Mündəricat. Giriş...3 I Fəsil...7 II Fəsil...23 Nəticə...25 İstifadə edilmiş ədəbiyyat...26

Benzer belgeler
MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 5/ s , TÜRKİYE

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Marketinq. Mehdiyev Əkbər

BÖYÜK DƏCCAL Amerika

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI SLAVYAN UNİVERSİTETİ TÜRKOLOGİYA KAFEDRASI. Bakalavr hazırlığı üçün

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Azərbaycan dili fənni üzrə 300 test

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FİLOLOGİYA FAKÜLTƏSİ

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

11-ci sinif Azərbaycan dili və ədəbiyyat. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Azərbaycan Respublikası Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyası. Fəlsəfə və sosial psixologiya kafedrası.

QRAMMATİK İNTERFERENSİYA HAQQINDA

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

10-cu sinif Azərbaycan dili və ədəbiyyat. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

DAVETLİSİ

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Ana kart (Motherboard)

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Cahid Ġsmayıloğlu. Gənc yazarın e-kitabı N 46 ( ) Milli Virtual Kitabxananın təqdimatında

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Ə.RƏSULOV, R.RÜSTƏMOV TÜRK DİLİ DƏRSLİK. TəKmilləşdirilmiş üçüncü nəşr. Azərbaycan RespublİKası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir

RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK SƏCİYYƏSİ

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ TÜRK FİLOLOGİYASI

HӘDӘF KURSLARI IX-X SİNİF I QRUP

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

OUTDOOR Çöl reklamları, binaların üzərində, stadionlarda, avtobus üzərində reklam. INDOOR BTL (ING: BELOW-THE-LINE)

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

www. hedef. edu. az 2 ÜQT 2

FOLKLORŞÜNASLIĞA GİRİŞ

BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Mühazirə 6: Kation və Anion polimerləşmənin xüsusiyyətləri

«DƏDƏ QORQUD KİTABI»NDA İŞLƏNMİŞ BİR SOYLAMA PARÇASININ MƏNA AÇIMI

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

BlackBerry ID Sazişi

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

İrina Nikitina POSTMODERNİST SƏNƏT. Birinci hissə: Postmodernizmin incəsənət və mədəniyyətdə formalaşması

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Tapşırıq 1. 1 xal. Nüvə reaksiyasında hansı hissəcik buraxılıb? Nəzərə alın: dörd ehtimal cavabdan yalnız biri düzdür.

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Transkript:

Mündəricat Giriş...3 I Fəsil...7 II Fəsil...23 Nəticə...25 İstifadə edilmiş ədəbiyyat...26 2

Giriş Görkəmli dövlət xadimi, ana dilində yaranan şeirin inkişafına xüsusi qayğı ilə yanaşan, özü bu dildə ölməz sənət əsərləri yaradan Şah İsmayıl Xətai xidmətləri olan nadir şəxsiyyətlərdəndir. Xalqımızın inkişafının ən mühüm mərhələlərindən biri onun adı ilə bağlıdır. Xətai doğma zəminə möhkəm bağlı olan bir adam kimi ozan-aşıq sənətinə rəğbətlə yanaşmış, klassik şeir formaları ilə yanaşı xalq şeirinin müxtəlif şəkillərində dillər əzbəri ola biləcək əsərlər yaratmışdır. Bir yandan yazılı ədəbiyyatın, başqa bir yandan xalq yaradıcılığının zəngin ənənələrindən bəhrələnən bu sərkərdə şair ədəbi fəaliyyətində məzmunla formanı həmişə vəhdətdə götürmüş, hər formadan, janrdan, vəzndən yerinə görə istifadə etmişdir. Sadəlik, aydınlıq, səmimilik, həyata, onun tələblərinə dərindən bağlılıq mənəvi aləmin, aydın məfkurənin, sabaha dərin inamın, hər cür şərə odlu nifrətin parlaq ifadəsidir. Şah İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruzla, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan nümunə, örnək ola bilən əsərlərilə ədəbiyyatımızı zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir. Bu poeziya gah qılıncla bərabər döyüş meydanına getmiş, gah müdrik el ağsaqqalının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya hər şeydən öncə, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir. Xətainin heca vəznində, xalq şeiri formalarında yazdığı əsərlər yeni bir istiqamətin başlanğıcı olmuş, bu meylin get-gedə güclənib aparıcı mövqe qazanmasına gətirib çıxarmışdır.(9,5) Azərbaycan ədəbi dilinin inkişafında, onun ümumxalq danışıq dili əsasında zənginləşməsində Xətai yaradıcılığı xüsusi mövqeyə malikdir. Xətainin ədəbi-bədii 3

yaradıcılığına dair həm xaricdə, həm vətənimizdə bir çox tədqiqat işi yazılmışsa da şairin əsərlərinin dil xüsusiyyətləri monoqrafik planda geniş tədqiq edilməmişdir. XVI əsrin birinci yarısında Azərbaycanda Səfəvilər xanədanı adi ilə qüdrətli dövlət quran Şah İsmayıl Xətai dövlət xadimi olmaqla yanaşı, eyni zamanda, doğma ana dilinin bütün incəliklərinə bələd olan sənətkar bir şair kimi də şöhrət qazanmışdır. Xalqının şərəfini, şöhrətini, milli iftixarını qoruyan, ədəbiyyat xəzinəsini ölməz əsərləri ilə zənginləşdirən şairi, Azərbaycan ədəbi dilinin inkişafı, təkmilləşməsi və səlisləşməsi işində böyük rol oynamış,bu dilin keyfiyyətcə yüksəlməsinə çalışmışdır. Xətai istedadlı bir sənətkar kimi başa düşürdü ki, doğma dilini bilməyən, həmin dilə əhəmiyyət verməyən, onun inkişafına çalışmayan bir sənətkar həqiqi sənətkar ola bilməz. Bu səbəbdəndir ki, onun dili ümumxalq Azərbaycan dili ilə qırılmaz surətdə bağlı olmuşdur. O, bacarığı və fəaliyyəti sayəsində Azərbaycan ədəbi dilinin şeir üslubunu, öz dövrünə görə görünməmiş bir yüksəkliyə qaldırmış və doğma ana dilində ölməz əsərlər yaratmışdır. Nəhayət, bu dildə, Azərbaycan ədəbiyyatında ilk məsnəvilərdən olan Dəhnamə poemasını yazmışdır. Azərbaycan, fars və ərəb dillərində şeir yazmaq qabiliyyətinə malik olan Xətai əsərlərinin əksəriyyətini doğma ana dilində yaradaraq öz dövrünün ədəbiyyatına töhfələr vermişdir. (2,3-6) Ş.İ.Xətainin Azərbaycan dilinin tarixində oynadığı rolu, Azərbaycan dövlətçiliyinin tarixində oynadığı rol gücündədir, bəlkə də, ondan artıqdırhökmdar-dövlət xadimi kimi Azərbaycan dilinə imkan daxilində böyük rəsmi səlahiyyətlər vermiş şair-sənətkar kimi Azərbaycan dilində gözəl əsərlər yaratmışdır. Ş.İ.Xətainin yaradıcılığı zəngindir; eyni zamanda, bu, kəmiyyətdən çox, keyfiyyət zənginliyidir; şair həm klassik üslubda, həm də folklor üslubunda yazıb yaratmışdır. Qəzəlləri, qəsidələri, rübailəri, məsnəviləri və s. klassik üslubda, qoşmaları, gəraylıları, bayatıları və s. folklor üslubundadır. Mərhələnin tarixi keyfiyyətinə uyğun olaraq, Ş.İ.Xətainin klassik üslubdakı yaradıcılığı, folklor 4

üslubundakı yaradıcılığından daha həcmli və keyfiyyətcə daha yüksəkdir. Bununla belə, şair ilk dəfə olaraq şifahi xalq ədəbiyyatı janrlarına davamlı şəkildə müraciət etmiş və xalq şerinə klassik mövqeyi qazandırmışdır. Ş.İ.Xətainin klassik janrlardakı əsərlərinin dili klassik üslubun kamil dövrü üçün səciyyəvi olan mükəmməlliyə malikdir-tədqiqatlar göstərir ki, Ş.İ.Xətaidə qoşma poetikası, qəzəl poetikasından qidalanırdı; şübhəsiz, qoşma standartlarının bilavasitə xalqdan gələn cəhətləri əsas idi; lakin şairin bədii təfəkküründə qoşma, həmişə qəzələ tabe idi ki, başqa sözlə, Ş.İ.Xətainin bədii siması qəzəldə görünürdü, qoşma ümumən dövrün ədəbi-bədii təfəkkür kontekstində fakültativ hadisə idi. (5,234-235) Həm klassik poeziya, həm də xalq şeiri janrlarında yazmaq Xətai dilinin əsas üslubi keyfiyyətlərindəndir. Klassik yanırlar, onun leksikonunu zənginləşdirir, dolğunlaşdırır, aşıq dili çərçivəsindən çıxarır, folklor janrları isə bu dili kütləvi və anlaşıqlı şəklə salır. Aydınlıq fərdi üslubi bir kateqoriya kimi Xətai dilinin mahiyyəti, baş çalarıdır. Onun başlıca ideya silahı şiəlik təriqətinin təbliği idi. Təbliğatın dili aydın, ona qulaq asanların anlayacağı tərzdə olmalıdır. Zamanında Kərbəla müsibətindən danışan Şühədanamə nin sadə dillə tərcüməsi də Şah İsmayılın şiəlik təbliğatı ilə bağlı idi. Xətainin qarşısında belə aydın bədii nitqin nümunəsi var idi: xalq poeziyasının dili; Qurbanin dili; Miskin Abdalın dili. Xətai həmin dilə müraciət edir və onun bədiiliyinə publisist qayə aşılayır. Xətai öyüd, nəsihət veririr və rəhbərə, dövlət başçısına qulaq asmağa çağırır. Təbliğat uğurları, siyasi kəsəri ana dilinə dövlət qayğısını artırır. Dövlətin əsas əhalisi türk kütləsi olduğundan türk dili diqqət mərkəzinə qaldırılır. Qısa müddətdə qazandığı böyük uğurlarda ölkənin birləşdirilməsində bədii sözün bu aydın və kəsərli nüfuzu Xətaiyə az kömək etmir. Xalq şeiri janrlarındakı dilin kütləviləşməsi, sevilməsi uğur gətirməsi şairi aludə edir və klassik janrlardakı dilində də o ölçüdən uzaqlaşmamağa çalışır. Xətainin dilində üslubi ikiləşmə bir nəfəsin hərarəti ilə birləşir. 5

Xətai dilində işlənən onlarla obraz və ifadələr, aşıq poeziyasının ənənəvi nümunələridir. Onun dili atalar sözü və məsəllərin işlənməsi cəhətdən də bir danışıq aktını xatırladır: hikmətli sözlər handan-hana gəlmir, onların yeri o qədər sıxdı ki, elə bir nəsihətamiz söhbətə qulaq asırsan. Xətainin dilindəki milli sözlərin müəyyən qismi XVI əsrin sonuna doğru arxaikləşir. Bu leksikonun, həm klassik, həm də xalq şeri janrlarında işlənməsi göstərir. Təqlidi sözlər klassik şairlərimizdən heç kəsdə olmadığı qədər Xətai dili üçün səciyyəvidir. Bu da bədii dilinin xəlqiliyi və konkretliyi ilə bağlıdır. Beləliklə, Xətai, dövlət xadimi kimi Azərbaycan dili üçün yaratdığı tarixi-siyasi şəraiti bir şair kimi öz yaradıcılıq təcrübəsində gerçəkləşdirir.(3,281-286) Ş.İ.Xətai dilində ismi söz birləşmələrinə də yer verilmişdir. İki və daha artıq müstəqil sözün sintaktik üsulları əsasında birləşməsindən əmələ gələn söz birləşmələri bir sintaktik vahid kimi dilimizin bütün dövrləri baxımından səciyyəvidir. Yazılı abidələrimizin dilində rast gəlinən ismi və feli birləşmə modelləri, eləcədə təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr əsasən müasir ədəbi dilimizdəki kimidir. Burada fərqli cəhət müasir ədəbi dilimiz üçün arxaik olan fars və ərəb izafətlərində özünü göstərir. Müasir dilimizdəki təyini söz birləşmələrinin hər üç növü haqqında yaxşı elmi-tədqiqat işləri yazılmışdır. Hər üç növ təyini söz birləşməsinin quruluşu, tipləri, məna xüsusiyyətləri, vəzifəsi tədqiq olunmuş və müəyyən nəticələr əldə olunmuşdur. Əlbəttə, mövcud xüsusiyyətlərini tarixi aspektdə tədqiqi göstərir ki, belə birləşmələrin əmələ gəlmə üsul və qaydaları ilə müasir dil arasında o qədər də ciddi fərq yoxdur. Qanunauyğun inkişaf prosesi, onların bütün sahələrdə öz ifadəsini tapmışdır. Lakin buna baxmayaraq təyini söz birləşmələrinin, bəzən şəkil cəhətdən oxşarlığı, mənaca birinin digərinin yerində işlənməsi halları da olmuşdur. Zaman keçdikcə belə oxşarlıq itmiş, şəkilçilərin yerində işlənməsi, dəqiq şəkil alması həmin birləşmələrin məna dəqiqliyinə səbəb olmuşdur. Məhz belə bir dəqiqlik, onların keyfiyyətinə müsbət təsir göstərmişdir. 6

İsmi birləşmələri üç növə ayrılır: I növ təyini söz birləşməsi, II növ təyini söz birləşməsi, III növ təyini söz birləşməsi. (10,367) I Fəsil Təyini söz birləşmələri Birinci növ təyini söz birləşmələri Birinci növ təyini söz birləşmələrinin yaranmasında heç bir morfoloji göstəricisi iştirak etmir, tərəfləri arasında yanaşma əlaqəsi olur, əsas tərəfi isim və isimləşə bilən sözlərlə, aslı tərəfi isə atributiv isim, sifət, say, əvəzlik və feli sifətlə ifadə olunur. Digər tərəfdən, I növ təyini söz birləşmələrində asılı tərəf əsas tərəfi izah edir, həm də cümlə daxilində təyin vəzifəsində çıxış edir. Əsas tərəfi isə daha çox mübtəda, xəbər və tamamlıq olur. Xətai dilində də rast gəlinən I növ təyini söz birləşmələrini aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Hər iki tərəfi isimlə ifadə olunanlar: Eşqin nədir cahanda sənin ey pəri sifət Heyrandurur fələkdə gəzən mahtab ana. (9,34) Yüzinə qarşı ğönçə gül dügiçün Şəhər ağzına çalmış qan oturmuş. (9,112) Gül yüzini yad edəndə, ey pərirux, ğönçə ləb, Od çıxar susən təki hər dəm zəbanımdan mənim. (9,134) 2. Birinci tərəfi sifət, ikinci tərəfi isimlə ifadə olunanlar: Qızıl ələm, qızıl bayraq, qızıl tac 7

Geyinsin qazilər, ol gür həzərdir. (9,52) Neyçün sevərdi xəstə dil, ey bivəfa səni, Bu çox bəla ki, hicran edər kəmdürür mana. (9,28) Aşiq oldur kim, sözü canü dil ilə yar bir Birdürür aşiq əzəldən, sevgili dildar bir. (9,10) Gətirdiyimiz misallardan aydın olur ki, istər sadə, istərsə də düzəltmə sifətlərdən düzəlmiş və birləşmənin birinci tərəfini təşkil edən sözlər ikinci tərəfin əksər hallarda keyfiyyətini bildirir. Birinci tərəfinin formal əlamətə heç bir ehtiyac olmur, yanaşma üsulu ilə əmələ gələn həmin birləşmələrdə sözlərin sırası mühüm rol oynayır. Belə xüsusiyyət müasir dilimizdə heç bir ziddiyyət təşkil etmir. 3. Birinci tərəfi say, ikinci tərəfi isimlə ifadə olunanlar. Xətai nümunələrinin dilindən aydın olur ki, bu sayların başqa məna növlərinə nisbətən, birinci növ təyini söz birləşmələrinin birinci tərəfində miqdar sayları daha çox iştirak edir. Miqdar sayı bir əksər hallarda müəyyənlik, konkretlik bildirmək üçün işlənir. Çoxluq təşkil edən sayların məzmunda isə anlayış ilə əlaqədar olduğunu bildirir. Qeyri-müəyyənlik bəzən də bir, iki, üç, dörd və sair şəkillərdə ifadə edilir ki, bu xüsusiyyət müasir danışıq dilimizdə tez-tez özünü göstərir. İki can idik, birləşdik, Məhəbbət qapısını açdıq, Şükür didara irişdik, Dədəm, xoş gəldin, xoş gəldin. (9,353) Birinci tərəfi saylardan düzəlmiş, birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında kəmiyyətə görə uzlaşma cəhəttən bir sıra xüsusiyyətlərə rast gəlirik ki, bu da abidələrin dili ilə müasir Azərbaycan dili arasında azda olsa müəyyən qədər fərq olduğunu göstərir. 8

Qədim və orta əsrlərin yazı dilində bu qəbildən olan birləşmələrin tərəfləri arasında kəmiyyətcə uzlaşma üçün formal əlamətin işləməsi hələ də tələb olunur. İkinci tərəf birinci tərəfin yoxluq məzmun əsasən, bir qayda olaraq -lar, -lər şəkilçisi qəbul edir. Lakin sonrakı dövrlərdə tərəflər arasında məntiqi əlaqənin möhkəmlənməsi nəticəsində formal əlamət zəifləyir və get-gedə sıradan çıxır. Bir çox türk dillərində olduğu kimi, Azərbaycan dilində də saylardan sonra gələn ismlər ancaq daxilən birinci tərəflə uzlaşmış olur. Belə bir vəziyyəti dilimizə tarixən də müşahidə edirik. Birinci tərəfi say, ikinci tərəfi isimlə ifadə olunan birləşmələrin bir neçə semantik variantı müşahidə olunur: a) Birinci tərəfi miqdar sayı ilə ifadə olunur: Şol büti namehriban hərgiz məni ya etmədi Bir məhəbbət qılmadı axır sərəncami mana. (9,33) Miskin Xətai vəsl ilə yüz il yaşar müdam, Bu ömr kim, zəmannədə bir dəmdürür mana. (9,28) Görəli ol məhz yüzün başıma yüz sevda düşn, Rüxlərin manəndi ancaq güli-hərama düşəsən. (9,70) b) Sıra sayı c) Birinci tərəfi qeyri-müəyyən miqdar sayi ilə ifadə olunur: Çox cəfa hasil olur səndən mana, ey bivəfa, Aqibət eylər xəyalın rəsmi-bədnami mana(9,32) Xeyli müddətdir ki, mən ta ayru düşdüm yardən, Görmək üçün həddən ötdü intizarım, gəlmədi(9,194) Neyçün sevərdi xəstə dil, ey bivəfa, səni, Bu çox bəla ki, hicrin edər kəmdürür mana(9,28) 9

Birinci tərəfi qeyri müəyyən miqdar sayları, ikinci tərəfi isimlə ifadə olunan birinci növ təyini söz birləşmələrinin başqa tipləridə müşahidə olunur. Məs: orta əsrlərin yazı dilində ikinci tərəf formal olaraq -lar, -lər şəkilçisini qəbul edir və birinci tərəfin məzmunu ilə uyğunlaşır: Neçə həmdəmlər ilə söhbəti-xaş, Ol bir neçə dilsizlərə töhmətdir bu.(9,47) 4. Birinci tərəfi əvəzlik, ikinci tərəfi isimlə ifadə olunanlar. Müasir dilimizdə olduğu kimi, qədim və orta əsrlərin dilində də bu növ birləşmələrə kifayət qədər rast gəlmək olar. Birləşmələrin birinci tərəfində bu, işbu, ol, o, şol, belə, hər əvəzlikləri işlənmişdir. Bunlardan bir qismi arxaikləşərək dilimizdən tərk olunmuşsa da, birləşmənin mahiyyətinə heç bir xələl gətirməmişdir, Çünki vaxtilə türk dillərinin hamısı üçün müştərək olan belə əvəzliklər daha sonralar hər dil üçün başqa şəkildə sabitləşmişdir. Gül yanağın, dilbəra, bəs tazətərdir hər zaman Qanlı yaşımdan tökər hər dəm gözüm baran ana(9,27) Mən ol pərvanə tək həsrət adında, Sana Şəmi-ziyalər yaxşı gəldi(9,201) Gər cəmalın əksini uyxudə gördü ayü gün, Şol xəcalətdən qızardı qeyrətindən xum kimi(9,206) Xətai, can fəda dostum yoluna, Bu gün dost sana mehman gəldi, derlər(9,97) Bu birləşmələrin birinci tərəfi kimi işlənən ol, böylə və şol əvəzlikləri müasir ədəbi dilimiz üçün arxaizm hesab olunur. 5. Birinci tərəfi sifət, ikinci tərəfi isimlə ifadə olunanlar. 10

Bu tip birləşmələrdə -an 2, -ar 2, -acaq 2, -dıq 4, -dığı, diği, -mış 4 şəkilçili feli sifətlər birinci tərəf kimi çıxış edir. Bu da dilimizin bütün inkişaf dövrləri üçün səciyyəvidir: Gedənni xoş keçir, miskin Xətayi, Gələn dövran əcab dövrən, degilmi,(9,202) Dilbəra ol ay yüzün xurşidi-tabandır mana, Bağçan içindən axan su abi heyvandır mana.(9,30) Eşq nədir cahanda sənin ey pəri sifət Heyrandurur fələkdə gəzən mahtab ana(9,35) Yazı dilimizin müxtəlif dövrlərini əks etdirən abidələrdən belə məlum olur ki, ismi birləşmələr silsiləsində ikinci növ təyini söz birləşmələri xüsusi yer tutur. Bu cəhətdən zəngin olan Azərbaycan dilinin müasir vəziyyəti də göstərir ki, yazıların müxtəlif üslub və janrlarda olmasına baxmayaraq, belə birləşmələrdən kifayət qədər istifadə edilmişdir. İkinci növ təyini söz birləşmələri İkinci növ təyini söz birləşmələrinin birinci tərəfi şəkilçisiz ikinci tərəfi isə samitlə bitənlərdə ı, i, u, ü, saitlə bitənlərdə sı, si, su, sü mənsubiyyət şəkilçisi qəbul edərək düzəlir. Şübhəsiz, 1929-cu ilədək şəkilçilərin ahəngə görə imlasını mühafizə etmək mümkün olmadığından, ərəb əlifbası ilə bunlar bir şəkildə yazılmışsa da, şifahi nitqdə əsasən müəyyən qaydaya riayət olunmuşdur. İkinci növ təyini söz birləşməsində birinci tərəf ikinci tərəfdən müxtəlif məna münasibətlərində olmuşdur; başqa sözlə desək, tərəflərdən birincisi ikincisini müəyyənləşdirərək mənsubiyyət əlaqəsi yaratmışdır. Belə bir əlaqənin yaranmasında ikinci tərəfin aldığı çəkisi həlledici rol oynayır. Dilimizdə olan belə 11

bir qanunauyğunluq bütün dövrlərdə ədəbi-bədii əsərlərin dilində stabilliyini qoruyub saxlamışdır. Yanaşma, uzlaşma əlaqəsi ilə qurulan ikinci növ təyini söz birləşmələrinin tərəfləri birlikdə bir məfhum ifadə etdiyi üçün bu cümlənin mürəkkəb üzvü olur, daha dəqiqi, mübtəda, xəbər, tamamlıq, təyin və zərflik funksiyalarında çıxış edir. Xətai dilində işlənən ikinci növ təyini söz birləşmələrinə diqqət yetirək: Aciz olma, ey könül, mükir gərəkməz əhli-dil, Həqtəla buyruğudur mur əlində əjdəha(9,35) Cana, könüldə həmdəm olan qəmdürür mana, Sör kim, fəraq evində nə həmdürür mana.(9,28) Doğruluq dost qapısıdır doğru gəl gir bu yola, Əgri meydanda utanur onda iqrar olmasa.(9,37) Göründüyü kimi, ümumilik qeyri müəyyənlik bildirən ikinci növ təyini söz birləşmələri, eynilə müasir ədəbi dilimizdəki kimidir. Azərbaycan dili faktları sübut edir ki, birləşmənin, bu növü o qədər möhkəm olmuşdur ki, onların arasında üçüncü bir söz artırmaq mümkün olmadığından, belə birləşmələrdən az bir qismi tədricən tam və bütöv məfhumlar kimi dərk edilmiş, nəhayət, mürəkkəb söz kimi də dildə sabitləşmişdir. Başqa sözlə desək, tərəflər arasında daxili semantik əlaqənin möhkəmliyi nəticəsində birləşmə tam bir məfhumun adına çevrilmişdir. Məhz buna görə də, bir məfhumun adına çevrilmişdir. Bir sıra bu tipli birləşmələrdə artıq tərəflərdən birinin digəri üçün təyin olması ehtimalı əhəmiyyətini itirir. Gətirdiyimiz bir sıra misallardan aydın olur ki, mürəkkəbləşmə hadisəsi hələ qədim dövrlərdən dilimizdə olmuşdur. Məsələn, XVI abidəsi kimi tanıdığımız Şühədanamə nin dilində işlənən əl dəyirmanı, su tuluğu və ya XVII əsr abidəsi olan Məsihinin Vərqa və Gülşa 12

əsərində işlənən el qızları, Vidadidə göz yaşı, Vaqifdə Kür qırağı, nəhayət, XIX əsrin əvvəllərində yazılmış Şəki xanlarının ixtisar üzrə tarixi adlı əsərin dilində işlənmiş Gələsən görəsən, qələsu, kiş qələsi kimi birləşmələr, demək olar ki, artıq mürəkkəb sözlər sırasına keçmişdir. Belə mürəkkəb sözlər məişətdə işlətdiyimiz müəyyən əşyaların, yerin və mücərrəd adların özünü ifadə etdiyindən, söz birləşmələrinin tələblərindən uzaqlaşmamış, bir lüğət vahidinə çevrilmişdir. Məhz buna görə də ikinci növ təyini söz birləşmələrinin tarixi inkişafını öyrənərkən bir tərəfdən belə birləşmələrin xüsusiyyətini, digər tərəfdən isə birləşmənin sonralar mürəkkəb sözə çevrildiyini, bir məna kəsb etdiyini öyrənmiş oluruq. İkinci növ ismi söz birləşmələri birincidən fərqli olaraq hər iki tərəfi isimdən ibarət olur. Birləşmənin birinci komponenti adlıq halda, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi ilə işlənməklə ikinci tərəf birinci tərəfi idarə edir. İkinci növ təyini söz birləşmələrinin ifadə etdiyi qeyri-məzmun xarakteri dilimizin tarixi inkişaf mərhələlərində sabit qalmışdır. XVI əsrin ədəbi dilinin aparıcı şəxsiyyətlərindən olan Füzulinin dilində bu cəhəti görmək olur: bayram ayı, cigər qznı, quş yuvası, sitəm daşı, qəbr daşı, dərd quşları, cəza güni və.s Eləcədə bu cəhəti Xətai dilində görmək olur: Gül yanağın, dilbəra, bəs təzətərdir hər zaman, Qanlı yaşımdan tökər hər dəm gözüm baran ana.(9,27) Şəkkər ləbin ağzıma söyərsə, Söğmək değil ol duadır, ey dust(9,43) Gülgün yanağların ğəmü cövrü cəfalari Qıldı həvalə bağrımı yüz xarə, söyləniz.(9,109) Nəzərdən keçirdiyimiz onlarla belə misallardan məlum olur ki, bu qəbildən olan birləşmələrin tərəfləri əsasa isimlərdən düzəldilmişdir. Əlaqəli nitq içərisində 13

ikinci tərəf ismin bütün hallarına düşərək, müvafiq hal şəkilçisi qəbul edir. Sərbəst surətdə cümlənin bu və ya digər üzv ola bilər. Əsasən, hər 2 tərəfi türk mənşəli sözlərdən, qismən bir tərəfi alınma sözlərdən olan ikinci növ təyini söz birləşmələri sıralanma, semantika və funksiyasına görə, çağdaş ədəbi dilimizdəki kimidir. Bu da XVI əsrin ədəbi dilin sintaktik sistemindəki birləşmələrin sabitliyini qoruyub saxladığını göstərir. Yazılı abidələrin dilində rast gəlinən ikinci növ təyini söz birləşmələrinin bir qismi konkretliyi ifadə etdiyi, daha doğrusu, semantikasına görə, üçüncü növ təyini söz birləşməsindən fərqlənmir. Məsələn : Beyrək atı - Beyrəyin atı( Kitab ); Leylianası Leylinin anası(füzuli) və.s. Bu cür birləşmələri şərti olaraq üçüncü növ təyini söz birləşmələrinin naqis forması adlandıran H.Mirzəzadə yazır: Orta əsrlərin ədəbi və bədii əsərlərinin dilində üçüncü növ təyini söz birləşməsi, bir qayda olaraq, formal cəhətdən ikinci növ təyini söz birləşməsinə oxşayır. Lakin məna və vəzifə cəhətdən tamamilə üçüncü növ təyini söz birləşməsi kimi dərk edilir. Belə birləşmələrdə birinci tərəfi əsasən xüsusi ismlərdən əmələ gəldiyi üçün ikinci tərəfin aidiyyət, mülkiyyət mənası nöqteyi-nəzərindən morfoloji əlamətən, yəni ın 4 şəkilçisinə ehtiyyac duyulmur, çünki birləşmənin məzmununda heç bir qeyri-müəyyənlik, mücərrədlik yoxdur. Məs: Bu Xətayi həqqinə daim dutubdur çox ümid, Aqibət rəhm eylə anə saəti-yövmül hesab.(9,40) Bu Xatayi yüzüni ta gördü, ey xubi-xötən, Ol xətavü hind elində padşah olmuşdurur.(9,68) Elçin Hümbətov isə bu tip vahidləri müəyyənlik anlayışı ifadə edən ikinci növ təyini söz birləşmələri başlığı altında izah edir. Konkret desək, müəllif Kitab ın dilində ikinci və üçüncü növ təyini söz birləşmələrinin bir-birinin əvəzləyicisi rolunda çıxış etdiyini göstərməklə yanaşı, ikinci növ təyini söz birləşmələrinin bir hissəsinin semantik cəhətdən üçüncü növ təyini söz 14

birləşmələrindən fərqlənmədiyini qeyd edir.... Baybican bəg qızı, Baybican bəgin qızı, Baybicanın qızı birləşmələrindən hansının müəyyənlik, hansının isə qeyrimüəyyənlik ifadə etdiyini müəyyənləşdirmək mümkün deyil. Çünki hər iki təyini söz birləşməsi konkret və müəyyən bir obyektdi - Baybican bəyin qızı Banıçiçəyi bildirir. Tənrinin buyruğilə, peyğəmbərin qövlilə, Tənri buyruğilə, peyğəmbər qövlilə. Nümunə gətirdiyimiz təyini söz birləşmələrinin işləndiyi konteksdə həmin təyini söz birləşmələrinin bir yerdə ikinci növ təyini söz birləşməsi kimi, digər yerdə isə üçüncü növ təyini söz birləşməsi kimi işlənməsi şərtləndirmir. Uruz başı, Beyrək atı, Banıçiçək otağı, Qazan namusu, Qazan xatunu, Qazan qartaşı, Qalın oğuz imrəncisi söz birləşmələri, ikinci növ təyini söz birləşmələri olsada müəyyənlik, konkretlik ifadə edir və semantik cəhətdən üçüncü növ təyini söz birləşmələrindən fərqlənmirlər. Deməli, Beyrək atı, lüyli anası, Xətayi həqqinə Xətayi yüzüni kimi birləşmələrin ikinci növ təyini söz birləşməsi daxilində öyrənilməsini məqbul hesab etmək olar. Yusif Seyidovun bir fikrini xatırlatmaq yerinə düşür: Tarixi baxımdan ikinci və üçüncü növ təyini söz birləşmələri bir birləşmə növünün variantlarıdır. Bu variantlar zaman keçdikcə müstəqilləşmiş müstəqil birləşmələrə çevrilmişdir. İndi onların hər birinin özünəməxsus xeyli qrammatik və semantik xüsusiyyətləri var. Bu qeydlər bir daha təsdiq edir ki, dilimizdə ikinci və üçüncü növ təyini söz birləşmələrin sabitləşməsini son əsrlərlə əlaqələndirmək olmaz. Üçüncü növ təyini söz birləşmələri Üçüncü növ təyini söz birləşmələrin hər iki tərəfində qrammatik şəkilçi işlənir. Birinci tərəfdə yiyəlik halın morfoloji göstəricisi ikinci tərəfdə isə bütün şəxslər üzrə mənsubiyyət şəkilçisi. Üçüncü növ təyini söz birləşmələrinin digər səciyyəvi cəhətləri isə bunlardır; tərəfləri əsasən, isimlə ifadə olunur, birinci tərəf müəyyən yiyəlik halda işləndiyi üçün konkretliyi və müəyyənliyi ifadə edir, tərəfləri arasına istənilən qədər söz daxil ola bilir, tərəfləri arasında qarşılıqlı uzlaşma-idarə əlaqəsi olur, tərəfləri birlikdə bir anlayışı ifadə etdiyi üçün cümlənin mürəkkəb üzvü kimi çıxış edir. 15

Hicrin cəfası eylə yıxıbdır bu könlümü, Hər şəb qapında naləvü Əfğan yetər mana.(9,28) Bilməz idim xətti rüxsarın sifatın söyləmək, Fitnə çeşmin qəmzəsi öyrətdi ilhamı mana.(9,22) Başuna hər kimsənin düşsə saçın sevdaləri, Tərk edib dünyanı ömründən dəxi bizar ola.(9,36) Müasir dilimizdə olduğu kimi, tarixdən də üçüncü növ təyini söz birləşmələrinin tərəflərində bir növ sərbəstlik nəzərə çarpır, yəni əlaqəli nitq içərisində tərəflər biri digərindən ayrı düşüb, tərəflərin arasına başqa sözlər daxil olur. Mövcud əsərlərin əsas qismi mənzum olduğu üçün burada misra daxilində sözlərin sıralanmasında müəyyən bir sərbəstlik var, lakin buna baxmayaraq, dilin özünəməxsus qanunun saxlanması, həmin sərbəstliyi müəyyən qədər sərtləndirmiş olduğundan burada da sözlərin düzülüşündə qayda gözlənilmişdir. Bu xüsusiyyət Xətai dili üçün də səciyyəvidir: Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır, Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır(9,94) Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi, Şol əzəldən yari-həmdəm, əhdü peyman ayrılır.(9,94) Əlbəttə, belə misraların sayı istənilən qədərdir. Gətirilən misralarda isə isim işarə əvəzliyi, feldən ibarət olan cümlənin hər hansı bir üzvü istənilən yerdə işlənmişdir. Bu xüsusiyyət həm yazılı dildə, həm də müasir dialekt və şivələrimizdə müşahidə edilməkdədir. 16

Belə bir cəhəti də qeyd etmək lazımdır ki, bəzən üçüncü növ təyini söz birləşmələrinin tərəfləri şeir dilində vəznin və qafiyənin tələblərindən asılı olaraq, normal sırasını dəyişir, əlbəttə, bu nitq hadisəsi dilimiz üçün təbii hal sayılmır. Xətai nümunələrinin dilində də üçüncü növ təyini söz birləşmələrinin inversiya uğramasına Söz sırasının pozulmasına rast gəlinir: Gərçi gülzari-cəmalın getdi qarşımdan mənim Dildə mehri-qamətin sərvi-rəvan qaldı mana.(9,31) Ey könül, fəryadü nalə vəqtidir, eylə fəğan, Şimdi şəhrindən sənin ol şahü sultan ayrılır.(9,94) Ey pəri, hüsnin sənin mahi-münəvvər görmüşəm, Ol yüz üstə əbr tək zülfin müənbər görmüşəm.(9,133) Bu hadisə, yəni təyinlə təyin olunanın yerini dəyişməsi, türkologiyada iki cür izah olunur: şeir dilində poetikliyi qüvvətləndirən vasitə kimi, nəsr dilində türk dillərinin daha qədim sintaktik quruluşunun relikti(qalığı) kimi.(10,193-194) Yuxarıda demişdik ki, üçüncü növ təyini söz birləşməsinin tərəfləri özünü morfoloji əlamətlərinə malikdir. Tərəflər arasında sintaktik əlaqə olduqca möhkəmdir. Lakin Azərbaycan dilinin tarixi inkişafı və eləcə də bu inkişafı özündə təzahür etdirən yazı abidələrinin dili göstərir ki, bu birləşmələrdə morfoloji əlamətlərin dəqiqləşməsi və sabit şəkil alması prosesi daha sonralar başa çatmışdır. Qədim və orta əsrlərin yazı dilində üçüncü növ təyini söz birləşməsi formal cəhətdən müasir dilimizdən bir qədər fərqli olmuşdur. Başqa sözlə desək, birləşmənin ikinci tərəfi şəkilçisiz olaraq işlənmişdir. Məhz buna görə də həmin vəziyyəti nəzərə alaraq, üçüncü növ təyini söz birləşməsinin tarixi inkişafı haqqında müəyyən bir təsəvvür əldə etmək üçün onların aşağıdakı xüsusiyyətlərini qeyd etmək lazımdır. 17

a) Orta əsrlərin ədəbi və bədii əsərlərinin dilində üçüncü növ təyini söz birləşməsi bir qayda olaraq, formal cəhətdən ikinci növ təyini söz birləşməsinə oxşayır. Lakin məna və vəzifə cəhətdən tamamilə üçüncü növ təyini söz birləşməsi kimi dərk edilir. Belə birləşmələrdə birinci tərəf əsasən xüsusi isimlərdən əmələ gəldiyi üçün ikinci tərəfin aidiyyət, mülkiyyət mənası nöqteyi-nəzərindən morfoloji əlamətə, yəni -ın 4 şəkilçisinə ehtiyac duyulmur, çünki birləşmənin məzmununda heç bir qeyri-müəyyənlik mücərrədlik izi yoxdur. Məsələn: Bu Xətayi eşqinə neçün xəlayiq tən edər, Ol məhi kim gördü kim, hüsninə heyran olmadı.(9,192) Bu Xətayi canını qurban edər ol mahə kim, Pərtövi-mehri cəmalın ayə salmışdır yenə.(9,174) Bu Xətayi könlüni yəğmə verdi çin içün, Çin çərisi basdı Rumi, gəldi Maçin üstünə.(9,184) Bəzən də eyni münasibəti ümumi isimlərdə yarandığı zaman müşahidə edirik. Burada yenə birinci tərəf mətin daxilində mücərrədlikdən daha çox məlum bir əşya haqqında təsəvvür yaradır. Belə hallarda yerinə görə işarə əvəzliklərindən istifadə edir. Məsələn: Ol rəqiblər tənəsindən ehtirazın ta nədir? Bəndəyə hiç iltifatın yoxdurur, yarəb nədən?(9,193) Munca möhnət çəkdin, ey dil, zülməti hicran ilə, Ol mənim vəslinə yetdin, bəxtiyar olmazmısan?(9,165) Ol məhin eşqinə düşdüm, tənə qılma, zahida, Qaçmazam eşqin yolundan çün mana həq qıldı tay.(9,197) 18

Üçüncü növ təyini söz birləşməsinin şərti olaraq naqis forma adlandırdığımız şəklinə hətta bu gün də dialekt və şivələrimizdə təsadüf etmək mümkündür. b) Qədim və orta əsrlərin dilində üçüncü növ təyini söz birləşmələrində belə bir xüsusiyyətə də rast gəlirik ki, birinci tərəfdə hər üç şəxsin mənsubiyyət şəkilçisi iştirak edirsə, o zaman tərəf yiyəlik şəkilçisi (-ın 4 ) qəbul etmir. İkinci tərəfdə mənsubiyyət şəkilçisi bir qayda olaraq işlənilir. Belə hallarda birinci tərəf mənsubiyyət şəkilçisilə ifadə edildiyi üçün ikinci tərəflə birlikdə konkret məzmun kəsb edir, mücərrədlikdən və ümumilikdən uzaqlaşır. Dədə Qorqud dastanlarının dilindən, XIX əsrə qədər mövcud əsərlərin dilində ardıcıllıqla müşahidə etdiyimiz bu cəhətin inkişaf prosesi, həmin formanın daha qədim olmasını bir daha göstərir. Demək olar ki, bu xüsusiyyət yalnız mənzum əsərlərə deyil, nəsr əsərlərinin də dilində mövcuddur. Bu cəhət Xətai dilində də müşahidə edilir. Yaralı bağrım qanın tökdü gözümdən dəmbədən, Gör nələr qıldı mana şol nərgisi-xunxarələr.(9,48) Xar oldu yürəgim hicrində ey gül yüzlü yar, Yar bağrım arasın, gör kim, necə xor anda var.(9,52) Müddəilər tənəsindən sanmanız kim, mən dönəm, Ol canım içində cani canandır mana.(9,31) Birinci şəxsin tək və cəmində olduğu kimi, birinci tərəfi ikinci şəxsin təki ilə düzələn üçüncü növ təyini söz birləşmələrində də yiyəlik şəkilçisi düşür. Bu vəziyyətdə də əmələ gələn birləşmə ikinci növ təyini söz birləşməsinə bənzəyirsə, lakin məzmun etibarilə üçüncü növ təyini söz birləşməsi sayılır: Axan ol sərvin yanında su degil yaşmıdır ol, 19

Ayağın altındakı başmaq deyil, başmıdır ol.(9,128) Bilməz idim xətti-rüxsarın sifatın söyləmək, Fitnə çeşmin qəmzəsi öyrətdi ilhami mana.(9,32) Pərtövü-hüsni ziyasından sürəyyadır xəcil, Sürətin tabından ol xurşidi-taban münəfil.(9,130) Birinci tərəfi isimlə ifadə edilən və üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş üçüncü növ təyini söz birləşməsində yenə yiyəlik şəkilçisi atılır. Beləliklə, hər iki vəziyyətdə məzmun üstünlüyü ilə üçüncü növ təyini söz birləşməsi düzəldir. Məsələn: İnanma zülfi əhdinə Xətayi, Kim anın bir başıvü min dili var.(9,101) Xatidim məcmu ikən aşüfə qıldım, ey pəri, Sən anı zülfin kimi əmdən pərişan eylədin.(9,125) Həmin formanın qalığına dialekt və şivələrimizdə eləcə də bu gün canlı danışıq dilində rast gəlirik: Qız atası evinə getmişdir. Uşağı əmisi qızı saxlayır və s Hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul etmiş birinci tərəfdən yiyəlik şəkilçisi düşdüyü kimi, bir çox təsadüflərdə ikinci tərəfdən də birləşdirici n ünsüründən sonra ismin təsirlik hal şəkilçisi düşür. Bu Xətayi qanın tökməkdə ikən tökmədin, Anda hər müfti ki, mən etmiş bəsi qan eyləmiş.(9,198) İlk baxışda belə təsəvvürə gəlir ki, guya bunlar bir məfhumun adını bildirən mürəkkəb sözlərdir. Halbuki bu birləşmələr nitq içərisində tamamilə başqa şəkildə təsəvvür edilir. 20

Belə bir xüsusiyyət danışıq dili, dialekt və şivələrimizdə müşahidə edilməkdədir. Naxçıvan qrupu dialekt və şivələrində eləcə də əksər dialekt və şivələrimizdə üçüncü növ təyini söz birləşmələrinin ikinci tərəfindəki təsirlik hal şəkilçisinin saiti düşür. Zolax taxtanın üzun [u] alır. Üçüncü növ təyini söz birləşməsinin formal cəhətdən tam forması da əvvəlkilərdə bir sırada işləmişdir. Birinci tərəfi yiyəlik şəkilçisi ikinci tərəfi isə mənsubiyyət şəkilçisi qəbul edir. Bu növ birləşmələrin tarixən də hər iki tərəfi adlardan düzəldilir. Məsələn: Müddəilər tənəsindən sanmanız kim, mən dönəm, Ol mənim canım canım içində cani canandır mana.(9,31) Olmadı bu sirrə məhrəm hər xəsisi-kəcsüxən, Dərdimin dərmanı doğru yar bir əttar bir.(9,102) Üçüncü növ təyini söz birləşmələrində birinci tərəf ümumi və ya xüsusi isimlərdən, sual və şəxs əvəzliklərindən və ya substantivləşmiş sözlərdən, ikinci tərəf isim və məsdərdən ibarət olur. Cümlədə vəzifələrinə gəldikdə bunlar mürəkkəb mübtəda, xəbər, tamamlıq və zərflik yerində işlənir. Yazılı abidələrin dilində bəzən üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfi ismin başqa hallarından fərqli olaraq, təsirlik halda bitişdirici samiti və hal şəkilçisi (-i) qəbul etmir: Yüzün şövqilə ləlin həsrətindən Gözüm yaşı belə su çayə bənzər.(9,101) Birinci tərəf, yəni sahib tərəf iki sözdən ibarət olduğu halda, birinci və ya ikinci söz bəzən yiyəlik şəkilçisi qəbul edir, bəzən də şəkilçisiz işlənir. Üçüncü növ təyini söz birləşməsinin quruluşunda nəzərə çarpan belə müxtəliflik, şübhəsiz, XVIII əsrdən sonra, əsasən itir və hər iki tərəfi bir qayda 21

olaraq formal əlamətləri tam şəkildə sabitləşir. Qədim və orta əsrlərin dilində mövcud olan ikilik (ikinci və üçüncü növ təyini söz birləşməsinin müvazi işlənməsi nəzərdə tutulur) xüsusən, birinci tərəfi şəkilçisiz işlənməsi, belə bir ehtimal doğurur ki, üçüncü növ təyini söz birləşməsinin müasir forması təxminən bu son əsrlərin məhsuludur. Dilimizdə olan belə faktlar göstərdi ki, müəyyənlik və qeyri-müəyyənlik tarixən formal cəhətdən deyil, daha çox mətndən, ifadəlik məzmunundan asılı olaraq öz ifadəsini tapmışdır. Başqa sözlə desək, ikinci növ təyini söz birləşməsi morfoloji əlamətlərin inkişafı nəticəsində üçüncü növ təyini söz birləşməsinə keçmək üçün bir keçid mərhələsi vəzifəsini görmüşdür. Bu vəziyyəti türk dili abidələrində gördüyümüz kimi, onların qalıqlarına müasir dialekt və şivələrimizdə rast gəlirik.(7,255-261) 22

II Fəsil Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr Yazılı abidələrin dilində işlənən bu tip ismi birləşmələri türkoloji araşdırmaları, xüsusən də Y.Seyidovun söz birləşmələrinə həsr olunmuş əsərinə istinad edərək aşağıdakı kimi qruplaşdırmaq olar. 1) Birinci tərəfi ismin adlıq halında olur, həm də daha çox mənsubiyyət şəkilçili sözlə ifadə olunur, ikinci tərəfi isə əsasən lı 4 şəkilçili sifətdən ibarət olur: Mən gəzərəm dərdli-dərdli, Ötər firqətli-firqətli, Bülbül kimi ünü dadlı, Dili gərək yol əhlinin.(9,344) 2) Birinci tərəf substantiv isimlərlə, ikinci tərəf isə -lı 4 şəkilçili sifətlərlə ifadə olunur: Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar, 23

Yar bağrım arasın, gör kim, necə xaranda var.(9,52) Ahu gözlü bir sənəm aslanları seyd eləmiş, Ey müsəlmanlar, ahu şiri şikar etmək nədir?(9,106) Həmdəmin daim rəqib olmuşdur, ey gül yüzli yar, Xanda bir gül bitsə lazımdır yanında xar olsa.(9,36) 3) Birinci tərəfi isimin yönlük halında olan sözlə ifadə olunur: Can olmaz isə, sən təki canan yetər mana, Vəslin bu xəstə könlümə dərman yetər mana.(9,36) Zülməti-zülfində könlü bu Xətayi xəstənin Xızıra bənzər kim, görünməz çeşmeyi-heyvan ana.(9,27) 4) Birinci tərəfi isimin yerlik halında olan sözlə ifadə olunur: Taki sən getdin yanımdan, ey dilaramım mənim Haləti-vəslin könüldə pasipan qaldı mana.(9,31) Gər nihan oldu gözümdən ol pəri peykər sənəm, Gögdə mah onun yüzündən bir nişan qaldı mana.(9,32) 5) Birinci tərəfi isimin çıxışlıq halında olan sözlə ifadə olunur.(8,46-51) Xətayi der ixtiyarsız Neyləyim dünyanı yarsız. Oldur aləmdən xəbərsiz, Duz tökmək istər yaraya.(9,323) 24

Nəticə İki və daha artıq müstəqil sözün sintaktik üsulları əsasında birləşməsindən əmələ gələn söz birləşmələri, bir sintaktik vahid kimi öz dilimizin bütün dövrləri baxımından səciyyəvidir. Ş.İ.Xətainin dilində rast gəlinən ismi birləşmələr, eləcə də təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr əsasən, müasir ədəbi dilimizdəki kimidir. Ədəbi dilimizdə olduğu kimi birinci növ təyini söz birləşmələrinin hər iki tərəfi isimlə ifadə olunanlar; birinci tərəfi sifət, ikinci tərəfi isimlə ifadə olunanlar; birinci tərəfi say, ikinci tərəfi isimlə ifadə olunanlar; birinci tərəfi əvəzlik, ikinci tərəfi isimlə ifadə olunanlar; birinci tərəfi feli sifət, ikinci tərəfi isimlə ifadə olunanlar kimi qruplaşdırması Xətai dilində də müşahidə edilir. İkinci və üçüncü növ təyini söz birləşmələri də Xətai dilində ədəbi dilimizdəki kimi işlənmişdir. Xətai dilində işlənən nümunələrdən görünür ki, birləşmələrin əmələ gəlmə üsul və qaydaları ilə müasir dili arasında o qədər də ciddi bir fərq yoxdur. Qanunauyğun inkişaf prosesi, onların bütün sahələrində öz ifadəsini tapmışdır. Lakin buna baxmayaraq təyini söz birləşmələrinin bəzən şəkil cəhətdən oxşarlığı mənaca birinin digərinin yerində işlənməsi halları da olmuşdur. Zaman keçdikcə belə oxşarlıq itmiş, şəkilçilərin yerində işlənməsi, dəqiq şəkil alması həmin birləşmələrin məna dəqiqliyinə səbəb olmuşdur. 25

Yusif Seyidovun təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələrin birinci tərəfi ismin adlıq halında olub, ikinci tərəfi isə əsasən -lı 4 şəkilçili sifətlərdən ibarət olan; birinci tərəfi substantiv isimlərdən ibarət olub, ikinci tərəfi isə -lı 4 şəkilçili sifətlərlə ifadə olunan; birinci tərəfi isimin yönlük halında olan sözlə ifadə olunan; birinci tərəfi isimin yerlik halında olan sözlə ifadə olunan; birinci tərəf ismin çıxışlıq halında olan sözlə ifadə olunan deyə qruplaşdırır ki, bu Xətai nümumələrinin dilində də işlənir. İstifadə edilmiş ədəbiyyat 1. AMEA. Azərbaycan ədəbi dil tarixi. I cild, Bakı: Şərq-Qərb, 2007, 478s. 2. Cavadova M. Şah İsmayıl Xətainin leksikası. Bakı: Elm, 1977, 213s. 3. Hacıyev T. Azərbaycan ədəbi dilinin tarixi. I cild, Bakı: Elm, 2012, 475s. 4. Hüseynzadə M. Müasir Azərbaycan dili. IV hissə, Bakı: Şərq-Qərb, 2007, 422s. 5. Xudiyev N. Azərbaycan ədəbi dili tarixi. Bakı: Maarif, 1995, 490s. 6. Məmmədova Ə. Şah İsmayıl Xətai. Bakı: Yazıçı, 1988, 458s. 7. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: Azərbaycan Universiteti, 1990, 372s. 8. Seyidov Y. Müasir Azərbaycan dili. IV hissə, Bakı: Maarif, 2009, 319s. 9. Şah İsmayıl Xətai. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1988, 342s. 10.Tanrıverdi Ə. Azərbaycan dilinin tarixi qrammaikası. Bakı: Elm və təhsil, 2012, 464s. 26