Şəkil 13. A dəstəyi ilə hündürlüyün nizamlaması

Benzer belgeler
İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Su duz mübadiləsinin endokrin tənzim mexanizmləri

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

1290 Növ Buxar Bərpa Nizamlayıcısı

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Təqdimat Kataloqu 2018

Marketinq. Mehdiyev Əkbər

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR

AZƏRBAYCAN, TƏCHİZATLAR VƏ QİYMƏTLƏR ORLANDO

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Ana kart (Motherboard)

Kompüter (computer) verilənləri emal etmək üçün istifadə edilən proqramlaşdıra bilən elektron qurğu.

Bu təlimatın onlayn versiyası bir neçə dildə mövcuddur. Təlimata digər dildə baxmaq üçün veb-ünvanına keçin.

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

BÖYÜK DƏCCAL Amerika

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

RESPUBLİKA FƏNN OLİMPİADALARI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

AÇIQLAMA: Cihaz kommutasiyası İsitmə tənzimlənməsi İşıq idarəetməsi

Serbest iş 5. Azerbaycan Hava Yolları Qapalı Sehimdar Cemiyyeti. Milli Aviasiya Akademiyası

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

MR95 seriyalı təzyiq nizamlayıcıları

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

4. Xarici yaddaş qurğuları

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI

GPS AVTOMOBİL İZLƏMƏ SİSTEMLƏRİ və NƏQLİYYAT VASİTƏLƏRİNİN İDARƏ EDİLMƏSİ

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi. İstifadəçi təlimatı

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

AZƏRBAYCAN, TƏCHİZATLAR VƏ QİYMƏTLƏR TRAX

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR. Bakı şəhəri, 25 aprel 2014-cü il

İXM-nin maddəsi Qayda pozuntusu Cəriməsi Balı

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Cruze. Sahibin Əl Kitabçası

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Gizli klips sistemi Sürüşməyən səth Çatlaq və digər deformasiyalara zəmanət

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

YAŞIL ŞƏHƏRİNİ YARAT Presentation

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

Beləki bütün texnoloji proseslər müxtəlif üsullarla aparilsada, ümumi halda prosesi iki hissəyə ayirmaq olar :

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

3684 Sahə maşınlarının və avtomatlarının hesabı və konstruksiya edilməsi fənni üzrə test sualları

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

MÖVZU: Simli şəbəkələrin arxitekturaları və onların xüsusiyyətləri

Şirkətimiz SFV Group MMC, Azərbaycan bazarında 2010-cu il tarixdən isitmə,

OUTDOOR Çöl reklamları, binaların üzərində, stadionlarda, avtobus üzərində reklam. INDOOR BTL (ING: BELOW-THE-LINE)

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Şahdəniz Yatağının İşlənilməsində Yeni Texnologiyaların Tətbiqi. Şahdəniz Yatağının İşlənilməsində Yeni Texnologiyaların Tətbiqi Əl Kuk

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Klassik elektron nəzəriyyəsinin əsasları. Om və Coul-Lens qanunları.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Mühazirə 6: Kation və Anion polimerləşmənin xüsusiyyətləri

Istifadəçi Təlimatı Windows Phone 10 Mobile ilə Lumia

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Transkript:

19. KƏSƏN APARATIN HÜNDÜRLÜYÜNÜN NİZAMLANMASI Hündürlük A dəstəyi ilə nizamlanır (şəkil 13, 14,15). Taxılın kəsmə hündürlüyü şəkil 26-da verilən şkalada görünür. Kəsən aparatın (jatka) amortizasiyası qaz akkumulyatoru ilə təmin edilir və hidravlik silindrlərin təzyiqi A sayğacında görünür (şəkil 13). Əqrəb yaşıl zonada olanda kəsən aparatın hidrosilindrləri tam mütləq vəziyyətdə olur. Kəsən aparatı yerə buraxanda qaz akkumulyatorun təsiri azalır və əqrəb Şəkil 13. A dəstəyi ilə hündürlüyün nizamlaması qırmızı zonada qalır. Əqrəb nə qədər qırmızı zonada dəyişərsə, kəsən aparat o qədər yerə sıxılmış olur. Belə olduqda torpaq və daş asanlıqla kəsən aparata düşür və onun zədələnməsinə səbəb olur. Yıxılmış taxılı yığan zaman kəsən aparatı elə bir hündürlükdə qoymaq lazımdır ki, göstərici yaşıl zonada dursun. Şəkil 14. Şəkil 15. 20.TAXIL DÖYƏN DEKIN ARA MƏSAFƏSININ NIZAMLANMASI (şəkil 17) Taxıl döyən dekin ara məsafəsi mexanizatorun sağ tərfində yerləşən A pilləsiz çarx vasitəsi ilə nizamlanır (şəkil 16). Çarxı saat əqrəbinin əksi istiqamətində döndərən zaman ara məsafəsi artır, əqrəb istiqamətində döndərəndə isə azalır. Şəkil 16. Şəkil 17.

21. DAŞ ÜÇÜN MANİYƏ Əlavə avadanlıqlar siyahısına daş üçün maniyə daxildir və bu kəsən aparatın bıçağının arxasında yerləşir. Kiçik daşlarla zibillənmiş sahələrdə maniyədən istifadə etmək daha səmərəlidir. Daşlar maniyənin qabağında yığılır və sonra onları çox asan kənarlaşdırmaq olur. Kəsən aparat üzərində işə başlamazdan əvvəl motoru söndür və daha sonra kəsən aparat və cəhrə altında dayaqlar qoy. 22. DAŞ TUTUCU Daş tutucunu tez-tez boşaltmaq lazımdır (şəkil 18). Daş tutucu dekə daşların düşməsinin qarşısını alır. O, yükləyici şnek və deka arasında yerləşdirilir. Daş tutucunu hər gün daşlardan təmizləmək lazımdır. Şəkil 18.Daş tutucu 23. DÖYƏN MEXANİZMİN BİRLƏŞDİRİLMƏSİ Döyən mexanizm A qolu vasitəsilə birləşdirilir. Eyni zamanda baraban, samansilkələyənlər, transportyor, ələk, dən və sünbül şneki və xırdalayıcı bu qol vasitəsilə birləşdirilir. Şəkil 19.Taxıl döyən mexanizmi birləşdirən qol D i q q ə t! Döyən mexanizmi mühərrik boş işləyən zaman birləşdirin.

24. BARABANIN ƏKS ISTIQAMƏTDƏ FIRLADILMASI (şəkil 20) Barabanda zibillənməni təmizləmək üçün kombaynın dəstinə qoyulmuş xüsusi alətdən istifadə edirlər. Alətdən istifadə etməklə barabanı əl ilə fırlatmaq olur. Bu zaman mühərrik söndürülməli və döyən qurğunun dəstəyi çıxarılmalıdır. Dek aşağı Şəkil 20. Barabanı fırlatmaq üçün dəstək vəziyyətdə nizamlanmalıdır. Zibilləri texniki xidmət üçün qoyulmuş pəncərələrdən də təmizləmək olur. 25. VENTİLYATOR (şəkil 21, 21,a və 21b) Hava selinin nizamlanmasını variatorun fırlanma sürətin tədricən dəyişməklə həyata keçirirlər. Fırlanma sürəti kabinanın sol tərəfində olan A dəstəyi ilə nizamlanır. Ventilyatorun dövrlər sayını göstərən indikator B dövrlər sayının dəyişməsini göstərir (şəkli 21). Şəkil 21. D i q q ə t! Nizamlamanı yalnız döyən aparat işləyərkən etmək lazımdır. Xırda dənli taxılı döyərkən ventilyatorun vurduğu hava selini azaltmaq istəyirsinizsə onda ventilyatorun (şəkil 21 a) altında olan A lyuku- Şəkil 21 a. nu açın və sonra istədiyiniz nəticəni almaq üçün ventilyatorun dövrlər sayını nizamlayın. Havanın istiqamətini C lövhəciki ilə nizamlayırlar (şəkil 21 a).

Lövhəcik qabaq vəziyyətdə qaldıqda hava xaricə vurulur. Havanın istiqamətini lövhəciyi aşağı və arxaya verməklə nizamlamaq olur. Şəkil 21 b. 26. TAXIL ELEVATORU VƏ TAXIL ŞNEKİ Elevator təmiz və siqnalizasiyası saz olmalıdır. Taxıl elevatoru (şəkil 22) və taxıl şneki kombaynın sağ tərəfində yerləşir. Elevator üzərində qoyulmuş lyukdan zəncirin tarımlığına və elevatoru təmizliyinə nəzarət etmək olur. Şəkil 22. Zibilləri təmizlədikdən sonra döyən mexanizmləri bir qədər aşağı dövrlər sayında fırlatmaq lazımdır. Taxıl elevatorun ardı olan taxıl şneki bunkeri dənlə doldurur. 27 a. TAXIL BUNKERİ Taxıl bunkeri taxıl şneki vasitəsi ilə doldurulur. Bunkerin dolması siqnal vasitəsi ilə məlum olur. Siqnalizasiya datçikinin hündürlüyünü nizamlamaq olur. Onun yerini bir deşik dəyişməklə siqnalı tez və gec almaq olur. Bunkerin daxilində təmizlik və texniki xidmət işlərini gördükdə şərtsiz motoru söndürmək lazımdır. Boşaldıcı boru B ayırıcının köməyi ilə nəqliyyat vəziyyətinə gətirilir. Boşaldıcı boru nəqliyyat vəziyyətində avtomatik olaraq saxlanılır. Şəkil 23.

Borunu boşaltma vəziyyətinə hidravlik olaraq A qolu vasitəsilə həyata keçirirlər. 27 b. BOŞALTMANIN BİRLƏŞDİRİLMƏSİ. Taxılın boşaldılması A qolunu yuxarı qaldırmaqla yerinə yetirirlər. Taxılı boşaldan zaman əmin olun ki, onun boşaldılması üçün məsafə tələb olunan qədərdir. Əgər taxıl sərbəst boşalmırsa onda şnekin və transmissiyanın zədələnməsi baş verə bilər. Şəkil 24. Sünbül şnekinin işinə siqnallar ilə nəzarət edilir. Sünbül şneki kombaynın sol tərfində yerləşir. Siqnal şnekin zibillənməsini bildirir. Zibili təmizləmək üçün şnekin aşağı hissəsində xüsusi lyuk qoyulmuşdur. Şəkil 25. Şəkil 26.Sünbül şneki

28. KOMBAYNIN KONSTRUKSIYASI VƏ IŞLƏMƏ PRINSIPI Kəsici və yükləyici aparat kütləni döyən aparata ötürür. Cəhrə öz növbəsində biçilmiş taxıl kütləsini bıçaqdan verici şnekə istiqamətləndirir. Verici şnek biçilmiş taxıl kütləsini ön kameranın transportyoruna və sonra döyən barabana ötürür. Daşlar və digər ağır əşyalar daştutucularına ötürülür.bununla döyücü mexanizmin zədələnməsi məhdudlaşır. Döyən mexanizm dəni samandan ayırır. Biçilmiş taxıl kütləsi ilkin olaraq döyən barabana daxil olur. Burada zərif dənlər samandan ayrılır və barabandan nəqliyyat lövhəsinə ötürülür. İlkin döyən baraban həmçinin taxıl kütləsinin əsas barabana verilməsini nizamlayır. Taxıl kütləsinin qalan hissəsi əsas döyən barabanın zonasında döyülür. Taxılın və pinin əksər hissəsi dekadan nəqliyyat lövhəsinə ötürülür. 29. AYIRICI MEXANIZM VƏ TAXILIN TƏMIZLƏNMƏSI. Saman silkələyən qalmış dəni silkələyib ayırır və samanı xaricə çıxarır. Taxıl öz növbəsində samansilkələyənlərin klavişlərinin mərkəzindən nəqliyyat lövhəsinə tökülür. Nəqliyyat lövhəsi döyülmüş dəni iri xəlbirə ötürür. Nəqliyyat lövhəsində pin və yüngül zibillər yuxarıya ötürülür və aşağıda dən qalır. Ventilyatorun yaratdığı hava seli pin və yüngül zibili ötürüb xaricə çıxarır. Xəlbir bir qədər ağır və tam döyülməmiş sünbülləri özündən keçirir. Daha iri zibillər xəlbirdən xaricə verilir. Xəlbirdən təmiz taxıl şnekə ötürülür, sonra taxıl elevatoruna, daha sonra isə taxıl bunkerinə verilir. Şadarada döyülməmiş sünbüllər, ələkdən keçə bilməmiş sünbül hissələri taxıl xəlbiri vasitəsilə təkrar döyülməyə qayıdır. Doğrayıcı samanı xırdalayır və sahəyə səpir. 30. KOMBAYNIN HƏRƏKƏTI VƏ TAXIL DÖYÜMÜ ÜZRƏ TƏLIMAT Mühərriki işə salmazdan əvvəl aşağıdakıları yoxla: -kombaynın daxilində kənar əşyaların olmasını; -mühərrikdə və hidrobakda yağın səviyyəsini; -radiatorda soyuducu mayenin olmasını; -bakda yanacağın olmasını; -döyən aparatın (molotilka) mexanizmlərini birləşdirən dəstəklərin neytral vəziyyətdə olmasını. Mühərriki işə salmazdan əvvəl xəbərdaredici siqnal ver ki, yaxında olan şəxslər kənara çəkilsinlər. Mühərrikin işə salınması. Qaz dəstəyi neytral vəziyyətdə olmalı, stop-dəstək aşağı vəziyyətdə qalmalıdır. Açarı sağa fırlatmaqla cərəyanı birləşdirib lampanı yandır və daha sonra starteri fırladıb mühərriki işə sal. Əgər mühərrik işə düşəndən sonra lampa yenə də yanırsa onda mühərriki tez söndürmək lazımdır. Mühərrik söndürülür: Dayandırma dəstəyini özünə tərəf çəkib stop vəziyyətinə gətir. Yaxud açarı stop vəziyyətinə gətirməklə mühərriki söndür. Diqqət! Taxıl döyümündən dərhal sonra mühərriki söndürmək olmaz, ona bir qədər soyutmağa imkan yaratmaq lazımdır, ələxüsus qızmış mühərrikə. Hərəkətə qədər.

Mexaniki transmissiya. Həmişə kombaynın hərəkət sürətini nizamla. İlişmə muftasının pedalını sıxıb işlətdiyin sürəti seç. Sonra qazın əl dəstəyini çəkməklə ayağını tədricən ilişmə muftasının pedalından ayır. Hərəkət dəstəyi ilə kombaynın sürətini nizamla. Tormozların işini yoxla. Diqqət! 3-cü ötürmə yalnız boş bunkerlə hərəkət etmək üçündür. Sahədə 3- cü ötürmədən istifadə etmək qadağandır. Ötürmə: Ötürmələr qutusu sinxronlaşdırılmamışdır. Ona görə də ötürməni çox ehtiyyatla dəyiş. Kombayn hərəkətdə olarkən ötürməni dəyişmə. Yolda hərəkət edərkən. Tormoz pedalları qoşalaşdırılmalıdır. Tormozlardan ehmalca istifadə edin, tormozlamanı sərt yerinə yetirdikdə arxa təkərlər yerdən üzülə bilər və qəza üçün şərait yaranar. Üzü aşağı enişə doğru ötürməsiz hərəkət etmək olmaz. Ümumi təyinatlı yollarda hərəkət edərkən, yol hərəkəti qaydalarına ciddi əməl etmək lazımdır. Sahədə hərəkət edərkən. Dönmə radiusunu azaltmaq üçün tormoz idarəetmədən istifadə etmək olar. Yumşaq sahədə işləyərkən. Kombaynın dayanıqlı hərəkətini təmin etmək üçün qabaq təkərlərdə təzyiqi təqribən 20 kpa-ə qədər azaltmaq lazımdır. Arxa təkərlərdə təzyiqi dəyişməyə ehtiyac yoxdur. Aşağı təzyiqli təkərlərlə işləyərkən taxıl bunkerini ½ -ə qədər doldurmaq lazımdır. Eniş və yoxuşda işləyərkən. Təkərlərdə havanın təzyiqi təqribən 30 kpa-a qədər çoxaldıqda kombaynın dayanıqlığı artır, çevrilmək təhlükəsi azalır. 31.TAXIL BIÇINI ÜZRƏ TƏLIMAT Taxıl yığımına qədər taxılın tam yetişməsinə və quru olmasına əmin ol. Taxılda nəmlik 25% keçdikdə döyümü çətinləşir və döyən mexanizmləri həddindən Şəkil 28. Şəkil 29.

artıq yüklənir. Nəmli çox olan taxıl bitkisi ayırıcıları və transportyeru tutur.buna görədə kombaynın tez-tez təmizlənməsi tələb olunur. Döyən aparatı eyni bərabər səviyyədə yüklədikdə yaxşı döyüm alınır. Taxıl döyümün mühərrikin yüksək dövrlər sayında aparmaq lazımdır. Taxıl döyümü zamanı hərəkət sürətini, kəsmə Şəkil 27. hündürlüyünü və cəhrəni elə nizamlamaq lazımdır ki, taxıl kütləsi döyən aparata (molotilka) bərabaər səviyyədə verilsin. Daş tutucularını azından gündə bir dəfə təmizlə. Təmizləmədən qabaq motoru söndür, dayanacaq tormozu birləşdir və kəsən aparatı (jatka) dayaqlar üstünə qoy. Müxtəlif növ bitkilər üçün döyüm parametrləri müxtəlif olur. Həmin parametrlər cədvəl 1-də verilmişdir. Cədvəldə verilmiş parametrlərə uyğun kombaynı nizamla, sahəyə gir və yoxlama gedişini et. Döyülmüş dənin keyfiyyətinə bax və sonra biçini davam et.lazımdır ki, onun ucluqları taxıla ehmalca toxunub xederə tərəf istiqamətlənsin. Bu zaman cəhrə arxa vəziyyətdə nizamlanmalıdır. Yüksək məhsuldar sahələrdə cəhrə həmişə ön vəziyyətdə durmalıdır. Kombaynın sürəti çoxaldıqca cəhrənin dövrlər sayı artır. Taxıl döyümündə itkinin qiymətləndirilməsi. Döyən aparatda dənin maksimal itkisi 2%-ə qədər olduqda bu yaxşı hesab olunur. İtkini bu yolla tapmaq olar. Misal üçün: təqribi məhsuldarlıq 5000 kq/ha. 1000 ədəd dənin çəkisi 35 qr bərabərdir. Kombaynın keçdiyi xətdə 1 dm 2 səthdə (əlin üst səthinin sahəsi) dənin sayı 3 ədəddən artıq olmamalıdır. Ümumi itki yaranır: Biçinə qədər dənin özünün yerə tökülməsi. Biçən aparatda (jatka) itki. Döyən aparatda (molotilka) itki. Ələkdə itki. Samansilkələyənlərdə itki. Göstərilən ardıcılıqla itkinin səbəbini müəyyənləşdirmək lazımdır. Hər bir göstəriciyə görə kombaynı bir dəfə nizamlayıb və sonra bir gedişdə yoxlamaq lazımdır. Dənin özü-özünə tökülməsini asan təyin etmək olur və döyümə qədər qiymətləndirilir. Biçən aparatda itkini təyin etmək üçün kombayn dayandırılır və kombaynın uzunluğu qədər geriyə verirlər sonra yerdə təqribi baxışla itkini təyin edirlər. Kəsən aparatda itkinin səbəbi. Cəhrənin dövrlər sayı həddindən çox və ya azdır

və ara məsafəsi çoxdur. Yadında saxla cəhrəyə düşən qeyri bərabər yük döyən qurğunun işində əngəllər törədir və döyən zaman böyük itki əmələ gəlir. Biçin zamanı çalış döyən aparatı (molotilka) bərabər səviy-yədə yüklə. Taxıl döyən aparatda itki. Döyən aparatda itkini, döyülən sünbülə baxışla təyin etmək olur. Məsləhət görülür ki, samansilkələyən lərdə uzun sünbüllərə baxılsın, ona görə ki, xırdalanan döyülməyən dəni samansilkələyənlər yaxşı ayırır. Çalış döyən zaman ehtiyatlı ol, döyən barabanda böyük aralıq qoy və barabanın dövrlər sayını tənzimlə. Onda dən sünbüldə bütöv qalır və samansilkələyənində itki azalır. Bu qaydalara görə 100% taxıl döyümü məqsədə uyğun hesab olunmamalıdır. Keyfiyyətsiz taxıl döyümün səbəbi. Döyən barabanın dövrlər sayının həddindən az olması. Döyən barabanda həddindən çox ara boşluğunun olması. Döyən aparatın qeyri bərabər yüklənməsi. Taxılın qeyri bərabər yetişməsi. Döyən barabanın və ya dekin zədələnməsi. Ələkdə itki. Ələkdə itkini ələyə daxil olan kütlədən nümunəni götürməklə təyin edirlər. Əgər ələkdən çoxlu miqdarda dən yerə tökülürsə onda səbəbi aşağıdakılardır. Ventilyatordan gələn hava selinin həddindən artıq çox və az olması: Havanın üfürmə istiqamətinin düzgün olmaması. Ələyin tutulması. Taxıl ələyinin deşiklərinin həddindən artıq xırda olması. Taxıl kütləsinin həddindən artıq yaş olması. Çoxlu alaq otların olması. Samansilkələyəndə itki Samansilkələyəndə itkini ondan götürülən nümunələrlə təyin edirlər. Həddindən artıq itkinin səbəbi: Qeyri bərabər yüklənməsi. Deka və ya ələyin səthinin zibillənməsi. Kombaynın yüksək sürətlə hərəkət etməsi. Barabanda ara boşluğun düzgün nizamlanmaması. Çoxlu alaq otların olması. Bitkidə həddindən çox nəmliyin olması. Bunkerə daxil olan taxılın keyfiyyəti. Çoxlu qırılmış və ya döyülməmiş dən. Səbəbi ola bilsin: Döyən barabanda yüksək dövrlər sayının olması. Ara boşluğun düzgün nizamlanmaması. Dekada ara boşluğunun çox olması.

Taxılın qeyri bərabər səviyyədə yetişməsi. Dənin təmiz olmaması. Ventilyatordan havanın zəif vurulması. Üfürmənin düzgün istiqamətdə getməməsi. Taxıl ələyinin deşiklərinin həddindən çox iri olması. Kombaynın tələb olunan sürətdə işləməməsi. Döyən barabanda nizamlamanın pozulması. Kombaynın işinə təsir edən amillər. Döyən barabanına alaq otların dolanması və barabanın tutulması. Taxılın tam yetişməməsi və yaxud taxılda həddin dən artıq nəmliyin olması. Kombaynın yüksək sürətlə hərəkət etməsi. Döyən barabanda aralıq məsafənin çox olması. bilsin: Döyən barabanda yüksək dövrlər sayının olması. Ara boşluğun düzgün nizamlanmaması. Dekada ara boşluğunun çox olması. Taxılın qeyri bərabər səviyyədə yetişməsi. Dənin təmiz olmaması. Ventilyatordan havanın zəif vurulması. Üfürmənin düzgün istiqamətdə getməməsi. Taxıl ələyinin deşiklərinin həddindən çox iri olması. Kombaynın tələb olunan sürətdə işləməməsi. Döyən barabanda nizamlamanın pozulması. Kombaynın işinə təsir edən amillər. Döyən barabanına alaq otların dolanması və barabanın tutulması. Taxılın tam yetişməməsi və yaxud taxılda həddin dən artıq nəmliyin olması. Kombaynın yüksək sürətlə hərəkət etməsi. Döyən barabanda aralıq məsafənin çox olması. 32. SAMPO SR-2045 və SR -2055 TAXILYIĞAN KOMBAYNIN TƏQRIBI NIZAMLAMALARI Cədvəl 1 Bitkinin növü Döyən dövrlər sayı, dövr/dəq Baraban qabaqdan ara boşluğu, mm Iri xəlbir xəlbir açıqdır, mm Taxıl xəlbirin deşiyi, mm Ventilyator dövrlər sayı, dövr/dəq İstiqaməti Çovdar 800...1150 6...12 10...15 10..12 650...750 2...3 Arpa 800...1250 6...10 12...16 12...16 650...750 2...3 Buğda 800...1200 8...14 10...14 10...12 650...750 2...3 Vələmir 700...1100 9...14 12...16 12...16 600...700 2...3 Raps 600...850 15...18 10...12 5 600...650 2...3 Türpəng 600...850 9...12 5...7 5 600...650 2...3

Bitkinin növü Döyən dövrlər sayı, dövr/dəq Baraban qabaqdan ara boşluğu, mm Iri xəlbir xəlbir açıqdır, mm Taxıl xəlbirin deşi-yi, mm Ventilyator dövrlər sayı, dövr/dəq Cədvəl 1-in ardı İstiqaməti Yonca 900...1200 3...6 14...17 5 600...650 2...3 Noxud 600...700 24...27 16...18 16 650...750 2...3 Cır yulaf 800...1050 6...9 8...10 5 600...650 2...3 Günəbaxan 400...600 30...35 11...13 12...16 650...750 2...3 Qarabaşaq 650...600 6...9 12...16 8...12 600...700 2...3 Zirə 600...850 15...20 5..8 5 600...650 2...3 Bal dadlı çiçək 600...850 10...16 2...5 5...12 600...700 5 Kətan 1000...1300 2...4 5...8 5 600...700 2...3 34.YAĞLAMA MATERİALLARI. Cədvəl 2 Tövsiyyə olunan yağlama materialları Özlülük Həcmi litr Dövrü dəyişmə Mühərrik GF/664-10 + 30 + 10..+ 46 Silindrlərin sayina görə 300 saat və ya 1 il -sıxılmamış -sıxılmış 4sil-14 L 6 sil-26 L -ötürmələr qutusu GL-5 80 W 90 85 W 140 mex 3,0 qidr 3,5 600 saat və ya 1 il -vtulkalı ötürmələr GL-5 80 W 90 85 W 140 sol 6,0 sağ 5,5 1200 saat və ya 1 il -işçi hidravlika Shell Esso T-46 N-46 T-46 N-46 12 (dəyişmək) 600 saat və ya 1 il -bıçağı hərəkətə gətirən cihaz GL-5 80 W 90 85 W 140 0,51 600 saat və ya 1 il - maşın yağı ilə yağlama yeri CB/CC 10 W 30 15 W 40

33. DÖVRÜ TEXNİKİ XİDMƏTLƏR. Mühərrikin texniki xidmətini onun istismar təlimatına uyğun aparmaq lazımdır. Gündəlik. Mühərrikdə yağın səviyyəsini yoxla. Havatəmizləyicinin süzücü elementini və havanın sovrulmasını yoxla. Radiatorda soyuducu mayenin miqdarına nəzarət et. Hidravlik sistemdə yağın səviyyəsinə nəzarət et. Hərəkət mexnizminin hidravlik sistemində yağın səviyyəsini yoxla. Yağın və mayenin mümkün damcılanmasının qarşısını al. Siqnal sisteminə nəzarət et. Kabinada hava süzgəcinə nəzarət et. Qayışların tarımlığına və keyfiyyətinə nəzarət et. 50 saatdan sonra. Yağlama sxeminə uyğun bütün yağlama nöqtələrini yağla. Yükləyici transportyorun yuxarı çəngəlini yağla. Akkumulyatorda elektrolitin səviyyəsini yoxla. Mühərrikin hava süzgəcini təmizlə. Hidravlik bakların yağ tökmə borularını təmizlə Mühərrikin hava süzgəcini təmizlə. Ötürmələr qutusunda yağın səviyyəsini yoxla. Hidravlik sisteminin sapununu təmizlə. Bıçağın vəziyyətini yoxla. Sürətlər qutusunda yağın səviyyəsini yoxla. Döyən aqreqatın vəziyyətini yoxla. Bıçağın vəziyyətini yoxla. Gücötürücü mexanizmin vəziyyətini yoxla. Döyən aparatın vəziyyətini yoxla. Döyən aparatın qayışlarının tarımlığını yoxla. Taxıl elevatorunun zəncirinin tarımlığını yoxla. Tormozların işini yoxla. Ilişmə muftasının nizamlanmasını yoxla. Faraların işini yoxla. 300 saatdan və yaxud ildə bir dəfə. Mühərrikin yağını və süzücü elementini dəyiş. Hava süzücü elementini dəyiş. Yanacaq süzücü elementi dəyiş. Ilişmə muftasının valını yağla. Pedalların valını yağla. Təkərlərin podşipniklərini yağla. Ilişmə muftasının dəstəyini yağla. Cəhrənin birləşdirici valını yağla. Yükləyici şnekin birləşdirici yerlərini yağla. Kabinanın hava süzgəcini dəyişdir. Akkumulyatorda elektrolitin səviyyəsini yoxla.

600 saatdan və yaxud ildə bir dəfə. Sürətlər qutusunun yağını dəyiş. Hidravlik sistemdə süzücü elementi və yağı dəyiş. Hərəkət hidravlik sistemində yağı və süzücü elementi dəyişdir. Pilləkanın orta valını yağla Kabinanın qapılarının əncamalarını və açarını yağla. Kombaynın qış dövründə qorunması Kombaynın biçin dövründə fasiləsiz və məhsuldar işləməsi onun qış dövründə qorunmasından və texniki xidmətlərin aparılmasından çox asılıdır. Bu işləri üç yerə bölmək olar: təmizləmə, nəzarət və qoruma. Kombaynın qorunması üçün ən yaxşı yer havası dəyişilə bilə bina və talvarlardır. Təmizləmə Daş tutucuların və bütün lyukların qapaqlarını aç. Bütün açıla bilən qoruyucu örtükləri, xəlbirləri və sairələri aç və onları yuyucu yerinə yığ. Quru kombaynı yaxşı olar ki, sıxılmış hava ilə təmizlə. Bəzi hissələri yuyucu nasoslardan istifadə etməklə yumaq olar. Kombaynı yaxşı olar ki, isti su ilə yuyun, çünki o tez quruyur. Molotilkanı boş işlətdikdə yuyulmuş səthlər daha tez quruyur. Su şırnağının podşipniklərə, qoruyucu kipləşdiricilərə daxil olmasının qarşısı alınmalıdır. Normal şərait olduqda kombaynın daxili mexanizmlərinin su ilə yuyulmasına ehtiyac qalmır. Kombaynı yuxarıdan təmizləməyə başla. Nəzarət. Kombaynın xarici görünüşünü yoxla və müşahidə olunan çatışmamazlıqları kağıza qeyd et. Bunu aşağıdakı ardıcılıqla yerinə yetir: kəsici aparatın (jatka) vəziyyətini, şnekin barmaqlarını və podşipniklərin vəziyyətini; qayışların zədələnmə yerlərini və tarımlığının vəziyyətini; döyən aparatın vəziyyətini və nizamlamalarını; nəql edici transportyorun və ələklərin kipliyini; podşipniklərdə boşalmaların əmələ gəlməsini və bərkitmələri; zərbələrdən paslamadan və yeyilmədən zədələmələri. Yaxşı olar ki, aşkar edilmiş nasazlıqlar və çatışmamazlıqlar qış dövründə qorunan zaman aradan qaldırılsın. Bu kombaynın qarşıdan gələn mövsümdə fasiləsiz işləməsinin təmin edilməsi deməkdir. Qorumaq. Kombaynın etibarlı qorunmasını təmin etmək üçün işlənmiş motor yağından və qoruyucu yağlardan istifadə edilməsi məsləhət görülür. Bu yağların səthlərə vurulması xüsusi aparatlarla həyata keçirilir. Yağ çəkilən yerlər bunlardır: Kəsici aparat (jatka) - konservasiya və ya yanmış yağ; şnekin barmaqları - konservasiya və ya yanmış yağ; tökülmüş rənglər rəng; elektrik naqillərin birləşdirici yerlərinin-tozlama üsulu ilə rəngləmə; transmissiyanın zəncirləri, cəhrənin və boşaldıcı şnekin zəncirlərini yaxşı olar ki, sökün və xüsusi yuyucu maye ilə yuduqdan sonra səthlərini yağlayın;

şarnirləri və xırdalayıcının rotorunun bıçaqlarını təmizləyin və səthinə yağ çəkin. Konservasiya yağları çəkildikdən sonra kombaynı açıq havada saxlayın və bütün lyukları açın samansilkələyənlərdə və xəlbirlərə də havanın dəyişməsinə şərait yaradın. Kabinanın ventilyasiya sisteminə xidmət. Hava təmizləyicinin süzücü elementlərini təmizləyin, kabinanın qapağında hava kanallarını və isti hava yaradan istilik bateriyasını təmizləyin. Qorunma zaman soyutma sisteminə xidmət. Soyutma sistemini yaxşı olardı ki, sıxılmış hava ilə təmizləyin. Əgər qorunan zaman mühərrikdən istifadə edirsinizsə onda yaxşı olardı ki, soyutma sistemini bir neçə dəqiqəliyə işlədəsiniz. Soyutma sisteminin soyuq vaxtlarda işləməsini istəyirsinizsə onda qızdırıcı sistemi tam gücü ilə 15 dəqiqə müddətində işlədin. Bundan sonra ventilyatoru az güclə soyutmanı isə tam gücü ilə işlədin. Qorunma zamanı mühərrikə xidmət. Mühərrikin xarici səthini təmizlə. Yanacaq süzücü elementini dəyiş. Mühərrikin yağını dəyiş. Mühərrikin yağ süzücü elementini dəyiş. Yanacaq bakında yanacağı boşalt və bakı təmizlə. Qorunma zamanı digər xidmətlər. Sürətlər qutusunda yağı dəyiş. Maqnit tıxacı və sapunun süzücü elementini təmizlə. Hava süzücü elementi təmizlə. Akkumulyator bateriyasını aç. Əvvəlcə mənfi klemmanı aç və sonra isti su ilə yu və quru sərin yerdə qoru. Akkumulyator bateriyasının klemmalarını təmizlə və yağla. Molotilkanın qayışlarını açmayın və tarımlığını nizamlayın. Yaxşı olar ki, qayışlar yerində qalsın. Təkərlərdə havanın təzyiqini yoxla. Bütün yağlama yerlərini yağla və döyən aparatı (molotilka) işə sal. Biçən aparatı (jatka) və cəhrəni aşağı endir. Bu zaman silindrlərin porşenləri silindrin daxilinə girir. Qış qorunmasından sonra xidmət. Mühərrikin qoruyucusunu açın. Yeni hava süzücü elementləri qoyun (Mühərrik və kabina). Tam cərəyanla doldurulmuş akkumulyator batareyasını yerinə qoyun. Soyuducu mayeni tökün. İşçi hidravlik sistemdə və hərəkət hidravlikasında yağı və süzücü elementləri dəyişin. Mühərrikdə və sürətlər qutusunda yağın səviyyəsini yoxlayın. Qayış və zəncirlərin tarımlığını yoxlayın. Əmin olun ki, doğrayıcı rotorun bıçaqları sərbəst fırlanır. Soyutma sisteminin nasosunu fırlat və çöküntüləri buraxılmasına nail ol. Qayışlı muftanı ayır. Mühərrikin valını bir neçə dövr fırlat. Bu zaman tormozun dəstəyini sıxılmış vəziyyətdə qoy. Kombaynın daxilində kənar əşyaların olmamasına əmin olun. Mühərriki işə sal və təqribən 3 dəqiqə işlət. Yağın təzyiqini və cərəyanı göstəricilərə nəzarət et. Əmin ol ki, yanacaq və yağ sistemlərdə damcılanma yoxdur. Ehtiyatla döyən aparatı birləşdir. Tədricən barabanın dövrlər sayını artır və

eyni vaxtda döyən aparatının işinə nəzarət et. Döyən aparatı və mühərriki söndür və bütün lyukları bağla. İlki taxıl biçini üçün kombaynda nizamlama işlərini apar. Hərəkət mexanizminin hidravlikasında özüllüyü çox olan yağdan istifadə etmək lazımdır. Bu yağlara aiddir. Univers N-46 və Shell Tellis Oil 2-46. Kombaynın etibarlı və uzun müddətli işləməsi onun düzgün yağlanmasından çox asılıdır. Ona görə də yağlama cədvəlinə dəqiq riayət etmək vacibdir. İstifadə olunan yağlama materialları təmiz olmalıdır. Hətta ən xırda zibillənmə detalların qırılmasına səbəb olur. Yağlanan səthləri yağlamazdan əvvəl təmizləmək lazımdır. Qoruyucu muftaları yağlayarkən yağın ötürücü qayışların üzərinə düşməsinə yol verilməməlidir. Əks halda qayışlar sürüşkən olur və zədələnir.