1 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ JURNALİSTİKA FAKÜLTƏSİ BAKALAVR PİLLƏSİNİN II KURS TƏLƏBƏSİ... MƏTBUAT TARİXİ Fənnindən MOLLA NƏSİRƏDDİN JURNALI VƏ ZİYALI OBRAZI mövzusunda KURS İŞİ KAFEDRA MÜDİRİ: prof. ŞAMİL VƏLİYEV. ELMİ RƏHBƏR: 1
2 PLAN: 1. Giriş - Dünənin və bugünün jurnalı Molla Nəsrəddin. 2. Molla Nəsrəddin çi rəssamlar və onların jurnal tarixində rolu. 3. Molla Nəsirəddin çi ziyalılar. 4. Nəticə. 5. Ədəbiyyat siyahısı. 2
3 DÜNƏNİN VƏ BUGÜNÜN JURNALI MOLLA NƏSRƏDDİN Ey mənim müsəlman qardaşlarım! Zəmanə ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər xa-xa! edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə öz gözünüzü silib lənət şeytana dediniz, o vaxtdan ele güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o zaman qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza Molla Nəsrəddin 7aprel 1906-ci il, 1 I FƏSİL. GİRİŞ. 3
4 XX əsrin əvvəllərində Azərbaycan mətbuat tarixində yeni bir dövr başlayır. Bu dövrdə müxtəlif qəzet və jurnallar nəşr olunurdu. Bunların nəşr edildiyi dövrdə Molla Nəsrəddin jurnalı meydana gəldi. Bu gəliş mətbuat tariximizdə bir məktəb rolu oynadı, bir hadisə oldu.azərbaycan mətbuatı tarixində ilk satirik jurnal olan Molla Nəsrəddin 1906-cı ildə aprelin 7-də Tiflisdə Qeyrət mətbəəsində nəşrə başlayıb. Molla Nəsrəddin jurnalının redaktoru böyük ədib, görkəmli satirik publisist Cəlil Məmmədquluzadə idi. Dövrün ən maraqlı mətbuat orqanı "Molla Nəsrəddin" jurnalı idi. Həftədə bir dəfə nəşr olunan bu jurnal rəngli və şəkilli satira jurnalı idi. Onun səhifələrində ictimai bəlaların tənqid və ifşası əsas yer tuturdu. Hər sayı 8 səhifə olan jurnalda rəngli karikaturalara geniş yer verilirdi. Nasirlər cəmiyyətdəki kəsirləri açıb göstərməklə doğma xalqın ictimai-siyasi şüurunu inkişaf etdirmək, onu dünyanın ən qabaqcıl, mədəni xalqları sırasına çıxarmaq istəyirdilər. Molla Nəsrəddin əsrin əvvəllərində Rusiya və Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəldi. Molla Nəsrəddin müəyyən fasilələrlə iyirmi beş il çap olunub. O, əvvəlcə Tiflisdə, az bir müddət Təbrizdə, sonra isə Bakıda fəaliyyət göstərmişdir. Mütəxəssislərin fikrincə jurnalın Tiflisdə 370, Təbrizdə 8, Bakıda 390 nömrəsi çıxıb. Molla Nəsrəddin jurnalının ilk nömrələri ancaq Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin gücünə çap olunurdu. Jurnalın üz səhifəsində verilən şəkildə möhkəm yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqalı Molla Nəsrəddin onların yanında durub yatanları oyatmaq istəyir. Sayın ikinci səhifəsini "Sizi deyib gəlmişəm" məqaləsi bəzəyir. Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü, "Dəllək" hekayəsi, "Lisan bəlası" felyetonu və dörd karikatura çap olunmuşdur. 4
5 Jurnalın Molla Nəsrəddin adlandırılması da maraqlıdır. Molla Nəsrəddin şifahi xalq ədəbiyyatının qəhrəmanıdır və həmişə də zülmə, nadanlığa, haqsızlığa gülmüş, güldürmüş, düşündürmüşdür. Mirzə Cəlil də Molla Nəsrəddinin dili ilə xalqın dediyini bəyan edir, onu güldürür, düşündürür, həm də yol göstərir. Molla Nəsrəddin ən mütərəqqi, müasir, inqilabi fikirləri təbliğ edirdi. Bununla belə, bu mütərəqqi fikirlərin, ideyaların köklü, milli qaynaqları da vardır. Mollanəsrəddinçilər xalq yaradıcılığı, xalq hikməti çeşməsindən, Nizamilər, Nəsimilər, Füzulilər çeşməsindən su içmişdir. Onların materializmi Mirzə Fətəlinin mübariz materializminin davamı ve inkişafı idi. Jurnal eyni məhəbbətlə bütün xalqların qabaqcıl ədəbi-estetik və elmi-siyasi fikrindən qidalanırdı. Onun müəlliflərinin irsə münasibətini aydınlaşdırmaq üçün bu qaynaqların ayrıca olaraq elmi tədqiqi, öyrənilməsi bundan sonra da çox faydalı elmi-tədqiqat mövzusu sayılmalıdır. Molla Nəsrəddin jurnalı ilk nömrəsindən Azərbaycan dilinin varlığı və təmizliyi uğrunda mübarizə meydanına atıldı. Jurnalın sonrakı nömrələrində, hətta bütün fəaliyyət dövründə dil haqqında müxtəlif janrlarda saysız-hesabsız əsərlər çap olunub. Molla Nəsrəddin xalqın müasir mədəniyyət yollarına çıxmasına əngəl olan siyasi kütlüyə, siyasi tənbəlliyə səbəb olan, xalqın azadlıq uğrunda mübarizədə mütəşəkkiliyini pozan, mistik dini etiqadların köklərini, mürtəce siyasi məqsədini də öyrənirdi. Jurnal belə bir prinsip qəbul etmişdir: Düşməni yaxşı tanı ki, onu məğlub edə biləsən, susdura biləsən. Bu cəhətdən jurnalda bədiiliklə elmilik,bədii silahla elmi silah,elmi dəlil, sübut birləşirdi. Mirzə Fətəlinin fəlsəfi məktublarından gələn bu ənənə jurnalın məziyyətlərindən biri olmuşdur. 5
6 Qadınların maariflənməsi, elmli, təhsilli olmaları kimi məsələlər də Molla Nəsrəddin səhifələrində öz əksini tapıb. Molla Nəsrəddin həyatdakı bütün nöqsanları aradan qaldırmaq üçün düşündürən, iş görməyə çağıran bir jurnal idi. Bu jurnalın yaradıcısı Cəlil Məmmədquluzadə isə jurnalın məsləkinə, yəni həmişə doğru yazmaq ideyasına sadiq qalırdı. Molla Nəsrəddini tam 25 il düşündürən, məşğul edən böyük problemlərdən biri Cənubi Azərbaycanın azadlığı, istiqlaliyyəti məsələsi olmuşdur. Xüsusən Böyük Oktyabr sosialist inqilabından və Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra jurnal bu problemin ətrafında tez-tez çıxış etmişdir. Həm də ən əhəmiyyətlisi budur ki,ağlamaz,sızlamaz,ah-vay eləmək,təəssüf eləmək ruhunda yox kəskin,ötkəm,siyasi tələblər ruhunda çıxış etmişdir. Molla Nəsrəddin ə qarşı hücumlar gücləndikcə Mirzə Cəlil tutduğu yolun doğruluğuna daha çox inanırdı. Lakin nə düşmənlərin hədə-qorxusu, nə də dostlarının narahatlığı Mirzə Cəlili qorxuya sala, onu tutduğu yoldan döndərə bilməyib. Molla Nəsrəddin tək bir nəfər müəllifin əsəri deyil, o bir neçə qələm sahiblərinin əsəri idi. Molla Nəsrəddin aləmində ikinci qüdrətli qələm ustası poeziyamızda inqilabi satiranın banisi M.Ə.Sabir idi. Sabir, yaradıcılığının ən parlaq dövrünü ancaq Molla Nəsrəddin jurnalının nəşri ilə bağlayır. M.Ə.Sabir öz oxucularını düşündürən şeirlər yazırdı. Molla Nəsrəddin in əsas qayəsi də bu idi. Ən çox Hop-hop, Ağlar güləyən, Cingöz bəy imzaları ilə yazıları çap olunan Sabir Molla Nəsrəddin də bir çox başqa gizli imzalarla da çıxış etmişdir. "Molla Nəsrəddin"in ikinci redaktoru sayılan Ömər Faiq Nemanzadə (1872-1941) İstanbulda təhsil almış, cavanlığında inqilabçılarla əlaqə saxladığına görə iki dəfə həbs edilmişdir. XX əsrin əvvəllərində Şərqi-Rus" qəzetinin redaksiyasında işləyərkən o, C.Məmmədquluzadə ilə tanış olmuş, tezliklə bu tanışlıq səmimi dostluğa çevrilmişdir. Ömər Faiq 6
7 C.Məmmədquluzadə ilə birlikdə "Qeyrət" mətbəəsini açmış, sonra da "Molla Nəsrəddin" jurnalını çap etmişlər. İctimai tərəqqi yolunu maarif və mətbuatın inkişafında görən Ömər Faiq "Molla Nəsrəddin" jurnalının saylarının hazırlanmasında, rəsmlərin çəkilməsində, mətbəə çətinliklərinin aradan qaldırılmasında, jurnalın maddi cəhətdən yaşadılmasında yorulmadan çalışırdı. Molla Nəsrəddində Ümidvar, Lağlağı, Mozalan imzaları ilə öz məqalələrini nəşr etdirirdi. Eyni zamanda "İrşad", "Tərəqqi", "Açıq söz" qəzetləri ilə əməkdaşlıq edən publisist "Dərdimiz və dərmanımız", "Dilimiz və imlamız", "Alınan azadlığı nə cür saxlamalı", "Ağacı qurd içindən yeyər" məqalələrində Azərbaycan ziyalılarını düşündürən problemlərdən bəhs edirdi. Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi və s. kimi qələm ustaları Molla Nəsrəddin səhifələrində öz satirik əsərləri ilə fəal iştirak edirdilər. Molla Nəsrəddin in yaradıcı heyətində realist rəssamların da çox böyük mövqeyi var. Jurnalın dərin məzmunlu karikaturalarını Rötter, Şmerlinq, Ə.Əzimzadə çəkirdi, Təbriz nömrələrinin rəssamı isə Əli Behzad olmuşdur. Mirzə Cəlilin, Ə.Haqverdiyevin, M.Ə.Sabirin,Ə.Nəzminin jurnalda çap olunan əsərləri formaca rəngarəng idi. Bundan başqa Molla Nəsrəddin də atalar sözləri, lətifələr, poçt qutusu, satirik elanlar, tərcümeyi-hallar, lüğətlər, bir para hikmətli sözlər, tapmacalar, sual-cavab, etiraf və onlarla janrlardan istifadə edilib. Molla Nəsrəddin jurnalı təkcə Azərbaycanda,Qafqazda və Rusiyada deyil,asiya və Afrikanın, Şərqi Avropanın bir çox mərkəzlərində, Daşkənddə, Aşqabadda, Həştərxanda, Ufada, Səmərqənddə, Tehranda, İstanbul, Qahirə və s. yerlərdə yayılmış, onun müxtəlif millətlərdən milyonlarla oxucuları olmuşdur. Jurnalın tarixi dövrü, üslub və sənətkarlıq xüsusiyyətləri, fikirlərə,ağıllara təsiri ilə bir çox şərqşünas alimlər maraqlanmış, jurnal haqqında məqalələr,tədqiqat əsərləri yazmışlar. 7
8 Bilavasitə "Molla Nəsrəddin"in təsiri nəticəsində Bakıda Azərbaycan dilində "Bəhlul" (1907), "Zənbur" (1909-1910), "Mirat" (1910), "Arı" (1910-1911), "Kəlniyyət" (1912-1913), "Lək-lək" (1914), "Tuti" (1914-1917), "Məzəli" (1914-1915), "Babayi-Əmir" (1915-1916), "Tartan-partan" (1918), "Şeypur" (1918-1919), "Zənbur" (1919), "Məşəl" (1919-1920) kimi illüstrasiyalı jurnallar, rus dilində çox saylı satirik məcmuələr: "Cigit" (1907-1918), "Vayvay" (1908), "Bakinskoe qore" (1908-1909), "Biç" (1909-1915), "Adskaya poçta" (1909-1910), "Bakinskie streli" (1910), "Baraban" (1912-1913) və digərləri nəşr olunurdu. Daha uzun ömürlü olan "Molla Nəsrəddin" jurnalı müəyyən fasilələrlə 1931-ci ilə qədər işıq üzü görüb. Qısa fasilələrlə də olsa düz 25 il ərzində cəmiyyətin eybəcərliklərini, qüsurlarını çəkinmədən, qorxmadan açıb göstərən, müsəlman qardaşlarını bir növ cahillik yuxusundan oyatmağa çalışan «Molla Nəsrəddin» jurnalının yaradılmasının bu il artıq106 yaşı tamam oldu. 106 yaşlı Molla Nəsrəddin dünənin və bu günün jurnalı sayıla bilər. II FƏSİL. 8
9 MOLLA NƏSRƏDDİN Çİ RƏSSAMLAR VƏ ONLARIN JURNALIN TARİXİNDƏ ROLU. Cəlil Məmmədquluzadə felyetonlar və tənqidi yazılarla yanaşı şəkillər vasitəsilə də öz oxucuları ilə açıq danışmağı qarşısına məqsəd qoymuşdu.nəşr edildiyi uzun müddət ərzində Molla Nəsrəddin jurnalı Azərbaycanda yeni satirik rəssamlar nəslini formalaşdırmışdır.əzim Əzimzadə, Seyidəli Behzad, Xəlil Musayev, İsmayıl Axundov, Qəzənfər Xaliqov və başqaları kimi tanınmış karikaturaçı rəssamların ərsəyə gəlməsində, meydana çıxmasında Molla Nəsrəddin jurnalının xüsusi, əvəzsiz rolu vardır. Cəlil Məmmədquluzadə Azərbaycanda təkcə realist-demokratik ədəbiyyatın deyil, eyni zamanda Molla Nəsrəddin Karikatura məktəbi nin də əsas yaradıcısı və təşkilatçı rəhbəridir. Molla Nəsrəddin karikatura məktəbində Azərbaycan rəssamları ilə yanaşı digər xalqların nümayəndələri olan rəssamlar da geniş təmsil olunmuşlar. Alman rəssamları O.İ.Şmerlinq,Yosef Rötter, rus A.Qrinyevski, Konstantin Dorş, gürcü V.Giladze, Beno və başqaları. Molla Nəsrəddin karikatura məktəbi ilk növbədə alman rəssamı Şmerlinqin ardıcıl,səmərəli və fədakar fəaliyyəti ilə formalaşmışdır. Birinci nömrənin şəkillərini çəkməyi Molla Nəsrəddin Şmerlinqe həvalə etmişdi. Milliyətcə alman olan görkəmli rəssam Oskar İvanoviç Şmerlinq 13 iyul 1863-cü ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində hərbi qulluqçu ailəsində anadan olmuşdur. XX əsrin əvvəllərində Tiflisin mədəni həyatında fəal iştirak edən peşəkar rəssamlardan biri idi. O rəssamlıq məktəbində dərs deməklə yanaşı yerli mətbuat orqanlarının sifarişinə əsasən rəsmlər,karikaturalar çəkirdi. Suxumidə dəniz sahili (1893), Anapa-yağışdan əvvəl (1893), Sahildə gecə (1893), Barjomi (1893) və s. kimi əsərlərində milliyət etibarilə alman olan Oskar Şmerlinq Qafqaz təbiətinin özünəməxsus rəng çalarlarını böyük 9
10 məharətlə canlandırmışdır. Bundan başqa Şmerlinqin XIX əsrin 90-ci illərində çəkdiyi Ata portreti (1893), Atlılar (1894), Tatar qızı (1896) və s. kimi portret rəsmlərində qafqazlılara məxsus zahiri görkəm və psixologiya bacarıqla təqdim olunmuşdur. Bununla bərabər bir çox hallarda onun rəsm əsərlərində avropalılara xas olan gödək ətəkli,qalın yaxalıqlı şlyapalı geyim cizgiləri də qalmışdı. Bu əsərlər həqiqətən də Bir avropalının görə biləcəyi Qafqaz ekzotikasının qeyri adi ifadəsi idi. Şmerlinq görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin Tiflisdə Qeyrət nəşriyyatında çap olunmuş Usta Zeynal və Qurbanəlibəy kitablarına da düşündürücü illustrasiyalar çəkmişdir. Bütün bunlarla bərabər Oskar Şmerlinqin adlı-sanlı karikaturaçı rəssam kimi parlamasında 1906-cı ildən Tiflisdə Azərbaycan dilində nəşr edilmiş məşhur Molla Nəsrəddin jurnalı mühüm rol oynamışdır. Belə ki, Cəlil Məmmədquluzadə Molla Nəsrəddin jurnalının nəşrinə başladıqda Azərbaycanda peşəkar satirik rəssam yox idi. Çünki orta əsrlərdən etibarən türk-müsəlman dünyasında miniatür sənəti inkişaf tapa bilsə də Molla Nəsrəddin jurnalına qədər satirik rəssamlığa demək olar ki, müraciət olunmamışdı. Bütün bunlara görə Mirzə Cəlil jurnal üçün rəsm çəkmək işinə ilk növbədə Tiflisdə yaşayıb yaradan alman rəssamı Oskar Şmerlinqi dəvət etmişdir. Bu təklifi qəbul edən Şmerlinqin zəhməti sayəsində Azərbaycanda birinci rəngli və şəkilli satirik jurnal çap olunmuşdur. Beləliklə Azərbaycanda satirik rəsm, karikatura sənətinin yaranıb inkişaf etməsi üçün əlverişli imkan açılmış, münasib meydan əmələ gəlmişdi. O.İ.Şmerliq Molla Nəsrəddin jurnalının birinci sayından etibarən uzun illər böyük ədibin əsas silahdaşlarından birinə çevrilmişdir. Buna görədir ki, Cəlil Məmmədquluzadə möhtərəm nəqqaşımız, ən dəyərli köməkçimiz deyə onun Molla Nəsrəddin jurnalının taleyindəki xüsusi roluna yüksək qiymət vermişdir: Məcmuənin karikaturalarını çəkdirmək üçün pul lazım idi. Bunu bu tövr həll etdik ki,möhtərəm nəqqaşımız Şmerlinq qabaqkı nömrənin şəkillərinin 10
11 zəhmət haqqısını nisyə çəkməyə razı oldu. Burada keçən günləri yadıma salıb məcmuənin yolunda mərhəmət göstərənləri bir-bir yada saldıqda onların içində ən dəyərli köməkçimiz Oskar İvanoviç Şmerlinqə qəlbimin incə bir guşəsindən intəhasız salamlar göndərirəm. Molla Nəsrəddin karikaturası üçün proqram hesab edilən və jurnalın birinci sayının üz qabığında verilmiş türk-müsəlman dünyasının oyanışına həsr olunmuş məşhur karikatura məhz Oskar Şmerlinqə məxsusdur. Bu məşhur karikaturada mollanəsrəddinçi satirik rəssamlığın bütün əsas xüsusiyyətləri (sadəliyi,xəlqiliyi,milli oyanışa təsiri,düşündürücü və cəlbedici olması) özünün parlaq bədii əksini tapmışdır. Həmin nadir rəsm əsəri C.Məmmədquluzadənin Molla Nəsrəddin jurnalının proqramı kimi düşünülmüş Sizi deyib gəlmişəm məqaləsinin üzvi tərkib hissəsi, daha doğrusu isə satirik rəssamlıqdakı uğurlu əksidir. Oskar Şmerlinqin Molla Nəsrəddin jurnalının ilk sayının birinci səhifəsinə verilmiş Müsəlman dünyasının oyanışı karikaturası mollanəsrəddinçi satirik qrafikanın, karikaturanin mükəmməl manifestidir. Cəlil Məmmədquluzadə 1926-cı ildə yazdığı məşhur Xatiratım adlı memuarında həmin hadisəni aşağıdakı kimi təsvir etmişdir: - Bizim birinci işimiz,birinci vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan islam milləri idi. Və birinci növbədə əziz nadirulvucud olan Şmerlinq nəqqaşımızdan iltimas etdik ki,bizim bəxti qara şərqin yatmış millətlərinin qeflet yuxusunu öz ustadanə firçası ilə təsvir etsin və isəvi tarixinin 1906-cı ilində aprel ayının 7-də səhneyi-intişara qoyulan birinci Molla Nəsrəddin in baş səhifəsində şirin yuxuda yatan millətlərin təsviri haman təsvirdir ki, vücud bizim üçün çox qiymətli olan Şmerlinq nəqqaşımız öz məharətli qələmi ilə onu həmən tarixdə yaratdi. Bu vaxtdan etibarən Molla Nəsrəddin də gedən şəkillərin demək olar ki, çoxunu Şmerlinq çəkirdi. Şmerlingdə hadisələrin təsvirində tiplərin və 11
12 xarakterlərin ən ümdə cizgilərini tutmaq, bunları şüurlu surətdə dəyişdirmək qabiliyyəti mövcud idi. Milliyətcə alman olmasına baxmayaraq, O.İ.Şmerlinq Azərbaycan mühiti və məişətini, azərbaycanlıların həyatını və psixologiyasını dəridən öyrənmişdir. Bu cəhətdən ona, rəssam həmkarı Yozef Rötterə Molla Nəsrəddin jurnalının naşiri C.Məmmədquluzadə yaxından köməklik göstərmişdi. Həmidə xanım Məmmədquluzadənin xatirələrində deyilir: Jurnalın şəkillərinin planını hazırladıqdan sonra Mirzə Cəlil Şmerlinqin və Rötterin yanına gedib şəkillərin səciyyəsini onlara izah edirdi... Mirzə Cəlil Şeytanbazarda yaşayan tipləri xatırlatmağa məcbur olurdu... Şmerlinqin deyilən fikri dərhal qavrayıb gözəl karikaturalar çəkməsi Mirzə Cəlili heyran edirdi. Şmerlinqin nadir fırçasının məhsulu olan Sizi deyib gəlmişəm, Niyə məni döyürsünüz, Molla Nəsrəddin İran sərhəddində, Xabi-qəflət, Müsəlman məclisində rus zabiti, Məhəmmədəli şahın Təbrizdən çıxması, Dumaya seçilmiş millət vəkilləri silsiləsi, Müsəlman məişəti, Molla Nəsrəddin məcmuəsi alanlar və s. kimi yüzlərlə satirik rəsmlər sözün geniş mənasında karikatura sənətinin şah əsərləri səviyyəsinə yüksəlmişdir. Azərbaycan folklorunda qədim tarixi olan və XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi jurnalın adına çevrilən müdrik Molla Nəsrəddinin bədii obrazını ilk dəfə və çox mükəmməl şəkildə Oskar Şmerlinq yaratmışdır. Şmerlinqin yozumunda folklor Molla Nəsrəddinin müdrikliyi və uzaqgörənliyi, yüksək vətəndaşlıq keyfiyyətləri böyük məharətlə canlandırılmışdır. Bir sözlə, Azərbaycan xalq satirasının baş qəhrəmanı Molla Nəsrəddin portreti alman rəssamı Oskar Şmerlinqin bədii kəşfidir. Şmerlinq Molla Nəsrəddin jurnalında müəyyən süjet əsasında bir neçə rəsmdən ibarət olan silsilə karikaturalar yaratmağında əsasını qoymuşdur. 12
13 Erməni müsəlman münasibətləri, Dumaya seçilmiş millət vəkilləri və s. kimi satirik rəsmlər onun süjetli karikatura yaratmaq məharətini də üzə çıxarır. Molla Nəsrəddin jurnalının eyni sayında verilmiş Cəlil Məmmədquluzadənin hekayə və felyetonları ilə səsləşən Mirzə Ələkbər Sabirin satirik şeirlərini həmin sayda getmiş Şmerlinqin karikaturaları bir daha tamamlanır. Məsələn, Mirzə Cəlilin Niyə məni döyürsünüz felyetonu ilə səsləşən Sabirin Nə işim var satirasını tamamlayan Şmerlinqin eyni süjet əsasında çəkilmiş karikaturası vahid ideyanın daha təsirli və qüvvətli şəkildə ifadə olunmasına xidmət etmişdir. Beləliklə, C.Məmmədquluzadə və Sabirin mahir qələmi ilə Şmerlinqin nadir fırçasının vəhdəti Molla Nəsrəddin jurnalının uğurlarını müəyyən etmişdir. Dövlət Duması, Bakı sərmayədarları, ruhani idarəsi kimi təhlükəli mövzularda çəkilmiş karikaturalarında Oskar Şmerliq əsl mənada Molla Nəsrəddin ə və Cəlil Məmmədquluzadəyə layiq cəsarət nümayiş etdirmişdir. Ən ciddi və mükəmməl siyasi karikaturalarda olduğu kimi, reallığı əks etdirmək baxımından bu tipli karikaturalar da sanki fotoşəkillərə bənzəyir. Oskar Şmerlinq karikaturalarında imza əvəzi kimi O.İ.Şlinq yaxud sadəcə Şlinq sözlərini yazmışdır. Şmerlinqlə bir sırada Molla Nəsrəddin də peşəkar rəssam Yosef Rötter də fəal iştirak edirdi. 1906-1914-cü ilə kimi Rötter Molla Nəsrəddin redaksiyasının tapşırığına əsasən yüzlərlə karikatura, illustrasiya, şarj və s. çəkmişdir. Rötterin Molla Nəsrəddin də müvəffəqiyyətlə işləməsi onun təkcə kamil peşəkarlıq qabiliyyəti ilə deyil, həmdə Mirzə Cəlillə, Ömər Faiq, Əliqulu Qəmküsar, Məmmədəli Sidqi ilə yaxın əməkdaşlıq şəraitində işləməsi ilə izah edilməlidir. 1906-cı ildə Molla Nəsrəddin də Şmerlinq və Rötterdən əlavə Əzim Əzimzadənin də bir rəssam kimi fəaliyyət göstərdiyi məlumdur. Xalq rəssamı 13
14 Əzim Əzimzadə də öz karikaturalarını Molla Nəsrəddin jurnalında dərc etdirmişdir.bu böyük sənətkar bir müddət jurnalın baş rəssamı olmuş və onun nəşrində fəal rol oynamışdır. O,öz ətrafına Qəzənfər Xalıqov, İsmayıl Axundov, Hüseyn Əliyev kimi karikaturaçı rəssamları toplayaraq bu sənətin inkişafında böyük rol oynamışdır. Necə olub ki, Tiflisdə nəşr olunan Molla Nəsrəddin lə Əzim Əzimzadə əməkdaşlıq edib? O deyir: 1906-ci ildə Molla Nəsrəddinin 5- ci nömrəsində bir felyeton oxudum. Felyetonda Bakının dövlətli tacirlərindən biri (İrşad qəzetinə abunə yazılmaq istəyən və abunə qiymətindən narazi qalan tacir) məsxərəyə qoyulurdu. Mən həmin şəxsi yaxşı tanıyırdım və tezliklə onun rəsmini çəkib Tiflise Molla Nəsrəddin in idarəsinə gödərdim. 2 həftədən sonra İrşadın müştərisi başlığı altında karikaturam çap olunmuşdu.. 14
15 1922-ci ildə Molla Nəsrəddin in Bakıda nəşri davam etdirilən zaman C.Məmmədquluzadə mollanəsrəddinçi rəssam Əzimzadəni jurnala çağırmış və ona jurnalın hər nömrəsi üçün neçə-neçə şəkil, karikatura, plakat çəkməyi həvalə etmişdi. Yeni Molla Nəsrəddinin baş rəssamı Əzim Əzimzadə 10 il müddətində 1500-ə yaxın karikatura çəkib jurnalda çap etdirmişdir. Əlbəttə yuxarıda adlarını çəkdiyim rəssamlardan əlavə Molla Nəsrəddində müxtəlif vaxtlarda X.Musayev, V.Giladze, Ə.İbrahimzadə, S.Musevrirzadə(Behzad) daha sonralar İ.Dorş, Q.Xaliqov, Ə.Hacıyev, İ.Axundov, H.Əliyev, H.Zeynalov ve başqaları öz rəsmləri və karikaturalari ilə iştirak etmişlər. Təxminən 106 il bundan əvvəl dərin sükuta dalmış Azərbaycan cəmiyyətində bomba kimi partlayan Molla Nəsrəddin jurnalı təkcə məzmun deyil, forma baxımından da tam yeni, təkrarsız idi. Məcmuənin oxucuları ilk dəfə cəmiyyətdəki eybəcər tip və hadisələri karikatura şəklində görmək imkanı qazanmışdılar. Əksəriyyəti hələ oxuyub-yazmağı bacarmayan kütlələr daha çox bu karikaturalar vasitəsilə ilə Molla Nəsrəddin in kimi deyib gəldiyini və xalqı hansı mətləblərdən agah etmək istədiyini anlamışdılar. Mirzə Cəlilin felyetonlarının, Sabirin satiralarının sözlə dediklərini Oskar Şmerlinq, Yosef Rötter, Əzim Əzimzadə kimi istedadlı sənətkarlar rəssam fırçasının gücü ilə görümlü hala gətirirdilər. Jurnalın Tiflisdə nəşr olunduğu 1912-1913-cü illərdə Molla Nəsrəddin də karikaturaları çap olunan müəlliflər arasında üzərindən adətən ötəri şəkildə keçilən Xəlil Musayev adlı rəssam da vardı. Tiflis Rəssamlıq Akademiyasının məzunu olan Xəlil Musayevin milli karikatura sənətimizin inkişafında böyük rolu olmuşdur. Qulam Məmmədlinin Molla Nəsrəddin (Cəlil Məmmədquluzadə) salnaməsi ndə Xəlil Musayevin adı bir neçə dəfə çəkilir. Hətta onun rəssamlıq təhsili almaq üçün Avropaya getməsi, yaxud göndərilməsi haqda jurnalda məlumat verilmişdir. 15
16 III FƏSİL. Molla Nəsirəddin çi ziyalılar Molla Nəsirəddin jurnalında bir sıra ziyalı yazıçılarımız öz əsərləri ilə çıxış ediblər. Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi və s. Bu sıraya aid etmək olar. Gəlin onlarla daha yaxından tanış olaq. Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazıb. 1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli 16
17 imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir. Əli Nəzmi Əli Nəzmi 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov kəndində yoxsul ailədə doğulmuşdur. Əli Nəzmi "Molla Nəsrəddin" jurnalında Sabir kimi, fəal iştirak edən şairlərdən olmuşdur. C.Məmmədquluzadə şairin bu dövrdəki fəaliyyəti haqqında belə yazır: "O vaxt biz məcmuəmizin 12-ci nömrəsində "Quli-biyabani" sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin "Təmeyi-nahar"ı bizim səsimizə səs vərdi. Burada Məşədi Sijimqulu kefsiz də meydana çıxdı və "pənah Allaha" deyib, Sabirin "Tömeyinahar"ma cavab olaraq "Çayda çapan qardaşım, ağlama, ağları gör" mətləli şeirini göndərdi. Məşədi Sijimqulunu ilk dəfə məcmuəmizdə nəzm ilə danışdıran, onun təbi şeirini büruzə vərən haman "Tömeyi-nahar" olubdur... Haman M.Sijimqulu ki, öz dediyinə görə "Molla Nəsrəddin"in bu vaxtadək bircə nömrəsini də başdanayağa oxumamış keçirməyibdir. Sabirin bundan da qiymətli qeyri əşarına mütəəssir olmayıb, nə qədər ki, "Tömeyi-nahar"ına olub, ona bir neçə aydan sonra cavab vərməyi özünə borc bilibdir. Nədir burada şairi mütəəssir edən? Əlbəttə ki, Mollanın mövzusudur". [1] Əli Nəzmi şeirə 1903-cü ildən başlasa da, "Molla Nəsrəddin"də ilk dəfə nəsr ilə, felyetonları ilə iştirak etmişdir. Jurnalın 11-ci nömrəsində Əli Nəzminin "Əlidəyənəkli" imzası ilə bir kiçik məktubu dərc olunmuşdur. Burada gəncəli quşbaz Hacı Hüseynin oğlu ilə rəftarından bəhs edilir. Hacının oğlu ağacdan dolaşa tutmaq istəyəndə yıxılır, qıçı sınır. Atası bu əhvalatdan xəbər tutub gəlir, 17
18 oğlundan ilk soruşduğu bu olur: " Oğul, necəsən? Quş cibində ölməyib ki? Sağdırmı?" Jurnalın 14-cü nömrəsində Əli Nəzmi bir kitab-firuşun "Molla Nəsrəddin"dən şikayətini yazmışdı: "Ey Molla Nəsrəddin kişi, bəs deyilmi bu qədər mərdiməzarlıq?... Üç il-dir ki, məndə olan kitablar heç satılmır..." Cameüd-dəvat 50 cild, "Təbiri-xab-30 cild...". "Molla Nəsrəddin", 1906, 7, səh.6. Müəllif bu məktubunda jurnalın mövhumata və mövhumat kitablarına qarşı ardıcıl, şiddətli mübarizəsini nəzərdə tutur. İstər bu məktubda və istərsə quşbaz oğlunun əhvalatında müəllifin qələmindəki məharət, incəlik və satira aydın hiss olunmaqdadır. Əli Nəzmi də Sabir kimi "Molla Nəsrəddin"in vəzifəsini, məqsədini çox gözəl başa düşmüşdü. Bu jurnal həm məqsədi, həm də dili, üslubu ilə xalqa yaxın olan, xalqın ruhunu ifadə edən yazılar tələb edirdi. Əli Nəzmi də belə yazıların müəllifi idi. Onun on-on beş sətirdə yazdığı duzlu məkrub "Molla Nəsrəddin"ə bütün bir ictimai lövhə verirdi. "Cavan ilə Hacı Ağanın şirin söhbəti" adlı məktubunda köhnəpərəst bir varlının xeyir işlərə münasibətini təsvir edirdi. Təsvir ancaq mükalimələrdən ibarətdir. Bir gənc maarifçinin sualına cavab vərən Hacının danışığı, onun simasını, şüurunu və mühakimə dairəsini müəyyən edirdi. Əliqulu Qəmküsar Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. 1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. "Molla Nəsrəddin" və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə "Molla Nəsrəddin" jurnalında yaxından iştirak etməyə başlayır. 1916-cı ilin may ayında juraal müvəqqəti olaraq dayandırılır. Qəmküsar Mirzə Cəlil ilə 18
19 birlikdə səyahətə çıxır. "Ölülər" komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. Qəmküsarın "Ölülər"də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur. 1917-ci ilin axırında Tifiisdə çıxan "Al bayraq", sonra "Gələcək" qəzetlərində şeir və felyetonlar çap etdirir. Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülmüş və Tifiisdə dəfn edilmişdir. Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Məmməd Səid Ordubadi Məmməd Səid Ordbadi 24 mart 1872-ci ildə Ordubad şəhərində anadan olmuşdur. Ordubadinin istər ədəbi yaradıcılığında, istərsə də muhərrirlik fəaliyyətində "Molla Nəsrəddin" jurnalının böyük müsbət rolu olmuşdur. 25 il öz yazıları ilə jurnalda əməkdaşlıq etmiş yazıçının ilk yaradıçılığının realizm və demokratizm istiqamətində inkişaf etməsində, dünyagörüşündəki bəzi ziddiyyətlərdən azad olmasında jurnalın köməyi çox böyük idi. 1905-ci il inqilabından sonra Ordubadinin həyatında ədəbi yaradıcılığı mühüm rol oynamağa başlayır. "Əsərlərim artdıqca, xüsusən "Molla Nəsrəddin" məcmuəsindəki iştirakını sıxlaşdıqca düşmənlərim də artırdı" - deyə Ordubadi 19
20 Culfaya köçməsinin səbəbini belə izah edir. Vəziyyət doğrudan da, belə idi. Dini, mövhumatı, ayrı-ayrı molla, seyid və başqa cəhalətpərəstləri tənqid etdiyindən qatı mövhumat yuvası olan o zamankı Ordubadda yaşamaq şair üçün çox çətinləşmişdi. Buna görə də o, Culfaya köçməyə məcbur olmuşdu. 20
21 NƏTİCƏ. Tarix boyu xalq malını talan edənlərə, öz mənafeyini üstün tutanlara, halal əməyə xor baxanlara, saf mənəviyyatı, nəcib əxlaqı, əmin-amanlığı pozmağa çalışanlara, ictimai-siyasi mühitdə qarmaqarışıqlıq törədənlərə, ara vuranlara, su bulandıranlara qarşı mütəmadi mübarizə aparılıb. Zaman-zaman neqativ halların ifşası və islahı üçün müxtəlif vasitələrdən və üsullardan istifadə edilib. Xalqı cəhalət yuxusundan oyatmaq, kor-koranə yaşayan, fala baxdıran, it boğuşduran müsəlmanları elmə, biliyə çağırmaq üçün Mirzə Cəlil və bir qrup ziyalılar Molla Nəsrəddin jurnalının ətrafında toplaşdılar. Xalqın jurnalı olan Molla Nəsrəddin - Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! kimi sadə dillə, daha doğrusu, müraciətlə nəşr edilirdi. Xalqın jurnalı dedim, çünki, bu jurnal xalqın əzab-əziyyətini, dərdlərini işıq üzünə çıxardan, yalnız doğrunu yazan, xalqın tərəqqisi və oyanışı məqsədilə buraxılan satirik jurnal idi. Bu jurnal xalq üçün açıq-aydın, oxunuşu rahat bir tərzdə yazılırdı elə bu səbəblərə görə jurnal tezliklə yayıldı və məşhurlaşdı. "Molla Nəsrəddin", nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini demək olar ki, tamamilə yerinə yetirdi. Belə nöqsanlar və mövhumat isə bir neçə əsr qaranlıq və cəhalət içərisində yatıb qalmış bizim cəmiyyətimizdə o qədər çoxalmış və o qədər dərin kök salmışdır ki, tənqidə onların hansından başlamağı təyin etmək belə çətin idi. İlk zamanlar jurnal, hər şeydən əvvəl, müsəlmanların bu cəhalət yuxusundakı vəziyyətinə diqqət yetirmişdir. Jurnalın 1-ci nömrəsinin birinci səhifəsindəki şəkildə cəhalət yuxusunda yatanların səltənəti təsvir olunmuşdur. Jurnalın bütün nömrələrində eyni qaydada təsvir olunan Molla Nəsrəddin isə əlinin hərəkəti və istehzalı bir heyrət ifadə edən baxışı ilə bu mənzərəni seyr edir və görür ki, bütün mömin müsəlmanlar müxtəlif vəziyyətlərdə və paltarlarda yuxudadırlar. Gecə keçmiş, 21
22 səhər açılmışdır. Pəncərədən düşən ziyalar bu yuxu səltənətini işıqlandırmışdır. Lakin heç kəs və heç bir şey bu möhkəm yatmış müsəlmanları oyatmağa qadir deyildir: qocalar və cavanlar, orta yaşlı kişilər - hamısı yatmışlar, bu aləmdəki hər şeyi unudub yuxuya getmişlər, sükunəti bütün dünyadan üstün tutmuşdurlar. Uzaqda cavan bir oğlan, deyəsən, qüvvəsini toplayıb oyanmaq istəyir, lakin ağır yuxu ona da gözlərini açmağa imkan vermirdi. Jurnal hər şeydən çox müsəlmanlar arasındakı mövhumata, cəhalətə və fanatizmə gülürdü. Çünki bunlar müsəlmanların həyatında böyük bir maneəyə çevrilib və onların geri qalmağına səbəb olmuşdur. Məsələn, müsəlmanlardakı mövhumatı göstərmək üçün Molla onlara məsləhət görür ki, hər ayın üçündə, beşində, on üç, on altı, iyirmi bir, iyirmi dörd və iyirmi beşində, həftənin bazar və bazar ertəsi günlərində, habelə hər ayın 28 və 29-da jurnala abunə yazılmasınlar. Çünki bu günlər ağır və nəhs günlər hesab olunur. Həmçinin Molla məsləhət görür ki, redaksiyaya göndərilən məktublarda gərək metal pero ilə yox, mütləq qamış qələmlə, özü də elə dəbdəbəli və ibarəli bir dillə yazsınlar ki, orada bir kəlmə də Azərbaycan sözü işlənməsin. Çünki Azərbaycan sözlərini işlətmək şəxsin elminin azlığına dəlalət edirdi. Jurnalın şəkillərinə gəldikdə, demək olar ki, əcnəbi rəssamlar-oskar Şmerlinq və Yosef Rötter yerli əhalinin məişətini, adət və ənənələrini gözəlcə öyrənmişdir. Onların çəkdiyi şəkillər bilavasitə həyatdan alınmış lövhələri bütün dolğunluğu ilə oxucuya göstərirdi. "Qoç döyüşdürmək", "Qəzet satan və dövlətli tacir", "Ədalət" (qalaq vermək əhvalatı), "Əziz qonaqlar", "Məclisi-ədəb", "İyirminci əsr", "Cümə. Dükanlar bağlı", "Qrammatika mübahisələri", "Vəqf", "Şəriət dərsindən imtahan", "Tacir Xoncaxani" və başqa şəkillər belədir. Ümumiyyətlə, "Molla Nəsrəddin" çox yaxşı təsir bağışlamış və öz çətin vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmişdir. Yəni azərbaycanlıların vaxtı keçmiş, köhnəlmiş görüşlərini, anlayış və adətlərini gülüş yolu ilə aradan 22
23 qaldırmağa, onların adətlərini islah etməyə və özlərini də oyadıb, yeni, nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışmışlar. 23
24 İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR: 1. Molla Nəsrəddin 10 cilddə II cild Azərnəşr 2002. 2. Qobustan jurnalı 2001.nomre 2 3. Azərbaycan qadını jurnalı 1976 nomre 4 4.Ədəbiyyat qəzeti 1991-1mart 5.Qulam Məmmədli Molla Nəsrəddin salnaməsi 6.Nazim Axundov Molla Nəsrəddin 7.F.Hüseynov Molla Nəsrəddin və molla nəsrəddinçilər Bakı-1986 8.Ə.Mirəhmədov Azərbaycan Molla Nəsrəddini Bakı-1980 9.X.Məmmədov Əkinçidən Molla Nəsrəddinə qədər Bakı-1980 24