Mirzə Ələkbər Sabirin həyatı

Benzer belgeler
3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

BÖYÜK DƏCCAL Amerika

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Marketinq. Mehdiyev Əkbər

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

2014-cü ilin üçüncü rübünün nəticələri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

DAVETLİSİ

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Ġntellektual-Elektron Kitabxananın təqdimatında

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Dövrünə güzgü tutan Əli Nəzmi

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZIRLİYİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Görkəmli maarif və mədəniyyət xadimi

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Biologiya tədrisi sisteminin formaları

Sabancı Universiteti

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

NƏRİMAN HƏSƏNZADƏNİN POETİK AXTARIŞLARI

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKALAVR PİLLƏSİNİN II KURS TƏLƏBƏSİ

Ülkər Bayramova

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

PRÉSIDENCE DE LA RÉPUBLIQUE. Service de Presse AZƏRBAYCAN RESPUBLĐKASI PREZĐDENTĐ ZATI ALĐLƏRĐ CƏNAB ĐLHAM ƏLĐYEV VƏ XANIM MEHRĐBAN ƏLĐYEVANIN

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Azərbaycanın görkəmli uşaq yazıçısı. Qəşəm İsabəylinin anadan olmasının 65 illiyi münasibətilə

Türk dünyasının böyük söz ustadı

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

FRANSADA İLK AZƏRBAYCAN DİLİ MÜƏLLİMİ

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Zeynalova Sevinc III kurs

SƏRHƏDLƏR AŞAN POEZİYA. (medodik vəsait)

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Azərbaycan fəlsəfəsinin sönməz günəşi Siracəddin Urməvi

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

ƏHMƏD CAVAD VƏ TÜRKİYƏ

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Ədəbiyyatın əbədiyaşarlıq ünvanı

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKALAVR PİLLƏSİNİN II KURS TƏLƏBƏSİ RÖTTER VƏ ŞMERLİNQİN KARİKATURALARINDA ŞƏRQ MƏSƏLƏSİ

Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Əlisa Nicat 80-illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait. Söz xəzinədarı Əlisa Nicat

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

VALEH HACILAR, AZƏRBAYCAN FOLKLORU ANTOLOGIYASI. (Borçalı-Qarapapaq Folkloru)

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Bəşər tarixinin möhtəşəm siması Corc Bayron

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

ŞEİR ÇƏLƏNGİ (Türk Dünyası (yeni nəsil) şeir antologiyası)

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ.

Transkript:

Mündəricat Giriş...3 1. Mirzə Ələkbər Sabirin həyatı...4 2. Sabir yaradıcılığının tədqiqi...11 3. Sabir irsinin tədqiqi və öyrənilməsində yeni mərhələ...21 Nəticə...23 İstifadə olunmuş ədəbiyyat...24 2

Giriş Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şeirlərini Şərqin Firdovsi, Sədi, Füzuli kimi böyük klassiklərinin təsiri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsasən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür. Sabirin lirik qəhrəmanı Aşıqdır. O, sevgilisi haqqında orta əsr poeziyasından tanıdığımız aşıqlərin dili ilə danışaraq öz dərdlərini, həsrətini nağıl edir, ayrılıqdan, hicrandan, sevgilinin rəqibə uymasından şikayətlənir. Sabir dolayı yolla məktəbin milli oyanışın, dirçəliş və tərəqqinin əsas hərəkətverici qüvvəsi olduğu qənaətindədir. Şairin yaradıcılığındakı cəhalət, mövhumat və fanatizmə qarşı kəskin mübarizə nəticə etibarilə köhnə həyat tərzindən və gerilikdən xilas olmaq, yeniləşməyə meyl etmək qayəsini izləyir. Şair savadsız, köhnəpərəst, şəxsi mənafelərini üstün tutan qondarma din təmsilçilərini sadəcə tənqid etməklə kifayətlənmir, sona qədər ifşa etmək üçün onların iç üzünü, mənfur niyyətlərini böyük cəsarətlə açıb göstərir. Sabir hətta xalqdan uzaq düşən belə üzdəniraq bəndələrin yeri gəldikdə yad ölkələrin maraqlarını həyata keçirən misyonerlərlə də həmrəy ola biləcəklərini yada salır. Bununla belə, yalançı, ikiüzlü, riyakar din xadimlərinə barışmaz münasibət bəsləyən, M.Ə.Sabir ateist, dinsiz deyildir. O, islam dininə inanan, ehtiram göstərən, lakin bu dindən xalqın əlehinə bir vasitə kimi istifadə edənlərə qənim kəsilən vətəndaş, Azərbaycan şairidir. Sabir A Şirvanlılar şeirində islam dini içərisində bölücülüyün, sünnü-şiə ayrıseçkiliyinin də əlehinə olduğunu, islamın bütövlüyünü qoruyub saxlamağa tərəfdar çıxdığını, özünün müqəddəs Qurana qail olduğunu açıq-aşkar bəyan etmişdir. M.Ə.Sabirin maarifçilik fəaliyyəti bu gündə dövründə olduğu qədər aktualdır. Bədii yaradıcılığa lirik şerlərlə başlayan və sonralar da bir çox lirik şerlər yazan M.Ə.Sabir ədəbiyyat tarixində dahi satirik kimi məşhurlaşmışdır. Zəmanə onu 1905-ci il inqilabının sənətkarları sırasına daxil edərək, uzun zaman təbiətində gizli qalan böyük bədii iqtidarı üzə çıxarmışdır. 3

Mirzə Ələkbər Sabirin həyatı Azərbaycan ictimai-ədəbi və mədəni fikir tarixində özgün yeri olub, Sabir təxəllüsü ilə tanınan Mirzə Ələkbər Sabir Tahirzadə 1862-ci il mayın 31-də Şamaxı şəhərində dünyaya göz açmışdır. Atası Məşədi Zeynalabdin kiçik baqqal dükanı olan dindar bir kişi idi və alış-verişi ilə ailəsinin dolanacaq ehtiyaclarını təmin edirdi. Atası Sabiri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə də oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Sabir Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Evdə ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxdı yazdığı üç misralıq ilk şeirində bu acı həqiqət çox təsirli ifadə olunur: Tutdum orucu irəmazanda, Qaldı iki gözüm qazanda. Mollam da döyür yazı yazanda. Ələkbər 12 yaşına qədər mollaxanada oxumuş, bir müddət sonra zəmanəsinin böyük şairi və mütəfəkkiri Seyid Əzim Şirvaninin məşhur «Üsulicədid» məktəbinə qəbul olunur. Böyük maarifçi sənətkar və müəllim Seyid Əzimin 1867-ci ildə təsis etdiyi bu məktəb tədrisin üsulu, proqramı və uşaqlara aşıladığı ovqatı etibarilə mollaxanalardan əsaslı surətdə fərqlənirdi. Orada Seyid Əzim başda olmaqla bu və ya digər dərəcədə rus və Avropa mədəniyyətindən də xəbərdar olan tərəqqipərvər müəllimlər dərs deyirdilər. Ələkbər 12 yaşında olarkən təhsilini davam etdirmək üçün Şamaxı Ruhani Məclisi nəzdindəki məktəbdə oxuyanda da Seyid Əzim həmin təhsil ocağında Azərbaycan, fars və ərəb dilləri müəllimi idi. Qısa müddətdə həm bu məktəbdə öyrəndikləri, həm də öz zehni qabiliyyəti və təzə biliklər qazanmaq sahəsində sönməz ehtirasla çalışması sayəsində Ələkbər hər üç dili öyrənməkdə böyük uğurlar qazanır, Seyid Əzimin xeyir-duası ilə ilk şeirlərini yazır, fars dilindən bəzi tərcümələr edir. 4

Baqqal atası belə hesab edirdi ki, dükanda ona kömək etmək, haq-hesab dəftərini sahmana salmaq üçün Ələkbərin bildikləri kifayətdir və o da külfəti dolandırmaq üçün bir işin qulpundan yapışmalı, alış-verişdə onun etibarlı yardımçısı olmalıdır. Lakin təbiətin güclü poetik istedad əta etdiyi Ələkbəri, indi artıq Sabiri kitab-dəftərdən, elmdən, şeirdən ayırıb tərəzi arxasında əyləşdirmək mümkün deyildi. Elə bu zəmində ata ilə oğul arasında başlanan fikir ayrılığı dərinləşir. Səbr kasası daşan Sabir heç kəsə demədən Xorasana gedən bir karvana qoşulub Şamaxıdan çıxır. Tez xəbər tutan atası onu qaytarır və bu çox ciddi hadisədən sonra gözü qorxaraq başa düşür ki, oğlu ilə münasibətlərin bu cür davam etməsi böyük peşmanlıqla qurtara bilər. Beləliklə də Sabir öz sevimli yaradıcılıq qayğıları ilə məşğul olmağa vaxt və imkan əldə edir. Təzə şeirlər yazır. Dostu və məsləkdaşı Abbas Səhhətin verdiyi məlumata görə, Seyid Əzim Şirvaninin Ey məh, bilirəm, fitneyi dövran olacaqsan, Ey qaşı hilalım, məhi taban olacaqsan. mətləli qəzəlinə yazdığı cavabı müəllimi bəyənmiş, öz şagirdinə Nizami Gəncəvinin «Xəmsə»sini hədiyyə göndərmişdi. Bu münasibətlə Sabirə ünvanladığı məktubda belə sözlər vardı: «Nuri-didəm Sabir! Qəzəlimin birinə yazdığın məlih və şirin cavab çox xoşuma gəldi. Hazırda başqa bir şeyə gümanım olmadığından həmin kitabı sənə silə göndərirəm. Yadigari-ustadanəm olmaq şərtilə qəbul edəsiniz və şairlikdə tərəqqi etmənizi arzu edirəm». Zəmanəsinin böyük şairindən aldığı çox əlamətdar hədiyyə Nizami «Xəmsə»si və nəciblik, xeyirxahlıq saçan məktub Sabiri yeni yaradıcılıq uğurlarına ruhlandırmışdı. 1886-cı ildə şair Billurnisə xanımla evlənir. Onların səkkiz qızı, bir oğlu dünyaya gəlir. Maddi ehtiyac, yüksək ixtisaslı tibbi müalicənin yoxluğu üzündən ailənin altı övladı ölmüşdür. Şair ömrünün sonlarını arvadı Büllurnisə xanım, qızları Səkinə, Səltənət və sonbeşikləri Məmmədsəlimlə yaşamışdır. Külfəti dolandırmağın mürəkkəblikləri Sabiri vadar edir ki, bir dükan açıb sabun qayırıb satmaqla məşğul olsun. 1902-ci ildə, fevralın 12-də Şamaxıda baş verən və ağır dağıntılara, böyük insan tələfatına səbəb olan zəlzələ Sabirin də mənzilini xaraba qoymuş, ailəsi onun böyük çətinliklə, təkbaşına düzəltdiyi bir daxmada yaşamaq zorunda qalmışdı. 5

Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki,həyatının olduqca ağır keçməsinə baxmayaraq, atam xoş üzlü, zarafatcıl, səmimi idi. Sabirin ailəsi o zamankı Şamaxının Şıxminaz küçəsindəki darısqal mənzildə maddi çətinlik içərisində yaşayırdı. Mütəxəssislər müəyyən etmişlər ki, şairin öz şeirlərinin nəşri müqabilində ayda əlinə çatan aşağı-yuxarı on manat qonorar çox çətinliklə ailənin bir həftəlik güzəranını təmin edə bilirdi. Sabiri piy, potaş və digər xammal alıb sabun bişirmək məcburiyyəti qarşısında qoyan məhz bu ağır maddi ehtiyac idi. Bu misralar cəfakeş şairin yəqin ki, həmin ağrılı-acılı günlərinin üzücü yaşantılarından doğmuşdur: Yaşadıqca xərabə Şirvanda, Bir səfa görmədim o viranda. Yaşadıqca əzaba düşdü tənim, Mənə zindan kəsildi öz vətənkim. Üçüncü misradakı etirafa xüsusi diqqət etməyə ehtiyac duyuram. Burada şair bildirmək istəyir ki, bir neçə ildən sonra onun vaxtsız vəfatına gətirib çıxaran ağır ciyər xəstəliyinə Sabir məhz bu illərdə mübtəla olmuşdu. Belə ağır maddi durumda yaşadığına baxmayaraq F.Köçərli, A.Şaiq, A.Səhhət, az sonra C.Məmmədquluzadə kimi yaxın dostlarının təsiri və mənəvi dəstəyi sayəsində Sabir öz sənət rübabını kökdən düşməyə qoymur, bir-birindən qiymətli satiraları ilə zəmanəsinin irəli sürdüyü ən aktual tələblərə yüksək səviyyədə cavab verirdi. Özəlliklə qabaqcıl görüşlü şair-həkim Abbas Səhhətlə yaxın dostluq və yaradıcılıq əlaqələri Sabirin ömrünün sonlarına qədər davam etmişdi. A.Səhhət də Sabir kimi Azərbaycan, fars və ərəb dillərini əla bilirdi. Lakin o, fransız dilini də bu dildən şeirlər tərcümə etmək dərəcəsində yaxşı bilir, rus dilini də öyrənir, Sabiri də rusca öyrənməyə təşviq edir və müvəffəq olurdu. Sabirin vəfatından sonra da onun xatirəsinə sadiq qalan A.Səhhət dostunun ailəsinə yardımçı olmuş, ən başlıcası isə, əziz dostunun əsərlərini bir yerə toplayıb 1912-ci ildə «Hophopnamə» adı altında kitab kimi nəşr etdirmiş, bu kitab üçün mükəmməl 6

bir məqalə yazmış, Sabir haqqında dövrü mətbuatda məqalələr çap etdirmiş, arxayınca deyə bilərik ki, ədəbiyyat elmimizdə sabirşünaslığın bünövrəsini qoymuşdu. Burada onu da qeyd etmək vacibdir ki, Sabir 1900-1910-cu illərdə sevimli qızı, yaxın sirdaşı və əsərlərinin oxucusu Səriyyə Sultanın köməyi ilə öz şeirlərindən seçib kitab tərtib etmişdi. Şairin oğlu, dosent Məmmədsəlim Tahirli «Böyük dostluq nümunəsi» (1974) adlı xatirəsində yazırdı ki, Sabirin sağlığında maddi ehtiyac ucbatından nəşr oluna bilməyən əlyazmasını Səriyyə Sultan bəzi bədxahlardan qorumağa müvəffəq olmuş, onu inanılmış ələ, ailənin hamisi A.Səhhətə təqdim etmişdi. 1906-cı ilin aprel ayında Tiflisdə «Molla Nəsrəddin» jurnalının nəşrə başlaması bir şair kimi Sabirin yaradıcılıq həyatında yenidən doğulmasına, məhz «Millət necə tarac olur olsun, nə işim var?!»(3 ədəb,səh36) misrası ilə başlayan şeirin müəllifi kimi təşəkkül tapmasına qüvvətli bir təkan vermişdi. O, jurnalın birinci nömrəsini oxuyanda Azərbaycan və Yaxın Şərq ədəbi-ictimai mühiti üçün tamamilə yeni olan mövzu və mətləbə, başlıcası isə, üsluba heyran qalmış, onun baş redaktoru, XX əsr ədəbi-ictimai fikrimizin azman təmsilçisi C.Məmmədquluzadənin tutduğu yola, məsləkə, üsluba iman gətirmişdi. Çox götür-qoy etdikdən sonra şair bu qərara gəlmişdi ki, sabın bişirməyin daşını birdəfəlik atıb, böyük istedadının, yüksək biliyinin imkan verdiyi, özünün də çox bərk həvəs göstərdiyi müəllimliklə məşğul olsun. Uyarlı pedaqoji və ali ruhani təhsili olmayan Sabir məhz özünün zəngin bilikləri, zəhmətsevərliyi, nəhayət nadir istedadı nəticəsində hazırlaşaraq 1908-ci ildə Bakıda, Quberniya ruhani idarəsindəki xüsusi komissiya qarşısında imtahan verib şəriət, Azərbaycan dili, fars dili və hüsni-xətdən dərs demək üçün müəllimlik hüququ qazanır. Bu hüquq Tiflisdə Qafqaz Müsəlmanlarının Ruhani idarəsindən aldığı attestatla təsdiq olunur. Bu imkandan istifadə edən Sabir Qori Müəllimlər Seminariyasının məzunu olan Hacıbala Zamanovla əl-ələ verərək müəllimi S.Ə.Şirvaninin məşhur təhsil ocağı dəstirində «Ümid məktəbi»ni təsis edirlər. Öz tədris proqramı ilə mollaxanalardan köklü surətdə fərqlənən bu məktəbdə yazı taxtasından, stol- 7

stuldan, xəritələrdən və digər əyani vasitələrdən istifadə olunmaqla ana dili, hesab, fars dili, coğrafiya, eləcə də Qurani-kərim və şəriət dərsləri keçilirdi. Nüfuzlu ruhanilərin təkfiri nəticəsində bir qism valideynlər uşaqlarını həmin məktəbdən ayırır, bəziləri isə təhsil haqqı ödəməkdən imtina edir və cəmisi bircə tədris ili (1908-1909) fəaliyyət göstərmiş «Ümid məktəbi» bağlanır. 1910-cu ilin əvvəllərində Sabir Bakıya bakıya işləməyə gəlir. Əvvəlcə Zənbur jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində Azərbaycan dili və şəriət müəllimi işləyir, axşamlar şəhərdə çıxan qəzetlərin mətbəəsində mürəttib, korrektor kimi çalışır, şeirlərini Bakı mətbuatında nəşr etdirir. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları Nur kitabxanasının fəal üzvü olur. 1910-cu ildə şair əvvəlcə «Səda», sonra isə «Günəş» və «Həqiqət» qəzetlərinin redaksiyalarında çalışır. Günəş qəzeti hər həftənin cümə günü Palanduz sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə Nizədar və Çuvalduz imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda Molla Nəsrəddin ə də yazmaqda davam edir. Gərgin iş, məişətdəki narahatlıq (ailəsiz yaşayırdı) hələ qaynar sabın tiyanının ətrafında «əzaba düçar olmuş» şairin səhhətinə daha pis təsir edir və onun qara ciyərindəki xəstəlik şiddətlənir. Bakıda bir qədər müalicə olunduqdan sonra ailə şəraitində nisbi sakitlik, rahatlıq tapmaq üçün Şamaxıya qayıtmağa məcbur olur. Vəziyyəti ağırlaşan şairi müalicə olunmaq üçün Tiflisə aparırlar. C.Məmmədquluzadə və arvadı Həmidə xanım şairi xəstəxanaya getməyə qoymur, həkim gətirib öz evlərində müalicə etdirirlər. Səhhətindəki mürəkkəbliklərə baxmayaraq Sabir yenə də şeir yazmaqda davam edir, onları «Molla Nəsrəddin»də və bəzi digər mətbuat orqanlarında buraxdırırdı. Sabirin müalicəsini daha yüksək səviyyədə davam etdirmək üçün həkimlər cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin Sabir buna razı olmur. O, Şamaxıya qayıdır. Axır günlərinin birində şair deyir: İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl, Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm! 8

Şairi xaricə aparmaq məqsədilə «Molla Nəsrəddin»in redaktoru, şairin məslək dostu C.Məmmədquluzadə jurnalın 1911-ci ildə çıxan 14-cü nömrəsində bu gün oxuyanda ürəkləri göynədən bir elan dərc etmişdi. Həmin elanda deyilirdi ki, misilsiz şairimiz Sabir neçə aydır yorğan-döşək xəstəsidir və indi nəinki müalicə xərcinə, bəlkə adicə gündəlik dolanışıq xərcinə də möhtacdır. Ona ianə göndərmək istəyənlər «Molla Nəsrəddin» idarəsinə müraciət edə bilərlər Qısa müddətdə Azərbaycandan və xaricdən redaksiyaya 600 manata yaxın pul daxil olmuş, A.Səhhət vasitəsilə xəstə şairə çatdırılmışdı. Lakin artıq gec idi. 1911-ci ildə, iyul ayının 12-də dahi şair, böyük vətəndaş və maarif mücahidi Mirzə Ələkbər Sabir dünyasını dəyişdi. Sənətinin pərəstişkarları onu Şamaxının Yeddikünbəz qəbiristanlığında dəfn etdilər. İndi şairin abad məzarı üzərində gözəl bir məqbərə ucalır. Onu şair-xeyriyyəçi Gülağa Tənha öz layihəsi əsasında tikdirmişdir. Bakıda və Şamaxıda şairin şərəfinə mərmər və tunc heykəllər ucaldılmışdır. Yeri gəlmişkən xatırladım ki, M.Ə.Sabir, şərəfinə gözəl abidə qoyulmuş ilk Azərbaycan şairidir. Azərbaycanın abad şəhərlərindən və bölgələrindən biri onun şəninə Sabirabad adlanır. Mir Cəlalın «Yolumuz hayanadır?», Əzizə Cəfərzadənin «Sabir» romanlarında şairin bədii obrazı yaradılmışdır. Bakıdakı ən qocaman şəhər kitabxanası, Darülmüəllimin və bir sıra məktəblər Sabirin ölməz adını daşıyır. Üzərində «Sabir» yazılmış gəmi Xəzərin mavi sularında üzür. 1962-ci ildən başlayaraq hər il Bakıda və Şamaxıda Sabirin poeziya günləri keçirilir. İstedadının pərəstişkarı kimi etiraf etmək çox xoşdur ki, Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə 25.000 nüsxədə nəşr edilib ölkənin kitabxanalarına hədiyyə edilmiş qiymətli əsərlər arasında ölməz Sabirin «Hophopnamə»si də var. Sabir dinsiz-imansız şair olmayıb. O, ömrünün sonuna qədər Allaha inanmış, dini mövzularda əsərlər yazmış, Məhəmməd (ə) haqqında «Eydi-mövludi-nəbi»(3 ədəb, səh87) («Peyğəmbərin doğum günü bayramı») adlı son dərəcədə səmimi şeiri «Hophopnamə»nin 1922-ci və 2004-cü il nəşrlərində özünə yer almışdır. Bu şeirində islam peyğəmbərinin dünyaya göz açdığı tarix «mübarək gün» kimi şərəfləndirilmişdir. Odur ki, şairin bu əsərləri ilə onun dini mübarəkimizdən 9

varlanmaq vasitəsi kimi istifadə edib gündə neçə yol yalandan allaha and içən bəzi «yüksək səviyyəli» din xadimlərinə qəzəb və nifrət ifadə edən amansız satiralarını qarışdırmaq olmaz. Məşhur «Aldanmaram» satirası Sabirin din dəllallarının tərkisilah olunduğu bu cür əsərlərinin ən kamil nümunələrindən biridir. Aldanmaram ki, doğrudur ayinin, ey əmu! Kəssin məni, həqiqi isə dinin, ey əmu! İmanına qəsəmlə çapırsan cəmaəti, Quldurçuluq tufəngimidir dinin, ey əmu? İkinci misradakı «isə» kəlməsi islamın bir haq dini olduğuna, onun əzəmətinə, qüdrətinə şübhə doğurmaq məqsədi daşımır, ümumiyyətlə bu şeir imanına and içəiçə xalqı soyan vəzifəli din xadimlərinin çirkin əməllərini «doğrultmaq» cəhdlərini ifşa edir. Sabirin ağır xəstə ikən Tiflisdən Şamaxıya, əziz dostu və məsləkdaşı A.Səhhətə yazdığı məktublardakı bu müxtəsər fikirlərə diqqət edək: «Mövlam görəlim neylər. Neylərsə «gözəl eylər»(15 ədəb,səh24) (15 iyun 1911-ci il.) «Əhli əyalımı sizə, siz idə Allaha tapşırıram» (27 iyun 1911-ci il.) Bu sarsılmaz əqidənin daşıyıcısı olan böyük şairi dinsizlikdə günahlandırmağın özü böyük qəbahət və günahdır. Sabir yaradıcılığının tədqiqi 10

Adlar ədəbiyyatımızın tarixinə qızıl hərflərlə həkk edilmiş böyük simalar arasında dahi satirik Mirzə Ələkbər Sabirin özünə məxsus şərəfli yeri var.sabir yeni dövr dünya ədəbiyyatının şöhrətli bir siması, Azərbaycanın böyük xalq şairi, vətənsevər mütəfəkkiri və ictimai xadimidir. O, milli ədəbiyyatın, Xaqani, Nizami, Füzuli, Vaqif, Axundov, Seyid Əzim kimi klassiklərin, çoxəsrlik Şərq poeziyasının qabaqcıl ənənələri üzərində yetişib kamala çatmışdır. Sabirin Hophopnamə adı ilə tanınan şeir kitabı realist ədəbiyyatın gözəl nümunəsi, milli bədii fikrin böyük abidəsi sayılır. Sabir dünya çaplı bir sənətkar idi. Bu, şairin yalnız yaratmağa nail olduğu yeni poeziya məktəbinin fikri-bədii məzmunu ilə şərtlənmir, həm də onun mövzular aləminin əlvanlığında, ifşa obyektlərinin və əsərlərinin yayıldığı coğrafiyanın vüsətində özünü göstərirdi. Yəni Sabir təkcə bütün milli, mənəvi köklərilə möhkəm bağlı olduğu Azərbaycan və azərbaycanlılar, yaxud deyək ki, vətəndaşı olduğu Rusiya imperiyası və bu xalqlar həbsxanasında məskun olan millətlər haqqında yazmaqla kifayətlənmir, digər ölkələrin, o cümlədən də daha çox İran və Türkiyənin də problemlərindən bəhs edən qiymətli əsərlər yaradıb nəşr etdirirdi. İran və Türkiyə bizim ənənəvi tarixi qonşularımız idi. Dinimiz, dilimiz, tarixi, ictimai, siyasi, mədəni hadisələr, ədəbiyyatımız da sözü gedən ölkələrlə Azərbaycanın əlaqələrini şərtləndirən ciddi amillər idi. Buna görə də Sabir İran və Türkiyədə baş verən iri miqyaslı ictimai hadisələrə laqeyd qala bilmir, öz satiraları ilə onlara fəal və operativ münasibətini bildirirdi. Bu baxımdan on milyonlarla soydaşımızın yaşadığı İrandakı məşrutə qayğıları, özəlliklə Təbrizdəki inqilabi hərəkat həmişə Sabirin diqqət mərkəzində olmuşdur. Şair başda Məmmədəli şah olmaqla İran irticasının antixalq xarakterini dönə-dönə ardıcıl olaraq qamçılamış, xalq azadlıq hərəkatının rəhbəri Səttar xanın tarixi qələbələrini böyük rəğbət və dərin səmimiyyət duyğuları ilə tərənnüm etmişdi. Sabirin böyüklüyü bir də onda idi ki, bu qəbildən olan əsərlərində yalnız özünün yox, uca məqamlı, səlahiyyətli təmsilçisi olduğu bütün Azərbaycan xalqının duyğu və düşüncələrinin, fikir və qənaətlərinin tərcümanı kimi çıxış edirdi. 11

Beləliklə də Cənubi Azərbaycanda gedən milli azadlıq uğrunda mübarizə hərəkatı həmişə Sabirin diqqət mərkəzində olmuş, o öz əsərləri ilə cənublu qardaşlarımızı haq iş uğrunda mübarizəyə ruhlandırmışdır. Fikirləşirəm ki, əgər Azərbaycan ədəbiyyatında cənub mövzusuna həsr olunmuş çoxcildlik bir sanballı ədəbi antologiya nəşr edilsə Sabirin «Səttarxan» şeirini ona epiqraf verib qızılı hərflərlə yazmaq çox ədalətli bir iş olardı. Heç də təsadüfi sayılmamalıdır ki, Sabirin irsi Cənubi Azərbaycanda çox geniş yayılmışdır və çox yüksək də qiymətləndirilir. Onun əsərlərinin İranda məşrutə hərəkatına bir ordudan ziyadə xidmətlər göstərdiyi barədə A.Səhhətin yana-yana yazdığı etirafları bu gün həyəcansız oxumaq olmur. Məşhur İran alimi Yəhya Ariyənpur hələ keçən əsrin 60-cı illərində təsdiq edirdi ki, Sabirin Azərbaycan və fars dillərində nəşr olunmuş «Hophopnamə»si orada yaşayan azərbaycanlıların və digər xalqlara mənsub oxucuların evlərində Hafiz Şirazinin divanı qədər sevilir, əzizlənir və nadir, müqəddəs bir kitab kimi qorunur. Sabirin sənətdə yolu, müxtəsər tərcümeyi-halı, ədəbi irsinin böyük məna və əhəmiyyəti haqqında ilk mötəbər məlumatı şairin müasiri və ən yaxın dostu, ixtisasca həkim olan görkəmli şair və tərcüməçi Abbas Səhhət (1874-1918) vermişdir. Bu geniş və dəqiq məlumat sonralar Sabirə dair nəşr olunmuş bütün tədqiqatlarda yetərincə kara gəlmiş, haqlı olaraq yüksək qiymətləndirilmişdir. Məşhur nasir və tənqidçi, Stalin repressiyasının qurbanı olmuş Seyid Hüseyn (1887-1937) keçən əsrin 30-cu illərinin əvvəllərində Sabirin həyat və yaradıcılığı ətrafında araşdırmalar aparmış, onun bu zaman hələ sağ olan ailə üzvləri, dostları, müəllim yoldaşları, keçmiş şagirdləri ilə görüşmüş, xatirələrini dinləmiş, bütün bunların əsasında 1934-cü ildə şairin bütün əsərlərinin («Hophopnamə»nin) yeni, mükəmməl nəşrini hazırlamış, həmin nəşrə yarı elmi, yarı bədii, çox da oxunaqlı bir müqəddimə yazmışdır. S.Hüseyn özü də Sabiri yaxından tanımış, bir müddət ona böyük şairlə dostluq etmək şərəfi nəsib olmuşdu. 1910-1911-ci illərdə Bakının Balaxanı kəndindəki camaat məktəbində müəllimlik edən Sabir ailəsinin güzəranına dəstək olsun deyə axşamlar Bakıda nəşr edilən bəzi qəzetlərin mətbəələrində mürəttib, müsəhhih (korrektor) kimi çalışırdı. S.Hüseyn də sözü gedən çağlarda öz hekayə və məqalələrini nəşr etdirməklə yanaşı mətbəədə də 12

çalışırdı və onlar bu zəmində tanış olmuşdular Müqəddimədəki bir sıra çox maraqlı fakt və hadisələri, o cümlədən də şairin evlənmə tarixçəsini S.Hüseyn dostluq çağlarında bilavasitə Sabirin özünün ona danışdıqları əsasında işləyib hazırlamışdı. Professor Cəfər Xəndan 1940-cı ildə bu müqəddimədəki faktlardan da faydalanmaqla Sabirin yaradıcılığı haqqında namizədlik əsəri yazmış, 1961-ci ildə «Şairin həyatı» adlı elmi-bədii bir kitab nəşr etdirmişdi. Sabir irsinin peşəkar tədqiqatçıları AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov, AMEA-nın müxbir üzvü Abbas Zamanov, professor Məmməd Məmmədov və professor Alxan Bayramoğlu A.Səhhətin məlum müqəddiməsindən nəşət edən faktları öz tədqiqatlarında, maraqlı əsərlərində yeni fakt və məlumatlarla zənginləşdirmiş, xüsusilə də şairin satiralarının müfəssəl elmi təhlilini vermişlər. Sabir yaradıcılığının tədqiqi və nəşri, özəlliklə onun beynəlxalq əhəmiyyətinin açılması, nəhayət «Hophopnamə»nin xarici ölkələrdə yayılması sahəsində AMEA-nın müxbir üzvü, professor Abbas Zamanovun təqdirə layiq xidmətləri vardır. Alimin haqlı qənaətinə görə dünya ədəbiyyatında ancaq o söz ustadları şərəfli, əbədi yer tuta bilir ki, onların yaradıcılığı öz milli zəmini ilə qırılmaz tellərlə bağlı olmaqla yanaşı, həm də milli məhdudiyyət, coğrafi sərhəd tanımır. Onların əsərlərində cahanşümul motivlər tərənnüm olunur. Belə ədib və şairlərin yaradıcılığı həm milli, həm də beynəlxalq əhəmiyyət daşıyır. Sabir dünyanın məhz bu cür dahi sənətkarlarından, satirik poeziya ustadlarından biridir. Onun əsərlərinin yaxın və uzaq xarici ölkələrdə dönə-dönə nəşr olunması özəlliklə 1977-ci ildə «Hophopnamə»nin ABŞ-da ayrıca kitab kimi buraxılması da bu deyilənlərin həqiqət olduğunu bir daha təsdiq edir. Abbas Zamanov qeyd edir ki pisi pis, əyrini əyri, düzü həmvar (12 ədəb, səh15) yazan Sabir zahirdə belə etməyirdi, yəni nəyin pis, nəyin əyri, nəyin düz olduğunu müstəqim mənada demir. Otuz illik bir axtarışdan sonra o belə bir qənaətə gəlmiüdir ki, cəhalət aləminin kütləşdirdiyi şüurları oyandırmaq, hərəkətə gətirmək üçün moizə və nəsihət artıq kara gəlmir, şirin qəflət yuxusuna dalanları oyatmaq üçün onlara gülmək, onları güldürmək lazımdır ki, diskinib ayılsınlar, gözlərini açıb gərnəşdikdə bərk sancmaq lazımdır ki, bir daha yuxuya getməsinlər. Bunu şairin böyük sələfi M.F.Axundov vəsiyyət etmişdi ki: Pis və çirkin adətləri 13

insanın təbiətindən istehza və masqaradan başqa, heç bir şey qoparıb çıxara bilməz. Abbas Zamanov Mirzə Ələkbər Sabir haqqında tədqiqatlar aparmış, monoqrafiya çap etdirmişdir. İsa Həbibbəyli yazır: Abbas Zamanov XIX-XX əsrlər və müasir ədəbiyyatımızın ən görkəmli tədqiqatçılarından biridir. O, nəinki Azərbaycanda, demək olar ki, bütün mədəni dünyada görkəmli sabirşünas-alim kimi tanınmışdır. Ən maraqlı faktlardan biri də budur. Abbas Zamanov filologiya sahəsində yeganə elm adamıdır ki, "Sabir və müasirləri adlı əsərinə görə namizədlik dissertasiyası müdafiə etmədən birbaşa elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Sabir irsinin çoxəhatəli tədqiqi məhz Abbas Zamanova məxsusdur. "Sabir gülür", "Sabir bu gün", "Sabir xatirələrdə", "Müasirləri Sabir haqqında" kitabları gərgin axtarışlardan və dərin elmi mühakimələrdən yoğrulmuşdur. 1961-ci ildə xalq şairi Rəsul Rza, İraq səfəri zamanı soydaşlarımızın çox qədim zamanlardan məskunlaşdıqları Kərkükün kitab mağazalarından birində, özünün yazdığı kimi, «Şirvanlı Sabirin» «Hophopnamə»sinə rast gəlir. Bu qərib və uzaq diyarda Sabirlə bu cür gözlənilməz görüş R.Rzanı həyəcanlandırır, təxərrüşə gətirir: Xoş gördük, əzizim! Möhnətli ömrünün varaqları Bu dərdli ellərə də gəlib çıxıb. Səni burda da oxuyurlar. Bundan artıq ölümsüzlükmü olar!? Qoca satıcı ilə müxtəsər dialoqdan məlum olur ki, mağazanın vitrin dolabında sərgilədiyi bu kitabı hər gün görüb onu almaq istəyən xeyli oxucusu var. Lakin kitabdar onu heç kəsə satmır. Hər kəsə imkan verir ki, «Hophopnamə»ni vərəqləyib istədiyi əsəri oxusun Şair onda böyük qədirşünaslıq və iftixar duyğusu oyadan ağ saçlı kitabfuruşa deyir: Sağ ol, əmi! Elə bil bağışladın mənə Sevinc dolu 14

Böyük bir aləmi Şairin həyat və yaradıcılığının mötəbər tədqiqatçılarından AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov «Sabir» adlı sanballı monoqrafiyasında haqlı olaraq əsaslandırır ki, şairin poeziyası Azərbaycan həyatının dərin, rəngarəng, ibrətli bədii təsvirini verərək ictimai inkişafın mütərəqqi və mürtəce meyllərini, xalqın dostunu və düşmənini müəyyənləşdirməkdə geniş kütlələrə, özəlliklə «Molla Nəsrəddin»in oxucularına yaxından kömək etmişdir. Həqiqətən də Sabir həyat həqiqətinə sədaqət prinsipinə əsaslanaraq düzü düz, əyrini əyri yazıb göstərməklə ictimai ziddiyyətlər üzərindəki pərdəni cəsarətlə qaldırmış, bununla da zülmə və haqsızlığa qarşı mübarizə işinə, demokratiyanın təntənəsinə tarixi xidmətlər göstərmişdir. Bu müstəvidə şair mütləq çoxluğun dostluq və rəğbətinə səbəb olmaqla yanaşı, özünə çoxlu düşmən də qazanırdı. O, bir tərəfdən taleyini düşünüb mənafelərini müdafiə etdiyi sadə adamların məhəbbət və rəğbətini görüb təzə əsərlər yazmağa ruhlanır, digər tərəfdən də irticaçıların, mühafizəkarların təhqir, təqib və təkfirlərindən böyük əzablar çəkərək sıxılırdı. Şeirlərinin altında Hophop, Ağlar güləyən, Boynuburuq, Çaydaçapan, Əbunəsr Şeybani və s. kimi gizli imzalar qoyduğuna baxmayaraq həm Şamaxıda, Bakıda, Azərbaycanın digər şəhərlərində, həm də İranda və Türkiyədə bir çox mürtəcelər cəmiyyətin həyatına çaxnaşma salan bu kafirin kim olduğunu öyrənib ona söyüşlər yağdırır, hədə məktubları göndərir, bəzi ruhanilər ölümünə fitva verir, cahillər qabağını kəsib ağır sözlər deyirdilər. Sanma əzdikcə fələk bizləri, viranlıq olur, Un təmənnası ilə buğda dəyirmanlıq olur. Qarışıqdır hələlik millətin istedadı, Ələnirsə safı bir yan, tozu bir yanlıq olur. Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur. Şair inanırdı ki, vaxt gələcək, şəninə bənzərsiz misralar yazlığı Azərbaycan balalarının istedadı gur çiçəklər açacaq, onlar öz şirincə ana dilində təhsil aldıqları məktəblərdə digər mahnılarla yanaşı bu ürək açan şərqini də böyük həvəslə oxuyacaqlar. 15

Dahi şairin irsinin öyrənilməsində böyük rolu olan tədqiqatçılardan biri də Mir Cəlal Paşayevdir. Professor Mir Cəlal Paşayev Sabir haqqında elmi oçerkin müəllifidir. Ədəbiyyat tarixində Sabir haqqındakı oçerk mövcud tədqiqatları ümumiləşdirməsi, bir klassik kimi bu dahi şairin ədəbiyyat və mədəniyyət tariximizdə, inqilabi hərəkatda mövqeyini və yerini müəyyənləşdirməsi ilə diqqəti cəlb edir. Oçerkdə Sabir milli şeirin inkişafında yeni mərhələnin aparıcı ədəbi hadisəsi, tamamilə yeni məktəbin, inqilabi satira üslübünün banisi sayılırdı. Sabir haqqında oçerk şairin həyat və yaradıcılığını əhatə edirdi. Mir Cəlal Sabir yaradıcılığını iki əsas istiqamətdə lirik və satirik poeziya kimi təhlil edir. Oçerkdə şairin məzmun və forma cəhətdən klassik şeirlə əlaqələri araşdırılır. Mir Cəlal ictimai vətəndaşlıq hisslərinin ifadəsində Sabir lirikasının özünəməxsusluğunu müəyyənləşdirir. Müəllifə görə Sabirin lirikasında ictimai fəallıq, vətəndaş mövqeyi və qeyrəti vardır. Müəllif qeyd edir ki, Sabir poeziyasının gücü ictimai tənqid pafosundadır. Doğru fikirdir ki, Beynəlmiləl şerindən sonra Sabir llirika ustası kimi yox, qüvvətli bir mütəfəkkir, günün ehtiraslı bir mübarizi, nüfuzlu natiq kimi tanınmağa başladı. M.Cəlal Sabir satirasında gerçəkliyi əhatə miqyasının genişliyini onun realizminin yeni keyfiyyəti sayırdı. Siyasi quruluşdan tutmuş məişətin ən xırda bəlalarına qədər hər şey Sabirin tənqidi gülüşünün hədəfi idi. Oçerkdə Sabir novartorluğunun inqilabi satira məktəbi, yeni mübarizə şeri, ictimai siyasi satira məktəbi əlamətləri ilə xarakterizə olunması ədəbiyyatşünasın bu şerin bədii hadisə olaraq estetik təbiətini müəyyənləşdirməsindən irəli gəlirdi. Mir Cəlalın yazdığı oçerkin bir mühüm məziyyəti də ondadır ki,burada Sabirin ədəbiyyat və mədəniyyət tariximizdə, inqilabi hərəkatda misilsiz mövqeyi və yeri müəyyənləşdirilir. Şairin mübarizə və tənqid hədəflərini qeyd edir. Yüz illər boyu Nizamilərə, Nəsimilərə, Füzulilərə təqlidən yazılan, onlardan irəli getməyən, köhnəlmiş, çeynənmiş, təravətini, ləzzətini itirmiş qəzəl ədəbiyyatına qarşı Sabirin yeni satirik şeiri parlaq bir qılınc kimi parladı (11 ədəb, səh41). Oçerkində müəllif şairin həm məzmun, həm də forma cəhətdən klassik şeirə nəzərəçarpan bir yenilik gətirdiyini göstərir. Şairin bu yolda müəyyən, yeni məzmuna, yeni orijinal fikir 16

tərənnümünə yalnız yaradıcılığının sonlarında yazdığı bir sıra klassik üslublu şeirlərində nail olduğunu göstərir. M.Cəlal Sabir yaradıcılığının ilk və sonrakı əsas mərhələsinin mahiyyət və keyfiyyəti haqqında dolğun təsəvvür yaratmağa çalışır. Sabir yaradıcılığının ilk dövrünə aid söylədiyi mülahizədə yanılmır, bəzi qəzəllərində məsələn, Şəkibayi kimi şeirlərində artıq şairin klassik üslubdan və ictimai məzmundan uzaqlaşdığını, öz mənlik qüdrətini, mənəvi böyüklüyünü tərənnüm etdiyini, daha doğrusu şeirə bir vətəndaşlıq mahiyyəti gətirdiyini də əsaslandırır, Beynəlmiləl, Səttarxana kimi şeirlərini də bu baxımdan təhlil süzgəcindən keçirir. M.Cəlal Sabir satirasının vətəndaşlıq cəsarətini yalnız feodal ağalığını, çarizmi, istismar dünyasını, irticanı cəsarətlə, hünərlə ifşa etməsilə məhdudlaşdırmırdı. Onun təhlilində ən maraqlı cəhətlərindən biri şairin vətəndaşlıq hünərini ədəbi hərəkatın özündə belə köhnəlmiş, mühafizəkar formalara qarşı çıxmasında görürdü. Mir Cəlal Sabirin şeirə mahiyyət yeniliyi gətirdiyini əsaslandırarkən onun heç də klassik ənənələrindən tamamilə üzülmədiyini, klassik formaya yeni məzmun, ifadə çalarları gətirdiyini tutarlı misallarla izah edir, şairin satiralarını fərqləndirən kinayə və istehza ilə təsvir üsullarını balaca canlı həyat səhnəcikləri yaratmaq, ciddi şeirdə ciddi planda gülüş və canlı xalq dilindən istifadə etmək kimi keyfiyyətləri açır. Sonra müəllif yazır: Nəzəri cəhətdən realizmin tələblərini bəlkə də Sabir yaxşı bilmirdi: ancaq öz yaradıcılığının təbiəti və istiqamətindən çıxaraq duyurdu ki, sxolastik Şərq şeiri ölmüş bir üslubdur: bu günkü həyat və mübarizələrə xeyir yox, zərər verən bir üslubdur. Sabirin şeirə olan tələbləri C. Məmmədquluzadənin realizmə tələb və baxışlarına tamamilə uyğundur.(11ədəb, səh 64) 60-cı illər sabirşünaslığının elmi mövzuları içərisində iki mühüm mövzunu xüsusi qeyd etməliyik. Birincisi, bu mərhələdə Sabirin irsi daha köklü problemlər işığında, məsələn, Azərbaycan ədəbiyyatında realizm, realizmin inkişaf meylləri işığında nəzərdən keçirilir; ikincisi, Sabirin sənətkarlığını, poetikasını, surətlər aləmini öyrənmək yolunda ciddi elmi təşəbbüslər yaranır. Bunu da deməliyik ki, keçən əsrin 60-cı illərinin əvvəllərində (1962-ci ildə) Sabirin 100 illiyinin keçirilməsi onun yaradıcılığının tədqiqi məsələsinə xüsusi təkan vermişdir. 17

Mir Cəlal Sabir realizmini ayrıca bir problem halında öyrənən ilk tədqiqatçılardandır. Onun əsərlərində şairin realizmini doğuran ictimai-siyasi amillər (1905-1907-ci illər inqilabı) əhatəli və doğru mənalandırılır və göstərilir ki, şairin realizmi həyatı tələbatından, ictimai- siyasi ehtiyacdan doğmuşdur. Mir Cəlal Füzuli sənətkarlığını məharətlə tədqiq edən bir alim kimi Sabir yaradıcılığının bədii sənətkarlığı xüsusiyyətləri haqqında da çox maraqlı fikirlər söyləmişdir. Belə ki, Mir Cəlal Sabir yaradıcılığında bədii sənətkarlıq məqaləsində başlıca olaraq şairin xalq ədəbiyyatı ilə əlaqəsi, şeirlərinin şəkil və vəzn xüsusiyyətləri, novatorluğu, poetikası, tipikləşdirmə üsulları və s. məsələlərlə bağlı ümumiləşdirilmiş fikir və mülahizələr söyləmişdir. Deməliyik ki, alimin Sabir sənətkarlığının vacib sahələri ilə bağlı fikirləri zəngin olduğu qədər də düzgündür və sabirşünaslığın bu sahəsinin hərtərəfli tədqiqində uğurlu başlanğıcdır. Mir Cəlalın Sabir haqqında elmi tədqiqatları eləcə də Yolumuz hayanadır romanı bu gün də öz təsirini və aktuallığını itirməyən elmi və bədii nümunələrdir. Professor Cəfər Xəndan Hacıyevi ilk növbədə, görkəmli sabirşünas alim kimi tanıyırıq. görkəmli ədəbiyyatşünas professor Cəfər Xəndanın «Sabir» monoqrafiyası (1940) xüsusi qeyd olunmağa layiq elmi əsərdir. Bu, M.Ə.Sabir haqqında nisbətən ilk iri monoqrafik tədqiqat idi. Monoqrafiyanın giriş hissəsində müəllif Sabir haqqında özünə qədərə yazılanları müxtəsər şəkildə nəzərdən keçirir, onların uğurlu və qüsurlu cəhətlərini göstərməyə çalışır. Müəllif haqlı yazırdı ki, hələ «Sabir yaradıcılığını dərindən elmi əsaslar üzrə təhlil edən böyük bir əsər yaradılmamışdır». C.Xəndanın tədqiqatında olduqca qiymətli bir fikir diqqəti cəlb edir: Müəllif Sabirin əsərlərinin inqilabi satira səviyyəsinə yüksəlməsini göstərmək xatirinə heç də qəzəl yaradıcılığının əhəmiyyətini azaltmır, əksinə, bu qəzəllərdə səmimi eşq aləmindən bəhs olunması, eşq məfhumunun yüksək tutulması kimi sağlam, qiy- 18

mətli məziyyətlər müşahidə edir, bu keyfiyyətləri aşkara çıxarır. Bununla belə, monoqrafiyanın əsas problematikasını Sabir satirasının ideya mündəricəsi, ictimaisiyasi hadisələrlə əlaqəsi, bu satirada tarixiliyin qüvvətli olması kimi xüsusiyyətlər təşkil edir. C.Xəndan Cənubi Azərbaycan mövzusunda qiymətli sənət nümunələri yaradan, İranda baş verən hadisələri əsl vətənpərvər kimi qiymətləndirən və müdafiə edən Sabir irsinə çox yüksək qiymət verir.o, Sabirin inqilaba, inqiabçılara realist münasibətini bütün təfərrüatı ilə işıqlandırmaq üçün rəsmi dövlət sənədlərindən, İran inqilabının rəhbərləri Səttar xanla Bağır xanın şücaətlərini tərənnüm edən şeirlərindən geniş, ətraflı bəhs edir. C.Xəndanın tədqiqatında mühüm yenilik bir də ondadır ki, o, Sabir şeirinin İran demokratik ədəbiyyatına təsirini bəzi konkret nümunələr əsasında (M.Etimad, S.Ə.Gilani) göstərilmişdir. Cəfər Xəndan xalq şairinin vəfatının 35-illiyi ilə əlaqədar yazdığı «Sabir və Şərq» məqaləsində Sabirin təsir dairəsini daha geniş miqyasda açmağa təşəbbüs etmişdir. Professor C.X.Hacıyev həm də ilk dəfə olaraq Sabirin klassiklərlə, xüsusən də, Füzuli irsi ilə əlaqələrinə dair düzgün mülahizələrlə çıxış etmişdir. «Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri» monoqrafiyasının maraq doğuran problemlərindən biri Sabir romantikasının tədqiqidir. Təəssüf ki, C.Xəndana qədər ədəbiyyatımızda müəyyən mövqeyi olan böyük sənətkarların, o cümlədən Sabirin də yaradıcılığında romantika, romantik motivlər, realizm və romantizm ədəbi cərəyanları arasında qarşılıqlı əlaqə və təsir məsələləri əsaslı və ciddi şəkildə öyrənilməmişdir. Buna görə də, C.Xəndan öz tədqiqatında Sabir yaradıcılığında romantika məsələsini xüsusi olaraq araşdırmağa çalışır. Müəllif Xalq şairi S.Vurğuna əsaslanaraq deyir ki, «ən qüvvətli realist sənətkarlarda yüksək yaradıcılıq xəyalı və romantika olur. Əsl sənət əsərində bunlar ayrılmaz vəhdət təşkil edir».(18 ədəb, səh 58) C.Xəndan Sabir sənətkarlığını bir də onun folklordan və canlı xalq ifadələrindən istifadə istiqamətində araşdırmışdır. Deməliyik ki, hələ 1940-cı ildə çap etdirdiyi «M.Ə.Sabir» monoqrafik əsərində C.Xəndan Sabir və folklor məsələsinə toxunmuşdur. Burada isə müəllif məsələni daha dərindən işləyib ciddi 19

elmi nəticələrə gəlmişdir. C.Xəndanın nümunə və təhlillərlə əsaslandırdığı fikirlərindən biri də budur ki, folklor ayrılıqda kollektiv yaradıcılığın məhsulu olsa da, onun ilk özülünü ayrı-ayrı fərdlər yaradır. Bu mənada müəllif Sabirin xalq yaradıcılığına çox qiymətli əlavələr etdiyini göstərir, bir növ, şairin bəzi deyimlərini «folklorlaşdığı» fikrini irəli sürür. Bu fikrin izahı üçün C.Xəndan Sabirin artıq zərb-məsəl kimi xalq «təfəkkürünə» əbədi daxil olmuş «Mən gedərsəmsə, məramım yenə dünyada durar», «Mən günəşi göydə dana bilmirəm» kimi aforizmlərini misal gətirir.(18 ədəb, səh 95) Ümumiyyətlə, C.Xəndan 1930-40-cı illərdə M.Ə.Sabir yaradıcılığı ilə ciddi məşğul olan tədqiqatçılardan biri olmuşdur. O, bir tərəfdən Sabirə məqalələr həsr edir, digər tərəfdən də ali məktəblər üçün hazırladığı «XX əsr Azərbaycan ədəbiyyatı» dərsliyində Sabir yaradıcılığından geniş bəhs açırdı. Həmin dərsliyin yeni nəşrində isə M.Ə.Sabir haqqında oçerk əsaslı şəkildə işlənərək xeyli mükəmməlləşdirilmişdir. Sabir irsinin tədqiqi və öyrənilməsində yeni mərhələ Görkəmli alim, AMEA-nın müxbir üzvü Rafael Hüseynov Sabir haqqında yazılan Mirzə Ələkbər Sabir davam edir ənənələr monoqrafiyaya yazdığı Sabirin güzgüsü adlı ön sözdə Tərlan müəllimi Sabir haqqında kitab yazmaq 20

xatirinə kitab yazan, böyük şairi yubileydən yubileyə, bayramdan bayrama yada salanlardan olmadığını və Sabiranə yazdığını ifadə etmişdir. Bu fikirlər bir daha təsdiq edir ki, T.Novruzov sabirşünaslıqda xüsusi mövqeyi olan, Sabiri dərk etmək və dərk etdirmək yolunda axtarışlar aparan yorulmaz tədqiqatçı, nüfuzlu pedaqoqdur. Sabir haqqında yazılan tədqiqatların nəticələrinin ümumiləşdirilməsi, mübahisə doğuran məsələlərə aydınlıq gətirilməsi, Sabir irsinin mərhələlərlə öyrənilməsi və müasir ədəbiyyatşünaslıq elminin nailiyyətləri əsasında təhlil olunması T.Novruzovun tədqiqat fəaliyyətinin diapozonun genişliyini sübut edir. Monoqrafiyada M.Ə.Sabir inqilabdan əvvəlki ədəbi fikirdə, Sabir irsinin öyrənilməsində yeni istiqamət (1920-30-cu illər), Sabirşünaslıq inkişafda (1940-50-ci illər), Sabir irsinin tədqiqinin müasir mərhələsi (60-70-ci illər), Sabir irsi son araşdırmalarda, Sabir irsi xaricdə problemləri sabirşünaslığın elmi istiqamətləri kimi araşdırılmış, zəngin elmi mənbələrin əsasında fundamental tədqiqat işi ərsəyə gətirilmişdir. Ədəbiyyatımızda əruzşünaslıq məktəbinin banisi hesab edilən Əkrəm Cəfərin tədqiqatlarında Sabirin klassik irslə əlaqəsi, müxtəlif şeir şəkilləri müəyyən üsul və vasitələrlə izlənilir, nəzirə və bənzətmələri təhlil edilir, şairi sələfləri və xələflərindən fərqləndirən xüsusiyyətlər araşdırılır və ümumiləşdirilir. Bu istiqamətlərdə Tərlan müəllimin monoqrafiyada apardığı nəzəri təhllilər də diqqəti cəlb edir. Professor Tərlan Novruzovun namizədlik və doktorluq işinin də Sabirlə bağlı olması da onun Sabir irsinə böyük məhəbbət və sevgisindən irəli gəlmişdir. Sabir irsinin tədqiqi tarixində görkəmli sabirşünas alim, professor Məmməd Məmmədovun İdeal qardaşları, Şair-vətəndaş, Sabir və məktəb, Sabir və Azərbaycan demokratik mətbuatı, Sabir: mübahisələr, həqiqətlər kitablarının orijinallığı, faktların zənginliyi baxımından fərqlənməsi də mövcud monoqrafiyanın sanbalı və dəyərini qat-qat artırmışdır. XX əsrin 60-70-ci illərindən başlayaraq ədəbiyyatşünaslıqda sosioloji təhlildən uzaqlaşıb novatorluq məsələlərinin tədqiqi gündəmə gətirilir. Bu istiqamətlərdə aparılan tədqiqatlar 90-cı illərdə də davam etdirildi, uğurlu nəticələr əldə edildi. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın 1997-ci ildə Mütərcim nəşriyyatında çap edilən Sabir novatorluğu kitabı bu sahədəki 21

boşluğu tamamlamaq zərurətindən yarandı. İki fəsildən ibarət olan bu tədqiqat əsərində Sabir şeirində mövzu, məzmun və ideya novatorluğu, Sabir şeirində forma yenilikləri tədqiq olundu, elmi-nəzəri fikirlərin təhlilinə müasir ədəbiyyatşünaslıq fonundan düzgün qiymət verildi. Bu istiqamətlərdə aparılan ümumiləşmələr, nəzəri təhlillər T.Novruzovun tədqiqatında xüsusi vurğulanır və bu problemlərin sabirşünaslıqda böyük əhəmiyyət kəsb etdiyi göstərilir. Sabir irsinin öyrənilməsində Sona Xəyalın Mirzə Ələkbər Sabirə yeni nəzər, N.Kərəmovun Mirzə Ələkbər Sabirin səyahətləri, S.Aslanovun Sabir yalnız şair idimi kitabları da əhəmiyyətli və tədqiqatçılar üçün faydalı mənbələrdir. Son illərdə çap olunan S.Aslanovun M.Ə.Sabir və türk dövlətçiliyi tarixi məsələləri, A.Səmədovun M.Ə.Sabir: böyük satirik, mahir pedaqoq, R.Hüseynzadənin M.Ə.Sabirin pedaqoji görüşləri məqalələri də Sabir irsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Ümumiyyətlə, Sabir irsinin tədqiqi və təbliği ilə bağlı aparılan tədqiqatların mövzu problematikası geniş, tədqiqatçıların sayı kifayət qədərdir. Sabir nəinki Azərbaycanda, hətta onun hüdudlarından çox-çox uzaqlarda tədqiq edilir, öyrənilir. Mən bu çətin, şərəfli omür yolunda müəllimimə uğurlar diləyir, sabirşünaslığı yeni-yeni elmi axtarışlarla zənginləşdirməyi arzu edirəm. Nəticə Sabir hər şeydən əvvəl, yüksək əqidə, məslək, böyük amal şairi idi. Təəssüf ki, zəmanəsinin fövqündə dayanan bu mütəfəkkir sənətkar ədəbiyyatşünaslığımızda daha çox dövrün qüsur və nöqsanlarını amansızcasına ifşa edən bir satirik kimi təqdim edilmişdir. Əslində Sabir yaradıcılığının ictimai, milli, bəşəri məzmunu və mündəricəsi bütünlükdə satiralarında ifadə olunan işıqlı, müsbət ideala, vətənin,millətin azad, xoşbəxt gələcəyinə olan böyük inam və 22

etiqadla bağlıdır. Sabir satirasının gücü, qüdrəti bir də ondadır ki, o, bir sənətkar kimi yaradıcılığa başladığı ilk günlərdə xalqın dostu ilə düşmənini düzgün müəyyən etmişdir, kimə və nəyə qarşı mübarizə apardığını yaxşı bilirdi. Sabirin estetik düşüncəsində əğniya nın dövlətlinin düşmən obrazı yox idi. Aşqa sözlə, Sabir aşağı-yuxarı təbəqə münasibətlərinə antoqonist ziddiyyətlər prizmasından yanaşmırdı.şairin Ey müsibətzadə dindaşlarım, etdikcə nəzər adlı bir matəm qəsidəsi növhəsi var. Bu növhə quberniya qazisi Hacı məcid Əfəndinin ölümü münasibətilə yazılmışdır. Elmi ədəbiyyatşünaslıqda Sabirin din xadimi, alimi-həqiqi, pədəri-mənəviyi-əhli-vətən adlandırası şairin dünyagörüşü və din xadimlərinə münasibətindəki məhdudiyyət izah edilmiş, inqilabçı satirikin din xadimlərinə münasibət məsələsində axıradək ardıcıl, prinsipial mövqe tutmaması, bəzən dini təsirə qapılaraq ruhanilərə güzəştə getməsi kimi mənalandırılmışdır. Sabirin satirik üslubu birdən-birə formalaşmamışdır. Bu nöqtəyə çatana qədər o, uzun bir hazırlıq mərhələsi keçmişdir. Hələ çox-çox əvvəllər gənc şair mürtəce adamlara, gərilik və mövhümata tənqidi yanaşmağa başlamışdı. 1905-ci il inqilabı isə Sabirin dünya baxışında və bədii yaradıcılığında əsaslı dönüş əmələ gətirmişdir. Şair inqilabi hərəkata rəğbət bəsləmək, özünəməxsus üslubda ideyalar təbliğ etmək dərəcəsinə yüksəlimişdir. Əsərlərində ictimai məzmun, siyasi pafos güclənmiş, onda vətənpərvərlik, inqilabi-demokratik ideyalar, yüksək mənada xəlqilik xüsüsiyətləri qüvvətlənmişdir. İstifadə olunmuş ədəbiyyat 1. Abbas Səhhət. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1950 2. Azərbaycan ədəbiyyatı tarixi. II cild, Bakı, Az. SSR Elmlər Akademiyası, 1960 3. Sabir M. Ə. Hophopnamə. I cild, Bakı, Şərq-qərb, 2004 4. Mir Əhmədov Ə. Sabir. Bakı, Az. Elmlər Akademiyası,1958 5. Əliyev K. Tənqidin poetikası. Bakı, Elm və Təhsil, 2012 6. Hüseynov F. Molla Nəsrəddin və Molla Nəsrəddinçi şairlər. Bakı, Yazıçı, 1986 23

7. Əzizov V. Ə. Sabir satiralarında müasirlik. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, Bakı, 2005 8. Mir Əhmədov Ə. Azərbaycan ədəbiyyatına dair tədqiqlər (XIX-XX əsrlər). Bakı, Az SSR Elmlər Akademiyası, 1981 9. İbrahimov M. Böyük şairimiz Sabir. Bakı, Az. Dövlət Nəşriyyatı, 1962 10. Məmmədov M. Sabir və Azərbaycan Demokratik mətbuatı. Bakı, Elm, 1974 11. Hüseynov Mir Cəlal F. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, Marif, 1982 12. Zamanov A. Sabir bu gün. Bakı, Gənclik,1985 13. Zamanov A. Sabir gülür. Bakı, Gənclik, 1981 14. Zamanov A. Sabir və müasirləri. Bakı, Az. Dövlət Nəşriyyatı, 1973 15. Zamanov A. Əməl dostları. Bakı, Az. Dövlət Nəşriyyatı, 1979 16. Zamanov A. Sabir xatirələrdə. Bakı, Gənclik, 1982 17. Sabir M. Ə. Hophopnamə. II cild, Bakı, Şərq-qərb, 2004 18. Xəndan C. Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1962 19. Xəndan C. Şairin həyatı. Bakı,Gənclik, 1977 20. Sabir (məqalələr məcmuəsi). Bakı, Az. SSR Elmlər Akademiyası, 1962 21. Cəfərzadə Ə. Sabir. Bakı, Az. Dövlət Nəşriyyatı, 1989 22. Bayramoğlu A. Sabir Bakıda. Bakı, Təhsil, 2012 23. Əliyev K. Tənqidin poetikası. Bakı, Elm və təhsil, 2012 24. Paşayeva N. Sabir novatorluğu. Bakı, Mürtəcim, 1997 25. Xəyal S. Mirzə Ələkbər Sabirə yeni nəzər. Bakı, Örnək, 2002 26. Novruzov T. Sabir ədəbi məktəbi. Bakı, Yazıçı, 1992 24