Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Benzer belgeler
Mərhəmətli, Rəhmli Allahın adı ilə!

BÖYÜK DƏCCAL Amerika

Ramil Soltanov CAMAAT NAMAZI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Ramil Soltanov CAMAAT NAMAZI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Mərhəmətli, Rəhimli Allahın adı ilə. Cümə namazı. Cümə gününün fəziləti

40 Hədis. Müəllif: Yəhya ibn ġərəf ən-nəvəvi

Səid bin Əli bin Vahf əl-qahtani RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Muhəmməd ibn Əhməd əz-zəhəbi. Böyük günahlar

Kitabın müəllif hüquqları qorunur.

ÖLÜMƏ QƏDƏR. Ramil Soltanov. Mərhəmətli, Rəhimli Allahın adı ilə. Bakı 2007

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Mərhəmətli, Rəhimli Allahın adı ilə

Mərhəmətli, Rəhimli Allahın adı ilə. Cümə namazı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Namaz. Dəstəmaz Dəstəmaz namazın müqəddiməsidir. Namaza başlamazdan əvvəl mütləq dəstəmaz alınmalıdır. Dəstəmazsız namaz düzgün deyildir və batildir.

İmam Əhməd əl-həsənin (ə) Buyurduğu Şəkildə

Müsafirin cib kitabı

Əlixan Musayev ÜÇ SUAL

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

شرح صورة الفاتحة. Fatihə surəsinin şərhi.

«Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər»(«əl-əhzab», 33).

DAVETLİSİ

Saleh bin Fövzan bin Abdullah əl-fövzan CƏNAZƏNİN MÜXTƏSƏR HÖKMLƏRİ

Abdu`l-BARİ əs-subeyti MÜSƏLMAN AİLƏSİNİN XÜSUSİYYƏTLƏRİ

Möminlərin analarına olan etiqadı. Allah onlardan razı olsun

Abdu`r-RAHMAN əs-sudeys MƏKKƏ HÜZUR VƏ ƏMİN-AMANLIQ YURDU

Mərhəmətli, rəhmli Allahın adı ilə! RƏŞİDİ XƏLİFƏLƏR

Aparıcı uşaqlara uyğun müraciətlə:

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

ZINA فاحشة الزنا مراجعة: فيصل جورجي IXTISAS REDAKTOR: VEYSAL ORUCOV.

Orucluq F tvalar. T rcüm çi. AbdurRahim Muradl

Şiənin Qurani Kərimə olan etiqadı

Ramazan ayının təqvimi

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Əsrimizin mühəddisi. Məhəmməd Nasiruddin əl- Əlbani (Allah ona rəhmət etsin)

İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

İslamda Təqlidin Yeri

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

İngilis dilindən tərcümə: Anna Sedova Orijinal kitabın adı: Five Kings of Judah Müəllif: Cennifer Haayer

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Azeri. Mu qəddəs Kitab və Qur an-ı Kərim Haqqında 200 Sual. Daniel Wickwire

Şiələrin Mehdi haqqında fikirləri.

Qurani-Kərimi əzbərləmək üçün QIZIL QAYDALAR

NEHEMYA. Orijinalın adı: Nehemiah Orijinal mətn: Roy Harrison

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ

Nizami Gencevi nin Rahmet Evi Kavramı Dr. Siracəddin HACI *

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR

KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE KÜLTÜR EVRENİ

İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Acronis True Image Home 2012

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

yüz əlli sifət və müxtəlif minacatları əks etdirir. Bu minacatların əsas qayəsi dua və hər fəslin sonunda təkrarlanan əl-əman əl-əman xallisnə

Qeyd: Hər hansı bir sualınız yaransa müraciət etməkdə çəkinməyin : Ichimoku Kinko Hyo

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

BİRİNCİ FRAQMENT. Bir gənc ana uşaq arabasını yırğalayır, əlilə irəlini göstərərək körpəni ovutmağa çalışır.

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

haqqında ətraflı məlumat

Marketinq. Mehdiyev Əkbər

Xəstəlik bəzən simptomsuz keçir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.

Himayə altında böyüyən uşaq və gənclər

Yaqub. kitabı əsasında 10 Bibliya məşğələsi

Avesta. YYSQ Zərdüşt Peyğəmbər. Milli Virtual-Elektron Kitabxananın təqdimatında. Parçalar

Rəşid bəy və Səadət xanım İsmayıl bəy Qutqaşınlı

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН ELMИ МЯЪМУЯСИ

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Taksi

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalında əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı q

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Xalid Hüseyni Min Möhtəşəm Günəş. Bütün dünyada inanılmaz uğur qazanan Çərpələng uçuran ın yazarından

SĐYAHIYAALMA VƏRƏQƏSĐ

Giriş Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir gənclə görüşməyə başlayır. Yazıçı gəncdən məktəbdə öyrədilməyən

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Zaur USTAC USUBCAN ƏFSANƏSİ. (Məqalələr birinci hissə)

Transkript:

Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verirsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! 1 Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə biri-birimizdən cürbəcür şeylər istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edəndir! 2 Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əgər belə etsəniz Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar 3 Gecə namazı Hər bir şeyi yoxdan var edən, göyləri və yeri yaradan Uca Allah torpaqdan xəlq etdiyi insanı bir çox işlərdə digər məxluqlardan üstün tutmuşdur. Allahın Adəm övladına elçilər və peyğəmbərlər göndərməsi və onlara xitab etməsi artıq insan üçün böyük bir şərəfdir. İnsanlar arasından iman gətirənlərə altından çaylar axan Cənnətlər vəd edilməsi də onlar üçün ayrıca bir fəzilətdir. Lakin vəd olunan Cənnətə nail olmaq üçün Allahın buyruqlarını yerinə yetirmək və qadağan etdiklərindən bacardığımız qədər uzaq olmağımız gərəkdir. Bizə əmr olunanlar dərəcə etibarı ilə biri-birindən fərqlənirlər. Yerinə yetirilməsi vacib olan əməllər və insanı bu əməllərə daha da yaxınlaşdıran və bağlayan əlavə ibadətlər. Vacib əməllərdən sonra ən fəzilətli əməl sünnə hesab olunur. Müsəlman sünnə əməllərini artırdıqca Allahın sevgisini qazanır. Allah buyurur: De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir! 4 Gecə namazı vacib buyurulmuş namazlardan sonra ən fəzilətli namaz sayıldığına görə bu risaləmizdə məhz bu namaz barəsində danışacağıq. Uca Allah mömin bəndələrini vəsf edərək buyurur: Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və 1 Ali İmran surəsi, 102. 2 Nisə surəsi,1. 3 əl-əhzab surəsi, 70-71. 4 Ali İmran surəsi, 31. 1

onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün gözlərinə sevinc gətirən nələr saxlandığını heç kəs bilmir. 1 Başqa bir ayədə buyurur: Onlar gecələrini Rəbbi üçün səcdə və qiyamda keçirərlər. 2 Gecə namazının qılınması vacib olmasa da Allahın sevimli qulları sayılan möminlər bu namazı tərk etməzlər. Başqa bir ayədə də Uca Allah belə buyurur: Həqiqətən, Rəbbin bilir ki, sən bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursan. Səninlə olan kəslərdən bir zümrə də belə edir. 3 Peyğəmbər r gecə namazını o qədər qılardı ki, ayaqları şişərdi. Aişə t ona: Ey Allahın elçisi! Axı Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb - dedikdə, Peyğəmbər r: Məgər Allahın şükür edən qulu olmayımmı? - deyə cavab vermişdi. 4 Gecə namazının fəziləti Əbu Hureyrə t rəvayət edir ki, Peyğəmbərdən r fərz namazlarından sonra hansı namazın ən əfzəl sayılması barədə soruşdular və o dedi: Fərz namazlarından sonra ən əfzəl sayılan namaz gecə qılınan namazdır 5 Əbu Hureyrə t rəvayət edir ki, Peyğəmbər r dedi: Möminin şərəfi gecə namazını qılmasıdır... 6 Abu Səid əl Xudri t rəvayət edir ki, Peyğəmbər r dedi: Hər hansı bir kişi gecə ikən öz əhlini oyadıb onlarla birlikdə namaz qılarsa, Allahı çox zikr edənlərdən sayılarlar 7 Bu hədis həm də ona dəlalət edir ki, gecə namazını camaatla qılmaq olar. Lakin camaatla birlikdə bu namazı məsciddə qılmaq bidətdir. Gecə namazının qılınması Gecə namazının vaxtı: Gecə namazı işa namazından sonra sübh namazı girənədək gecənin istənilən vaxtı qılına bilər. İbn Həcər Allah ona rəhmət etsin deyir ki, Peyğəmbərin r gecənin əvvəlində, ortasında və axırında gecə namazını qılmaq mötəbər hədislə varid olmuşdur. Abdullah ibn Amr ibn As t rəvayət edir ki, Peyğəmbər r buyurdu: Allaha ən sevimli namaz Davudun u namazı və ən sevimli oruc Davudun u tutduğu orucdur. Gecənin yarısını yatar, üçdə birini namazda keçirər və altıda birini yatardı. Bir gün oruc tutar o biri günü isə tutmazdı. 8 1 əs-səcdə surəsi, 16-17. 2 əl-furqan, 64. 3 əl-muzzəmmil surəsi, 20. 4 Buxari. 5 Muslim. 6 Silsilə əl əhadisis-səhihə. 7 Ədu Davud. 8 Muslim. 2

Davud u gecənin ilk vaxtında yatardı, sonra Uca Allahın dünya səmasına endiyi və: Kim Məndən istəsə ona istədiyini verərəm... - dediyi vaxtda namaz qılar sonra təzədən yatardı. Bu gecənin axır üçdə birinə təsadüf edir ki, bu da gecə namazının qılındığı ən gözəl vaxtdır. Bu cür yolla gecə namazını qılmaq nəfs üçün də rahatdır. Qeyd etmək lazımdır ki, gecə namazı qılmaq üçün azan və iqamə verməyə lüzum yoxdur. Gecə namazı neçə rükət qılınır: Aişə t demişdir: Peyğəmbər r nə Ramazanda, nə də başqa bir vaxtda on bir rükətdən artıq gecə namazı qılmamışdır. 1 Başqa rəvayətində isə o demişdir: Peyğəmbər r işa namazından sübh namazınadək on bir rükət qılar, hər iki rükətdən bir salam verər və sonda bir rükət vitr namazı ilə bunları tamamlayardı. 2 Gecə namazını qılan şəxs on bir rükətdən artıq da qıla bilər. Peyğəmbər r özü gecə namazını on bir rükətdən çox qılmasa da o, bunu qadağan etməmişdir. Gecə namazı qılmaq istəyən müsəlman hər hansı bir sayı müəyyən etmədən iki rükət, iki rükət istədiyi qədər namaz qıla bilər. Abdullah ibn Ömər t rəvayət edir ki, Peyğəmbər r minbərdə ikən bir kişi ondan gecə namazı haqqında soruşduqda o dedi: İki rükət, iki rükət qılın. Sübh namazının vaxtının daxil olmasından qorxduğunuz zaman bir rükət vitr namaz qılıb cüt-cüt qıldığınız namazların cəmi sayını təkləşdirin. Beləliklə də vitri gecə qıldığınız namazların sonuncusu edin. 3 İbn Həcər Allah ona rəhmət etsin bu hədisləri cəm edib demişdir: Abdullah ibn Ömərin t rəvayət etdiyi bu hədis müsəlman ümməti üçün daha fəzilətlidir. Çünki Peyğəmbər r soruşana cavab verdi. Gecə namazını uzun-uzadı qılmaq daha yaxşıdır. Huzeyfə t Peyğəmbər r ilə birlikdə gecə namazı qıldı. Peyğəmbər r birinci rükətdə əl-bəqərə, Ali-İmran və ən- Nisa surələrini oxudu. 4 Bu namazı istər uca səslə, istərsə də alçaq səslə qılmaq olar. Peyğəmbər r gücə namazını hərdən uca səslə, hərdən isə alçaq səslə qılardı. Gecə namazına durmağa kömək edən amillər: Gecə namazına qalxmaq çətin olsa da Uca Allah bəzi qulları üçün bunu asanlaşdırır. Bunun üçün aşağıdakı səbəblərdən istifadə etmək lazımdır. 1. Allaha səmimi qəlbdən dua etmək; 2. Gecə namazının fəzilətini bilmək; 3. Yatmazdan əvvəl çox yeməmək; 4. Yatağa girməzdən öncə yatmaq ədəblərini yerinə yetirmək; 1 Buxari. 2 Muslim. 3 Buxari və Muslim. 4 Muslim. 3

5. Gündüz vaxtı az da olsa dincəlmək; 6. İşa namazından sonra heç bir məşğuliyyət olmadığı halda tez yatmaq; 7. Fərz namazlarını vaxtında qılmaq; 8. Qiyamət gününü düşünüb o gün üçün hazırlıq görmək; 9. Dəstəmazlı halda yatmaq; 10. Günahlardan uzaq olmaq; Qeyd etmək lazımdır ki, bu, gecə namazına qalxmağa kömək edən ən böyük amildir. Bir nəfər İbrahim ibn Ədhəmin Allah ona rəhmət etsin yanına gəlib dedi: Gecə namazına qalxa bilmirəm. Mənə bunun əlacını de. O, belə cavab verdi: Gündüz Allaha asi olma ki, gecə qalxa biləsən. Gecə namazına qalxmaq böyük şərəfdir və Allah bu şərəfi asi qullarına verməz. Sufyan əs-sovri Allah ona rəhmət etsin təəssüflə demişdir: Etdiyim bir günah üzündən beş ay gecə namazına qalxa bilmədim. 11. Yuxudan qalxmaq üçün zəngli saat və başqa bu kimi vasitələrdən istifadə etmək. Gecə namazının ədəbləri 1. Yatmazdan öncə gecə namazına qalxmağı niyyət etmək; Aişə t rəvayət edir ki, Peyğəmbər r dedi: Hər kim gecə namazına qalxmaq üçün niyyət edər, sonra da yuxu onu apararsa, Uca Allah ona bu namazın savabını yazar, yuxusu isə ona sədəqə olar. 1 2. Yuxudan ayıldıqda gecə qalxarkən oxunan duanı oxumaq; 3. Gecə namazını evdə qılmaq; 4. Gecə namazını davamlı qılmaq; 5. Ev əhlini oyatmaq; 6. Qurandan bacardığın qədər çox oxumaq; Gecə namazının faydaları Gecə namazının qılınmasında insanın həm dünya həyatı, həm də axirəti üçün xeyli faydalar vardır. Bu faydalardan bir neçəsinə nəzərinizə çatdırırıq. 1. Allahın sevgisini qazanmağa səbəbdir; Əbu Dərda t rəvayət edir ki, Peyğəmbər r buyurmuşdur: Üç nəfəri Allah sevər, onlara gülər və onlara sevinər. Bir camaat Allah yolunda savaşarsa, o kəs də öz nəfsi ilə Allah üçün onlarla birgə savaşar. Ya öldürülər ya da Allah onu qalib edər və qoruyar. Allah deyər baxın mənim bu quluma, necə Mənim üçün öz nəfsi ilə səbir etdi. İkincisi, gözəl qadını, yumşaq və rahat yatağı ola-ola gecə namazına qalxar. Uca Allah deyər: "O, öz nəfsinin istəyini tərk edib Məni zikr edir. Əgər o istəsəydi 1 Əbu Davud. 4

yatardı. Üçüncüsü də səfərdə olar, onunla olanlar gecəyə kimi oyaq qalar sonra yatarlar. O isə rahat vaxtında da, çətin anlarda da gecə namazına qalxar. 1 2. Cənnətə girmək üçün bir vasitədir; Abdullah ibn Səlam t rəvayət edir ki, Peyğəmbər r Mədinəyə gəldikdə insanlar: Allahın elçisi gəlib, Allahın elçisi gəlib! - deyə tələsik onun yanına getdilər. Mən də onlarla bərabər Peyğəmbərin r yanına gəldim. Mən onun üzünə baxan kimi onun yalançı olmadığını başa düşdüm. Onun Mədinə əhlinə tövsiyə etdiyi ilk nəsihəti belə oldu: Ey camaat! Salamı yayın, kasıbları yedizdirin, insanlar yatan zaman namaz qılın və beləliklə də Cənnətə daxil olun. 2 3. Gecə namazını qılan kimsə Peyğəmbərimizin r sünnəsinə əməl etmiş hesab olunur; Peyğəmbər r gecə namazını qılmağı bizə tövsiyə etmiş, özü də bunu nə səfərdə, nə də evində olanda tərk etməmişdir. Elə bu səbəbdən də əməlisaleh insanlar gecə namazı qılmayana pis baxardılar. 4. Əməlisaleh insanların adətlərindən sayılması; 5. İnsanı pis əməldən çəkindirən bir vasitə olması; 6. Kiçik günahları silən bir amil olması; 7. Bədəni sağlam saxlayan amillərdəndir; Bilal t rəvayət edir ki, Peyğəmbər r dedi: Gecə namazı qılın! Həqiqətən o, sizdən əvvəlki əməlisaleh insanların adətlərindən, Allaha yaxınlaşdıran vasitələrdən, pis əməllərdən çəkindirən, kiçik günahları silən və bədən xəstəliklərini aradan qaldıran amillərdəndir. 3 8. Bu namazın ən əfzəl vaxtda qılınması; Əbu Hureyrə t rəvayət edir ki, Peyğəmbər r dedi: Rəbbimiz gecənin axır üçdə birində dünya səmasına nüzul edir və deyir: Mənə dua edənin duasını qəbul edərəm; Məndən istəyənin istədiyini verərəm; Məndən bağışlanma diləyəni bağışlayaram. 4 9. Savabının çox olması; Bu namaz gizlində qılındığı üçün savabı daha çoxdur. Suheyb t rəvayət edir ki, Peyğəmbər r dedi: Kişinin gizlində qıldığı nafilə namazının savabı, insanlar arasında qıldığı nafilə namazından iyirmi beş dəfə artıqdır. 5 Muaz ibn Cəbəl t rəvayət edir ki, Mən Peyğəmbərə r dedim: Ey Allahın elçisi! Cənnətə daxil edən, Cəhənnəmdən uzaqlaşdıran bir əməli mənə öyrət! O, dedi: Sən çətin bir şey haqqında soruşdun, lakin o Allahın istədiyi bəndəsi üçün sadələşdirdiyi asan əməldir. Allaha ibadət et və ona heç kəsi şərik qoşma! Namaz qıl, zəkat ver, oruc tut və Allahın evini ziyarət et! İstəyirsən sənə xeyir qapılarını göstərim? Oruc (pis əməllərə qarşı müqavimət göstərən bir) qaladır. Su odu söndürdüyü kimi sədəqə 1 Əhməd. 2 Tirmizi. 3 Səhih əl-cami. 4 Buxari. 5 Səhih əl-cami. 5

də günahları silir. Həmçinin kişinin gecə qıldığı nafilə namazı da bu qapılardandır"- deyib bu ayəni oxudu: Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün gözlərinə sevinc gətirən nələr saxlandığını heç kəs bilmir. (əs-səcdə 16-17). 1 10. Müsəlmanı şərəf dərəcəsinə yüksəldir; Cəbrail u bir dəfə Peyğəmbərin r yanına gəlib dedi: Ey Muhəmməd! Bil ki, möminin şərəfi onun gecə namazına durmasındadır. 2 Bir gün Həsən əl-bəsri öz köləsini başqa birinə satır. Həmin kölə gecə yarısı yeni ağasını gecə namazına çağırdıqda o: Sübh namazının vaxtı çatmayıb - deyir və yatır. Səhər kölə Həsənin yanına qayıdaraq ona: Məni elə bir günahkar adamlara satmışsan ki, onlar yalnız fərz namazlarını qılırlar - deyib onu geri qaytarmağını istəyir. 11. İnsanın az yatmağına səbəbdir; Belə ki, çox yatmaq qəlbi öldürür və bədənə ağırlıq gətirir. Təravih namazı Ramazan ayında qılınan gecə namazları təravih namazı adlanır. Təravih sözü ərəb dilindən tərcümədə dincəlmək, istirahət etmək deməkdir. Müsəlmanlar hər dörd rükətdən sonra istirahət etdikləri və uzun-uzadı qıldıqları üçün bu namaz təravih namazı adlanır. Bu namazın hökmü müstəhəbdir. Bu namazın camaatla məsciddə qılınması daha əfzəldir. Aişə t rəvayət edir ki, Peyğəmbər r Ramazan ayında - gecələrin birində məsciddə camaatla birgə namaz qıldı. Ertəsi gün yenə namaz qıldı və əvvəlkilərdən də çox camaat onunla bu namazı qıldılar. Üçüncü gün yenə bu hal təkrar oldu və ondan sonra Peyğəmbər r camaatla namaz qılmağa gəlmədi. Həmin gecənin səhəri Peyğəmbər r dedi: Sizin, bu namazı qılmaq üçün belə çox sayda toplandığınızı gördüm və onun sizə vacib buyurulacağından qorxduğum üçün camaat namazına gəlmədim. 3 Ömər t xəlifə olduğu dövrdə müsəlmanları Ubeyy ibn Kəbin t arxasında təravih namazına toplamışdır. Çünki bu namazı axıra qədər imamla birlikdə qılana böyük savab vardır. Təravih namazının rükətlərinin sayı gecə namazı kimidir. Peyğəmbər r özü on bir rükətdən çox qılmasa da bunu qadağan etməmişdir. Muhəmməd ibn Saleh əl- Useymin demişdir: Bəziləri bunu inkar edib deyirlər ki, sünnədə varid olandan çox qılan asi olaraq günah qazanır. Şəkk yoxdur ki, bu fikir xətadır. Necə asi və günahkar sayıla bilər ki, Peyğəmbərdən r gecə namazı haqqında soruşduqda o: "İkiiki qılın..."- demiş və heç bir məhdudiyyət qoymamışdır. Lakin rükətlərin sayını müəyyən edib hər dəfə eyni sayda qılmaq dində yenilikdir. 1 Tirmizi. 2 Muslim. 3 Buxari və Muslim. 6

Vitr namazı. Vitr sözünün ərəb dilindən tərcüməsi tək deməkdir. Bu namaz gecə namazlarının sonunda qılınır. Bu namazın hökmü - təkid olunmuş sünnədir. Peyğəmbərimiz r vitri nə səfərdə, nə də evdə tərk etməmişdir. Abdullah ibn Ömər t rəvayət edir ki, Peyğəmbər r dedi: Vitr gecənin axırında qılınan bir rükətdir. 1 Əbu Hureyrə t rəvayət edir ki, Peyğəmbər r mənə üç şeyi nəsihət etdi: Hər ayın üç günü oruc tutmaq, iki rükət duha namazı və yatmazdan öncə vitr namazını qılmaq. 2 Vitr namazının vaxtı: Vitr namazı işa namazından sonra fəcr namazı girənədək qılına bilər. Hətta səfərdə olduqda belə işa namazını məğrib ilə birlikdə qıldıqdan sonra da vitr namazını qılmaq olar. Çünki vitr namazı işa namazının vaxtının girməsi ilə yox, işa namazının qılınması ilə başlayır. Vitr namazını gecənin axır vaxtında qılmaq daha əfzəldir. Əgər insan bilsə ki, gecənin axır vaxtında qalxa bilməyəcək onda yatmazdan öncə qılmalıdır. Vitr namazının növləri: Vitr namazı rükətlərinin sayına görə aşağıdakı növlərə bölünür. A) bir rükət. B) üç rükət. (iki, sonra da bir ayrı, və ya üç rükət ardıcıl təşəhhüd oxumadan) C) beş rükət ardıcıl. D) yeddi rükət. (altı rükət ardıcıl qılıb təşəhhüd oxumaq, sonra qalxıb yeddinci rükəti tamamlamaq) E) doqquz rükət. (səkkiz rükət ardıcıl qılıb təşəhhüdü oxumaq, sonra qalxıb doqquzuncu rükəti tamamlamaq) F) on bir rükət. (on rükəti cüt-cüt qılıb salam verməklə tamamlamaq, sonra da bir rükət qılmaq) Vitr namazında da başqa namazlardakı kimi Qurandan istənilən surəni oxuya bilərsən. Daha əfzəl isə sünnədə gələn surələrdir. Əbu Hureyrə t rəvayət edir ki, Peyğəmbər r vitr namazında əl-əla, əl-kəfirun və əl-ixlas surələrini oxuyardı. 3 Vitr namazında qunut tutmaq: Vitr namazında qunut tutmaq sünnədir. Həsən ibn Əli t dedi: Peyğəmbər r mənə vitrdə oxumaq üçün bu kəlmələri öyrətmişdir. Allahım! Hidayət verdiyin kimsələr arasında mənə də hidayət ver! Salamatlıq bəxş etdiyin kimsələr arasında mənə də salamatlıq bəxş et! Dost qəbul etdiyin kimsələr arasında məni də dost qəbul et! Mənə verdiklərini bərəkətli et! Qərar verdiyin şeylərin şərindən məni qoru! Hər şeyə 1 Muslim. 2 Buxari və Muslim. 3 Əbu Davud,Tirmizi və İbn Məcah. Bu hədisi Albani səhihləşdirmişdir. 7

Sən qərar verirsən, Sənin üçün isə qərar verilməz! Sənin dost qəbul etdiyin kimsə zəlil olmaz. Ey Rəbbim xeyirxahsan və ucasan! 1 Əli t demişdir: Peyğəmbər r vitr namazının axırında deyərdi: Allahım! Sənin qəzəbindən razılığına, cəzandan əfvinə sığınıram. Səndən sənə pənah aparıram. Mən Səni layiqincə tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən! 2 Qunutu axırıncı rükətdə rükudan əvvəl və ya sonra tutmaq olar. Hər ikisi Peyəmbərdən r varid olmuşdur. Rükudan sonra tutmaq isə daha əfzəldir. Çünki hədislərin əksəriyyəti qunutun rükudan sonra olunmasına aid gəlmişdir. Qunut duası oxunan zaman əlləri qaldırmaq olar. Əbu Rafi demişdir: Ömər ibn Xəttabın t arxasında namaz qıldım, rukudan sonra əllərini qaldıraraq uca səslə dua etdi. 3 İmam dua etdikdə arxasında dayananlar amin deyə bilərlər. İbn Abbas t rəvayət edir ki, Peyğəmbər r Bənu Suleym qəbiləsi üçün dua etdikdə arxasında dayananlar amin deyərdilər. 4 Vitr namazını gecə qıla bilməyən şəxs onu səhəri gün qıla bilər. Əgər adəti üzrə on bir qılırdısa on iki, bir qılırdısa iki rükət və beləcə tək sayda qılmaq istədiyini cüt sayda qılmalıdır. Bəla gəldikdə qunutu hər bir namazda tutmaq olar. Peyğəmbərin r sübh, zöhr, əsr, məgrib və işa namazlarında qunut tutması varid olmuşdur. Sələfin gecə namazı barədə dedikləri Muhəmməd ibn Munkədir demişdir: Mənə dünyanın ləzzətindən yalnız üç şey qalmışdır. Gecə namazını qılmaq, müsəlman qardaşlarımla birgə olmaq və camaatla namaz qılmaq. Yezid ibn Abən Rəqaşi demişdir: Bu dünyada ibadət əhlini gecə namazından daha çox sevindirən başqa bir şey tanımıram. Yəhyə ibn Muaz demişdir: Qəlb beş şey ilə müalicə edilir. Quranı oxuyub anlamaq, həddindən artıq yeməmək, gecə namazını qılmaq, səhərə yaxın Allaha dua etmək və əməlisaleh insanlarla dostluq etmək. Fudeyl ibn İyad demişdir: Gecələri namaz qılıb gündüzləri oruc tuta bilmirsənsə, bil ki, günahlarından dolayı böyük bir xeyirdən məhrum olmusan. Başqa bir rəvayətdə də belə demişdir: Gecələri yatıb Allahı yada salmayan (gecə namazını qılmayan) Allahı sevdiyini iddia edərsə, yalan danışmış olar. Əta əl Xorasani demişdir: Mömin bəndə gecə durub namaz qılanda sevinər, qəlbi şad olar, yatıb qaldıqda isə kədərlənər, ürəyi sıxılar. Səbit əl-bunani demişdir: Özümü iyirmi il gecə namazı qılmağa öyrəşdirdim, sonra da iyirmi il onun ləzzətini daddım. 1 Əbu Davud, Tirmizi, Nəsəi, İbn Məcah və Əhməd. Albani buyurmuşdur ki hədis səhihdir. 2 Tirmizi, Nəsəi, Əhməd. Albani hədisi səhihləşdirmişdir. 3 Beyhəqqi. 4 Əbu Davud. 8