UNICEF AZƏRBAYCAN İNFORMASİYA BÜLLETENİ

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Marketinq. Mehdiyev Əkbər

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

2014-cü ilin üçüncü rübünün nəticələri

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

TƏHSIL. AZƏRBAYCANDA Aİ TƏRƏFİNDƏN MALİYYƏLƏŞƏN LAYİHƏ VƏ PROQRAMLAR Aprel May 2015

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

Protokolundan Çıxarış aprel 2016-cı il

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

AZƏRBAYCAN. Vətəndaş cəmiyyəti: Ümumi məlumat. Ölkə və dövlət haqqında məlumat VƏTƏNDAŞ CƏMIYYƏTI HAQQINDA QISA MƏLUMAT

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

ŞƏFFAFLIQ AZƏRBAYCAN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİ

Daha firavan gələcək naminə daha güclü BMT. BMT Baş katibinin nəzəri-baxışı. Page 1 of 32

AZƏRBAYCANDA KORPORATİV SOSİAL MƏSULİYYƏTİN

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Komissiyanın İkinci hesabatına cavab olaraq biz öz cavabımızı üç komponent ətrafında hazırlamışıq:

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı nın təsdiq edilməsi haqqında

GENDER (KIŞI VƏ QADINLARIN) BƏRABƏRLIYININ TƏMINATLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏHLİLİ

MƏTBUAT ÜÇÜN HESABAT

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyətinin təhlilinə dair tədqiqat

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Kənan Qasımov. Tel: (994 12) Faks: (994 12)

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

8 Məsləhətləşmə və məlumatın açıqlanması

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Korporativ idarəetmə. Ruslan Atakişiyev İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri. Məruzəçi:

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Şəffaflıq və bacarıqların yaradılması Şəffaflıq

Azərbaycanda turizmin vəziyyəti

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI (CCPE) Avropa Prokurorlarının Məşvərətçi Şurasının. Cinayət təqibi vasitələrinin idarə edilməsi mövzusunda

KORPORATİV SOSİAL MƏSULİYYƏT ÜZRƏ BEYNƏLXALQ

[18] 1. Ümumi müddəalar

ANLAŞMA MEMORANDUMU. İlkin məlumat

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

yeni səhifə İYUN 2013 Vətəndaş və dövlət qurumları münasibətlərində Elektron Hökumət Bülleteni Bülleten 06 / iyun 2013 VAXTA QƏNAƏT ŞƏFFAF ƏLVERİŞLİ

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin

AVROPA KOMİSSİYASI PRESS-RELİZ

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

QLOBALLAŞMA DÖVRÜNDƏ AZƏRBAYCANDA ORTA MƏKTƏB MƏZUNLARININ TƏHSİL VƏ MƏŞGULLUQ PROBLEMLƏRİ

MƏTBUAT ÜÇÜN HESABAT

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Azərbaycan: Dəmir Yolu Sektorunun İnkişafı Proqramı

ŞƏFFAFLIQ AZƏRBAYCAN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİ

Asiya və Sakit okean regionunda Yoxsulluqla Mübarizə: Yoxsulluğun Azaldılması Strategiyası

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

ÖLKƏ VƏ FƏALIYYƏT SAHƏLƏRI ÜZRƏ GÖSTƏRICILƏR. Cədvəl 1: Minilliyin İnkişaf Məqsədləri və Hədəflərinə Doğru Tərəqqi

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Beynəlxalq Əmək Konfransı Tövsiyə N 200. QĐŞS/AĐDS və əmək dünyası haqqında Tövsiyə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ERMƏNİSTAN, AZƏRBAYCAN VƏ GÜRCÜSTANDA SOSİAL MÜDAFİƏ VƏ SOSİAL İNTEQRASİYA QISA İCMAL İCMAL HESABATI. Avropa Komissiyası

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Transkript:

UNICEF AZƏRBAYCAN İNFORMASİYA BÜLLETENİ 1 Sayı UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərindən Əziz dostlar! Bu il bizim hamımız, beynəlxalq ictimaiyyət, hökumət və vətəndaş cəmiyyəti üçün ölkədə uşaqların vəziyyətinin yaxşılaşdırılması məqsədilə birgə səylərimizin artırılması baxımından tarixi bir imkan açır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2009-cu ilin Uşaq ili elan olunması uşaqların və gənclərin həyatını dəyişmək məqsədilə bütün mövcud resurslardan istifadə etmək üçün daha bir əla imkandır. Azərbaycan mühüm transformasiya və islahatlar dövrünü yaşayır. Bu, neftlə zəngin olan Azərbaycanda təhlükəyə daha çox məruz qalan qruplar, xüsusilə də uşaqlar üçün daha etibarlı müdafiə təmin etməklə ölkəni beynəlxalq standartlara yaxınlaşdıracaq. İndi bizim əlimizə uşaqlara sərmayə qoyaraq təkcə onlar üçün deyil, bütövlükdə ölkə üçün parlaq gələcək təmin etmək kimi qızıl fürsət düşmüşdür. Uşaqlara indi sərmayə qoymaq yaxın gələcəkdə zəngin və firavan olmaq, habelə ixtisaslı işçi qüvvəsinə əsaslanan möhkəm və dayanıqlı iqtisadiyyata malik olmaq üçün hazırlıq görmək deməkdir. 2009-cu ildə dünyada ən çox ratifikasiya edilən insan hüquqlarına dair sənədin, BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illik yubileyi qeyd olunur. Bu il Azərbaycanda uşaq hüquqları ilə bağlı mühüm bir ildir belə ki, Azərbaycan hökuməti BMT-nin Uşaq Hüquqları Komitəsinə Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsi ilə əlaqədar növbəti dövri hesabatını təqdim etməyə hazırlaşır. Ümid edirik ki, bu hesabatda və onunla birlikdə qeyri-hökumət təşkilatlarının təqdim etdiyi alternativ hesabatda Azərbaycanda uşaq hüquqlarının qorunması və təşviq edilməsi istiqamətində əldə edilən irəliləyişlər öz əksini tapacaqdır. Bu qədər mühüm hadisələrlə dolu bu il ideyaların həyata keçdiyi xüsusi bir zamandır. Odur ki, gəlin bütün uşaqlar üçün yararlı Azərbaycan yaratmaq ideyasının bu Uşaq ili ndə həyata keçməyə başlamasını arzu edək. Hörmətlə, UNICEF-in Azərbaycandakı nümayəndəsini əvəz edən Məhəmməd Bendris Ələmi Dünyada uşaqların vəziyyəti hesabatı Azərbaycanda təqdim edildi UNICEF və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhərində birgə mətbuat konfransı keçirərək, UNICEF-in qlobal nəşri olan Dünyada uşaqların vəziyyəti 2009 hesabatını təqdim etdi. Hesabatın təqdim edilməsi Azərbaycan hökumətinin Uşaq ili çərçivəsində ana və yeni doğulmuşlar arasında ölüm hallarının azaldılması istiqamətində göstərdiyi səylərin artırılması ilə bir vaxta təsadüf edir. Çap və elektron kütləvi informasiya vasitələrinin nümayəndələrinin də qatıldığı mətbuat konfransı 2009-cu il yanvarın 27-də keçirildi. UNI- CEF-in Azərbaycandakı nümayəndəsi Məhəmməd Bendris Ələmi və Səhiyyə Nazirinin müavini, Professor Sənan Kərimov diqqəti ana və uşaq sağlamlığına yönəldən builki hesabatı təqdim edərək, Azərbaycanda son illər ana və uşaq ölümünün azaldılması istiqamətində göstərilən birgə səyləri təqdir etdilər. Dünyada uşaqların vəziyyəti hesabatı ana və uşaq sağlamlığını yaxşılaşdırmaq məqsədilə düşünülmüş addımlar atan Azərbaycan üçün əhəmiyyətlidir, cənab Ələmi jurnalistlərə belə dedi. Əlamətdar haldır ki, UNICEF və Azərbaycan hökuməti möhkəm əməkdaşlıq və tərəfdaşlıq şəraitində bir araya gələrək, bu hesabatı təqdim etdi. Səh. 2 Yanvar-Mart 2009 Bu sayımızda: UNICEF Azərbaycan 1 nümayəndəliyinin rəhbərindən Dünyada uşaqların 1-2 vəziyyəti hesabatı Azərbaycanda təqdim edildi Uşaq Komitəsinə tərtib edilir Hüquqları 3 hesabat Fəal təlim: hədəfimiz daha çox məktəbdir Azərbaycanda DSS in 5 nəticələri açıqlandı: bəzi rəqəmlər təxirəsalınmaz tədbirlər tələb edir 2009-cu ilin ilk rübündə UNICEF-in tədbirləri UNICEF-in Dünyada uşaqların vəziyyəti hesabatının təqdimatı Yod Çatışmazlığı Xəstəliklərinə dair dəyirmi masa İmmunlaşdırmaya dair milli konfrans Valideynlərin maarifləndirilməsində regional təlimçilərin təlimi Hakimlər və prokurorlara yuvenal ədliyyə sahəsində təlim Bakı Dövlət Universiteti və Qafqaz Universiteti ilə anlaşma memorandumu Ombudsman aparatının əməkdaşlarına uşaqlara qarşı zorakılıq sahəsində təlim 4

Səh. 2 Dünyada uşaqların vəziyyəti qaldırılmasına nail olmağa və İİV/ QİÇS-ə qarşı mübarizə aparmağa kömək edir. 2000-ci ildən bəri Azərbaycan uşaq ölümünün azaldılmasında nəzərəçarpacaq irəliləyiş əldə etmişdir. UNICEF-in 2007-ci ildə Azərbaycan üzrə verdiyi proqnozlara görə, hər 1,000 diri doğuşa bir yaşınadək uşaq ölümü 34, beş yaşınadək uşaq ölümü isə 39 olmuşdu. Rəsmi statistikada bu rəqəmlər azdır: bu da onu göstərir ki, rəsmi rəqəmlərdə və sorğu məlumatlarında müxtəlif metodologiyalardan istifadə olunur. Anaların və onların yeni doğulmuş körpələrinin həyatlarının xilas edilməsi təkcə tibbi müdaxilə tələb etmir. Bu, həm də qadınlara səlahiyyət verən və onların hüquqlarına hörmət edən mühitin yaradılmasını tələb edir, Cənab Ələmi mətbuat konfransında belə deyərək, qadınlara daha yaxşı şəraitin yaradılmasına çağırdı. Hesabatda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında aydın fərq qoyulur və etiraf edilir ki, yoxsul ölkələrdə yaşayanların ölmək təhlükəsi daha yüksəkdir. Dünyanın daha az inkişaf etmiş ölkələrində yaşayan qadınların doğuş və ya hamiləliklə bağlı ağırlaşmalardan həlak olmaq ehtimalı inkişaf etmiş ölkələrdəki qadınlarla müqayisədə 300 dəfə çoxdur. İnkişaf etməkdə olan ölkədə dünyaya gələn uşağın isə birinci ay tələf olmaq ehtimalı inkişaf etmiş ölkədəki uşaqla müqayisədə az qala 14 dəfə çoxdur, hər il nəşr edilərək uşaqlarla bağlı əsas məsələləri önə çəkən Dünyada uşaqların Davamlı və ardıcıl qayğı vəziyyəti hesabatında belə deyilir. İnkişaf etməkdə olan ölkələrin bir çoxunun son 15 ildə uşaqların sağ qalması göstəricisini 27% artıraraq çox gözəl irəliləyiş əldə etməsinə baxmayaraq, ana ölümünün azaldılması sahəsində daha az tərəqqi olmuşdur. Minilliyin İnkişaf Məqsədləri üçün baza ili olan 1990-cı ildən bəri təxminən 10 milyon qadın hamiləlik və doğuşla bağlı ağırlaşmalardan dünyasını dəyişmiş, təqribən 4 milyon uşaq isə hər il doğuşdan sonrakı 28 gün ərzində tələf olmuşdur. Bütün dünyada hamiləlik və doğuşla bağlı ağırlaşmalardan irəli gələn ana ölümü hallarının təqribən 99%-i inkişaf etməkdə olan ölkələrin payına düşür, ana olmaq isə qadınların sağlamlığı üçün ən ciddi təhlükə olaraq qalır, hesabatda belə deyilir. Həm analar, həm də onların körpələri doğuşdan sonrakı günlər və həftələrdə təhlükəyə daha çox məruz qalır: bu, doğuşdan sonra baş çəkmə, düzgün gigiyena, ana və uşaq sağlamlığına təhlükə törədən əlamətlər haqqında məsləhətlərin verilməsi kimi həyati əhəmiyyətli tədbirlər üçün çox mühüm bir dövrdür. Ana və uşaqların sağlamlığı tamlıq təşkil edir və belə nəzərdən keçirilməlidir. Sağlam ana sağlam uşaq deməkdir, Professor Sənan Kərimov jurnalistlərə belə dedi. UNICEF yeni praktikanın sınaqdan keçirilməsini, səhiyyə işçilərinin yeni doğulmuşların reanimasiyası və onlara zəruri qayğı sahəsində təlim verilməsini dəstəkləməklə Səhiyyə Nazirliyinə perinatal qayğı sistemində islahatlar aparılması ilə bağlı hərtərəfli konsepsiyanın hazırlanmasında texniki yardım göstərir. Azərbaycan hökuməti ölkədə yeddi perinatal mərkəz açmağı planlaşdırır. Onların biri keçən il Gəncə şəhərində açılmışdır. Mərkəzlərin ana və yeni doğulmuş körpələrin sağlamlıq vəziyyətini yaxşılaşdıracağı güman edilir. UNICEF Səhiyyə Nazirliyinə həm də Sovet dövründən qalma diri doğuş meyarlarından Ümumdünya Səhiyyə Təşkilatının diri doğuşun tərifinə keçməyə, habelə yod çatışmazlığı xəstəliklərinin aradan Əsas fakt və rəqəmlər Beş yaşadək uşaq ölümü (2007) hər 1,000 diri doğuşa 39 Körpə ölümü (2007) hər 1,000 diri doğuşa 34 Ana ölümü (2007) hər 100,000 diri doğuşa 36 Beş yaşadək uşaqlar arasında qısaboyluluq (2006) - 25% Yalnız ana südü ilə qidalandırma faizi (2006) - 12% Adekvat şəkildə yodlaşdırılmış duzdan istifadə edən ailələr (2006) 54% 6-59 aylıq anemiyalı uşaqlar (2006) 39% 15-49 yaşlı anemiyalı qadınıar (2006) - 37% İIV-in yayılması - 2009-cu il aprelində 1,944 nəfər QİÇS haqqında ətraflı bilikləri olan 15-24 yaşlı gənclər (2006) 5% QİÇS haqqında eşidən və QİÇS ilə yaşayan insanları qəbul edən 15-49 yaşlı kişilər (2006) - 1%

Səh. 3 Uşaq Hüquqları Komitəsinə hesabat tərtib edilir UNICEF-in missiyası uşaq hüquqlarının qorunmasını təşviq etmək, uşaqların əsas ehtiyaclarının ödənilməsinə yardım etmək və onların tam potensiala çatmaq imkanlarını genişləndirməkdir. UNI- CEF bu yöndə Uşaq Hüquqları Konvensiyasının (UHK) müddəa və prinsiplərini rəhbər tutur. UHK silsilə insan hüquqları mülki, mədəni, iqtisadi, siyasi və sosial hüquqları özündə birləşdirən ilk məcburi hüquqi qüvvəyə malik beynəlxalq sənəddir. Konvensiya bu hüquqları 54 Maddədə və iki fakültativ protokolda əks etdirir. Orada bütün dünyada uşaqlara məxsus əsas insan hüquqları sağ qalmaq, tam inkişaf etmək, zərərli təsirlərdən, təhqir və istismardan qorunmaq, ailədə, mədəni və sosial həyatda tam iştirak hüquqları təşəkkül tapmışdır. Konvensiyanın dörd təməl prinsipi ayrı-seçkiliyin aradan qaldırılması; uşağın ən yaxşı maraqlarına sadiqlik; yaşamaq, sağ qalmaq və inkişaf hüququ; uşaqların fikirlərinə hörmətdir. Azərbaycan Respublikası UHK-ni Sovet İttifaqının süqutu ilə müstəqilliyin əldə edilməsindən bir müddət sonra, 1992-ci il iyulun 21- də ratifikasiya etmişdir. Azərbaycan Uşaq Hüquqları Komitəsinə ilk dövri hesabatını 1997-ci ildə, ikinci dövri hesabatını isə 2005-ci ildə təqdim etmişdi. Artıq Azərbaycan hökuməti bu ilin payızında 2006-2009-cu illəri əhatə edən müştərək üçüncü və dördüncü hesabatını Komitəyə təqdim etməyə hazırlaşır. Azərbaycan hökumətinin uşaq hüquqlarını prioritetləşdirmək məqsədilə qəbul etdiyi bir sıra qanunverici və proqram tədbirlərini alqışlayan Uşaq Hüquqları Komitəsi öz Yekun Tövsiyələrində bununla belə uşaqlar üçün büdcə vəsaitinin ayrılması, küçə uşaqları, uşaqların ümumi sağlamlıq vəziyyəti, yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsinin həyata keçirilməsi sahələrində narahatlıqların qaldığından təəssüfləndiyini bildirilmişdi. Komitənin xüsusi narahatlığı ondan ibarət idi ki, əlilliyi olan, qaçqın və məcburi köçkün uşaqlara, habelə İİV/QİÇS ilə yaşayan uşaqlara qarşı ayrı-seçkiliyin müəyyən formaları mövcuddur, uşağın ən yaxşı maraqları prinsipi isə xüsusilə təhlükəyə məruz qalan uşaqlara UHK ən çox qəbul edilən beynəlxalq sənəddir. 1989-cu il noyabrın 20-də qəbul edildikdən sonra Konvensiya ABŞ və Somali istisna olmaqla bütün dövlətlər tərəfindən ratifikasiya edilmişdir. Konvensiyanın həyata keçirilməsinə müstəqil ekspertlərdən ibarət qrup Uşaq Hüquqları Komitəsi nəzarət edir. Komitə eyni münasibətdə heç də həmişə həyata keçirilmir. Komitə həmçinin uşaqlara qarşı müxtəlif yerlərdə zorakılıq, alçaldıcı və qeyri-insani cəza və kobud rəftardan istifadə ilə bağlı məlumatlardan zamanda Konvensiyanın uşaqların silahlı münaqişələrdə iştirakına və uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına dair iki fakültativ protokolunun da həyata keçirilməsinə nəzarət edir. Konvensiyaya qoşulan bütün dövlətlər orada müəyyən edilmiş hüquqların necə həyata keçirilməsinə dair Komitəyə müntəzəm hesabatlar verməlidir. Dövlətlər Konvensiyaya qoşulduqdan iki il sonra ilk hesabatını təqdim etməli, daha sonra hər beş ildən bir hesabat verməlidir. Komitə təqdim edilmiş hər bir hesabatı nəzərdən keçirir, öz narahatlıq və təkliflərini Yekun tövsiyələr formasında Konvensiyaya qoşulmuş dövlətə təqdim edir. təəssüfləndiyini bildirmişdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) bu hesabatın hazırlanması üçün mərkəzi icra hakimiyyəti orqanı təyin edilmişdir. Hökumət UNI- CEF-dən hesabatın hazırlanması üçün beynəlxalq təcrübəni təmin etməyi xahiş etmişdir. UHK-nin həyata keçirilməsində hökumətin əsas tərəfdaşı olan UNI- CEF AQUPDK-ya məlumatların yığılması və hesabat layihəsinin hazırlanması üçün adekvat metodologiyanın yaradılması üzrə məsləhətlər vermək məqsədilə təcrübəli beynəlxalq məsləhətçi dəvət etdi. Bu məsləhət xidmətləri çərçivəsində Uşaq Hüquqları Komitəsinin Azərbaycan üzrə verdiyi Yekun Tövsiyələr nəzərdən keçirildi, müxtəlif dövlət qurumlarından UHK-nin həyata keçirilməsinə dair məlumatlar əldə edildi, AQUPDK-in əməkdaşları, hesabatın hazırlanması üzrə əlaqələndirici şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri üçün treninqlər keçirildi. Paralel olaraq UNICEF, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Save the Children (Uşaqların Xilası) alyansı Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarına Uşaq Hüquqları Komitəsinə alternativ hesabat təqdim etməyə imkan yaradan birgə layihə həyata keçirir. Alternativ hesabat qeyri-hökumət təşkilatları (QHT) kimi müstəqil mənbələrdən bitərəf məlumatlar almağa kömək edəcək. Əsas fakt və rəqəmlər Müəssisələrdə olan uşaqların sayı (2008) 14,500 Əlilliyi olan uşaqların sayı (2006) 48,500 Qaçqın və məcburi köçkünlərin sayı 1 milyon Qaçqın və məcburi köçkün uşaqlar - 330,000 Mina təhlükəsi ilə üzləşən insanlar - 500,000

Səh. 4 Fəal təlim: hədəfimiz daha çox məktəbdir Azərbaycanın müxtəlif yerlərindən gələn məktəb müəllimləri bu ilin aprelində Bakıda Azərbaycan Müəllimlər İnstitutunun akt zalında UNICEF-in dəstəklədiyi fəal təlim proqramının tətbiq edilməsinə dair ilk təlimçilərin təlimi kurslarında iştirak etmişdir. Əvvəllər fəal təlimə dair treninq keçən bir neçə təlimçi artıq öz həmkarlarına bu müasir tədris metodunun əsaslarını öyrədirlər. Müəllimlər etiraf edir ki, yeni təlim üsulu sovet dövründən qalan köhnə tədris metodunu daha maraqlı və cəlbedici edir. Siz fəal təlimin inkişaf etdirilməsi və onun ümumi tədris üsuluna çevrilməsi baxımından Azərbaycanda aparılan təhsil islahatlarının önündəsiniz, UNICEF-in Azərbaycandakı nümayəndəsini əvəz edən Məhəmməd Bendris Ələmi kursun dinləyicilərinə belə dedi. Sizin məqsədi ən yaxşı beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsi olan bu mühüm islahatlara sadiqliyinizi və töhfələrinizi yüksək qiymətləndiririk, o bildirdi. Dərslərdə cüt-cüt və ya qruplarda işləmək və bir-birinə kömək etmək necə də asan və gözəldir. Bu, cansıxıcı iş olan həmişə oturub müəllimə qulaq asmaqdan xeyli yaxşıdır. Biz ümid edirik ki, siz yolunuzdakı bütün maneələri dəf edərək, bu effektiv metodu öyrənəcək və onu öz işinizdə tətbiq edəcəksiniz, Təhsil Nazirliyinin Strateji təhlil və planlaşdırma şöbəsinin müdiri Fərzəli Qədirov iştirakçılara belə dedi. Fəal təlim proqramı Azərbaycanda 2000-ci ildə UNICEF-in beş ibtidai sinif məktəbində sınaq layihələrinin həyata keçirməsi ilə başladı. Həmin məktəblərdə uşaqların əsas düşünmə bacarıqları, onların iştirak etmək və özlərini ifadə etmək qabiliyyətini təkmilləşdirmək məqsədilə qrup işi və şagird təqdimatları kimi müasir üsullar tətbiq olunmuşdur. Bu üsullar gender məsələlərinə dair həssas olan və uşaqların yaşadığı müasir dünyaya uyğun dərsliklərin yazılması ilə dəstəkləndi. Daha sonra fəal təlim təhsil islahatlarına, 2008-ci ildə müəllim hazırlığı və ixtisasartırma tədris proqramlarına daxil edildi. UNICEF fəal təlimin bütün dərsliklərə, müəllim və şagird vəsaitlərinə daxil edilməsini təmin etmək üçün dərsliklərin dəstəklədi. hazırlanmasını Proqramın məqsədi məktəbəqədər və ibtidai təhsili möhkəmləndirmək, uşaqların tədris prosesində iştirakını artırmaqla, keyfiyyətli və səmərəli təhsilə çıxışı artırmaqdır. Fəal təlim sağlamlıq və müdafiə, valideyn və icmaların iştirakı, gender həssaslığı və inklüzivliyi özündə birləşdirən Məktəb uşağının dostudur adlı təhsil modelinin effektiv tərkib hissəsidir. Müəllimlər təsdiq edirlər ki, yeni metod şagirdlərin iştirak və qarşılıqlı əlaqə olmadan əyləşərək müəllimə qulaq asdıqları köhnə, sovet dövründən miras qalmış metodundan qat-qat təsirlidir. Əvvəllər uşaqlar obyekt kimi idilər, indi isə onlar bizim tərəfdaşlarımızdır və bizə dost kimi baxırlar. Onlar daha sərbəstdirlər və fikirlərini azad ifadə edirlər, Dağlıq Qarabağın yaxınlığında cəbhə xəttində yerləşən Füzuli rayonunda UNICEF-in sınaq məktəbində işləyən müəllimlərdən biri belə deyir. Dərslərdə cüt-cüt və ya qruplarda işləmək və bir-birinə kömək etmək necə də asan və gözəldir. Bu, cansıxıcı iş olan həmişə oturub müəllimə qulaq asmaqdan xeyli yaxşıdır, bir şagird bizə belə demişdi. Əvvəllər uşaqlar obyekt kimi idilər, indi isə onlar bizim tərəfdaşlarımızdır və bizə dost kimi baxırlar. Onlar daha sərbəstdirlər və fikirlərini azad ifadə edirlər. Sınaq məktəbin müəllimimi Fəal təlim Azərbaycan məktəblərində yayıldıqca, valideynlər də məktəbin idarə olunmasına cəlb edilir, valideynmüəllim birlikləri yaradılır. Bu birliklər dərslərdə iştirak edərək, ümumi nəzarət həyata keçirir. Valideynlərin iştirakından savayı şagirdlər də özləri ilə bağlı məsələlər və qərarları məktəb parlamentlərində müzakirə edirlər. Onlar öz məktəblərində şagird nailiyyətlərini, davamiyyəti, iştirakı və uşaqların qorunmasını yoxlayırlar. Bir çox məktəbdə şagirdlərin fikirlərini və narahatlıqlarını öyrənmək üçün rəy və təklif qutularından da istifadə edilir. Fəal təlim UNICEF-in Azərbaycanın təhsil sahəsində ən uğurlu təşəbbüsü olmaqla, hər bir şagirdin tədris prosesində fəal iştirakı üçün geniş imkanlar açmışdır. Artıq UNICEF və onun əsas tərəfdaşı olan Təhsil Nazirliyinin qarşısında duran vəzifə fəal təlimin Azərbaycan məktəblərində əsas yanaşma olmasını təmin etməkdir. Əsas fakt və rəqəmlər Bütün məktəblərin ümumi sayı 4538, o cümlədən 1169 şəhər, 3369 kənd yerlərində Məktəbəqədər müəssisələrin ümumi sayı 1653, o cümlədən 935 şəhər, 718 kənd yerlərində Məktəbəqədər təhsilə cəld edilmiş 3-6 yaşlı uşaqlar 22.9% Əsas təhsildə ümumi qeydiyyat əmsalı 99.6% Yuxarı orta təhsildə ümumi qeydiyyat əmsalı 66.6%

Azərbaycanda DSS-in nəticələri açıqlandı: bəzi rəqəmlər təxirəsalınmaz tədbirlər tələb edir. 2008-ci ildə Azərbaycanda baş verən əlamətdar hadisələrdən biri də əhali və sağlamlıqla bağlı əsas məlumatlar təmin edən milli təmsilçilik sorğusu Demoqrafiya və Sağlamlıq Sorğusunun nəticələrinin açıqlanması oldu. Demoqrafiya və Sağlamlıq Sorğusu və ya AzDSS USAID və UNICEF-in, habelə Macro İnternational İnc. Şirkətinin dəstəyi ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2006-cı ildə aparılmışdı. Onun məqsədi ölkədə həyata keçirilən müxtəlif sosial siyasət və proqramların hazırlanması, monitorinqi və qiymətləndirilməsi üçün qiymətli məlumatlar təmin etməkdir. 7,180 ailəni əhatə edən AzDSS kişilərin anketini də özündə birləşdirən azsaylı sorğulardan biri olaraq, 15-49 yaşlı 8,444 qadın və 15-59 yaşlı 2,558 kişi arasında keçirilmişdir. Sorğuda ailə xarakteristikası, fertillik, ailə planlaşdırması, abort, körpə və uşaq ölümü, uşaq sağlamlığı, uşaqların inkişafı və erkən uşaqlıq dövründə tərbiyə, qidalanma, İİV/QİÇS ilə bağlı biliklər, münasibət və davranış, reproduktiv sağlamlıq, böyüklərin sağlamlığı, məişət zorakılığı və qadınlara səlahiyyətlərin verilməsi kimi sahələrə aid 100 göstərici üzrə məlumatlar toplanmışdır. Sorğu həm də ona görə özünəməxsusdur ki, orada məlumatlar mümkün qədər iqtisadi regionlar, yaşayış tipi, rifah statusu, anaların təhsili, yaş və digər mühüm xarakteristikalar üzrə bölünmüşdür. Sorğunun nəticələri ölkənin Minilliyin İnkişaf Məqsədlərinə və Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramındakı məqsədlərə nail olunması istiqamətində əldə etdiyi irəliləyişin izlənməsində mühüm rol oynayacaq. AzDSS demoqrafiya və səhiyyə göstəricilərindən ibarət beynəlxalq Regionlar üzrə uşaqlarda boy azlığı Naxçıvan MR Gəncə-Qazax Yuxarı Qarabağ Kəlbəcər-Laçın Şəki-Zaqatala Faiz Quba-Xaçmaz Dağlıq Şirvan Aran 2.2 2.3 2.4-4.1 4.2-11.0 11.1-14.7 Mәlumat yoxdur Lənkəran məlumatlar bazasının genişlənməsinə də öz töhfəsini verir. Abşeron Bakı Sorğuda Azərbaycanda həyata dair maraqlı faktlar öz əksini tapmışdır. Uşaqların doğum qeydiyyatı əmsalı 90%-dən çoxdur: onların 94%-i qeydiyyata alınıb, 88%-inin isə doğum haqqında şəhadətnaməsi var. Lakin körpələrdə bu əmsal 90%-dən aşağıdır, 0-11 aylıq uşaqların isə cəmi 75%-inin doğum haqqında şəhadətnaməsi var. Yeni doğulma dövründə körpələr arasında ölüm halları xüsusi narahatlıq doğurur. Körpə ölümünün böyük bir hissəsi (65%) məhz neonatal dövrdə baş verir. Buna doğuş arasında interval və anaların təhsili kimi amillər təsir edir. Peyvəndlə bağlı sorğu məlumatlarında deyilir ki, 19-28 aylıq körpələrin 60% bütün tövsiyə edilən peyvəndləri qəbul etmişdir. Yeni doğulmuşların 85% faizi ana südü ilə qidalanır, lakin yalnız ana südü ilə qidalandırma əmsalı hələ arzuolunan səviyyədə olmayaraq, altı aya qədər uşaqların yalnız 12%-ini əhatə edir. Amma bəlkə də ən çox təlaş doğuran nəticə odur ki, uşaqların üçdə-bir hissəsində anemiya var, 25%-inin boyu yaşına görə kiçik, 8%-inin isə çəkisi yaşına görə azdır, o cümlədən 7%-ində çəkinin yaşa görə kəskin azlığı müşahidə olunur. Azərbaycan yod çatışmazlığı xəstəliklərinin tam aradan qaldırılmasına yaxındır belə ki, hazırda ölkədə ailələrin böyük bir hissəsi 94.6%-i yodlaşdırılmış duzdan istifadə edir. Müqayisə üçün deyək ki, bu rəqəm 2000-ci ildə cəmi 41.3% idi. Lakin Azərbaycanda ailələrin yalnız 53.8%-i adekvat şəkildə yodlaşdırılmış duzdan istifadə edir və bu, Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin Uşaq Fondunun (UNICEF) və Yod Çatışmazlığı Xəstəliklərinə Beynəlxalq Nəzarət Şurasının tövsiyə etdiyi rəqəmdən xeyli azdır. Azərbaycanda fertillik əmsalı 2-dir. Bu o deməkdir ki, iqtisadi regionlar üzrə bəzi fərqlər olmaqla azərbaycanlı qadın öz həyatı ərzində dünyaya iki uşaq gətirir. Sorğunun digər nəticəsi isə erkən nikahlarla bağlıdır 15-19 yaşlı qızların 6%-i ya anadır, yaxud da ilk dəfədir ki, hamilədir. Azərbaycan kimi müsəlman ölkəsi üçün kifayət qədər təəccüblü olan digər bir fakt odur ki, qadınların 38%-i ən azı bir dəfə abort edib, onların 71%-i isə birdən daha çox abort edib. Baş verən doğuş hallarının 89%-i bacarıqlı tibbi personalın iştirakı ilə keçirilib. İİV/QİÇS üzrə biliklərlə əlaqədar məlumatlar da mühümdür. AZDSS-də deyilir ki, qadınların 65%-i, kişilərin isə 77%-i QİÇS haqqında eşitmişdir. İİV ilə bağlı rüsvayçılıq damğası və ya stiqma yüksəkdir: qadınların yalnız 20%-i, kişilərin isə 8%-i QİÇS-ə yoluxmuş satıcıdan tərəvəz ala biləcəyini demişdi. Kişilərin 24%-i sorğudan əvvəlki bir il ərzində yüksək riskli cinsi əlaqəyə girmişdi. Böyüklərin 40%-dən az bir hissəsi İİV-ə harada yoxlanmağı bilir. Gənclərin az qismi İİV haqqında ətraflı biliklərə malikdir. Rəyi soruşulan qadınların 13%-i zorakılığa məruz qalmışdır. Belə halların 50%- ində zorakılıq qadınların həyat yoldaşları tərəfindən törədilmişdir. Qadınların 3 faizi demişdi ki, onlar ilk dəfə cinsi əlaqəyə məcburi girmişdilər, lakin narahatlıq doğuran odur ki, fiziki və ya cinsi zorakılığa məruz qaldığını bildirən qadınların 58%-i kömək üçün kənara müraciət etməmiş, yalnız öz ailələrinə üz tutmuş və ya daxili qohumluq əlaqələrindən istifadə etmişdir. İNFORMASİYA BÜLLETENİ HAQQINDA: Bu informasiya bülleteni UNICEF-in Azərbaycanda fəaliyyəti haqqında məlumatlılığı artırmaq məqsədi ilə tərtib edilmişdir. ABUNƏ Bu bülleteninin sizə göndərilməsini və ya göndərilməməsini istəyirsinizsə, Əli Verdiyevə (averdiyev@unicef.org) e-mail ilə müraciət etməyinizi xahiş edirik. ŞƏRHLƏR VƏ MƏZMUN Biz bu bülleten, onun məzmunu və formatına dair sizing fikir və rəylərinizi bilmək istərdik. Fikirlərinizi və təkliflərinizi Əli Verdiyevə (averdiyev@unicef.org) və ya Sirac Mahmudova (smahmudov@unicef.org) göndərməyinizi xahiş edirik.