SUPER EŞŞƏK. Yusif Nazim. Gənc yazarın e-kitabı. Milli Virtual Kitabxananın təqdimatında

Benzer belgeler
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

SƏNİ YARADANI SEVİRƏM...

Milli Virtual Kitabxananın təqdimatında

BÖYÜK DƏCCAL Amerika

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalında əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı q

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Ruzbeh Məmməd. 365 gün

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

SALAM SARVAN ŞEİRLƏR

Xoxan. Gənc yazarın e-kitabı. Günay Dağlı. Poetik və nəsr toplusu. Milli Virtual Kitabxananın təqdimatında

ÜLVİ BÜNYADZADƏ SƏNİN OXŞARIN BƏNÖVŞƏDİ

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

AŞIQ GÜLABI MЯN OLMAYANDA

Сян кюврялмя mяn kюvrяlim

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Sarı saatlar dənizində

DAVETLİSİ

Nəsir QƏDİRLİ HƏQİQƏTLƏR, GÜMANLAR. (Şeirlər)

Qunça. A.Elyar. 1.Səhnə - Xiyavan

BİRİNCİ FRAQMENT. Bir gənc ana uşaq arabasını yırğalayır, əlilə irəlini göstərərək körpəni ovutmağa çalışır.

MAŞTAĞA ZİYALI QADINLAR MƏCLİSİ (almanax)

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

Şahin Xəlil. Bakı 2011

Şahin Xəlil. Bakı 2011

ƏLİBABA MƏMMƏDOVUN MAHNILARI

Şeyxa Suad Əl-Sabah MƏNİ GÜNƏŞƏ APAR. Milli Virtual Kitabxananın təqdimatında. Babək Əhmədov

"DEYİRDİM Kİ, BU QURULUŞ DAĞILACAQ" Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy lə Ədalət Tahirzadə nin söhbəti ( 17 oktyabr aprel 1992 )

Seyid Ramin YAŞASIN ÖLMƏK!

Asif KƏNGƏRLİ. Pyes və hekayələr

Sabir Şirvan. Ellər, məni unutmayın. (şeirlər və poema)

Abbas Abdulla Yalnızam

Boz Cücələrlə. Məşhur Oğrubaşı Qara Pişiyin ölüm-dirim savaşı (nağıl)

Mina RƏŞİD - BÖYÜKLƏR BİZƏ BAXSIN. Mina RƏŞİD BÖYÜKLƏR BİZƏ BAXSIN

MİRZƏ FƏTƏLİ AXUNDOV HEKAYƏTİ-MOLLA İBRAHİMXƏLİL KİMYAGƏR. Təmsili-qisseyi-vaqiə ki keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir

İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved

Yol odur ki, haqqa vara... Yunus Əmrə

AZƏRBAYCAN DİLİNİN İZAHLI LÜĞƏTİ NDE GEÇEN KUVVETLENDİRME EDATLARI

Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ

Azərbaycanın görkəmli qadın şairləri. 60 illik yubileyi münasibətilə FƏRİDƏ HACIYEVA. Biblioqrafiya

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ.

Taksi

BORÇALILI ŞAİR ZƏRGƏR MUSA VE ŞİİRLERİ * Bahadır GÜNEŞ

Haraylayır Ana torpaq NƏZMİYYƏ HİCRAN

günahsız qurbanı olan azad insanların ruhauna təqdim edirəm. Abbasəli Əhmədoğlu( ) SON TÜFƏNG

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Con Steynbek XRİZANTEMLƏR

Söz mənimkidir. Aşıq Ağalar

Şahin Xəlil. Oxuyana...lənət!

СЫЬЫНАЪАГ ЛИМАН ЙОХДУР

İstəmədən Getmək. (Hekayə 1)

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

F. M. Dostoyevski. Gülməli adamın yuxusu

Adam girir min dona, macal yoxdu şeytana, Əsir düşüb insana, şeytan da it günündə.

Fənn: Auditoriya saatlarının miqdarı: Kafedra: Qruplar: Bölmə Sual

COŞĞUN QARABULUD COŞKUN KARABULUT HARDAN HARAYA NERDEN NEREYE

Ernest Heminquey KİLİMANCARO QARLARI

Uşaq dünyasının yorulmaz səyyahı- Tofiq Mahmud

Rövşən YERFİ HİV QASIRĞASI

Azərbaycan xalqlarının ədəbiyyatı e- antologiyası: Talış ədəbiyyatı N ( )

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

ÖLÜMƏ QƏDƏR. Ramil Soltanov. Mərhəmətli, Rəhimli Allahın adı ilə. Bakı 2007

Şeyxa Suad Əl-Sabah MƏNİ GÜNƏŞƏ APAR

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Andrey PLATONOV. TORPAQDA ÇİÇƏK (Hekayə. Orijinaldan yeni tərcümələr)

EPİK STİLDƏ TELEVİZİYA TAMAŞASI

Mən hönkürmək istəyəndə. Suya girmək istəyirəm, Mən hönkürmək istəyəndə. Yer süpürmək istəyirəm, Mən hönkürmək istəyəndə. Bərk tüpürmək istəyirəm.

Azərbaycanın görkəmli uşaq yazıçısı. Qəşəm İsabəylinin anadan olmasının 65 illiyi münasibətilə

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Milli Kitabxana. Kitabımın işıq üzü görməsinə görə oğlum Eldara ana sevgisi və sayqısıyla təşəkkürümü bildirirəm

Gedək biz olmayan yerə

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

N.ƏHMƏDOV Nəvələrə nəsihət, Bakı, 68 səh. 208

Uşaq gözü, şair sözü

Türk dünyasının böyük söz ustadı

Füzuli YAVƏR TELEVİZİYA PYESİ TELEVİZİYA PYESİ

Anadan olduğum andan sevirəm

Redaktor: Dilsuz ELÇIN. E46 «Seçilmiş əsərləri» (10 cilddə), 1-cü cild. «Çinar-Çap» nəşriyyatı, Bakı, 2005, 626 səh.

Zaur USTAC ORİYENTİR ULDUZU

1915 Çanakkale Savaşlarının 100. Yılı ve 1918 Kafkas İslam Ordusu Anısına

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

Giriş Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir gənclə görüşməyə başlayır. Yazıçı gəncdən məktəbdə öyrədilməyən

Şaman nəvəsi Rüstəm Behrudi

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Мян бир сюз билирям. Ибращим илйаслы. mən bir söz bilirəm. Ģ e r l ə

Müşfiq XAN Ünvansız sevgi detektiv roman

Transkript:

www.kitabxana.net Milli Virtual Kitabxananın təqdimatında Gənc yazarın e-kitabı Yusif Nazim SUPER EŞŞƏK Gənc satirik şair, dövri mətbuat və İnternet ədəbi saytlarında mütəmadi poetik-yumoristik, lirik poeziya nümunələrii ilə çıxış edən Yusif Nazimin ilk e-kitabı... 2012 Y E N I Y A Z A R L A R V Ə S Ə N Ə T Ç I L Ə R Q U R U M U. E - NƏŞR N 1 5 ( 107-2012)

www.kitabxana.net Milli Virtual Kitabxananın təqdimatında Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ilə http://www.kitabxana.net - Milli Virtual Kitabxananın "Gənc yazarların İnternet resurslarında e-kitabla iştirakı təlimi" ("Gənc yazarların maarifləndirilməsi. İnformasiya texnologiyaları istifadəsinin inkişafı" altbölümü) kulturoloji-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır. Elektron Kitab N 15 Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondu: http://youthfoundation.az Yusif Nazim SUPER EŞŞƏK Gənc satirik şair, dövri mətbuat və İnternet ədəbi saytlarında mütəmadi poetik-yumoristik, lirik poeziya nümunələriilə çıxış edən Yusif Nazimin ilk e-kitabı... YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 15 (107-2012) Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq YYSQ - Milli Virtual Kitabxana. Bakı 2012 www.kitabxana.net Milli Virtual Kitabxana 2

Yusif Nazim SUPER EŞŞƏK YYSQ Bakı-2012 www.kitabxana.net Milli Virtual Kitabxana 3

www.kitabxana.net Milli Virtual Kitabxana 4

Redaktor: Aydın Xan (Əbilov) Yusif Nazim. Super eşşək. Bakı, YYSQ, 2012, 35 (A4) səh. Gənc satirik şair, dövri mətbuat və İnternet ədəbi saytlarında mütəmadi poetikyumoristik, lirik poeziya nümunələrii ilə çıxış edən Yusif Nazimin ilk e-kitabı... www.kitabxana.net Milli Virtual Kitabxana 5

MÜƏLLİF HAQQINDA YUSİF NAZİM Məmmədov Yusif Ağaəhməd oğlu. ( Nazim - nəzmə çəkən, şeir yazan deməkdir) 1988-ci il oktyabrın 10-da Şamaxı şəhərinin Ərəbqədim kəndində anadan olub. 1995-ci il sentyabrın 1-də Qobustan rayonu Göydərə kənd 9 illik əsas məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2004-cü ilin mayında bu məktəbi bitirib orta təhsilini davam etdirmək üçün Fizika-riyaziyyat və informatika təmayüllü liseyə daxil olub və 2006-cı ildə bu məktəbi bitirib. Hazırda Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində və Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin Mühasibat uçotu və audit fakültəsində təhsil alır. Yusif Nazim əsasən satirik mövzuda yazır. 2011-ci ilin mayında M.Ə.Sabirin vəfatının 100 illiyi münasibətilə keçirilən Satira və qəzəl müsabiqəsində fəxri diploma layiq görülmüşdür. Gənc satirik şair, dövri mətbuat və İnternet ədəbi saytlarında mütəmadi poetikyumoristik, lirik poeziya nümunələrii ilə çıxış edən Yusif Nazimin ilk e-kitabı... E-mail:yusifnazim@mail.ru www.kitabxana.net Milli Virtual Kitabxana 6

ƏZİZ KRESLO Bir məmurun dilindən Ay mənim hörmətim,şanım-şöhrətim Necə də rahatsan mənə can ustul On ildi vəzifə başındayam mən Ay mənim yanıma yapışqan ustul. Nə yaxşı sən varsan,əziz kreslo Yoxsa saymazdılar heç adam məni Savad yox,nitqim yox,başım boşsa da Barı,sayan varmı heç avam məni. Ağzıma nə gəldi danışsam belə Deyən olmadı ki,sərəydi,səydi Hər ad günlərində, hər şən məclisdə Badələr uzanıb badəmə dəydi. Yaltaqlar dedilər mərhəmətlisən Xəbər bilməsəm də bir ac yetimdən Əzrayıl canımı üstündə alsın Cənazəm kaş çıxa kabinetimdən. Sevgili vəzifəm,aşiqəm sənə Sənin hicranına dözə bilmərəm www.kitabxana.net Milli Virtual Kitabxana 7

Sənsiz xalq içində,millət içində Axı üzüm yoxdu gəzə bilmərəm. İşdən çıxan kimi deyəcək çoxu Öz günün,ruzgarın gözəlləşdirib Mən eşşək minsəm də qonşum deyəcək Xalqın eşşəyidir özəlləşdirib. www.kitabxana.net Milli Virtual Kitabxana 8

MİLLƏT NƏDİ BİLMƏM Bayrağımızdakı üç rəngin mənasın bilməyən bir vəzifə sahibinin dilindən Mən dərd nədi, qəm-qüssə nə,möhnət nədi bilməm, Hazır yediyimdəndi ki, zəhmət nədi bilməm. Əvvəl düşünərdim nədi kasib, nədi yazıq, Mən məmur olandan sora millət nədi bilməm. Arsız yaşamaq canə xeyirmiş deməmişkən, Rahətdi canım mən daha qeyrət nədi bilməm. Mən getmişəm əsgər nədi xidmət bunu billəm, Öz xalqına kabnetdəki xidmət nədi bilməm. Bir bax papana gör necə koorrupsionerdir, Sən söyləmisən mən hələ rüşvət nədi bilməm. Ey kimsə,mənə söyləmə sən gəl savab iş gör, Mən pul qazanım yoxsa ki, rəhmət? - nədi bilməm. Cənnət də bu dünyadə cəhənnəm də mənimçün, Boş şeydi cəhənnəm nə ya cənnət nədi bilməm. www.kitabxana.net Milli Virtual Kitabxana 9

Min bir gözəlim var hanı sevməkdə mənimtək, Sevmək vətəni! Yox bunu əlbət nədi bilməm. Bir məmura sordum nədi bayraqdakı məna, Yusif, dedi bayraq nədi, hörmət nədi bilməm. www.kitabxana.net Milli Virtual Kitabxana 10

SUPER EŞŞƏK (satira-həcv) Eşşək oğlu atdı mənə Dedi bəs bu atdı mənə Bu eşşəyi satdı mənə Bu eşşəy də ancaq yatır Yaxınlaşdın şıllaq atır. Məmmədhəsən mindi səni Mən minərəm indi səni Ay eşşək,nədəndi səni Harda oldu çatan minir Alan minir,satan minir. Salam versək almayanı Salam yada salmayanı Mərifəti olmayanı Neyçün oxşadırıq sənə? Bu çox maraqlıdır mənə. İşləyirsən qış sazaqda Sərfəlisən yanacaqda Vallah,eşşək,qanacaqda Sən nadandan ədəblisən Çox insandan ədəblisən. www.kitabxana.net Milli Virtual Kitabxana 11

Sanma ölçüb-biçməz eşşək Batan yerdən keçməz eşşək Varlı-kasıb seçməz eşşək Hörməti var insanlığa İnsan, düşün bir anlığa. Eşşək ətin satan da var Xalqa bu cür atan da var Bu iş üstə yatan da var Sən deyilsən eşşək odur Sən ulaqsan,adın budur. Rüşvət alan məmur bəyin Adın məmur eşşək deyin O eşşəklə,bu eşşəyin Bəs görəsən fərqi nədir? Bu yorğadır,o bərk gedir. Gözlərin göyçəkdi sənin Qulaqların şəkdi sənin Gözəlliyin təkdi sənin Gözəlliyi duyan gərək Ceyran nədi,yaxşı görək! Gözəlliyin marağına Çoxu düşüb sorağına Baxıb sənin dodağına www.kitabxana.net Milli Virtual Kitabxana 12

Dodaq uzadıbdı çoxu Oxu,eşşək,sən də oxu. Sənə məəttəl qalmışam mən Ulduz olmamısan nədən? Ay eşşək,çox müğənnidən Çox yaxşıdır səsin sənin Bu ad elə bəsin sənin. Eşşək,uyğunlaş dövrana Sabahdan sən gir meydana Soncuqlayıb çıx ekrana Sən də ol bir ulduz eşşək Gözü göyçək,qulağı şək. Salonlarda abırlaşsan Sən sponsurla curlaşsan Klip çəkib məhşurlaşsan Onda sevər millət səni Ulduz ları sevir yəni. İntizarda qoyma bizi Hamı soraqlayır sizi Çıx vidə sal səhnəmizi Abrımıza bir pərdə çək Onda deyim super eşşək. www.kitabxana.net Milli Virtual Kitabxana 13

Bacarsan dövranla barış Qoşul bizə qayna-qarış Tazə dövr,tazə yarış SMS-nən seç eşşəyi Yusif,at al keç eşşəyi. www.kitabxana.net Milli Virtual Kitabxana 14

DİOLOQ (HADI İLƏ BIDI) - Bu millət hara gedir? - Yəqin məntəqiyə - Bilmirsən niyə? - Deputat seçməyə - Namizəd kimdir? - İbişov Məmiş - Seçilib kim olacaq? - Ac görməmiş. www.kitabxana.net Milli Virtual Kitabxana 15

PULUN SEHRİ Kim ki, pula, vara salıb mehrini Əlbət o kəs görüb pulun sehrini. Pul tilsim, pul cadu, pul nə bilim nə Bir anda eyləyir yox cavabın hə. Bir eyb eyləməz ki, yoxsa qeyrətin Yetər ki,bol olsun varın-dövlətin. Olsan tülki belə şir deyəcəklər Qəlbin daşdı görüb pir deyəcəklər. Varlıdır nəzərdə ən ali insan Savadsız olsa da ziyali insan. Gətirər şahanə nüfuz pul sənə Aləm təzim edər, olar qul sənə. Başı dik gəzirkən varlı peysəri Tökür kasıb yazıq xəcalət təri. Sevsən, kasıb oğlan, bu qeyri-məqbul Leyli də, Məcnun da, məhəbbət də pul. www.kitabxana.net Milli Virtual Kitabxana 16

Yoxdursa imkanı, yoxdursa işi Arvadın gözündə arvaddı kişi. Bir parça kağızsan,bir qəlpə dəmir Səni versəm itə tövbə it yemir. Gəl ki,qabağında qanun da aciz Vallah belədir bu yox desək də biz. Pul xətm eyləyibdi çox cinayəti Qatil azad gəzir verib rüşvəti. Pul etsə qardaşı qardaşla düşmən Demə yazmamışdın bu barədə sən. Sanma ki, qurtardı şairin təbi Bəsdir uzatmayaq daha mətləbi. Ey pul,əvvəlin nə axırın nədi Yusif çox düşündü başa düşmədi. www.kitabxana.net Milli Virtual Kitabxana 17

QOYUN Qoyun, səni vəzifəyə qoysalar, Könlün arpa istəyər de, yoxsa qoç? Ac olanda məncə arpa istəyər, Arzulayar qoyun əgər toxsa qoç. Sənə quzu dedik körpə yaşında Ha bəslədik payızında, qışında Qoyun, qalmaz qoyun ağlın başında Cazibədar bir baxışla baxsa qoç Qoyun var ki,iki ayaq bir başı, Dörd ayağın bir başın var, ay qoyun. İnanmırsan heç inanma özün bax Əgər hesab bilirsənsə say, qoyun. İrsən keçib, heyvan, sənə qoyunluq, Sən çəkmisən eyni ilə babana. Bir az otun, əlafun var qudurub, Heç baxmırsan boz itə, nə çobana Vaxt var idi Yusif səni otarıb, Gəzdirirdi bu dağları, düzləri. Nə var, nə var kökəlmisən azacıq, İndi adam saymırsan heç bizləri. www.kitabxana.net Milli Virtual Kitabxana 18

Çəmənlikdə görüb növ-növ otları, Düşünürsən hamı mənim olaydı. Canavarın dişi batmaz day sənə, Elə sənə qəssab qənim olaydı. www.kitabxana.net Milli Virtual Kitabxana 19

SON NƏFƏSDƏ Ölürəm, ürəyim səni istəyir, Barı, gəl görüşək bu son nəfəsdə. Neynirəm gözündən yaş tökməyini, Cənazəm gedəndə çiyinlər üstə. İndi gəl, sağ ikən gəl görüm səni, Bilirəm gəlməyə üzün də yoxdur. Bəlkə də gələrdin yəqin ki, eşqim, Məndən qabaq ölüb gözündə, yoxdur. Necə ki, həyatda yalqız dolandım, Qəbrim də qoy olsun tək-tənha, yalqız. Ruhum rahat olar görsə onda ki, Məzarım üstünə gəlmisən, ay qız. www.kitabxana.net Milli Virtual Kitabxana 20

SƏBƏBSİZ DEYİL Həyat qəribədir baş açmaq olmur, Onun qonağıdır yaxşı da, pis də, Bu gün çiyni üstə tabut aparan, Sabah özü gedir çiyinlər üstə. Ağılın gözüylə seyr et aləmi, Çox hikmət görərsən bu cür baxanda, Canlı var boğulur suya düşəndə, Canlı var boğulur sudan çıxanda. Qışda çılpaq olan ağaca bir bax, Yazda çiçəkləyib yaşıl don geyir, Bu boş yerə deyil ağac bizlərə, Ölümdən sonra da həyat var deyir. Ey insan, şüurun var azacıq düşün, Hər şeydə bir məna, bir hikmət axtar Bil ki, yaradılış səbəbsiz deyi, Necə ki, binanı tikən bənna var. Dərk eylə dünyanın faniliyin sən, Barı, yaxşılıq et, çalış dünyada, Bu yolla rəğbətin qazan Allahın, Çatar axirətdə bu əməl dada. www.kitabxana.net Milli Virtual Kitabxana 21

SALMA DƏBDƏN XİYARIN Hər işi tərs avanddı bizim bu dövranımızın, Tarazdı hər bir işi tək bizim ünvanımızın. Yarıçılpaq müğənni xalqımın artisti olub, Fəxridir ay maşallah Azərbaycanımızın. Baxıb ibrət götürək biz qızabənzər gədiyə, Bizlərdə əskik olmur ulduz u ekranımızın. Avazı yoxdusa da, zor göbək oynadmağı v,ar SMS-nən səsi varmış demə ceyranımızın. Bu qızın böylə göbək yapmağının var səbəbi, Dedilər döşnə yatıb şarkısı Tarkanımızın. Səni məst eyləməsin İbrəhimin tatlı sesi, Səsi bir möcüzədir Alimin həm Xanımızın. Bizim imic belədir şalvarı pərçim geyinək, Göstərək biz busayaq cizgilərin yanımızın. Əsrimiz tazə əsrdir deyə lüt gəzməlisən, Atası böylə düşünmüş demə üryanımızın. www.kitabxana.net Milli Virtual Kitabxana 22

Gah donuzlar tutulur,gah da xoruzlar qripə Təzə bir dərdi çıxıbdır bu çürük canımızın. Meşiyə seçkidə səsnən təzə icra seçilib Necəsə lap gur olubdur səsi dovşanımızın. Vəzifə sən demə lap dovşanı cürətli edir Nə yaman kəsdi dilin xod gedən aslanımızın. Mehriban qonşumuzdu torpağı pay verdik ona Orada torpağı yoxmuş demə Vartanımızın. Qanında qeyrət olanlar vətən eşqilə yaşar Yenə ümmid eliyək var sonu hicranımızın. Allah olsun bizə yar hakim olaq nəfsimizə Allah etsin bizi,şair,qulu vicdanımızın. Bir kilo atdı mənə verdi beş kilo yerinə Bazarı böylə bazarmış,dədə,şirvanımızın. Zəmanə böylədi,yusif,de görüm neyniyəsən? Salma dəbdən xiyarın get,bala,bostanımızın. www.kitabxana.net Milli Virtual Kitabxana 23

PUL HƏRİSİ Dizimdə, qollarımda, gücüm, taqətim, ey pul, Dikdir əyilməz başım, dikdi qamətim, ey pul. Başqa bir insanam mən, gözündə insanların, Səbəb də sözsüz ki, sən, şanım-şöhrətim, ey pul. Hansı məclisə getsəm, hər an yerim başdadı, Mən sənə minnətdaram, sənsən hörmətim, ey pul. Gərçi biqeyrətəm mən, sayırlar üstün məni Millət içində sənsən, arım, qeyrətim, ey pul. Öylə vurğunam sənə, Leyli sevilmib belə, Dözmərəm hicranına, eşqim, afətim, ey pul. Şəhərdəyəm, kənddəyəm, hər gecə işrətdəyəm, Axirətdə bilmərəm, burda cənnətim, ey pul. Hər görəndə sehrini, mat qalıb heyran ollam, Bir az da artır sənə, mənim rəğbətim, ey pul. Sən olmasaydın məni, yarım da saymazdı heç, Xülasə qurban sənə, bütün külfətim, ey pul. Vermə fikir Yusifə, yazmalı yandığından, Əzəldən sən olmusan ilk məhəbbətim, ey pul. www.kitabxana.net Milli Virtual Kitabxana 24

Sevdiyimi danaydım Gərək özgələr kimi, Eşqi oyun sanaydım. Yanınca istisində, Şaxtasında donaydım. Deyəsən yavaş-yavaş, Sənin qəlbin olur daş. Ağcaqanad olub kaş, Dodağına qonaydım. Sorub dodaq qanını, Of..! üzəydim canını. Çəkincə hicranını, Bir tonqalda yanaydım. Məni yada salaydın, Xəyallara dalaydın. Mənə aşiq olaydın, Sevdiyimi danaydım. Sevdiyimi deyəndə, Səndən söyüş yeyəndə, Sevmirəm söyləyəndə, Mən sənə inanaydım. www.kitabxana.net Milli Virtual Kitabxana 25

Yusif də bir gözəldən, Yazır şeir,qəzəldən. Bu məhəbbət əzəldən, Mənlik deyil qanaydım. www.kitabxana.net Milli Virtual Kitabxana 26

KAŞ... Mən səni sevirəm sevdiyim qədər, Demirəm bu sevgim o dağ boydadır. Hər görüş bir az çox sevirəm səni, Təzə tanışlıqdır, yeni sevgidir, Hələ ki, bu sevgi uşaq boydadır. Sevirəm Qəlbimə olarmı qəm yük? Qəm qəlbə həm hakim, olarmı həm yük? Demirəm bu sevgim dünyadan böyük, Səni düşündüyüm otaq boydadır. Biz tanış olanda yaz səhəriydi, Bir mələküzlünün naz səhəriydi, Təbim belə deyir: yaz səhər idi, Yazıram o hisslər varaq boydadır. Aydınlı gecədə üzümüz aydın, Yerdə bir az qar var izimiz aydın. Maşallah,gözəlim,gözümüz aydın, Böyüyüb sevgimiz o dağ boydadır. www.kitabxana.net Milli Virtual Kitabxana 27

BİLƏN OLMASIN Ölümün cazibə qüvvəsidir ki, Bizi tələsdirir vaxt keçirməyə. Sən gəlmə görüşə, gəlmə, eybi yox, Özün peşman olub deyinəcəksən: Kaş mən o görüşə gələydim deyə Ölməzlik şərbətin içməmişəm ki, Baxma bu gün həyat saxlayıb məni. Bir də eşidərsən ölüm mələyi, Elə günü sabah haxlayıb məni. Ölümün cazibə qüvvəsidir ki, Bizi hər an çəkir gora,torpağa. Bir gün deyəcəklər: Yusif neyləyir? Kövrələ-kövrələ söyləyəcəksən: Bilmirəm, tapşırdıq qara torpağa. Qəbrimin üstündə bitən ot deyil, Dərdimdir göyərib ota bənzəyir. Yağış damcıları baş daşım üstə, Sırayla düzülən nota bənzəyir. Yuxuna gəlmişəm bir sirr açmağa, Bunu səndən başqa bilən olmasın. Ruhum qəbrim üstə güllər əkibdir, Sən də göz yaşınla sula solmasın. www.kitabxana.net Milli Virtual Kitabxana 28

Boydadır Mən səni sevirəm sevdiyim qədər, Demirəm bu sevgim o dağ boydadır. Hər görüş bir az çox sevirəm səni, Təzə tanışlıqdır, yeni sevgidir, Hələ ki, bu sevgi uşaq boydadır. Sevirəm Qəlbimə olarmı qəm yük? Qəm qəlbə həm hakim,olarmı həm yük? Demirəm bu sevgim dünyadan böyük, Səni düşündüyüm otaq boydadır. Biz tanış olanda yaz səhəriydi, Bir mələküzlünün naz səhəriydi, Təbim belə deyir: yaz səhər idi, Yazıram o hisslər varaq boydadır. Aydınlı gecədə üzümüz aydın, Yerdə bir az qar var izimiz aydın. Maşallah,gözəlim,gözümüz aydın, Böyüyüb sevgimiz o dağ boydadır. www.kitabxana.net Milli Virtual Kitabxana 29

YALTAĞIN OĞLUNA NƏSİHƏTİ Yaltaq ol, oğlum, Olar çörəyin. Yaltaqlıq sənin, Hər an gərəyin. Atana bir bax! Başı keçəldi. Sən də sabunlan, Gir necə gəldi. Bədbəxtdir o kəs, Ki, ar ondadı. Kim yaltaqdısa, Pul-var ondadı. Kim nə deyirsə, Özüyçün deyir. Yaltaq olmayan, Şor-çörək yeyir. Yaltaqlan,bala, Nə mənəviyyat. Belə şeyləri, Bir dəfəlik at. www.kitabxana.net Milli Virtual Kitabxana 30

Kim boyun əymir, Onundu dərdlər. Çox əzab çəkir, Həyatda mərdlər. Bir məndən soruş, Neyçün,dədə,sən Neçə illərdir, Vəzifədəsən? Rezin çubuqtək, Elastikəm mən. Bu gün əyilləm, Sabah dikəm mən. Yaltaq ol,oğlum, Atana çəksən, Sən ömür boyu, Gün görəcəksən. www.kitabxana.net Milli Virtual Kitabxana 31

ƏZRAYILA TƏKLİF Ey rüşvətnən sərvət yığıb, İmarətlər tikən məmur. Ey milətin qəmin deyil, Özüyçün kef çəkən məmur. Qarnın doyur,gözün doymur, Əllərinsə yığır hayla. Bir tərəfdən yığıb nolar, Bir tərəfdən xalqa payla. Pul saydığın zaman birdən, Əcəl gəlsə neyləyərsən? Al pul verim deyib yəqin, Rüşvət təklif eyəyərsən. Əzrayıldan rüşvət verib, Can qurtarmaq olmayır. Əzrayıl gəldi can alır, Çünki rüşvət almayır. www.kitabxana.net Milli Virtual Kitabxana 32

Əylənməkçün verdiyin pul, Bütün xalqa bəsdi vallah. Xalqın malın xalqa sərf et, Səndən razı qalsın Allah. Sənə qənim olsun Allah! BİZDƏN-BİZƏ www.kitabxana.net Milli Virtual Kitabxana 33

Gəldi mesaj bir dəfə tezdən bizə Eyləmişik nömrəni bizdən-bizə. Durmadan hər gün ya vzv zəng gəlir Şeytanımızdan,cinimizdən bizə. Bəlkə də bir nöqsanımız qalmayar Olsa əgər təsiri sözdən bizə. Axşamı zülmət çökəcək şam da yox Bəllidir artıq bu günüzdən bizə. Rəngimiz ağdır günümüz qarədir Neqırı bənzətdilər üzdən bizə. Düz danışan düzdə qalır söylədik Əyrilik də başladı düz dən bizə. Böylə deyirlər Xəzərə mavidi Fayda nədir? mavi dənizdən bizə. www.kitabxana.net Milli Virtual Kitabxana 34

Sahilə getdim balığı səslədim Sən düşəcəksən dedi sizdən bizə. Molla qoyub məktəbə dərs öyrənib Şıllaq atır eşşəyi mizdən bizə. Eşşəyi hər kəs tanıyır,yusifa Çox danışma eşşəyimizdən bizə. www.kitabxana.net Milli Virtual Kitabxana 35