Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

Benzer belgeler
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Marketinq. Mehdiyev Əkbər

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNEZ UNİVERSİTETİ

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

www. hedef. edu. az 2 ÜQT 2

Biologiya tədrisi sisteminin formaları

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FƏNN SİLLABUSU

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Azərbaycan dili və ədəbiyyat Proqram (bakalavr, Bakalavr

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FƏNN SİLLABUSU. Təsdiq edirəm (kafedra müdiri) İmza: Tarix: 2016-cı il

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Məktəbəqədər Pedaqogika fənni üzrə

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

1. Standardizasyon ve Kalite. Orhan Küçük. Mart 2004 / 1. Baskı / 208 Səh.

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Ülkər Bayramova

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

PLAN

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

İrina Nikitina POSTMODERNİST SƏNƏT. Birinci hissə: Postmodernizmin incəsənət və mədəniyyətdə formalaşması

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

1. Didaktika anlayışına verilən şərhlər

MÖVZU. KONFLİKTOLOGİYA: YARANMASININ NƏZƏRİ VƏ SOSİAL-TARİXİ ZƏMİNLƏRİ, QENDER ASPEKTİ

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

[18] 1. Ümumi müddəalar

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Sabancı Universiteti

Azərbaycan Respublikası Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyası. Fəlsəfə və sosial psixologiya kafedrası.

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI T Ə H S İ L P R O Q R A M I AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

NƏRİMAN HƏSƏNZADƏNİN POETİK AXTARIŞLARI

Bakı Modern Məktəbi. Yaddaş kitabçası. Azərbaycan tarixi- 6

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

H E S A B A T Q E Y D Ə A L I N D I!

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

Tədris semestri Payız 2017

İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ. Bakalavr hazırlığı üçün TURİZM MARKETİNQİ. kursunun TƏDRİS PROQRAMI

QRAMMATİK İNTERFERENSİYA HAQQINDA

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

BAKÜ DE ULUSLARARASI ŞAH HATAYİ-SULTAN SELİM SEMPOZYUMU GERÇEKLEŞTİRİLDİ

HƏDƏF KURSLARI. 2 MQT 3

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması


Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan sessiyasının təşkili və keçirilməsi Q A Y D A L A R I

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

Milli tədris planı. Giriş

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 5/ s , TÜRKİYE

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ «VERGİ VƏ GÖMRÜK ƏMƏLİYYATLARININ UÇOTU» fənninin P R O Q R A M I

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ

Ədəbiyyatın əbədiyaşarlıq ünvanı

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU PEDAQOGİKA TARİXİ. fənni üzrə P R O Q R A M

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Transkript:

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu Bakalavr hazrlığı üçün «Ədəbiyyatşünaslığa giriş» fənninin P R O Q R A M I «HS 020200 Azərbaycan dili və ədəbiyyat» ixtisası üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının «---» bölməsinin «- ---» tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (protokol )

B A K I Tərtib edən: Vüqar Əhməd filologiya elmləri doktoru, professor Redaktor: Baba Babayev filologiya elmləri namizədi, dosnent Rəyçilər: Sabir Əmirov filologiya elmləri doktoru, professor Bilal Həsənli pedaqoji elmlər namizədi, dosent Nazilə Abdullazadə Azərbaycan Müəllimlər İinstitutunun baş müəllimi 2

İzahat vərəqəsi Bədii ədəbiyyat dedikdə həyatın, varlığın obrazlı inikası nəzərdə tutulur. Bədii ədəbiyyat ictimai məzmun daşıyır. «Ədəbiyyat» sözü ədəb, mərifət sözündən götürülmüşdür. Demək, ədəbiyyatın birinci vəzifəsi insanı tərbiyə etməkdir. İnsanın başqalarına münasibətində, dünyagörüşünün inkişaf edib formalaşmasında, özünü dərk etməsində, milli-mənəvi keyfiyyətləri qorumasında, nəcib sifətlərə malik insan kimi tərbiyə olunmasında bədii ədəbiyyat mühüm bir vasitədir. Lakin bədii əsəri ideyaestetik cəhətdən düzgün başa düşmək, təhlil etmək, qiymətləndirmək və ondan lazımi nəticə çıxarmaq sadə bir məsələ deyildir. Məlum məsələdir ki, bədii ədəbiyyat əql və dəlillə izah olunmayan məsələləri bədii ifadə və surətlərlə anladır. Lakin bədii əsərin dərki üçün ədəbi istedad daha mühüm rol oynayır. Ədəbi istedadın parlaması isə bədii zövqün yetkinliyindən, ədəbiyyatşünaslıqla tanışlıq dərəcəsindən çox asılıdır. Ədəbi prosesin mahiyyətini, hissi təsir və ünsürlərini (fikir, duyğu, təsvir) bədii yaradıcılığa spesifikliyini və inkişafınımənimsəməy, eyni zamanda dərk etməyə ədəbiyyatşünaslıq müqayisə olunmaz dərəcədə rol oynayır. 3

Mövzu Mühazirə Semina r 1. Ədəbiyatşünaslığın əsasları fənninin 2 2 məzmunu və vəzifələri, onun sahələri. Ədəbiyyatşünaslığın başqa elmlərlə əlaqəsi, incəsənətin mənşəyi 2. Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri. 2 2 Ədəbiyyatşünaslığın yaranması 3. Ədəbiyatşünaslıqda meyl və cərəyanlar 2 2 4. Bədii ədəbiyyat söz sənətidir. Obraz və 2 2 obrazlılıq 5. Bədii kompozisiya. Proloq və epiloq 2 2 6. Süjet. Süjet xəttinin mərhələləri 2 2 7. Bədii dil. Dilin bədii ifadə imkanlarının 2 2 genişliyi. Məcazlar sistemi 8. Nəzm və nəsr. Nəzmin əsas əlamətləri 2 2 9. Heca vəzni. Azərbaycan şeirində heca 2 2 vəzninin formaları 10. Əruz vəzni. Əruz şeir ölçüsünün mənşəyi və yayılması. Sərbəst şeirin yaranması və 2 2 11. 12. 13. 14. 15. 16. 17. inkişafı Ədəbi növlər və janrlar. Epik növ. Azrbaycan ədəbiyyatında epik növün inkişafı 4 4 Lirik növ. Lirik janrları epik janrlardan 2 2 fərqləndirən cəhətlər Dramatik növ. Dramatik növün janrları. 2 2 Azərbaycan dramının inkişafı Ədəbi metod və cərəyanlar. Yazıçının bədii 2 2 yaradıcılıq metodu Klassizm və sentementalizm ədəbi 2 2 cərəyanları Romantizm. Romantika ilə realizmin 2 2 vəhdəti Realist metod. Realist metodun tələbləri 2 2 4

«Ədəbiyyatşünaslığa giriş» filologiya fakültələrinin birinci kursunda tədris olunur. Müəllim tələbənin I kursda ədəbi-nəzəri hazırlığını, bədiiestetik vərdişinin azlığını nəzərə almalıdır. Çünki I kursda tələbələrin ədəbinəzəri biliklərlə silahlandığı fikrini irəli sürmək çətindir. Odur ki, müəllim mühazirəni sadə və məzmunlu, bədii fakt və nəzəri fikir konkretliyində qurmalıdır; get-gedə tələbələrin biliyinin genişlənməsi üçün mütaliənin miqyasını artırmaqla, tələbələri ədəbi prosesi sərbəst mənimsəməyə, ədəbi prosesin meyllərini, qanunauyğunluqlarını təhlil etməyə yönəltməlidir. Tələbələr ədəbi prosesin inkişaf xəttini o zaman dərindən dərk edə bilərlər ki, müəllim ədəbi faktların təhlilini: birinci, xalqın tarixi inkişafı, azadlıq mübarizəsinin ən mühüm cəhətləri ilə bağlı olan faktlarla; ikinci, öyrənilən dövrün ədəbi mühiti üçün səciyyəvi olan faktlarla sistematik və ardıcıl şəkildə əlaqələndirsin. Filologiya fakültəsinin I kurslarında tədris olunacaq «Ədəbiyyatşünaslığın əsasları» fənninə mühazirə və seminar dərslərinə eyni miqdarda (36+36) saat ayrılmışdır. Mühazirə saatlarını biz aşağıdakı qaydada planlaşdırmağı məqsədəmüvafiq hesab edirik: «Ədəbiyyatşünaslığın əsasları»nın məzmunu və vəzifələri, onun sahələri, başqa elmlərlə əlaqəsi, incəsənətin mənşəyi 2 saat. 5

Ədəbiyatşünaslıq elm kimi, onun mahiyyəti və vəzifələri. Ədəbiyyatşünaslıq elminin bölmələri: ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi tənqid. Ədəbiyyatşünaslığın sahələrinin bir-biri ilə əlaqəsi və bir-birini tamamlaması, ona yaxın və bağlı sahələr: tarixşünaslıq, dilçilik, mətnşünaslıq, fəlsəfə, sənətşünaslıq və biblioqrafiya. Bu elmlərin ədəbiyyatşünaslıqla əlaqəsi. İbtidai incəsənətin hiss və müşahidədən yaranması, kollektivin əmək hyatı ilə, ibtidai mifologiya, kosmoqoniya və tarixlə, eyni zamanda musiqi ilə meydana gəlməsi, bədii düşüncənin bilavasitə nəqqaşlığı, təsviri sənəti, heykəltaraşlıq və qrafikanı, epik, lirik və dramatik növləri yaratması. Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri. Ədəbiyatşünaslığın yaranması. Ədəbiyyatşünaslıqda meyl və cərəyanlar 4 saat. Antik dövrd ədəbi-nəzəri fikrin inkişafı, Platon, Aristotel və Horatsinin şəklində «poetika»nın inkişaf etdirilməsi. Ədəbi əsər üslub və bədii formanın digər komponentləri baxımından qiymətləndirilməsi, bədii tip və bədii ümumiləşdirməyə münasibət müxtəlifliyi, antik estetikanın bədii ümumiləşdirmənin sənətin mühüm prinsipi kimi irəli sürülməsi. Platonun bədii yaradıcılığı, onun idealist mövqedə dayanması, bədii yaradıcılığı «ədəbi ideya»nın inikası kölgənin kölgəsi hesab etməsi Aristotelin yunan yazıçılarının bədii təcrübəsini, estetik fikrini və sələflərinin sənətə baxışlarını sistemləşdirməsi, estetik biliklər külliyyatı «poetika»nı yaratması. Ədəbiyyatı növlərə ayırması. Qədim Roma estetik fikrində Horatsinin «Tizonlara məktub» adı ilə məşhur olan «Poeziya sənəti» mənzum traktatı. Orta əsrlərin əvvəllərində Qərbi Avropada ədəbi-nəzəri fikrin dini teoloji istiqamət alması sənətin predmetinin simvolizm və alleqoriya axması. 6

Azərbaycanda ədəbi-estetik fikrin axını istiqamətləri.klassizimdən əvvəl və klassizmin inkişafı illərində incəsənətin təcrübəsini ümumiləşdirmək meylləri: XVIII əsrin ortalarında maarifçi realizmin formalaşması. Avropa klassik fəlsəfəsinin bədii yaradıcılığa təsiri. Hegelin incəsənətin inkişafına simvolik, klassik, romantik forma ilə əlaqələndirməsi. Ədəbiyyatşünaslığın yaranması. Herderin ilk ədəbiyyatşünas, bədii yaradıcılığın tarixçisi və onun öyrənilməsini yeni elmi-filoloji mərhələyə salan, mədəni-tarixi məktəb, komparativizm, formalizm, freydizm və strukturalizm. Bədii ədəbiyyat söz sənətidir; obraz və obrazlılıq 2 saat. Bədii ədəbiyyatı elmi ədəbiyyatdan ayıran spesifik cəhətlər. Bədii ədəbiyyatın spesifikasının yaradıcılıq prosesinin ümumi qanunauyğunluqlarını əhatə etməsi. Bu haqda Aristotelin, Hegelin, Tolstoyun və b. fikirləri; faktlarla «Ruhi məzmunu obrazda təcəssüm etdirməklə ədəbiyyat xalqın müəllimi ola bilər», «ədəbiyyat insan qəlbinin tarixidir», «incəsənətin gözəlliyi ruhun zəmini əsasında yaranır», «sənətin spesifikası ictimai funksiyada, gerçəkliyin düzgün çatdırılmasındadır». Bədii ədəbiyyatın sosial təbiəti, ictimai rolu və inkişaf qanunauyğunluqları. Ədəbi materialın qiymətləndirilməsi prinsipi. Tipikliyin estetik kateqoriya kimi hadisələrin ümumi, mühüm qanunauyğun tərəflərini və inkişaf prosesini müəyyən etməsi. Surətin həyat yolu, xarakteri, formalaşması, onun taleyinin, əxlaqi-mənəvi aləminin bədii əsərin əsasında dayanması; bədii yaradıcılıqda surətlərin personajlara, peyzajlara, əşya surətlərinə bölünməsinin şərtiliyi; obrazın ideya estetik əhəmiyyəti, onun insan həyatının konkret və ümumiləşdirilmiş lövhəsi olması. Tipikliyin dərki və onun nəzəri ümumiləşdirilməsi başlıca komponentlərinin həm ayrıayrılıqda, həm də bütöv kontekstdə qiymətləndirilməsi. 7

İnsanın inkişaf prosesində bədii ədəbiyyatın çoxşaxəli surətlər yaradaraq hərtərəfli təsvir etməsi, hər dövrün estetik idealını həm pozitiv, həm də neqativ planda ətraflı ifadə etməsi. Hər cəmiyyətin «öz ədəbiyyatını» yaratması, onunla həyat və gözəllik anlayışı, hadisəlrə və varlığın müxtəlifliyinə münasibətini bildirməsi; bədii ədəbiyyatın insanların fikir və arzularını, hiss və duyğularını birləşdirmək, onları yüksəltmək imkanları. Bədii əsərin məzmunu və forması, bunların daxili-bədii hərəkəti. Antik yunan fəlsəfəsində bədii əsərin predmeti, ona materialistlərin və mütləq idealistlərin fərqli münasibətləri; söz sənəti varlığın özünəməxsus inikasıdır. Formalizmin struktura və onun incəliklərilə bağlı olması, əksetdirmənin cəmiyyət ilə olan əlaqə bağlılığı. XVIII-XIX əsr klassiklərinin estetik təlimində məzmun və forma; məzmunun daxili birliyi, gerçəkliyin tarixi-konkret inikasının həyatın mühüm cəhətlərinə uyğun gəlməsi, həyatı bədii ifadənin spesifikliyi, hadisə və əhvalatlara, əhvali-ruhiyyə və meylləri birləşdirən əlaqə və rabitə. Məzmunun ideya gerçəkliyinin əhəmiyyəti, forma və məzmunun bədii bütövlüyü, bütün tərkib hissələrinin əlaqədar olması. Yazıçıların tarixə və tarixi şəxsiyyətlərə, təbiət və cəmiyyət hadisələrinə yanaşma üsullarının, təəssürat və düşüncələrinin, hiss və həyəcanlarının müxtəlifliyi, bədii yaradıcılıqda təcrübə və dünyagörüşünün rolu. Məzmunun formasını müəyyən etməsi. Mövzu və ideyanın məzmunun tərkib hissələri, janr, ahəng, ölçü, dilin isə formanın tərkib hissələri olması. Bədii əsərin mövzusunun yazıçı tərəfindən qavranılan, dərk edilən və dövr üçün səciyyəvi olan hadisəylə bağlı olması. Yazıçı tərəfindən mövzunun seçilməsi, həyat faktlarının ümumiləşdirilib, tipikləşdirilməsi yazıçının dünyagörüşü və həyat hadisələrinə münasibəti ilə bağlı olması. Bədii əsərin forması ilə məzmunun vəhdəti birinin digərinə olan münasibəti, formanın məzmuna don 8

geyindirməsi, onun bədii-estetik təsirini qüvvətləndirməsi, məzmunun isə formasını müəyyən etməsi. Bədii kompozisiya və süjet, süjetin ünsürləri 4 saat. Bədii əsərdə süjet və kompozisiya anlayışları. Yazıçıların həyatdan götürdüyü hadisələri, müşahidə etdikləri faktları qruplaşdırmaları, sistemə salmaları və onları dinamik inkişafda təsvir etmələri. Süjet və kompozisiyanın bir-birinə yaxın anlayışlar olması. Süjetin həyat həqiqətlərini dərk etmək vasitəsi olması, eyni zamanda bədii əsərin əvvəlindən axırına qədər davam edən mərkəzi xətt, hadisələrin məhvəri və sistemi olması. Süjetin mərhələləri: 1.ekspozisiya; 2.zavyaska; 3.kulminasiya; 4.razvyazka; 5.final. Kompozisiyanın janr xüsusiyyətləri ilə bağlı olması. Sənətkarın həyatdan götürdüyü materialları epik əsərdə bir cür, drammatik əsərdə isə başqa cür qurması, sistemləşdirməsi. Kompozisiyanın bütün əsərlərdə süjetin dərk olunmasına əsərin bədiiestetik cəhətdən qüvvətlənməsinə xidmət etməsi. Antik ədəbi-estetik fikirlə fabula anlayışı. Fabulanın süjetlə sıx bağlılığı. Fabulanın süjetin açılması üçün köməkçi vasitə kimi genişlənməkdə olan hadisələrin ardıcıllıqla müəyyənləşməsminə və süjetin özünəməxsus quruluşu sənətkarın izlədiyi qayənin başa düşülməsinə kömək edən müəyyənləşdirici amil olması. Bədii əsərdə proloq və epiloq. Bədii dil. Dilin bədii ifadə imkanlarının genişliyi. Məcazlar sistemi 2 saat. Ədəbiyyatın əsas vasitəsi sözdür, dildir. Dil ədəbiyyatın ilk ünsürüdür. Yazıçı bədii əsrdə oxucuya təqdim etdiyi surətləri zəngin dil materiallarının köməyi ilə yaradıb fərdiləşdirir Klassiklərin yaradıcılığında söz, sözün dəyəri və poetik imkanı, onların bədii dil təlimi. Bədii dilin obrazlılığı, cilalanması, orada sözə verilən məna ilə bağlı olması. Sənətkarın ümumxalq dilindən «çiy», «xammal» halında götürdüyü söz və ifadələri 9

bədii əsərdə işlədərkən onun sənətin tələbləri əsasında süzgəcdən keçirməsi, müxtəlif məqamlarda ona müxtəlif məna verməklə fikri qüvvətləndirməsi. Bədii dilin ədəbi dilə nisbətən daha güclü təsirə malik olması. Bədii dilin az sözlə dərin məna, geniş fikir ifadə etməsi. Ədəbi dil və bədii dilin spesifik xüsusiyyətləri. Ədəbi dilin müəyyən mənaya orfoepiyanın tələblərinə, qrammatik qaydaya əsaslanması Bədii dilin canlı xalq dilinin bir qolu olması, ona əsaslanması. Sənətkarın hissiemosional dillə müasirlərinə, dövrə və zamana, gələcək nəsillərə müraciət etməsi; onun dili yaradıcı tarixi inkişafda əlavə və tərkib hissələrinin zənginliyi ilə öyrənməsi. Müəllif dilinin özünəməxsusluğu, surət dilindən fərqlənməsi, sözün ümumiləşməsi, məna yükü daşıması, onun nominal və məcazi mənası. Arxaizm, neologizm, varvarizm, vulqarizm, jarqoizm və provinsializmlər. Bədii təsvir vasitəsi, məcazlar. Sözün həqiqi və məcazi mənası. Məcazların və təşbehlərin dilin zənginləşməsində, obrazlı şəkil almasında rolu. Metafora, metanomiya, sinekdoxadan istifadə üsulları, mübaliğə və hiperbola. Simvol və alleqoriya, bunları bir-birinə yaxınlaşdıran və bir-birindən ayıran əlamətlər. Nəzm əsərlərində sözün düzümü; vurğu və tələffüz, bədii ricət, xitab, sual və bunlardan istifadə üsulları. Bədii ifadə vasitələrinin, bədii dilin çox mühüm tərkib hissəsini təşkil etməsi. İfadə vasitələrinin sərin emosianallığına, bədii cəhətdən qüvvətlənməsinə, təsvir, tərənnüm, yaxud təcəssüm olunan hadisənin oxucuya daha qabarıq çatdırılmasına xidmət etməsi. Azərbaycan şeirinin əsasları 6 saat. Nəzm və nəsr. Nəsrdə süjet, hadisələrin ardıcıl inkişafının böyük əhəmiyyətə malik olması, xarakterlərin və vəziyyətlərin canlı təcəssümü. Nəzmdə fikrin obrazla, qafiylənmiş və ahəngdar bir şəkildə ifadə edilməsi. Nəsrdə təsvir, xəyal və duyğunun gücü. Nəzmdə rəngarəng təsvir 10

vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik. Nəsrdə nitq üsullarının qarşılıqlı əlaqəsi. Təsvir olunan predmetin bu nitqlər vasitəsilə bədii surətdə mənalandırılması və qiymətləndirilməsi. Nəzmin əsas əlamətləri. Nəzmin ilk şərti ahəngdarlıqdır. Nəzmin ölçüsü. Qafiyə, rədif, bölgü, misra, beyt, bənd nəzmin əsas vahidləri kimi. Nəzmdə hiss, həyəcan və poetik təəssürat bölgüsü. Nəzm sistemləri, kəmiyyətə və keyfiyyətə görə təyin olunan vəznlər. Heca vəzninin Azərbaycan dili üçün ən oynaq, ahəngdar şeir ölçüsü olması, eyni zamanda tələb və xüsusiyyətləri, ayrıayrı misrada hecalarının sayının bərabərliyi. Heca vəzninin formaları. Aşıq ədəbiyyatında heca vəzninə barmaq vəzni deyilməsi. Əruz şeir ölçüsünün mənşəyi və yayılması. Əruzun ərəb sözü olaraq geniş yol, çadırın ortasına vurulan dirək, şeir haqqında elm və s. mənalarını bildirməsi. Azərbaycan ədəbiyyatında əruzun yaradıcı surətdə ana dilinin qanunlarına, poetik imkanlarına uyğunlaşdırılması əruzun bəhrləri və bölgüləri. Azərbaycan şeirində işlənən bəhrlər. Sərbəst şeirin yaranması və inkişafı. Sərbəst şeirdə ahəng tarazlığı, nitqdə ifadəsini tapan daxili həyəcan vurğusu. Sərbəst şeirdə heca vəzninin təsiri. Sərbəst şeirdə çarpaz şəkildə qafiyələnmə. Ədəbi növlər və janrlar 6 saat. Antik yunan estetikasında ədəbi növ bölgüsü, onun lirik, epik və drammatik növlərə ayrılması. Ədəbiyyatın inkişaf mərhələlərində ədəbi janrların zənginləşməsi və onların bidii-poetik tutumunun artması. Epik növ. Epik növün ədəbi-tarixi mənada xalq dastanlarını bildirmsi. Həyat hadisələrinin epik janrlarda danışıq, nağıl etmək yolu ilə təhkiyə yolu ilə əks etdirilməsi. Epik əsərin məzmununun həyatdan götürülmüş hadisənin təşkil etməsi. Yazıçı tərəfindən surət, lövhzə həyatdakı hadisələri, təbiət lövhələrini, işin xarakterlərini oxucunun nəzərinə çatdırmağa, onun vasitəsilə ətraf mühitin, varlığın, tarixi hadisənin dərk olunmasına xidmət etməsi. Danışılan hadisənin yığcamlığı və əhatəliliyi 11

iştirak edən obrazların çoxluğundan asılı olaraq epik əsərlərin müxtəlif növlərə ayrılması Azərbaycan nağılları, dastnlar, təmsillər, hekayələr, povestlər, oçerklər, romanlar və s. Azərbaycan ədəbiyatında epik növün inkişafı. Epik formada təhkiyə və onun xüsusiyyətləri. Lirik növün mənası. Lirikanın insanın hiss-həycanlarının, fikir və arzularının tərənnümü, onun ifadəsi olması. Müxtəlif məzmunlu insan hissləri sevinc, kədər, iftixar, mübarizə, intiqam, ümidsizlik və s. hisslərin ifadə olunması. Lirik şeirin müəllifinin şeirdə əsas surət kimi çıxış etməsi. Subyektin lirikada rolu. Lirik janrları epik janrlardan fərqləndirən cəhətlər: 1) lirika təəssüratın, düşüncənin, qüvvətli həyəcanların məhsuludur; 2) lirikada müşahidə edilmiş obyektə subyektiv münasibət ön plana çəkilir; 3) lirika yığcam və emosional xarakter daşıyır; 4) lirikada tərənnüm əsas yer tutur. Lirika məzmununa görə iki qrupa bölünür: 1. Məhəbbət lirikası; 2. İctimai-siyasi lirika. Məhəbbət lirikasının növləri: a) insan məhəbbətini ifadə edən lirika; b) təbiətə, vətənə məhəbbət; c) əməyə məhəbbət və s. Azərbaycan şifahi xalq ədəbiyyatında lirik növ və onun janrları. Holavarlar, sayacı sözlər, bayatılar və ağılar. Aşıq şeiri: qoşma, gəraylı, müxəmməs. Şifahi xalq ədəbiyyatından yazılı ədəbiyyata keçən janrlar: qoşma, bayatı, təcnis. Azərbaycan klassik ədəbiyyatında lirika. Qəzəllər, onun inkişafı və bədii quruluşu: böyük mənzumə qəsidə, qəsidənin növləri və bədii xüsusiyyətləri. Tərkibbənd, tərçi-bənd məsnəvi və mürəbbe, müxəmməs və müsəddəs, bunların mövzusu və bədii xüsusiyyətləri. Müasir Azərbaycan ədəbiyyatında şeirin inkişafı, onun bədii ifadə sistemi. Epik-lirik növ. Bəzi bədii əsərlərdə hadisələrin təhkiyə yolu ilə verilməsi ilə yanaşı şeirin (lirik qhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibəti. Poemada hadisənin epik təsviri ilə qəhrəmanın daxili duyğularının tərənnümünün bir-biri ilə məntiqi şəkildə birləşməsi. 12

Dramatik növün həyat hadisələrini obrazların hərəkəti və danışanın vəhdəti yolu ilə canlandıran bədii əsər olması. Dramatik əsərdə mətnin iki qismə ayrılması: 1)remarkalar; 2)surətlərin (personajların) danışığı. Dialoq və monoloq. Dramatik növün janrları: a)komediya; b)faciə; s)dram. Komediyanın, faciənin, dramın özünəməxsus bədii xüsusiyyətləri. Azərbaycan ədəbiyyatında dramaturgiyanın yaranması və inkişafı. Dramın yarandığı tarixi şərait onun faciə və komediya arasında orta mövqe tutması, burada komik və tragik ünsürlərin vəhdətlənməsi süjetin sakit və ciddi xarakter daşıması. Avropa ədəbiyyatında qəhrəmanlıq dramları və onların xüsusiyyətləri. Klassizm dövrü dramlarında bədii konflikt. Azərbaycan dramının inkişafı. Müasir psixoloji dramlarda obraz, surət və dramatik konflikt. Tragediya sözünün anlayışı. Faciədə bir ailə və nəslin taleyi fonunda cəmiyyət həyatındakı faciəni ümumiləşməsi. Azərbaycan ədəbiyyatında faciə janrının yaranması. N.B.Vəzirov, Ə.Haqverdiyev, H.Cavid, C.Cabbarlı və başqa dramaturqların faciələrində ali məqsəd və ideya. Komediya haqqında məlumat. Komediyada öz əksini tapan hadislərin mərkəzind duran əsas surtlərin dövrün mənfi, eybəcər xüsusiyyətlərə malik olması. Dramaturqun komediyada gülüşü müxtəlif vasitə və üsullarla yaratması. Azərbaycan ədəbiyyatında komediyanın yaranması və inkişafı. Komediyanın növləri. Musiqili komediyanın meydana gəlməsi. Ədəbi metod və cərəyanlar. Klassizm, sentimentalizm, romantizm, realizm, naturalizm 6 saat. Həyatın sənətkarın əsas təsvir obyekti olması. Sənətkarın müəyyən ideyalar uğrunda apardığı mübarizə. Hər hansı bir həyat hadisəsinin əsərdə öz bədii ifadəsini tapmaq üçün sənətkarlıq süzgəcindən keçirməsi, onu fərdiləşdirib, ümumiləşdirib, tipikləşdirməsi. 13

Bu və ya digər yazıçının əsərində birində hadisələri bir prinsip, digərində isə başqa bir prinsip əsasında ümumiləşdirməsi. Yazıçının bədii yaradıcılıq metodu. Realist metod. Realist metodun tələbləri. Bədii idrakın obyektiv varlıqdan qidalanması. Təsvir obyektinin bilavasitə həyat hadisələri ilə bağlı olması. Realist yaradıcılıq metodunun ayrı-ayrı dövrlərdə müxtəlif keyfiyyətlər qazanması. Ədəbiyyatın müəyyən inkişaf mərhələlərində konkret tarixi şəraitin spesifik cəhətindən asılı olaraq realist metodun bu və ya digər xüsusiyyətlər kəsb etməsi. Romantik metodun sənətkarın xəyalına, fantaziyasına, təxəyyülünə əsaslanması. Romantik metodda həyati, ictimai quruluşu, insanın məişət tərzini yazıçının gördüyü kimi deyil, görmək istədiyi şəkildə təsvir etməsi. Klassizmin ilk ədəbi məktəbinin yaranması ilə bağlı ədəbi-tarixi şərait. Azərbaycan ədəbiyyatında romantizm. Onun səciyyəvi xüsusiyyətləri. Realizm ilə romantikanın vəhdətinin yaranması. Sentimentalizmin romantizmin təzahür formalarından biri olması. Simvolizm, onun əsas prinsipləri. Tənqidi realizmin bir ədəbi məktəb kimi təşəkkülü və inkişafı. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda tənqidi realizmin inkişafı. Sosialist realizminin XX əsr mədəniyyəti, ədəbiyyat və incəsənətinin əsas yaradıcılıq metodlarından biri olması; onun bir ölkə çərçivəsində yaranması və yayılması. Bu metodun bitərəfliyi; əsas diqqətin partiyalılığa, tərifə, şüarçılığa və tərənnümə verilməsi. Sənətkarın partiya və dövlt siyasətindn kənara çıxa bilməməsi. Sosialist roealizmində ateizm təbliğatı, türkçülüyün inkişafı, Allaha, peyğəmbərə və İslam dininə üsyan. Sosialist realizmində beynəlmiləlçilik təbliğatı və bunun xalqımızın başına açdığı bəlalar (torpaqlarımızın işğal olunması, 20 yanvar, Xocalı faciəsi, milyondan artıq soydaşımızın doğma yurdundan, obasından didərgin düşməsi və s.) Respublikamızda ali və orta məktəblər təzədən qurulur. Tədris həyata, milli varlığa yaxınlaşır, nəzəriyyə və təcrübənin vəhdəti dərinləşir. 14

Buna görə də seminar dərslərinin əhəmiyyəti artır, onları çoxcəhətli qurmağa, dərsdə tələbə fəallığına və sərbəstliyini artırmağa ehtiyac duyulur. Müəllim tləbənin imkanını nəzərə almalı, onu əlavə ədəbiyyatla yükləməməlidir. Tələbə fərdi yaradıcılığı, bütövlükdə bədii mədəniyyəti tədricən mənimsəməli, əsəri sərrast təhlil etməyi ədəbi növləri, janrların xüsusiyyətlərini, bədii təsvir və ifadə vasitələrini fərqləndirməyi bacarmalıdır. Onun ədəbi-nəzəri fikrin, dünya bədii-təhkiyə mədəniyyətinin qanunauyğun inkişafı haqqında anlayış və təsəvvürü dərsdən-dərsə genişlənməlidir. Şeirin vəznləri, bədii dil, ədəbi növlər tdris olunanda tələbənin sərbəstlii xeyli artmalıdır. Onlar müəllimin elmi qayğısı ilə bədii faktları seçməyi və ümumiləşdirməyi, vəznlərin fərqini müəyyənləşdirməyi bacarmalı, yazılı tapşırıqlar yerinə yetirilməlidir. Eyni zamanda, vəznlər, ədəbi növlər və janrlar tarixi inkişafda, ədəbi müqayisədə, qarşılıqlı təsir və qarşılıqlı zənginləşmədə mənimsənilməlidir. Bütün bunlar diqqəti ədəbi-nəzəri fikrin inkişaf mərhələlərindən, klassiklərin ədəbi-estetik görüşlərindən, yaradıcılıq metodlarını fərdi-bədii üslubları şərtləndirən amillərdən yayındırmamalıdır. Birinci kurslarda seminar dərslər belə bölünməlidir: Ədəbiyyatşünaslığın sahələri, başqa elmlərlə əlaqəsi; ədəbi-nəzəri fikrin inkişafı 2 saat. Ədəbiyyatşünaslıqda ədəbi meyl və cərəyanlar; ədəbiyyatşünaslığın yaranması 2 saat. Bədii ədəbiyyat söz sənətidir, incəsənət və elm 2 saat. Bədii ümumiləşdirmə. Bədii obraz 2 saat. Bədii əsərin məzmun ideyası 2 saat. Bədii forma, məzmunda formanın vəhdəti və bir-birini təyin etməsi 2 saat. Bədii kompozisiya və süjet: süjet və fabula, süjetin ünsürləri 4 saat. Bədii dil. Məcazlar sistemi 4 saat. 15

Azərbaycan şeirinin əsasları 6 saat. Ədəbi növlər və janrlar 6 saat. Ədəbi metod və ədəbi cərəyanlar. Klassizim, semantizm, romantizm, realizm. Müasir ədəbiyyatın yaradıcılıq metodu 4 saat. Dərs müasir tələblərə cavab verməli, mühazirə və seminarda müllimin özünəməxsusluğu duyulmalıdır. Buna görə də müəllim kafedranın razılığı ilə mövzulara ayrılan saatlarda müəyyən dəyişiklik apara bilər. 16

Ə D Ə B İ Y Y A T 1. Aristotel. Poetika. Bakı, 1974 2. Azərbaycan ədəbiyyatında sosializim realizm məsələləri. Bakı, 1986 3. K.Məmmədov Qasım bəy Zakir. Bakı, 1985 4. K.Məmmədov. Yusif Vəzir Çəmənzəminli. Bakı, 1987 5. B.Abdulla. Kitabi-Dədə Qorqudun poetikası. Bakı, 1999 6. A.Səfiyev. Azərbaycan dramaturgiyası müasir mərhələdə. Bakı, 1998 7. Q.Kazımov. Qurbani və poetikası. Bakı, 1996 8. B.Babayev. Abdulla Şaiqin bədii nəsri. Bakı, 1999 9. T.Mütəllimov. Əbdülrəhim bəy Haqverdiyevin poetikası. Bakı, 1988 10. T.Hacıyev. Yazıçı dili və ideya-bədii təhlil. Bakı, 1979 11. T.Hacıyev. Satira dili. Bakı, 1975 12. Q.Kazımov. Bədii ədəbiyyatda komizm üsulları. Bakı, 1987 13. B.Əhmədov. Azərbaycan satirasının inkişaf problemləri. Bakı, 2000 14. A.Məmmədov. Nəsrin poetikası. Bakı, 1990 15. Ə.Nazim. Seçilmiş əsərləri. Bakı, 1979 16. M.Arif. S.Vurğunun dramaturgiyası (seçilmiş əsərləri, 2 c., bakı, 1968) 17. M.Rəfili. M.F.Axundov. Bakı, 1990 18. F.Qasımzadə. M.F.Axundovun həyatı və yaradıcılığı. Bakı, 1962 19. H.Araslı. Füzuli. Bakı, 1985 20. S.Əliyev. Füzulinin poetikası. Bakı, 1986 21. Ə.Mirəhmədov. Sabir. Bakı, 1985 22. C.Xəndan. Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. Bakı, 1962 23. K.Talıbzadə. A.Səhhət. Bakı, 1986 17

24. Q.Xəlilov. Azərbaycan romanının inkişafı tarixindən. Bakı, 1973 25. Y.Qarayev. Realizm: sənət və həqiqət, Bakı, 1980 26. Ə.Hüseynov. Sənət yanğısı. Bakı, 1976 27. N.Şəmsizadə. Azərbaycan ədəbiyyatşünaslığı. Bakı, 1997 18