www. hedef. edu. az 2 ÜQT 2

Benzer belgeler
HƏDƏF KURSLARI. 2 MQT 3

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

BÖYÜK DƏCCAL Amerika

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

AZERBEYCAN KÜLTÜRÜ VE EDEBİYATININ GELİŞMESİNDE HÜSEYİN CAVİD İN RÖLÜ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

DAVETLİSİ

Türk dünyasının böyük söz ustadı

Azərbaycanın görkəmli uşaq yazıçısı. Qəşəm İsabəylinin anadan olmasının 65 illiyi münasibətilə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ

F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Əlisa Nicat 80-illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait. Söz xəzinədarı Əlisa Nicat

Gedək biz olmayan yerə

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ.

BÜTÜN DEYİLƏNLƏRƏ RƏĞMƏN VƏYA AĞA MƏHƏMMMƏD ŞAH QACAR TARİXİ PİYESİNDƏ GERÇƏKLİYİN BƏDİİ İNİKASI

11-ci sinif Azərbaycan dili və ədəbiyyat. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Ədəbiyyatın əbədiyaşarlıq ünvanı

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ FƏNN SİNİF TARİX VARİANT ŞAGİRD

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

9-cu sinif Azərbaycan dili və ədəbiyyat. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri

10-cu sinif Azərbaycan dili və ədəbiyyat. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

F.K öçər lia dına Respublika Uşa q Kita bx anası. Ələviyyə Babayevanın 95 illik yubileyi münasibəti ilə. Zərif duyğular tərənnümçüsü

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

Mirzə Ələkbər Sabirin həyatı

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Dövrünə güzgü tutan Əli Nəzmi

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Ġntellektual-Elektron Kitabxananın təqdimatında

VALEH HACILAR, AZƏRBAYCAN FOLKLORU ANTOLOGIYASI. (Borçalı-Qarapapaq Folkloru)

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

ƏLİBABA MƏMMƏDOVUN MAHNILARI

NƏRİMAN HƏSƏNZADƏNİN POETİK AXTARIŞLARI

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Bəşər tarixinin möhtəşəm siması Corc Bayron

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

HӘDӘF KURSLARI IX-X SİNİF I QRUP

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

QAFQAZ UNİVERSİTETİ FİLOLOGİYA FAKÜLTƏSİ

BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ

FOLKLORŞÜNASLIĞA GİRİŞ

«YENİ FÜYUZAT» JURNALI VƏ POEZİYADA NOVATORLUQ

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

Görkəmli maarif və mədəniyyət xadimi

2014-cü ilin üçüncü rübünün nəticələri

Politologiya Fənni Üzrə Kollokvium Suallarının Cavabları

RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK SƏCİYYƏSİ

Ana kart (Motherboard)

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

Marketinq. Mehdiyev Əkbər

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI

ƏLI BƏY HÜSEYNZADƏNIN DILÇILIK GÖRÜŞLƏRI

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

ƏHMƏD CAVAD VƏ TÜRKİYƏ

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Uşaqları sevindirən, böyükləri düşündürən şair

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Mündəricat. Giriş...3 I Fəsil...7 II Fəsil...23 Nəticə...25 İstifadə edilmiş ədəbiyyat...26

Transkript:

26. Şifahi xalq ədəbiyyatı haqqında yanlış fikri müəyyən edin. A) Milli ədəbiyyatımızın bütün dövrlərində folklor nümunələri yaranmışdır. B) Şifahi xalq ədəbiyyatının yazılı ədəbiyyata təsiri müasir dövrümüzdə də davam etməkdədir. C) Şifahi xalq ədəbiyyatında tarixilik yazılı ədəbiyyata nisbətən daha konkretdir. D) İnsana məhəbbət, zülmə qarşı mübarizə ideyaları bu ədəbiyyatın mühüm keyfiyyətlərindəndir. E) Şifahi ədəbiyyatda xalqın etnik dünyagörüşü, dini, mənəvi-əxlaqi təsəvvürləri geniş şəkildə əks olunur. Şifahi xalq ədəbiyyatı milli ədəbiyyatımızın ən qədim zamanlardan indiyə kimi bütün dövrlərində mövcud olmuş və xalqın dini, etnik, mənəviəxlaqi təsəvvürlərini əks etdirmişdir. Lakin tarixilik yazılı ədəbiyyatda şifahi ədəbiyyatdan daha çoxdur. Doğru cavab C. 27. Verilənlər arasında C.Məmmədqulzadənin bu əsəri ilə bağlı məlumat yoxdur. * Әdәbiyyatımızda kiçik adamın böyük әdәbiyyata ilk tәbii vә әhatәli gәlişi. * Qarabağ münaqişәsinә hәsr olunan әsәr. * Hadisәlәrin zaman vә mәkan etibarilә dәyişdirildiyi әsәr. * Süjetdәki hadisәlәrin 1909-cu ildә baş verdiyi әsәr. A) Danabaş kəndinin əhvalatları B) Dəli yığıncağı C) Kamança D) Anamın kitabı E) Poçt qutusu Ədəbiyyatımızda kiçik adamın böyük ədəbiyyata ilk təbii və əhatəli gəlişi - Danabaş kəndinin əhvalatları Qarabağ münaqişəsinə həsr olunan əsər - Kamança Hadisələrin zaman və məkan etibarilə dəyişdirildiyi əsər - Dəli yığıncağı Süjetdəki hadisələrin 1909-cu ildə baş verdiyi əsər - Anamın kitabı Verilənlər içərisində Poçt qutusu hekayəsinə aid fikir olmadığı üçün doğru cavab E. 28. Q. Səidin əsərlərinin məzmunu ilə bağlı fikirlərdən biri sәhvdir. A) Altuntac romanında Əbdülkərimin və onu əhatə edən insanların əzablı həyatından söz açılır. B) Əli və Nino romanında milli istiqlal mücadiləsinin faciəli aqibəti göstərilmişdir. C) Sevgidən bixəbər kişi əsərində vətən və qürbət mövzularına toxunulmuşdur. D) Manuela povestində ciddi həyat həqiqətləri və sevgi macəraları əks etdirilmişdir. E) Məhəbbət və neft əsərində ədibin ailəsinin və özünün tərcümeyi-halı ilə bağlı hadisələr əks olunub. Q. Səid yaradıcılığına aid bu test tapşırığının doğru cavabı E bəndidir. Bu bənddəki fikir Şərqdə neft və qan əsərindəndir. 29. Nümunə ilə bağlı sәhv fikri müəyyənləşdirin. Ağzı qönçә, lәbi püstә, Beli incә, boyu bәstә, Tökülübdür dәstә-dәstә, Nә gözәl tellәr yaradıb. (Nәbati) A) aaab şəklində qafiyələnmişdir. B) Gəraylı janrındadır. C) Bütün misralarda daxili bölgü eynidir. D) Üçüncü misrada inversiyadan istifadə olunub. E) Birinci misrada mükəmməl təşbehlər işlənmişdir. Nümunə gəraylının orta bəndidir. Birinci misrada mükəmməl təşbehlər ( ağzı qönçә, lәbi püstә), üçüncü misrada inversiya işlənib. Misradaxili bölgü ilk üç misrada 4+4, son misrada isə 3+5 şəklindədir. Test tapşırığının doğru cavabı C. 30. M.Şəhriyar haqqında verilən fikri hansı bəndlə tamamlamaq olmaz? M.Şәhriyar... A) S. Vurğun kimi sərbəst şeir, heca və əruz vəznində yazmışdır. B) H.Cavid kimi Talibiyyə mədrəsəsində təhsil almışdır. C) B.Vahabzadə kimi poemalarının hamısını ana dilində yazmışdır. D) M. Ə. Sabir kimi yalnız epik və lirik növdə yazmışdır. www. hedef. edu. az 2 ÜQT 2

E) R.Rza kimi İkinci Dünya müharibəsi ilə bağlı poema yazmışdır. M.Şəhriyar yaradıcılığında həm anadilli ( Heydərbabaya salam, Türkün dili və s.), həm də farsdilli əsərlər olduğu üçün C bəndində verilmiş fikir yanlışdır. 31. Aşağıda müxtəlif janrlarda yazılmış şeirlər verilmişdir. Bu janrlardan hansına M.P.Vaqif yaradıcılığında rast gəlinir? A) Ala gözlü Nigar xanım, Üzün məndən niyə döndü?! B) Göründü gözümə bir pəriru, Xoşləhcəvü xoşcəmalü xoşbu. C) Gülə mənzil olmuş yenə də çəmən, Köynəyi yırtılmış ta ətəyindən... D) Səndən ötrü ömrüm barın becərdim, Mübarək dəstinlə de bir üz, bir üz. E) Kim ki eşq atəşilə oldu hədər, Onu yandırmaz öylə atəşlər. M.P.Vaqif yaradıcılığında heca vəznli şeirlərdən qoşma və təcnis, əruz vəznli şeirlərdən isə qəzəl, müxəmməs, müstəzad və müəşşər janlarına rast gəlinir. Test tapşırığında verilən nümunələrin janrları: A- gəraylı, B- poema, C- rübai, E- faciə. Doğru cavab D) təcnis. 32. Nöqtələrin yerinə yazılmalıdır: Epiqraf, proloq, epiloq,... vә lirik ricәt kompozisiyanın ünsürlәridir. A) ekspozisiya B) rəbt C) razvyazka D) peyzaj E) final Test tapşırığında A, B, C, E bəndlərində süjetin mərhələləri verilmişdir. Doğru cavab D. 33. Q. Zakir yaradıcılığı haqqında doğru fikri müəyyən edin. A) Hər iki vəzndə yazdığı şeirlərin dili qəlizdir. B) Durnalar şeirində vüsalına çatmış lirik qəhrəmanın sonsuz sevgisi əks olunmuşdur. C) Üstüörtülü, dolayı yolla tənqid və özünüifşa şairin satiralarının əsas xüsusiyyətidir. D) Xəbər alsan bu vilanın əhvalın... şeirində müəllif bəzi hökumət murovlarını oğruların həmfikri sayır. E) Eylər satirasında insanların mənəvi cəhətdən pozulması göstərilir, avamlıq və cahillik tənqid olunur. Q.Zakirin heca vəznində yazdığı şeirlərin dili sadə, əruz vəznində yazdığı şeirlərin dili isə qəlizdir. Durnalar qoşmasında ayrılıq həsrəti çəkən aşiqin qürbət sıxıntısı, canan həsrətindən doğan hisləri əks olunub. Müəllifin satiralarında birbaşa, kəskin tənqid xarakterikdir, özünüifşa isə yoxdur. Eylər müxəmməsi ictimai mövzulu şeirdir, satira deyil. Doğru cavab D. 34. A. Bakıxanovun bədii əsərlərini seçin: 1. Təhzibül-əxlaq 2. Kitabi-Əsgəriyyə 3. Qanuni-Qüdsi 4. Riyazül-qüds A) 3, 4 B) 2, 3 C) 1, 3 D) 1, 2 E) 2, 4 Təhzibül-əxlaq və Qanuni-Qüdsi elmi əsərlər olduğu üçün doğru cavab E. 35. İ. Əfəndiyevin Xurşidbanu Natəvan əsəri ilə bağlı sitatların biri yanlışdır. A) Şiə-sünni məsələsi avam ruhanilərin uydurmasıdır Knyaz Xasay. B) Əgər məsum bir uşaq böyüyüb ağıllı bir hökmdar olursa, özündən asılı olmayaraq səltənətin mənafeyi onu qəddarlığa vadar edəcək İran şahzadəsi. C) İran hökmdarının bizi farslaşdırmaq siyasəti biz azərbaycanlıların xoşbəxtliyidir Məliküldövlə. D) Dil bizim milli varlığımızdır, ağalar, nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan dili də yaşayacaqdır Mirzə Ruhulla. E) Biz öz qan qardaşlarımızla birləşmək istəyirik Xurşidbanu. Verilənlərdən D bəndindəki sitat Mirzə Ruhullaha deyil, Natəvan obrazının dilindən deyilir. Dramın dördüncü şəklində Məclisi-üns www. hedef. edu. az 3 ÜQT 2

də yaranmış gərginlik (Seyid Hüseyn və Zahir bəy arasında) əks olunur və mübahisə Natəvanın bu sözləri ilə bitir. Doğru cavab D. istifadə etməsi təsvir edilir və məhz bu hissədə alimlərdən nəsihətnamə yazmağı xahiş edir. Doğru cavab B. 36. S. Vurğunun poema yaradıcılığı ilə bağlı doğru fikri müəyyən edin. A) Pomaları, əsasən, lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir. B) Fərhad və Şirin poemasında hökmdar və zəmanə, zəhmət, məhəbbət kimi məsələlərə toxunur. C) Qaraqoyunludakı kəndsayağı komsomol hərəkatında iştirakını Macəra poemasında əks etdirmişdir. D) Muğan poemasında şair özü əsərin əsas obrazlarından birinə çevrilir. E) Otuz poemadan ibarət Azərbaycan epopeyası yaratmışdır. A bəndində verilən fikirlər H. Cavid poemalarına aid fikirdir. B bəndində əsərin janrı poema göstərilib, əslində isə dramdır. C bəndində verilənlər Komsomol poemasına aiddir. S.Vurğun otuz poemadan ibarət epopeya yaratmaq istəsə də, buna nail ola bilməyib. Doğru cavab D. 37. N. Gəncəvinin İsgəndərnamə poeması ilə bağlı doğru fikri müəyyənləşdirin. A) Şərəfnamə də daha çox elmi problemlər, alim və filosofların dili ilə ifadə edilmiş nəsihətamiz fikirlər üstünlük təşkil edir. B) İqbalnamə də şair özü də elmi-fəlsəfi diskussiyalara qoşulur və İsgəndərin dili ilə müxtəlif fəlsəfi görüşlərə öz münasibətini bildirir. C) İqbalnamə də süjet daha bitkin xarakter daşıdığından, şair İsgəndərin zülm və zorakılığa məruz qalan xalqları xilas etmək missiyasını burada gerçəkləşdirir. D) Peyğəmbərlik verildikdən sonra İsgəndər daha gücdən istifadə etmir, inandırmaq və təbliğatla öz fikirlərini həyata keçirir. E) İsgəndərin xahişi ilə alimlərin ona nəsihətnamə yazması ideya və fikir baxımından Şərəfnamə nin ən mühüm hissəsi sayılır. Elmi problemlər, alim və filosofların dili ilə ifadə edilmiş nəsihətamiz fikirlər üstünlük İqbalnamə də təşkil edir və adıçəkilən hissə bitkin süjet xəttinə malik deyil. İqbalnamə də İsgəndər həm təbliğatdan, həm də fiziki gücdən 38. Nümunədə işlənmiş bədii ifadə vasitələrini seçin: Sәn mәnim qәlbimә hakim, sәnә qul oldu könül. Sәn әzizsәn, mәn ucuz, bir heçәm, afәt, sәnsiz! (N.Gәncәvi) 1. anafora 2. epifora 3. antiteza 4. inversiya 5. bədii sual 6. təşbeh A) 1, 3, 4 B) 2, 4, 6 C) 1, 4, 5 D) 2, 5, 6 E) 1, 3, 6 Nümunədə bədii ifadə vasitələrindən antiteza ( hakim-qul) anafora və inversiya işlənmişdir. Doğru cavab A. 39. Kitabi-Dədə Qorqud dastanı ilə bağlı düzgün fikirləri seçin. 1. II minilliyin əvvəllərindən türk-müsəlman katibləri Dədə Qorqud eposu əsasında Dədə Qorqud kitabları nı yaratmağa başladılar. 2. Epos I minilliyin sonu II minilliyin əvvəllərində Azərbaycanda və Anadolunun şərqində geniş yayılaraq ozanların əsas repertuarını təşkil edib. 3. Dastanın yazıya alınmış boyları Dədə Qorqud eposunun bütün boylarını əhatə edir. 4. Eposun XV əsrdə yazıya alınmış iki əlyazması mövcuddur: Vatikan və Drezden muzeylərində saxlanılır. 5. Müqəddimədə Dədə Qorqudun Məhəmməd peyğəmbərin üzünü görməsi, islamı qəbul edərək oğuzlar arasında təbliğ etməsi verilib. A) 1, 2, 4 B) 1, 3, 5 C) 2, 3, 4 D) 1, 3, 4 E) 2, 3, 5 Eposun bizə gəlib çatan nümusəni, heç də bütün boyları əhatə etmir və şübhəsiz ki, şifahi formada daha zəngin olmuşdur. Mqəddimdə Dədə Qorqudun Məhəmməd peyğəmbərin zamanında yaşaması, dilindən deyilmiş 40. Nöqtələrin yerinə yazılmalıdır : Qәlәmә aldığı hәyat hadisәsi haqqında yazıçının gәldiyi fikir... adlanır. www. hedef. edu. az 4 ÜQT 2

A) mövzu B) ideya C) süjet D) kompozisiya E) epiqraf Qələmə aldığı həyat hadisəsi haqqında yazıçının gəldiyi fikir ideya adlanır. Doğru cavab B. 41. Ş.İ.Xətayinin Ayrılır qəzəlinin məzmunu ilə bağlı sәhv fikirlər hansılardır? 1. Lirik qəhrəmana ayrılıq ruhun bədəndən uçması, ağlın başdan çıxması qədər əzablı görünür. 2. Üçüncü beytdə könlünə müraciət edən aşiq sevgilisini yari-sәrdar adlandırır. 3. Lirik qəhrəman könülünə müraciət edib onu bülbül kimi göz yaşı tökməyə, gül kimi yaxasını cırmağa çağırır. 4. Altıncı beytdə lirik qəhrəman sevgilisinin axıtdığı göz yaşlarını dəryalara bənzədir. 5. Sonuncu beytdə aşıq sevgilisindən ayrıldığı üçün Tanrıdan şikayət edir. A) 1, 4, 5 B) 1, 3, 4 C) 2, 4, 5 D) 2, 3, 4 E) 2, 3, 5 Ayrılır qəzəlinin lirik qəhrəmanı ikinci beytdə sevgilisini yari-sərdar adlandırır. Altıncı beytdə öz göz yaşlarını dəryalara bənzədir. Sonuncu beytdə müəllif özünə müraciət edərək Tanrıdan razılıq edir. Doğru cavab C. 4. Hәkimin nağılı hekayəsi işıq üzü görmüşdür. A) 2, 4, 1, 3 B) 3, 2, 1, 4 C) 2, 1, 4, 3 D) 4, 2, 1, 3 E) 4, 2, 3, 1 1. Mәni itirmәyin kitabı çap olunub.(1984) 2. Quşlar şeiri çap olunmuşdur.(1938) 3. Şöhrət ordeni ilə təltif olunub.(1994) 4. Hәkimin nağılı hekayəsi işıq üzü görmüşdür.(1947) Xronoloji ardıcıllığa görə belə olacaq: 2, 4, 1, 3 Doğru cavab A. 44. Verilmiş nümunə B. Vahabzadənin hansı əsərindəndir? Ey doğma dilindә danışmağı ar bilәn fasonlu әdabazlar, Qәlbinizi oxşamır qoşmalar, telli sazlar, Bunlar qoy mәnim olsun, Ancaq vәtәn çörәyi sizlәrә qәnim olsun. A) Cavab B) Vətəndaş C) Vətəndən-vətənə D) Ana dili E) Latın dili Bu şeir parçası B.Vahabzadənin ana dili mövzusunda yazdığı Ana dili şeirindən bir parçadır. Doğru cavab D. 42. Mir Cəlalın Ötən günlər in hekayələri" silsiləsinə daxil olan əsərləri seçin: 1. Bostan oğrusu 2. Yaşıdlarım 3. Həyat hekayələri 4. Elçilər qayıtdı 5. Söyüd kölgəsi A) 1, 2, 3 B) 2, 3, 4 C) 1, 4, 5 D) 3, 4, 5 E) 1, 2, 5 Mir Cəlalın yaradıcılığına aid bu testdə Yaşıdlarım roman, Həyat hekayələri isə ayrıca hekayələr kitabıdır. Doğru cavab C. 43. İ.Şıxlının həyat və yaradıcılığı ilə bağlı xronoloji ardıcıllığı müəyyənləşdirin. 1. Mәni itirmәyin kitabı çap olunub. 2. Quşlar şeiri çap olunmuşdur. 3. Şöhrət ordeni ilə təltif olunub. 45. Əsərlərin yazılmasının xronoloji ardıcıllığını müəyyən edin: 1. Dağlar dilә gәldi (M.Cəlal) 2. Ayrılan yollar (İ.Şıxlı) 3. Madrid (M.İbrahimov) 4. Ana vә şәkil (B.Vahabzadə) 5. Heydәrbabaya salam (M.Şəhriyar) A) 2, 3, 5, 1, 4 B) 3, 4, 5, 2, 1 C) 3, 2, 1, 5, 4 D) 5, 3, 4, 2, 1 E) 3, 4, 2, 5, 1 1. Dağlar dilә gәldi (M.Cəlal) - 1967 2. Ayrılan yollar (İ.Şıxlı) - 1957 3. Madrid (M.İbrahimov) - 1937 4. Ana vә şәkil (B.Vahabzadə) - 1943 5. Heydәrbabaya salam (M.Şəhriyar) 1954 Xronoloji ardıcıllığa görə belə olacaq: 3, 4, 5, 2, 1 Doğru cavab B. www. hedef. edu. az 5 ÜQT 2

46. H. Cavidin İblis əsrindəki hadisələrin xronoloji ardıcıllığını düzün. 1. İblis!.. O böyük ad nə qadar calibi-heyrət Hər ölkədə, hər dildə anılmaqda o şöhrət 2. Ruhu cəzb ediyor, Söylüyor əski xatiratı bana, Sanki qarşımdadır gözəl Rəna. 3. Eyvah, ölülər rərqs ediyor, iştə fəlakət! Vasif belə, Xavər belə rəqs etmədə!..heyrət! 4. Ya Rəbb, bu nə dəhşət, nə fəlakət? Ya Rəbb, bu nə vəhşət, nə rəzəlalət? A) 4, 2, 3, 1 B) 1, 4, 2, 3 C) 4, 1, 2, 3 D) 4, 3, 2, 1 E) 2, 4, 3, 1 Əsərin məzmunu ilə bağlı ardıcıllığa əməl etsək, belə olmalıdır: 4, 2, 3, 1. Doğru cavab A. 47. Fikirlərdən biri yanlışdır: A) Məzmun ilə formanın münasibətində məzmun əsasdır. B) Forma məzmuna təsir edə və onu tamamlaya bilmir. C) Məzmunla forma arasında ziddiyyət də özünü göstərir. D) Mövzu və ideya məzmunun komponentləridir. E) Forma məzmuna nisbətən az dəyişkəndir. Məzmun ilə formanın münasibətində məzmun əsasdır, formanı müəyyən edir, onu doğurur. Onlar arasında zidiyyət olsa da, bu, ədəbi prosesi zəiflətmir. Məzmunun komponentləri mövzu və ideya, formanın komponentləri isə dil, janr, vəzn və s. daxildir. Məzmun formaya görə daha dəyişkəndir, forma nisbətən sabitdir. Amma forma passiv deyil, məzmuna təsir edir və onu tamamlayır. Doğru cavab B. 48. Verilən fikirlər sırasında M. Füzulinin hansı əsəri haqqında məlumat yoxdur? Farsca yazılmış bədii nəsr nümunəsidir. Bürokratizmə qarşı qəzəb və nifrətini ifadə etmişdir. Ana dilində qələmə alınmış poemadır. Ərəbcə yazılmış fəlsəfi traktatdır. A) Söhbətül-əsmar B) Mətləül-etiqad C) Hədiqətüs-süəda D) Rindü Zahid E) Nişançı Paşaya məktub Farsca yazılmış bədii nəsr nümunəsidir Rindü Zahid Bürokratizmə qarşı qəzəb və nifrətini ifadə etmişdir - Şikayətnamə Ana dilində qələmə alınmış poemadır Söhbətül-əsmar Ərəbcə yazılmış fəlsəfi traktatdır Mətləületiqad. Verilənlər arasında yalnız Hədiqətüs-süəda ( anadilli bədii nəsr nümunəsi) əsərinə aid fikir yoxdur. Doğru cavab C. 49. R.Rzanın Qızılgül olmayaydı poeması ilə bağlı doğru fikirləri göstərin: 1. Keçmişə qayıdış formasında retro üslubunda yazılmışdır. 2. Bu poemada süjetin bütün mərhələlərini ayırmaq mümkündür. 3. Bədii təsvir və ifadə vasitələrindən geniş şəkildə istifadə edilmişdir. 4. Heca vəznində, səkkizhecalı şeir formasında yazılmışdır. 5. Repressiya illərində itirilmiş dost və insan haqqında xatirələr, bu itkidən doğan kədər və iztirab əsərin əsas məğzini təşkil edir. A) 2, 4 B) 2, 3, 5 C) 1, 3, 5 D) 1, 3, 4 E) 4, 5 R.Rzanın Qızılgül olmayaydı poeması lirik poema olduğu üçün süjet xəttinə, süjetin bütün mərhələlərinə ayırmaq mümkün deyil. Sərbəst şeir şəklində yazılmışdır. Doğru cavab C. 50. Verilənlər içərisində hansı anlayışın xüsusiyyəti var? * Fransız sözüdür, ölkә, mәkan, yer demәkdir. * Nitqin bәdii tәsir gücünü artırmaq üçün sözlәrin qrammatik ardıcıllığının bilәrәkdәn pozulmasıdır. * Hәyat hadisәlәrini tәsvir etmәk vә onları ümumilәşdirmәk üçün yazıçının әsas götürdüyü prinsipdir. * Әsәrin әvvәlindә danışılacaq әhvalatla oxucunu yığcam şәklidә tanış edәn hissәdir. A) ədəbi cərəyan B) ekspozisiya C) remarka D) epiloq E) bədii yaradıcılıq metodu www. hedef. edu. az 6 ÜQT 2

Sadalanan fikirlər bu anlayışlara aid xüsusiyyətlərdir: * Fransız sözüdür, ölkə, məkan, yer deməkdir peyzaj. * Nitqin bədii təsir gücünü artırmaq üçün sözlərin qrammatik ardıcıllığının bilərəkdən pozulmasıdır inversiya. * Həyat hadisələrini təsvir etmək və onları ümumiləşdirmək üçün yazıçının əsas götürdüyü prinsipdir bədii yaradıcılıq metodu. * Əsərin əvvəlində danışılacaq əhvalatla oxucunu yığcam şəklidə tanış edən hissədir proloq. Verilənlər arasında yalnız bədii yaradıcılıq metodunun xüsusiyyəti var. Doğru cavab E. www. hedef. edu. az 7 ÜQT 2