Kitabın müəllif hüquqları qorunur.

Benzer belgeler
BÖYÜK DƏCCAL Amerika

Səid bin Əli bin Vahf əl-qahtani RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

40 Hədis. Müəllif: Yəhya ibn ġərəf ən-nəvəvi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Mərhəmətli, Rəhimli Allahın adı ilə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Muhəmməd ibn Əhməd əz-zəhəbi. Böyük günahlar

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Əlixan Musayev ÜÇ SUAL

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

DAVETLİSİ

ZINA فاحشة الزنا مراجعة: فيصل جورجي IXTISAS REDAKTOR: VEYSAL ORUCOV.

ÖLÜMƏ QƏDƏR. Ramil Soltanov. Mərhəmətli, Rəhimli Allahın adı ilə. Bakı 2007

İslamda Təqlidin Yeri

شرح صورة الفاتحة. Fatihə surəsinin şərhi.

Möminlərin analarına olan etiqadı. Allah onlardan razı olsun

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Şiənin Qurani Kərimə olan etiqadı

Ramazan ayının təqvimi

İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved

Saleh bin Fövzan bin Abdullah əl-fövzan CƏNAZƏNİN MÜXTƏSƏR HÖKMLƏRİ

«Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər»(«əl-əhzab», 33).

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Nizami Gencevi nin Rahmet Evi Kavramı Dr. Siracəddin HACI *

Əsrimizin mühəddisi. Məhəmməd Nasiruddin əl- Əlbani (Allah ona rəhmət etsin)

Namaz. Dəstəmaz Dəstəmaz namazın müqəddiməsidir. Namaza başlamazdan əvvəl mütləq dəstəmaz alınmalıdır. Dəstəmazsız namaz düzgün deyildir və batildir.

Mərhəmətli, rəhmli Allahın adı ilə! RƏŞİDİ XƏLİFƏLƏR

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Orucluq F tvalar. T rcüm çi. AbdurRahim Muradl

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Aparıcı uşaqlara uyğun müraciətlə:

İngilis dilindən tərcümə: Anna Sedova Orijinal kitabın adı: Five Kings of Judah Müəllif: Cennifer Haayer

Azeri. Mu qəddəs Kitab və Qur an-ı Kərim Haqqında 200 Sual. Daniel Wickwire

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Şiələrin Mehdi haqqında fikirləri.

Ramil Soltanov CAMAAT NAMAZI

yüz əlli sifət və müxtəlif minacatları əks etdirir. Bu minacatların əsas qayəsi dua və hər fəslin sonunda təkrarlanan əl-əman əl-əman xallisnə

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Ramil Soltanov CAMAAT NAMAZI

Acronis True Image Home 2012

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Avesta. YYSQ Zərdüşt Peyğəmbər. Milli Virtual-Elektron Kitabxananın təqdimatında. Parçalar

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE KÜLTÜR EVRENİ

İmam Əhməd əl-həsənin (ə) Buyurduğu Şəkildə

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR

BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ

HÜRUFİ POEZİYADAKI ƏNƏLHƏQ İDEYASININ QURANİ- KƏRİM Ə İSTİNADLARI. Akif MƏMMƏDOV, BSU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru

Müsafirin cib kitabı

Himayə altında böyüyən uşaq və gənclər

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Kompüter (computer) verilənləri emal etmək üçün istifadə edilən proqramlaşdıra bilən elektron qurğu.

Bacarıqlar haqqında. Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın izahı

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

SĐYAHIYAALMA VƏRƏQƏSĐ

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Marketinq. Mehdiyev Əkbər

QURANDA EVLİLİK MÜNAQİŞƏLƏRİNİN HƏLLİ

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ərizə formasının doldurulması qaydaları. I. Ərizə formasının doldurulmasından öncə nələri bilmək lazımdır

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

GİRİŞ SQL Verilənlər Bazası İdarəetmə Sistemləri: SQL verilənləri tanitma dili Əsas verilən tipləri:

Qurani-Kərimi əzbərləmək üçün QIZIL QAYDALAR

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Transkript:

Ömər ibn Muhəmməd əs-subeyl DİLİ HARAMDAN QORUMAQ www.islamevi.az

Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN 27/09/2006 tarixli DK 377d saylı razılığı ilə nəşr edilmişdir. Kitabın müəllif hüquqları qorunur. 2

DİLİ HARAMDAN QORUMAQ İnsanı yaradan və ona açıqlamağı öyrədən ALLAH`a həmd olsun! Ona həmd və şükr edirəm! O, əzaların günahlardan və asilikdən qorunmasını əmr etmişdir. Şəhadət edirəm ki, ALLAH`dan başqa haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd Onun qulu və insanlar arasından seçərək üstün etdiyi elçisidir. ALLAH Q Ona, təmiz əhli-beytinə, fəzilətli səhabələrinə, tabiinə və onlara yaxşılıqla tabe olanlara gecə və gündüz bir-birini təqib etdikcə salavat və salam etsin!. Bundan sonra.. Ey müsəlmanlar! ALLAH`dan layiqincə qorxun! Çünki ALLAH`dan layiqincə qorxmaq, bütün xeyirlərin toplandığı yerdir. Səadət və qurtuluş yoludur. Nəfslər təqva ilə təmizlənir, dillər doğru yola düşür və qəlblər onunla islah olur. Etdiyiniz və söylədiyiniz hər bir şeydə ALLAH`dan Q layiqincə qorxun! ALLAH Q belə buyurur: 3

ALLAH`a tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır! 1 ALLAH`ın qulları!. İslam, hökmləri kamil olan, qanunları hər şeyi əhatə edən bir dindir. İnsanları əxlaqın və ədəbin ən yaxşısına yönəltmişdir. Pis davranışlardan və çirkin sözlərdən çəkindirmişdir. İslamın yönləndirdiyi fəzilətlərdən və ədəbdən biri də danışma ədəbidir. Gözəl danışmaq və dili çirkin və boş sözlərdən qorumaqdır. ALLAH Q adəm oğlunu, ağıl və düşüncəsini açıqlama neməti ilə heyvanlardan üstün etmiş və şərəfləndirmişdir. Bu nemətlə insan, ALLAH`ın Q yaradıcı olduğunu görür. ALLAH Q belə buyurur: 1 əl-bəqərə surəsi, 2/281. 4

Məgər insan (A`s ibn Vail, yaxud U`beyy ibn Xaləf) onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (RƏBB`inə) açıq bir düşmən kəsilmişdir. 2 Bu nemətin haqqı şükr etmək və nankorluqdan çəkinməkdir. ALLAH Q üçün dili haramdan və günahlardan qorumaqdır. Çünki dil, əzaların ən təsirlisi və ən təhlükəlisidir. ALLAH rizası üçün və insanlara faydalı yerlərdə istifadə edilsə, sahibinin dünyada və axirətdə müvəffəqiyyətli olmasının və xoşbəxtliyinin ən böyük səbəbi olar. ALLAH`ın Q qəzəbinə yol açacaq və qullara zərər verəcək yerlərdə istifadə edilsə, sahibinə ən böyük günahları və zərərləri gətirər. Buna görə İslam, dilə böyük əhəmiyyət vermişdir. RƏBBimiz Q Quranda və Peyğəmbərlərin Seyyidinin sözləri 2 Yasin surəsi, 36/77. 5

ilə, dili haramdan qorumağa, gözəl danışmağa və pis sözlərdən çəkinməyə həvəsləndirmişdir. ALLAH Q belə buyurur: (Ya Rəsulum!) Bəndələrimə de: Gözəl sözlər söyləsinlər! Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir! 3 ALLAH Q, iman sahiblərini və təqva əhlini vəsf edərkən onların boş və batil sözlərdən üz döndərdiklərini bildirir və belə buyurur: Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında müti olub (Ona) boyun əyərlər! (ALLAH`ın qarşısında kiçilərlər!) O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər! 4 3 əl-isra surəsi, 17/53. 4 əl-muminun surəsi, 23/1-3. 6

ALLAH Q belə buyurur: Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir). Sizə salam olsun! Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların söz-söhbətinə qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq) istəmirik! - deyirlər. 5 Dili günahlardan və haramdan qorumaq, dində doğruluğa və kamil imana çatmağın ünvanıdır. Rəsulullah belə buyurur: Qəlbi doğru olana qədər qulun imanı doğru olmaz. Dili doğru olana qədər də qəlbi doğru olmaz. 6 Hətta, insanın bütün əzaları əyrilik və doğruluq baxımından dilə bağlıdır. Əbu Sə`id 5 əl-qasas surəsi, 28/55. 6 Əhməd İbn Hənbəl. 7

əl-xudri Rəsulullahın belə buyurduğunu rəvayət edir: Adəm oğlu səhərə çatdıqda, bütün əzaları dilə səslənib: Bizim haqqımızda ALLAH`dan qorx! Çünki biz sənə tabeyik. Sən doğru olsan biz də doğru olarıq, sən azsan biz də azarıq! deyirlər. 7 İmam Nəvəvi deyir ki: Yəni dilə itaət edib, ona boyun əyərlər. İnsanın, dilini qoruması və az danışması nəfsinin təmiz olmasının və müdrikliyinin işarəsidir. Rəvayət edilən hikmətli sözlərdən birində belə deyilir: Ağıl kamil olarsa söz azalar. Hikmət sahibi insanlardan biri belə deyir: İnsanın danışması, fəzilətinin bəyanı və ağlının tərcüməçisidir. Gözəl olan sözə yönəlin və onun azı ilə kifayətlənin! Şüurlu müsəlmanı ağlı, gözəl və yerinə görə danışmağa sövq edər. Onu imanı buna yönəldir. Danışmaq lazım deyilsə susmağı se- 7 ət-tirmizi. 8

çər və günahdan qorunmaq üçün özünü saxlayar. Rəsulullahın tövsiyəsi ilə hərəkət edər: Kim ALLAH`a və axirət gününə iman edirsə ya xeyir söyləsin ya da ki, sussun! 8 Ağlından keçəni gözəl bir şəkildə ifadə etmək uca bir ədəb və dəyərli bir əxlaqdır. ALLAH Q keçmiş ümmətləri buna yönləndirmiş və onlardan bunun üçün söz almışdır. ALLAH Q belə buyurur: Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: ALLAH`dan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin! - deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz. 9 8 əl-buxari. Muslim. 9 əl-bəqərə surəsi, 2/83. 9

Gözəl söz, dost və ya düşmən olsun hər insanla gözəl nəticə verir. Dostla gözəl danışmaq, sevginin və dostluğun davam etməsini təmin edər. Düşmənlə gözəl danışmaq isə qəlblərdəki kini, nifrəti, qəzəbi yox edər və düşmənçiliyi söndürər. ALLAH Q belə buyurur: Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbr edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur! 10 Ey müsəlmanlar!.. Dilin böyük fəlakətləri vardır. Lazımsız və boş danışmağın bir çox zərərləri vardır. Möminlərin əmiri Ömər 10 Fussilət surəsi, 41/34-35. 10

ibn əl-xəttab bundan çəkindirərək belə demişdir: Çox danışanın xətası da çox olar. Xətası çox olanın həyası azalar. Həyası azalanın vərası (ALLAH qorxusu) azalar. ALLAH qorxusu azalanın qəlbi ölər. Keçmiş alimlərdən biri belə deyir: İnsanların ən bədbəxti və müsibəti ən böyük olanı, tələskən bir dil və tələskənliklə hərəkət edən bir qəlbə sahib olan insandır. Boş danışmaqdan uzaq durmaq, dini və dünyəvi baxımdan başqalarına faydalı olmayan şeylərdən dili qorumaq bəsirət və müdriklikdəndir. Rəsulullah ümmətinə bunu tövsiyə etmiş və buna çağırmışdır. Rəsulullah dilini işarə edərək Buna sahib ol! buyurur. Muaz ibn Cəbəl belə deyir: Ey ALLAH`ın Rəsulu! Bizlər danışdıqlarımız haqqında hesab verəcəyik? Bunun üzərinə Rəsulullah belə buyurur: 11

Anan səni itirsin, ey Muaz! İnsanlar, dilləri ilə əldə etdiklərindən başqa bir səbəblə cəhənnəmə üzləri üstə atılarlarmı? 11 Süfyan əs-səqafi belə rəvayət edir: Ey ALLAH`ın Rəsulu! Mənim üçün ən çox qorxduğun şey nədir? dedim. Rəsulullah öz dilini tutaraq Bu buyurdu. 12 Buna görə, bu ümmətin keçmiş alimləri və ən seçkin insanları dilin təhlükəsindən qorxardılar və olduqca çox çəkinərdilər. Əbu Bəkr dilini çıxarar və belə deyərdi: Bu, məni pis yerlərə aparar. Abdullah ibn Məsud belə deyir: Ondan başqa haqq ilah olmayan ALLAH`a and olsun ki, yer üzündə dildən başqa uzun müddət həbs edilməyə ehtiyacı olan bir şey yoxdur. Ata ibn Əbi Rabah da belə deyir: Sizdən biri, gündüz doldurduğu səhifə açıldığında içindəki bir çox şe- 11 ət-tirmizi. 12 ət-tirmizi. 12

yin dini və dünyası ilə əlaqəsiz olmasından utanmaz mı? Ey ALLAH`ın qulları! Dil, təqva onu nizama salmasa şeytanın əlində sərbəst bir ipdir. Şeytan onunla bu dilin sahibini istədiyi kimi yönləndirər. İnsan ağlına gələn hər şeyi söyləmək üçün dilini sərbəst edərsə, dili onu fəlakətə və həlaka aparar. Onu, dedi-qodu və qeybət, yalan və iftira, pis və çirkin söz, ALLAH`ın Q qullarına qarşı ədəbsiz davranmaq kimi böyük günahlara salar. Hətta bəzilərinin dili başqalarının şərəfini yaralayan bir bıcaq kimi olmuşdur. Onlar ALLAH`ın Q qullarını dolayar və onları alçaldarlar. Eyiblərini sayar və qüsurlarını açıqlayarlar. İnsanları ittiham edər, yalan danışar və şayiələr yayarlar. Bunu etməyə onlara nə dilləri, nə kişilikləri, nə də həyaları mane olar. Sanki ALLAH`ın Q bu sözünü eşitməmişlər: 13

Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır! 13 Bu şəxslər, Rəsulullahın bu sözünə görə nə vəziyyətdədirlər? O, belə buyurur: Mömin, (insanları) qaralayan və çox lənət edən, pis söz söyləyən və söyüş söyən bir kimsə deyildir. 14 Digər bir hədisdə Rəsulullah buyurur: Şübhəsiz qul, ALLAH`ı qəzəbləndirəcək bir söz desə və ona əhəmiyyət verməsə, o söz səbəbi ilə cəhənnəmə atılar. 15 Üzərində elm və doğruluq görüntüsü olan bir şəxs bunu etsə bəla daha da böyük olar. Pis və çirkin sözlər söyləyər. Heç bir fə- 13 Qaf surəsi, 50/18. 14 ət-tirmizi. O bu hədisin həsən olduğunu deyir. 15 əl-buxari. 14

zilət sahibinin fəzilətini və dəyərli insanın dəyərini buraxmaz. Bir dil sürüşməsindən və ya qələm xətasından və ya şəxsi bir səbəblə ölü və ya diri, heç düşünmədən onları mühakimə edir. Bəzən səbəb bunlardan heç biri olmaya bilər. Sadəcə kin və ifrat onu buna sövq edir. Dini duyğuları və ALLAH qorxusu ona mane ola bilməsə ağıl və əxlaq da onu bundan çəkindirməz?! Öz nəfsinin əyib və qüsurlarının çoxluğunu bilməsi də onu bundan uzaqlaşdırmaz?! Keçmiş alimlərdən biri, insanların əleyhinə danışan bir şəxsin söhbətini eşitdikdə ona belə deyir: İnsanların eyiblərini çox göstərməyin ilə sənin eyiblərinin çoxluğuna qərar verdik. Ey ALLAH`ın qulları! ALLAH`dan Q layiqincə qorxun! Dillərinizi və digər əzalarınızı ALLAH`ın Q haram etdiyi şeylərdən qoruyun! Daima ALLAH`ın Q bu sözünü xatırlayın: 15

Ey iman gətirənlər! ALLAH`dan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, ALLAH) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs ALLAH`a və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar. 16 ALLAH Q məni və sizi uca Quran və Peyğəmbərimizin sünnəsi ilə faydalandırsın! Bu sözümü söyləyib, ALLAH`dan Q özüm üçün, sizin üçün və bütün müsəlmanlar üçün hər cür günahdan bağışlanma diləyirəm! Sizlər də Ondan Q bağışlanma diləyin! Şübhəsiz O Q çox Bağışlayan və Mərhəmət edəndir! Mübarək və təmiz bir həmd ilə sevdiyi və razı olduğu şəkildə RƏBB`imə çoxlu həmd edirəm! Ona həmd edir, böyük nemətləri və sonsuz ehsanı üçün Ona şükr edirəm! Şəhadət edirəm ki, ALLAH`dan başqa haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsu- 16 əl-əhzab surəsi, 33/70-71. 16

ludur. Seçdiyi peyğəmbər və üstün etdiyi dostudur. ALLAH Q Ona, əhli-beytinə, hidayət öndərləri və qaranlığı aydınladan işıq mənbəyi səhabələrinə, onların yolundan gedən və izlərini təqib edənlərə çoxlu salavat və salam etsin! Bundan sonra... Ey ALLAH`ın qulları! Günümüzdə, cəmiyyətlərin vəziyyətini incələyən insanlardan bir çoxunun toplantılarda və konfranslarda lazımsız söhbətlərlə məşğul olduğunu görürsən. Nəfslərin meyl etdiyi bu söhbətlər müxtəlif yayın orqanları vasitəsilə nəql edilir. Bunlara qulaq asılır və insanlar bu söhbətlərdən təsirlənirlər. Nəticədə heç bir fayda əldə edə bilməzlər. Hətta çoxu dünyası və axirəti üçün zərərlə dönər. Bütün bunlar İslamın metodundan və ədəbindən deyildir. Çünki İslam, boş və lazımsız danışmağı, dəyərsiz işlərlə məşğul olmağı xoş qarşılamır. Dəyərli və fəzilətli işləri bəyənir. ALLAH Q belə buyurur: 17

Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. ALLAH`ın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik! 17 ALLAH`dan layiqincə qorxun və İslamın dəyərlərinə möhkəm sarılın! İman əhlinin ədəbi ilə ədəblənin! Dillərinizi haramdan qoruyun! Dilinin şərindən qorunan böyük bir zərərdən qurtulmuşdur. Dilini xeyirdə, ibadətdə və mübah olan söhbətlərdə istifadə edən, doğruluğa və kamilliyə müvəffəq edilir. Bu, ALLAH`ın Q dilədiyinə verdiyi bir lütfdür. ALLAH Q böyük lütf sahibidir. ALLAH`ın qulları! ALLAH`ın əmr etdiyi kimi rəhmət və 17 ən-nisa surəsi, 4/114. 18

hidayət Peyğəmbərinə xeyir-dua və salam edin! ALLAH Q belə buyurur: Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! 18 Ömər ibn Muhəmməd əs-subeyl 04.11.1422 hicri 18 əl-əhzab surəsi, 33/56. 19