Müvəqqəti sığınacaq üçün icazə: sizin üçün bu nə deməkdir?

Benzer belgeler
İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

[18] 1. Ümumi müddəalar

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

haqqında ətraflı məlumat

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar:

Marketinq. Mehdiyev Əkbər

«WESTERN UNION» pul köçürmələri xidmətinin göstərilmə şərtləri

Azərbaycana gələn xarici vətəndaşlar üçün Vergi Təlimatı 2014

Qeydiyyat ili işçi səhm plan

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Sistem inzibatçıları üçün təlimat

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Hüquqi şəxslərin Elektron imza sertifikatı almaları üçün E-ərizə ilə müraciət xidməti üzrə İSTİFADƏÇİ TƏLİMATI

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi. İstifadəçi təlimatı

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

Ərizə formasının doldurulması qaydaları. I. Ərizə formasının doldurulmasından öncə nələri bilmək lazımdır

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

BlackBerry ID Sazişi

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

SĐYAHIYAALMA VƏRƏQƏSĐ

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

Azər-Türk Bank ASC üzrə

SƏYAHƏT SIĞORTASI QAYDALARI

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Vahid rüblük hesabat TƏLİMAT

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Tez-tez soruşulan suallar

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

SƏYAHƏT SIĞORTASI QAYDALARI

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

İNTERNET BANKÇILIQ SİSTEMİ ÜZRƏ İSTİFADƏÇİ TƏLİMATI

Mündəricat. I. GİRİŞ Qayıdışdan əvvəl görülməli olan tədbirlər: Qayıtdıqdan dərhal sonra görülməli olan tədbirlər:...

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Transkript:

Müvəqqəti sığınacaq üçün icazə: sizin üçün bu nə deməkdir? Sizin sığınacaq üçün müraciətinizə müsbət cavab verilib. Sizə müvəqqəti sığınacaq üçün icazə verilir. Bu İmmiqrasiya və Naturalizasiya xidməti tərəfindən qəbul edilmiş və sizə verilmiş qərarda yazılıb. Sizin hüquq məsləhətçiniz (advokatınız) və yaxud Qaçqınlarla İş üzrə təşkilatın (VWN) əməkdaşı bu qərarda yazılanları sizə daha ətraflı anladacaq. Bu qərarın sizin üçün mühüm təsiri var: 1. Sizə yaşayış üçün icazə sənədi veriləcək. 2. Sizin ailə üzvləriniz Niderlandda yaşamaq icazəsi üçün müraciət edə bilərlər. 3. Siz özünüz üçün yaşayış evi axtara bilərsiniz. 4. Siz Niderland dilini öyrənməlisiniz. 5. Sizin işləmək hüququnuz var. 6. Sizin uşaqlarınız məktəbə getməlidirlər. 7. Siz xarici ölkələrə səyahət edə bilərsiniz. Aşağıda yazılan məlumatda siz öz hüquq və vəzifələrinizlə daha ətraflı tanış ola bilərsiniz. Bu məlumatı diqqətlə oxuyun : bu sizin üçün çox vacib ola bilər.

1 Sizə yaşayış üçün icazə sənədi veriləcək. Bu sənəd ilə siz sübut edə bilərsiniz ki, sizin Niderlandda yaşamaq haqqınız var. Bu sənəd W- sənədi kimi kart formasındadır. 1.1 Siz nə etməlisiniz? > W-sənədini təhvil verməlisiniz. Bir neçə həftə ərzində siz bu kartı hansı İmmiqrasiya və Naturalizasiya bölməsində ala biləcəyiniz haqqında məktub alacaqsınız. Siz yaşayış üçün icazə sənədinizi aldıqda W- sənədinizi təhvil verməlisiniz. > Yaşadığınız şəhərin bələdiyyəsində qeydiyyata düşməlisiniz. Siz özünüzü Şəxslərin Ümumi Qeydiyyat reyestrına (BRP) yazdırmalısınız. Siz bunu hələ də etməmisiniz? O halda İmmiqrasiya və Naturalizasiya xidmətinin qərarı ilə yaşadığınız şəhərin bələdiyyəsinə gedin. BRP qeydiyyatına düşmək sizin üçün çox vacibdir. Müxtəlif təşkilatlar sizə yardım etmək üçün sizin haqqınızdakı məlumatı BPR-dən əldə edirlər. Özünüzün və uşaqlarınızın ad və təvəllüdlərinin BRP-də düzgün qeydiyyata alınmasını təmin etməlisiniz. Səhvləri sonradan düzəltmək çox çətindir. Özünüzlə mümkün qədər çox sənəd götürün : məsələn doğum haqqında şəhadətnamə, evlilik haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi. Diqqət: Əgər siz köçsəniz, yeni ünvanınızı BRP-də dəyişdirməlisiniz. BRP-də qeyd olunan məlumatlardan istifadə edən müxtəlif yardım təşkilatları üçün sizin düzgün ünvanınızı bilmək olduqca vacibdir. > Yaşayış üçün icazə sənədinizi hər zaman yanınızda götürün. Yaşayış üçün icazə sənədiniz həm də sizin Niderlandda şəxsiyyət vəsiqənizdir. Niderlandda yaşayan 14 yaşdan yuxarı hər kəs öz şəxsiyyətini təsdiq etməlidir. Bu o deməkdir ki, polis və yaxud başqa bir nəzarətçi tələb etdikdə siz öz sənədinizi ona göstərməlisiniz. Əgər siz şəxsiyyət vəsiqənizi təqdim etməsəniz, cərimələnə bilərsiniz. Pagina 2 van 11

1.2 Suallarınız var? "Müvəqqəti" nə deməkdir? Sizə müvəqqəti sığınacaq üçün icazə verilib. Sizə verilən qərarda bu icazənin nə zamana qədər etibarlı olduğu qeyd olunub. Bu tarix həmçinin sizə verilən sənəddə də (kartda) qeyd olunub. Əgər sizə verilən müvəqqəti sığınacaq üçün icazəsinin etibarlılıq müddəti bitmək üzrədirsə, siz daimi yaşayış icazəsi almaq üçün müraciət edə bilərsiniz. Vaxtından tez müraciət etməyin: müvəqqəti sığınacaq üçün icazənin etibarlılıq müddətinin bitməyinə 4 həftə qalmış siz müraciət edə bilərsiniz. Müraciətin vaxtında edilməsi üçün siz cavabdehlik daşıyırsınız. Siz həmçinin İmmiqrasiya və Naturalizasiya xidmətindən "Daimi yaşayış üçün icazə" formunu sifariş edə bilərsiniz. Diqqət: Nəzərə alın ki, 1 yanvar 2010-cu ildən etibarən daimi yaşayış üçün icazə almaqdan öncə siz İntegrasiya qanunu əsasında İnteqrasiya imtahanını vermiş olmalısınız. Əlavə məlumat üçün bu sənədin 4-cü bölümü ilə tanış ola bilərsiniz və aktual məlumat üçün İmmiqrasiya və Naturalizasiya xidmətinin internet saytına( www.ind.nl)müraciət edə bilərsiniz. İND sığınacaq üçün verdiyi icazəni geri ala bilər? İND sizə verilmiş müvəqqəti sığınacaq üçün icazəni geri ala bilər. Əgər siz sığınacaq proseduru zamanı özünüz haqqında yanlış məlumatlar vermisinizsə, əsas yaşayış yeriniz Niderlandın xaricindədirsə (7-ci bölümə bax) və yaxud cinayət işlədiyinizə görə məhkum olunmusunuzsa, İND sığınacaq üçün verdiyi icazəni geri ala bilər. Əgər İND-nin bunu etmək məqsədi varsa, siz bu barədə məktub alacaqsınız. İND ilə razılaşmadığınız halda siz hüquq məsləhətçinizin ( advokatınızın) köməyi ilə bu məktuba öz reaksiyanızı bildirə bilərsiniz. Mənim sənədim itdiyi və yaxud oğurlandığı halda mən nə etməliyəm? Bunu polisə bildirin. Bildirdikdək sonra İND-yə yeni sənəd üçün müraciət edin.müraciət üçün "Sığınacaq üçün verilmiş icazə sənədinin dəyişdirilməsi, yenilənməsi və yaxud bu sənədin alınması üçün ilk müraciət" formunu istifade edin. Buna görə pul ödəməli olacaqsınız. Müraciət formunu sifariş etmək istəyirsiniz? Və yaxud sıqınacaq üçün verilmiş icazə sənədiniz haqqında suallarınız var? İND ilə əlaqə telefon nömrəsi : 088 0430 430 (yerli tarif) və internet sayti www.ind.nl. Pagina 3 van 11

2 Sizin ailə üzvləriniz Niderlandda yaşayiş icazəsi üçün müraciət edə bilərlər. Sizin hələ də xaricdə yaşayan ailə üzvləriniz Niderlandda sizin yanınızda yaşamaq üçün yaşayış icazəsi almaq üçün müraciət edə bilərlər. 2.1 Wat moet u doen? > Şərtlər haqqında məlumat almaq üçün siz hüquq məsləhətçinizə (advokatınıza) müraciət edə bilərsiniz. Sizin ailə üzvləriniz üçün lazım olan icazəyə aid olaraq müəyyən şərtlər irəli sürülür. Sizin hüquq məsləhətçiniz (advokatınız) sizə başqa şərtlər haqqında daha ətraflı əlumat verə bilər. > Üç ay ərzində ailə üzvləriniz üçün prosedura başlayın. Sizizn ailə üzvlərinizin Niderlanda gəlmək üçün Müvəqqəti yaşayış icazəsi (mvv) sənədi olmalıdır. Mvv 3 aydan artıq qalmaq üçün bir növ viza rolunu oynayır. Əgər İND sizin mvv (viza) müraciətinizə pozitiv cavab veribsə, bu o deməkdir ki, sizin ailə üzvlərinizin pasportlarına Niderlanda giriş haqqını əldə etmək üçün stiker yapışdırılacaq. Siz ailə üzvləriniz üçün bu müraciəti Niderlandda edə bilərsiniz və yaxud sizin ailə üzvləriniz yaşadıqları ölkələrdə Niderland səfirliyinə müraciət edə bilərlər. Ailə üzvləriniz yaşadıqları ölkədə Niderland səfirliyi olmadığı halda Niderland səfirliyi olan qonşu ölkəyə gedə bilərlər. Siz icazə üçün müraciət etdikdən sonra İND təxmnən üç ay ərzində qərar qəbul edəcək. İND sizin mvv üçün etdiyiniz müraciətə pozitiv qərar qəbul etdikdə sizin ailə üzvləriniz Niderland səfirliyindən stiker ala bilərlər. Bu həmçinin də o deməkdir ki, sizin ailə üzvləriniz bir neçe dəfə Nierland səfirliyinə getmək üçün uzun yolçuluğa çıxmalıdırlar və yaxud müraciətə baxılan zaman ( hər halda 3 ay ərzində) Niderland səfirliyinə yaxın bir yerdə yaşamalı olmalıdırlar. Mvvstikeri ilə yanaşı ailə üzvlərinizə bir məktub veriləcək. Bu məktubda Niderlanda gəldikdən sonra hansı İND bölməsinə müraciət etmək haqqında məlumat verilir. Diqqət: siz Niderlandda yaşamaq icazəsi aldıqdan sonra, siz və yaxud ailə üzvləriniz üç ay ərzində mvv-prosedurunun açılması üçün müraciət etməlisiniz.siz ailə üzvlərinizin hal hazırda qaldıqları yerini bilməsəniz belə, üç ay ərzində müraciət etməlisiniz ki, ailə üzvləriniz (bir müddət sonra) sizin yanınızda yaşayış haqqını əldə edə bilsinlər. Mvv-prosedurunu açmaq istəyirsiniz? İND-dən " Müvəqqəti yaşayış üçün icazə - sonradan gələnlər üçün sığınacaq" müraciət formunu sifariş edə bilərsiniz.məlumat üçün İND-nin 0880430430 (yerli tarif) telefon nömrəsinə zəng edə bilərsiniz və yaxud İND-nin www.ind.nl internet saytına müraciət edə bilərsiniz. Pagina 4 van 11

2.2 Suallarınız var? Mənim sığınacaq üçün təqdim etdiyim müraciətə üç aydan artıq müddət bundan öncə icazə verilib. Mən indi nə etməliyəm? Siz ailə üzvrəriniz üçün normal ailə birləşməsi prosedurunu açmaq üçün müraciət edə bilərsiniz. Bu prosedurun şərtləri sığınacaq prosedurunun şərtlərindən fərqlidir. Ailə üzvlərinizi yanınızda saxlamaq üçün sizin yetərincə gəliriniz olmalıdır. Bu prosedur üçün "Ailə üzvlərinin və qohumların qalması üçün müraciət" formunu sifariş etməlisiniz. Əgər mənim uşaqlarım Niderlandda anadan olublarsa, hansı qaydalar onlara aiddir? Niderlandda anadan olan uşaqlarınızın da burada yaşamaq üçün icazəsi olmalıdır. Siz öz uşağınız üçün belə bir icazə almaq məqsədi ilə müraciət edə bilərsiniz. Öz uşağınızı öncə bələdiyyədə qeydiyyata salmalısınız (BRP). Bundan sonra İND-dən " Ailə üzvrərinin və qohumların (referent) qalması üçün müraciət" formunu sifariş etməlisiniz. Əgər sizin uşağınızın anası Niderland vətəndaşıdırsa, sizin uşağınız da Niderland vətəndaşıdır. Bu halda sizin uşağınız üçün yaşayış icazəsi almağa ehtiyacı yoxdur.sizin uşağınızın atası Niderland vətəndaşıdırsa, o halda sizin uşağınız da, əgər siz onun atası ilə evlisinizsə, Niderland vətəndaşıdır. Əgər siz uşağın atası ilə evli deyilsinizsə, uşağın atası uşağ anadan olmadan onu övlad kimi qəbul etməlidir. Uağın atası bunu yaşadığı şəhərin bələdiyyəsində edə bilər. Əgər ata uşağı anadan olmaqdan öncə övlad kimi qəbul edibsə, sizin uşağınız da Niderland vətəndaşıdır. Müraciət formunu sifariş etmək istəyirsiniz? Ailə birləşməsi haqqında başqa suallarınız var? İND ilə 0880430430 telefon nömrəsi ilə (yerli tarif) əlaqə saxlaya bilərsiniz və əlavə məlumat üçün İND-nin www.ind.nl internet saytına müraciət edə bilərsiniz. Pagina 5 van 11

3 Siz özünüz üçün ev axtara bilərsiniz. Sizə (Qaçqinların yerləşdirilməsi üzrə Mərkəzi Orqanın) COA-nın sığınacaq mərkəzində qalmağa artıq ehtiyac yoxdur. Siz özünüz üçün ev axtara bilərsiniz. COA sizə ev tapmağa yardım edə bilər. Özünüzə ev tapana qədər COA-nın sığınacaq mərkəzində qala bilərsiniz. 3.1 Siz nə etməlisiniz? > Sağlıq sığortası bağlamalısınız. COA-nın sığınacaq mərkəzində yaşadığınız müddət ərzində COA sizin sığortanızı təmin edir. Öz evinizə köçdükdən sonra, siz özünüz sağlıq sığortası bağlamalısınız. Siz məcburi olaraq xəstəlik xərclərinə görə özünüzü sığorta etməlisiniz. Sağlıq sığortasını bağladıqdan sonra özünüzü ev həkiminə (ümumi müalicə həkiminə) və diş həkiminə geydiyyata sala bilərsiniz. Ev həkimi lazım olduqda sizi xəstəxanaya tibbi mütəxəssisin yanına göndərə bilər. Mülki məsuliyyətin sığortası sizin və uşaqlarınızın başqa şəxslərə təsadüfən vurduğunuz ziyanı kompensasiya etmək üçündür. Siz istədiyiniz sığorta şirkətini seçə bilərsiniz. Siz mülki məsuliyyətin sığortasını bağlamaq məcburiyyətində deyilsiniz amma bunu etməyiniz daha məqsədə uyğundur. Bundan əlavə yaxşı olar ki, siz ev əşyaları və yanğına qarşı sığorta da bağlayasınız. > Ev kirəsi yardımı və sağlıq sığortası yardımı üçün müraciət edin. Əgər sizin gəlirləriniz aşağıdırsa, Niderland höküməti sizə evinizin kirəsinin və sağlıq sığortası haqqlarının ödənilməsində yardım edə bilər. Bunlar ev kirəsi yardım və sağlıq sığortası yardımı adlanır. Siz bunları almaq üçün Vergilər xidmətinə müraciət edə bilərsiniz : telefon nömrəsi 0800-0543. Siz yaşayacağınız şəhərin bələdiyyəsindən evinizi təmir etmək və ev eşyalarını almaq üçün vəsait ala bilərsiniz. Bu vəsaitin adı ev quruluşu kreditidir. 3.2 Suallarınız var? Ev təminatı haqqında suallarınız var? Suallarınızı sığınacaq mərkəzində COA-nın əməkdaşına verə bilərsiniz və yaxud siz yaşayacağınız şəhərin bələdiyyəsinə suallarınızı ünvanlandıra bilərsiniz. Pagina 6 van 11

4 Siz Niderland dilini öyrənməlisiniz. Siz Niderland dilini öyrənməli və Niderlandda mövcud olan qayda və adətləri bilməlisiniz. Buna inteqrasiya deyilir. COA-nın sığınacaq mərkəzini tərk etdikdən sonra yaşayacağınız şəhərin bələdiyyəsi sizə bu işlərdə yardım edəcək. 4.1 Siz nə etməlisiniz? > İnteqrasiya etməlisiniz Müvəqqəti sığınacaq üçün icazə aldıqdan sonra siz Təhsilin İdarəetmə Xidmətindən (DUO) məktub alacaqsınız. Bu məktubda sizin inteqrasiya olunmağınız haqqında məlumat veriləcək. İnteqrasiya olunduğunuz zaman siz Niderland haqqında çox şey öyrənəcəksiniz. Siz Niderland dilini öyrənəcəksiniz. Həmçinin siz Niderlandda yaşayış haqqında da öyrənəcəksiniz. Əgər siz bu inteqrasiya kursuna getməsəniz, DUO sizi cəriməliyə bilər. Sizin yaşınız 18 yaşdan aşağıdır və yaxud siz artıq təqaüd yaşına çatmısınız?bu halda yuxarıda deyilənlər sizə aid deyil və bu kursa getməyə sizə ehtiyac yoxdur. 4.2 Suallarınız var? İnteqrasiya haqqına daha çox məlumat əldə etmək istəyirsiniz? Bunun üçün www.inburgeren.nl saytına müraciət edə bilərsiniz. Siz həm də DOU ilə əlaqə saxlaya bilərsiniz. DUO-nun İnteqrasiya suallarına dair telefon nömrəsi 050-5999600. Siz xidmət bölümünə və ya imtahan yerinə gedə bilərsiniz. Ünvanlar haqqında məlumatla www.inburgeren.nl saytında tanış ola bilərsiniz. Pagina 7 van 11

5 Sizin işləmək haqqınız var. Sizi işə almaq üçün sizin iş sahibinizin hökümətdən məşqulluq icazəsi almağa ehtiyacı yoxdur. Əgər siz iş tapa bilməsəniz hökümətdən maliyyə yardımı almaq haqqınız var. 5.1 Siz nə etməlisiniz? > Vətəndaş Xidmət Nömrəsi (BSN-nömrəsi) üçün müraciət edin. BSN-nömrəsi ilə siz Vergilər Xidmətində qeydiyyata alınacaqsınız. Bu nömrə sizə maaş və ya hökümətdən maliyyə yardımı almaq üçün lazımdır. Bələdiyyədə BRP-də (reyestrdə) qeydiyyata düşdükdən və müvəqqəti sığınacaq üçün sənədinizi (kartınızı) aldıqdan sonra BSN-nömrəsi üçün müraciət edə bilərsiniz. Siz yaşadığınız regionun Vergilər Xidməti bölümünə müraciət edə bilərsiniz. Vergilər Xidmətinin bölümlərinin ünvanları üçün www.belastingdienst.nl saytına müraciət edə bilərsiniz. > Bank hesabı açın. Maaş və ya hökümətdən maliyyə yardımı almaq üçün sizin bank hesabınız olmalıdır. Əgər sizin hələ də bank hesabınız yoxdursa, siz bunu mümkün qədər tez açmalısınız. Bunun üçün istədiyiniz banka müraciət edə bilərsiniz. Müvəqqəti sığınacaq üçün sənədinizi (kartınızı) özünüzlə götürün. > Yaşadığınız şəhərin İşçi sığortaları idarəetmə institutuna (UWV) müraciət edin. UWV sizə iş tapmaqda yardım edə bilər. Siz özünüz və ya UWV sizə qısa bir müddət ərzində iş tapa bilmirsiniz və yaşayış üçün sizin kifayət qədər pulunuz yoxdur? Bu halda UWV sizə hökümətə sosial yardım üçün müraciət etməyinizə kömək edəcək. Sizin müraciətinizi UWV yaşadığınız şəhərin bələdiyyəsinə göndərəcək. Bələdiyyənin Social Xidməti sizin müraciətinizə baxıb sizə sosial yardım ödəyəcək. Yaşadığınız şəhərin bələdiyyəsində hansı UWV bölümünə getməyiniz haqqda sizə məlumat veriləcək. 5.2 Suallarınız var? İş və ya sosial yardım haqqında suallarınız var? Suallarınızı yaşadığınız regionun UWV bölümünə ünvanlandıra bilərsiniz. Pagina 8 van 11

6 Sizin uşaqlarınız məktəbə getməlidirlər Niderlandda bütün uşaqlar 5 yaşdan 17 yaşa qədər məktəbə getməlidirlər. Niderlandda yaşayan uşaqların çoxu 4 yaşdan etibaren məktəbə gedirlər. 6.1 Siz nə etməlisiniz? > Uşaqlarınızı təhsil almaq üçün geydiyyata salın. Siz uşaqlarınız üçün məktəbi özünüz seçə bilərsiniz. Uşaqlarınız məktəbə getməsələr siz cərimələnə və hətta həbs oluna bilərsiniz. > Uşaq pulu üçün müraciət edin Əgər sizin uşaqlarınızın yaşı 18-dən aşağıdırsa, Niderland höküməti onların təhsil xərclərinin bir hissəsini ödəyəcək. Bu sizə verilən uşaq puludur. Uşaq pulu üçün siz Sosial Sığortalar Bankına (SVB) müraciət edə bilərsiniz. Bələdiyyədə qeydiyyata düşdüyünüz zaman sizə SVB-yə müraciət üçün bir form veriləcək. Məlumat üçün www.svb.nl saytına müraciət edə bilərsiniz. 6.2 Suallarınız var? Kan ik als volwassene ook naar school? Men yetkinlik yaşına çatmışam. Mən məktəbə gedə bilərəm? Məcburi inteqrasiya kursu ilə yanaşı siz başqa təhsil növlərindən də istifadə edə bilərsiniz. Yeni təhsilə başladığınızda yaşınız 30-dan aşağıdır? Bu halda siz təhsilinizin maliyyələşdirilməsi üçün müraciət edə bilərsiniz: Niderland höküməti sizin təhsilinizin və yaşayış xərclərinizin bir hissəsini ödəyəcək. Siz müraciətinizi DUO-ya ünvanlandırmalısınız. DUO-nun əlaqə telefonu 055-5997755 və internet saytı www.duo.nl. Təhsilinizin maliyyələşdirilməsi üçün lazım olan şərtlərə cavab vermirsiniz? Bu halda Qaçqın-tələbələr üçün Cəmiyyət (UAF) ilə əlaqə saxlaya bilərsiniz. Müəyyən şərtlər altında onlar sizin təhsilinizin maliyyələşdirilməsində sizə yardım edə bilərlər. UAF-ın əlaqə telefonu 030-2520835 və internet saytı www.uaf.nl. Təhsil haqqında suallarınız var? Siz öz suallarınızı yaşadığınız şəhərin bələdiyyəsinə ünvanlandıra bilərsiniz və yaxud Hökümət Mərkəzi İdarəsi ilə 1400 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz. Təhsil haqqında suallarınız üçün 0800-8051 telefon nömrəsinə də zənq edə bilərsiniz. Əlavə məlumat üçün www.rijksoverheid.nl internet saytına müraciət edə bilərsiniz. Pagina 9 van 11

7 Siz xarici ölkələrə səfər edə bilərsiniz Əgər siz başqa ölkəyə yaşamaq məqsədilə köçsəniz, İND sizin Niderlandda müvəqqəti sığınacaq üçün verilmiş icazəni geri ala bilər. Siz xarici ölkələrə məzuniyyətə və yaxud iş səfərinə gedə bilərsiniz. 7.1 Siz nə etməlisinizz? > Xarici ölkələrdə uzun müddət qalmayın Əgər siz xarici ölkədə uzun müddət qalsanız, sizə Niderlandda müvəqqəti sığınacaq üçün verilmiş icazə geri alına bilər. Uzun müddət dedikdə ardıcıl olaraq 6 ay və yaxud 3 ildə ardıcıl olaraq 6 aydan artıq bir müddət nəzərdə tutulur. Burada bir hal istisna təşkil edir: əgər sizə verilən müvəqqəti sığınacaq üçün icazə aşağıda göstərilən səbəblərə görə verilibsə : - Siz öz ölkənizdə irqinizə,dininizə,milliyətinə,siyasi baxışlarınıza və yaxud müəyyən bir sosial qrupa aid oldğunuza görə təziqlərə məruz qalırdınız. - Sizin ölkənizdə sizə qarşı işgəncə kimi qeyri-insani rəftarın riski var. Xarici ölkəyə uzun müddətə gedirsiniz? Səfərinizin sizə verilmiş müvəqqəti sığınacaq icazəsinə təsirləri haqqında İND-yə sual verə bilərsiniz. İND həmçinin də gedəcəyiniz ölkədəki Xarici vətəndaşlar polisinə gəldiyiniz (və gedəcəyiniz) haqqda məlumat verə bilər. > Yol sənədlərinizin qaydada olmağını təmin etməlisiniz. Xarici ölkəyə səfərə çıxmaq üçün, məsələn məzuniyyətlə əlaqədar olaraq sizə müvəqqəti sığınacaq haqqında sənəd və pasportunuz lazım olacaq. Siz yaşadığınız şəhərin bələdiyyəsinə qaçqınlar üçün xüsusi pasport almaq üçün müraciət edə bilərsiniz. Sizin uşaqlarınızın da yaşından asılı olmayaraq pasportu olmalıdır. Qaçqınlar üçün verilən pasport haqqında əlavə məlumat əldə etmək üçün yaşadığınız şəhərin bələdiyyəsinə müraciət edə bilərsiniz.bəzi ölkələrə getmək üçün sizə viza lazım ola bilər. Əgər siz Şengen ölkələrinin birinə gedirsinizsə, sizə Şengen vizası lazım deyil. Şengen ölkələri aşağıdakılardır: Belçika,Luksemburq, Fransa, Almaniya, İtaliya,İspaniya, Portuqaliya, Yunanıstan, Avstriya, Danimarka, Finlandiya, İsveç, Norveç, İslandiya, Estoniya, Latviya, Litva, Polşa, Macarıstan, Malta, Çexiya, Slovakiya, İsveçrə, Sloveniya və Lixtenşteyn.Əgər siz Şengen ölkələrinin xaricində yerləşən ölkəyə səfərə çıxırsınızsa, sizə viza lazım ola bilər. Həmin ölkənin Niderlandda yerləşən səfirliyinə müraciət edib, bu barədə ətraflı məlumat ala bilərsiniz. Pagina 10 van 11

7.2 Suallarınız var? Mənim öz ölkəmə səfər etmək haqqım var? Əgər siz könüllü olaraq öz ölkənizə səfər edirinizsə, məsələn məzuniyyət və yaxud qohumlarınızla görüşmək məqsədilə, sizə verilmiş müvəqqəti sığınacaq üçün icazə geri alına bilər. Əgər öz ölkənizə könüllü olaraq etdiyiniz səfərinizdən sonra, sizə üçün ölkənizdə heç bir təhlükənin olmadığı üzə çıxarsa, sizə müvəqqəti sığınacaq üçün verilən icazə geri alınacaq. Mən öz ölkəmə həmişəlik qayıda bilərəm? Əgər siz öz ölkənizə həmişəlik dönmək istəyirsinizsə, Niderland hökümətinə maddi yardim (remiqrasiya yardımı ) üçün müraciət edə bilərsiniz. Siz SVB-yə müraciət edə bilərsiniz: əlaqə telefon nömrəsi 071-5129610 və ünvanı Leiden, Stationsplein 1. SVB-nin əməkdaşları maliyyə yardımı üçün müraciət etməyinizə kömək edə bilərər. Əlavə məlumat üçün SVB-nin saytına müraciət edə bilərsiniz : www.svb.nl. Öz ölkənizə qayıtmaq barəsində hələ də şübhələriniz var və yaxud seçim etmək üçün sizə kömək lazımdır? Bu halda Niderland Miqrasia İnstitutu ilə (NMİ) əlaqə saxlaya bilərsiniz: 030-2364245. Xarici ölkələrə getmək haqqında başqa suallarınız var? İND ilə 088-0430430 (yerli tarif) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu məlumatları oxuduqdan sonra hələ də suallarınız var? İND ilə 088-0430430 (yerli tarif) telefon nömrəsi ilə əlaqə saxlaya və yaxud siz yaşadığınız şəhərə yaxın bir yerde yerləşən VWN- nin əməkdaşlarına yardəm üçün müraciət edə bilərsiniz. Bu broşuranın məzmununa əsaslanaraq heç bir hüquqlar əldəediləbilməz. Əgər tərcümənin nəticəsi olaraq müxtəlif mənalar mövcud olarsa, Niderland dilində yazılan məlumat əsas götürülməlidir. Pagina 11 van 11