40 Hədis Ġmam Nəvəvi Müəllif: Yəhya ibn ġərəf ən-nəvəvi Tərcüməçi: Ramil Həsənov Tərtib edən: Zeyd Sələfi "Hər bir elm tələbəsi Qırx hədis kitabını əzbərləməli, mənasını baģa düģməli və tələblərinə uyğun əməl etməlidir. (Muhəmməd əs-saleh)
BĠRĠNCĠ HƏDĠS (Əməllər niyyətlərə görədir) Möminlərin əmiri Əbu Həfsə Ömər ibn əl-xattab (radiyallahu anhu) demiģdir: Peyğəmbərin (sallallahu aleyhi va salləm) belə buyurduğunu eģitdim: "Həqiqətən əməllər niyyətlərə görədir. Hər bir insana onun niyyət etdiyi verilər. Kimin hicrəti Allah və onun Peyğəmbərinə tərəfdirsə, onun hicrəti Allah və Onun Peyğəmbərinə tərəf olar. Kimin də hicrəti dünya, onun əldə edilməsi və ya qadınla nikahlanmaqdırsa, o hicrət etdiyinə tərəf yönələr". Rəvayəti iki hədis alimi Əbu Abdulla Muhəmməd ibn Ġsmayıl ibn Ġbrahim ibn əl- Muğira ibn Bərdizbəh əl-buxari və Əbul Hüseyn Müslim ibn əl-həccac ibn Müslim əl-quģeyri ən-neysəburi öz "Səhih" adlı əsərlərində nəql etmiģlər. Həmin əsərlər ən mötəbər kitablar sayılır. [əl-buxari: "Vəhyin baģlanması" fəsli, "Peyğəmbərə vəhy gəlməsi necə baģlamıģdır" bölmü, 1-ci hədisdə; Müslim: "Əmirlik" fəsli, "Peyğəmbərin ``Həqiqətən də əməllər niyyətlədir`` kəlamı və bu hədisin döyüģ və s. əməlləri Ģamil etməsi" bölümü, 155 və 1907 rəqəmli hədislərdə rəvayət etmiģdir.] ĠKĠNCĠ HƏDĠS (Ġslam, Ġman və Ġhsan) Həmçinin Ömərdən (radiyallahu anhu) rəvayət edilir ki, o belə demiģdir: "Bir gün biz Peyğəmbərin (sallallahu aleyhi va salləm) hüzurunda oturmuģduq. Yanımıza düm ağ paltarlı, zil qara saçlı bir kiģi gəldi. Üst-baĢında səfər niģanələri yox idi. Onu bizlərdən heç kəs tanımırdı. O, Peyğəmbərin (sallallahu aleyhi va salləm) qarģısında oturub dizlərini onun dizinə söykədi və əllərini budunun üzərinə qoyub dedi: "Ey Muhamməd! Mənə İslam barəsində xəbər ver". Peyğəmbər (sallallahu
aleyhi va salləm) buyurdu: "İslam, sənin Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət etmən, namaz qılman, zəkat vermən, Ramazan orucunu tutman və yola çıxmağa gücün çatırsa, Evə həcc etməndir". KiĢi dedi: Doğru söylədin. Biz onun sual verib sonra da təsdiqləməsinə çox təəccübləndik. KiĢi yenidən dedi: "Mənə iman barəsində xəbər ver". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərin xeyrinə və şərinə iman gətirməyindir". KiĢi dedi: "Doğru söylədin. Mənə ihsan barəsində xəbər ver". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Allaha Onu görürmüş kimi ibadət etməyindir. Sən onu görməsən də bil ki, O, səni görür." KiĢi dedi: "Mənə Qiyamət saatı barəsində xəbər ver". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Bu barədə soruşulan soruşandan çox bilmir." Həmin adam dedi: "Elə isə mənə onun əlamətləri barədə xəbər ver". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Kəniz öz xanımını doğacaq. Ayağı yalın, çılpaq və kasıb qoyun otaranların uca bina tikməkdə yarışacaqlarını görəcəksən." Sonra o adam getdi. Mən bir müddət dayandım. Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Ey Ömər, sual verənin kim olduğunu bilirsənmi?" Mən dedim: "Allah və Onun Rəsulu daha yaxģı bilir". O buyurdu: "Şübhəsiz ki, o, Cəbrail idi. Yanınıza gəlmişdi ki, sizə dininizi öyrətsin." Müslim rəvayət edib. ÜÇÜNCÜ HƏDĠS (Ġslamın əsasları) Əbu Abdurrahman Abdulla ibn Ömər ibn əl-xattab (radiyallahu anhu) demiģdir: "Mən eģitdim ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) belə buyurdu: "İslam beş əsasın üzərində qurulmuşdur: Lə iləhə illallah və Muhəmmədən rasulullah şəhadəti, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq." əl-buxari və Müslim rəvayət etmişlər. [əl-buxari: "Ġman" kitabı, "Sizin duanız imanınızdır. Çünki Allah buyurur: (Ey Rəsulum, bu Məkkə müģriklərinə) de: "Əgər ibadətiniz olmasa Rəbbimin yanında nə qədir-qiymətiniz olar?" bölümü, Nº 8; Müslim: "Ġman" kitabi, "Ġslamın əsaslarının bəyanı" bölümü, Nº 16, Nº 21.] DÖRDÜNCÜ HƏDĠS (Ġnsanın yaradılıģı və aqibəti)
Abdulla ibn Məsuddan (radiyallahu anhu) rəvayət olunur ki, doğru danıģan və doğruluğu təsdiqlənən Peyğəmbər (sallallahu aleyhi va salləm) bizə danıģdı ki: "Sizlərdən hər biriniz ana bətnində yığılıb yaradılarkən qırx gün nütfə halında, sonra o vaxt qədər laxta qan halında, sonra həmin vaxt qədər dişlənilmiş ət parçası halında olur. Daha sonra ona ruh üfürəcək bir mələk göndərilir. Mələyə dörd kəlmə əmr verilir: (İnsanın) ruzisini, əcəlini, əməlini, bədbəxt yoxsa xoşbəxt olacağını yazmaq. Özündən başqa (haqq) ilah olmayan Allah and olsun, sizlərdən biri Cənnət əhlinin əməlini edər. Nəhayət onunla Cənnət arasında bir dirsək qədər məsafə qaldıqda kitab onu qabaqlayar və o, Cəhənnəm əhlinin əməlini edərək ora daxil olar. Həmçinin sizlərədən biri də Cəhənnəm əhlinin əməlini edər. Nəhayət onunla Cəhənnəm arasında bir dirsək qədər məsafə qaldıqda kitab onu qabaqlayar və o, Cənnət əhlinin əməlini edərək ora daxil olar." əl-buxari və Müslim rəvayət etmişlər. [əl-buxari: Vəhyin baģlanması kitabı, Mələklərin zikri bölümü, Nº 3208; Müslim: Qədər kitabı, Ġnsanın necə yaradılması bölümü, Nº 2643.] BEġĠNCĠ HƏDĠS (Bidətlərin rədd edilməsi) Möminlərin anası ummu Abdulla (künyəli) AiĢə (radiyallahu anhə) demiģdir: Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "Kim bizim bu işimizə ondan olmayan bir yenilik gətirərsə, o rədd olunar."* əl-buxari və Müslim rəvayət etmişdir. Müslimin rəvayətində deyilir: "Kim bizim etmədiyimiz bir əməli edərsə, o rədd olunar."** [* əl-buxari: "əs-sulh" kitabı, "Ġzə istalahu..." bölümü, Nº 2697; Müslim: "əl-əqdiyə" kitabı, "Nəqd əl-əhkəm əl-bətilə" bölmü, Nº 1718. ** Müslim, "Hökümlər" kitabı, "Saxta hökümlərin pozulması və bidət əməllərin rədd edilməsi" bölümü, 1718-ci hədis.] ALTINCI HƏDĠS (Halal və haram) Əbu Abdulla Numan ibn BəĢir (radiyallahu anhu) rəvayət edir ki, mən Peyğəmbərin (sallallahu aleyhi va salləm) belə dediyini eģitdim: "Həqiqətən halal da bəllidir, haram da. Onların arasında (halal və ya haramlığı bəlli olmayan) şübhəli şeylər vardır ki, bir çox insanlar bunu bilməzlər. Kim şübhəli şeylərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim ki, şübhəli
şeylərə düşərsə, harama düşmüş sayılar. Onun halı qoruğun ətrafında sürüsünü otaran çobana bənzəyir ki, az qala (sürü) qoruğa girsin. Bilin ki, hər bir hökmdarın qadağa bölgəsi (qoruğu) vardır. Allahın qoruğu isə Onun qoyduğu qadağalardır (haramlardır). Bunu da bilin ki, bədəndə bir ət parçası vardır. Əgər o sağlam olarsa, bütün bədən də sağlam olar. Yox əgər o fəsada uğrayarsa, bütün bədən də fəsada uğrayar. Diqqət edin, o (ət parçası) qəlbdir." əl-buxari və Müslim rəvayət etmişlər. [ əl-buxari: "Ġman" kitabı, "Dinini qoruyanın fəziləti" bölümü, Nº 52; Müslim: "əl-məsəqa" kitabı, "Halalı götürmək və Ģübhələri tərk etmək" bölümü, Nº 1599.] YEDDĠNCĠ HƏDĠS (Din nəsihətdir) Əbu Ruqeyyə Təmim ibn Əus əd-dəridən (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi va salləm) belə buyurduğu nəql edilir: "Din nəsihətdir." Biz dedik: "Kimin üçün, ey Allahın Elçisi?" O (sallallahu aleyhi va salləm) buyurdu: "Allah üçün, Kitabı üçün, Peyğəmbəri üçün, müsəlmanların imamları (başçıları) və rəiyyətləri üçün." Müslim rəvayət etmişdir. SƏKKĠZĠNCĠ HƏDĠS (Müsəlmanın haqları) Ġbn Ömərdən (radiyallahu anhu) rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) demiģdir: "Mənə insanlar "Lə iləhə illəllah və Muhəmmədən rasulullah" şəhadətini deyənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaq əmr olunmuşdur. Əgər bunu etsələr canlarını və mallarını məndən qorumuş olarlar. Yalnız İslamın haqqı müstəsnadır. Onların sorğu-sualı Allah təaləyə aiddir." Buxari və Müslim rəvayət etmişlər. DOQQUZUNCU HƏDĠS (Hər insan gücü çatan qədər mükəlləfdir) Əbu Hüreyrə (künyəli) Abdurrahman ibn Saxr (radiyallahu anhu) demiģdir: Mən eģitdim ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) belə buyurdu: "Mən sizə nəyi
qadağan edirəmsə, ondan çəkinin. Nəyi sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin. Həqiqətən də sizdən əvvəlkiləri çox sual vermələri və peyğəmbərləri ilə mübahisə etmələri həlak etdi." əl-buxari və Müslim rəvayət etmişdir. [əl-buxari: "Kitab və Sünnədən yapıģmaq" kitabı, "Peyğəmbərin (sallallahu aleyhi va salləm) sünnələri ilə getmək" bölümü, Nº 6777; Müslim: "Fəzilətlər" kitabı, "Peyğəmbəri (sallallahu aleyhi va salləm) uca tutmaq" bölümü, Nº 1337.] ONUNCU HƏDĠS (Halal qazanc va duaların qəbulu) Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Həqiqətən də Allah təalə Tayyibdir (pakdır) və yalnız təmiz olanı qəbul edir. Şübhəsiz ki, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmiş və buyurmuşdur: "Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!" (əl-muminun, 51). Başqa ayədə buyurur: "Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!" (əl-bəqərə, 172). Sonra o, uzun müddət səfərdə olan saçı dağınıq, üstü toz-torpaqlı bir kiģini xatırlatdı. Həmin kişi əllərini göyə açaraq: Ey Rəbbim, ey Rəbbim deyirdi. Onun yediyi də haram, içdiyi də haramdır. O, haramla bəslənibdir. Haradan duası qəbul olunsun?" Müslim rəvayət etmişdir. [Müslim, "Zəkat" kitabı, "Təmiz (halal) qazancdan olan sədəqənin qəbul olunması" bölümü, 1015-ci hədisdə rəvayət etmiģdir.] ON BĠRĠNCĠ HƏDĠS (ġübhələrdən uzaq durmaq) Peyğəmbərin (sallallahu aleyhi va salləm) nəvəsi və onun reyhanı Əbu Muhamməd Həsən ibn Əli ibn Əbu Talib (radiyallahu anhu) demiģdir: Mən, Peyğəmbərdən (sallallahu aleyhi va salləm) əzbərlədim ki: "Səni şübhələndirən işi tərk et, şübhələndirməyəni götür." ət-tirmizi və ən-nəsai rəvayət etmişlər. ət- Tirmizi demişdir: Hədis həsən səhihdir.
ON ĠKĠNCĠ HƏDĠS (Faydasız Ģeyləri tərk etmək) Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "İnsanın İslamının gözəlliyi, ona aid olmayan işləri tərk etməsidir." Həsən hədisdir. Tirmizi və başqaları bu cür rəvayət etmişlər. [ət-tirmizi, "Zühd" kitabı, "Aidiyyəti olmayan sözləri danıģan haqqında" bölümü, 2318-ci hədisdə; Ġbn Məcə, "Fitnələr" kitabı, "Fitnələr zamanı dili qorumaq" bölümü, 3976-cı hədisdə rəvayət etmiģdir.] ON ÜÇÜNCÜ HƏDĠS (Ġslam qardaģlığı) Peyğəmbərin (sallallahu aleyhi va salləm) xidmətində dayanan Əbu Həmzə Ənəs ibn Məlik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "Sizlərdən biri özünə istədiyini qardaşına istəməyincə, iman gətirmiş sayılmaz." Buxari və Müslim. [Buxari: Nº 13; Müslim: Nº 71.] ON DÖRDÜNCÜ HƏDĠS (Müsəlmanın toxunulmazlığı) Ġbn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "Müsəlmanın qanı halal sayılmır. Yalnız üç hal müstəsnadır: Evli zinakar, cana can (qisası) və dinini tərk edib camaatdan ayrılan." əl-buxari və Müslim rəvayət etmişdir. [əl-buxari: "Qanbahası" kitabı, "Allahın ayəsi: qulaq qulağa, diģ... bölümü, Nº 6484; Müslim: "əl-qasamə" kitabı, Nº 1676]
ON BEġĠNCĠ HƏDĠS (Gözəl söz danıģmaq, qonģunun və qonağın haqqını qorumaq) Əbu Hüreyrə (radiyallaru anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) belə buyurmuģdur: "Kim Allaha və axirət gününə iman gətiribsə, ya xeyir danışsın, ya da sussun. Kim Allaha və axirət gününə iman gətiribsə, qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə iman gətiribsə, qonağına yaxşılıq etsin." əl-buxari və Müslim rəvayət etmişlər. [Buxari: Nº 6110; Müslim: Nº 74.] ON ALTINCI HƏDĠS (Qəzəblənməmək) Əbu Hüreyrə (radiyallaru anhu) rəvayət etmiģdir ki, bir kiģi Peyğəmbərin (sallallahu aleyhi va salləm) yanına gəlib dedi: "Mənə nəsihət et!" Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Qəzəblənmə!" Həmin kiģi dediyini dəfələrlə təkrarladı. Peyğəmbər (sallallahu aleyhi va salləm) yenə: "Qəzəblənmə!" --- deyə cavab verdi." əl-buxari və Müslim rəvayət etmişlər. [Buxari: Nº 5765. Müslim: Nº 2449.] ON YEDDĠNCĠ HƏDĠS (Hər iģdə yaxģı və gözəl davranmaq) Əbu Yalə ġəddəd ibn Əus (radiyallahu anhu) rəvayət etmiģdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "Allah hər şeyə yaxşılıq etməyi vacib etmişdir. (Düşməni) öldürdükdə yaxşı öldürün, heyvanı kəsdikdə yaxşı kəsin. Bıçağınızı yaxşı itiləyib kəsdiyiniz heyvanı rahat edin". Müslim rəvayət etmişdir. [Hədis səhihdir. əl-ġrva: Nº 2540; Müslim: 3/ 1548/ Nº 1955; Tirmizi: 2/ 431/ Nº 1430; Əbu Davud: 8/ 10/ Nº 2797; Nəsai: 7/ 227; Ġbn Məcə: 2/ 1058/ Nº 3170.]
ON SƏKKĠZĠNCĠ HƏDĠS (Təqva və gözəl əxlaq) Əbu Zər Cundəb ibn Cunədə (radiyallahu anhu) və Əbu Əbdürrəhman Muaz ibn Cəbəl (radiyallahu anhu) rəvayət etmiģlər ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdu: "Harada olsan Allahdan qorx. Pislik etdikdən sonra yaxşılıq et ki, onu silsin. İnsanlarla gözəl əxlaqla davran." ət-tirmizi rəvayət etmiş və demişdir: "Həsən hədisdir." Bəzi nüsxələrdə demişdir: "Həsəndir səhihdir." [ət-tirmizi, "YaxĢılıq" kitabı, "Ġnsanlarla ünsiyyətdə olmaq" bölümü, 1987-ci hədisdə rəvayət etmiģdir.] ON DOQQUZUNCU HƏDĠS (Allahın hüdudlarını aģmamaq) Əbul Abbas Abdulla ibn Abbas (radiyallahu anhu) demiģdir: Bir gün mən Peyğəmbərin (sallallahu aleyhi va salləm) arxasında idim. O (sallallahu aleyhi va salləm) dedi: "Ay uşaq, mən sənə bir neçə kəlmə öyrədəcəyəm: Allahı qoru ki, O da səni qorusun. Allahı qoru ki, Onu önündə görəsən. Bir şey istəyəndə Allahdan istə. Kömək dilədikdə Allahdan dilə. Bil ki, əgər ümmət birləşib sənə xeyir vermək istəsə, yalnız Allahın yazdığı qədər xeyir verə bilərlər. Əgər toplaşıb sənə zərər vermək istəsələr, yalnız Allahın yazdığı qədər zərər verə bilərlər. Qələmlər qaldırılıb, vərəqlər quruyubdur."* ət-tirmizi rəvayət etmiş və demişdir: "Həsən-səhih hədisdir." Ət-Tirmizidən baģqalarının rəvayətində deyilir: "Allahı qoru, Onu qarşında görərsən. Rahatlıq vaxtı Allaha tanışlıq ver ki, çətin anda səni tanısın. Bil ki, başına gəlməyəcək işin olması mümkün deyildir. Başına gələndən isə, qaça bilməzdin. Bil ki, qələbə səbirlədir. Şübhəsiz ki, sevinc də kədərlədir. Hər çətinlikdən sonra asanlıq gəlir."** [*ət-tirmizi: "Qiyamətin necəliyi" kitabı, Nº 2516. **Ġmam Əhməd: (1/307); Hakim: "əl-müstədrək" əsəri (3/624).] ĠYĠRMĠNCĠ HƏDĠS (Həya imandandır) Əbu Məsud Uqbə ibn Amr əl-ənsari əl-bədri (radiyallahu anhu) rəvayət edir ki,
Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "Əvvəlki peyğəmbərlikdən insanlara çatan söz belədir: Əgər utanmırsansa, istədiyini et." əl-buxari rəvayət etmişdir. [Buxari: Nº 5769.] ĠYĠRMĠ BĠRĠNCĠ HƏDĠS (Allaha iman gətir və doğru yolu tut) Əbu Amr (yaxud da bəzilərinin dediyinə görə) Əbu Amratə Süfyan ibn Abdulla (radiyallahu anhu) demiģdir: "Ey Peyğəmbər (sallallahu aleyhi va salləm), mənə Ġslamda elə bir söz söylə ki, o haqda səndən sonra heç kimdən soruģmayım." Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Allaha iman gətirdim de, sonra düz ol." [Müslim: "Ġman" kitabı, "Ġslamın bütün vəsfləri" bölümü, Nº 38] ĠYĠRMĠ ĠKĠNCĠ HƏDĠS (Cənnətə aparan yol) Əbu Abdulla Cabir ibn Abdulla əl-ənsari (radiyallahu anhu) rəvayət edir ki, bir kiģi Peyğəmbərə (sallallahu aleyhi va salləm) sual verərək dedi: "Necə bilirsən, mən vacib namazları qılsam, Ramazan orucu tutsam, halalı halal, haramı haram saysam və buna heç nə əlavə etməsəm Cənnətə girərəm?" Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Bəli". Hədisi Müslim rəvayət etmişdir. "Haramı haram saysam" yəni, ondan çəkinsəm. "Halalı halal" yəni, onun halal olduğunu etiqad edərək yerinə yetirsəm. [Müslim: "Ġman" kitabı, "Ġmanın bəyanı" bölümü, Nº 18.] ĠYĠRMĠ ÜÇÜNCÜ HƏDĠS (Hər xeyirli əməl sədəqədir) Əbu Məlik əl-haris ibn Asim əl-əģari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh* tərəzini doldurur. Sübhənallah** və əlhəmdulilləh
(zikirlərini demək) göylə yer arasını doldururlar - və ya doldurur. Namaz nurdur. Sədəqə sübutdur. Səbir işıqdır. Quran ya leyhinə ya da əleyhinə dəlildir. Bütün insanlar səhər erkən çıxır və nəfsini sataraq ya onu azad edir, ya da tələf edirlər."*** Müslim rəvayət etmişdir. [* Zikirdir. Mənası: "Həmd Allaha məxsusdur." ** Zikirdir. Mənası: "Allah pak və nöqsansızdır." *** Müslim: "Təmizlik kitabı, "Dəstəmazın fəziləti" bölümü, Nº 233] ĠYĠRMĠ DÖRDÜNCÜ HƏDĠS (Zülmün qadağan edilməsi) Əbu Zər əl-ğifəri (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi va salləm), o da izzət və cəlal sahibi Rəbbindən rəvayət etmiģdir ki, Allah təalə buyurmuģdu: "Ey qullarım! Mən nəfsimə zülmü haram etdim. Onu sizin aranızda da haram etdim. Bir-birinizə zülm etməyin. Ey qullarım! Mənim haqq yola (hidayətə) yönəltdiyim müstəsna olmaqla hamınız zəlalətdəsiniz. Məndən hidayət istəyin, sizi ona yönəldim. Ey qullarım! Mənim yedirtdiyim istisna edilməklə hamınız aclıq içindəsiniz. Məndən sizi yedirtməmi diləyin, sizi yedirdim. Ey qullarım! Mənim geyindirdiyim müstəsna olmaqla hamınız çılpaqsınız. Məndən sizi geyindirməyimi diləyin, sizi geyindirim. Ey qullarım! Siz gecə-gündüz günahlar edirsiniz. Mən bütün günahları bağışlayıram. Məndən bağışlanma diləyin, sizi bağışlayım. Ey qullarım! Siz zərərimə qalib gəlib Mənə zərər verə bilməzsiniz. Siz xeyrimə qalib gəlib Mənə xeyir verə bilməzsiniz. Ey qullarım! Əgər sizin əvvəlinciniz və axrıncınız, insanınız və cininiz aranızdakı ən təqvalı bir kişinin qəlbinə malik olsa belə, bu Mənim mülkümdə heç nə artırmayacaq. Ey qullarım! Əgər sizin əvvəlinciniz və axrıncınız, insanınız və cininiz aranızdakı ən pis əmələ sahib bir kişinin qəlbinə malik olsa belə, bu Mənim mülkümdən heç nə azaltmayacaq. Ey qullarım! Əgər sizin əvvəlinciniz və axrıncınız, insanınız və cininiz bir daşın üzərinə çıxıb Məndən istəsələr onların hər birinə istədiyini verərəm və bu Məndə olanlardan heç nəyi azaltmaz. Yalnız dənizə batırılmış iynənin götürdüyü qədər müstəsnadır. Ey qullarım! Bunlar sizin əməllərinizdir. Mən onları sizin üçün sayıram. Sonra sizə tam şəkildə qaytaracağam. Kim bir xeyir taparsa, Allaha həmd etsin. Kim başqa bir şey taparsa, ancaq özünü qınasın." Müslim rəvayət etmişdir. [Müslim: "Xeyirxahlıq" kitabı, "Zülmün haramlığı" bölümü, Nº 2577.]
ĠYĠRMĠ BEġĠNCĠ HƏDĠS (Uca Allahın lütfü və rəhmətinin geniģliyi) Əbu Zərr (radiyallahu anhu) yenə rəvayət etmiģdir ki, Peyğəmbərin (sallallahu aleyhi va salləm) əshabələrindən (radiyallahu anhum) ibarət bir dəstə insan Ona (sallallahu aleyhi va salləm) belə dedi: "Ey Allahın elçisi, imkanlılar savabları apardılar. Onlar bizim qıldığımız kimi namaz qılır, oruc tutduğumuz kimi oruc tuturlar. Mal-mülklərinin artıq qalanından sədəqə verirlər." Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Məgər Allah sizə sədəqə üçün nə isə verməyib? Hər bir sübhənallah sədəqədir. Hər bir Allahu əkbər sədəqədir. Hər bir əlhəmdulilləh sədəqədir. Hər bir Lə iləhə illəllah sədəqədir. Sizdən birinizin öz zövcəsi ilə yaxınlığı sədəqədir." Onlar dedilər: "Ey Allahın elçisi, Ģəhvətin olmasında kiməsə savab var?" Peyğəmbər (sallallahu aleyhi va salləm) buyururdu: "Necə bilirsiniz, əgər onu (şəhvətini) harama yönəltsə, günah yazılar? Eləcə də halala yönəltsə, ona savab yazılar." Müslim rəvayət etmişdir. [Müslim: "Zəkat" kitabı, "Bütün yaxģı iģlərə sədəqə adının verilməsi" bölümü, Nº 1006.] ĠYĠRMĠ ALTINCI HƏDĠS (Ġnsanları barıģdırmaq, ədalətli və yardımsevər olmaq) Əbu Hüreyrə (radiyallahu anhu) demiģdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "İnsan, günəşin çıxdığı hər bir gün oynaqlarının sədəqəsini verməlidir. İki nəfərin arasında ədalətli olmaq sədəqədir. İnsana miniyində kömək etmək, onu miniyinə əyləşdirmək və yükünü miniyinə qaldırmaq sədəqədir. Gözəl söz sədəqədir. Namaza gedərkən atılan hər bir addım sədəqədir. Yoldan narahatçılıq törədən bir şeyi götürmək sədəqədir." əl-buxari və Müslim rəvayət etmişlər. [əl-buxari: "Sülh" kitabı, "Ġnsanların arasını düzəltməyin fəziləti" bölümü, Nº 2707; Müslim: "Zəkat" kitabı, "Sədəqənin adının açıqlanması" bölümü, Nº 1009.] ĠYĠRMĠ YEDDĠNCĠ HƏDĠS (YaxĢılıq, gözəl əxlaq və günah) Ən-Nəvvas ibn Siman (radiyallahu anhu) demiģdir ki, Peyğəmbər (sallallahu
aleyhi va salləm) buyurmuģdur: "Yaxşılıq gözəl əxlaqdır. Günah, nəfsində sıxıntı keçirdiyin və insanların bilməsini xoşlamadığındır."* Müslim rəvayət etmişdir. Vabisə ibn Məbəd (radiyallahu anhu) demiģdir: "Mən Peyğəmbərin (sallallahu aleyhi va salləm) hüzuruna gəldim. O (sallallahu aleyhi va salləm) mənə dedi: "Yaxşılıq və günah haqqında soruşmağa gəldin?" Mən dedim: "Bəli". Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Qəlbindən soruş. Yaxşılıq nəfsin qəlbə, qəlbin də nəfsə arxayın olduğudur. Günah nəfsdə keçirilən sıxıntı və qəlbdəki tərəddüddür. İnsanlar sənə nə fitva versələr də bu belədir."** Həsən hədisdir. İmam Əhməd və əd-dariminin "Müsnəd" əsərində bizə həsən sənədlə rəvayət edilmişdir. [*Müslim: "Xeyirxahlıq" kitabı, "Xeyirxahlığın və günahın təfsiri" bölümü, Nº 2553. **Ġmam Əhməd: "Müsnəd" (4/228); əd-darimi (2/245-246).] ĠYĠRMĠ SƏKKĠZĠNCĠ HƏDĠS (Sünnəyə tabeçilik və bidətlərdən uzaqlaģmaq) Əbu Nəcih əl-ġrbəd ibn Səriyə (radiyallahu anhu) demiģdir: Peyğəmbər (sallallahu aleyhi va salləm) bizə elə nəsihət etdi ki, bundan dolayı qəlblər titrədi, gözlər doldu. Biz dedik: "Ey Allahın elçisi, bu sanki vidalaģanın nəsihətidir. Bizə öyüdnəsihət ver." O (sallallahu aleyhi va salləm) buyurdu: "Sizə Allahdan qorxmağı, üzərinizə kölə başçı qoyulsa da, eşidib itaət etməyi tövsiyə edirəm. Sizlərdən uzun ömür yaşayan, çoxlu ixtilaflar görəcək. Sizə Mənim sünnəmlə və doğru yolda olan xəlifələrin sünnəsi ilə getməyi tapşırıram. Ondan azı dişlərinizlə yapışın. Sizi (dində) yeniliklərdən çəkindirirəm. Həqiqətən də hər bir yeni iş bidətdir. Hər bir bidət isə zəlalətdir." Əbu Davud və ət-tirmizi rəvayət etmişlər. ət-tirmizi: "Həsən-səhih hədisdir" demişdir. ĠYĠRMĠ DOQQUZUNCU HƏDĠS (Cənnətə aparan və cəhənnəmdən uzaqlaģdıran səbəblər) Muaz ibn Cəbəl (radiyallahu anhu) deyir ki, mən dedim: "Ey Allahın elçisi (sallallahu aleyhi va salləm), məni Cənnətə salacaq və Cəhənnəmdən uzaqlaģdıracaq əməl haqqında agah et." O (sallallahu aleyhi va salləm) buyurdu: "Sən çox böyük məsələ haqqında soruşdun. Bunu Allah kimin üçün asanlaşdırıbsa, həmin şəxslərə asandır. Gərək Allaha ibadət edib Ona heç nəyi şərik qoşmayasan. Namaz qılasan, zəkat verəsən, Ramazan orucu tutasan və
Evi həcc edəsən." Sonra (sallallahu aleyhi va salləm) dedi: "Sənə xeyir qapılarını işarə edimmi? Oruc sipərdir. Sədəqə günahları, su odu söndürən kimi söndürür. Kişinin gecə yarı qıldığı namaz da belədir." Sonra Peyğəmbər (sallallahu aleyhi va salləm) (ayə) oxudu: "Onlar ibadət üçün yataqlarından qalxar... " və "heç kəs bilməz!" (əs-səcdə, 16-17) yerinə çatdı. Sonra (sallallahu aleyhi va salləm) dedi: "Sənə ən əsas işi, onun sütununun və zirvəsini xəbər verimmi?" Mən dedim: "Bəli, ey Allahın elçisi." O buyurdu: "Ən əsas iş İslamdır. Onun dayağı namazdır. Hürgücünün zirvəsi isə cihaddır." Sonra dedi: "Bütün bunların hamısına malik olan barədə sənə xəbər verimmi?." Mən dedim: "Bəli, ey Allahın elçisi." O (sallallahu aleyhi va salləm) dilini tutaraq dedi: "Buna hakim ol." Mən dedim: "Ey Allahın elçisi, biz danıģdıqlarımıza görə sorğu-sual olunacağıq?" Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurdu: "Anan sənə ağlasın, ey Muaz. Məgər insanlar üzü (və ya burnu) üstə odun içində dillərinin danışdığına görə sürünmürlərmi?" ət- Tirmizi rəvayət etmiş və: "Həsən-səhih hədisdir" demişdir. [Tirmizi: Nº 2825,] OTUZUNCU HƏDĠS (Allahın hədlərinə bağlılıq) Əbu Sələbə əl-xuģani Cursum ibn NaĢir (radiyallahu anhu) rəvayət etmiģdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) belə buyurmuģdur. "Həqiqətən də, Allah vacib olanları vacib etmişdir, onları tələf etməyin. Hədlər qoymuşdur, onları aşmayın. Müəyyən şeyləri haram etmişdir, onları etməyin. Bəzi işlər barədə unutqanlıqdan deyil, sizə mərhəmət olaraq susmuşdur, onları axtarmayın. " [əd-dəraqutni (4/185); əl-hakim (4/115); əl-beyhəqi (10/12).] OTUZ BĠRĠNCĠ HƏDĠS (Zahidliyin* mahiyyəti və səmərəsi) Əbul Abbas Səd ibn Səhl əs-səidi (radiyallahu anhu) rəvayət etmiģdir ki, bir kiģi Peyğəmbərin (sallallahu aleyhi va salləm) yanına gəlib dedi: "Ey Allahın elçisi, mənə elə bir əməli göstər ki, onu edəndən sonra məni Allah da sevsin, insanlar da sevsin." O (sallallahu aleyhi va salləm) buyurdu: "Dünyada zahidlik et, Allah səni sevsin. İnsanlarda olanlara qarşı zahid ol, insanlar səni sevsin."** Həsən hədisdir. İbn Məcə və qeyriləri həsən sənədlərlə rəvayət etmişlər.
[*Zahidlik: Dünyaya çox bağlanmamaq, dünya malına həris olmamaq. ** Ġbn Məcə: Nº 4241; Əlbani "Səhih hədislər silsiləsi" Nº 944.] OTUZ ĠKĠNCĠ HƏDĠS (Qəsdli, yaxud qəsdsiz zərər vurmaq) Əbu Səid Səd ibn Məlik ibn Sinən əl-xudri (radiyallahu anhu) rəvayət etmiģdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "Zərər toxundurmaq olmaz. Zərər vurmaq da olmaz." Həsən hədisdir. Onu İbn Məcə, əd-dəraqutni və başqaları müsnəd olaraq, Məlik isə "Muvatta" kitabında mürsəl olaraq Amr ibn Yəhyadan o da atasından o da Peyğəmbərdən (sallallahu aleyhi va salləm) rəvayət etmişdir, lakin Əbu Səidi qeyd etməmişdir. Rəvayətin bir neçə (nəql) yolu var. Onlar bir-birini əsaslandırırlar. [Ġbn Məcə: Nº 2340; Ġbn Əhməd: 1/313; əl-beyhəqi: 6/7.] OTUZ ÜÇÜNCÜ HƏDĠS (Ġslam hüququnun əsasları) Ġbn Abbas (radiyallahu anhu) rəvayət etmiģdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "Əgər insanlara iddialarına görə verilsəydi, onlar camaatın malını və canını iddia edərdilər. Lakin dəlil iddiaçı tərəfdə, and içmə isə inkar edən tərəfdədir." Həsən hədisdir. əl-beyhəqi və başqaları bu cür rəvayət etmişlər. Hədisin bir hissəsi "Səhiheyn" (iki səhih: Buxari və Müslimin) əsərlərindəndir. [Beyhəqi: Nº 21733.] OTUZ DÖRDÜNCÜ HƏDĠS (Pislikdən çəkindirmək imandandır) Əbu Səid əl-xudri (radiyallahu anhu) demiģdir: Mən Peyğəmbərin (sallallahu aleyhi va salləm) belə buyurduğunu eģitdim: "Sizlərdən kim bir pis əməli görərsə, onu əli ilə, əgər bacarmasa dili ilə, əgər bacarmasa qəlbi ilə dəyişsin.
Bu ən zəif iman sayılır." [Müslim: "Ġman" kitabı, "Pis əməlin qadağan edilməsi imandandır" bölümü, Nº 49.] OTUZ BEġĠNCĠ HƏDĠS (Ġslamda qardaģlıq və müsəlmanın haqları) Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət etmiģdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "Bir-birinizə həsəd aparmayın. Bir-birinizə kələk gəlmək məqsədilə malın qiymətini qaldırmayın. Bir-birinizə nifrət etməyin. Bir-birinizə arxa çevirməyin. Kimsə qardaşının alveri üstündən alver etməsin. Ey Allahın qulları! Qardaş olun (və ya Allahın qardaş etdiyi qullar olun). Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu zəlil etməz, ona yalan danışmaz, onu təhqir etməz. Təqva bax buradadır. (O, üç dəfə sinəsinə iģarə etdi.) İnsanın şər etməsi üçün müsəlman qardaşını təhqir etməsi kifayətdir. Hər bir müsəlmanın canı, malı və şərəfi digər müsəlmana haramdır." Müslim rəvayət etmişdir. [Müslim: "Xeyirxahlıq" kitabı, "Müsəlmana zülm etməyin haramlığı" bölümü, Nº 2564.] OTUZ ALTINCI HƏDĠS (Xeyirxahlıq yolları) Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət etmiģdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "Kim bir müsəlmanın üzərindən dünya kədərlərindən birini götürərsə, Allah da onun üzərindən Qiyamət gününün kədərlərindən birini götürər. Kim çətinə düşənin işini asanlaşdırarsa, Allah da onun dünya və axirət işini asanlaşdırar. Kim müsəlmanı örtərsə, Allah da onu dünya və axirətdə örtər. İnsan qardaşının köməyində dayanana qədər Allah da onun köməyində dayanar. Kim elm iltimas etmək üçün yola çıxarsa, Allah onun Cənnətə yolunu asanlaşdırar. Allahın evlərindən birinə toplaşıb Onun Kitabını oxuyan və bir-birinə öyrədən camaatın üzərinə sükunət nazil olar. Onları mərhəmət bürüyər və mələklər dövrəyə alar. Allah onları Öz dərgahındakılara xatırladar. Kimin əməli onu gecikdirərsə, nəsli onu tələsdirməz." Müslim bu mətnlə rəvayət etmişdir.
[Müslim: "Zikr" kitabı, "Quran oxumaq və zikr etmək üçün toplanmağın fəziləti" bölümü, Nº 2699.] OTUZ YEDDĠNCĠ HƏDĠS (Uca Allahın ədaləti, lütfü və qüdrəti) Ġbn Abbas (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi va salləm), o da izzət və cəlal sahibi Rəbbindən rəvayət etmiģdir ki, Allah təalə buyurmuģdur: "Həqiqətən də Allah savab və günah işləri yazmış, sonra onları açıqlamışdır. Kim bir savab iş görmək istəyib onu etməzsə, Allah ona Öz dərgahında tam bir savab yazar. Onu istəyib icra edərsə, Allah ona Öz dərgahında on savabdan yeddi yüzə qədər və daha çox sayda yazar. Əgər bir günah etmək istəyərsə, amma etməzsə, Allah ona tam bir savab yazar. Əgər istəyib edərsə, Allah ona bir günah yazar." əl-buxari və Müslim "Səhih" əsərlərində bu sözlərlə rəvayət etmişlər. [əl-buxari: "ər-riqaq" kitabı, "Savab və günah etmək istəyən haqda" bölümü, Nº 6491; Müslim: "Ġman" kitabı, "Qul savab etmək istəyərsə yazılar, günah etmək istəyərsə yazılmaz" bölümü, Nº 131.] OTUZ SƏKKĠZĠNCĠ HƏDĠS (Uca Allaha yaxın olmağın və sevgisini qazanmağın yolları) Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) demiģdir: "Allah təalə buyurmuģdur: "Kim Mənim dostumla düşmənçilik edərsə, ona müharibə elan edərəm. Qulumun Mənə yaxınlaşmaq üçün etdiyi işlərdən Mənim üçün ən sevimli olanı ona vacib etdiklərimdir. Qulum nafilə ibadətlər etməklə Mənə o qədər yaxınlaşar ki, hətta onu sevərəm. Əgər onu sevdimsə, onun eşidən qulağı, görən gözü, tutan əli və gəzən ayağı olaram. Məndən istəsə, mütləq ona verərəm. Məndən sığınma diləsə, mütləq ona sığınacaq verərəm." əl-buxari rəvayət etmişdir. [əl-buxari: "Qəlbi yumģaldan əməllər" kitabı, "Təvazökarlıq" bölümü, Nº 6502.]
OTUZ DOQQUZUNCU HƏDĠS (Dində çətinliyin olmaması) Ġbn Abbas (radiyallahu anhu) rəvayət etmiģdir ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "Allah mənə görə ümmətimin xata, unutqanlıq və məcbur edildikəri işlərini bağışlamışdır." Həsən hədisdir. İbn Məcə, əl-beyhəqi və başqaları rəvayət etmişdir. (Hədis zəifdir) [Ġbn Məcə: "Talaq" kitabı, "Məcbur edilərək və unutqanlıqla talaq" bölümü, Nº 2045; əl-beyhəqi: (7/357); əd-dəraqutni: (4/170); Ġbn Hibban "Səhih" əsərində (16/202).] QIRXINCI HƏDĠS (Dünya axirətin tarlasıdır) Ġbn Ömər (radiyallahu anhu) demiģdir: Peyğəmbər (sallallahu aleyhi va salləm) mənim çiyinlərimdən tutaraq buyurdu: "Dünyada bir qərib, yaxud yol keçən adam kimi ol." Ġbn Ömər deyərdi: "AxĢama çıxdıqda səhəri gözləmə, səhərə çıxdıqda axģamı gözləmə. Səhhətindən xəstəliyin, həyatından ölümün üçün götür." əl-buxari rəvayət etmişdir. [əl-buxari: "Qəlbi yumģaldan əməllər" kitabı, "Peyğəmbərin kəlamı: "Dünyada qərib və ya yol keçən adam kimi yaģa" bölümü, Nº 6416.] QIRX BĠRĠNCĠ HƏDĠS (Peyğəmbərə (sallallahu aleyhi va salləm) tabeçiliyin vacibliyi) Əbu Muhamməd Abdulla ibn Amr ibn əl-as (radiyallahu anhu) demiģdir: Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurmuģdur: "Sizlərdən hər birinizin istəyi Mənim gətirdiyimə tabe olmayınca o, iman gətirmiş sayılmaz." Həsənsəhih hədisdir. Onu "əl-hüccə" kitabında səhih sənədlə rəvayət etmişik. [əl-bəğəvi: "ġərh Sünnə" (1/213) kitabında nəql etmiģdir.]
QIRX ĠKĠNCĠ HƏDĠS (Uca Allahın məğfirətinin geniģliyi) Ənəs ibn Malik (radiyallahu anhu) demiģdir: Mən eģitdim ki, Peyğəmbər (sallallahu aleyhi va salləm) buyurur: Allah təalə demiģdir: "Ey Adəm övladı, sən Mənə nə vaxt dua etdin və Mənə nə vaxt ümid bəslədin, Mən sənin etdikərini heç nəyə əhəmiyyət vermədən bağışladım. Ey Adəm övladı, əgər sənin günahların göyün yüksəkliyinə çatarsa və sonra sən Məndən bağışlanma diləyərsənsə, səni bağışlayaram. Ey Adəm övladı, əgər Mənim yanıma yer boyda günahla gəlsən və sonra Mənə şərik qoşmadan Mənimlə qarşılaşsan, sənin yanına yer boyda məğfirətlə gələrəm." ət-tirmizi rəvayət etmiş və həsənsəhih olduğunu söyləmişdir. [ət-tirmizi: "Dualar" kitabı, "Allah yüz mərhəmət yaratdı" bölümü, Nº 3540.]