı şəhidə bənzədirəm. Ağaclar saçını yolan vətəndir. Küləklər savaşın amansızlığı, dolan buludlar ananın göz yaşları, çaxan şimşək bir atanın qəzəbi, Qarabağ məzarımdı, Qıbləm Azərbaycanım! PAYIZ