1. Dövlәt proqramlarının mahiyyәti vә iqtisadiyyatın dövlәt tәnzimlәnmәsi sistemindәki yeri

Benzer belgeler
Nanobiotexnologiya nanotexnologiyanın bir istiqaməti kimi son 10 ildə insan fəaliyyətinin çox vacib bir sahəsinə çevrilmişdir. Xüsusilə tibbdə və

REFERAT AZӘRBAYCAN RESPUBLİKSI TӘHSİL NAZİRLİYİ AZӘRBAYCAN DÖVLӘT İQTİSAD UNİVERSİTETİ. FAKÜLTӘ : Magistratura. KAFEDRA : Hüquq

M. M. Musayev. Türkoloji dilçilik

MÜHAZİRƏ 1. FƏNNİN PREDMETİ VƏ VƏZİFƏLƏRİ.

Academic Views 1. Dünya Düzdür Şamxal Әbilov

Test: AAA_1602#01#Q16#01 Edumat Fenn: 1602 İnformasiya sistemlәrindә tәhlükәsizliyin tәminatı Sual sayi: 700

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

İRFANİ LƏQƏBLİ AŞIQLAR VƏ URFANİ HAVALARI

Marketinq. Mehdiyev Əkbər

Sosial Xərc Müştəriləri Üçün Xərclərin Ödənilməsinə İmkan Verən Kommunal Xidmət Tariflərinin Müəyyənləşdirilməsi Metodları

T Ü R K O L O G İ Y A

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

MÜASİR AZƏRBAYCAN İQTİSADİYYATININ FORMALAŞMASININ ƏSAS MƏRHƏLƏLƏRİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Azərbaycan Respublikasında Kiçik Hidroelektrik stansiyaların (KSES) inkişaf perspektivləri

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

(11) TÜRKLER VE KAFKASYA Yrd. Doç. Dr. Elvira LATİFOVA

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU İNNOVASİYA FƏALİYYƏTİ HAQQINDA BİR SIRA STİMULLAŞDIRICI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI


Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

2014-cü ilin üçüncü rübünün nəticələri

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

qs di il Az rbaycan Respublikas M rk zi Bank n dar Hey ti Az rbaycan

ÖZƏL SEKTORUN QIYMƏTLƏNDIRILMƏSI (XÜLASƏ) 1

Üçüncü yol şəbəkəsinin inkişafına investisiya proqramı

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Q A N U N U. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

H E S A B A T Q E Y D Ə A L I N D I!

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Az rbaycanda kiçik v orta sahibkarl n inki af n hüquqi bazas n

Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının Qanunu

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

Avqust 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

BALANS HESABATI A-AKTİVLƏR

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Naxçıvan : inkişafın yeni mərhələsi

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

İslam bankçılığı üzrə sertifikatlaşdırılmış treyninqin P R O Q R A M I may 2016-cı il, Bakı, Azərbaycan. 22 may 2016-cı il (Bazar günü)

ci İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA RƏQƏMSAL ÖDƏNİŞLƏRİN GENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ DÖVLƏT PROQRAMI

2017-ci ilin 4 ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq iqtisadi təşkilatlar

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN. Vətəndaş cəmiyyəti: Ümumi məlumat. Ölkə və dövlət haqqında məlumat VƏTƏNDAŞ CƏMIYYƏTI HAQQINDA QISA MƏLUMAT

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ «VERGİ VƏ GÖMRÜK ƏMƏLİYYATLARININ UÇOTU» fənninin P R O Q R A M I

Bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında AZӘRBAYCAN RESPUBL"KASININ QANUNU ÜMUMİ MÜDDӘALAR

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

Azərbaycanda turizmin vəziyyəti

AZƏRBAYCAN İQTİSADİYYATININ REGİONAL TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

İnformasiya məhsullarını Beynəlxalq bazarı

AZƏRBAYCAN İQTİSADİYYATININ REGİONAL TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Transkript:

AZӘRBAYCAN RESPUBLİKASI TӘHSİL NAZİRLİYİ AZӘRBAYCAN DÖVLӘT İQTİSAD UNİVERSİTETİ FAKÜLTӘ: Magistratura KAFEDRA: İqtisadiyyatın Dövlәt Tәnzimlәnmәsi İXTİSAS: İqtisadiyyatın Hüquqi Tәnzimlәnmәsi FӘNN: Milli iqtisadiyyatın dövlәt tәnzimlәnmәsi problemlәri REFERAT MÖVZU: Dövlәt proqramları iqtisadiyyatın dövlәt tәnzimlәnmәsinin mühüm alәti kimi QRUP: 46 MAGİSTRANT: Bağırzadә Elşәn Rәsul oğlu RӘHBӘR: i.e.n Hacıyev Әlәddin BAKI 2004

MÜNDӘRİCAT 2 Giriş... 3 1. Dövlәt proqramlarının mahiyyәti vә iqtisadiyyatın dövlәt tәnzimlәnmәsi sistemindәki yeri... 4 2. İqtisadiyyatın dövlәt tәnzimlәnmәsindә dövlәt proqramlarından istifadәnin müasir vәziyyәti... 9 3. Dövlәt proqramlarından istifadәnin tәkmillәşdirilmәsi istiqamәtlәri... 15 Nәticә vә tәkliflәr... 20 İstifadә olunan mәnbәlәr... 21

3 Giriş Dünya iqtisadiyyatında son onilliklәr әrzindә özәllәşdirmә, kapital, qiymәtli kağızlar bazarı vә ticarәtin liberallaşdırılması kimi tәdbirlәrin güclәnmәsi iqtisadi idarәetmәdә dә liberallaşdırma vә bazar mexanizmi prinsiplәrinin hakim olmasını zәruri etmişdir. Bu mәqsәdlә iqtisadi siyasәtin hazırlanması vә hәyata keçirilmәsindә daha mütәrәqqi, bazar mexanizmi prinsiplәrinә daha uyğun gәlәn üsul vә mexanizmlәrdәn geniş istifadә edilmәsi dә aktuallaşır ki, bunlardan biri dә proqramlaşdırma mexanizmidir. Son illәr proqramlaşdırma mexanizmi tәbii olaraq, bazar iqtisadiyyatına keçid prossesinә qәdәm qoymuş Azәrbaycanda da hökumәtin iqtisadi siyasәtinin әsas mexanizmlәrindәn birinә çevrilmişdir. Bu araşdırmamız da mәhz proqramlar vә onun xüsusi formalarından biri olan dövlәt proqramlarının iqtisadi idarәetmәdә oynadığı rola hәsr edilmişdir. Bu mәqsәdlә mövzu aşağıdakı istiqamәtlәrdә tәdqiq edilmәyә çalışılmışdır: Birinci istiqamәtdә iqtisadiyyatın idarә edilmәsi prossesi, onun zәruriliyi, iqtisadi idarәetmәdә istifadә edilәn üsul vә mexanizmlәrә qısaca nәzәr yetirilir vә onlar arasında proqramlaşdırma mexanizminin yerinin müәyyәn edilmәsinә çalışılır. İkinci istiqamәtdә müstәqilliyin әldә edilmәsi vә bazar iqtisadiyyatına keçid prossesinә start verilmәsindәn sonra ölkәmizdә hökümәtlәrin hәyata keçirdiyi iqtisadi siyasәt çәrçivәsindә istifadә etdiklәri әsas dövlәt proqramları vә onların mәzmununa nәzәr yetirilmәyә çalışılır. Nәhayәt sonuncu istiqamәtdә dövlәt proqramlarından istifadәnin mövcud çatışmazlıqları vә onlardan istifadәnin sәmәrәliliyinin artırılması imkanlarından bәhs edilir.

4 1. Dövlәt proqramlarının mahiyyәti vә iqtisadiyyatın dövlәt tәnzimlәnmәsi sistemindәki yeri Son illәr ölkәdә aparılan iqtisadi transformasiya prossesinin mәqsәdi planlaşdırma mexanizmli vә dövlәt mülkiyyәtli komanda iqtisadiyyatından azad bazar mexanizmli vә xüsusi mülkiyyәtin hakim olduğu çoxmülkiyyәtli bazar iqtisadiyyatına keçidi tәmin etmәkdir. Lakin azad bazar mexanizminin tәtbiq olunduğu bir sıra ölkәlәrin tәcrübәsi vә azad bazar iqtisadiyyatı nәzәriyyәlәri dә göstәrir ki, bu mexanizm әn sәmәrәli mexanizm olsa da bir sıra çatışmazlıqlardan da kәnarda deyil vә bunların tamamlanması dövlәtin sәmәrәli tәnzimlәmә mexanizmini tәlәb edir. Mәhz bu çatışmazlıqlardan irәli gәlәrәk dövlәtin aşağıdakı tamamlayıcı iqtisadi funksiyaları ortaya çıxır 1 : Bazar mexanizminin sәmәrәli fәaliyyәt göstәrmәsinә şәrait yaradan ictimai mühit vә hüquqi bazanın tәmin edilmәsi (legal and social framework); Sağlam rәqabәtin tәmin edilmәsi üçün zәruri tәdbirlәrin görülmәsi (pure competition); Gәlir vә sәrvәtin yenidәn bölgüsünü tәmin etmәk (redistribution); Milli mәhsulun strukturunu dәyişmәk mәqsәdilә resursların bölgüsünü tәkmillәşdirmәk (allocation); İqtisadiyyatın stabillәşdirilmәsini tәmin etmәk (stabilization); Göstәrilәn bu әsas iqtisadi funksiyaların hәyata keçirilmәsi üçünsә dövlәtә müәyyәn üsul vә mexanizmlәrin işlәnib hazırlanması gәrәkdir. Bu baxımdan iqtisadiyyata dövlәt müdaxilәsinin zәruriliyi dәrk edilәn dövrdәn indiyәdәk onun iqtisadi prosseslәrә tәsir edә bilmәsi üçün müxtәlif metod vә mexanizmlәr ortaya atılmış vә tәtbiq edilmişdir ki, bunları da nisbi olaraq birbaşa vә dolayı olmaqla iki әsas qrupa bölürlәr. Göstәrilәn üsul vә mexanizmlәr haqqında müәyyәn tәsәvvürә malik olmaq üçün iqtisadi 1 Bax: Campell R. Mcconnell (Professor of Economics, Emeritus University of Nebraska), Stanley L.Brue (Professor of Economics Pacific Lutheran University), Economics: principles, problems, and policies, 14 th edition, Irwin McGraw-Hill Companies, 1999, International Edition;

münasibәtlәrin tәnzimlәnmәsini sxemә diqqәt yetirәk: ümumi şәkildә әks etdirәn aşağıdakı 5 Sxem 1: Bazar iqtisadiyyatının tәnzimlәnmәsi sxemi 2 Bazar iqtisadiyyatının tәnzimlәnmәsi Dövlәt sәviyyәsindә Tәsәrrüfatlar sәviyyәsindә Mülkiyyәt vә sahibkarlıq münasibәtlәrinin tәnzimlәnmәsi üzrә hüquqi aqtlar Dövlәt sahibkarlığı Maliyyә-kredit vasitәlәri: vergilәr, qiymәt, pul tәdavülünün tәnzimi Dövlәt investisiyaları, dövlәt sifarişlәri Marketinq fәaliyyәti Müstәqim tәsәrrüfat әlaqәlәri Sahibkar birliklәri, informasiya mәrkәzlәri vә.s-in fәaliyyәti İri tәsәrrüfat vә sosial proqramlar iqtisadi proqnozlaşdırma vә planlaşdırma Bunlardan perespektivә yönәldilmiş tәnzimlәmәnin әsas mexanizmlәri olan iqtisadi proqnozlaşdırma, planlaşdırma vә proqramlaşdırmanın rolu çox böyükdür. Belә ki, bazar iqtisadiyyatı şәraitindә bu mexanizmlәr dövlәtә imkan verir ki, iqtisadi prosseslәri öz nәzarәti altında saxlaya bilsin vә onların gәlәcәk inkişafını yönlәndirsin. Cәmiyyәtin iqtisadiyyatda qeyri-müәyyәn olan gәlәcәyә müәyyәnlik gәtirmәk vә öz müqәddәratına bir növ sahib çıxa bilmәk cәhdlәrinin 2 Kamil Sadıqov, Milli iqtisadiyyatın dövlət tənzimlənməsinin konseptual əsasları, Bakı-1999, səhfə: 38;

6 nәticәsindә meydana gәlәn perespektivә yönәlmiş tәnzimlәnmәnin göstәrilәn bu alәtlәri әslindә bütöv bir tәnzimlәmә sisteminin ardıcıl şәkildә bir-birini tamamlayan elementlәridir: Sxem 2: Perespektivә yönәlmiş tәnzimlәmә sistemi Planlaşdırma Proqnozlaşdırma Proqramlaşdırma Makroiqtisadi baxımdan yanaşdıqda proqnozlaşdırma ilә başlayıb ayrıayrı istiqamәtli proqramların hәyata keçirilmәsi ilә başa çatan bu fasilәsiz prossesi aşağıdakı kimi izah edә bilәrik: İlk mәrhәlәdә ölkәdә sosial-iqtisadi prosseslәrin ayrı-ayrı növlәrinin gәlәcәk inkişaf meylini özündә әks etdirәn proqnoz sәnәdi işlәnib hazırlanır. Bu sәnәdlәr cari, orta vә uzunmüddәtli dövrü әhatә etmәklә yanaşı, axtarış (mövcud obyektin gәlәcәkdәki vәziyyәti haqqında mәlumat verәn) vә normativ (görülәcәk tәdbirlәrlәr nәticәsindә obyektin gәlәcәkdә necә dәyişәcәyi haqqında mәlumat verәn) xarakterli dә ola bilәr. İkinci mәrhәlәdә proqnozlaşdırma mәlumatları qiymәtlәndirilir, mövcud vә baş verә bilәcәk problemlәri aradan qaldırmaq vә iqtisadiyyatın gәlәcәk inkişafına yön vermәk üçün sosial-iqtisadi inkişafın mәqsәdlәrini vә bu mәqsәdlәrә nail olmaq üçün zәruri olan vasitәlәri özündә birlәşdirәn planlaşdırma sәnәdlәri işlәnib hazırlanır. Makroiqtisadi planlarda bütövlükdә iqtisadiyyat vә onun ayrı-ayrı sahәlәri üzrә planlaşdırılan dövr üçün inkişaf hәdәflәri tәyin edilir vә bu hәdәflәrә nail olmaq üçün hәmin sahәlәr üzrә qarşıdakı dövrә dövlәtin iqtisadi siyasәtinin әsas istiqamәtlәri, prinsip vә

7 metodları müәyyәnlәşdirilir. Bu mәrhәlәdә hәm dә proqramlaşdırma üçün zәruri hәdәflәr ortaya qoyulur. Sonuncu mәrhәlәdә isә planlaşdırma nәticәsindә tәsbit edilәn әn mühüm problemlәri hәll etmәk vә hәdәflәrә nail olmaq mәqsәdilә mövcud hökumәt tәrәfindәn konkret istiqamәtlәrә yönәldilmiş vә konkret maliyyәlәşmә mәnbәlәrinә sahib olan proqramlar işlәnib hazırlanaraq hәyata keçirilir. Konkret istiqamәtlәr üzrә işlәnib hәyata keçirilәn belә proqramlardan biri dә dövlәt proqramlarıdır. Dövlәt proqramlarının әsas xarakterik xüsusiyyәti milli proqramlar olması vә ayrı-ayrı sahә nazirliklәri sәviyyәsindә deyil, bütövlükdә hökumәt sәviyyәsindә hәyata keçirilmәsidir. Bu tip proqramların mahiyyәtini daha yaxşı dәrk etmәk mәqsәdilә onların struktur modelini әks etdirәn sxemә nәzәr yetirәk: Sxem 3: Dövlәt proqramlarının struktur modeli Giriş Proqramlaşdırma obyekti üzrә mövcud vәziyyәtin tәhlili Proqramın mәqsәdlәri Proqramın qarşıya qoyduğu vәzifәlәr Proqramın maliyyәlәşdirilmә mәnbәlәri Proqramın icraçıları Proqram üzrә görülәcәk әsas tәdbirlәr matrisi Hökumәt tәrәfindәn hazırlanaraq dövlәt başçısının imzası ilә qüvvәyә minәn dövlәt proqramlarının әn mühüm hissәsi proqram üzrә görülәcәk әsas tәdbirlәrin matrisidir. Bu bölmәdә proqramın tәtbiq olunduğu sahәnin

8 ayrı-ayrı istiqamәtlәri üzrә körülәcәk konkret tәdbirlәr, onların mәqsәdi, icraçılar vә tәdbirin başa çatdırılacağı müddәt açıq şәkildә öz әksini tapır. İcraçıları ayrı-ayrı nazirlik, idarә vә tәşkilatlar olan bu tip proqramlar müxtәlif maliyyәlәşmә mәnbәlәrinә malik olurlar ki, bunların arasında da әn әsasları dövlәt büdcәsi vә digәr ictimai fondlar, daxili vә xarici özәl bölmә investisiyaları vә beynәlxalq yardımlardır. Hal-hazırda iqtisadiyyatın dövlәt tәnzimlәnmәsinin dünya praktikasında istәr konkret hәdәflәri hәyata keçirmәk, istәr resurslardan daha sәmәrәli istifadә etmәk, istәrsә dә idarә edilmәsinin әlverişliliyi baxımından geniş tәtbiq olunan proqramlaşdırma mexanizmindәn ölkәmizdә dә istifadә olunur vә son illәr bu meyl daha da güclәnmişdir.

9 2. İqtisadiyyatın dövlәt tәnzimlәnmәsindә dövlәt proqramlarından istifadәnin müasir vәziyyәti Azәrbaycan Respublikasının yenidәn öz müstәqilliyini әldә etmәsi bütün sahәlәrdә olduğu kimi iqtisadi hәyatda da müstәqil milli siyasәtin formalaşdırılmasına әlverişli zәmin hazırlamışdır. Bu baxımdan Azәrbaycan hökumәti iqtisadi siyasәtin hazırlanmasında, hәyata keçirilmәsindә vә bu mәqsәdlә tәnzimlәmә alәtlәrinin seçimindә tam sәrbәstliyә malikdir. Mәhz belә bir şәrait imkan verir ki, iqtisadiyyatın dövlәt tәnzimlәnmәsi sahәsindә dünya ölkәlәrindә tәtbiq olunan әn müxtәlif üsul vә mexanizmlәrdәn istifadә edilsin. Müstәqillik dövründә Azәrbaycan hökumәti tәrәfindәn iqtisadi siyasәtin hәyata keçirilmәsindә geniş istifadә olunan belә mexanizmlәrdәn biri dә proqramlaşdırmadır. Tәtbiq olunan proqramların strukturuna nәzәr saldıqda görürük ki, onların müxtәlif növlәrindәn istifadә olunmaqdadır. Lakin son illәr onun xüsusi bir növü olan dövlәt proqramlarından istifadәnin geniş yayıldığı müşahidә olunur. Dövlәt proqramları adәtәn iki vә daha artıq il üçün nәzәrdә tutulur vә dövlәt başçısının imzaladığı fәrmanla qüvvәyә minirlәr. Yönәldiyi sahә üzrә geniş tәdbirlәr sistemini özündә әks etdirәn bu proqramlardan әsasәn aqrar bölmә, sahibkarlığın inkişaf etdirilmәsi, regional inkişaf vә yoxsulluğun azaldılması iqtiqamәtindә istifadә olunmuş vә olunmaqdadır. Aqrar bölmә üzrә ilk belә proqram AR Prezidentinin 09.11.1999 203 -li fәrmanı ilә qüvvәyә minәn 1999-2000-ci illәrdә AR-da aqrar islahatların dәrinlәşdirilmәsi vә kәnd tәsәrrüfatında sahibkarlığın inkişafına kömәk göstәrilmәsinә dair Dövlәt Proqramı dır. Proqram aşağıda göstәrilәn istiqamәtlәr üzrә aqrar islahatların dәrinlәşdirilmәsinә dövlәt himayәsini nәzәrdә tutur vә hәr istiqamәt üzrә müvafiq tәdbirlәr sisteminә malik idi: Aqrar sahәdә әmlakın özәllәşdirilmәsinin başa çatdırılması;

10 Torpaq islahatının başa çatdırılması; Meliorasiya vә su tәsәrrüfatı sahәsindә islahatların sürәtlәndirilmәsi; Aqrar sahәdә sahibkarlığın inkişafına dövlәt yardımı; Aqrar sahәdә idarәetmә sisteminin islahatı; Kәndin sosial inkişafı; Aqrar sahәnin elmi, normativ-hüquqi tәminatı vә kadr hazırlığı; Aqrar sahәnin informasiya tәminatı; Proqram çәrçivәsindә digәr tәdbirlәrlә yanaşı sudan tәsәrrüfat mәqsәdlәri üçün istifadә edәnlәrin hüquq vә mәnafelәrini qorumaq mәqsәdilә Sudan İstifadәedәnlәr Assosiasiyasının yaradılması, aqrar sahәdә elmi tәdqiqat işlәrini inkişaf etdirmәk vә bu sahәdә xarici ölkәlәrlә әmәkdaşlığı genişlәndirmәk mәqsәdilә Kәnd Tәsәrrüfatı Elmi Mәrkәzinin vә onun regional strukturlarının yaradılması kimi tәdbirlәr diqqәti cәlb edir 3. Dövlәt proqramlarının tәtbiq olunduğu әsas istiqamәtlәrdәn biri dә kiçik vә orta sahibkarlığın inkişafıdır. Belә ki, indiyәdәk bu sahәdә 1993-1995, 1997-2000 vә 2002-2005-ci illәri әhatә edәn AR-da kiçik vә orta sahibkarlığın inkişafının dövlәt proqramı adlı üç proqram qәbul edilmişdir. Birinci proqram әsasәn bu sahәdә normativ-hüquqi aqtların qәbulu, müvafiq dövlәt yardım vә tәnzimlәmә strukturlarının yaradılmasını әhatә etdiyi halda, ikinci proqram qanunvericiliyin tәkmillәşdirilmәsi, Sahibkarlığa Kömәk Milli Fondunun fәaliyyәtinin genişlәndirilmәsi, ümumәn ölkә iqtisadiyyatında özәl sahibkarlığın, xüsusilә dә kiçik vә orta sahibkarlıq subyektlәrinin rolunun artırılması ilә bağlı tәdbirlәri әhatә etmişdir. Nәticәdә üçüncü proqramın qәbul edildiyi 2002-ci ilә qәdәr özәl bölmәnin payı ÜDMdә 71%-ә, sәnaye istehsalında 48,3%-ә, kәnd tәsәrrüfatı istehsalında 99%-ә, tikintidә 76,1%-ә, daxili әmtәә dövriyyәsindә 98,4%-ә, әhaliyә göstәrilәn pullu xidmәtlәrdә 62,5%-ә, sәrnişin daşımada 83,9%-ә, xarici 3 1999-2000-ci illərdə AR-da aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı, AR Qanunvericilik Külliyatı, səhfə: 2402-2409;

11 ticarәt dövriyyәsindә 59%-ә, ixracda 52,6%-ә, idxalda isә 69%-ә yüksәlmişdir. Bununla yanaşı mәşğulluğun strukturunda qeyri-dövlәt bölmәsinin payı 70%-ә yüksәldiyi halda, dövlәt büdcәsi gәlirlәrindәki payı cәmi 39,6% tәşkil etmişdir. Bu dövrdә qeydiyyatdan keçmiş qeyri-dövlәt hüquqi şәxsli tәsәrrüfat strukturlarının sayı 58,6 mini keçmişdir ki, bunların da 80,1%-i kiçik vә orta müәssisәlәrdir. KOS-un bu illәrdә ÜDM-dә payı da 25%-dәn 43%-ә yüksәlmişdir 4. Bütün bunlara baxmayaraq strateji sahәlәrdә, xüsusilә ixrac yönümlü sahәlәrdә, regionlarda sahibkarlığın inkişafı, onun maliyyәlәşdirilmәsi, sahibkarlıq subyektlәri arasındakı tәsәrrüfat әlaqәlәrinin inkişafı vә.s mәsәlәlәrdә hәlә dә ciddi problemlәr qalmaqdadır. Bütün bu mәsәlәlәrin hәllinә yardım mәqsәdilә 2002-2005-ci illәr üzrә qәbul edilәn proqramda bir sıra tәdbirlәr nәzәrdә tutulmuşdur. Bu mәqsәdlә proqram üzrә әsas vәzifәlәr belә müәyyәnlәşdirilmişdir: Sahibkarlıq fәaliyyәtinin dövlәt qeydiyyatı, lisenziyalaşdırılması vә KOS mәhsullarının sertifikatlaşdırılması qaydalarının tәkmillәşdirilmәsi; Müasir informasiya texnologiyasının geniş tәtbiqi әsasında KOS-ların bilgi (informasiya) tәminatının yaxşılaşdırılması; Gәnclәrin sahibkarlıq fәaliyyәtinә hazırlanması sisteminin yaradılması; KOS-ların beynәlxalq işgüzar әlaqәlәrinin yaradılmasına vә genişlәndirilmәsinә kömәk göstәrilmәsi; KOS-ların rәqabәt qabiliyyәtli ixrac mәhsullarının istehsalı üçün texniki, maddi vә maliyyә kömәyi mexanizmlәrinin hazırlanması; KOS-ların istehsal yönümlü fәaliyyәtinә maliyyә-kredit vә investisiya kömәyi mexanizmlәrinin genişlәndirilmәsi; Sahibkarlığın regional inkişafının tәmin edilmәsi; Daxili istehsalçılar arasında kooperasiya әlaqәlәrinin inkişafının stimullaşdırılması; 4 AR-da KOS-un inkişafının Dövlət Proqramı, 17.08.2002, səhfə: 1, tam mətn: www.economy.gov.az web ünvanında;

12 KOS sferasında texnoloji inkişafın dәstәklәnmәsi; Sahibkarların hüquqlarının müdafiәsi sisteminin inkişaf etdirilmәsi; Son bir-iki ildә iqtisadi siyasәtin әsas strateji istiqamәtlәri regional inkişaf vә yoxsulluğun azaldılması şәklindә müәyyәnlәşdirildiyindәn bu sahәlәrdә dövlәt proqramlarından istifadә dә genişlәnmişdir. Bu mәqsәdlә qәbul olunmuş 2003-2005-ci illәr yoxsulluğun azaldılması vә iqtisadi inkişaf vә 2004-2008-ci illәr AR regionlarının sosialiqtisadi inkişafı proqramları istәr әhatәlilik, istәrsә dә maliyyәlәşdirilmәsi baxımından indiyә qәdәr qәbul olunan әn böyük dövlәt proqramları sayıla bilәr. AR Prezidentinin 20.02.2003 tarixli fәrmanı ilә qәbul edilmiş yoxsulluğun azaldılması vә iqtisadi inkişaf üzrә dövlәt proqramı qәbul edilәn proqramlar arasında әn çox ictimai müzakirәdәn keçmiş vә regionlar da daxil olmaqla aparılan çoxlu sayda müzakirәlәrin nәticәsindә ortaya qoyulan bir proqramdır. Proqramda ilk öncә ölkәdәki mövcud sosial-iqtisadi vәziyyәt, onun regional aspektlәri, xüsusilә yoxsulluqla birbaşa bağlı olan sәhiyyә vә tәhsil kimi sosial sfera sahәlәri vә onların infrastruktur tәminatının mövcud sәviyyәsi geniş tәhlil edilәrәk qiymәtlәndirilmişdir. Bundan sonra isә yoxsulluğun azaldılmasına yönәldilmiş sosial vә iqtisadi siayasәtin әsas istiqamәtlәrinә, yoxsulluğun azaldılması üzrә strategiyanın institutsional çәrçivәsi vә aparılacaq istitutsional islahatlara ayrı-ayrılıqda açıqlıq gәtirilir. Bütün bunlarla yanaşı proqram çәrçivәsindә ölkәdәki yoxsulluq sәviyyәsinin müәyyәnlәşdirilmәsi, proqramın hәyata keçirilmәsindә cәmiyyәtin iştirak prossesi, onun icrası, monitorinqi vә qiymәtlәndirmә mәsәlәlәrinә dә geniş yer verilmişdir. Proqramda Statistika Komitәsi tәrәfindәn aparılan Ev Tәsәrrüfatlarının Büdcә Müayinәsinә әsaslanaraq ölkә üzrә yoxsulluq hәddi tәyin edilmişdir. Bu zaman adambaşına aylıq minimum istehlak sәbәti 120000 manat

13 (25,8$) götürülmәklә mütlәq yoxsulluq ölkә әhalisinin 49%-i kimi tәyin edilmiş, nisbi yoxsulluq hәddi isә (bu adambaşına aylıq orta xәrcin median göstәricisinin 60%-i hәddindә hesablanıb) 72000 manat (15,5$) qәbul edilmәklә ölkә әhalisinin 17%-i kimi tәyin edilmişdir. Proqramın әsas xarakterik cәhәti digәr proqramlardan fәrqli olaraq görülәcәk hәr bir tәdbirin mәqsәdi vә icraçıları ilә yanaşı, onun konkret maliyyәlәşdirmә mәblәğinin dә tәyin edilmәsidir. Bir sözlә ümumi şәkildә yanaşsaq, yoxsulluğun azaldılması proqramını әhatәlilik baxımından yoxsulluğun azaldılmasının milli strategiyası adlandıra bilәrik. Lakin bu strategiyanın hәyata keçirilmәsindә digәr bir proqramın, regionların sosial-iqtisadi inkişafı dövlәt proqramının rolu çox әhәmiyyәtlidir. 11.02.2004 tarixli fәrmanla tәsdiq olunan vә bir növ mövcud hökumәtin fәaliyyәt müddәti әrzindә onun әsas iqtisadi proqramı kimi qәlәmә verilәn regionların sosial-iqtisadi inkişafı proqramı çәrçivәsindә regionlar iqtisadi siyasәtin hәyata keçirilmәsi baxımından 10 iqtisadi rayona ayrılmış, proqramın icraçısı qismindә bütün mәrkәzi vә yerli icra hakimiyyәti orqanları, әlaqәlәndiricisi qismindә isә İqtisadi İnkişaf Nazirliyi tәsbit edilmişdir (bu mәqsәdә İİN-dә müvafiq proqram üzrә katiblik yaradılmışdır). Proqramda iqtisadi rayonların bütün inzibati rayonları üzrә görülәcәk konkret tәdbirlәr, onların mәqsәdi, icraçıları vә başa çatdırılma müddәti müәyyәnlәşdirilmiş, nәzәrdә tutulan kompleks sosial-iqtisadi inkişafın tәmin edilmәsi mәqsәdilә bütövlükdә aşağıdakı vәzifәlәrin hәyata keçirilmәsi qeyd edilmişdir: Müәssisәlәrin istehsal fәaliyyәtini bәrpa etmәk vә yeni istehsal müәssisәlәri yaratmaq; Yerli resurslardan istifadәnin sәmәrәsini artırmaq; Regionların inkişafı üçün zәruri infrastrukturun yaradılmasını vә inkişafını tәmin etmәk;

14 Aqrar sektorda islahatların ikinci mәrhәlәsini sürәtlәndirmәk, bunun üçün regionlarda fermerlәrә vә digәr kәnd tәsәrrüfatı işçilәrinә kömәk mәqsәdilә müxtәlif servis mәrkәzlәri yaratmaq, toxumçuluq bazasını genişlәndirmәk, texnika ilә tәminatı yaxşılaşdırmaq vә digәr zәruri tәdbirlәri hәyata keçirmәk; İnvestorların regionlara cәlb olunması üçün әlverişli şәraitin yaradılmasını tәmin etmәk; Yeni iş yerlәrinin yaradılmasını hәvәslәndirmәk; Әhalinin kommunal xidmәtlәrlә tәminatını yaxşılaşdırmaq; Bütün bu proqram çәrçivәsindә nәzәrdә tutulan tәdbirlәr vә digәr tәdbirlәrin hәyata keçirilmәsi nәticәsindә 2008-ci ildә ÜDM-nin 2003-cü illә müqayisәdә 2,3 dәfә artaraq adambaşına 1578 ABŞ dollar, әsasәn regional potensialı әks etdirәn qeyri-neft sektorunun ÜDM-dә xüsusi çәkisinin 85% tәşkil edәcәyi proqnozlaşdırılır. Bununla yanaşı kәnd tәsәrrüfatı istehsalının artım tempinin ildә orta hesabla 10-15% olmaqla 5 il әrzindә real artımın 62,5%, bütün maliyyә mәnbәlәri üzrә iqtisadiyyata investisiya qoyuluşunun 60%-i regionlara olmaqla 16,8 mlrd. ABŞ dolları, ümumilikdә yeni yaradılan iş yerlәrinin 600 min, orta aylıq әmәk haqqı artımının isә 3,1 dәfә olacağı nәzәrdә tutulmuşdur. Belәliklә, yuxarıda tәtbiq olunan әsas dövlәt proqramlarına nәzәr saldıqda görürük ki, proqramlaşdırma artıq Azәrbaycanda iqtisadiyyatın dövlәt tәnzimlәnmәsi sisteminin mühüm mexanizmlәrindәn birinә çevrilmişdir.

15 3. Dövlәt proqramlarından istifadәnin tәkmillәşdirilmәsi istiqamәtlәri Azәrbaycan hökumәti tәrәfindәn hazırlanaraq hәyata keçirilәn dövlәt proqramları sosial-iqtisadi prosseslәrin yönlәndirilmәsindә mühüm rola malikdir. Lakin hәyata keçirilәn proqramların qarşısına qoyduğu vәzifәlәri daha sәmәrәli şәkildә yerinә yetirmәsi üçün bir sıra istiqamәtlәrdә tәkmillәşdirmә tәdbirlәrinin görülmәsi vacibdir: Proqramların hazırlanma pressesinin sәmәrәliliyi yüksәldilmәlidir: Bu mәqsәdlә ilk növbәdә dövlәt tәrәfindәn etibarlı bir şәkildә işlәnib hazırlanan milli vә regional sәviyyәli informasiya sisteminә ehtiyac vardır. Belә ki, hazırlanan hәr bir proqram müәyyәn statistik vә ya analitik informasiyalar әsasında hazırlanır vә bu informasiyaların etibarlılıq sәviyyәsi nә qәdәr yüksәk olarsa, hazırlanan proqramların uğur qazanmaq şansı da bir o qәdәr yüksәk olacaqdır. Ölkәmizdә hazırlanan proqramlarla İEÖ-dә hazırlanan bir sıra proqramlar arasında müqayisә apardıqda bu sahәdә nә qәdәr ciddi problemlәrin olduğunu görmәkdәyik. Mәsәlәn, regional inkişafla bağlı proqrama diqqәt yetirәk. Proqramda ayrı-ayrı regionlar vә rayonlar üzrә geniş tәdbirlәr sistemi nәzәrdә tutulsa da bunların hansı sosial-iqtisadi informasiyalar әsasında tәyin edildiyini açıq bir şәkildә görmәk mümkün deyil. Regionlar yalnız bir sıra tarixi-coğrafi vә makroiqtisadi informasiyalar әsasında xarakterizә edilmişdir ki, fikrimizcә bu tipli informasiyalara dayanaraq külli miqdarda maliyyә-investisiya ehtiyatlarını sәmәrәli bir şәkildә, regionların hәqiqi ehtiyacları istiqamәtindә bölüşdürmәk mümkün deyil. Proqramların hazırlanması mәrhәlәsindә diqqәt yetirilmәsi zәruri olan digәr bir mәsәlә onun aid olduğu sahә vә ümumilikdә cәmiyyәt miqyasında müxtәlif hökumәt, qeyri-hökumәt tәşkilatlarının, ictimai birliklәrin vә müstәqil ekspertlәrin fikirlәrinin öyrәnilmәsini, proqramın hazırlanması prossesindә onların iştirakını tәmin etmәkdir. Bu, proqramda cәmiyyәtin әn

16 müxtәlif tәbәqәlәrinin maraqlarını birlәşdirmәyi tәmin etmәklә onun hәyata keçirilә bilmәk imkanlarını yüksәldir. Bundan başqa digәr zәruri mәsәlә dә xarici ölkәlәrin tәcrübәlәrindәn yararlanmaqdır. Bu mәqsәdlә beynәlxalq tәşkilatlarla әmәkdaşlıq artırılmalı, xarici ölkәlәrlә mütәxxәsis mübadilәsi genişlәndirilmәlidir. Göstәrdiyimiz hәr üç mәsәlә üzrә ölkәmizdәki vәziyyәt o qәdәr dә ürәk açan deyil. Proqramların daha geniş ictimaiyyәt tәrәfindәn dәstәklәnmәsi tәmin edilmәlidir: Proqramın hazırlanmasında vә icrasında cәmiyyәtin daha böyük hissәsinin iştirakının tәmin olunmasını nәzәrdә tutan bu prosses onun geniş tәbliği yolu ilә qoyulmuş hәdәflәrinin әhali tәrәfindәn düzgün dәrk edilib mәnimsәnilmәsi, QHT-lәr, siyasi partiyalar vә ictimai birliklәrin proqramın icrasında hökumәtә mümkün qәdәr güclü dәstәk vermәsi ilә mümkündür. Bu hәm dә iqtisadi demokratiyanın әsas prinsipidir. Artıq sübut olunmuşdur ki, iqtisadi idarәçilikdә insanların iştirakı nә qәdәr geniş çәrçivәdә tәmin olunarsa, o zaman iqtisadi inkişafın sәviyyәsi dә bir o qәdәr yüksәk olacaqdır. Başqa sözlә iqtisadi idarәetmәdә fәrdlәrin iştirak sәviyyәsilә iqtisadi inkişaf düz mütәnasibdir 5 : P=K٠G Burada, P mәcmuu insan iştirakı sәviyyәsi indeksi, G istehsalın artım vә sәmәrәlilik indeksi, K mütәnasiblik әmsalıdır. Bunu nәzәrә alaraq qeyd edә bilәrik ki, Azәrbaycanda iqtisadi siyasәtin hәyata keçirilmәsindә әhalinin iştirak sәviyyәsi çox aşağıdır. Daha çox demokratik tәsisatların zәif inkişaf etmәsi nәticәsindә ortaya çıxan bu meyl dövlәt proqramlarının sәmәrәliliyini dә xeyli aşağı salır. Proqramların hәyata keçirilmәsi mexanizmindә desentralizasiya meyli güclәndirilmәlidir: Azәrbaycan hökumәtinin hәyata keçirdiyi iqtisadi siyasәt daha çox mәrkәzlәşdirilmiş xarakterlidir vә bu özünü dövlәt 5 Prof. Dr. Saleh Məmmədov, Azərbaycan: İqtisadi inkişaf Proqramı (2000-2050), Bakı-2000, səhfə: 17;

17 proqramlarının icrası zamanı da göstәrir. Lakin müasir dünyada iqtisadi siyasәtin hәyata keçirilmәsindә tamamilә әks bir meyil, desentralizasiya meyli güclәnmişdir. Belә ki, bu mexanizm iqtisadi siyasәtin hazırlanması vә hәyata keçirilmәsindә verilәn qәrarların regionlar vә әhalinin ehtiyaclarını daha dolğun dәrk edәn vә onlara daha yaxın olan dairәlәr tәrәfindәn verilmәsini tәmin edir ki, bu da iqtisadi siyasәtin effektivliyinin artırılmasını mümkün edir. Bu mәqsәdlә tәtbiq olunan proqramların icrasında da bu prinsip nәzәrdә tutulur, onların hәyata keçirilmәsindә yerli icra vә özünüidarә orqanlarının rolu artırılır, bәzi ölkәlәrdә isә proqramların icrası mәqsәdilә ayrı-ayrı regionlar üzrә dövlәt, özәl bölmә vә QHT nümayәndәlәrindәn tәşkil olunan desentralizasiya edilmiş icra orqanları tәşkil edilir. Azәrbaycanda tәtbiq olunan proqramların icrası isә kifayәt qәdәr mәrkәzlәşdirilmiş vә qarışıq struktura malikdir. Fikrimizcә, bu yöndә bәlәdiyyәlәrin rolunu güclәndirmәk daha mәqsәdә uyğun olardı. Әvvәla, bәlәdiyyәlәr ölkә әrazisinin daha geniş dairәsini әhatә edir ki, bu da tәtbiq olunan proqramın daha geniş xalq kütlәlәrinә yayılmasını tәmin edәcәkdir. İkincisi, bәlәdiyyәlәr nisbәtәn daha demokratik, şәffaf vә mәsuliyyәtli idarәetmә sistemini tәşkil etmәyә imkan verir ki, bu da vәsaitlәrin tәyinatı üzrә sәrf edilmәsinә şәrait yaradır. Әn nәhayәt hökumәt dövlәt proqramlarının icrası prossesindә bәlәdiyyәlәrin yaxından iştirakını tәmin etmәklә onların yaradılandan bәri formalaşmış simvolik qurum reputasiyasını aradan qaldırmaqda böyük rol oynayacaqdır. Dövlәt proqramlarının, bütövlükdә dövlәtin iqtisadi siyasәtinin effektivliyini artıracaq instutsional islahatlar hәyata keçirilmәlidir: Dünya tәcrübәsi göstәrir ki, iqtisadi siyasәtin hәyata keçirilmәsindә, dövlәt proqramlarının reallaşdırılmasında mövcud instutsional çәrçivә, başqa sözlә idarәetmә sistemi, onun sәmәrәliliyi çox mühüm әhәmiyyәt kәsb edir. Tәcrübә göstәrir ki, müxtәlif ölkәlәrdә zaman-zaman sosial-iqtisadi inkişaf yolunda hazırlanan çox ciddi dövlәt proqramları mәhz sәmәrәsiz, qeyri-

18 şәffaf, nәzarәtdәnkәnar vә korrupsioner idarәetmә sistemi nәticәsindә uğursuzluğa düçar olmuş vә ya nәzәrdә tutulan hәdәflәri reallaşdıra bilmәmişdir 6. Bu problem Azәrbaycan Respublikasında da aktualdır vә onun aradan qaldırılması yolunda dәrin instutsional islahatların hәyata keçirilmәsi zәruridir. Әks halda әldә etdiyi imkanlardan istifadә edәrәk müәyyәn bir kompleks inkişaf tempi әldә etmәyә çalışan ölkәmiz bu mәqsәdi reallaşdıra bilmәyәcәk vә xalqımızın böyük әzablara qatlanaraq әldә etdiyi vә ya edәcәyi maliyyә-iqtisadi resurslar sәmrәsiz yerlәrә, bir ovuc insanın maddi vә mәnәvi rifahının yüksәldilmәsinә xidmәt edәcәkdir. Bu artıq qaçılmaz bir reallıqdır. Bu mәqsәdlә aparılacaq islahatlar әsasәn aşağıdakı istiqamәtlәrdә olmalıdır: İdarәetmә sistemindә demokratik prinsiplәr hakim olmalı vә şәffaflıq yüksәldilmәlidir; Köhnә idarәçilik sistemindәn qalma strukturlar lәğv edilәrәk müasir bazar prinsiplәrinә uyğun gәlәn çevik strukturlar yaradılmalıdır; Qeyri-mәhsuldar mәmurluq sistemindәn, müasir texnologiyalardan istifadә әsasında fәaliyyәt göstәrәn peşәkar mәmurluq sisteminә keçilmәlidir; İdarәetmәdә maarifçilik fәaliyyәtlәri genişlәndirilmәli, mәmurların әxlaq kodeksi hazırlanaraq korrupsiya ilә mübarizә güclәndirilmәlidir; İcra orqanları üzәrindә effektli nәzarәt sistemi yaradılmalı vә mәhkәmә sisteminin müstәqilliyi artırılmalıdır vә.s; Göstәrilәn istiqamәtlәrdә artıq son illәr müәyyәn tәdbirlәrin görüldüyü müşahidә edilmәkdәdir. Xüsusilә dә 1 yanvar 2005-ci ildәn qüvvәyә minәcәk korrupsiyaya qarşı mübarizә qanunu vә müvafiq proqram bu yolda atılan mühüm addım hesab oluna bilәr. 6 Bax: Susan Rose-Ackerman, Hakimiyyət və korrupsiya: səbəblər, nəticələr və islahatlar, (İngilis dilindən tərcümə), Bakı-2004;

19 Yuxarıda әsas başlıqlar altında izah etmәyә çalışdığımız tәkmillәşdirmә tәdbirlәri kompleks xarakterli olub, digәr әlaqәli tәdbirlәrlә birgә hәyata keçirilәrәk qarşıdakı illәrdә dövlәtimizin sabitlәşdirmәdәn inkişafa doğru hazırlamağa çalışdığı strategiyaların reallaşdırılması üçün kifayәt qәdәr әlverişli mühit yaradacaqdır.

Nәticә vә tәkliflәr 20 Perespektivә yönәlmiş sosial-iqtisadi strategiyaların reallaşdırılmasında әhәmiyyәtli rol oynayan proqramlaşdırma mexanizmi istәr konkret hәdәflәri hәyata keçirmәk, istәr resurslardan daha sәmәrәli istifadә etmәk, istәrsә dә idarә edilmәsinin әlverişliliyi baxımından üstün bir mexanizm kimi dünya praktikasında geniş yayılmışdır. Bu baxımdan AR hökumәtlәri tәrәfindәn son illәr bu mexanizmә üstünlük yer verilmәsi tәqdir edilmәlidir; Proqramlaşdırma әslindә iqtisadiyyatın dövlәt tәnzimlәnmәsi sisteminin mühüm bir elementi olmaqla digәr üsul vә mexanizmlәrlә sıx şәkildә bağlıdır. Bu baxımdan onun daha sәmәrәli şәkildә hәyata keçirilmәsi üçün digәr mexanizmlәrlә, xüsusilә perespektivә yönәlmiş iqtisadi idarәetmәnin proqnozlaşdırma vә planlaşdırma kimi mexanizmlәrilә әlaqәli şәkildә tәtbiq olunması zәruridir; Son illәr Azәrbaycanda bir sıra dövlәt proqramları tәtbiq olunmuş vә onların miqyası daha da genişlәndirilmәkdәdir. Lakin icrası başa çatmış proqramların әldә etdiyi nәticәlәri qiymәtlәndirdikdә görürük ki, heç dә mövcud imkanlardan әlverişli şәkildә istifadә edilmәmiş vә nәzәrdә tutulan hәdәflәrә istәnilәn sәviyyәdә nail olunmamışdır. Bu baxımdan bir sıra istiqamәtlәrdә, xüsusilә proqramların keyfiyyәt sәviyyәsinin yüksәldilmәsi, onların icrasında cәmiyyәtin daha geniş tәbәqәlәrinin iştirak vә dәstәyinin tәmin edilmәsi, әks-mәrkәzlәşdirmә vә dövlәt idarәetmә sisteminin yenidәn qurulması istiqamәtlәrindә ciddi tәkmillәşdirmә tәdbirlәrinin hәyata keçirilmәsinә ehtiyac vardır;

İstifadә olunan mәnbәlәr 21 1. Campell R. Mcconnell (Professor of Economics, Emeritus University of Nebraska), Stanley L.Brue (Professor of Economics Pacific Lutheran University), Economics: principles, problems, and policies, 14 th edition, Irwin McGraw-Hill Companies, 1999, International Edition; 2. Kamil Sadıqov, Milli iqtisadiyyatın dövlәt tәnzimlәnmәsinin konseptual әsasları, Bakı-1999; 3. H.Ә. Allahverdiyev, K.S. Qafarov, Ә.M. Әhmәdov, İqtisadiyyatın dövlәt tәnzimlәnmәsi, Dәrslik, Nasir nәşriyyatı, Bakı-2002; 4. 1999-2000 AR-da aqrar islahatların dәrinlәşdirilmәsi vә kәnd tәsәrrüfatında sahibkarlığın inkişafına kömәk göstәrilmәsinә dair Dövlәt Proqramı, 09.11.1999; 5. AR-da kiçik vә orta sahibkarlığın inkişafının Dövlәt Proqramı, 17.08.2002; 6. AR Yoxsulluğun azaldılması vә iqtisadi inkişaf üzrә dövlәt proqramı (2003-2005), 20.02.2003; 7. AR regionlarının sosial-iqtisadi inkişafı dövlәt proqramı (2004-2008), 11.02.2004; 8. Prof. Dr. Saleh Mәmmәdov, Azәrbaycan: İqtisadi inkişaf Proqramı (2000-2050), Bakı-2000; 9. Susan Rose-Ackerman, Hakimiyyәt vә korrupsiya: sәbәblәr, nәticәlәr vә islahatlar, (ingilis dilindәn tәrcümә), Bakı-2004; 10. AR Statistik Göstәricilәri 2004, Azәrbaycan Dövlәt Statistika Komitәsi, Bakı-2004; 11. http://www.economy.gov.az AR İqtisadi İnkişaf Nazirliyinin rәsmi web ünvanı; 12. http://www.sahibkar.biz Sahibkarlara Yardım Saytı;

22 13. http://www.e-konomistdergi.com/linkler.htm - İqtisadçılar üçün faydalı istinadlar; 14. http://www.kitab.az Azәrbaycan Elektron Kitabxanası; 15. http://www.seterisparibus.net Ekonomistlerin Kaynak Sitesi; 16. http://www.canaktan.org Prof.Dr. Coşkun Can Aktan ın Sosyal Bilimler Kütüphanesi; 17. http://www.sanalderslik.com Yrd. Doç. Dr. İsmail Güneş in Sanal Kütüphanesi;